Məhkəmə qərarları › İş №2(102)-7742/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-7742/2019

09.12.2019 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-7742/2019 09.12.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası, hakimlər Əsgərov Qürbət Ağa oğlunun sədrliyi və məruzəsi ilə, Vəliyeva Elşanə Rafiq qızı və Hacıyev Sənan Firudin oğlundan ibarət tərkibdə, Babayeva Məlahət Əfqan qızının katibliyi, üçüncü şəxs "xxxx" İnvestisiya Kommersiya Bankının vəkili Vəkilin iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 29 avqust 2019-cu il tarixli qərardadından üçüncü şəxs "xxxx" İKB və vəkili Vəkilin kassasiya şikayəti üzrə işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı mənzilə ya şayış hüququnun tanınması və mənzilə köçürülmə tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 03 oktyabr 2018-ci il tarixli, 2(008)4891/2018 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, iddiaçı X2 ünvan 1 ünvanda yerləşən mənzilinə köçürülməsi, iddianın qalan hissədə təmin edilməməsi qət olunmuşdur. Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 03 oktyabr 2018-ci il tarixli, 2(008)4891/2018 saylı qətnaməsindən İddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 24 dekabr 2018-ci il tarixli, 2(103)13699/2018 saylı qətnaməsi ilə təmin edilməmiş, Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 03 oktyabr 2018-ci il tarixli, 2(008)-4891/2018 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 03 oktyabr 2018-ci il tarixli, 2(008)4891/2018 saylı qətnaməsindən 3-cü şəxs "xxxx" İKB tərəfindən verilmiş apellyasiya şikayəti və ona əlavə edilmiş sənədlər Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 01 mart 2019-cu il tarixli, 2(008)-4891/2018 saylı qərardadı ilə geri qaytarılmış, 3-cü şəxsə izah edilmişdir ki, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 24 dekabr 2018-ci il tarixli, 2(103)-13699/2018 saylı qətnaməsindən kassasiya şikayəti verə bilər. 3-cü şəxs tərəfindən Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 01 mart 2019-cu il tarixli, 2(008)-4891/2018 saylı qərardadından verilmiş şikayət Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 27 may 2019-cu il tarixli, 2(103)-79801/2019 saylı qərardadı ilə qismən təmin edilərək, Bakı şəhəri Sabunçu rayon Məhkəməsin in 01 mart 2019-cu il tarixli, 2(008)-4891/2018 saylı qərardadı ləğv edilərək, mülki iş 3-cü şəxs tərəfindən verilmiş apellyasiya şikayətinin mülki prosessual qanunvericiliyin tələblərinə uyğunluğunun yenidən yoxlanılması üçün birinci instansiya məhkəməsinə qaytarılmışdır. Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 15 iyul 2019-cu il tarixli, 2(008)4891/2018 saylı qərardadı ilə Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 03 oktyabr 2018- ci il tarixli, 2(008)- 4891/2018 saylı qətnaməsindən 3-cü şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə baxılması üçün mülki iş Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 29 avqust 2019-cu il tarixli 2(103)-11886/2019 saylı qərardadı ilə üçüncü şəxs "xxxx" İKB tərəfindən Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 03 oktyabr 2018-ci il tarixli, 2(008)-4891/2018 saylı qətnaməsindən verdiyi apellyasiya şikayətinin qeyri-mümkün hesab edilməsi və üçüncü şəxsə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 24 oktyabr 2018-ci il tarixli 2(103)13699/2018 saylı qətnaməsindən kassasiya şikayət vermək hüququ olduğunun izah edilməsi qərara alınmışdır. Üçüncü şəxs "xxxx" İKB və vəkili Vəkil Bakı Apellyasiya Məhkəməsinin MK-nın 29 avqust 2019-cu il tarixli qərardadı ilə razılaşmayaraq kassasiya şikayəti vermişlər. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: Üçüncü şəxs "xxxx" İKB və vəkili Vəkil kassasiya şikayəti verərək şikayəti onunla əsaslandırmışlar ki, apellyasiya qaydasında işə baxan məhkəmə kollegiyasının qərardadda gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdı rılmamış, qərardadda göstərilmiş nəticələr işin hallarına uyğun gəlməmiş, apellyasiya instansiyası məhkəməsinin işin faktiki hallarına və işdə olan sübutlara səhv istinad etməsi və düzgün qiymət verməməsi onun qərardadının nəticə hissəsi ilə əsaslandırıcı hissəsi arasında uyğunsuzluğa gətirib çıxarmışdır. Kassasiya şikayətində göstərilənlərə və Mülki Prosessual Məcəllənin 402, 403.1, 405.0.2, 417.1.4-cü maddələrinə əsasən maddi və prosessual hüquq normaları pozulduğu və düzgün tətbiq olunmadığı və nəticə etibarı ilə qanunsuz və əsassız olduğunu qeyd edərək Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 29 avqust 2019-cu il tarixli qərardadının ləğv edilməsi və apellyasiya şikayətinə mahiyyəti üzrə baxılması üçün işin apellyasiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xa hiş edirlər. Məhkəmə kollegiyasının iclasında üçüncü şəxsin vəkili Vəkil Bakı Apellyasiya Məhkəməsinin 29 avqust 2019-cu il tarixli qərardadından verdikləri kassasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə tərəflərə lazımi qaydada bildiriş göndərilmiş olsa da, tərəflər üzrlü səbəblər olmadan gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən kollegiya işə gəlməyən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası məruzəçini dinləyib, kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti təmin edilmədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 29 avqust 2019-cu il tarixli qərardadı dəyişd irilmədən saxlanılmalıdır. HÜQUQ MƏSƏLƏLƏRİ: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Apellyasiya qaydasında işə baxan məhkəmə kollegiyası iş materialları əsasında müəyyən etmişdir ki, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 24 dekabr 2018-ci il tarixli, 2(103)- 13699/2018 saylı qətnaməsində kollegiya İddiaçı1 dair hissədə iddianı təmin etməməklə haqlı olduğunu qeyd etsə də, qətnamənin əsaslandırıcı hissəsində qətnamənin qanuni və əsaslı olduğunu, apellyasiya şikayətinin dəlillərinin qətnamənin tam və ya qismən ləğv edilməsi, habelə dəyişdirilməsi üçün əsaslı olmadığını, qətnamənin nəticə hissəsində apellyasiya şikayətinin təmin edilməməsini, hazırki iş üzrə Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 03 oktyabr 2018-ci il tarixli, 2(008)-4891/2018 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını qət etmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 24 dekabr 2018-ci il tarixli, 2(103)-13699/2018 saylı qətnaməsi ilə Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 03 oktyabr 2018-ci il tarixli, 2(008)-4891/2018 saylı qətnaməsi tam olaraq yoxlanıldığı halda, 3-cü şəxs Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 24 dekabr 2018-ci il tarixli, 2(103)13699/2018 saylı qətnaməsindən deyil, apellyasiya qaydasında tam olaraq yoxlanılmış Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 03 oktyabr 2018-ci il tarixli, 2(008)-4891/2018 saylı qətnaməsindən apellyasiya şikayəti v ermişdir. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, artıq bir dəfə apellyasiya baxışında olmuş və tam olaraq yoxlanılmış birinci instansiya məhkəməsinin qətnaməsindən yenidən apellyasiya şikayəti verilmişdir. Apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 08 iyun 2017-ci il tarixli qərarını nəzərə alaraq belə nəticəyə gəlmişdir ki, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 24 dekabr 2018-ci il tarixli, 2(103)13699/2018 saylı qətnaməsi ilə Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 03 oktyabr 2018-ci il tarixli, 2(008)-4891/2018 saylı qətnaməsi tam olaraq yoxlanıldığından, 3-cü şəxsin birinci instansiya məhkəməsinin tam yoxlanılmış qətnaməsindən verdiyi apellyasiya şikayəti prosessual əsaslar olmadığından qeyri-mümkün hesab edilməlidir. Bel ə ki, M.İbrahimovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 21 iyun 2016-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 08 iyun 2017-ci il tarixli qərarında məhkəmə qeyd etmişdir ki, M.İbrahimovanin şikayətindən və ona əlavə olunmuş sənədlərdən görünür ki, apellyasiya instansiyası məhkəməsi özünün qanuni qüvvədə olan və mübahisələndirilməyən qətnaməsinin mövcud olmasına baxmayaraq işə yenidən baxmış və həmin qətnamə ilə müəyyən edilmiş halları təkzib edən yeni qətnamə çıxarmışdır. İşə baxan Bakı Apellyasiya Məhkəməsi bir-birini təkzib edən iki qətnamə ilə hüquqi müəyyənlik prinsipini pozaraq prosessual qanunvericiklə müəyyən edilmiş səlah iyyət həddini aşmışdır. Halbuki məhkəmənin qəbul etdiyi qərarın hüquqa zidd olduğunu və onun qanuni qüvvəsini itirməsini yalnız qanunla müəyyən edilmiş qaydada müvafiq instansiya məhkəməsi müəyyən edə bilər. Belə ki, mülki iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi yalnız kassasiya instansiyası məhkəməsində mübahisələndirilə bilər. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Üçüncü şəxs "xxxx" İKB tərəfindən verilmiş kassasiya şikayətinin dəlillərinə gəldikdə məhkəmə kollegiyası onları əsassız hesab edir. Kollegiya hesab edir ki, hazırki iş üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiya məhkəməsinin qətnaməsi tam yoxlanıldığından, üçüncü şəxsin birinci instansiya məhkəməsinin tam yoxlanılmı ş qətnaməsindən verdiyi apellyasiya şikayətinin prosessual əsaslar olmadığından qeyri-mümkün hesab edilməsi barədə gəldiyi nəticə qanuni və əsaslıdır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsinin qərardadı hüquq normalarının tələblərinə uyğun, qanuni və əsaslı olmaqla iş üzrə düzgün hüquqi nəticəyə gəlinmiş, kassasiya şikayətinin dəlilləri məhkəmə qərardadının ləğv olunmasına əsas vermir. Ona görə də kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Üçüncü şəxs "xxxx" İnvestisiya Kommersiya Bankının kassasiya şikay əti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 29 avqust 2019-cu il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar