Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-7746/2019 15.11.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əhmədov Əhməd Abbas oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1 iştirakı ilə açıq məhkəmə iclasında, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 08 iyul 2019-cu il tarixli, 2(103)8337/2019 saylı qətnaməsindən Cavabdeh2 kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri, Nizami rayon məhkəməsinin 22 fevral 2019-cu il tarixli, 2(007)105/2019 saylı qətnaməsi ilə (sədrlik edən, hakim M.Q.Sadıqov) İddiaçı Cavabdeh2 və digərlərinə qa rşı “mənzilin əvvəlki vəziyyətə qaytarılması” barədə ilk iddia ərizəsi təmin, Cavabdeh2 İddiaçı və digərlərinə qarşı “mənzilin texniki pasportunun və hüquqların dövlət qeydiyyatı haqqında çıxarışın etibarsız hesab edilməsi” barədə qarşılıqlı iddia ərizəsi rədd edilərək, ünvaninin əvvəlki vəziyyətə qaytarılması vəzifəsinin Cavabdeh2 və Cavabdeh1 MMC üzərinə qoyulması qət edilib. Cavabdeh2 qətnamədən apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 08 iyul 2019-cu il tarixli, 2(103)8337/2019 saylı qətnaməsi ilə (hakimlər F.Ş.Talışinski sədrlik edən, məruzəçi, R.Ə.Eyvazov və Z.Ə.Əliyev) apellyasiya şikayəti təmin edilmədən, iş üzrə Bakı şəhəri, Nizami rayon məhkəməsinin 22 fevral 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılıb. Cavabdeh2 qətnamədən kassasiya şikayəti verib. İŞİN HALLARİ İşdən görünür ki, İddiaçı məhkəmədə Cavabdeh2 qarşı iddia qaldıraraq, ünvaninin əvvəlki vəziyyətə qaytarılması vəzifəsinin Cavabdeh2 və Cavabdeh1 MMC üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş edib. Cavabdeh2 isə məhkəmədə İddiaçı qarşı qarşılıqlı iddia verərək ünvaninə dair texniki pasportun və hüquqların dövlət qeydiyyatı haqqında çıxarışın etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edib. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilib. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kassasiya şikayəti onunla əsaslandırılıb ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozaraq, işin həqiqi halları üzrə səhv nəticəyə gəlib və işə əlavə edilmiş sübutlara düzgün hüquqi qiym ət verməyib. Kassasiya şikayətində iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsi xahiş olunub. Kassasiya şikayətinə dair etiraz ərizəsi daxil olmayıb. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ İddiaçı, Cavabdeh2, vəkili Vəkil, Cavabdeh1 MMC və üçüncü şəxs Azərbaycan Respublikası ƏMDK-nin yanvnda DƏDRX-nin 1 saylı Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsələr də, üzrsüz səbəblərdən məhkəmə iclasına gəlmədikləri üçün kassasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etdi. HÜQUQİ MƏSƏLƏLƏR Kassasiya instansiyası məhkəməsi m əruzəçini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, apellyasiya instansiyası məhkəməsinin maddi, prosessual hüquq normalarının tələblərini düzgün tətbiq etməsini yoxlayıb hesab edir ki, aşağıdakılara görə kassasiya şikayəti təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən, apellyasiya şikayətini təmin edilmədən saxlayarkən, mübahisə edilən hissədə apellyasiya şikayətinin sübuta yetirilməməsinə, Mülki Məcəllənin 21, 152, 157, 178-ci, həmçinin MPM-nin 372, 385, 386, 388 və 390-cı maddələrinə əsas ən faktlar nöqteyinəzərindən qanuni və asaslı olan qətnamənin formal mülahizələrə görə ləğv edilməsinin və ya dəyişdirilməsinin yolverilməz olmasına, birinci instansiya məhkəməsinin mübahisə üzrə düzgün nəticəyə gəlməsinə, qətnamənin maddi, prosessual hüquq normalarına və iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olaraq əsaslandırılmasına istinad edib. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşmır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozaraq, iş üzrə əhəmiyyətli olan halları tam, hərtərəfli və obyektiv araşdırmayıb. Belə ki, işdən görünür ki, tərəflər 05 aprel 2008-ci ildə rəsmi nikah əsasında ailə qurublar və on ların birgə nikahından 18 iyul 2009-cu ildə X adlı uşaqları doğulub. Sonradan İddiaçı tələbinə əsasən Bakı şəhəri, Yasamal rayon məhkəməsinin 22 yanvar 2014-cü il tarixli qətnaməsi ilə onlar arasında bağlanmış nikah pozulub. Eyni zamanda İddiaçı tələbinə əsasən Bakı şəhəri, Nizami rayon məhkəməsinin 20 dekabr 2016-cı il tarixli qətnaməsi ilə ünvaninin ½ hissəsinə onun mülkyyət hüququ tanınıb və Reyestr Xidməti tərəfindən mənzilə dair onun adına 23 yanvar 2018-ci il tarixli texniki pasport və mənzilin ½ hissəsinə dair hüquqların dövlət qeydiyyatı haqqında 26 yanvar 2018-ci il tarixli çıxarış verilib. Eyni zamanda 26 noyabr 2018-ci il tarixli ekspert rəyi ilə müəyyən olunur ki, sözügedən mənzilin 23 yanvar 2018-ci il tarixli texniki pasportunda göstərilən, sahəsi 4,7 kv.metr olan balkonla, s ahəsi 22,2 kv.metr olan otağın arasındakı divar söküldüyü və sahəsi 22.2 kv.metr olan otağın daxilində arakəsmə divar inşa edilərək həmin otaqdan iki ədəd sahələri 10,5 kv.metr və 17,0 kv.metr olan otaqların yaradıldığı müəyyən edilir. Hazırda İddiaçı ilk iddia ərizəsində sözügedən mənzildə təmir-tikinti işlərinin onun razılığı olmadan aparıldığını əsas tutub mənzilin əvvəlki vəziyyətə qaytarılması vəzifəsinin Cavabdeh2 və Cavabdeh1 MMC üzərinə qoyulmasını iddia edir. Cavabdeh2 isə mənzildə təmir-tikinti işlərini İddiaçı mənzilin ½ hissəsinə payı hüququ tanınanadək apardığını, sonuncunun bu barədə məlumatlı olduğunu, apardığı təmir-tikinti işlərinin mənzildən istifadəni çətinləşdirmədiyini, əksinə daha sərfəli etdiyini və mənzilin təmirinə çəkdiyi xərclərin ½ hissəsinin ödənilməsinə dair məhkəmədə iddia qaldırdıqdan sonra İddiaçı hazırki iddianı qaldırdığını iddia edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 215.4-cü maddəsinə əsasən, hər bir mülkiyyətçi qalan mülkiyyətçilərin hüquqları ilə bir araya sığan dərəcədə əşyaya sahiblik, ondan istifadə və ona dair sərəncam vermək ixtiyarına malikdir. Həmin Məcəllənin 217.3-cü maddəsində göstərilir ki, mülkiyyətçilərin əksəriyyətinin razılığı ilə əşyanın dəyərini və işlənməyə yararlılığını qorumaq üçün saxlama, təmir (bərpa) və təzələnmə işləri aparıla bilər. Eyni zamanda mülki qanunvercilikdə əşyanın (əmlakın) dəyərinin və ya səmərəliliyinin, habelə işlənməyə yararlılığının yüksəldilməsi məqsədilə təzələnmə və yenidənqurma işlərinin aparılması üçün bütün payçıların deyil, yalnız əmlakda payı çox olan mülkiyyətçilərin əksəri yyətinin razılıq verməsi nəzərdə tutulur (Mülki Məcəllənin 217.4-cü maddəsi). Göründüyü kimi maddənin qeyd olunan müddəası, yalnız paylı mülkiyyətçilərin sayı ikidən çox olduqda tətbiq edilə bilər. Payçıların sayı iki olduqda isə həmin işlərin aparılması üçün digər paylı mülkiyyətçinin razılıq verməsi kifayət hesab edilməlidir. Həmçinin, Mülki Məcəllənin 217.4-cü maddəsində nəzərdə tutulan ümumi qaydadan fərqli olaraq, əmlakda aparılan dəyişikliklər paylı mülkiyyətçilərdən biri üçün sərfəli olmadıqda, yəni əmlakdan əvvəlki təyinatı üzrə istifadəsi onun üçün çətinlik yaradacağı halda, həmin payçının razılıq verməsi nəzərdə tutulmuşdur. Bundan başqa, əmlaka ediləcək dəyişiklik üçün nəzərdə tutulan xərclər onun payının miqdarına mütənasib olmadıqda əşyaya (əmlaka) dəyişiklik onun razılığı olm adan o, halda edilə bilər ki, digər paylı mülkiyyətçilər həmin paylı mülkiyyətçinin payına düşən məsrəfləri (əgər bu məsrəflər paydan çoxdursa) öz öhdələrinə götürsünlər. Qeyd edilən qayda, həmçinin paylı mülkiyyətçilərin sayı iki nəfər olduqda da tətbiq edilməlidir. Apellyasiya instansiyası məhkəməsi sadalanan maddələrin tələblərini pozaraq, Cavabdeh2 İddiaçı hüquqları ilə bir araya sığan dərəcədə sözügedən mənzilə sahiblik, ondan istifadə edib-etməməsini, sonuncunun razılığını almasa da, onun təmir (bərpa), təzələnmə işlərini mənzilin dəyərini və işlənməyə yararlılığını qorumağa xidmət edib-etməməsini, eləcə də mənzildə aparılan dəyişikliklərin paylı mülkiyyətçilərdən biri olan İddiaçı üçün sərfəli olubolmamasını, yəni mənzildən əvvəlki təyinatı üzrə istifadə etməsinin onun üçün hər hans ı çətinliklər yaradıb-yaratmadığını aydınlaşdırmadan və mülki qanunvericilikdə yalnız sadalanan hallar baş verdiyi təqdirdə digər payçıların razılıq verməsinin nəzərdə tutulmasına əhəmiyyət vermədən, birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşmışdır. Digər tərəfdən, mülki iş materiallarından, ekspertin rəyindən görünür ki, Cavabdeh2 mənzilin sahəsi 22,2 kv.metr olan otağını iki hissəyə bölərək iki otaq halına gətirib və o, mənzildə təmir-tikinti işlərini mənzilin dəyərini, səmərəliliyini, habelə ondan əlverişli istifadə etmək üçün aparıb. Ümumiyyətlə, mülki iş materiallarında mənzildə aparılan dəyişikliklərin paylı mülkiyyətçilərdən biri kimi İddiaçı üçün sərfəli olmamasına və mənzildən əvvəlki təyinatı üzrə istifadə etməsinin onun üçün hər hansı çətin liklər yaradacağına dair heç bir mötəbər yazılı sübut yoxdur və İddiaçı tələbinin əsası kimi istinad etdiyi halları təsdiq etmək üçün məhkəməyə heç bir sübut təqdim etməyib. Halbuki, Azərbaycan Respublikası MPM-nin 14.2ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sadalanan prosessual normaların mənasına görə, iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qa rşı etirazını əsaslandıran faktları sübut etməlidir. Hazırki işdə, tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının məzmunu nəzərə alınmaqla, apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün müəyyən edilməyib. Digər tərəfdən işdən görünür ki, tərəflər arasında bağlanmış nikah İddiaçı tələbinə əsasən, Bakı şəhəri, Yasamal rayon məhkəməsinin 22 yanvar 2014-cü il tarixli qətnaməsi ilə pozulduqdan sonra Cavabdeh2 mənzildə müvafiq təmir, tikinti işləri aparıb və 2014-cü ildən köçüb orada yaşayır. İddiaçı mənzilin ½ hissəsinə mülkiyyət hüququ isə Bakı şəhəri, Nizami rayon məhkəməsinin 20 dekabr 2016-cı il tarixli qətnaməsinə əsasən tanınıb. Eyni zamanda işdən görünür ki, 30 mart 2017-ci il tarixdə Cavabdeh2 Bakı şəhəri, Yasamal rayon məhkəməsində İddiaçı qarşı mənzilin təmirinə çəkdiyi xərclərin ½ hissəsinin tutulub ona ödənilməsi barədə iddia qaldırıb. Apellyasiya instansiyası məhkəməsi qeyd olunan hallara diqqət yetirmədən, Cavabdeh2 tərəfindən mənzildə sözügedən təmir-tikinti işləri aparıldıqdan sonra məhkəmənin qətnaməsinə əsasən Samrə Salmanovanın mənzilin ½ hissəsinə mülkiyyət hüququnun tanınmasına əhəmiyyət vermədən, mənzildə aparılmış təmir-tikinti işləri barədə İddiaçı məlumatlı olub-olmamasını aydınlaşdırmadan, Cavabdeh2 mənzildə apardığı təmir-tikinti xərclərinin ½ hissəsini İddiaçı tələb etdikdən sonra sonuncunun hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməsini nəzərə almadan və hansı dəlillərə əsasən Cavabdeh2 apellyasiya şikayətini təmin etmədiyini qətnamədə göstərmədən, yal nız işdə iştirak edən şəxslərin izahatlarını, apellyasiya şikayətinin dəlillərini, həmçinin birinci instansiya məhkəməsində icraat zamanı müəyyən edilmiş halları və sair qətnaməyə köçürməklə öz vəzifəsini bitmiş hesab etmişdir. Halbuki, prosessual qanunverciliyə görə, məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazimi şərait yaratmalıdır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah etməklə yanaşı, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar etməlidir və onların prosessual hüquqlarının hətyata kömək göstərməlidir. Eləcə də qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilmiş halları, işin halları barədə məhkəmənin əsaslandırdığı sübutlar və məhkəmənin bu v ə ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər göstərilməlidir. Həmçinin, apellyasiya şikayəti təmin edilmədikdə apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini qətnamədə göstərməyə borcludur və apellyasiya instansiyası məhkəməsinin qətnaməsində məhkəmənin nəticəyə gəlməsi barədə motivlər və məhkəmənin rəhbər tutduğu qanunlar göstərilməlidir (MPM-nin 14.1, 220.4, 392.1.5, 392.2-ci maddələri). Bundan başqa, mənzildə təmir-tikinti işlərinin 23 yanvar 2018-ci il tarixədək aparılması, eləcə də 26 noyabr 2018-ci il tarixli ekspert rəyinin mənzilə dair 23 yanvar 2018-ci il tarixdə tərtib edilmiş texniki pasportla müqayisə edilməklə verilməsi işin mübahisə olunmayan hallarıdır və İddiaçı özü də ilk iddia ərizəsində bu halları inkar etməmişdir. Apellyasiya instansiyası məhkəməsi mənzilə dair texniki pasport verilərkən Reyestr Xidmətinin mütəxəssisləri tərəfindən mənzilə baxış keçirilib-keçirilmədiyini, texniki pasportun mənzilin mövcud vəziyyəti üzrə verilib-verilmədiyini, mənzildə aparılmış təmir-tikinti işlərinin mənzilin layihə sənədlərinə uyğun gəlib-gəlmədiyini, Cavabdeh2 mənzilin daxilində apardığı təmir-tikinti işlərini aidiyyəti orqanlarla razılaşdırıb-razılaşdırmadığını aydınlaşdırmadan və bu barədə işə əlavə edilmiş sübutlara, o cümlədən ekspert rəyinə obyektiv baxıb hüquqi qiymət vermədən, yalnız İddiaçı istinad etdiyi arqumentlərə əsaslanaraq birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən saxlanımışdır. Kassasiya instansiyası məhkəməsi he sab edir ki, sübutlara obyektiv baxılması dedikdə, məhkəmə tərəfindən subyektiv mülahizələrə yol vermədən sübutun məzmununu təşkil edən dəlillərin və faktların qiymətləndirilməsi başa düşülür. Obyektivlik ilk növbədə sübutun məzmununda olan dəlillərin və faktların həqiqi və mötəbər olduğunu yoxlamağı tələb edir. Sübut o, halda mötəbər hesab edilir ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatların həqiqətə uyğun olduğu, habelə bu sübutun qanunun bütün formal tələblərinə cavab verdiyi müəyyən edilsin. Sübutun mötəbərliyinə şübhələr mövcud olduğu halda məhkəmə müxtəlif üsullarla həmin şübhələri aydınlaşdırmağa çalışmalıdır, bunun üçün işdə iştirak edən şəxslərə əlavə sübutlar təqdim etməyi təklif etməli, zəruri olduqda mövcud sübutu yenidən araşdırmalıdır. Sübutların məzmunund akı məlumatlarla bağlı şübhələrin aradan qaldırılmasının ən etibarlı üsullardan biri isə, müxtəlif sübutların müqayisəli təhlil edilməsindən və ya iş üzrə əlavə və təkrar ekspertizaların keçirilməsindən ibarətdir. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinə əsasən, maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya instansiyası məhkəməsi işin yuxarıda müəyyən edilmiş faktiki hallarını və sadalanan maddi, prosessual hüquq normalarının tələblərini nəzərə alıb, kassasiya şikayətində göstərilən digər dəlilləri də müzakirə edib hesab edir ki, kassasiya şikayəti təmin edilməli, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, mülki iş ye nidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmalı və işə yenidən apellyasiya qaydasında baxılarkən sadalanan nöqsanlar aradan qaldırılmaqla yanaşı, işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirlər görülməli və araşdırılan sübutlara Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbləri baxımından düzgün hüquqi qiymət verilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416-420-ci maddələrinin tələblərini rəhbər tutaraq kassasiya instansiyası məhkəməsi QƏRARA A L D İ: Cavabdeh2 kassasiya şikayəti təmin edilsin, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 08 iyul 2019-cu il tarixli, 2(103)-8337/2019 saylı qətnaməsi ləğv edilsin, mülki iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılsın. Qərar qəb
Məhkəmə qərarları › İş №2(102)-7746/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-7746/2019
15.11.2019 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver