Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-774/2024 21.02.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı QƏRARİ (Açar sözlər: mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr, maddi ziyanın ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası hakimlər, Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu, Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “maddi zərərin ödənilməsi” tələbinə dair Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-2018/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə 21 fevral 2024-cü il tarixdə Ali Məhkəm ənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi: İşin halları 1.Fiziki şəxsin sahibkarlıq uçotu haqqında şəhadətnamənin surətinə əsasən, (qeydiyyat № (VÖEN) **********) İddiaçı 09 dekabr 2014-cü il tarixdə fərdi sahibkar kimi uçota alınmışdır. 2.18 yanvar 2019-cu il tarixli əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişinin surətinə əsasən, işəgötürən İddiaçı ilə işçi Cavabdeh arasında 03 yanvar 2019-cu il tarixdə əmək müqaviləsi bağlanmış və işçi satış nümayəndəsi vəzifəsinə qəbul edilmişdir. 3.03 yanvar 2019-cu il tarixli əmək müqaviləsi kontraktı və tam maddi məsuliyyət barədə müqavilələrdən görünür ki, Cavabdeh ilə iddiaçı arasında 03 yanvar 2019-cu il tarixdə əmək müqaviləsi bağlanmış və işçi satış nümayəndəsi vəzifəsinə qəbul edilmişdir. O, maddi məsul şəxs kimi təqsirli səbəbdən müəssisəyə, idarəyə, təşkilata dəyən zərərin miqdarı müəyyən edildikdən sonra onun ödənişini qanunvericiliyə uyğun ödəyəcəyini öhdəsinə götürmüşdür. 4. 28 may 2019-cu tarixli Cavabdeh tərəfindən verilmiş iltizama əsasən, o, İddiaçı 21.500 manat pul borcu olduğunu bildirmiş və 29 may 2019-cu il tarixdə 5.000 manat, 01 iyul 2019-cu il tarixdə 10.000 manat, 01 sentyabr 2019-cu il tarixdə 6.500 manat ödəməyi öhdəsinə götürmüşdür. 5. 28 may 2019-cu tarixli Cavabdeh tərəfindən verilmiş izahata əsasən o, satılan malların pullarını, yəni 21.500 manatı sahibkara verməmiş, öz ehtiyacları üçün xərclədiyini bildirmiş və 29 may 2019-cu il tarixdə 5.000 manat, 01 iyul 2019-cu il tarixədək 10.000 manat, 01 sentyabr 2019-cu il tarixədək 6.500 manat ödəməyi öhdəsi nə götürmüşdür. 6.30 sentyabr 2019-cu il tarixli kassa mədaxil orderinə əsasən, Cavabdeh tərəfindən İddiaçı 2019-cu ildə satılmış mallara görə 5.000 manat ödənilmişdir. 7.31 oktyabr 2019-cu il tarixli kassa mədaxil orderinə əsasən, Cavabdeh tərəfindən İddiaçı 2019-cu ildə satılmış mallara görə 625 manat ödənilmişdir. 8. 30 noyabr 2019-cu il tarixli kassa mədaxil orderinə əsasən, Cavabdeh tərəfindən İddiaçı 2019-cu ildə satılmış mallara görə 625 manat ödənilmişdir. 9. 28 dekabr 2019-cu il tarixli kassa məxaric orderinə əsasən Cavabdeh tərəfindən İddiaçı 2019-cu ildə satılmış mallara görə 625 manat ödənilmişdir.
10. X3 tərəfindən verilmiş iltizama əsasən, kürəkəni Cavabdeh İddiaçı 21500 manat borcu olmuşdur. Həmin borcdan 30 sentyabr 2019-cu il tarixdə 5.000 manat onun tərəfindən ödənilmişdi r. 06 oktyabr 2019-cu il tarixdə 1500 manat ödəməyi və qalan 15.000 manatı 24 ay müddətində hər ay 625 manat ödəməyi öhdəsinə götürmüşdür; 11. "xxxx" müstəqil auditorun 17 iyun 2020-ci il tarixli rəyinə əsasən, Cavabdeh 6875 AZN ödəniş etdikdən sonra İddiaçı olan qalıq borcunu (14625 AZN) indiyə qədər ödəməmiş, ödəməkdən imtina etmişdir;
12. Əmək kitabçasının surətinə əsasən Cavabdeh 28 sentyabr 2020-ci il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsi üzrə tutduğu vəzifədən azad edilmişdir. 13. “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” Səbail rayon prokurorluğunun müstəntiqi X7 04 iyun 2021-ci il tarixli qərarına əsasən, toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. 14. “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” Səbail rayon p rokurorluğunun böyük müstəntiqi X2 13 sentyabr 2021-ci il tarixli qərarına əsasən, toplanmış material üzrə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.1ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat
15. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona dəymiş ziyana görə 14.625 manat məbləğində zərər pulunun və iddia ərizəsi üçün dövlət büdcəsinə ödənilmiş 134 manat məbləğində pulun, ümumilikdə cəmi 14.759 manat pulun tutularaq оnun hesabına köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
16. İddiaçı iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki, o, fərdi sahibkar kimi 2018-ci ildən Bakı şəhəri və respublikanın digər rayonlarına qida məhsullarının topdan və pərakəndə satışını həyata keçirmişdir. Həmin fəaliyyətlə əlaqədar olaraq onunla cavabdeh arasında əmək müqaviləsi bağlanmış və elektron qaydada qeydiyyata alınmışdır. Cavabdehin işlədiyi “satış nümayəndəsi” vəzifəsi ona təyin olunan ərazidə yerləşən mağazalara onların satdıqları malları təqdim etməklə, mağazalarla həmin malların satışını razılaşdırıb sifarişləri qəbul etmək, həmin sifarişlər əsasında mağazalar tərəfindən ödənilməli olan pulları toplayıb ona təhvil verməkdən ibarət olmuşdur. Lakin, cavabdeh işlədiyi müddət ərzində mağazalardan topladığı pulların ona çatan hissəsini özünə götürmüş və ona mağazaların ödənişləri tam etmədiyini və borclarının qaldığını bildirmişdir. Nəticədə, cavabdeh ümumilikdə 21500 manat məbləğində pulu əsassız əldə edərək ona maddi zərər vurmuşdur. Bunu cavabdehin verdiyi izahat, iltizam və “İnternational Audit’’ MMC-nin verdiyi audit rəyi təsdiq edir. Belə ki, cavabdeh 28 may 2019-cu il tarixli iltizam və izahatda da 21500 manat məbləğində pulu əldə etdiyini etiraf etmiş və həmin məbləği hissə-hissə 01 sentyabr 2019- cu il tarixədək ödəməyi öhdəsinə götürmüşdür. Əlavə olaraq "xxxx" MMC ilə aralarında bağlanılmış 02 mart 2020-ci il tarixli müqaviləyə əsasən şirkət tərəfindən audit yoxlanılması aparılmış və təqdim edilmiş sənədlər əsasında cavabdehin cavabdehlik daşıdığı mağazalardan satılmış mallar üzrə 60435.35 manat borc qalmağına baxmayaraq qeyd olunan mağazaların təqdim etdikləri üzləşmə aktlarında mağazaların ümumilikdə 36232.75 manat borcunun qaldığı müəyyən edilmişdir. Əlavə olaraq qeyd olunan mağazalarla aparılan daxili üzl əşmələrə əsasən aydın olmuşdur ki, həmin mağazalar ümumilikdə 21500 manat məbləği cavabdehə ödəniş etmiş, lakin cavabdeh qeyd olunan məbləği ona ödəməmişdir. Daha sonra cavabdeh dəymiş 21500 manat ziyanın 6875 manat məbləğində hissəsini geri qaytarmışdır. Ümumilikdə cavabdehin ona 14625 manat borcu qalmışdır. O və digər əməkdaşlar tərəfindən cavabdehə dəfələrlə müraciət olunaraq pulu geri qaytarmaq tələb edilmiş, əks halda qanunla nəzərdə tutulmuş qaydada müraciət ediləcəyi bildirilmişdir. Lakin, cavabdeh müraciətləri cavabsız qoymuşdur. Qeyd olunan faktlarla bağlı tərəfindən Azərbaycan Respublikası Baş Prokuroruna ərizə ilə müraciət edilmişdir. Lakin, cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Yuxarıda qeyd olunan səbəbdən cavabdehə qarşı hazırki iddia təl əbi ilə məhkəməyə müraciət edir ki, cavabdehdən ona dəymiş 14625 manat və həmçinin iddia ərizəsi üçün dövlət büdcəsinə ödənilmiş 134 manat məbləğində pul tutularaq ona ödənilməlidir.
17. Məhkəmə iclasında İddiaçı vəkili Vəkil1 iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
18. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında göstərmişdir ki, o, 03 yanvar 2019-cu il tarixdə iddiaçı ilə əmək müqaviləsi bağlayaraq böyük marketlərdə satış təmsilçisi vəzifəsini icra etmişdir. Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonunda yerləşən iri həcmli ticarət mərkəzlərində satdıqları malları təqdim etməklə, həmin malların satışını razılaşdırıb sifarişləri qəbul etmiş, həmin sifarişlər əsasında dükanlar tərəfindən verilməli olan pulları alıb r əhbərliyə təqdim etmişdir. O, 2019-cu ilin may ayında rəhbərliyin razılığı ilə məzuniyyətə çıxmışdır. Məzuniyyətə çıxdıqdan 1 həftə sonra fəaliyyətinə birbaşa nəzarət edən satış müdiri X9 ona zəng vuraraq işə qayıtmalı olduğunu bildirmiş, o isə etiraz edərək məzuniyyəti qurtarandan sonra gələ biləcəyini demişdir. Təxminən 15 may 2019-cu il tarixdə məzuniyyəti bitdiyindən işə qayıtmış, işə qayıdarkən ona 21500 manat məbləğində dükanlardan satılmış malların pullarını alsa da rəhbərliyə qaytarmadığını bildirmişlər. O, buna etiraz etdikdə Orxan onu təpik və şillə ilə vurmuş, cəzaçəkmə müəssisəsində cəza çəkən adamlarının olduğunu, onu həbs etdirib həmin adamlara pul verərək onu cəzalandıracaqlarını bildirmişdir. O, bundan sonra qorxaraq həmin məbləğdə pulu götürdüyünü bildirmiş, hətta bu bar ədə izahat yazmış, həmçinin iltizam yazaraq pulu qaytaracağına söz vermişdir. Müdiriyyət onun satış apardığı dükanlarda onun iştirakı olmadan yoxlama apararaq onun 21500 manat pul mənimsədiyini aşkara çıxarmışdır. O, sonralar müdiriyyətə onun iştirakı ilə yoxlanış aparılmasını bildirdikdə müdiriyyət bir qisim dükanlarda yoxlanışa başlasa da sonralar bunu dayandırmışdır. Bu məsələni ailə üzvləri biləndən sonra qayınatası X3 ona bir söz demədən ayrı-ayrı vaxtlarda cəmi 6875 manat pulu iddiaçıya qaytarmışdır. Onun döyülməsi və hədələnməsinə dair heç bir sübutu yoxdur, yalnız qardaşı Raminlə Orxan arasında olan danışığın audio yazısı vardır ki, həmin yazıda Orxanın onu necə hədələdiyini eşitmək olar. Həmçinin, Orxanın onu vurması ilə bağlı heç bir xəsarət və travma almamış, həmçinin polis şöbə sində izahatı alınan zaman 1 ildən artıq vaxtın keçdiyindən ekspertizadan keçməkdən imtina etmişdir. Orxan onu dəqiq yerini tanımadığı, yalnız Nərimanov rayonu ərazisində yerləşdiyini bildiyi ofisdə döymüşdür. Göstərilənləri nəzərə alaraq iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Verilmiş suallara cavab olaraq bildirdi ki, onun İddiaçı heç bir borcu yoxdur. Onun tərəfindən İddiaçı məxsus hər hansı bir vəsait mənimsənilməmişdir. O, dəfələrlə mal payladığı dükanlarda onun iştirakı ilə yoxlama keçirilməsini tələb etmişdir. Lakin, İddiaçı buna əhəmiyyət verməmişdir. İş materiallarında olan 28 may 2019-cu il tarixli iltizamlar həqiqətən də onun tərəfindən yazılmışdır. Həmin iltizamlarda o, İddiaçı olan borcunu etiraf etmiş və pulu hissə-hissə qaytaracağına dair öhdəlik göt ürmüşdür. Onun qayınatası X3 tərəfindən İddiaçı ödənilmiş 6875 manat məbləğində vəsaitdən xəbəri olmamışdır. Hesab edir ki, qayınatası həmin vəsaiti onun ailəsini qorumaq üçün ödəmişdir. Anası ilə İddiaçı arasında telefon danışığı da olmuş və həmin səs yazılarının yazıldığı CD diskləri məhkəməyə təqdim etmişdir.
19. Goranboy Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(045)-25/2023 saylı qətnaməsi ilə (hakim T.Ələkbərov) iddianın təmin edilməsi, Cavabdeh 14625 (on dörd min altı yüz iyirmi beş) manat vəsait və ödənilmiş 134 (yüz otuz dörd) manat dövlət rüsumunun əvəzinin İddiaçı xeyrinə tutulması qət edilmişdir.
20. Məhkəmə qeyd etmişdir ki, cavabdeh işlədiyi müddət ərzində mağazalardan topladığı pullardan 21500 manat özünə götürərək iddiaçıya maddi zərər vurmuşdur. Bunu cavabdehin verdiy i izahat, iltizamlar və “İnternational Audit’’ MMC-nin verdiyi audit rəyi təsdiq edir. Cavabdeh verdiyi izahat və iltizamlarda məsuliyyətini qəbul etmiş və həmin məbləği öz ehtiyacları üçün xərclədiyini bildirərək borcunu etiraf etmişdir. Belə ki, cavabdeh 28 may 2019-cu il tarixli iltizamlarda və izahatında da 21500 manat məbləğində pulu əldə etdiyini etiraf etmiş və həmin məbləği hissə-hissə 29 may 2019-cu il tarixdə 5000 manat, 01 iyul 2019-cu il tarixdə 10000 manat, 01 sentyabr 2019-cu il tarixdə 6500 manat ödəməyi öhdəsinə götürmüşdür. Lakin, həmin vaxtadək cavabdeh ödəniş etməmiş, 30 sentyabr 2019-cu il tarixdə 5000 manat, 31 oktyabr 2019-cu il tarixdə 625 manat, 30 noyabr 2019-cu il tarixdə 625 manat, 28 dekabr 2019-cu il tarixdə isə 625 manat ödəniş etmişdir. 21500 manat ziyanın 68 75 manat məbləğində hissəsi geri qaytarılmışdır. Daha sonra cavabdehin qayınatası X3 tərəfindən verilmiş iltizamda cavabdehin iddiaçıya 21500 manat borcu olduğu, həmin borcdan 30 sentyabr 2019-cu il tarixdə 5000 manat onun tərəfindən ödənildiyi, 06 oktyabr 2019-cu il tarixdə 1500 manat ödəməyi və qalan 15000 manatı 24 ay müddətində hər ay 625 manat ödəməyi öhdəsinə götürdüyü qeyd edilmişdir. Həmçinin, qeyd olunan faktlarla bağlı iddiaçı tərəfindən prokurorluğa müraciət edilmiş, lakin, cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. 28 sentyabr 2020-ci il tarixdə cavabdehlə əmək müqaviləsinə xitam verilmişdir. Nəticədə cavabdeh iddiaçıya 21500 manat məbləğində maddi ziyan vurmuş, həmin məbləğdən 6875 manat ödəmiş, 14625 manat qaytarmamışdır.
21. Məhkəmə Cavabde h izahatında göstərdiyi xüsusata, yəni 28 may 2019-cu il tarixli izahat və iltizamları təsir altında verməsinə dair qeyd etmişdir ki, həmin sənədlərdə cavabdeh borcunun olduğu qəbul etmiş və həmin borcu hissə-hissə ödəməyə dair öhdəlik götürmüşdür. Sözügedən sənədlər isə qəti sübut kimi qəbul edilir. Cavabdeh həmin sənədlərin təsir altında yazıldığını bildirsə də, buna dair hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir.
22. Məhkəmə öz mövqeyini əsaslandırarkən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 10(ç), 191, 192, 202, MPM-in 14.2, 77.1-ci maddələrinə istinad etmişdir. b)Apellyasiya instanisyası məhkəməsində icraat
23. Goranboy Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(045)-25/2023 saylı qətnaməsindən cavabdeh apellyasiya şikayəti vermişdir.
24. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuşdur. Belə ki, iddiaçı ona hədə-qorxu gəlməklə, zorakılıq göstərməklə onu iddiaçıya borcunun olmasına dair iltizam almışdır. O, hətta bu hadisədən sonra işlədiyi şirkətin işçilərinin onu təhqir etməsi, böhtan atmasından, başına tələb olunan məbləğ ödənilməsə oyun açacaqlarından qorxub pulun ödənilməsinə dair qəbz verib, özünü öldürmək qərarına gəlmişdir. Hətta bununla bağlı məktub yazıb özünü öldürməkdə əsil səbəbkaların kim olmasını da yazmışdır. İşə baxılan zaman ona qarşı olan hədələrlə bağlı yazılmış diski və özünü öldürmək istədiyi zaman yazdığı məktubu məhkəməyə təqdim etsə də məhkəmə bu kimi faktlara hüquqi qiymət vermədən iddianı təmin etmişdir. O, "xxxx" MMC şirkətində cə mi 2 ay işləmişdir. Ona 2 ay ərzində qeyri-qanuni olaraq 21500 manat pul ödəmə yazmışlar. Halbuki 2 ay ərzində şirkətdə o qədər mal, əmtəə dövriyyəsi olmamışdır. O, iddiaçıdan məhkəməyə 2 ay ərzində paylamaq üçün götürdüyü malın fakturasını təqdim etməsini istəmiş, ancaq iddiaçı bu fakturaları məhkəməyə təqdim etmir. O, Vergi Nazirliyinin nümayəndəsinin, Audit Yoxlama Komissiyasının və onun iştirakı ilə bütün fakturaların yoxlanılmasını tələb etsə də; məhkəmə obyektiv həqiqəti üzə çıxarmaq üçün bunu da etmir. Audit yoxlamasının onun iştirakı olmadan aparılmasına heç bir hüquqi qiymət verilmir. O, iş üzrə ekspertiza keçirilməsini, malın fakturasının hamısının ekspertə təqdim edilməklə rəy alınmasını məhkəmədən xahiş etsə də, bu da öz hüquqi qiymətini almamışdır. Bir sözlə işə baxan məhkəmə onun əl yazmasını etiraf kimi qəbul edib iddianı təmin etmişdir. Onun qayınatasının şirkətə 6500 manat pul ödəməyinə gəlincə qayınatası işin mahiyyətini tam bilmədən ona ola biləcək hər hansı qanunsuz hərəkətlərin qarşısını kəsmək üçün bu cür hərəkət edib iddiaçıya pulu ödəmişdir. X17 Nazirliyi adından zəng edib şirkətə çağırdılar. Şirkətdə şirkətin işçisi Zakir adlı şəxs anasının, polis işçisinin yanında onun pulu mənimsədiyini deyən zaman şirkətin işçisi onu polisin, anasının gözü qarşısında yumruqla vurdu. Bunu görən polis işçisi anasını və onu xidməti maşınında oradan kənarlaşdırdı. Bildirirmişdir ki, onun şirkətə borcu var idisə nə üçün ona verilmiş malın fakturaları ilə üzləşmə aparılmır. Onun verdiyi malın onun iştirakı olmadan nə vaxtı, nə qədər pulun toplanılması təqdim olunmur. B ütün bunların hamısı bir daha onu sübut edir ki, iddianın ona hədə qorxu ilə yazdığı etiraf ərizəsi ilə iddianın təmin edilməsinin hüquqi əsası yoxdur. Məhkəmə yaranmış mübahisələrli həll edən, yaranmış mübahisələrdə əsil həqiqəti müəyyən edilməsini müəyyən edən orqan olduğu halda çox təəssüflər olsun ki, Goranboy Rayon Məhkəməsində işə baxılan zaman iş hərtərəfli obyektiv, tam araşdırılmamış, onun məhkəməyə təqdim etdiyi sübutlar, vəsatətlər obyektiv həllini tapmamışdır. Ona görə də məlum iddia təmin edilərkən işin halları tam araşdırılmadan, qarşı tərəfin əsassız dəlillərinə istinad edilmişdir. Onlar iddiaçı X4 zəng edib onun belə bir şirkəti olduğunu soruşmuşlar, o isə belə bir şirkətinin olmadığını bildirdi. Şikayət əsasında işə baxılan zaman bu şəxsin məhkəməyə dəvət edilib bu faktla bağlı izahatının alınmasını xahiş etmişdir. İşə baxan məhkəmə iddianı təmin edərkən Əmək Məcəlləsinin 30, 191, 192, 202-ci maddələrinə istinad etmişdir. Halbuki iddianı təmin edərkən bu maddələrə istinad edilməsinin hüquqi əsası yoxdur. Çünki o şirkətin nə malını, nə də pulunu mənimsəməmişdir. Onun iddianı etiraf etməyi iddianın təmin edilməsi üçün əsas ola bilməz. Bu ərizə fiziki təsir altında yazılmış bir ərizədir. Bu sübut kimi qəbul edilə bilməz.
25. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş Cavabdeh apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, həmin şikayətin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməməsinə dair yeni qətnamənin çıxarılmasını xahiş etmişdir.
26. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, həmin şikayətin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməməsinə dair yeni qətnamənin çıxarılmasını xahiş etmişdir.
27. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş İddiaçı nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayıb həmin şikayətin təmin edilmədən, qətnamənin isə dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
28. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (X1 (sədrlik edən və məruzəçi), X5 və X6) 2(104)-2018/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmədən, qətnamə dəyişdirilmədən saxlanılmışdır.
29. Kollegiya qeyd etmişdir ki, cavabdeh 03 yanvar 2 019-cu il tarixdə iddiaçı ilə əmək müqaviləsi bağlayaraq satış nümayəndəsi vəzifəsinə qəbul edilmiş, ona təyin olunan ərazidə yerləşən mağazalara satılan malları təqdim etmiş, mağazalardan sifarişləri qəbul etmiş və həmin sifarişlər əsasında mağazalar tərəfindən ödənilməli olan pulları toplayıb iddiaçıya təhvil verməli olmuşdur. Lakin cavabdeh işlədiyi müddət ərzində mağazalardan topladığı pullardan 21500 manat özünə götürərək iddiaçıya maddi zərər vurmuşdur. Bunu cavabdehin verdiyi izahat, iltizamlar və “İnternational Audit’’ MMC-nin verdiyi audit rəyi, habelə yaranmış borcdan cavabdehin qismən ödəniş etməsi təsdiq edir. Cavabdeh verdiyi izahat və iltizamlarda da həmin məbləği öz ehtiyacları üçün xərclədiyini bildirərək borcunu etiraf etmiş, yaranmış borcdan 30 sentyabr 2019-cu il tarixdə 5000 manat, 31 oktyabr 2019cu il tarixdə 625 manat, 30 noyabr 2019-cu il tarixdə 625 manat, 28 dekabr 2019-cu il tarixdə isə 625 manat ödəniş etmiş, 21500 manat ziyanın 6875 manat məbləğində hissəsi geri qaytarılmış, 14625 manatı qaytarmamışdır.
30. Kollegiya hesab etmişdir ki, Cavabdeh öhdəsinə verilmiş mal-material və diqər qiymətlilərin saxlanmasına görə tam maddi məsuliyyət daşıdığı halda öhdəliyinə lazımi qaydada əməl etməmiş və audit yoxlaması zamanı 21500 manat zərər müəyyən edilmiş, bundan sonra cavabdeh həmin puldan 6875 manat ödəniş etmiş və 14625 manat borcu qalmışdır.
31. Cavabdehin apellyasiya şikayətininin dəlillərində göstərilir ki, o, "xxxx" MMC şirkətində cəmi 2 ay işləmiş, ona 2 ay ərzində qeyri-qanuni olaraq 21500 manat pul öhdəlik yazmışlar. Halbuki 2 ay ərzində şirkət də o qədər mal, əmtəə dövriyyəsi olmamışdır.
32. Şikayətin həmin dəlili ilə razılaşmayan məhkəmə kollegiyası qeyd etmişdir ki, iş materiallarından da göründüyü kimi cavabdeh xx.xx.2019-cu il tarixdə iddiaçı ilə bağlamış olduğu əmək müqaviləsinə əsasən satış nümayəndəsi kimi işləməyə başlamış, şikayətin dəlillərindən də göründüyü kimi 2019-cu iliun may ayında əmək məzuniyyətinə çıxmışdır, yəni ən azından iddiaçı ilə 4 ay müddətində əmək münasibətində olmuşdur. Qaldı ki, dövriyyənin 21500 manat məbləğində olmaması, həmin xüsusat iş materiallarında olan müstəqil auditorun rəyi ilə tam təsdiq olunur.
33. Kollegiya apellyasiya şikayətinin digər - iddiaçıya borcunun olmasına dair iltizamı işlədiyi şirkətin işçiləri tərəfindən təhqir olunması, ona olan hədələrdən qorxduğuna görə yazmasına dair də lilini də əsassız saymışdır. Çünki işdən göründüyü kimi cavabdeh iddiaçı tərəfdən ona qarşı hədə-qorxuların olduğunu göstərmiş olsa da, həmin xüsusat da iş materialları ilə təsdiq olunmur. Belə ki, işdən göründüyü kimi iddiaçı cavabdehin 21500 manat pulu mənimsəməsi ilə bağlı hüquq mühafizə orqanlarına müraciət etmiş, ona olan hədələrlə bağlı cavabdehin hüquq mühafizə orqanlarına müraciət etdiyini təsdiq edən sübut təqdim edilməmişdir.
34. Şikayətin ona verilmiş malın fakturaları ilə üzləşmənin nəyə görə aparılmaması, onun verdiyi malın onun iştirakı olmadan nə vaxtı, nə qədər pulun toplanılmasının təqdim olunmaması – dəlili ilə bağlı kollegiya qeyd etmişdir ki, birincisi, cavabdehin özü verdiyi iltizamlarla iddiaçıya borcunun olduğunu etiraf etmiş, ikincisi, işdəki audit rəyindən göründ üyü kimi cavabdehin qeyd etdiyi sənədlər audit yoxlanması üçün təqdim olunmuşdur. Odur ki, kollegiya apellyasiya şikayətinin həmin dəlilini də əsassız saymışdır.
35. Kollegiya öz mövqeyini əsaslandırarkən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 191, 192, 199, 200.1, 202.1, 202.2, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 448.2, Azərbaycan Respublikası MPM-in 14.2, 77.1-ci maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, a)Kassasiya şikayətinin dəlilləri
36. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-2018/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən cavabdeh (vəkil Nümayəndə) kassasiya şikayəti verərək qətnamənin tam ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
37. Kassator kassasiya şikayətini əsaslandıraraq qeyd etmişdir ki, iddiaçının ona qarşı qaldırmış olduğu iddianı əsassız hesab edir. İddiaçı tərəf ona hədə-qorxu gəlməklə ona qarşı zorakılıq göstərməklə onun iddiaçıya borcunun olmasına dair iltizam almışdır. O hətta bu hadisədən sonra işlədiyi şirkətin işçilərinin onu təhqir etməsi, ona böhtan atmasından, onun başına tələb olunan məbləğ ödənilməsə oyun açacaqlarından qorxub pulun ödənilməsinə dair qəbz verib, özünü öldürmək qərarına gəlmişdir. Hətta bununla bağlı məktub yazıb özünü öldürməkdə əsil səbəbkarların kim olmasını da yazmışdır. İşə baxılan zaman ona qarşı olan hədələrlə bağlı yazılmış diski və özünü öldürmək istədiyi zaman yazdığı məktubu məhkəməyə təqdim etsə də məhkəmə bu kimi faktlara hüquqi qiymət vermədən iddianı təmin etmişdir. Bildirmi şdir ki, o "xxxx" MMC şirkətində cəmi 2 ay işləmişdir. Ona 2 ay ərzində qeyri-qanuni olaraq 21500 manat pul öhdəlik yazmışlar. Halbuki, 2 ay ərzində şirkətdə o qədər mal, əmtəə dövriyyəsi olmamışdır. O iddiaçıya bildirir ki, məhkəməyə 2 ay ərzində paylamaq üçün götürdüyü malın fakturasını təqdim etsin. O bu fakturaları məhkəməyə təqdim etməmişdir. O tələb etmişdir ki, Vergi Nazirliyinin nümayəndəsi Audit Yoxlama Komissiyasının və onun iştirakı ilə bütün fakturalar yoxlanılsın məhkəmə obyektiv həqiqəti üzə çıxarmaq üçün bunu da etməmişdir. Audit yoxlamasının onun iştirakı olmadan aparılmasına heç bir hüquqi qiymət verilmir. O iş üzrə ekspertiza keçirilməsini, malın fakturasının hamısının ekspertə təqdim edilməklə rəy alınmasını məhkəmədən xahiş etsə də bu öz hüquqi qiymətini almamışdır. Bir sözlə işə baxan məhkəmə onun əl yazmasını etiraf kimi qəbul edib iddianı təmin etmişdir. Onun qayınatasının şirkətə 6500 manat pul ödəməyinə gəlincə qayınatası işin mahiyyətini tam bilmədən ona ola biləcək hər hansı qanunsuz hərəkətlərin qarşısını kəsmək üçün bu cür hərəkət edib iddiaçıya pulu ödəmişdir.
38. Daha sonra bildirmişdir ki, Daxili İşlər nazirliyi adından ona zəng edib onu şirkətə çağırdılar. Şirkətdə şirkətin işçisi Zakir adlı şəxsin anasının, polis işçisinin yanında pulu ödədiyini deyən zaman şirkətin satış müdiri İsmayılov Orxan adlı şəxs onu polisin, anasının gözü qarşısında yumruqla vurmuşdur. Bunu görən polis işçisi anasını və onu xidməti maşınında oradan kənarlaşdırmışdır. Bildirmişdir ki, onun şirkətə borcu var idisə nə üçün ona verilmiş malın fakturaları ilə üzləşmə ap arılmır. Onun verdiyi malın onun iştirakı olmadan nə vaxtı, nə qədər pulun toplanılması təqdim olunmur. Bütün bunların hamısı bir daha onu sübut edir ki, iddianın ona hədə qorxu ilə yazdığı etiraf ərizəsi ilə iddianın təmin edilməsinin hüquqi əsası yoxdur. Ona görə də məlum iddia təmin edilərkən işin halları tam araşdırılmadan, qarşı tərəfin əsassız dəlillərinə istinad edilmişdir. Sonda onu da bildirmişdir ki, onlar iddiaçı X4 zəng edib onun belə bir şirkəti olduğunu soruşduq. O onun belə bir şirkəti olmadığını bildirmişdir. b)Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
39. İddiaçının nümayəndəsi və vəkili Vəkil1 kassasiya şikayətinə qarşı etiraz təqdim edərək, kassasiya şikayətinin təmin edilməməsi və apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi
40. Maddə 448.1 Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
41. Maddə 448.2 Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Azərbaycan Respublikası Əmək Məcəlləsi
42. Maddə
191. Əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi m əsuliyyət daşıyırlar. Aşağıdakı şərtlərin eyni zamanda hər üçü olduqda tərəflərin birinin digərinə qəsdən və ya ehtiyatsızlıqla vurduqları ziyana görə maddi məsuliyyəti yaranır: a) ziyanın həqiqətən vurulduğu aşkar olduqda; b) təqsirkarın əməli, yəni hərəkəti və ya hərəkətsizliyi qanuna zidd olduqda; c) təqsirkarın qanunazidd əməli ilə bu əməlin nəticəsi arasında səbəbli əlaqə olduqda.
43. Maddə
192. Tərəflər, maddi ziyanın məbləğini və onun vurulduğunu, habelə digər tərəfə ziyan vurmaqda təqsiri olmadığını iddia etdikdə bunu sübut etməyə borcludurlar.
44. Maddə
199. İşçi qanunazidd hərəkətləri ilə aşağıdakı hallarda vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır: a) saxlanmaq və başqa məqsədlər üçün işçiyə verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməməyə görə əm ək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə tam maddi məsuliyyət götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda.
45. Maddə 200.1. İstər bilavasitə əmək müqaviləsi bağlanarkən, istərsə də əmək münasibətləri prosesində işəgötürən etibar edərək verdiyi əmlakın maddi və ya digər sərvətlərin saxlanması, emalı, satışı, daşınması, istifadəsi və başqa əməliyyatların aparılması ilə bilavasitə əlaqədar işlər görən və ya xidmətlər göstərən 18 yaşına çatmış işçilərlə onların tam maddi məsuliyyət daşıması barədə yazılı müqavilə bağlaya bilər.
46. Maddə 202.1. İşəgötürənə dəymiş ziyanın məbləği faktik itkilər üzrə müəyyən edilir.
47. Maddə 202.2. İşəgötürənin əsas fondu (vəsaitləri) hesab edilən əmlakını n itirilməsi, korlanması və oğurlanması hallarında ziyanın məbləği, müvafiq aşınma normaları nəzərə alınmaqla maddi qiymətli əşyaların balans dəyərindən (maya dəyərindən) hesablanır. Digər hallarda ziyanın məbləği ziyan vurulan vaxtda mövcud olan bazar qiymətləri ilə hesablanır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
48. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
49. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
50. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki ha llarına uyğun olmamasına istinad etməyə yol verilmir.
51. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
52. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri
53. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasın ı yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
54. Hazırkı kassasiya şikayətində cavabdeh qətnaməni tam mübahisələndirdiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiya məhkəməsinin mövqeyi
55. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olu nmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
56. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirilməklə yanaşı iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz.
57. Apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edən və apellyasiya instansiya məhkəməsi tərəfindən ayrılıqda qiymətləndirilmiş dəlillərlə bağlı kollegiya təkrar olaraq qeyd edir ki, cavabdeh iddiaçı ilə bağlanmış əmək müqaviləsi üzrə müəssisədə satış nümayəndəsi kimi işə qəbul olunmuş, işlədiyi müddətdə işəgötürənə zərər vurul ması halından tam maddi məsul olacağına dair üzərinə öhdəlik götürmüşdür. İşlədiyi müddət ərzində cavabdehin fəaliyyətinin yoxlanması üçün audit cəlb olunmuş, nəticədə çatışmayan məbləğ müəyyən olunmuş, həmin məbləğin bir hissəsi cavabdehin yaxın qohumu tərəfindən ödənilmiş və ödənilməyən hissə üzrə hazırkı tələb irəli sürülmüşdür.
58. Qeyd edilməlidir ki, iddiaçı cavabdeh tərəfindən tərtib edilərək imzalanmış borcun mövcudluğu və onun məbləği ilə bağlı yazılı sənəd təqdim etmişdir.
59. Cavabdeh həmin sənədin ondan təzyiq altında almasını göstərsə də, bununla bağlı işin faktiki hallarını araşdırmaq səlahiyyətinə malik olan məhkəmələr hər hansı sübut təqdim etməmişdir.
60. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfind ən işdəki sübutlar araşdırılmış, onlara və iddiaçının dəlillərinə mülki prosessual qanunvericiliyə əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır
61. Sübutların mahiyyətinə qiymətin verilməsi, işin həqiqi hallarının araşdırılmaması ilə bağlı kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı). K assasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
62. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Bu səbəbdən, kass asiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır.
63. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-2018/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.