Məhkəmə qərarları › İş №2(102)-774/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-774/2019

12.02.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-774/2019 12.02.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ 12 fevral 2019-cu il şəhəri İŞ № 2(102)-774/2019 Bakı Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əhmədov Əhməd Abbas oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyeva Günel İnqilab qızı, iddiaçı X4 və Bərpası Müəssisəsinin vəkili X1, cavabdeh "xxxx" MMC-nin vəkili Kişiyev Vüsal Asəf oğlunun iştirakları ilə açıq məhkəmə iclasında, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 24 oktyabr 2018-ci il tarixli, 2(103)-12394/2018 saylı qərardadından üçüncü şəxs "xxxx" MMC-nin direktoru Ca vabdeh1 və vəkili Kişiyev Vüsal Asəf oğlunun kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ Bakı şəhəri, Yasamal rayon məhkəməsinin 24 sentyabr 2018-ci il tarixli, 2(004)-6030/2018 saylı qərardadı ilə (sədrlik edən, hakim S.B.Mehrəliyev) iddiaçı X4 və Bərpası Müəssisəsinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Vaqif oğluna qarşı “vurulmuş zərərin ödənilməsi” iddiasına dair mülki iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Şirvan İnzibati-İqtisadi Məhkəməsinə göndərilməsinə dair vəsatəti təmin edilməmişdir. Üçüncü şəxs "xxxx" MMC qərardaddan şikayət vermişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 24 oktyabr 2018-ci il tarixli, 2(103)-12394/2018 saylı qərardadı ilə (hakimlər F.Ş.Talışinski sədrlik edən, məruzəçi, S.F.Hacıyev və R.Ə.Eyvazov) üçüncü şəxs "xxxx" MMC-nin iş üzrə Bakı şə həri, Yasamal rayon məhkəməsinin 24 sentyabr 2018-ci il tarixli qərardadından verdiyi şikayət üzrə apelyasiya qeyri-mümkün hesab edilmişdir. Üçüncü şəxs "xxxx" MMCnin direktoru Cavabdeh1 və vəkili Vüsal Kişiyev qərardaddan kassasiya şikayəti vermişlər. İŞİN HALLARİ İşdən görünür ki, iddiaçı X4 və Bərpası Müəssisəsi məhkəmədə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Vaqif oğluna qarşı “vurulmuş zərərə görə 302.469 manat pul tələbinə dair” iddia qaldırmışdır. Eləcə də "xxxx" MMC məhkəmədə X4 və Bərpası Müəssisəsinə qarşı “aktların etibarsız hesab edilməsi, dəymiş maddi zərərə görə 9.071,36 manat, işgüzar nüfuza vurulmuş zərərə görə 50.000 manat, cəmi 59.101,36 manat pul tələbinə dair” iddia qaldırmışdır. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi qərardaddan verilmiş şikayət üzrə apellyasiyanı qeyri-mümkün hesab edərkən prosessual normaların tələblərini pozaraq, iş üzrə düzgün olmayan qərardad qəbul etmişdir. Kassasiya şikayətində iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilib, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsi xahiş olunmuşdur. Kassasiya şikayətinə dair etiraz ərizəsi daxil olmamışdır. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə iclasında üçüncü şəxs "xxxx" MMC-nin vəkili Vüsal Kişiyev kassasiya şikayətində göstərilənlərə uyğun olaraq izahat vermişdir. İddiaçı X4 və Bərpası Müəssisəsinin vəkili İmanqulu Həsənov məhkəmə iclasında kassasiya ş ikayətinin dəlilləri ilə razılaşmayıb, izahatında iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsələr də, üzrsüz səbəblərdən məhkəmə iclasına gəlmədikləri üçün kassasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR Kassasiya instansiyası məhkəməsi məruzəçini, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, apellyasiya instansiyası məhkəməsinin maddi, prosessual hüquq normalarının tələblərini düzgün tətbiq etməsini yoxlayıb hesab edir ki, aşağıdakılara görə kas sasiya şikayəti təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi üçüncü şəxs "xxxx" MMC-nin birinci instansiya məhkəməsinin qərardadından verdiyi şikayət üzrə apellyasiyanı qeyrimümkün hesab edərkən, Cəmiyyətin hazırkı mülki iş üzrə hər hansı tələb irəli sürməməsinə, şikayətin hüquqi olmayan şəxs tərəfindən imzalanmasına, şikayətə Cavabdeh1 səlahiyyətlərini təsdiq edən hər hansı sənədin əlavə edilməməsinə, birinci instansiya məhkəməsinin qərardadının surətinin üçüncü şəxs "xxxx" MMC tərəfindən hansı tarixdə əldə edilməsinə dair işdə heç bir sübutun olmamasına, sonuncu tə rəfindən prosessual müddətin ötürülüb-ötürülməməsi məsələsinə birinci instansiya məhkəməsi tərəfindən heç bir hüquqi qiymət verilməməsinə istinad etmiş və hüquqi mövqeyini Azərbaycan Respublikası MPM-nin 2, 69, 73, 360-366-cı maddələrinin və digər prosessual normaların tələbləri ilə əsaslandırmışdır. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşmır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən prosessual normaların tələblərini pozmuşdur. Əvvəla, apellyasiya instansiyası məhkəməsi üçüncü şəxs "xxxx" MMC-nin hazırkı iş üzrə hər hansı tələb irəli sürməməsini göstərsə də, kassasiya instansiyası məhkəməsi bununla razılaşmır. Belə işin 116-126-cı vərəqələrində olan iddia ərizəsindən görünür ki, "xxxx" MMC məhkəmədə X4 v ə Bərpası Müsəssisəsinə qarşı “aktların etibarsız hesab edilməsi, dəymiş maddi zərərə görə 9.071,36 manat, işgüzar nüfuza vurulmuş zərərə görə 50.000 manat, cəmi 59.101,36 manat pul tələbinə dair” iddia qaldırmışdır. Apellyasiya instansiyası məhkəməsi mülki iş materiallarını öyrənmədən, işə əlavə edilmiş sənədləri tədqiq etmədən, üçüncü şəxs "xxxx" MMC-nin hər hansı tələb irəli sürməməsi barədə səhv nəticəyə gəlmişdir. Hansıki birinci instansiya məhkəməsinin qərardadında da üçüncü şəxs "xxxx" MMC-nin sözügedən iddia tələbi ilə məhkəməyə müraciət etdiyi qeyd olunmuşdur. Digər tərəfdən apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi olmayan şəxs tərəfindən imzalanmasını, şikayətə Cavabdeh1 səlahiyyətlərini təsdiq edən hər hansı sənədin əlavə edilməməsini göstərsə də, kassasiya instansiya sı məhkəməsi bununla razılaşmır. Belə ki, işdən görünür ki, birinci instansiya məhkəməsinin 24 sentyabr 2018-ci il tarixli qərardadından şikayət üçüncü şəxs "xxxx" MMC-nin rəsmi rekvizitlərini özündə əks etdirən blankda tərtib edilməklə verilmiş və şikayət Cəmiyyətin direktoru Cavabdeh1 tərəfindən imzalanmaqla, Cəmiyyətin dairəvi möhürü ilə təsdiq edilmişdir (iş vərəq 187-189). Bundan başqa işin 138-139-cu vərəqələrində olan “kommersiya hüquqi şəxslərin dövlət reyestrindən çıxarış”dan görünür ki, üçüncü şəxs "xxxx" MMC-nin nizamanmə kapitalında mayasının miqdarı 100 faiz Cavabdeh1 məxsus olmaqla, sonuncu həmin Cəmiyyətin təsisçisi və qanuni təmsilçisidir. Daha sonra apellyasiya instansiyası məhkəməsi üçüncü şəxs "xxxx" MMC-i tərəfindən birinci instansiya məhkəməsinin qərardadının surətinin hansı tarixdə əldə edilməsinə dair işdə heç bir sübutun olmamasını, prosessual müddətin ötürülübötürülməməsi məsələsinə birinci instansiya məhkəməsi tərəfindən heç bir hüquqi qiymət verilməməsini göstərsə də kassasiya instansiyası məhkəməsi bununla da razılaşmır. Belə ki, işin 179-cu vərəqində olan məhkəmə qəbzindən görünür ki, birinci instansiya məhkəməsinin 24 sentyabr 2018-ci il tarixli qərardadının surəti üçüncü şəxs "xxxx" MMC-nin nümayəndəsi və vəkili Habil İsgəndərov tərəfindən 17 oktyabr 2018-ci il tarixdə qəbul edilmiş, qərardaddan verilmiş şikayətin surəti isə Bakı şəhəri, Yasamal rayon məhkəməsinin dəftərxanasına 16 oktyabr 2018-ci il tarixdə daxil olmuşdur. Azərbaycan Respublikası MPM-nin 366.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Həmin Məcəllənin 363.1.1-ci maddəsinə əsasən, apellyasiya şikayəti imzalanmamışdırsa və ya onu imzalamağa hüququ olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışdırsa apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən şikayəti vermiş şəxsə geri qaytarılır. Həmin Məcəllənin 366.1-ci maddəsinə əsasən, apelyasiyanın mümkünlüyünün yoxlanılması dedikdə, işə apelyasiya qaydasında baxılması üçün prosessual əsasların olması, yəni apelyasiya şikayətinin aidiyyəti üzrə apellyasiya instansiyası məhkəməsinə düzgün verilib-verilməməsi, apelyasiya şikayətinin səlahiyyətli şəxs tərəfindən verilib-verilməməsi, imzalanıb-imzalanmam ası, apelyasiya şikayətinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədin əlavə edilib edilməməsi, apellyasiya şikayətinin müəyyən edilmiş müddət ərzində verilib-verilməməsi daxildir. Həmin Məcəllənin 366.2-ci maddəsinə görə, əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa,o, qəbul olunmamış hesab edilə bilər. Sadalanan prosessual normaların mənasına görə, apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən o, vaxt geri qaytarıla bilər ki, apellyasiya şikayəti imzalanmasın və ya onu imzalamağa hüququ olmayan və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalansın, eyni zamanda apellyasiya şikayəti üzrə apellyasiya o, vaxt qeyri-mümkün hesab edilə bilər ki, işə apellyasiya qaydasında baxılması üçün prosessual əsaslar olmasın, yəni apell yasiya şikayəti aidiyyəti üzrə apellyasiya instansiyası məhkəməsinə düzgün verilməsin, apellyasiya şikayəti səlahiyyəti olmayan şəxs tərəfindən verilməklə imzalansın, apelyasiya şikayətinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə edilməsin, apellyasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilsin və sair. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin sözügedən qərardadından verilmiş şikayətin üçüncü şəxs "xxxx" MMC-nin təsisçisi və qanuni təmsilçisi Cavabdeh1 tərəfindən imzalanmaqla, Cəmiyyətin dairəvi möhürü ilə təsdiq edilməsinə, şikayətin aidiyyəti üzrə Bakı Apellyasiya Məhkəməsinə düzgün verilməsinə, eləcə də şikayətin qanunla müəyyən edilmiş müddətdə verilməsinə və beləliklə də şikayət üzrə apellyasiyanın mü mkünlüyü üçün prosessual əsasların olmasına əhəmiyyət vermədən, şikayət üzrə apellyasiyanı qeyri-mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinə əsasən, maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 418.3-cü maddəsinə görə, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin, yaxud qərardadın ləğv edilməsi üçün o, vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya instansiyası məhkəməsi işin yuxarıda müəyyən edilmiş faktiki hallarını və sadalanan prosessual normaların tələblərini əsas tutub, kassasiya şikayətində göstərilən digər dəlilləri də müzakirə edib hesab edir ki, kassasiya şikayəti təmin edilməli, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərardadı ləğv edilməli, mülki iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmalı və işə yenidən apellyasiya qaydasında baxılarkən sadalanan nöqsanlar aradan qaldırılmaqla yanaşı, işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirlər görülməli və hazırkı mübahisəli məsələyə sadalanan prosessual normaların tələbləri baxımından hüquqi qiymət verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-420-ci maddələrinin tələblərini rəhbər tutaraq kassasiya instansiyası məhkəməsi QƏRARA ALDİ: Üçüncü şəxs "xxxx" MMC-nin direktoru Cavabdeh1 və vəkili Kişiyev Vüsal Asəf oğlunun kassasiya şikayəti təm in edilsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 24 oktyabr 2018-ci il tarixli, 2(103)-12394/2018 saylı qərardadı ləğv edilsin, mülki iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılsın. Qərarqəbul edildiyiandan qüvvəyəminir. Sədrlik edən: Əsli ilə düzdür Ali Məhkəmənin hakimi Əhməd Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar