Məhkəmə qərarları › İş №2(102)-7727/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-7727/2019

19.11.2019 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-7727/2019 19.11.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim İbayev Vəfaddin Ələm oğlunun sədrliyi və məruzəsi, hakimlər Kalbalıyev Aslan Kalbalı oğlu və Rüstəmov Əli Məhəmməd oğlundan ibarət tərkibdə, Xəlilova Şərqiyyə Adilxan qızının katibliyi ilə, İddiaçı və onun vəkili Sadiqov Fərid Sadiq oğlunun, Azərbaycan Respublikası Təhsil Nazirliyinin vəkili Cəlilov Haqqı Elman oğlunun iştirakları ilə, Azərbaycan Respublikası Təhsil Nazirliyinin Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 11 iyul 2019-cu il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Azərbay can Respublikası Təhsil Nazirliyi Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 11 iyul 2019-cu il tarixli qətnaməsindən kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə iş üzrə yeni qərar qəbul edilməsini xahiş etmişdir. İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı “iş saatının bərpa olunması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 14 mart 2019-cu il tarixli qətnaməsi ilə (hakim S.Ədilova, iş № 2(005)-947/2019) iddia rədd edilmişdir. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 11 iyul 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər E.Şamayev (məruzəçi), M.Məmmədov, Ş.Məhərrəmova, iş № 2(103)8356/2019) iddiaçı İddiaçı apelyasiya şikayəti təmin edil miş, Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 14 mart 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamənin qəbul edilərək, iddia tələbinin təmin edilməsi, Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən Quba rayonu Aşağı Tüləkəran kəndi tam orta məktəbində müəllim işləyən İddiaçı iş saatının 2017-2018 dərs ilində 24 saatdan 6 saata endirilməsinin qanunsuz hesab edilməsi və iş saatının əvvəlki səviyyədə bərpa edilməsi qət edilmişdir. Kassasiya şikayətinin dəlilləri: Azərbaycan Respublikası Təhsil Nazirliyi kassasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxarkən apellyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 11 iyul 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsin i, iddia tələbinin rədd edilməsi barədə iş üzrə yeni qərar qəbul edilməsini xahiş edir. Kassasiya şikayətinə qarşı verilmiş etiraz: Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə iclasında iştirak edənlərin izahatları: Azərbaycan Respublikası Təhsil Nazirliyinin vəkili Cəlilov Haqqı Elman oğlu izahatında göstərmişdir ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 11 iyul 2019cu il tarixli qətnaməsinin ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə iş üzrə yeni qərar qəbul edilməsini xahiş edir. İddiaçı vəkili Sadiqov Fərid Sadiq oğlu izahatında göstərmişdir ki, işə baxarkən apelyasiya instansiyası m əhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 11 iyul 2019-cu il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə müvafiq olaraq kassasiya instansiyası məhkəməsi apellyasiya instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlayır. Kassasiya instansiyası tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməs inin maddi və prosessual normaları düzgün tətbiq edib-etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apelyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, İddiaçı 14 sentyabr 2006-cı il tarixdən Quba rayonu, Aşağı Tüləkəran kənd orta məktəbinə müəllim vəzifəsində işləmiş və Təhsil Nazirliyi v ə Rayon Təhsil Şöbəsi tərəfindən verilmiş təlimata və qaydalara əsasən 2017- / 2018-ci dərs ilində müəllimlərin diaqnostik qiymətləndirilməsinə buraxılmayaraq, ona 6 saat dərs verilmişdir. İddiaçı həmin qərarı əsassız hesab etməklə dərs saatlarının 24 saata kimi qaldırılmasını məhkəmədən xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsi mübahisəli hüquq münasibətinə maddi hüquq normalarının tətbiq edilməsi ilə əlaqədar aşağıdakıları qeyd etmişdir: “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 36-1.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının təhsil müəssisələrində müvafiq ixtisas üzrə pedaqoji təhsilə malik olanlar, həmçinin müvafiq ixtisas üzrə pedaqoji təhsili olmayan ali təhsilli mütəxəssislər müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada pedaqoji fəaliyyətlə məşğul ola bilərlər. Həmin Qanunun 36-2.1-ci maddəsinə əsasən dövlət ümumi təhsil və peşə təhsili (tam orta təhsil üzrə təhsilverənlərə münasibətdə) müəssisələrində işləyən təhsilverənlər 5 (beş) ildə bir dəfə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən sertifikatlaşdırmadan keçirlər. Qanunun 36-2.5 və 36-2.6-cı maddələrinə əsasən üzrlü səbəblərdən sertifikatlaşdırmada iştirak etməyən və ya sertifikatlaşdırmadan keçməyən şəxslər 1 (bir) il müddətində iş yeri saxlanılmaqla, təkrar sertifikatlaşdırmada iştirak etmək hüququna malikdirlər. Təkrar sertifikatlaşdırmada iştirak etməyən şəxslər sertifikatlaşdırmadan keçməmiş hesab olunurlar. Təkrar sertifikatlaşdırmadan keçməyən şəxslərlə əmək münasibətləri Azərbaycan Respublikasının Əmə k Məcəlləsinə uyğun olaraq tənzimlənir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 67-2-ci maddəsinin 1-ci bəndinə əsasən Azərbaycan Respublikasında dövlət ümumi təhsil və peşə təhsili (tam orta təhsil üzrə təhsilverənlərə münasibətdə) müəssisələrində işləyən təhsilverənlərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması məqsədi ilə həmin işçilər “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada sertifikatlaşdırmaya cəlb edilirlər. Həmin maddənin 4-cü bəndinə əsasən “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sertifikatlaşdırmadan təkrar keçməyən işçinin^ pedaqoji fəaliyyətə buraxılmaması onunla bağlanmış əmək müqaviləsinin bu Məcəllənin 70- ci maddəsinin “c” bəndinə müvafiq olaraq işəgötürən tərəfindən ləğv edilməsi üçün əs as ola bilər. “Təhsil müəssisələrinin pedaqoji işçilərinin (dövlət ümumi təhsil və peşə təhsili müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış müəllimlər istisna olmaqla) dərs yükü normalarının müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 noyabr 2010-cu il tarixli Qərarına əsasən ümumtəhsil məktəblərində, internatlarda, lisey, gimnaziyalar və peşə təhsili məktəblərində tərbiyəçi-müəllimlərin həftəlik iş vaxtı 24 saat müəyyən edilmişdir. Azərbaycan Respublikası Təhsil Nazirliyi kassasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsinin əsası kimi ona istinad etmişdir ki, “məhkəmə kollegiyası “Təhsil haqqında” AR Qanunun 36-cı maddəsinə istinad edərək hesab etmişdir ki, bu mübahisə təhsilver ənlərin sertifikatlaşdırılması zamanı öz həllini tapmalıdır. Bildririk ki, həmin qanunun 36-2.2-ci maddəsində əsasən, “Dövlət ümumi təhsil və peşə təhsili (tam orta təhsil üzrə təhsilverənlərə münasibətdə) müəssisələrində işləyən təhsilverənlərin sertifikatlaşdırma qaydası” müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir. Yəni qanunun tətbiqi ilə bu qaydanın təsdiq edilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinə tapşırılmışdır. Lakin sertifikatlaşdırmanın qanunda nəzərdə tutulmasına baxmayaraq, bu qayda hazırda müəyyən edilmədiyindən təhsilverənlərin serifiktlaşdırılaşdılması mümkünsüzdür. Bu mübahisənin həllinin təhsilverənlərin sertifikatlaşdırması ilə əlaqələndirilməsi tam əsassızdır. Digər tərəfdən işə baxan məhkəmə “Təhsil müəssisələrin in pedaqoji işçilərinin (dövlət ümumi təhsil və peşə təhsili müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış müəllimlər istisna olmaqla) dərs yükü normalarının müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 noyabr 2010-cu il tarixli, 215 nömrəli Qərarına istinad edərək bildirmişdir ki, iddiaçının dərs yükünün həcmi 24 saatdan az ola bilməz. Bildiririk ki, bu qərarı tətbiq etməklə məhkəmə kollegiyası yanlışlığa yol vermişdir, Belə ki, həmin qərarda pedoqoji fəaliyyətlə məşğul olan müəllimlərin deyil, ümumitəhsil məktəblərində, internatlarda, lisey, gimnaziya və peşə məktəblərində işləyən tərbiyəçimüəllimlərin həftəlik iş vaxtı 24 saat müəyyən edilmişdir. Tərbiyəçi müəllimlər vəzifə funksiyalarına görə müəllim hesab edilmir lər.” Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini və mülki işin materiallarını araşdırıb aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Apelyasiya instansiyası məhkəməsinin iş üzrə 11 iyul 2019-cu il tarixli qətnamə ilə iddia tələbi təmin edilərək, Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən Quba rayonu Aşağı Tüləkəran kəndi tam orta məktəbində müəllim işləyən İddiaçı iş saatının 2017-218 dərs ilində 24 saatdan 6 saata endirilməsinin qanunsuz hesab edilməsi və iş saatının əvvəlki səviyyədə bərpa edilməsi qət edilmişdir. Müəyyən edilir ki, İddiaçı iddia ərizəsində cavabdeh təşkilat tərəfindən onun dərs yükünün hansı dərs ilində 24 saatdan 6 saata endirilməsini qeyd etməmişdir. Nə birinci, nə də apelyasiya instansiyası məhkəməsi tərəfindən bu məsələ aydınlaşdırılmamış və apel yasiya instansiyası məhkəməsinin qətnaməsi ilə 2017-2018-ci il dərs ili üçün iddiaçının dərs yükününün artırılmasını qət etmişdir. Halbuki iddiaçı 25 dekabr 2018-ci il tarixdə Bakı şəhəri, Nərimanov rayon məhkəməsinə müraciət etmişdir. Belə olan halda onun 2017-2018-ci il dər ili üçün iş saatının artırılmasını tələb etməsi ağlabatan deyildir. İddiaçı kassasiya icraatında dərs yükünün 2017-2018-ci tədris ili üçün deyil, 2018-2019-cu tədris ili üçün artırılmasını xahiş etməsini təsdiq etmişdir. Beləliklə apelyasiya instansiyası məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən işin faktiki hallarının, təqdim olunmuş sübutların düzgün araşdırılmaması öz təsdiqini tapır. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, kassasiya şikayətində apelyasiya instansiyası məhkəməsi tərəfindən tətbiq edilən madd i hüquq normasının düzgün təfsir olunmaması barədə dəlili də yeni apellyasiya baxışı zamanı dəyərləndirilməlidir. Məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılarkən yol verilmiş prosessual pozuntular düzgün olmayan məhkəmə qətnaməsinin qəbul edilməsi ilə nəticələnə bilərdi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 418.3-cü maddəsi nəzərdə tutur ki, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu pozuntu düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya şikayətinə baxılmasının nəticələri: Məhkəmə Kollegiyası hesab edir ki, mülki işə baxıldıqda hüquq normaları düzgün tətbiq olunmamış, qətnamənin ləğvi ü çün əsas olan prosessual qanun pozuntularına yol verilmişdir. Kassasiya şikayətinin dəlilləri Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 11 iyul 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi üçün əsas hesab edilir. Məhkəmə kollegiyası iş üzrə yeni qərar qəbul edilməsini məqsədəmüvafiq hesab etmir. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-419-cu maddələrini rəhbər tutaraq Məhkəmə Kollegiyası QƏRARA ALİR: Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 11 iyul 2019-cu il tarixli qətnaməsi ləğv edilsin, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılsın. Kassasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar