Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-776/2025 22.04.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ Açar sözlər: Özbaşına və qanunsuz tikililər ilə bağlı mübahisələr, qanunsuz tikililərin sökülməsi, hüquqdan sui-istifadə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər X6 (məruzəçi), Əliyev Zaur Əli oğlu və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı (Maraqlı şəxs mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) ”qeyriqanuni tikililərin sökülməsi və əmlaka dair qeydiyyat sənədlərinin ləğv edilməsi” tələbinə dair ilk, C avabdeh1 İddiaçı qarşı “qanunsuz tikililərin sökülməsi” tələbinə dair qarşılıqlı iddia tələbləri barədə mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)4529/2024 nömrəli, 4 noyabr 2024-cü il tarixli qətnaməsindən İddiaçı və Cavabdeh1 tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərinə 22 aprel 2025-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. xx.xx.1993-cü il tarixli müqavilə ilə, X12 ünvan 1 ünvanında yerləşən 2 otaqlı 26,3 kv metr yaşayış sahəsindən 17,5 kv metr yaşayış sahəsini Cavabdeh2 bağışlamışdır.
2. Bakı şəhəri İcra Hakimiyyətinin Aparatının yanında Özəlləşdirmə və Bələdiyyə Mülkiyyəti İdarəsinin Texniki İnventarlaşdırma Bürosunun xx.xx.1993-cü il tarixli qeydiyyat vəsiqəsinə əsas ən, 1-ci Şimal şitilliyi, ev 89-da yerləşən 2 otaq y/s 26,3 kv metr və 17,5 kv metr Cavabdeh2 adına xüsusi mülkiyyət qeydiyyata alınmışdır.
3. ƏMDK yanında DƏDRX tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışı ilə Bakı şəhəri, Nərimanov rayonu, 1-ci Şimal şitilliyi, ev 89-da yerləşən fərdi yaşayış evi İddiaçı 3 otaq y/s-51,7 kv metr, k/s-6,0 kv metr, 1 otaq y/s 26,3 kv metr k/s 17,5 kv metr isə Cavabdeh2 paylı xüsusi mülkiyyətlərindədir. Bu barədə İddiaçı hüququnun xx.xx.2016-cı il tarixdə ********** nömrəli qeydiyyatı aparılmışdır.
4. ƏMDK yanında DƏDRX tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış ilə Bakı şəhəri, Nərimanov rayonu, 1-ci Şimal şitilliyi, ev 89-da yerləşən 110 k v metr yaşayış sahəsindən ibarət 7 otaqlı fərdi yaşayış evi Cavabdeh1 Əliqulu oğlunun xüsusi mülkiyyətindədir. Bu barədə xx.xx.2002-cı il tarixdə dövlət qeydiyyatı aparılmışdır.
5. Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən İddiaçı ünvanlanan xx.xx.2020-ci il tarixli məktuba əsasən, əməkdaşları tərəfindən yerində baxış zamanı müəyyən edilmişdir ki, Nərimanov rayonu, 1-ci Şimal şitilliyi küçəsindəki köhnə tipli 1 və 2 mərtəbəli fərdi yaşayış evlərinin yerləşdiyi məhəllə daxili sahələrdə, müraciət müəllifinin yaşadığı evin pəncərəsinin bilavasitə qarşısında, eləcə də həmin evə keçid hissəsindəki dalanda uzun müddət öncə müvafiq icazə sənədləri olmadan kiçik həcmli yardımçı tikililər inşa edilmiş və artırma işləri aparılmış, göst ərilən ünvanda yeni tikinti aparılması faktı aşkar edilməmişdir.
6. Nərimanov Rayon MKTB-nin İddiaçı ünvanlanan xx.xx.2020- ci il, xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixli məktublarına əsasən, əməkdaşları tərəfindən yerində baxış zamanı yaşadığı ünvanda qonşuları Şair Kəlbiyev və Piri Quliyev tərəfindən müxtəlif vaxtlarda yaşadıqları özbaşına tikilmiş evin yaxınlığında ümumi istifadə üçün nəzərdə tutulmuş yerlərdə əlavə tikinti işlərinin aparıldığı müşahidə edilmişdir. Son baxış zamanı yeni tikinti işlərinin aparılması faktı müəyyən edilməmişdir.
7. Bakı şəhəri, Nərimanov rayonu, 1-ci Şimal Şitilliyi küçəsinin uzun müddətlik sakinləri olan X13, X7, X9, X14, X5 və X8 imzaladıqları xx.xx.2022-ci il tarixli aktda göstərmişlər ki, həqiqətən də qonşuları Cavabdeh2 məxsus olan ünvan 4 ünvanı nda yerləşən iki mərtəbəli fərdi yaşayış evinin tikintisi və son tamamlama işləri 25 il bundan əvvəl həyata keçirilmişdir.
8. Bakı şəhəri, Nərimanov rayonu, 1-ci Şimal Şitilliyi küçəsinin uzun müddətlik sakinləri olan X7, X9, X5 və X17 51 saylı Notariat Ofisində xx.xx.2023-cü il tarixdə təsdiqlənən ərizələrində bildirmişlər ki, qonşuları Cavabdeh2 məxsus olan ünvan 4 ünvanında yerləşən iki mərtəbəli fərdi yaşayış evinin tikintisi və son tamamlama işləri 25 il bundan əvvəl həyata keçirilmişdir. 9. 27 saylı Notariat Kontoru tərəfindən xx.xx.2016-cı il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən, X12 xüsusi mülkiyyətində olan evini İddiaçı bağışlamışdır.
10. Mütəxəssis rəyinə görə ünvan 5 ünvanında Cavabdeh2 məxsus evdə İddiaçı tərəfindən mübahisə edilən İddiaçı evinin pəncərəsi nin qarşısındakı tikilinin hansı tarixdə inşa edilməsini dəqiqliklə müəyyən etmək mümkün olmamışdır. Lakin “GoogleEarth” xəritə proqramında mövcud olan illər üzrə peyk görüntülərindən görünür ki, Cavabdeh2 istifadəsində olan iki mərtəbəli fərdi yaşayış evi 2008-ci il tarixdən həmin ərazidə mövcud olmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
11. İddiaçı Sarıyev X10 Əli Alqulu oğluna və Cavabdeh2 qarşı iddia ərizəsi daha sonra iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək ona məxsus fərdi yaşayış evinin pəncərəsinin önündə heç bir ara məsafə saxlamadan Cavabdeh2 qeyri-qanuni zəbt edərək inşa etdiyi ikimərtəbəli evin birinci mərtəbəsindəki hamam, tualet, həyət və birinci mərtəbəyə aid olan dəmir darvazalı qapı, ikin ci mərtəbəsindəki hamam, tualet, dəhliz və 1 otaqlı ev tikintilərinin Cavabdeh2 hesabına sökülməsi, boşaldılması, əvvəlki vəziyyətinə gətirilməsi, Cavabdeh1 ona məxsus fərdi yaşayış evinin ümumi istifadəsində olan torpaq sahəsinin gediş-gəliş yolunda qeyri-qanuni zəbt edərək inşa etdiyi tualet, mətbəx, dam, dəmir pilləkən, 1 otaq ev, 1 otaq evinin 2 metrə artırılması və ona bitişik daş pilləkən, həmin yolun üstünü qeyri-qanuni zəbt edərək inşa etdiyi dəmir balkon, tualet, hamam, mətbəx, koridor tikililərinin Cavabdeh1 hesabına sökülməsi, boşaldılması, əvvəlki vəziyyətinə gətirilməsi, Cavabdeh1 ümumi istifadələrində olan tualetin və onun kanalizasiya sistemini söküb ləğv edərək, yerində qeyri-qanuni zəbt edərək inşa etdiyi mağaza və 1 otaq evin sökülməsi, Cavabdeh1 tərəfindən qeyri-qanuni o laraq sökülən, ləğv edilən tualetin və onun kanalizasiya xəttinin tez bir zaman ərzində əvvəlki yerində qanuni şəkildə Cavabdeh1 hesabına yenidən inşa olunaraq əvvəlki vəziyyətinə gətirilməsi, bərpa olunması, Cavabdeh1 ümumi istifadələrində olan torpaq sahəsinin gediş-gəliş yolunda qanunsuz zəbt edərək inşa etdiyi mətbəxə (3 kv metr) dair həmin yolun üstünü qeyriqanuni zəbt edərək inşa etdiyi eyvana (39 kv metr) dair, Cavabdeh1 qeyri-qanuni sökdüyü ümumi istifadələrində olan tualetə (2 kv metr) dair və onun kanalizasiya xəttinin yerində zəbt edərək qeyri-qanuni inşa etdiyi mağazaya (6,60 kv metr) dair, dəhliz (2,40 kv metr) dair, 1 otaq evə (19,30 kv metr) dair və ümumi istifadələrində olan torpaq sahəsinin gedişgəliş yolunda 1 otaq evin (15,50 kv metr) 2 metrə artırılmasına dair Maraqlı ş əxsin Cavabdeh1 adına xx.xx.2002-ci il tarixli seriya ÖM-114599 nömrəli Qeydiyyat Vəsiqəsinin yə qeydiyyat vəsiqəsinə aid olan Reyestr nömrəsi xx.xx.2002-ci il tarixli, inventar nömrəsi 414 olan Texniki pasportun ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
12. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, hal-hazırda yaşadıqları fərdi yaşayış evi 1989-cu il tarixdə alınıb. Həmin tarixdən ailə üzvləri ilə birlikdə qeyd etdiyi ünvanda yaşayırlar və qonşuları yaxın qohumlarıdır. Cavabdehlərin sözügedən ünvandakı evlərini atası X26 oglu alıb və cavabdehlərə hədiyyə edib. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 ailələrinin heç bir qaydada icazəsi olmadan gediş-gəliş yolunda və gediş-gəliş yolunun üstündə qeyri-qanuni yeni tik ililər inşa edir, evinin pəncərələrinin önündə heç bir ara məsafəsi saxlamadan ikimərtəbəli yeni tikililər tikməklə ailəsini təbii havaya, təbii işığa həsrət qoyur, yollarını, evlərini qaranlıq edir, kanalizasiya quyusunun üzərindəki tualetlərini sökərək, tualetin yerində mağaza inşa edib bizneslə məşğuldur. Hal-hazırda kanalizasiya xətləri Cavabdeh1 tərəfindən zəbt edildiyindən ailəsi məcbur olub öz həyətində şambo (quyu) qazaraq tualet inşa etməyə məcbur olmuşdur. 2020-ci ilin iyununda pandemiya dövründə cavabdehin oğlu X24 gediş-gəliş yolunun üstündə yeni tikililər tikərkən sakitcə ona yaxınlaşaraq yolun üstündə tikinti işlərinin aparılmaması xahişini etdikdə, cavabdehin övladları X24 və X25 qardaşları onun üstünə hücum çəkərək onu təhqir etmiş, Quliyev Piri onun qarın nahiyəsinə bıçaql a cızaraq onu öldürəcəyini demiş, hər ikisi onu döymək istəyəndə qonşular bunun qarşısını almışlar. X24 gediş-gəliş yolunda heç bir icazə olmadan qanunsuz ev tikmiş, ona məxsus evin həyətinə pəncərə açmışdır. Cavabdeh2 onun ailəsindən heç bir icazə almadan ona məxsus yaşayış evinin pəncərəsinin önündə ara məsafəsi saxlamadan qeyri-qanuni ikimərtəbəli ev tikdirmişdir. Cavabdeh2 sözügedən tikintini sökməsi barədə çoxsaylı xahişlər etsələr də, heç bir nəticəsi olmamışdır. Cavabdeh2 oğlu X2 qeyri-qanuni tikilinin pəncərəsindən çəkdiyi siqareti, yediyi mağaza yeməklərinin plastik qablarını sözügedən pəncərənin önünə atıb və nəticədə pəncərənin önü zibillik olub, pəncərəni zibilliyə görə aça bilmir. Evlərini neçə dəfə təmir etmiş, pəncərələrinin önündə cavabdeh Esmiralda ev tikdiyindən evləri havasız, təbii işıqsızdır, rütubətlədir, divar kağızları qopub yerə tökülür, sağlamlıqlarına çox böyük zərər dəymişdir.
13. Cavabdeh1 İddiaçı qarşı “qanunsuz tikililərin sökülməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı tərəfindən ünvan 6 ünvanında inşa edilmiş qanunsuz tikililərin və hasarın onun hesabına sökülməsi, qeyd edilən ünvana əvvəllər mövcud olmuş gediş-gəliş yolunun bərpa olunması vəzifəsinin onun üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
14. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, ünvan 7 ünvanda yerləşən fərdi yaşayış evi onun xüsusi mülkiyyətindədir. İddiaçı qeyd edilən ünvanda ona məxsus yaşayış evinə demək olar ki, bitişik, qanunsuz tikililər tikmiş, əvvəllər mövcud olmuş əsas gediş-gəliş yolunu, eyni zamanda bu tikililərlə ümumi istifadədə olan yola çıxışını kəsmiş, həmin yolu zəbt edərək qanunsuz olaraq inşaat və hasarlama işləri aparmışdır.
15. İddiaçı qarşılıqlı iddia ərizəsinə qarşı etiraz təqdim edərək qeyd etmişdir ki, Cavabdeh1 1988-ci il qaçqınlıq dövründə həyat yoldaşı və uşaqları ilə birgə Bakı şəhərinin Türkan kəndinə köç edərək çətin həyat şəraitində yaşamışlar. Cavabdeh1 və onun yaxın qohumların xahişlərinə əsasən mərhum atası cavabdehə və bacısına fərdi yaşayış evinin bir hissəsini bağışlamışdır. Cavabdeh1 tərəfindən ümumi istifadə tualetlərinin sökülməsinə hətta qonşuları tərəfindən mənfi fikir bildirilib. Cavabdeh1 Covid-19 Koronovirusun yayılmasına səbəb olan və qanunlara zidd olan Baki şəhərinin mərkəzində tualetlərini söküb, kanalizasiya sistemini özbaşına ləğv edib və yeri ndə mağaza inşa edərək sahibkarlıqla məşğul olur, tikinti işləri aparır.
16. Cavabdeh1 vəkili və nümayəndəsi həm iddia müddətinin ötürüldüyü, həm də ilk iddia əsassız olduğu üçün rədd edilməsini xahiş etmiş, qeyd etmişdir ki, MM-nin 373.1-ci maddəsi ilə ümumi iddia müddəti on il kimi müəyyən edilmişdir. Hazırkı iş üzrə iddiaçının mübahisələndirdiyi tikililər ötən əsrin 70-90-cı illərində tikilmişdir. Qeyd edilənləri nəzərə alaraq ilk iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir.
17. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-cü il tarixli, 2(005)3765/2021 nömrəli qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 10/5366 №-li ekspert rəyi ilə Cavabde h2 tərəfindən inşa edilmiş tikilinin İddiaçı məxsus ünvan 4 ünvanında yerləşən yaşayış sahəsi ilə üst-üstə düşmədiyi, Cavabdeh2 tərəfindən inşa edilmiş tikilinin ünvan 4 ünvanında tərəflərin ümumi istifadəsində olan həyətyanı torpaq sahəsinin üzərinə düşdüyü, İddiaçı məxsus ünvan 4 ünvanında yerləşən evin gediş-gəliş yolunda Cavabdeh2 inşa etdiyi iki mərtəbəli evlərinin 1-ci mərtəbəsindəki hamam sanitar qovşağı və 2 mərtəbəsində hamam, sanitar qovşağı İddiaçı məxsus yaşayış evinin pəncərəsindən 0,50-0,60 sm ara məsafəsində inşa olunduğu nəzərə alınaraq, İddiaçı məxsus ünvan 4 ünvanında yerləşən yaşayış evinin havalandırılması, işıqlandırılması rütubətin tənzimlənməsinə mənfi təsir göstərdiyi, İddiaçı məxsus ünvan 4 ünvanında yerləşən evin gediş-gəliş yolunda Cavabdeh2 inşa etdiyi iki mərtə bəli evlərinin 1-ci mərtəbəsindəki hamam, sanitar qovşağı və 2-ci mərtəbəsində hamam, sanitar qovşağı arasında ara məsafə 2,10 metr (7,0 x 0,3) əvəzinə 0,50-0,60 metr saxlanıldığından dövlət şəhərsalma norma və qaydalarının 69.5.2-1-ci maddəsinə əməl edilmədən inşa olunduğu müəyyən edilmişdir.
18. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(005)34/2023 nömrəli qətnaməsi ilə (hakim Mehriban Əfəndizadə) ilk və qarşılıqlı iddialar təmin edilməmişdir.
19. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, Cavabdeh2 inşa etdiyi iki mərtəbəli evlərinin 1-ci mərtəbəsindəki hamam sanitar qovşağı və 2-ci mərtəbəsində hamam, sanitar qovşağının İddiaçı məxsus yaşayış evinin pəncərəsindən 0,50-0,60 sm ara məsafəsində inşa olunduğu nəzərə alınaraq, sonuncuya məx sus ünvan 4 ünvanında yerləşən yaşayış evinin havalandırılması, işıqlandırılması rütubətin tənzimlənməsinə mənfi təsir göstərməsi və rəylərdə sadalanan qanunvericilik normalarına əməl edilmədən inşa olunması faktları mövcud olsa da, ilk iddia Cavabdeh2 münasibətdə rədd edilməlidir. Belə ki, ilk iddiaçı sökülməsini tələb etdiyi qeyd edilən tikililərin hansı tarixlərdə inşa edilməsini dəqiq göstərməməklə, yalnız 2020-ci ilin iyununda pandemiya dövründə bu tikintilərlə bağlı qarşı tərəfin övladları ilə aralarında münaqişəli vəziyyət olmasını qeyd etməklə kifayətlənmişdir. Həmçinin X1 hazırda oğlunun qaldırdığı iddialar üzrə Cavabdeh2 qarşı qanunsuz tikililər və digər pozuntularla bağlı hər hansı formada iddia qaldırmamışdır. Bu halın müəyyən edilməsi tərəflərin inşa etdikləri (texniki paspo rtda əksini tapan və tapmayan) tikililərin həqiqətən də 2016-cı ildən xeyli əvvəllər inşa edilməsinə dəlalət edir. İlk iddianın Cavabdeh1 aid hissəsinə münasibətdə ekspertizalar nəticəsində Cavabdeh1 istifadəsində olan tikililərin iddiaçıya məxsus yaşayış evinin havalandırılmasına, işıqlandırılmasına, rütubətin tənzimlənməsinə təsir göstərməməsi, həmin tikililərin iddiaçıya məxsus fərdi yaşayış evinə dair tərtib olunmuş 1992-ci il tarixli Texniki Pasportda qeyd olunan tikililər ilə, eləcə də torpaq sahəsi ilə üst-üstə düşməməsi və beləliklə də, cavabdeh tərəfindən İddiaçı məxsus hər hansı tikilinin sökülmədiyi müəyyən olunması bu qənaətə gəlməyə əsas verir ki, bu halların Cavabdeh1 tərəfindən İddiaçı subyektiv hüququnun pozulması faktlarının olmasını təkzib edir.
20. Məhkəmə həmçinin hesab etmişdir ki, ilk iddianın Cavabdeh2 aid hissəsi yuxarıda göstərilənlərdən əlavə hazırkı iş üzrə iddia müddətinin tətbiq edilməsinə dair təqdim edilmiş ərizə əsasında rədd edilməlidir.
21. Məhkəmə ilk iddianın digər, yəni, Maraqlı şəxsin Cavabdeh1 adına xx.xx.2002-ci il tarixli seriya ÖM-114599 nömrəli Qeydiyyat Vəsiqəsinin yə qeydiyyat vəsiqəsinə aid olan Reyestr nömrəsi xx.xx.2002-ci il tarixli, inventar nömrəsi 414 olan Texniki pasportun ləğv edilməsi hissələrinə də qiymət verərək hesab etmişdir ki, bu tələblər əsas tələbdən irəli gələn tələb olduğundan onların qanuniliyinə hüquqi qiymət vermək zərurəti yoxdur.
22. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 56 və 66.1-cı, “Azərbaycan Respublikasının 1999-cu il 25 iyun tarixli Qanunu ilə təsdiq edilmiş Azərba ycan Respublikasının Torpaq Məcəlləsinin icrasının təmin edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 6 mart 2000-ci il tarixli Fərmanına, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 155.1, 155.2, 171.1, 171.2, 171.3, 180.1, 180.4, 372.1, 373.1, 375.1 və 375.2-ci, “Şəhərsalmanın əsasları haqqında” Azərbaycan Respublikası Qanununun 10 və 25-ci maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli 160 saylı qərarı ilə təsdiq edilmiş “Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidən planlaşdırma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması Qaydaları”nın 5-ci bəndinə, Azərbaycan Re spublikası Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 №li Qərarının 3.3-cü bəndinə, istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
23. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ilk iddianın təmin edilməyən hissəsində ləğv edilməsini, ilk iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
24. Apelyasiya şikayəti iddia ərizəsinin məzmununa uyğun əsaslandırılmış, həmçinin qeyd edilmişdir ki, onun icazəsi olmadan yaşadığı fərdi yaşayış evinin pəncərəsinin qarşısında evin tikilərək təbii işığının kəsilməsi, evinin gediş-gəliş yolunun üzərində qeyriqanuni tikililərin tikilməsi mülkiyyət hüququnun pozulması deməkdir. Lakin məhkəmə işi araşdırarkən bu halı nəzərə almamışdır. Birinci instansiya məhkəməsi ünvan 8 ünvanında yerləşən Cavabdeh1 məxsus fərdi yaşayış evinə dair texniki pasportun təsdiq edilmiş surətinin təqdim edilməsi barədə Bakı Kadastr və Reysteri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə sorğu vermişdir. 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən Cavabdeh1 məxsus fərdi yaşayış evinin 1997-ci il tarixli texniki pasportu möhürlənmiş, imzalanmış şəkildə göndərilmiş və tikinti altında olan sahə 113 kv.metr qeyd olunmuşdur. Cavabdeh1 adına olan 2002-ci il tarixli texniki pasportda isə tikinti altında olan sahə 178 kv.metrdir və bu texniki pasport 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən tanınmamışdır. Cavabdeh1 Nərimanov Rayon Məhkəməsindən özünə aid 1997-ci il tarixli texniki pasportunu gizlətməsində əsas səbəb budur ki, s özügedən fərdi yaşayış evinin köməkçi sahəsində ayaqyolu olmuşdur. Eyni zamanda 1997-ci il tarixli texniki pasportunda tikinti altında olan sahəsi 113 kv metr göstərilmişdir. Lakin, Cavabdeh1 məhkəməyə təqdim etdiyi 2002-ci il tarixli texniki pasportda əvvəlki texniki pasportda köməkçi sahədə olan ayaqyolu göstərilməmiş və tikinti altında olan sahə 178 kv metr qeyd olunmuşdur. Uyğunlaşdırdıqda 65 kv metr sahə əlavə qeyri-qanuni tikilinin olduğu məlum olur. Məhkəmə həmçinin bu hala düzgün hüquqi qiymət verməmişdir. Bundan başqa, iş üzrə təyin edilmiş ekspertiza rəyi və mütəxəssis rəyi ilə cavabdeh tərəfindən əlavə tikililərin olması, həmin tikililərin iddiaçının mənafeynə zidd olması, onun mülkiyyət hüququnun pozması müəyyən olunsa da, rayon məhkəməsi həmin halları da diqqətdən qaçırmışdır. Qətnamə maddi və prosessual hüquq normalarının pozulması, təqdim olunmuş sübutlara düzgün hüquqi qiymət verilməməsi ilə çıxarılmışdır.
25. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-6192/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə (hakimlər:Azad İmanov-sədrlik edən və məruzəçi, Məmməd Məmmədov və Fuad Talışinski) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat
26. İddiaçı kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və yeni qərar qəbul edilməsini xahiş etmişdir.
27. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(102)-1268/2024 nömrəli qərarı ilə (hakimlər: Əhməd Nurməmmədov-sədrlik edən və məruzəçi, A biddin Hüseynov və Zəki Babayevdən ibarət tərkibdə) İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilmiş, qətnamə ləğv edilmiş və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir.
28. İşi yeni apellyasiya baxışına qaytararkən kassasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçının tələbləri mülkiyyətində olan yaşayış evindən təyinatına uyğun istifadəyə cavabdehlərin özbaşına tikililər inşa etdirməklə mane olmalarının qarşısının alınması, yəni mülkiyyət hüququnun müdafiəsi ilə bağlıdır. Cavabdehlərin bu hərəkətləri isə özbaşına tikili inşa olunduğu andan davam edən hərəkətlərdir. İddiaçının cavabdehlərin bu hərəkətlərinə son qoyulmasını tələb etmək hüququ vardır. Mülkiyyət hüququnun müdafiəsi ilə bağlı tələblərə isə müddət şamil edilmir.
29. İşə baxan apellyasiya instansiyası məhkəməsi isə göstərilənləri nəzərə almadan iddia tələblərinin rədd olunması əsaslarından biri kimi İddiaçı iddia müddətlərini ötürməsi barədə düzgün nəticəyə gəlməmişdir.
30. İşdə olan ƏMDK yanında DƏDRX tərəfindən xx.xx.2016-cı il tarixdə verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa görə Bakı şəhəri, Nərimanov rayonu, 1-ci Şimal şitilliyi, ev 89-da yerləşən fərdi yaşayış evi İddiaçı və Cavabdeh2 ümumi mülkiyyətlərindədir. Digər Cavabdeh1 məxsus yaşayış evi isə iddiaçının qonşuluğunda, ümumi həyətdə yerləşir. İş üzrə təyin edilmiş ekspertiza rəylərinə görə isə hər iki cavabdehin həm ümumi həyətdə, həm də evin özlərinə aid hissələrinə bitişik olaraq özbaşına tikililər inşa etdirmələri müəyyən olunmuşdur.
31. Cavabdeh2 tərəfindən inşa edilmiş özbaşına tikililərin iddiaçı yaşayış evinə mülkiyyət hüququnu əldə edənə qədər, yəni xx.xx.2016-cı il tarixə kimi inşa olunduğu, iddiaçının yaşayış evini mövcud vəziyyətdə qəbul etdiyi, ona görə də hazırkı iddia tələbləri ilə müraciət etmək hüququnun olmadığı qənaətinə gələn apellyasiya məhkəməsi cavabdehin bu barədə olan izahatına, qonşuların notarial qaydada təsdiqlənmiş ərizələrinə, yaşayış evinə dair tərtib edilmiş Texniki pasporta əsaslanmışdır. Lakin məhkəmə nəzərə almamışdır ki, iddiaçının göstərdiyinə görə tərəflər arasındakı hazırkı mübahisə Cavabdeh2 uşaqlarının 2020-ci ildə özbaşına tikili aparmaları ilə yaranmış, həmin şəxslər özbaşına tikililər inşa edərkən iddiaçı mane olmaq istədikdə münaqişə baş vermiş, iddiaçıya bədən xəsarətləri yetir ilmişdir. Məhkəmə Cavabdeh2 inşa etdirdiyi tikililərin hansının xx.xx.2016-cı il tarixə kimi, hansının həmin tarixdən sonra aparılmasının müəyyən edilməsi üçün mühüm əhəmiyyət kəsb edən, iddiaçı tərəfindən irəli sürülən həmin hallar üzrə araşdırma aparmamış, iddiaçı ilə Cavabdeh2 uşaqları arasında baş vermiş münaqişə ilə bağlı hüquq-mühafizə orqanlarında araşdırma aparılıb-aparılmaması, əgər aparılmışdırsa özbaşına tikililərə dair həmin materialda əksini tapmış məlumatlar tədqiq edilməmişdir. Ümumiyyətlə məhkəmə Cavabdeh2 tərəfindən çoxsaylı özbaşına tikililər inşa olunması, həmin tikililərin iddiaçının hüquqlarının pozması qənaətinə gəlsə də, hər bir tikiliyə münasibətdə tədqiqat aparmamış, kifayət qədər əsas olmadan ümumilikdə tikililərin xx.xx.2016-cı il tarixə kimi inşa olunması, habel ə iddiaçı tərəfindən iddia müddətinin ötürülməsi barədə yanlış nəticəyə gəlmişdir.
32. Cavabdeh1 aid hissədə iddianın rədd olunması ilə bağlı məhkəmə kollegiyası qeyd etmişdir ki, cavabdeh tərəfindən özbaşına tikililərin inşa olunması müəyyən edilsə də, həmin tikililər iddiaçıya məxsus yaşayış evi və torpaq sahəsi ilə üst-üstə düşmədiyinə görə iddiaçıya məxsus yaşayış evinin havalandırılmasına, işıqlandırılmasına, rütubətin tənzimlənməsinə təsir göstərməməsi əsası ilə iddianın rədd edən apellyasiya məhkəməsi nəzərə almamışdır ki, İddiaçı iddia tələbi təkcə yaşayış evinin havalandırılmasının, işıqlandırılmasının qarşısının alınması, rütubətin artmasına şərait yaratması ilə bağlı olmamışdır. İddiaçı həmçinin göstərmişdir ki, Cavabdeh1 inşa etdirdiyi özbaşına tikililər ümumi istifadədədəki ge diş-gəliş yolunu bağlamış, kanalizasiya sistemini özbaşına ləğv edib, tualeti söküb yerində mağaza tikməsi nəticəsində şambodan istifadə etməyə məcbur olduqlarından həyətdə ağır qoxunun yayılması, həşəratların artması baş vermiş, nəticədə antisanitariya şəraiti yaranmışdır.
33. İşdə olan xx.xx.2022-ci il tarixli, 10/5968 №-li ekspert rəyi ilə də müəyyən edilmişdir ki, Cavabdeh1 istifadəsində olan, texniki pasportda qeyd olunmayan ayaqyolu, həyət tikilisi, dəmir balkon, dəmir pilləkən, pilləkənin altında yerləşən tikili, ikinci mərtəbə səviyyəsində inşa edilmiş sanitar qovşağına (balkonda inşa edilən) dair hər hansı icazə sənədi, memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrini əks etdirən razılaşdırılmış layihə sənədi mövcud olmamış özbaşına tikililərdir. Lakin həmin tikil iləri iddiaçıya məxsus yaşayış evinin havalandırılmasına, işıqlandırılmasına, rütubətin tənzimlənməsinə təsir göstərmir. Lakin tikinti-texniki ekspertizasına aid olmadığından rəydə həmin tikililərin iddiaçıya məxsus yaşayış evinə və orda yaşayan şəxslərə digər təsirlərin, həmçinin qoxunun təsirinin olub-olmadığını, vardırsa bü təsirlərin iddiaçıya öz sahəsindən istifadə etməkdə maneçilik yaradıb yaratmamasını, iddiaçının hüququnun hansı dərəcədə pozulmasını müəyyən etməmişdir. d) Apellyasiya instansiya məhkəməsindəki ikinci icraat
34. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-4529/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə (hakimlər:Məhəmməd Rüstəmli-sədrlik edən və məruzəçi, Səadət Səlimova və Akif İsgəndərov) ilk iddia üzrə İddiaçı apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə ləğv edilmiş, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməklə ilk iddia qismən təmin edilmiş, Cavabdeh1 tərəfindən xx.xx.2002-ci il tarixli texniki pasportda qeyd olunmayan tualet (ayaqyolu), həyət tikilisi, dəmir balkon, dəmir pilləkən, pilləkənin altında yerləşən tikili, ikinci mərtəbə səviyyəsində inşa edilmiş sanitar qovşaq (balkonda inşa edilən) və texniki pasportda qeyd olunan 9 saylı tikilinin 0.9 metr genişləndirilməsinin sökülməsi və həmin tikinti materiallarının Cavabdeh1 tərəfindən həyətdən çıxarılması qət edilmiş, ilk iddia qalan hissədə təmin edilməmişdir.
35. İşə yenidən baxan apellyasiya instansiyası məhkəməsi hazırkı mülki işlə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsin in Mülki kollegiyasının xx.xx.2024-cü il tarixli qərarındakı göstərişlərlə nəzərə alaraq aşağıdakıları qeyd etmişdir:
36. Məhkəmə kollegiyası qeyd etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi hüquq normalarının tədbiqində səhvə yol verilmiş, iş üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, nəticədə işin hallarına uyğun gəlməyən qətnamə qəbul edilmişdir. Göstərilənlər mülki-prosessual qanunvericiliyin tələblərinə əsasən qətnamənin mübahisələndirilən hissədə ləğv edilməsi üçün əsaslardır.
37. İddiaçı iddiası özbaşına tikililərin cavabdehlərin hesabına sökülməsi ilə bağlıdır. O, adına mülkiyyət hüququ ilə dövlət qeydiyyatına alınmış yaşayış evinin pəncərəsinin önündə heç bir ara məsafəsi saxlanmadan Cavabdeh2 inşa etdirdiyi evin birinci mər təbəsindəki hamamın, tualetin və birinci mərtəbəsinə aid olan dəmir qapının, ikinci mərtəbəsindəki hamamın, tualetin, dəhlizin və 1 otaqın sökülməsini, boşaldılmasını, əvvəlki vəziyyətinə gətirilməsini, Cavabdeh1 ümumi istifadədə olan torpaq sahəsinin gedişgəliş yolunda inşa etdirdiyi tualet, mətbəx, dam, dəmir pilləkən, 1 otaq ev, 1 otaq evə aid 2 metr artırma, ona bitişik daş pilləkən, dəmir balkon, tualet, hamam, mətbəx və dəhliz kimi özbaşına tikililərinin sökülməsi, boşaldılması, əvvəlki vəziyyətə gətirilməsi, Cavabdeh1 ümumi istifadədə olan tualetin və onun kanalizasiya sistemini söküb yerində özbaşına inşa etdirdiyi mağaza binasının və 1 otaq evin sökülməsini, həmin tikililərin əvvəlki vəziyyətə gətirilməsini və özbaşına tikililərin işləndiyi Texniki pasportun ləğv olunmasını xahiş etmişdir.
38. İddiaçının tələbləri mülkiyyətində olan yaşayış evindən təyinatına uyğun istifadəyə cavabdehlərin özbaşına tikililər inşa etdirməklə mane olmalarının qarşısınnı alınması, yəni mülkiyyət hüququnun müdafiəsi ilə bağlıdır. Cavabdehlər bu hərəkətləri isə özbaşına tikili inşa olunduğu andan davam edən hərəkətlərdir. İddiaçının cavabdehlərin bu hərəkətlərinə son qoyulmasını tələb etmək hüququ vardır. Mülkiyyət hüququnun müdafiəsi ilə bağlı tələblərə isə müddət şamil edilmir.
39. Məhkəmə kollegiyası qeyd etmişdir ki, işə baxan birinci instansiya məhkəməsi isə göstərilənləri nəzərə almadan iddia tələblərinin rədd olunması əsaslarından biri kimi İddiaçı iddia müddətlərini ötürməsi barədə düzgün nəticəyə gəlməmişdir.
40. İşdə olan xx.xx.2016-cı il tarixli Hüquqların Dövlət qeydiyyatı h aqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri, Nərimanov rayonu, 1ci Şimal şitilliyi, ev 89-da yerləşən fərdi yaşayış evi İddiaçı və Cavabdeh2 ümumi mülkiyyətlərindədir. Digər Cavabdeh1 məxsus yaşayış evi isə iddiaçının qonşuluğunda, ümumi həyətdə yerləşir. İş üzrə təyin edilmiş ekspertiza rəylərinə görə isə hər iki cavabdehin həm ümumi həyətdə, həm də evin özlərinə aid hissələrinə bitişik olaraq özbaşına tikililər inşa etdirmələri müəyyən olunmuşdur.
41. Məhkəmə kollegiyası ilk olaraq Cavabdeh2 qarşı iddiaçının tələbinə münasibətdə qeyd etmişdir ki, işdə olan ekspert rəylərinə əsasən onun inşa etdiyi iki mərtəbəli evin birinci mərtəbəsindəki hamam sanitar qovşağı və ikinci mərtəbəsində hamam, sanitar qovşağının İddiaçı məxsus yaşayış evinin pəncərəsindən 0.50-0. 60 sm. ara məsafəsində inşa olunduğu nəzərə alınaraq, sonuncuya məxsus ünvan 4 ünvanında yerləşən yaşayış evinin havalandırılması, işıqlandırılması, rütubətin tənzimlənməsinə mənfi təsir göstərməsi və rəylərdə sadalanan qanunvericilik normalarına əməl edilmədən inşa olunması faktları mövcuddur.
42. Lakin işdə olan həmin evin yerləşdiyi küçədə yaşayan qonşular tərtib etdikləri xx.xx.2022-ci il tarixli aktda, habelə 51 saylı Notariat Ofisində xx.xx.2023-cü il tarixdə təsdiqlənən ərizələrində bildirmişlər ki, qonşuları Cavabdeh2 məxsus olan ünvan 4 ünvanında yerləşən iki mərtəbəli fərdi yaşayış evinin tikintisi və son tamamlama işləri 25 il bundan əvvəl həyata keçirilmişdir.
43. Bundan başqa, xx.xx.2023-cü il tarixli ekspert rəyində göstərilmişdir ki, “Google Earth” xəritə proqramında mövcud olan illər üzrə peyk görüntülərindən görünür ki, Cavabdeh2 istifadəsində olan iki mərtəbəli fərdi yaşayış evi 2008-ci il tarixdən həmin ərazidə mövcud olmuşdur.
44. Beləliklə, qeyd olunan sübutlarla müəyyən edilir ki, Cavabdeh2 tərəfindən inşa edilmiş və iddiaçı tərəfindən sökülməsi tələb edilən tikililər hazırda İddiaçı mülkiyyətində olan fərdi yaşayış evi ona atası tərəfindən bağışlanmamışdan öncə, yəni xx.xx.2016-cı il tarixindən əvvəl inşa edilmişdir. Bunu təkzib edən sübutlar İddiaçı tərəfindən məhkəməyə təqdim edilməmişdir.
45. Məhkəmə kollegiyası onu da qeyd etməyi zəruri hesab etmişdir ki, iddiaçı tərəfindən iddia ərizəsindən göstərilənlərdən də müəyyən edilir ki, 2020-ci ilin iyun ayında onun mübahisəsi Cavabdeh2 ilə deyil, digər Cavabdeh1 övladları ilə gediş-gəliş yolunun üstün də yeni tikililərin inşası ilə bağlı olmuşdur.
46. Məhkəmə kollegiyası iddiaçının Cavabdeh1 qarşı ümumi istifadələrində olan tualetin və onun kanalizasiya sistemini söküb ləğv edərək yerində qeyri-qanuni zəbt edərək inşa etdiyi mağaza və 1 otaq evin sökülməsi, qeyri-qanuni olaraq sökülən, ləğv edilən tualetin və onun kanalizasiya xəttinin tez bir zaman ərzində əvvəlki yerində qanuni şəkildə Cavabdeh1 hesabına yenidən inşa olunaraq əvvəlki vəziyyətinə gətirilməsi, bərpa olunması, Cavabdeh1 ümumi istifadələrində olan torpaq sahəsinin gediş-gəliş yolunda qanunsuz zəbt edərək inşa etdiyi mətbəxə (3 kv m.) dair, həmin yolun üstünü qeyri-qanuni zəbt edərək inşa etdiyi eyvana (39 kv m.) dair, Cavabdeh1 qeyri-qanuni sökdüyü ümumi istifadələrində olan tualetə (2 kv m.) dair və onun kanalizasiya xət tinin yerində zəbt edərək qeyri-qanuni inşa etdiyi mağazaya (6,60 kv m.) dair, dəhliz (2,40 kv m.) dair, 1 otaq evə (19,30 kv m.) dair Maraqlı şəxsin Cavabdeh1 adına xx.xx.2002-ci il tarixli seriya ÖM114599 nömrəli qeydiyyat vəsiqəsinin yə qeydiyyat vəsiqəsinə aid olan reyestr nömrəsi xx.xx.2002-ci il tarixli, inventar nömrəsi 414 olan texniki pasportun ləğv edilməsi barədə tələbləri ilə bağlı qeyd etmişdir ki, həmin tikililərin qeyd olunan texniki pasportda əks olunması onu göstərir ki, onlar sözügedən pasport tərtib edilən vaxt, yəni 2002-ci ildə artıq mövcud olmuşlar.
47. İşdə olan ekspert rəyi və qeyd olunan texniki pasportdan həmçinin müəyyən edilir ki, İddiaçı bildirdiyi ümumi istifadədə olan tualet (2 kv.m.) və onun kanalizasiya xəttinin üzərində inşa edilmiş mağaza (6,60 kv.m), dəh liz tikililəri (2,40 kv m.) Cavabdeh1 adına tərtib olunmuş xx.xx.2002-ci il tarixli Texniki Pasportda qeyd olunan 10, 11 və 12 saylı tikillərdir. Faktiki vəziyyətdə həmin tikilinin arakəsmə divarları sökülərək dəhliz kimi istifadə edildiyi müəyyən olunmuşdur.
48. Göründüyü kimi, sözügedən tualet də artıq 2002-ci il tarixdə köməkçi sahə olaraq Cavabdeh1 mülkiyyətinə verilmişdir.
49. Həmçinin qeyd edilmişdir ki, iddiaçının mübahisələndirdiyi xx.xx.2002-ci il tarixli qeydiyyat vəsiqəsində yalnız fərdi yaşayış evinin 7 otaqdan ibarət 110 kv.m. yaşayış sahəsi qeyd edilmişdir, texniki pasportda isə yaşayış sahəsindən əlavə həmçinin 68,5 kv.m köməkçi sahələr qeyd edilmişdir.
50. Məhkəmə kollegiyası iddiaçının hər iki cavabdehə qarşı yuxarıda qeyd olunan tələbləri ilə bağlı qeyd etmişdir ki, mülki qanunvericiliyin normalarına əsasən digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadə hesab edilir. Hüquqdan sui-istifadəyə isə yol verilmir.
51. Göstərilənlərə əsasən məhkəmə kollegiyası iddiaçının həmin tələbləri ilə bağlı hesab etmişdir ki, iddiaçı tərəfindən mübahisələndirilən tikililər cavabdehlər tərəfindən uzun müddət əvvəl inşa edildiyindən, iddiaçının atası sağlığında bu tikililərə hər hansı formada etiraz etmədiyindən, 2016-cı ildə daşınmaz əmlakı əldə edən iddiaçı da bu halı qəbul etdiyi vaxt mübahisələndirmədiyindən onun yuxarıda qeyd olunan tələbləri hüquqdan sui-istifadə olduğu üçün təmin oluna bilməz.
52. Məhkəmə kollegiyası sözügedən texniki pasportun Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi ş əxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən tanınmaması barədə apellyasiya şikayətinin dəlili ilə bağlı qeyd etmişdir ki, işdə olan xx.xx.2023-cü il tarixli məktuba əlavə edilmiş sənədlərdən göründüyü kimi, həmin idarə tərəfindən məhkəmənin sorğusuna cavab olaraq yalnız iddiaçı və cavabdeh X4 aid sənədlər məhkəməyə göndərilmişdir. Cavabdeh1 ilə bağlı isə, o cümlədən 2002-ci ildən əvvəl ona aid tərtib edilmiş hər hansı sənədlər məhkəməyə göndərilməmişdir.
53. Məhkəmə kollegiyası iddiaçının digər tələbləri - Cavabdeh1 ilə ümumi istifadələrində olan torpaq sahəsinin gediş-gəliş yolunda 1 otaq evin (15,50 kv metr) 2 metrə artırılmasına dair hüquqmüəyyənedici sənədlərin ləğv edilməsi, Cavabdeh1 ona məxsus fərdi yaşayış evinin ümumi istifadəsində olan torpaq sahəsinin gediş-gəliş yolunda qeyri -qanuni zəbt edərək inşa etdiyi tualet, mətbəx, dam, dəmir pilləkən, 1 otaq ev, 1 otaq evinin 2 metrə artırılması və ona bitişik daş pilləkən, həmin yolun üstünü qeyri-qanuni zəbt edərək inşa etdiyi dəmir balkon, tualet, hamam, mətbəx, koridor tikililərinin Cavabdeh1 hesabına sökülməsi, boşaldılması, əvvəlki vəziyyətinə gətirilməsi tələbi ilə bağlı hesab etmişdir ki, həmin tələblər qismən təmin edilməlidir.
54. Məhkəmə kollegiyası hesab etmişdir ki, ekspert rəylərinə əsasən Cavabdeh1 istifadəsində olan, texniki pasportda qeyd olunmayan ayaqyolu, həyət tikilisi, dəmir balkon, dəmir pilləkən, pilləkənin altında yerləşən tikili, ikinci mərtəbə səviyyəsində inşa edilmiş sanitar qovşağına (balkonda inşa edilən) dair hər hansı icazə sənədi, memarlıqplanlaşdırma və tikinti ərazisinin baş planı bö lmələrini əks etdirən razılaşdırılmış layihə sənədi mövcud olmamış özbaşına tikililərdir. Eyni zamanda, Cavabdeh1 adına olan xx.xx.2002-ci il tarixli Texniki Pasportda əks olunmuş 9 saylı tikilinin (iddiaçının bildirdiyi 15,50 kv metr sahəsi olan otaq) 0.9 metr hissəsinin genişləndirilərək İddiaçı məxsus Bakı şəhəri, Nərimanov rayonu 1-ci Şimal şitilliyi 89 saylı mənzilin torpaq sahəsinin gediş-gəliş yolunda inşa edildiyi müəyyən edilmişdir.
55. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab etmişdir ki, iddiaçı tərəfindən iddia ərizəsində göstərilənlərə əsasən onun 2020-ci ilin iyun ayında Cavabdeh1 övladları ilə gediş-gəliş yolunun üstündə yeni tikililərin inşası ilə bağlı mübahisəsi olmuş, bununla bağlı hüquq-mühafizə orqanlarında araşdırma aparılmışdır.
56. Təkrar apellyasiya araşdırması zamanı İddiaçı ilə Cavabdeh1, X24, X25 arasında 2020-ci ildə baş vermiş münaqişə ilə bağlı 16-cı Polis Şöbəsində aparılmış araşdırmaya dair materialların surətinin əldə edilməsi məqsədi ilə şöbəyə sorğu ünvanlanmış, Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Şöbəsinin xx.xx.2024-cü il tarixli, 8723 nömrəli cavab məktubunda göstərilmişdir ki, İddiaçı ilə Cavabdeh1, X24, X25 arasında olan mübahisə ilə bağlı hadisə baş verdiyi müddətdən 5 il keçdiyinə görə DİN-in Q36-00115 nömrəli tələbinə əsasən materiallar məhv edilmişdir. Buna görə də 16-cı PŞ-də aparılmış araşdırma ilə bağlı ətraflı məlumat verilməsi mümkün olmamışdır.
57. Buna baxmayaraq, qeyd olunan cavab məktubu ilə təsdiq olunur ki, həqiqətən də iddiaçının bildirdiyi kimi onunla Cavabdeh1 övladları arasında münaqişə baş vermişdir.
58. Məhkəmə kollegiyası qeyd etmişdir ki, Cavabdeh1 tərəfindən ekspert rəyləri ilə müəyyən edilmiş və cavabdehə məxsus texniki pasportda əks olunmayan sözügedən tikililərin 2020-ci ilin iyun ayından əvvəl inşa edildiyi barədə hər hansı sübutlar məhkəməyə təqdim edilməmişdir.
59. Məhkəmə kollegiyası belə nəticəyə gəlmişdir ki, sözügedən tikililər iddiaçının tərəflərin ümumi istifadəsində olan sahədən və gediş-gəliş yolundan istifadə hüquqlarını məhdudlaşdırdıqdan, birinci instansiya məhkəməsinin qətnaməsi ilk iddianın təmin olunmayan hissəsində ləğv edilməli, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməklə ilkin iddia tələbi qismən təmin edilməlidir.
60. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 155.2, 157.4. 171.1, 171.2, 171.3, 180.1, 180.4, 384.0.4, 560.1, 560.2, 560.3, 560.3.4-ci mad dələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
61. Cavabdeh1 (Vəkil1) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin iddianın təmin edilən hissəsində ləğv edilib həmin hissədə iddianın rədd edilməsini xahiş etmişdir.
62. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin nəticəsi yalnız 2 əsasa-sökülməsi qət edilmiş tikililərin Cavabdeh1 məxsus texniki pasportda əks olunmaması və sözügedən tikililərin 2020-ci ilin iyun ayından sonra inşa edilməsinə söykənir. Belə nəticə tamamilə qanunsuz və əsassızdır, maddi və prosessual hüquq normalarının pozulmasıdır. Məhkəmə nəzərə almamışdır ki, iddiaçı sökülməsini tələb etdiyi tikililərin onun hansı hüquqlarını pozmasını heç bir mötəbər və qanuni əsaslarla sübuta yetirə bilməmişdir. Həmçinin məhkəmə qətnaməsində sökülməsini qət etdiyi tikililərin texniki pasportda olmadığını qeyd etsə də, pilləkənin texniki pasportda olmasını nəzərə almamış və bu hissədə ümumiyyətlə istinad edilən prosessual hüquq normalarının tələblərini pozmuşdur. Ümumiyyətlə, iş materiallarından və cavabdehə məxsus olan texniki pasportdan göründüyü kimi, sonuncunun xüsusi mülkiyyətində olan tikililərin bir qismi ikinci mərtəbədə yerləşir. Əgər pilləkən söküləcəksə (texniki pasportda olmasaydı belə) cavabdeh özünün xüsusi mülkiyyətində olan ikinci mərtəbədəki həmin sahələrə qalxa bilməyəcək. Bu nəticəni təsdiq edən hal kimi apellyasiya məhkəməsi ümumiyyətlə qətnaməsində hər hansı əsaslandırma aparmamışdır. Məhkəmə konkret hansı sübuta əsasən iddianı qismən təmin etməsini göstərməmişdir. Ümumiyyətlə, qətnamə faktiki cəhətdən və sübutların qiymətləndirilməsi ilə bağlı istinad edilən prosessual hüquq normalarına uyğun əsaslandırılmamışdır. Məhkəmə tərəfindən həmçinin Cavabdeh1 adına olan xx.xx.2002-ci il tarixli Texniki Pasportda əks olunmuş 9 saylı tikilinin (15,50 kv metr sahəsi olan otaq) 0.9 metr genişləndirilmiş hissəsinin sökülməsinə dair gəldiyi nəticə ümumiyyətlə hüquqi məsuliyyətdən kənar addımdır. Belə ki, işdən müəyyən edildiyi kimi, həmin otaq yataq otağı kimi istifadə olunmaqdadır. Qeyd edilən otağın artırılmış hissəsinin sökülməsi həm xüsusi mülkiyyətdə olan hissənin, həm də ümumilikdə evin uçmasına səbəb ola bilər. Ən azından bununla bağlı Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agent liyinin müvafiq mütəxəssis rəyi təqdim olunmalı idi. Göründüyü kimi, məhkəmə tərəfindən qeyd edilən prosessual hüquq normasının tələbi pozulmuşdur. İşin aşağı məhkəmələr tərəfindən müəyyən edilmiş faktiki halları və ekspertiza rəyləri ilə məhkəmənin sökülməsini qət etdiyi tikililərlə iddiaçının hər hansı hüququnun pozulması və yaxud məhdudlaşdırılması müəyyən edilmir. Belə olan halda, iddiaçının həmin tikkililərin sökülməsini tələb etmək üçün subyektv hüququnun olmaması aydındır. Bu əsas (subyektiv hüququn olmaması) iddianın rədd edilməsinin ayrıca müstəqil əsasıdır. Kassator şikayətini Mülki Məcəllənin 180.4-cü, Mülki Prosessual Məcəllənin 77.1, 88, 97.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır.
63. İddiaçı kassasiya şikayəti verərək, qətnamənin qismən ləğv edilməsi, qətnamənin Cava bdeh1 aid olan hissəsinin olduğu kimi saxlanılmaqla, iddianın Cavabdeh2 aid olan hissəsinin təmin edilməsini, Cavabdeh2 məxsus ünvan 10 ünvanında ümumi istifadələrində olan torpaq sahəsinin gediş-gəliş yolunda və fərdi yaşayış evinin 4 saylı yaşayış otağının divarına bitişik və pəncərəsinin önündə zəbt edərək qeyri-qanuni inşa etdiyi 1-ci mərtəbədəki hamam, sanitar qovşağı, ikinci mərtəbəyə qalxmaq üçün taxta pilləkan, həyət, dəmir darvaza qapı, 2-ci mərtəbədəki hamam, sanitar qovşağı, koridor və 1 otaq evin öz hesabına sökülməsi, ərazinin əvvəlki vəziyyətə gətirilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
64. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, MM-in 111, 152.1, 152.2, 152.3, 152.4, 152.6, 152.7-ci maddələrinin tələbləri kobud surətdə pozularaq mülkiyyət hüquqlar ı kobud surətdə pozulmuşdur. Belə ki, ona məxsus olan daşınmaz əmlakının qarşısında cavabdeh tərəfindən qanunsuz tikililər inşa edilmiş və bunun nəticəsində o, özünə məxsus olan evindən qanunu surətdə istifadə edə bilmir. Bu tikililərin inşa edilməsi tam qanunsuzdur və o öz iddia tələbində bunu kifayət qədər subut etmişdir. Cavabdeh2 ona məxsus həmin fərdi yaşayış evinin ümumi istifadədə olan torpaq sahəsinin gediş-gəliş yolunu zəbt edərək, özbaşına qeyri-qanuni 1-ci mərtəbədə hamam, sanitar qovşağı, həyət, taxta pilləkan, dəmir darvaza qapı, ikinci mərtəbədə hamam, sanitar qovşağı, koridor və 1 otaq inşa etmiş və həmin tikililərə dair Cavabdeh2 adına olan 1997-ci il tarixli texniki pasportda heç bir qeydiyyat aparılmamışdır və eyni zamanda həmin qeyri-qanuni tikililər həmin ona məxsus fər di yaşayış evinin 1992-ci il tarixli texniki pasportunda qeyd olunan fərdi yaşayış evinin 4 saylı yaşayış otağının divarına bitişik, pəncərəsinin önünündə -0.20-0.30m ara məsafəsi saxlamaqla inşa olunmuşdur. Həmin pəncərənin qarşısına evin damından tökülən zibilləri, əşyaları, toz-torpağı çıxıb təmizləyə bilmir, otağa işıq düşmür, həmin pəncərənin önü, sağı-solu tikilib bağlandığından evə hava gəlmir pəncərəni açanda toz torpaq evin içinə dolur, bu səbəbdən pəncərə bağlı qalır. Apellyasiya instansiyası məhkəməsi 11 oktyabr 2024-cü il tarixdə ünvan 10 ünvanında Cavabdeh2 həmin tikintilərinə video çəkiliş və səs yazısı ilə yerli baxış keçirilmiş, həmin tikintilərin ümumi istifadədə olan torpaq sahəsinin gediş-gəliş yolunda qeyriqanuni özbaşına inşa edildiyi təsdiq olunmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
65. İddiaçı cavabdehin kassasiya şikayətinə qarşı etiraz göndərərək cavabdehin kasasiya şikayətinin təmin edilməməsini, qətnamənin Cavabdeh1 aid olan hissəsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
66. Maddə 155.2. Fiziki, hüquqi şəxslərin və ya bələdiyyələrin mülkiyyətində olmayan torpaq və digər təbii ehtiyatlar dövlət mülkiyyətidir.
67. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.
68. Maddə 171.1. Torpaq sahəsinin və ya digər d aşınmaz əmlakın mülkiyyətçisi, əgər öz sahəsindən istifadə etməkdə ona maneçilik yaranmırsa və ya hüququ əhəmiyyətsiz dərəcədə pozulursa, qonşu sahədən qazın, buxarın, qoxunun, hisin, tüstünün, səs-küyün, istiliyin, titrəyişlərin və ya digər oxşar amillərin öz sahəsinə təsirini qadağan edə bilməz.
69. Maddə 171.2. Təsirin əhəmiyyətli olduğu, lakin digər torpaq sahəsindən və ya başqa daşınmaz əmlakdan adi istifadədən törəndiyi və istifadəçilərin həmin növü üçün normal təsərrüfat fəaliyyəti sayılan tədbirlərlə qarşısı alına bilmədiyi hallarda da eyni qayda qüvvədə olur.
70. Maddə 171.3. Əgər mülkiyyətçi bu cür təsirə dözməyə borcludursa, o, təsiri əmələ gətirən torpaq sahəsinin və ya digər daşınmaz əmlakın mülkiyyətçisindən, təsirin həmin ərazi üçün təsdiq edilən adi istifadədən və iqtisadi cəhətdən yol verilən hədlərdən yüksək olduğu hallarda pul formasında müvafiq kompensasiya tələb edə bilər.
71. Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır.
72. Maddə 180.4. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər.
73. Maddə 384.0.4. Mülkiyyətçinin və ya digər sahibin onun hüququnun hər cür p ozuntularının aradan qaldırılması haqqında tələbləri, özü də bu pozuntular sahiblikdən məhrumetmə ilə birləşdirilmiş olmasa belə, iddia müddəti şamil edilmir.
74. Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir.
75. Maddə 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır.
76. Maddə 560.3. Hüquqdan sui-istifadə xüsusən aşağıdakılardır: 77. 560.3.4. digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi. Azərbaycan Respublikası Mənzil Məcəlləsi:
78. Maddə 23.1. Yaşayış sahəsinin yenidən qurulması yaşayış sahəsinin texniki pasportunda dəyişikliklər edilməsini tələb edən yaşayış sahəsin də konstruktiv elementlərin (o cümlədən, yaşayış sahəsinin daşıyıcı divar və dirəklər, mərtəbələrarası arakəsmələr, pilləkən meydançaları və pilləkənlərin), çoxmənzilli binada birdən artıq yaşayış və ya qeyriyaşayış sahəsinə xidmət edən kommunikasiya qurğularının (o cümlədən, lift şaxtası və ya digər şaxtalar, bacalar, sanitar-texniki və digər avadanlıqların) quraşdırılması, əvəz edilməsi və yerinin dəyişdirilməsindən ibarətdir.
79. Maddə 23.2. Yaşayış sahəsinin yenidən planlaşdırılması bu Məcəllənin 23.1-ci maddəsində göstərilənlər istisna olmaqla, yaşayış sahəsinin texniki pasportunda dəyişikliklər edilməsini tələb edən yaşayış sahəsində arakəsmələrin sökülməsi (ləğv edilməsi), yerinin dəyişdirilməsi və ya yenilərinin quraşdırılması, qapı yerlərinin dəyişdirilməsi və yenilərinin quraşd ırılması, mənzildəki yardımçı sahələr hesabına otaqların sahəsinin genişləndirilməsi, əlavə mətbəxin və ya sanitar qovşaqların quraşdırılması və ya onların yerinin dəyişdirilməsi kimi yaşayış sahəsinin konfiqurasiyasının dəyişdirilməsindən, habelə istilik sisteminin quraşdırılması və ya yenidən quraşdırılmasından ibarətdir.
80. Maddə 24.1. Yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması tikinti norma və qaydalarına riayət etməklə müvafiq icra hakimiyyəti orqanının və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumun qərarı əsasında aparılır.
81. Maddə 27.1. Bu Məcəllənin 24.1-ci maddəsində nəzərdə tutulmuş əsas olmadan və ya bu Məcəllənin 24.2.3-cü maddəsinə uyğun olaraq təqdim edilmiş yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılmas ı layihəsinin pozulması ilə aparılan yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması özbaşına aparılmış hesab edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
82. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Kassasiya baxışının hədləri
83. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, a şağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
84. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddiaçı və cavabdeh tərəfindən mübahisələndirilən hissələrdə (Cavabdeh1 qarşı iddia tələblərinin rədd edildiyi hissə mübahisələndirilmir) yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
85. Məhkəmə kollegiyası tərəflərin kassasiya şikayətlərinin dəlilləri ilə bağlı araşdırma apararaq hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayətlərinin təmin edilməsi üçün əsaslar mövcud deyil.
86. MPM-nin 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır v ə kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 407.2-ci maddəyə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
87. Məhkəmə kollegiyası göstərilən normalara əsasən qeyd edir ki, kassasiya şikayətlərinin işin faktiki halları ilə bağlı dəlilləri kassasiya baxışının predmetini təşkil etmir.
88. Kollegiya hesab edir ki, ilk iddia üzrə Cavabdeh1 qarşı iddia tələbinin təmin edildiyi hissədə məhkəmənin iş üzrə gəldiyi nəticə MM-ni 180.1 və 180.4-cü maddələrinin tələblərinə uyğun olmuş, hər hansı pozuntuya yol verilməmişdir.
89. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Cavabdeh1 ümumi həyətdə yerləşən fərdi yaşayış evində lazımı icazələr almadan yenidən qurulma və yenidən planlaşdırma işləri görmüş, iddiaçı bu işlərin həyata keçirilməsinə dərhal etirazını bildirdiyi halda cavabdeh həmin işləri davam etdirmişdir. Yaşayış sahəsinin müvafiq icra hakimiyyəti orqanının və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumun qərarı olmadan yenidən qurulması və yenidən planlaşdırılması həm Mənzil Məcəlləsinin 27.1-ci maddəsi, həm də MM-nin 180.1-ci maddəsinin tələbləri baxımından özbaşına hesab edilir və MM-nin 180.4-cü maddəsi maraqlı şəxsə bu tikililərin sökülməsini tələb etmək hüququ verir.
90. Azərbaycan Respublikası Al i Məhkəməsinin Mülki kollegiyasının iş üzrə qəbul edilmiş əvvəlki qərarında apellyasiya instansiyası məhkəməsinə verilmiş göstərişlərdən biri ekspert rəyi ilə müəyyənləşdirilməsi mümkün olmayan halların-cavabdeh tərəfindən inşa edilmiş tikililərin iddiaçıya məxsus yaşayış evinə və orda yaşayan şəxslərə təsirlərinin, həmçinin qoxunun təsirinin olub-olmadığını, vardırsa bü təsirlərin iddiaçıya öz sahəsindən istifadə etməkdə maneçilik yaradıb yaratmamasının, iddiaçının hüququnun hansı dərəcədə pozulmasının araşdırılması ilə bağlı olmuşdur.
91. Qeyd edilən göstərişin icrası ilə bağlı işə ikinci dəfə baxılarkən apellyasiya instansiyası məhkəməsi tərəflərin iştirakı ilə onların mülkiyyətində olan fərdi yaşayış evlərini yerində müayinə etmiş, müəyyən edilmişdir ki, cavabdeh tərəfindən özbaşına in şa edilmiş və texniki pasportda öz əksini tapmamış tikililərin iddiaçının ümumi istifadədə olan sahədən və gediş-gəliş yolundan istifadə hüquqlarını məhdudlaşdırdığı müəyyən edilmişdir. Belə olan halda məhkəmə düzgün olaraq belə nəticəyə gəlmişdir ki, iddiaçının MM-nin 180.4-cü maddəsinə əsasən onun maraqlarını pozan özbaşına tikililərin sökülməsini tələb etməyə subyektiv hüququ var.
92. Özbaşına tikilinin sökülməsi nəticəsində mülkiyyətində olan fərdi yaşayış evinin qəzalı vəziyyətə düşəcəyinə dair cavabdehin kassasiya şikayətinin dəlilləri ilə bağlı kollegiya qeyd edir ki, bu mülahizə yalnız ehtimala əsaslanmaqla komkret sübutla təsdiq edilməmişdir. Özbaşına tikililərin yaşayış sahəsinə zərər vurulmadan sökülməsi zəruri texniki bilik tələb edən məsələ olmaqla yalnız qətnamənin icrası mər hələsində cavabdehin vəsaiti hesabına mütəxəssis cəlb edilərək həyata keçirilə bilər.
93. İddiaçı kassasiya şikayətinin dəlilləri ilə bağlı kollegiya qeyd edir ki, Cavabdeh2 qarşı iddia tələbinin rədd edildiyi hissədə də qətnamə mülki qanunvericiliyin tələblərinə uyğundur.
94. Apellyasiya instansiyası məhkəməsi ilk iddianı bu hissədə rədd edərkən MM-nin 560-cı maddəsinin tələblərinə əsaslanmışdır. Məhkəmə müəyyən etmişdir ki, İddiaçı ümumi həyətdə yerləşən fərdi yaşayış evinə mülkiyyət hüququnu xx.xx.2016-cı il tarixdə əldə edərkən artıq qonşu Cavabdeh2 fərdi yaşayış evinə bitişik uzun illər əvvəl (ən azı 2008-ci ildən) inşa edilmiş texniki pasportda olmayan tikililər mövcud olmuş, əvvəlki mülkiyyətçi-iddiaçının atası sağlığında bu tikililərə hər hansı formada etiraz etməmiş, 2016-cı ildə daşınmaz əmlaka mülkiyyət hüququ əldə etmiş iddiaçı 2021-ci ilədək bu halı mübahisələndirməmişdir. Məhkəmə göstərilənlərə əsasən hesab etmişdir ki, iddiaçının ən azı 10 ildən uzun müddətdə ümumi həyətdə mövcud olan tikililərin sökülməsi üçün iddia qaldırması əvvəlki rəftara zidd hərəkəthüquqdan sui-istifadə kimi qiymətləndirilməli və bu səbəbdən iddia rədd edilməlidir.
95. Konstitusiya Məhkəməsi Plenumunun “X.Mirzəliyevin şikayəti üzrə” 2021-ci il 17 sentyabr tarixli Qərarında ifadə olunmuş hüquqi mövqeyə görə, qanunvericilikdə nəzərdə tutulmuş normalar vasitəsilə əslində bütün haqların istifadə olunmasına bir əxlaqi hədd və məhdudiyyət qoyulmuşdur. Haqların istifadəsi baxımından tələb olunan vicdanlılıq meyarı obyektiv vicdanlılığı nəzərdə tutmaqla, dürüst, ədalətli bir insanın hərəkət tə rzinə dair meyardır. Hüquqdan sui-istifadə halının mövcudluğu üçün, ilk növbədə, şəxs müvafiq hüquqdan məqsədi xaricində istifadə etməli və bu hal ədalətsiz nəticənin yaranmasına gətirib çıxarmalıdır. 96. “F.Nəcəfovanın şikayəti üzrə” Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli qərarında qeyd edilmişdir ki, Mülki Məcəllənin 560.3.4-cü maddəsindəki müddəa (digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi) digər şəxsə zərər vura biləcək ziddiyyətli davranışı qadağan edir və şəxsin üzərinə ardıcıl rəftar etmək öhdəliyi qoyur.
97. Kollegiya qeyd edilənlərə əsasən hesab edir ki, Cavabdeh2 qarşı iddia tələbinin rədd edildiyi hissədə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə mülki qanunvericiliyə və Konstitusiya Məhkəməsi Plenu munun istinad edilən qərarlarındakı hüquqi mövqeyə uyğun olduğundan bu hissədə də qətnamənin ləğv edilməsi üçün əsaslar müəyyən edilmir.
98. Göstərilənlərə əsasən kollegiya belə nəticəyə gəlir ki, kassasiya şikayətləri təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4529/2024 nömrəli, 4 noyabr 2024-cü il tarixli qətnaməsi mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılmalıdır.
99. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq kassasiya instansiyası məhkəməsi Qərara aldı: Kassasiya şikayətləri təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 04 noyabr 2024-cü il tarixli 2(103)4529/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılsın.