Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-776/2020 06.02.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Quliyev Gündüz Ağababa oğlunun sədrliyi və məruzəsi ilə, X1 və X2 ibarət tərkibdə, Hadi Mirqədir Mirbaba oğlunun katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərardadından Cavabdeh kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: xx xxxx 2019-cu il tarixdə İddiaçı Cavabdeh qarşı borcun qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 50.000 manat əsas borcun və 15.000 manat faiz borcunun tutularaq ona ödənilməsi barədə qətnamə qə bul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəməyə xx.xx.2019-cu il tarixdə ərizə ilə müraciət edərək mülki işin məhkəmə aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli qərardadı ilə (iş № 2(004)-5069/2019, hakim F.İ.Əyyubov) Cavabdeh vəsatəti rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərardadı ilə (iş № 2(103)-13772/2019, hakimlər X.A.Mərdanova, E.Cavabdeh və Ş.Ə.Məhərrəmova) Cavabdeh apellyasiya şikayəti təmin edilməmiş, qərardad dəyişdirilmədən saxlanılmışdır. Həmin qərardaddan cavabdeh verdiyi kassasiya şikayətində qərardadın ləğv edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri, kassasiya şikayətinə qarşı etirazlar və məhkəmə iclasında iştirak edən şəxşlərin izahatları Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, qərardad qəbul edilərkən prosessual hüquq normaları pozulmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Hüquqi məsələlər: Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, kassasiya şikayəti təmin edilmədən, apellyasiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiya məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Həmin Məcəllənin 418-ci maddəsi ilə apellyasiya inst ansiya məhkəməsinin qətnaməsinin və qərardadının ləğv edilməsinin əsasları müəyyən edilmişdir. Həmin Məcəllənin mübahisələrin məhkəməyə aidiyyətinin əsaslarını müəyyən edən 24-cü maddəsinin tələblərinə görə mübahisənin ümumi məhkəməyə və ya inzibati-iqtisad məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, yaranmış mübahisənin predmeti və ya hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Qeyd edilən normanın məzmunundan göründüyü kimi, məhkəmə aidiyyəti müəyyən edilərkən üç əsas xüsusiyyəti – işdə iştirak edən şəxslərin subyektiv tərkibi (hüquqi, fiziki şəxslər və sahibkarlar), mübahisənin predmeti (iddia ərizəsində və ya ərizədə qoyulan tələbin xarakterini) və hüquq münasibətinin xarakteri (mübahisənin hansı hüquq münasibə tindən yaranması, məs, mülki, ailə, iqtisad və.s) yoxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 25.1-ci maddəsinə əsasən mülki məhkəmə icraatı qaydasında mülki, ailə, əmək, mənzil, torpaq münasibətləri, təbii ehtiyatlardan istifadə olunması və ya ətraf mühitin qorunması, vergi və digər münasibətlərdən əmələ gələn mübahisələr üzrə tərəflərdən heç olmasa biri fiziki şəxsdirsə və onun fərdi sahibkar statusu yoxdursa və ya belə statusu olsa da, mübahisə onun sahibkarlıq fəaliyyətini həyata keçirməsi ilə əlaqədar yaranmamışsa, həmin mübahisələr üzrə işlərə ümumi məhkəmələr baxır. Apellyasiya məhkəməsi qərardadını onunla əsaslandırmışdır ki, iddia ərizəsi aidiyyət qaydalarına riayət edilməklə icraata qəbul edilmişdir və mülki işin aidiyyəti üzrə inzibati-iqtisadi məhkəmə yə göndərilməsi üçün əsaslar yoxdur. Belə ki, iddia üzrə tərəflərin hər ikisi fiziki şəxs olmaqla, onlar arasında yaranmış mübahisə borc mübahisəsidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 31.1-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. Beləliklə, apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə gəlinən nəticə qanunvericiliyin tələblərinə uyğun olmaqla prosessual hüquq normaları düzgün tətbiq edilmiş, kassasiya şikayətinin dəlilləri formal mülahizələr olmaqla qərardadın ləğvi üçün əsas hesab edilə bilməz. Bununla bərabər iddia ərizəsinin xx xxxx 2019-cu il tarixdə verilməsini və işə mahiyyətə üzrə baxılmamasını nəzərə alaraq məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 120-ci madd əsinə əsasən məhkəmə, vicdansızcasına əsassız iddia vermiş və ya iddiaya qarşı mübahisə etmiş, yaxud işə düzgün və tezliklə baxılmasına və onun həll edilməsinə ardıcıl surətdə maneçilik törətmiş tərəfdən, iş vaxtının itirilməsi üçün digər tərəfin və ya dövlətin xeyrinə məbləğ tuta bilər. Həmin məbləğ məhkəmə tərəfindən konkret hallar nəzərə alınmaqla ağlabatan miqdarda müəyyən edilir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-776/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-776/2020
06.02.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver