Məhkəmə qərarları › İş №2(102)-7741/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-7741/2019

17.12.2019 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-7741/2019 17.12.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Kalbalıyev Aslan Kalbalı oğlu, İbayev Vəfaddin Ələm oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Xnın katibliyi, iddiaçı X6 oğlunun, iddiaçının vəkili X2 və Cavabdeh1 vəkili və nümayəndəsi X1 iştirakı ilə, İddiaçı X6 oğlunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “yaşayış sahəsindən çıxarılma” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin MK-nın 19 iyun 2019-cu il tarixli qətnaməsindən iddiaçı X6 oğlu tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəm ə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 06 mart 2019-cu il tarixli qətnaməsi ilə (hakim İ.Rüstəmli) iddiaçı X6 oğlunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “yaşayış sahəsindən çıxarılma” tələbinə dair iddiası təmin olunmuşdur. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 19 iyun 2019-cu il tarixli qətnaməsi ilə (sədrlik edən X.Sarıyev, hakimlər V.Həsənov və Ş.Məmmədova) Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 06 mart 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə çıxarılmış, X6 oğlunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “yaşayış sahəsindən çıxarılma” tələbinə dair iddiası təmin edilməmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLLİLƏRİ İddiaçı X6 oğlu kassasiya şikayəti ilə Azərbaycan Respublikası Ali Məhkəməsi MKya müraciət edərək şikayətini onunla əsas landırmışdır ki, apellyasiya instansiyası məhkəməsi işə mahiyyəti üzrə baxarkən və qətnamə çıxararkən Azərbaycan Respublikası mülki və mülki prosessual qanunvericiliyinin tələblərini pozmuş, iş üçün əhəmiyyət kəsb edən bütün faktiki halları aydınlaşdırmamışdır. Ona görə də Bakı Apellyasiya Məhkəməsinin MK-nın 19 iyun 2019-cu il tarixli qətnaməsinin tamamilə ləğv edilməsini və iş üzrə iddia tələbinin tam təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “yaşayış sahəsindən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin Bakı şəhəri, Səbail rayonu E.Əzizov küçəsində yerləşən 23A saylı fərdi yaşayış evindən çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sonra dan İddiaçı ərizəsi əsasında iddiaçı əsl iddiaçı olan X6 ilə əvəz olunmuşdur. İş üzrə mübahisə apellyasiya instansiyası məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarından görünür ki, Bakı şəhəri, E.Əzizov küçəsində yerləşən ö/t 23 A saylı evin məlumat vərəqəsi ərizə əsasında 12.06.2018-ci ildən kommunal xidmətlərinin ödənilməsi üçün X6nun adına dəyişdirilmişdir. Eyni zamanda iş materialları ilə müəyyən edilir ki, ünvan 1 ünvanına dair “xxxx” ASC ilə istehlakçı X6 arasında 13.07.2018-ci ildə Müqavilə bağlanmışdır. Həmçinin iş materiallarına əsasən iddiaçı X6nun və onun əmisi İddiaçı ünvan 1 ünvanında qeydiyyatsız olaraq yaşadıqları məlum olur. İş materiallarında olan şəxsiyyət vəsiqələrinin və doğum haqqında şəhadətnamənin surətindən aydın olur ki, Cavabdeh2 Cavabdeh1dır və onlar ünvan 2 ünvanında qeydiyyatdadırlar. Bakı şəhəri Səbail rayon Məhkəməsinin 14.09.2018-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı X6nun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı Bakı şəhəri Səbail rayonu, E.Əzizov küçəsində yerləşən 23 A saylı fərdi yaşayış evinə istifadə hüquqlarının itirilməsi barədə iddia tələbi əsassız olduğundan təmin edilməmişdir. Həmin qətnamə ilə müəyyən olunmuşdur ki, mübahisəli ev iddiaçının əmisi İddiaçı tərəfindən əldə edildiyindən və ona məxsus olduğundan və həmin evin iddiaçının adına rəsmiləşdirilməsi ilə bağlı məh kəməyə hər hansı sübut təqdim olunmadığından, iddiaçının hazırkı tələblə çıxış etmək üçün subyektiv hüququ yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Bakı şəhəri Səbail rayon Məhkəməsinin 14.09.2018-ci il tarixli qətnaməsindən sonrakı dövrdə də, mübahisəli özbaşına tikili olan evin iddiaçının adına rəsmiləşdirilməsi ilə bağlı məhkəməyə hər hansı sübut təqdim olunmamışdır. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun “İ.Şabanovanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 24 oktyabr 2011-ci il tari xli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 27 avqust 2012-ci il tarixli Qərarına görə mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcu dluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Ona görə də, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmaması, subyektiv hüququn pozulub-pozulmaması. cavabdehin bu pozuntunu edibetməməsi məsələlərini araşdırılmalıdır. İddia irəli sürməyə imkan verən subyektiv mülki hüququn mövcudluğu məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassız olardı. MM-nin 180.1 -ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşı na tikinti sayılır. MM-nin 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək-onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının mübahisəli daşınmaz əmlak üzərində hər hansı hüquqlarının olması müəyyən edilmədiyindən, iddiaçının hazırkı tələblə çıxış etmək üçün subyektiv hüququ yoxdur. Həmin hüquqlar əmlakın sahibinə məxsusdur. Bununla yanaşı iş materialları ilə müəyyən edilir ki, cavabdeh Abasova X3 Yaşar Əhəd oğlu ilə 2000-ci ildə faktiki nikaha girmişdir və azyaşlı qızı Abbasova xəyalə Elşad qızı ilə birlikdə İddiaçı yaşadığı Bakı şəhəri, Qara Qarayev prospektində yerləşən ünvana köçmüşdür. Onlar bir müddət yaşadıqdan sonra Qara Q arayev prospektindəki evi satıb Əhmədli qəsəbəsi, Ukrayna dairəsinin yaxınlığında yerləşən binadan bir otaqlı ev almışlar. 2006-cı ilin dekabr ayında həmin bir otaqlı evi satıb həmin ayda hazırda yaşadıqları ünvan 5 ünvanında yerləşən evi almışlar və indiyə kimi həmin evdə bir yerdə yaşayırlar və birlikdə ümumi təsərrüfatı idarə edirlər. Göründüyü kimi hazırkı mübahisənin predmeti olan ev nikah dövründə birgə vəsait hesabına alınmışdır. Odur ki, hətta İddiaçı mübahisəli evi qardaşı oğlunun adına rəsmiləşdirmək istəsə belə bu zaman cavabdehlərin razılığı alınmalıdır. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini ləğv edərək iddia tələbinin təmin olunmaması barədə qətnamə qəbul etməklə düzgün nəticəyə gəlmişdir. Yuxarıda göstərilənləri, apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamənin ləğv edilməsinə əsas olan maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilmədiyini əsas tutaraq məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilmədən apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı X6nun kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 19 iyun 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar