Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-7723/2019 12.11.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əhmədov Əhməd Abbas oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, İddiaçı, vəkili X2 və Cavabdeh vəkili Vəkil iştirakları ilə açıq məhkəmə iclasında, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 09 avqust 2019-cu il tarixli, 2(103)10466/2019 saylı qətnaməsindən Cavabdeh kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri, Səbail rayon məhkəməsinin 04 iyun 2019-cu il tarixli, 2(009)-1702/2019 saylı qətnaməsi ilə (sədrlik edən, haki m İ.Ş.Rüstəmov) İddiaçı cavabdeh “Azneft” İB-nə qarşı “əmrin ləğv edilməsi, işə bərpa və məcburi işburaxma günləri üçün əmək haqqının ödənilməsi” barədə iddiası təmin edilməyib. İddiaçı qətnamədən apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 09 avqust 2019-cu il tarixli, 2(103)10466/2019 saylı qətnaməsi ilə (hakimlər İ.S.Şirinov sədrlik edən, məruzəçi, T.S.Səmədov və E.C.Kazımov) apellyasiya şikayəti təmin edilərək, iş üzrə Bakı şəhəri, Səbail rayon məhkəməsinin 04 iyun 2019-cu il tarixli qətnaməsi ləğv edilib, iş üzrə yeni qətnamə qəbul edilməklə, iddia ərizəsi təmin olunub, işəgötürənin 08 aprel 2019-cu il tarixli əmri ləğv edilməklə, iddiaçıya məcburi iş buraxmağa görə işdən çıxarıldığı gündən qətnamə icra olunan günədək hər ay müvafiq əmək haqqı ödənilmək lə, onun əvvəlki iş yerinə və vəzifəsinə bərpa edilməsi qət olunub. Cavabdeh təşkilat qətnamədən kassasiya şikayəti verib. İŞİN HALLARİ İşdən görünür ki, iddiaçı məhkəmədə cavabdeh təşkilata qarşı “əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxma günləri üçün əmək haqqının ödənilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, işəgötürənin 08 aprel 2019-cu il tarixli əmrinin ləğv edilib, işə bərpa edilməsi və məcburi iş buraxma günləri üçün əmək haqqının ödənilməsi” barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilib. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kassasiya şikayəti onunla əsaslandırılıb ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozaraq, işin faktiki halları ü zrə səhv nəticəyə gəlib, işə əlavə edilmiş sübutlara düzgün hüquqi qiymət verilməyib. Kassasiya şikayətində iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsi xahiş olunub. Kassasiya şikayətinə dair etiraz ərizəsi daxil olmayıb. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə iclasında cavabdeh “Azneft” İB vəkili Vəkil kassasiya şikayətində göstərilənlərə uyğun olaraq izahat verdi. İddaçı İddiaçı və vəkili X məhkəmə iclasında kassasiya şikayətinin dəlilləri ilə razılaşmayıb, izahatlarında iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən, kassasiya şikayətinin isə təmin edilmədən saxlanılmasını xahiş etdilər. HÜQUQİ MƏSƏLƏLƏR Kasssasiya instansiyası məhkəməsi məruzəçini, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, apellyasiya instansiyası məhkəməsinin maddi, prosessual hüquq normalarının tələblərini düzgün tətbiq etməsini yoxlayıb hesab edir ki, aşağıdakılara görə kassasiya şikayəti təmin edilmədən, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini ləğv edib, iddia ərizəsinin təmin edilməsi barədə yeni qətnamə çıxararkən, işəgötürənin id diaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verərkən əmək qanunverciliyinin tələblərini pozmasına, iddia ərizəsinin təmin edilməsi üçün əsasların olmasına, iddia ərizəsini rədd etməklə birinci instansiya məhkəməsinin düzgün nəticəyə gəlməməsinə istinad edib və hüquqi mövqeyini Əmək Məcəlləsinin 46, 47-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Kassasiya instansiyası məhkəməsı apellyasiya instansiyası məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib, maddi hüquq normalarının tətbiqində və təfsirində səhvə yol verməyib və işdə, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qay dasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün prosessual əsaslar yoxdur. Belə ki, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş həqiqi hallarından görünür ki, tərəflər arasında 06 aprel 2017-ci il tarixində 1 il müddətinə əmək müqaviləsi bağlanıb və həmin müqavilənin müddəti 06 aprel 2018-ci il tarixdə bitdiyindən tərəflərin razılığı ilə əmək müqaviləsinin müddəti yenidən 1 il müddətinə uzadılıb. Cavabdeh təşkilat tərəfindən 01 aprel 2019-cu il tarixdə əmək müqaviləsinə xitam veriləcəyinə dair iddiaçıya yazılı xəbərdarlıq göndərilib və 08 aprel 2019-cu il tarixdə onunla bağlanmış əmək müqaviləsinə xitam verilib. Eləcə də işə əlavə edilmiş digər sənədlərdən görünür ki, 04 aprel 2019-ci il tarixdə iddiaçının adına 04 may 2019-cu il tarixədək əmək qabiliyyəti olmamasına dair vərəqə verilib. Həmçinin “General Hospital” Tibb Mərkəzi tərəfindən verilmiş ambulator kartadan çıxarışdan görünür ki, iddiaçı 04 aprel 2019-cu il tarixdən 04 may 2019-cu il tarixədək xəstəliyi ilə əlaqədar olaraq müalicə alıb və ona əsaslı olaraq əmək qabiliyyətinin olmamasına dair vəsiqə verilib. Eyni zamanda iddiaçıya məxsus əmək kitabçasının surətindən görünür ki, iddiaçı 18 mart 1978-ci il tarixdən “Xəzərneftdonanma” İdarəsinin Ekspedisiya Qəza-Xilasetmə Dəstəsində xilasedici dalğıc kimi işə başlayıb. Apellyasiya instansiyası məhkəməsi işə əlavə edilmiş sübutları tədqiq edib, birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşmayıb, “General Hospital” Tibb Mərkəzinin 10 iyul 2019-cu il tarixli məktubuna və ona əlavə edilmiş ambulator kartadan çıxarı şa əsaslanaraq müəyyən etmişdir ki, iddiaçı 04 aprel 2019-cu il tarixdən 04 may 2019-cu il tarixədək xəstəliyi ilə əlaqədar olaraq müalicə alıb və onun adına əsaslı olaraq əmək qabiliyyətinin olmamasına dair vəsiqə verilib. Digər tərəfdən işdən görünür ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə işəgötürən tərəfindən 08 aprel 2019-cu il tarixdə xitam verilib. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 73-cü maddəsinin 2-ci hissəsinə əsasən, işçinin müəyyən üzürlü səbəbdən, məsələn xəstələnməsi...və sair hallarda iş yerində olmadığı dövrdə müddətli əmək müqaviləsinin müddəti qurtardığı hallarda həmin müqaviləyə işçi işə çıxdıqdan sonra işəgötürənin müəyyən etdiyi gündə, lakin onun işə çıxdığı gündən bir təqvim həftəsi keçməmiş xitam verilə bilər. Apellyasiya instansiyası məhkəməsi qeyd olu nan maddənin tələblərini hazırki əmək mübahisəsinə tətbiq edib, apellyasiya şikayətinin dəlillərini araşdırıb haqlı olaraq qeyd etmişdir ki, iddiaçı üzürlü səbəbdən, yəni xəstələnməsi ilə əlaqədar olaraq iş yerində olmadığı dövrdə işəgötürən, Əmək Məcəllənin 73-cü maddəsinin 1-ci hissəsinə istinad edib iddiaçı ilə bağlanmış əmək müqaviləsinə müddətin bitməsi əsasına görə xitam verərkən həmin Məcəllənin 73-cü maddəsinin 2-ci hissəsinin tələblərini pozmuş və iddiaçının üzürlü səbəbdən, yəni xəstəliyi ilə əlaqədar olaraq iş yerində olmamasını nəzərə almamışdır. Digər tərəfdən işdən görünür ki, iddiaçı 18 mart 1978-ci il tarixdən “Xəzərneftdonanma” İdarəsinin Ekspedisiya Qəza-Xilasetmə Dəstəsində xilasedici dalğıc kimi işə başladığı və 08 aprel 2019-cu il tarixədək eyni əmək funksiyalarını fas iləsiz və etirazsız olaraq icra etdiyi və beləliklə də onun yerinə yetirdiyi əmək funksiyasının daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu halda, işəgötürən onunla müddətli əmək müqaviləsi bağlamışdır. Halbuki, Əmək Məcəlləsinin 45-ci maddəsinin 4-cü hissəsinə əsasən, əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır. Həmin Məcəllənin 45-ci maddəsinin 5-ci hissəsində qeyd edilmişdir ki, müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir. Eələcə də həmin Məcəllənin 47-ci maddəsində əmək müqav iləsinin müəyyən müddətə bağlanıla bilməsi halları müəyyən edilib göstərilmişdir. Apellyasiya instansiyası məhkəməsi cavabdeh təşkilatın gətirdiyi arqumentlərlə razılaşmayıb düzgün olaraq qeyd etmişdir ki, iddiaçının yerinə yetirdiyi əmək funksiyası daimi xarakterə malik olmaqla, qabaqcadan bəlli olduğundan və Əmək Məcəlləsinin 47-ci maddəsində sadalanan hallara aid edilmədiyindən, onunla müddətli əmək müqaviləsinin bağlanması əmək qanunvericiliyinin tələblərinə zidd olmuşdur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 300.1-ci maddəsinə əsasən, əgər işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nə zərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə çıxarır. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşıb hesab edir ki, kassator kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozmasını, işin faktiki halları üzrə səhv nəticəyə gəlməsini, iddia ərizəsinin təmin edilməsi üçün əsasların olmamasını, iddiaçının xəstəliyi ilə bağlı məhkəməyə həqiqətə uyğun olmayan tibbi sənədlər təqdim etməsini və sair göstərsə də, e tirazının əsası kimi istinad etdiyi halları təsdiq etmək üçün birinci instansiya məhkəməsinə heç bir mötəbər yazılı sübut təqdim etməmişdir. Halbuki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sadalanan prosessual normaların mənasına görə, iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsasla ndıran faktları sübut etməlidir. Hazırkı, işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının məzmunu nəzərə alınmaqla, apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün müəyyən edilib. Cavabdeh təşkilatın apellyasiya və kassasiya instansiyası məhkəmələrinə təqdim etdiyi iddiaçının xəstəliyini istisna edən tibbi sənədlərə gəlincə isə, kassasiya instansiyası məhkəməsi MPM-nin 78.1, 372.2-ci maddələrinin tələblərini əsas tutub hesab edir ki, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Əlavə faktlar və sübutlar apellyasiya instansiyası məhkəməsi tərəfindən o, halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Eləcə də həmin Məcəllənin 407.2-ci maddəsində göstərilir ki, kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinin dəlillərini müzakirə edib hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işin yuxarıda müəyyən edilmiş faktiki halları, tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlib, işə əlavə edilmiş sübutlara sadalanan maddi, prosessual hüquq normalarının tələbləri baxımından düzgün hüquqi qiymət verib və gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki halları tam, hərtərəfli və obyektiv araşdırıb. Ona görə də kassasiya instansiyası məhkəməsi kassatorun kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozması, düzgün tətbiq etməməsi barədə göstərdiyi dəlilləri əsassız hesab edir və belə qənaətə gəlir ki, kassasiya şikayətinin dəlilləri öz təsdiqini tapmadığından, iş üzrə apellyasiya instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-420-ci maddələrinin tələblərini rəhbər tutaraq kassasiya instansiyası məhkəməsi QƏRARA ALDİ: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 09 avqust 2019-cu il tarixli, 2(103)-10466/2019 saylı qətnaməsi kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-7723/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-7723/2019
12.11.2019 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver