Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-7732/2019 19.12.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi - hakim), Rüstəmov Əli Məhəmməd oğlu, Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, İddiaçı vəkili Məmmədov Qaçay Məcid oğlunun, müstəqil tələb irəli sürən üçüncü şəxs V1 qızının və vəkili ** oğlunun iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 17.07.2019-cu il tarixli, 2(103)-6158/2019 nömrəli qətnaməsindən müstəqil tələb irəli sürən üçüncü şəxs V1 qızı tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxar aq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (S.Məhrəliyev) 2(011)-430/2019 saylı, 18.02.2019-cu il qətnaməsi ilə İddiaçı cavabdehlər “xxxx” MMC-yə V1 qızına və Cavabdeh2 qarşı “müqavilələrin etibarsız hesab edilməsi və əmlakın təhvil verilməsi” tələbinə dair birinci iddianın təmin edilərək, ünvan 1 ünvanda inşa edilən 2 saylı yaşayış binasının 17-ci mərtəbəsində, ümumi sahəsi 157,6 kv.m.olan, 3 otaqlı, 73 saylı mənzilin İddiaçı təhvil verilməsi, ünvan 1 ünvanda inşa edilən 2 saylı yaşayış binasının 17-ci mərtəbəsində, ümumi sahəsi 157,6 kv.m olan 3 otaqlı, 73 saylı mənzilinə dair Cavabdeh1 MMC ilə Cavabdeh2 arasında bağlanmış 10.04.2008-ci il tarixli müqavilə və bunun əsasında həmin mənzilə dair V1 qızı ilə Cavabdeh1 MMC arasında bağlanmış 03.11.2017-ci il tarixli müqaviləsinin etibarsız hesab edilməsi, birinci iddianın verilməsi üçün ödənilmiş 10 manat məbləğində dövlət rüsumunun birinci iddia üzrə cavabdehlərdən tutularaq birinci iddia üzrə iddiaçıya ödənilməsi, ikinci iddianın təmin edilməməsi, ikinci iddianın verilməsi üçün ödənilmiş 10 manat məbləğində dövlət rüsumunun ikinci iddia üzrə iddiaçıya aid edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər İ.Kərimli, T.Səmədov, E.Kazımov) 17.07.2019-cu il tarixli, 2(103)-6158/2019 nömrəli qətnaməsi ilə Cavabdeh1 MMC və 3-cü şəxs E.Şirinova tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)- 430/2019 saylı, 18.02.2019-cu il tarixli qətnaməsi ilə onların apellyasiya şikayətlərinə münasibətdə (mübahisələndirilən hissədə) dəyişdiril mədən saxlanılması, müstəqil tələb irəli sürən üçüncü şəxs V1 qızına 03.11.2017-ci il tarixli müqaviləyə əsasən həmin mənzilin ölçülərinə uyğun başqa mənzilin verilməsi və ya onun real bazar dəyərinə müvafiq pul tələbi ilə bağlı Cavabdeh1 MMC-yə qarşı ümumi qaydada məhkəməyə müraciət etmək hüququnun olmasının izah olunması, apelyasiya şikayətlərinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumunun tərəflərin özlərinə aid edilməsi qət edilmişdir. Müstəqil tələb irəli sürən üçüncü şəxs V1 qızı iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 17.07.2019-cu il tarixli qətnaməsindən kassasiya şikayəti vermişdir. İşin halları: İddiaçı cavabdehlər "xxxx” MMC-yə qarşı “əmlakın təhvil verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “xxxx” MMC ilə onun arasında ün van 1 ünvanda inşa edilən 2 saylı yaşayış binasının 17-ci mərtəbəsində, ümumi sahəsi 157.6 kv.m olan 3 otaqlı, 73 saylı mənzilin 07.05.2011-ci il tarixli müqaviləyə əsasən ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən 3-cü şəxs Şirinov Elmira Babaş qızı cavabdehlər "xxxx” MMC-yə və İddiaçı qarşı “mənzilin təhvil verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər İddiaçı ilə "xxxx” MMC arasında bağlanmış 07.05.2011ci il tarixli müqavilənin etibarsız hesab edilməsi və ünvan 1 ünvanında inşa edilən 2 saylı yaşayış binası, 17-cu mərtəbə, ümumi sahəsi 157.6 kv.m-dən ibarət olan 3 otaqlı, 73 saylı mənzilin ona təhvil verilməsi, həmin mənzilə dair sahiblik və istifadə hüququnun tanınması və onu n həmin mənzildən istifadə etməsinə, mənzilə girib-çıxmasına maneçilik törədilməsinin cavabdehlərə qadağan edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı cavabdeh qismində V1 qızını və Cavabdeh2 da göstərməklə iddia ərizəsinə əlavə ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 MMC ilə onun arasında ünvan 1 ünvanda inşa edilən 2 saylı yaşayış binasının 17-ci mərtəbəsində, ümumi sahəsi 157,6 kv.m.olan, 3 otaqlı, 73 saylı mənzilinin 07.05.2011-ci il tarixli müqaviləyə əsasən ona təhvil verilməsi, ünvan 1 ünvanda inşa edilən 2 saylı yaşayış binasının 17-ci mərtəbəsində, ümumi sahəsi 157,6 kv.m olan 3 otaqlı, 73 saylı mənzilinə dair Cavabdeh1 MMC ilə Cavabdeh2 arasında bağlanmış 10.04.2008-ci il tarixli müqavilə və bunun əsasında həmin mənzilə dair V1 qızı ilə Cavabdeh1 MMC arasınd a bağlanmış 03.11.2017-ci il tarixli müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Müstəqil tələb irəli sürən üçüncü şəxs V1 qızı və onun vəkili ** oğlu kassasiya şikayətini onunla əsaslandırmışlar ki, Cavabdeh1 MMC-nin İddiaçı təqdim edilmiş 11 noyabr 2011-ci il tarixli maliyyə arayışının və müqavilənin saxta olması, imzanın həmin vaxt cəmiyyətin direktoru olmuş M.İ,Cəfərov aid olmaması, mənzilin əvvəlki mülkiyyətçisi olmuş Cavabdeh2 “Sahil-D “xxxx” MMC tərəfindən təqdim edilmiş maliyyə arayışındakı M.İ.Cəfərovun imzası ilə X2 verilmiş maliyyə arayışındakı M.İ.Cəfərovun imzalarının gözlə görünəcək dərəcədə bir-birindən ciddi şəkildə fərqli olması, buna görə də məhkəmə tərəfindən xətşünaslıq ekspertizası təyin edilməsi və sənədlərdəki imzanın həqiqətən M.İ.Cəfərova aid olub-olmamasının yoxlanmasına zərurət olduğunu bildirilsə də, məhkəmə bu məsələni araşdırmamışdır. Bir fakt da qeyd edilməlidir ki, İddiaçı ilə Cavabdeh1 MMC arasında bağlanmış 07.05.2011-ci il tarixli müqavilənin tarix qeyd edilmiş qrafasında 07.05.2008-ci il tarixinə dəyişiklik edilərək 07.05.2011-ci il kimi qeyd edilmişdir. Beləliklə, apellyasiya kollegiyası maddi və prosessual hüquq normalarının pozuntusu ilə qətnamə qəbul etmişdir. Göstərilənlərə əsasən onlar iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 17.07.2019-cu il tarixli, 2(103)-6158/2019 saylı qətnaməsinin ləğv edilməsi, İddiaçı iddia tələbinin rədd edilməsi, Cavabdeh1 MMC-yə və İ ddiaçı qarşı cavabdehlərin arasında bağlanmış 07.05.2011-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi və ünvan 1 ünvanda inşa edilən 2 saylı yaşayış binasının, 17ci mərtəbəsində yerləşən ümumi sahəsi 157.6 kv.metrdən ibarət olan 3 otaqlı, 73 saylı mənzilin ona təhvil verilməsi, həmin mənzilə dair sahiblik və istifadə hüququnun tanınması, mənzildən istifadə etməyinə, mənzilə giriş-çıxışa maneçilik törədilməsinin cavabdehlərə qadağan edilməsinə dair yeni, mümkün olmadıqda mülki işin yenidən baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişlər. İşdə iştirak edən şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Lakin İddiaçı, cavabdehlər Cavabdeh1 MMC-nin səlahiyyətli nümayəndəsi və Cavabdeh2 məhkəmə iclasın a gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən, məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən müstəqil tələb irəli sürən üçüncü şəxs V1 qızının və onun vəkili ** oğlu kassasiya şikayətini müdafiə edərək, məhkəmədən şikayətin təmin edilməsini xahiş etdilər. Məhkəmə iclasında iştirak edən İddiaçı vəkili Məmmədov Qaçay Məcid oğlu kassasiya şikayətinin təmin edilməməsini, qətnamənin dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdilər. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq norm alarının düzgün tətbiqini yoxlayır. İşə mahiyyəti üzrə baxan apellyasiya kollegiyası birinci instansiya məhkəməsinin dəyişdirilmədən saxlanması barədə qənaəti ilə əlaqədar qeyd etmişdir ki, məhkəmə kollegiyası Azərbaycan Respublikası Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin 08.11.2018-ci il tarixli məktubuna və tərəflərin iradəsindən asılı olmayan mötəbər sübut 30 yanvar 2013-ü il tarixli auditor rəyi və auditor rəyinə əlavə edilmiş mənzillərin siyahısına (həmin siyahıda mənzilin İddiaçı 07.05.2011-ci il tarixdə satılması qeyd olunub) əsasən mübahisəli mənzilin saxta sənədlərlə 10 aprel 2008-ci il tarixə Cavabdeh2 adına rəsmiləşdirilməsi müəyyən edilmişdir. Azərbaycan Respublikası Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin 08.11.2018-ci il tari xli, ********* saylı məktubundan görünür ki, məhkəmənin 15.10.2018ci il tarixli, 2(011)-7487/2018 saylı sorğusuna cavab olaraq bildirilmişdir ki, Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq İdarəsində «xxxx» MMC-nin vəzifəli şəxsləri barəsində Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.3, 178.2.4, 78.3.2, 308.2 və 313-cü maddələri ilə ********* N°-li cinayət işinin istintaqı aparılır. Aparılmış istintaq zamanı 07 may 2011-ci il tarixdə “xxxx” MMC tərəfindən X2 məxsus ünvan 3 ünvanında inşa etdiyi 2 saylı yaşayış binasının 17-ci mərtəbə, 157,6 kv metr sahəsi olan 73 saylı mənzilin saxta sənədlərlə 10 aprel 2008-ci il tarixə Cavabdeh2 adına rəsmiləşdirilməsi müəyyən edilmişdir. Eyni zamanda istintaq zamanı auidit yoxlaması keçirilmi şdir. 30 yanvar 2013-ü il tarixli auditor rəyindən və auditor rəyinə əlavə edilmiş mənzillərin siyahısından görünür ki, 2 saylı yaşayış binasının 17-ci mərtəbə, 157,6 kv metr sahəsi olan 73 saylı mənzil X1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1 -ci maddəsinə əsasən mülkiyyətçi ona məxsus əmlak üzərində öz mülahizəsinə əsasən sahiblik edir, onun barəsində sərəncam verir və ondan istifadə edir. Həmin Məcələnin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özünün sahibliklə əlaqədar olmayan pozulmuş hüquqlarının bərpa olunmasını məhkəmədən tələb edə bilər. Məcəllənin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” 25 oktyabr 2010- cu il tarixli Qərarında müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsi həmin Məcəllənin 146.1 -ci, 146.2-ci, 178.1 -ci və 178.2-ci maddələrinin və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 113-cü maddəsinin müddəalarına uyğun olaraq tətbiq edilməlidir. Kooperativin üzvü və pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka sahiblik və istifadə etmək hüququnu, daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıqdan sonra isə sərəncam vermək hüququnu əldə edirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gə lməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 337-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Kassasiya kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və kassasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil etmiş, apellyasiya kollegiyası mübahisə üzrə düzgün hüquqi mövqe nümayiş etdirmişdir. Kassasiya yoxlaması zamanı apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən hər hansı maddi və prosessual hüquq normasının pozuntusuna yol verilməsi halı müəyyən edilməmişdir. Odur ki, kassasiya şikayətinin dəlilləri apellyasiya instansiya məhkəməsinin qəbul etdiyi qətnamənin ləğv edilməsi üçün əsas hesab edilə bilməz. Beləliklə, kassasiya kollegiyası belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməl i, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Müstəqil tələb irəli sürən üçüncü şəxs V1 qızı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 17.07.2019-cu il tarixli, 2(103)6158/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-7732/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-7732/2019
19.12.2019 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver