Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-773/2020 03.02.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və X4 ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi, İddiaçı və onun vəkili X5, Cavabdeh1 Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin vəkili X1 iştirakı ilə, Cavabdeh1 Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti tərəfindən Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-7317/2019 nömrəli iş üzrə xx xxxx 2019-cu il tarixli qətnaməsindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq, Müəyyən etdi: Bakı şəhəri Səbail rayon məhkəmə sinin (hakim Mədinə Bağırova) 2(009)-453/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə İddiaçı iddia tələbi təmin edilərək Cavabdeh1Sığorta Şirkətindən İddiaçı xeyrinə 37174,62 manat sığorta ödənişinin tutulması, cavabdehlər Cavabdeh1 Sığorta Şirkətindən və «X14 Əməliyyatları və Ticarət İşləri» MMC-dən müştərək qaydada mənəvi zərərin əvəzi olaraq 1000 manat və hüquqi xidmət haqqı olaraq 100 manat pulun alınıb İddiaçı ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər Aida Hüseyn - sədrlik edən və məruzəçi, Etibar Nəbiyev, Raqib Qurbanov) xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə Cavabdeh1 Sığorta Şirkəti ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Səbail rayon məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi Cavabde h1 Sığorta Şirkəti ASC-yə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. İşin halları İddiaçı cavabdehlər Cavabdeh1 Sığorta Şirkəti ASC-yə və “X14 Əməliyyatları və Ticarət İşləri” MMC-yə qarşı “pul tələbi”nə dair iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Bakı şəhəri Səbail rayon məhkəməsinə müraciət edərək Cavabdeh1 Sığorta Şirkətindən 37174,62 manat sığorta ödənişinin tutulması, cavabdehlər “X14 Əməliyyatları və Ticarət İşləri” MMC-dən və Sığorta Şirkətindən müştərək qaydada 100 manat hüquqi xidmətləri üzrə xərcin və 1000 manat mənəvi zərərin əvəzinin tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırılmışdır ki, o, 2016-cı ilin fevral ayından “X14 Əməliyyatları və Ticarət İşləri” MMC-də usta işləmişdir. Fevral ayından işləməsinə baxmayaraq onunla əmək müqaviləsi xx xxxx 2016-cı il tarixdə rəsmiləşdirilmişdir. Həmin vaxtdan AeroportZığ şossesi kənarında yerləşən “Xəyal Adaları”nda tikilən çoxmərtəbəli yaşayış binalarının tikintisində aparılan işlərə cəlb olunmuşdur. İşi binanın fasadına suvaq vurmaq idi. xx.xx.2016cı il tarixində həmin tikinti sahəsindəki 5-mərtəbəli binanın 5-ci mərtəbəsində suvaq işlərini həyata keçirən zaman təxminən saat 14-15 radələrində binanın xaricində quraşdırılmış dəmir tikilidən sürüşərək yıxılmışdır. Buna səbəb qoruyucu kəmərin köhnə olması və qırılması olmuşdur. Elə həmin gün “X14 Əməliyyatları və Ticarət İşləri“ MMC-nin vəzifəli şəxsləri tərəfindən baş vermiş hadisə barəsində 01 nömrəli akt tərtib edilmiş. Bu aktla onun iş yerində, bilavasitə əmək funksiyalarını yerinə yetirən zama n xəsarət almağı və buna səbəb əməyin mühafizə qaydalarının pozulması və qoruyucu kəmərin qırılmasının olması təsdiq olunmuşdur. Uzun sürən müalicələrdən sonra ona xx.xx.2017-ci il tarixində əmək qabiliyyətinin 70 faiz itirilməsi ilə ona İİ qrup əlillik təyin edilmişdir. İşlədiyi “X14 Əməliyyatları və Ticarət İşləri” MMC ilə Cavabdeh1 Sığorta Şirkəti arasında ATE 14030010 saylı “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta” müqaviləsi bağlanmış və o cümlədən o, 37174,62 manat məbləğində sığorta olunmuşdur. Sığorta ödənişinin aparılması üçün o, işçisi olduğu “X14 Əməliyyatları və Ticarət İşləri” MMCyə müraciət etmişdir. Müraciətinə hər hansı cavab verilmədiyini görüb, Cavabdeh1 Sığorta Şirkətinə müraciət etmiş dir. Lakin sonuncu, sığorta hadisəsinin hansı şəraitdə baş verməsi və onun sığorta hadisəsinin olub-olmamasını müəyyən etmək imkanından məhrum olmasını bəhanə edərək ona qanuni sığorta ödənişini etməkdən imtina etmişdir. Bakı şəhəri Suraxanı rayon məhkəməsinin xx xxxxxxxx 2018-ci il tarixli, 1(010)- 88/2018 saylı hökmü ilə onun xx.xx.2016-cı il tarixində iş yerində baş vermiş bədbəxt hadisə nəticəsində “həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurma” dərəcəsində xəsarət alması, o cümlədən, “X14 Əməliyyatları və Ticarət İşləri” MMC-nin vəzifəli şəxslərinin bu işdə təqsirli olması tam sübuta yetirilmişdir. Qeyd olunan məhkəmə hökmündən tərəflər şikayət verməmiş və məhkəmə hökmü qanuni qüvvəsini almişdir. Onun məhz iş yerində əmək funksiyalarını yerinə yetirən zaman baş vermiş bədbəxt hadisə nəticəsində xəsarət almasını, xx xxxxxx 2018-ci il tarixli, 191 nömrəli və xx xxxxxxx 2018-ci il tarixli, 837 nömrəli canlı şəxsin məhkəmə tibb ekspertizaları, xx xxxxxx 2017-ci il tarixli, 27696 nömrəli əmək təhlükəsizliyinin tədqiqi barədə ekspertiza rəyləri ilə bir daha təsdiq olunmuşdur. Azərbaycan Respublikasının cinayət və mülki qanunvericiliyinə əsasən, qanuni qüvvəsini almış məhkəmə hökmü ilə müəyyən olunmuş hallar, bununla əlaqəli digər məsələlərin həlli zamanı tərəflər üçün məcburidir və tərəfləri sübutetmə vəzifəsindən azad edir. Bakı şəhəri Suraxanı rayon məhkəməsinin xx xxxxxxxx 2018-ci il tarixli, 1(010)88/2018 saylı hökmü Cavabdeh1 Sığorta Şirkətinə hadisənin məhz sığorta hadisəsi olması və sığorta ödənişinin edilməsi üçün onun əmək qabiliyyətinin nə dərəcədə itiriməs ini müəyyən etmək imkanı verir. Qeyd olunan məhkəmə hökmünün surətini də əlavə etməklə, sığorta ödənişinin və vurulmuş zərərin əvəzinin ödənilməsi tələbi ilə “X14 Əməliyyatları və Ticarət İşləri" MMC-yə və Cavabdeh1 Sığorta Şirkətinə təkrar müraciət etsə də, xeyri olmamışdır. Odur ki, hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və kassasiya şikayətinə qarşı etiraz: Cavabdeh1 Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti kassasiya şikayəti və kassasiya şikayətinə əlavə verərək Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının xx xxxx 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır k i, həm birinci instansiya məhkəməsi, həm də apellyasiya instansiyası iş üzrə maddi hüquq normalarını düzgün tətbiq etməməklə və tətbiq edilməli normaları tətbiq etməməklə cavabdehin vəziyyətini pisləşdirlən, iddiaçının isə əsassız varlanmasına şərait yaradan qətnamə qəbul etmişlər. Belə ki, mübahisə “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyyətinin itirilməsi hallarından icbari sığorta müqaviləsi” üzrə sığorta ödənişinin tutulması ilə bağlı olmuşdur. İstehsalatda bədbəxt hadisənin baş verməsi işin mübahisəsiz halı olsa da, baxılan halda məhkəmənin sığortaçının üzərinə 37174,62 manat sığorta ödənişi ödəmək vəzifəsinin qoyması “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyyətinin itirilməsi hallarından icbari sığor ta haqqında” qanuna və həmin qanunun tətbiqi ilə bağlı Azərbaycan Respublikası Nazirlər Kabinetinin qəbul etdiyi normativ hüquqi aktlara zidd olmuş, məhkəmə cavabdehin üzrəzinə ödəniş etmək vəzifəsi qoyarkən qeyd edilən maddi hüquq normalarının tələblərini nəzərə almamışdır. İş materiallarında da göründüyü kimi xx.xx.2017-ci il tarixdə İddiaçı əmək zədəsi nəticəsində əmək qabiliyyətinin 70% itirilməsi ilə 5 (beş) il müddətində ikinci dərəcəli əlillik təyin edilmişdir. iddiaçının əmək haqqının 220 manat təşkil etdiyi və peşə əmək qabiliyyətini 70% itirilməsi nəzərə alınarsa, o zaman onun aylıq əmək haqqının itirilmiş peşə əmək qabiliyyətinə nisbəti 154 manat təşkil etməlidir. Belə olan halda qanunvericiliyin tələbləri nəzərə alınmaqla İddiaçıya xx.xx.2017-xx.xx.2022-ci ilədək aylıq sığorta ödənişi təyin edilməli idi.Baxılan halda isə ödənilməmiş aylıq sığorta ödənişləri cəmləndiyi halda iddiaçıya ödənilməli olan maksimal ödəniş məbləği 3696 manat təşkil etməli, iddiaçı müddətsiz əlillik təyin edilənə qədər aylıq 154 manat ödəniş almalı idi.Məhkəmə qətnamələri üzrə iddiaçıya 37174,62 manat sığorta ödənişi təyin edilməsi iddiaçının qanuni əsas olmadan 33478,62 manat məbləğində əsassız varlanmasına şərait yaratmışdır.Qeyd edilənlərdən göründüyü kimi, həm birinci həm də, apellyasiya instansiya məhkəməsi müddətli əlillik təyin olunan iddiaçıya sığorta məbləği həddində birdəfəlik ödəniş təyin edərkən maddi hüquq normalarını düzgün tətbiq etməmiş və tətbiq edilməli normaları tətbiq etməmiş, bununla da qanuni olmayan və əsasız qətnamə qəbul etmişlər. Tərəflərin izahatları: Cavabde h1 Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin vəkili X3 məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. İddiaçı və onun vəkili X8 məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini əsassız hesab edərək təmin edilməməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə digər cavabdehin nümayəndəsi gəlmədiyi üçün və gəlməməyinin səbəbləri barədə məlumat vermədiyindən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə digər cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Proses sual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işin müəyyən edilən hallarından görünür ki, İddiaçı xx.xx.2016-cı il tarixində Aeroport-Zığ şossesi kənarında yerləşən “Xəyal Adaları” adlanan tikinti sahəsində baş vermiş hadisə nəticəsində xəsarət almışdır. xx.xx.2017-ci il tarixdə İddiaçı əmək zədəsi nəticəsində əmək qabiliyyətinin 70% itirilməsi ilə 5 (beş) il müddətinə ikinci dərəcəli əlillik təyin edilmişdir. Cavabdeh1 Sığorta Şirkəti ilə “xxxx” MMC arasında bağlanmış ATE14030010 №-li xx.xx.2015-ci il tarixli istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta müqaviləsi”nə 01004 №-li, xx.xx.2016-cı il tarixli Əlavə Razılaşmadan görünür ki, tərəflər sığorta olunanların Siyahısında (hazırkı Razılaşmaya 1 №-li Əlavə) göstərilən şəxsləri əlavə olaraq xx.xx.2016-cı il tarixinədək sığortalamaq v ə ya müvafiq dəyişiklikləri etmək barədə əlavə razılığa gəlmişlər. ATE14030010 №-li müqaviləyə əlavə № 01004-sığorta olunanların siyahısından görünür ki, İddiaçı (usta, fəhlə) 37174,62 manat məbləğində sığorta olunmuşdur. Cavabdeh1 Sığorta Şirkətinin “X14 Əməliyyatları və Ticarət İşləri” MMC-yə və İddiaçı Hafiz oğluna ünvanlanmış xx.xx.2018-ci il tarixli, H87/18 nömrəli məktubundan görünür ki, İddiaçı xx.xx.2016-cı il tarixində Aeroport-Zığ şossesi kənarında yerləşən “Xəyal Adaları” adlanan tikinti sahəsində baş vermiş hadisə nəticəsində xəsarət alması, həmçinin baş vermiş hadisənin təhqiqatının gec məlumat vermə səbəbilə müvafiq komissiya tərəfindən yalnız xx.xx.2017-ci il tarixində başlanılması, təhqiqatın aparılması barədə Cavabdeh1 Sığorta Şirkətinə məlumat verilməməsi, adıçəkilən hadi sə barədə məlumatın Cavabdeh1 Sığorta Şirkətinə xx.xx.2017-ci il tarixdə, yəni hadisə baş verdiyi tarixdən 508 gün sonra daxil olması, hüquq-mühafizə orqanları tərəfindən də həmçinin, hadisənin araşdırılmasına 2017-ci ildə başlanılması, bu səbəbdən iş üzrə mövcud sənədlərdə sığorta ödənişinin verilib-verilməməsi barədə qərarın qəbul edilməsi üçün əsas olan, hadisə baş verən zaman sığorta olunanın alkoqollu içkilər və ya digər maddələrin təsirindən sərxoş olub-olmaması barədə məlumatın, eləcə də digər əhəmiyyətli məlumatların mövcud olmaması səbəbindən sığorta hadisəsinin hansı şəraitdə baş verməsi və onun sığorta hadisəsi olub-olmamasını müəyyən etmək imkanından məhrum olmasını əsas gətirərək sığortaçı Cavabdeh1 Sığorta Şirkəti sığorta ödənişinin verilməsindən imtina etmişdir. Suraxanı r ayon məhkəməsinin xx xxxxxxxx 2018-ci il tarixli, 1(010)-88/2018 saylı hökmü ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Cinayət Mcəlləsinin 162.1-ci maddəsi ilə təqsirli bilinən “xxxx” MMC-nin direktoru X2 texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs kimi bu vəzifələrin yerinə yetirilməsinə cinayətkarcasına etinasızlıq göstərib “İİİ-4-80 tikinti norma və qaydaları”nın 4.6-cı bəndi və 1.3 tələblərini və “xxxx” MMC-də tikinti işləri üzrə nəzarətçi vəzifəsində işləməklə texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş X7 bu vəzifələrin yerinə yetirilməsinə cinayətkarcasına etinasızlıq göstərərək “Tikinti, Qoruyucu kəmərlər 12.4.089-80 Dövlət Standartı”nın 1.4, 1.6, 1.20, 1.27 bəndlərinin, eyni zamanda tikinti üzrə nəzarətçinin vəzifə təlimatının tələblərini pozması nəticəsində İddiaçı ona verilmiş istismara yararsız təhlükəsizlik kəmərindən istifadə edərək xx xxxxx 2016-cı il tarixdə saat 14-15 radələrində qeyd olunan ünvanda pəncərələrin qıraqlarının suvaqla doldurulması işini həyata keçirən zaman əvvəlcədən müəyyən edilmiş yerə kəmərini bağlamasına baxmayaraq, kəmərin qırılması nəticəsində yıxılaraq sağlamlığa ağır zərər vurma kimi qiymətləndirilən xəsarətlər almışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və iqtisadi mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidi yyəti hissəsində məcburidir İddia tələbini təmin edən birinci instansiya məhkəməsi qeyd etmişdir ki, Suraxanı rayon məhkəməsinin 1(010)-88/2018 saylı, xx xxxxxxxx 2018-ci il tarixli hökmü ilə müəyyən edilmişdir ki, iddiaçı xx.xx.2016-cı il tarixdə-iş yerində əmək funksiyalarını yerinə yetirərkən baş vermiş bədbəxt hadisə nəticəsində “həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurma” dərəcəsində xəsarət almış, o cümlədən, “X14 Əməliyyatları və Ticarət İşləri” MMC-nin vəzifəli şəxsləri bu işdə təqsirli hesab olunmuşlar. Ona görə də, Cavabdeh1 Sığorta Şirkətindən 37174,62 manat sığorta ödənişi tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmənin gəldiyi nəticə ilə razılaşan apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsi haqlı olaraq işin müəyyən edilmiş hallar ına Mülki Məcəllənin 922 və 935.1.2-ci maddələrini tətbiq etməklə iddianın təmin olunması nəticəsinə gəlmişdir. Belə ki, Mülki Məcəllənin 923.1-ci maddəsinə əsasən sığorta hadisəsinin baş verməsi barədə sığortalı və ya sığorta olunan şəxs, yaxud faydalanan şəxs hadisədən xəbər tutduqdan dərhal sonra və ya mümkün olan ən qısa müddət ərzində sığortaçıya və ya onun nümayəndəsinə, eyni zamanda qanunvericiliyə uyğun olaraq həmin hadisə barədə məlumatlandırılmalı olan səlahiyyətli dövlət orqanlarına hər hansı vasitə ilə xəbər verməlidir. Həmin Məcəllənin 935.1-ci maddəsinə əsasən “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununda başqa cür nəzərdə tutulmamışdırsa, sığortaçı sığorta ödənişinin verilməsindən Mülki Məcəllənin 923.1-ci maddəsinin tələblərinə əməl edilməməsi nəticəsind ə sığortaçının hadisənin sığorta hadisəsi olub-olmamasını müəyyənləşdirmək imkanından məhrum olması halında imtina edir. Mülki Məcəllənin müddəalarından müəyyən olunur ki, sığorta hadisəsi barədə sığortalı tərəfindən gec məlumat verməsi istənilən halda sığorta ödənişinin verilməsindən imtina üçün əsas deyildir. Çünki bu əsasın yaranması üçün tələb olunur ki, sığortalının gec məlumat verməsi nəticəsində sığortaçı hadisənin sığorta hadisəsi olub-olmamasını müəyyənləşdirmək imkanından məhrum olsun. Eyni zamanda, sığorta ödənişindən imtinanın əsası kimi müəyyən edilmiş şərtlərin mövcudluğunun təsdiq edilməsi üzrə sübutetmə yükü məhz sığorta ödəməkdən imtina edən sığortaçının üzərinə düşür. Bakı şəhəri Suraxanı rayon məhkəməsinin xx xxxxxxxx 2018-ci il tarixli, 1(010)- 88/2018 saylı hökmü Cavab deh1 Sığorta Şirkətinə hadisənin məhz sığorta hadisəsi olması və iddiaçının xx.xx.2016-cı il tarixində iş yerində baş vermiş bədbəxt hadisə nəticəsində “həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurma” dərəcəsində xəsarət alması, o cümlədən, “X14 Əməliyyatları və Ticarət İşləri” MMC-nin vəzifəli şəxslərinin bu işdə təqsirli olması tam sübuta yetirilmişdir. Məhkəmə kollegiyası məruzəçini, məhkəmə kollegiyasının iclasında iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti qismən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının xx xxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilməli və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə gö ndərilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, işə baxan məhkəmələr Cavabdeh1 Sığorta Şirkəti ASC-dən iddiaçının xeyrinə sığorta ödənişinin tutulması barədə düzgün nəticəyə gəlsələr də, məhkəmələr sığorta məbləğini, sığorta məbləğinin ödənilməsi qaydasını müəyyən edərkən səhvə yol vermişlər. Hazırki işdə istehsalatda bədbəxt hadisənin baş verməsi işin mübahisəsiz halı olsa da, məhkəmənin cavabdeh Şirkətin üzərinə 37174,62 manat sığorta ödənişi ödəmək vəzifəsinin qoyması “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Qanuna və həmin Qanunun tətbiqi ilə bağlı Azərbaycan Respublikası Nazirlər Kabinetinin qəbul etdiyi normativ hüquqi aktlara zidd olmuş, məhkəmə cavabdehin üzərinə ödəniş etmək vəzifəsi qoyarkən qeyd edilən maddi hüquq normalarının tələblərini nəzərə almamışdır. Məhkəmə kollegiyası hesab edir ki, ödəniş məbləği hesablanarkən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 29 oktyabr tarixli, 192 nömrəli qərarı ilə təsdiq edilmiş İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta üzrə birdəfəlik sığorta ödənişi məbləğinin hesablanması Qaydası və elə həmin qərarla təsdiq edilmiş istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta üzrə birdəfəlik sığorta ödənişi məbləğinin hesablanması Qaydasının tələbləri nəzərə alınmalı və onlar tətbiq edilməli idi. Məhkəmələr nəzərə almamışlar ki, 37174,62 manat sığorta məbləğinin müqavilədə göstərilməsi hələ həmin məbləğin bütövlükdə iddiaçıya ödənilməsi üçün hüquqi əsas yaratmır. Qeyd edilən sığorta müqaviləsi icbari olduğu üçün ödənişin hesablanması və ödənilməsi normativ hüquqi aktlarla tənzimlənir. Belə ki, “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” qanunun 2.0.13-cü maddəsinə əsasən, sığorta ödənişi - sığorta hadisəsi baş verdikdə, sığorta olunanın peşə əmək qabiliyyətinin itirilməsi və ya ölümü ilə bağlı maddi itkilərin bərpası məqsədilə faydalanan şəxsə verilən pul təzminatıdır. Qanunun 2.0.15-ci maddəsinə əsasən, sığorta məbləği - icbari sığorta müqaviləsi üzrə sığortaçının öhdəliyinin son həddidir. Qanunun 16.1.1-16.1.3-cü maddəsinə əsasən, bu Qanuna uyğun olara q faydalanan şəxslərə aşağıdakı sığorta ödənişləri verilir: aylıq sığorta ödənişi; birdəfəlik sığorta ödənişi; əlavə sığorta ödənişi. Qanunun 16.2-ci maddəsinə görə, aylıq sığorta ödənişi sığorta hadisəsi baş verdikdə sığorta olunanın peşə əmək qabiliyyətinin itirilməsi ilə bağlı itirilmiş aylıq əmək haqqı əvəzində faydalanan şəxsə verilən pul təzminatıdır. Qanunun 16.3, 16.3.1-3-cü maddələrinə əsasən, birdəfəlik sığorta ödənişi bu Qanunla müəyyən olunmuş qaydada aylıq sığorta ödənişi məbləğlərinin cəm halda birdəfəlik ödənilməsidir. Birdəfəlik sığorta ödənişi aşağıdakı hallarda verilir: sığorta hadisəsi nəticəsində zərər çəkmiş sığorta olunana əlillik növbəti müayinə müddəti göstərilmədən təyin edildikdə; sığorta hadisəsi nəticəsində sığorta olunanın öldüyü halda; sığorta hadisəsi nəticəs ində peşə əmək qabiliyyətinin itirilməsi ilə əlaqədar aylıq sığorta ödənişini alan sığorta olunan həmin hadisənin birbaşa səbəbi olduğu sağlamlığın pozulması halından öldükdə. İş materiallarından müəyyən edilmişdir ki, İddiaçı xx.xx.2016-cı il tarixində baş vermiş hadisə nəticəsində xəsarət almış və xx.xx.2017-ci il tarixdə ona əmək zədəsi nəticəsində əmək qabiliyyətinin 70% itirilməsi ilə 5 il müddətində ikinci dərəcəli əlillik təyin edilmişdir. Qeyd edilənlər iddiaçıya qanuna uyğun olaraq birdəfəlik sığorta ödənişi verilməsi üçün hüquqi əsas olmadığını və iddiaçıya yalnız aylıq sığorta ödənişinin verilməsinin mümkün olduğunu göstərir. Qanunun 17.1-ci maddəsinə əsasən, aylıq sığorta ödənişinin məbləği sığorta hadisəsi nəticəsində zərər çəkmiş sığorta olunanın peşə əmək qabiliyyətini itird iyi tarixdən əvvəl malik olduğu orta aylıq əmək haqqının həmin sığorta hadisəsi nəticəsində itirilmiş peşə əmək qabiliyyətinin faizi miqdarında müəyyən edilir. Qanunun 18.1-ci maddəsinə əsasən, icbari sığorta müqaviləsi üzrə aylıq sığorta ödənişi sığorta hadisəsi nəticəsində sığorta olunanın əvvəlki peşə əmək qabiliyyətinin itirilməsi dərəcəsinin müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edildiyi gündən verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 3 noyabr tarixli, 196 nömrəli qərarıyla təsdiq edilmiş istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta üzrə sığorta ödənişinin təyin edilməsi, verilməsinin dayandırılması və bərpa olunması Qaydalarının 2.1.1-ci yarımbəndinə əsasən, aylıq sığorta ödənişləri - sığorta olunanın əvvəlki peşə əmək qabiliyyətinin itirilməsi dərəcəsinin TSEK tərəfindən müəyyən edildiyi tarixdən hesablanmaqla, sığorta ödənişinin verildiyi hər təqvim ayının 25-dən gec olmayaraq ödənilir. İş materiallarında da göründüyü kimi xx.xx.2017-ci il tarixdə İddiaçı əmək zədəsi nəticəsində əmək qabiliyyətinin 70% itirilməsi ilə 5 (beş) il müddətində ikinci dərəcəli əlillik təyin edilmişdir. Belə olan halda qanunvericiliyin tələbləri nəzərə alınmaqla iddiaçıya sığorta ödənişi təyin edilməli olduğu halda işə baxan məhkəmələr bu hala diqqət verməyərək iş üzrə səhv nəticəyə gəlmişlər. Qeyd edilənlərdən göründüyü kimi, həm birinci həm də, apellyasiya instansiya məhkəməsi müddətli əlillik təyin olunan iddiaçıya sığorta məbləği həddində birdəfəlik ödəniş təyin edər kən maddi hüquq normalarını düzgün tətbiq etməmiş və tətbiq edilməli normaları tətbiq etməmiş, bununla da qanuni olmayan və əsasız qətnamə qəbul etmişlər. İşin yuxarıda qeyd olunan hallarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının təqdim olunmuş sübutları tam və hərtərəfli araşdırmadan, işin nəticəsi üçün mühüm əhəmiyyət kəsb edən sübutlara lazımi hüquqi qiymət vermədən iş üzrə gəldiyi nəticəsi qanuni və əsaslı sayıla bilməz. Ona görə də qətnamə ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir. İşə yenidən baxan məhkəmə qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, kassasiya şikayətinə əlavə edilən sənədləri də nəzərə almaqla araşdırılan sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələbləri baxımından düzgün hüquqi qiymət verməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 417.1.3-cü maddəsinə görə kassasiya məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Həmin Məcəllənin 418.1-ci maddəsinin tələbinə görə maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 418.3-cü maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düz gün tətbiq olunmaması qətnamənin, yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara alır: Cavabdeh1 Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-7317/2019 nömrəli iş üzrə xx xxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilsin və mülki iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Ali Məhkəmənin hakimi Əhməd Nurməmmədov
Məhkəmə qərarları › İş №2(102)-773/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-773/2020
03.02.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver