Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-7765/2019 19.12.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi - hakim), Rüstəmov Əli Məhəmməd oğlu, Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, İddiaçının vəkili V1oğlunun, Cavabdeh və vəkili **oğlunun iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 27.06.2019-cu il tarixli, 2(103)-2401/2019 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (N.Tağıyeva) 2(006)-4373/2018 saylı, 02. 08.2018ci il qətnaməsi ilə iddiaçı “xxxx” MMC-nin Cavabdeh qarşı “zaminlik müqaviləsinə əsasən aparılmış kredit ödənişlərinin geri tələb edilməsi” tələbinə dair iddiası təmin edilərək, Cavabdeh İddiaçı MMCnin xeyrinə 09 sentyabr 2013-cü il tarixli 17-A-1-0-4475-13 saylı zaminlik müqaviləsinə əsasən zamin tərəfindən ödənilmiş 7266 manat məbləğin pulun, Cavabdeh İddiaçı MMC-nin xeyrinə 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər Ş.Məmmədova, V.Həsənov, X.Sarıyev) 27.06.2019-cu il tarixli, 2(103)-2401/2019 nömrəli qətnaməsi ilə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri, Nəsimi rayon Məhkəməsinin 2(006)4373/2018 saylı, 02.08.2018-ci il tarixli qətnaməsinin cavabdehə mün asibətdə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Cavabdeh iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 27.06.2019-cu il tarixli qətnaməsindən kassasiya şikayəti vermişdir. İşin halları: İddiaçı MMC Cavabdeh qarşı “zaminlik müqaviləsinə əsasən aparılmış kredit ödənişlərinin geri tələb edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 09 sentyabr 2013-cü il tarixli 17-A-1-0-4475-13 saylı zaminlik müqaviləsinə əsasən zamin tərəfindən ödənilmiş 7266 manat məbləğində pulun və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Cavabdeh və vəkili **oğlu kassas iya şikayətini onunla əsaslandırmışlar ki, cavabdeh iddiaçı “xxxx” MMC-ni tanımır və onunla hər hansı əlaqəsi və ya münasibəti olmamışdır. cavabdeh ilə “xxxx” MMC arasında hər hansı bir müqavilə, o cümlədən də 09 sentyabr 2013-cü il tarixli, 17-A-1-0-447513 saylı Zaminlik müqaviləsi bağlanması cavabdehə təklif edilməmiş və belə müqavilə onun tərəfindən imzalanmamışdır. Bank işçiləri o vaxt cavabdehin imzaladığı sənədlərin “xxxx” İKB-nin 6 saylı Filialı ilə onun arasında 09.09.2013-cü il tarixli kredit müqaviləsi və kreditin təminatı olaraq ipoteka müqaviləsi olduğunu bildirmişlər. Həmin sənədləri də cavabdeh oxumadan imza etmişdir. Bank cavabdehə qarşı pul tələbindən imtina etdiyi halda və bu əsasla da iş üzrə cavabdehə münasibətdə apellyasiya icraatına xitam verildiyi halda, hazırki idd iaçının peyda olaraq cavabdehdən pul tələb etməsi halının və ipoteka predmeti olan avtomobilin tapılaraq Banka təhvil verilməsinə dair razılığa gəldikləri halda 6361 saylı, 16.12.2015-ci il tarixli məktubla həmin avtomobil üzərində olan məhdudiyyətin götürülməsinin bankın maxinasiyası olub-olmadığı apellyasiya məhkəməsi tərəfindən müəyyən edilməmişdir. İşə baxan apellyasiya kollegiyası Mülki Məcəllənin 387.3-cü maddəsini tətbiq etməli olduğu halda bunu etməmişdir. Beləliklə, tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından apellyasiya şikayətində göstərilmiş dəlillər apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılmalı və onlara hüquqi qiymət verilməli olduğu halda, işə baxan apellyasiya məhkəməsi tərəfindən edilməmişdir. Göstərilənlərə əsasən onlar iş üzrə Bak ı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 27.06.2019cu il tarixli, 2(103)-2401/2019 saylı qətnaməsinin ləğv edilib qanuni qərar edilməsini xahiş etmişlər. İşdə iştirak edən şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Lakin 3-cü şəxs “xxxx” İKB ASC-nin səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən, məhkəmə iclasına gəlməyən şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh və vəkili **oğlu kassasiya şikayətini müdafiə edərək, məhkəmədən şikayətin təmin edilməsini xahiş etdilər. Məhkəmə iclasında iştirak edən İddiaçı MMC-nin vəkili V1oğlu kassasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsini, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 27.06.2019-cu il tarixli, 2(103)-2401/2019 saylı qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından görünür ki, borcalan (hazırkı iş üzrə cavabdeh) kredit müqaviləsi üzrə götürdüyü öhdəliyi vaxtında və lazımınca yerinə yetirmədiyi üçün həmin öhdəliyin icrası barədə kreditor zaminə borcun ödənilməsi təklifini irəli sürülmüş və zamin İddiaçı MMC öz hesabından borcun silinməsinə dair razılıq veril miş və İddiaçı MMC tərəfindən borcalan Cavabdeh 09 sentyabr 2013-cü il tarixli 17-A-1-0-4475-13 saylı kredit müqaviləsi üzrə banka ödəməli olan borcundan 7266 manat məbləğində pulun silinməsi aparılmışdır. İşə mahiyyəti üzrə baxan apellyasiya kollegiyası birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi barədə qətnaməsini dəyişdirmədən saxlamış və qənaətini onunla əsaslandırmışdır ki, qanunverici öhdəliyi icra etmiş zaminin mənafelərinin müdafiəsini nəzərə alaraq, Mülki Məcəllənin 475.1-ci maddəsində kreditorun tələbini ödədiyi həcmdə sonuncunun borcluya qarşı malik olduğu hüquqların öhdəliyi icra etmiş zaminə keçdiyini müəyyən etmişdir. Yəni zamin öhdəliyi icra etdikdən sonra ona dəymiş zərərin əvəzini reqress qaydasında borcludan tam həcmdə tələb edə bilər. Cavabdeh apellyasiya şik ayətində də zaminlik müqaviləsini imzalamadığını iddia etmiş, apellyasiya kollegiyası məhkəmə-xəttşünaslıq ekspertizası təyin etmiş və əldə edilmiş ekspert rəyi ilə müəyyən edilmişdir ki, “xxxx” İKB-nın 6 saylı filialı ilə Cavabdeh adlarından olan 09.09.2013-cü il tarixli 17-A-1-0-4475-13 saylı “Zaminlik müqaviləsi”nin arxa tərəfinin aşağı hissəsində “8.2 Borcalan” qrafasında “Cavabdeh” yazısının qarşısındakı imza - Cavabdeh tərəfindən icra olunmuşdur. Bundan başqa, cavabdeh birinci instansiya məhkəməsində icraat zamanı iştirakının təmin edilməməsinə istinad edərək, hazırkı iddia tələbinə iddia müddətinin tətbiq edilməsi barədə ərizə ilə məhkəmə kollegiyasına müraciət edərək, iddiaçı tərəfindən 3 illik iddia müddətinin ötürülmüş olması qənaəti ilə iddia tələbinin təmin edilməsini xahiş etm iş, apellyasiya kollegiyası bununla bağlı qeyd etmişdir ki, iddiaçı (zamin) cavabdehə (borcluya) qarşı reqres qaydasında pul tələbi ilə, onun kreditor qarşısında öhdəliyini icra etdiyi vaxtdan (12.11.2015-ci il tarixdən) 3 il müddət keçmədən (11.06.2018-ci il tarixdə) müraciət edildiyindən, Azərbaycan Respublikası Mülki Məcəllənin 373-cü maddəsinin tələblərinə əsasən bu tələblə bağlı iddia müddəti ötürülməmişdir. Kassasiya kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və kassasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil etmiş, apellyasiya kollegiyası həmin dəlillərə düzgün hüquqi mövqe nümayiş etdirmişdir. Hazırda da kassasiya şikayəti həmin dəlillərlə əsasland ırılmağa çalışılmışdır. Kassasiya yoxlaması zamanı apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən hər hansı maddi və prosessual hüquq normasının pozuntusuna yol verilməsi halı müəyyən edilməmişdir. Odur ki, kassasiya şikayətinin dəlilləri apellyasiya instansiya məhkəməsinin qəbul etdiyi qətnamənin ləğv edilməsi üçün əsas hesab edilə bilməz. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 475.1-ci maddəsinə əsasən, öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. Beləliklə, kassas iya kollegiyası belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 27.06.2019-cu il tarixli, 2(103)2401/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-7765/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-7765/2019
19.12.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Zaminlik müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver