Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-777/2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh1 və digərlərinə qarşı mülki iş üzrə QƏRARİ Açar sözlər: evə köçürülmə, evdən çıxarılma 16.04.2025 Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-257/2024 nömrəli iş üzrə 7 noyabr 2024-cü il tarixli qətnaməsindən İddiaçı və Cavabdeh1 ayrı-ayrılıqda verdikləri kassasiya şikayətləri üzrə işə 16 aprel 2025-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Mübahisə predmeti olan torpaq sahəsinə dair X3 83 il müddətinə etibarnamə verilmişdir. İddiaçı və cavabdeh mərhum X1 vərəsələridir. 2. xx.xx.2019-cu il tarixli aktın surətindən görünür ki, X13, X12, Cavabdeh1 akt tərtib etmişlər ondan ötrü ki, 2016-cı ildə mərhum atası X3 83-ci müddətinə ünvan 1 ünvanda yerləşən 1200 kv.metr torpaq sahəsini vermiş X13 2016-cı ilin noyabrayında X rəhmətə gedəndən bir müddət sonra X iş yoldaşı X8 vasitəsilə həmin torpaq sahəsini və tiklilərə gözətçilik etmək üçün ora yerləşdirdiyi X4 söhbətsiz oradan çıxarılması təmin edildi. Orada olan tikililər hamısı olduğu vəziyyətdə şikayətçi Cavabdeh1 həyətə giriş-çıxış və digər qapıların açarları ilə birlikdə həmişəlik təhvil verildi. Həmin torpaq sahəsi ilə bağlı X14 və X12 heç bir iddia tələbləri olmadığ ını və gələcəkdə olmayacağını, orada aparılacaq hər hansı tikinti və digər işlərə, sənədləşməyə müdaxilə etməyəcəklərini bildirdilər.
3. Hazırda mübahisə predmeti olan torpaq sahəsində Cavabdeh1 və onun razılığı əsasında digər Cavabdeh2 yaşayır. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat
4. İddiaçıiməhkəməyə iddia ərizəsi ilə müraciət edərək, İddiaçı Buzovna qəsəbəsi, R.Atakişiyev küçəsi, qeydiyyatsız ev (Buzovna-Maştağa yolu) ünvanında yerləşən istifadəsində olan mənzildən cavabdehlər və digər şəxslərin Cavabdeh1 və Cavabdeh2 əmlaklarını öz hesabına daşımaqla çıxarılması, evə giriş qapısının açarlarının qaytarılması, İddiaçı evə köçürülməsi, İddiaçı mənzildən istifadəsinə maneələrin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qadağan olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 2017-ci il tarixdə Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən 0,12 ha torpaq sahəsi alaraq iki otaqlı ev tikmişdir. Torpaq sahəsinin nə də tikilinin sahəsi olmamışdır. Sonradan torpaq sahəsi bələdiyyə mülkiyyətində olduğu üçün Buzovna bələdiyyəsi ilə müqavilə bağlayaraq torpaq sahəsini icarə hüququ əsasında rəsmiləşdirmiş, sahiblik və istifadə hüququ əldə etmişdir. Kommunal xidmətlərə dair müqavilələr bağlayarkən məlum olmuşdur ki, mərhum həyat yoldaşının birinci arvadından olan oğlu Cavabdeh1 qaz sayğacını öz adına sənədləşdirmiş və tikdirdiyi iki otaqlı evə tanımadığı, sonuncu dəfə isə Cavabdeh2 yerləşdirmişdir. Bunun üçün Cavabdeh1 köhnə tarixli saxta yolla əldə etdiyi xx.xx.2007-ci il tarixli, 116 say lı sərəncamdan istifadə etmişdir. xx.xx.2007-ci il tarixli, 116 saylı sərəncamı əldə edərək Buzovna bələdiyyəsinə və Ədliyyə Nazirliyinə müraciətlər edilmiş, alınan cavablardan məlum olmuşdur ki, xx.xx.2007-ci il tarixli, 116 saylı sərəncam mövcud deyildir. Buna baxmayaraq, Cavabdeh1 qeyd edilən evi zəbt edərək tanımadığı Cavabdeh2 ailəsi ilə birgə istifadəsində olan torpaq sahəsinə yerləşdirməklə zəbt etmiş və mülkiyyət hüquqlarını pozur.
6. Birinci instansiya məhkəməsindəki icraatda Cavabdeh1 izahatında bildirmişdir ki, atası rəhmətlik CX təxminən 2015-ci ildə X, X və X adlı şəxslərə 30.000 manat ödəyərək bağ sənədi ilə Buzovna qəsəbəsində təsərrüfatla məşğul olmaq məqsədilə torpaq sahəsi almışdır. 2016-cı il 28 noyabr tarixində atası rəhmətə getdikdən sonra atasının ikinci həyat yolda şı X atasının ölüm sənədi ilə onlardan xəbərsiz notarius vasitəsilə həmin torpaq sahəsini ayrı-ayrı adamların adına keçirməklə qanunsuz mənimsəmək istəyirdi. Onun bacılarının və qardaşlarının polis və prokurorluq orqanlarına çoxsaylı müraciətlərindən sonra Xəzər rayon Polis İdarəsində istintaqla həmin torpaq ona aktla təhvil verilmişdir. X onların atalarının adından pis niyyətlərini həyata keçirmək üçün istifadə edir. Belə ki, atalarından qalan Sulu təpə qəsəbəsində iki mərtəbəli evi, İmişli rayonunda 7 ha torpaq sahəsini, Buzovna qəsəbəsində 40 baş sağmal inəkləri atası rəhmətə gedən ərəfədə satıb talamışdır.
7. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 10 mart 2023-cü il tarixli, e-2(003)282/2023 saylı qətnaməsi ilə (hakim E.Məmmədli) İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “cavabdeh lər və digər şəxslərin evdən çıxarılması, evə giriş qapısının açarlarının qaytarılması, evə köçürülmə, mənzildən istifadəyə maneələrin qadağan olunması” tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir.
8. Məhkəmə qeyd etmişdir ki, Buzovna Bələdiyyəsi ilə İddiaçı arasında 03/2020 saylı xx.xx.2020-ci il tarixli müqavilə bağlanılaraq istifadəsində olan torpaq sahəsi ona icarəyə verilmişdir. Buzovna Bələdiyyəsi ilə İddiaçı arasında 03/2020 saylı xx.xx.2020-ci il tarixli müqavilənin bağlanılmasına səbəb, həmin torpaq sahəsinin onun istifadəsində olması və orada yaşayış evi inşa edilməsi olmuşdur. Müqavilədə torpaq sahəsinin icarəyə verilməsi göstərilsə də, İddiaçı torpaq sahəsi ayrılmamış, müqavilənin bağlanmasına məqsəd həmin sahənin müqavilənin şərtlərinə uyğun olaraq vergiyə cəlb ol unması olmuşdur. İddiaçı torpaq sahəsi ayrılmadığı üçün torpaq ayırma haqqında Buzovna Bələdiyyəsində qərar qəbul olunmamışdır. 03/2020 saylı xx.xx.2020-ci il tarixli müqavilə X5 X adına qeydiyyata alınmış və sonuncu Bələdiyyənin vergi uçotuna qeydiyyata alınaraq torpaq vergisi ödəmişdir. İddia tələbinin əsasını Buzovna Bələdiyyəsi ilə İddiaçı arasında 03/2020 saylı, xx.xx.2020-ci il tarixli torpaq sahəsinin icarəyə verilməsi barədə müqavilə təşkil edir. Müqavilə üzrə bələdiyyə mülkiyyətində olan 1200 kv.m. torpaq sahəsi iddiaçıya icarəyə verilib. Müqaviləni bələdiyyə sədri imzalayıb. Bələdiyyə mülkiyyətində olan torpaq sahəsinin icarəyə verilməsi üçün bələdiyyə qərarı olmalıdır. Belə ki, Torpaq Məcəlləsinin 55-ci maddəsi torpaq sahəsi üzərində hüquqların yaranma əsaslarını müəyyən edib, h əmin əsaslardan biri “müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr” kimi göstərilib. O cümlədən “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 6.2-ci maddəsinə görə bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Göründüyü kimi, dövlət və ya bələdiyyə mülkiyyətində olan torpaq sahələri üzərində fiziki və hüquqi şəxslərin hüququnun yaranması üçün 2 sənəd olmalıdır: 1) qərar; 2) müqavilə. Qərar və müqavilə ayrı-ayrılıqda hüquq yaratmır, onlar birlikdə mövcud olmalıdır: əvvəlcə qəra verilməli, daha sonra qərarın əsasında müqavilə bağlanmalıdır. Torpağın icarəyə verilməsi barədə bələdiyyə qərar ı olmadan bələdiyyə sədri heç kəslə icarə müqaviləsi bağlaya bilməz. Bələdiyyə kollegial orqandır, 1 nəfər bələdiyyə sədri “bələdiyyə” demək deyil. Bələdiyyənin qərarları bələdiyyə üzvlərinin sadə səs çoxluğu ilə qəbul edilir, bu qayda “Bələdiyyələrin statusu haqqında” Qanunun 36-cı maddəsinin 1-ci hissəsində qeyd olunub. Bundan başqa, Azərbaycan Respublikasının xx.xx.2002- ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamə mülkiyyətə, istifadəyə və icarəyə vermək üçün bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydalarını müəyyən edir. Göründüyü kimi, torpağın icarəyə verilməsi üçün zəruri sənədlərin hazırlanması və razılaşdırılması olmalıdır, lakin belə sənədlər hazırlanmadan və razılaşdırılmadan 1200 kv.m torpaq sahəsi 1 nəfər bələdiyyə sədrinin bağladığı müqavilə ilə iddiaçının icarəsinə verilib.
9. Məhkəmə qeyd etmişdir ki, iddiaçı mübahisəli ünvanda yerləşən yaşayış evinin onun tərəfindən inşa etdirildiyini bildirsə də, öz dəlilini əsaslandıran hər hansı əsaslı və mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Onun bu dəlilini yalnız məhkəmə iclasında verilmiş şahid ifadəsi təsdiq etmişdir. Məhkəmə iddiaçının maraq və mənafeyinə uyğun verilməklə işin digər halları ilə uyğunlaşmayan şahid ifadəsini inandırıcı saymamışdır. Həmçinin, məhkəmə qeyd etmişdir ki, şahid ifadəsi iddianın təsdiq olunması üçün kifayət deyildir.
10. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.2, 157.8, 158.1, 158.2.2, 158.2, 158.4, 337.3, 707.1-ci maddələrinə, Torpaq Məcəlləsinin 51.3, 68-ci maddələrinə, “Yerli icra hakimiyyətləri haqqında” Əsasnamənin 4.16.3-cü bəndinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 216220 və 360-cı maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat
11. İddiaçı apellyasiya şikayəti verərək, iş üzrə Bakı şəhəri, Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(003)-282/2023 saylı qətnaməsinin ləğv edilərək, iddia tələbinin tam təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
12. Apellyasiya şikayətində göstərilmişdir ki, xx.xx.2020-ci il tarixli 03/2020 saylı müqavilə məhz iddiaçı ilə bağlanılmış və bələdiyyə tərəfindən məhz iddiaçının istifadə hüquqü tanınmışdır. xx.xx.2020-ci il tarixli 03/202 0 saylı müqavilə ləğv edilməmişdir və hazırda da qanuni qüvvədədir. Bələdiyyə tərəfindən müqavilənin qanunsuz olması təsdiq edilməmiş, əksinə iddiaçının istifadə hüququ tanınaraq torpaq sahəsinə görə iddiaçının məhz həmin müqavilə əsasında vergiyə cəlb edildiyi bildirilmişdir. Bunun əksinə cavabdeh saxta xx.xx.2007-ci il tarixli, 116 saylı Sərəncamı əldə edərək zəbt etdiyi yeri qanuniləşdirmək istəmişdir, lakin cəhdi baş tutmamışdır.
13. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 05 sentyabr 2024-cü il tarixli, 10/318 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, Məhkəmə Ekspertiza Mərkəzinə xx.xx.2024-cü il tarixdə təqdim edilmiş Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən tər tib edilmiş mütəxəssis rəyinə və baxış zamanı əldə edilən məlumatlara əsasən müəyyən edilmişdir ki, göstərilən torpaq sahəsi faktiki olaraq hasar daxili 1085,0 kv.m.təşkil edir. Torpaq sahəsinin üzərində yaşayış evi və köməkçi tikili mövcuddur. Vahid elektron kadastr baza məlumatlarına əsasən göstərilən sahə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazidir.
14. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər- G.Axundova (sədrlik edən və məruzəçi), X.Sarıyev və F.Qasımov) 2(103)-257/2024 nömrəli iş üzrə 7 noyabr 2024-cü il tarixli qətnaməsi ilə İddiaçı apellyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(003)-282/2023 saylı qətnaməsinin qismən - İddiaçı evə köçürülmə tələbinin təmin edilməməsi h issəsində ləğv edilməsi və İddiaçı ünvan 2 ünvanında yerləşən evə (özbaşına tikili) köçürülməsi qət edilmişdir.
15. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, Bakı şəhəri, Xəzər rayonu, Buzovna Bələdiyyəsinin xx.xx.2020-ci il tarixli məktubunun surətindən görünür ki, Buzovna Bələdiyyəsi ilə Cavabdeh1 arasında torpaq sahəsinin icarəyə verilməsi, ayrılması və sair hallarla bağlı müqavilə, sərəncam, qərar və digər hüquq müəyyənedici sənəd tərtib olunmamışdır. Cavabdeh1 Buzovna Bələdiyyəsində vergi ödəyicisi kimi qeydiyyata da alınmamışdır. Bakı şəhəri, Xəzər rayonu, Buzovna Bələdiyyəsinin xx.xx.2020-ci il tarixli məktubunun surətindən görünür ki, Buzovna Bələdiyyəsi tərəfindən Cavabdeh1 torpaq sahəsinin ayrılması haqqında sərəncam və ya müqavilə verilməsi haqqında he ç bir qeyd yoxdur. Cavabdeh1 Buzovna Bələdiyyəsində vergi ödəyicisi kimi qeydiyyata da alınmamışdır. xx.xx.2020-ci il tarixli 03/2020 saylı torpaq icarəsi müqaviləsinə əsasən Buzovna Bələdiyyəsi 1200 mv.m. torpaq sahəsini İddiaçı icarəyə vermişdir. İcarə haqqı hər il 2,40 manat təşkil edir. Bakı şəhəri, Xəzər rayonu, Buzovna Bələdiyyəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Buzovna Bələdiyyəsi ilə İddiaçı arasında 03/2020 saylı xx.xx.2020-ci il tarixli müqavilə bağlanılaraq istifadəsində olan torpaq sahəsi ona icarəyə verilmişdir. Həmin torpaq sahəsində K.M.X7 ilə arasında həmin müqavilə bağlanılmazdan əvvəl bağ-bostan bitkilərinin becərilməsi ilə məşğul olmuş və hətta yaşayış evidə inşa etdirmişdir. 03/2020 saylı xx.xx.2020-ci il tarixli müqavilə X5X adına qeydiyyata alınm ış və sonuncu Bələdiyyənin vergi uçotuna qeydiyyata alınaraq torpaq vergisi ödəmişdir.
16. Qanunvericiliyin tələbindən göründüyü kimi, İddiaçı Cavabdeh1 kimi mərhum X2 qanuni vərəsələridir.
17. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, İddiaçı mərhum X2 vərəsəsi olaraq ünvan 2 ünvanında yerləşən 1/47 saylı ünvanında yerləşən evə köçürülmək hüququ vardır. Lakin hazırda iddiaçı mənzildən istifadə etmir və maneənin aradan qaldırılmasını cavabdehlərdən tələb etsə də maneənin nədən ibarət olması müəyyən olunmur. Məhkəmə kollegiyası qeyd etmişdir ki, ilk növbədə iddiaçının mübahisə predmeti olan evə köçürülməsi tələbi təmin olunmalıdır.
18. Apellyasiya instansiyası məhkəməsi bildirmişdir ki, Cavabdeh1 atasından miras əmlak olaraq qalmış payın iddiaçının iddia etdiyi kimi istifadəsinə verilmiş torpaq sahəsindən fərqli yerdə yerləşməsi ekspert rəyi ilə təsdiq edilməmiş, iddiaçı tərəfindən iddia tələbinin əsası kimi istinad etdiyi hallarla bağlı məhkəməyə hər hansı mötəbər sübut təqdim edilməmişdir.
19. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, İddiaçı Cavabdeh1 əmlaklarını öz hesabına daşımaqla çıxarılması, evə giriş qapısının açarlarının qaytarılması tələbinin təmin edilməsi üçün heç bir hüquqi əsası yoxdur.
20. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, Cavabdeh2 mübahisə predmeti olan evdə yaşamasına evə sahiblik edən digər cavabdeh olan Cavabdeh1 tərəfindən etiraz edilmədiyindən Cavabdeh2 evdən çıxarılması hissəsində iddia tələbi əsassızdır.
21. Məhkəmə kollegiyası gəldiyi nəticəni Mülki Məcəllənin 6.2, 139.1, 146.1, 152.1, 152.2, 164.1, 180.2, 1 80.3-cümaddələrinə istinadla əsaslandırmışdır. Kassasiya instansiyası məhkəməsində icraat Kassasiya şikayətinin və ona etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri
22. İddiaçı (Vəkil3) kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin iddianın təmin edilməyən hissəsində ləğv edilərək, iddia tələbinin tam təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
23. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə işdə olan sübutları sadalamamış və onlara ayrı-ayrılıqda hüquqi qiymət verməmişdir. Apellyasiya instansiyası məhkəməsi sözügedən qətnamə ilə iddia tələbini qismən təmin etsədə digər təmin edilməyən hissələrdə əsassız olmuşdur. Ona görə də apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti vermişdir. Məh kəmələr işə baxarkən işin hallarına əhəmiyyət verməmiş, saxta sərəncam planı baş tutmadığı təqdirdə cavabdeh başqa planla addım ataraq atası tərəfindən pul qarşılığında mübahisəli torpaq sahəsini aldığını bildirərək polisə müraciət etmişdir. Vərəsəlik hüququ burda işləmədiyindən torpağa görə pul verilib ideyasını planlayaraq işə salmışdır. Bufaktlar cavabdeh tərəfindən təqdim edilən, məhkəmə tərəfindən isə araşdırılmayan sənədlərdə öz əksin tapır. Cavabdeh işə aidiyyəti olmayan və tərəflər arasında müxtəlif predmetlər üzrə illərdir davam edən məhkəmə qərarlarını təqdim etməklə iddiaçı barəsində müxtəlif fikirlər formalaşdırmağa cəhd etsə də təqdim edilən məhkəmə və polisin araşdırma sənədlərindən tam təsdiq olunur ki, cavabdehin mübahisəli sahəyə heç bir aidiyyatı yoxdur. Lakin məhkəmə həm in şəxsi torpaq sahəsində saxlamaq üçün vərəsə olmasını bildirir və vərəsəlik haqqında qanunvericiliyi əsassız olaraq bu mübahisəyə aid edir və şərh etməklə kifayətlənir. Əksinə iddiaçının mübahisəli sahəni əldə etdiyi, tikililər tikdiyi, təsərrüfat qurduğu təsdiq olunur. İddiaçının bələdiyyə ilə də müqavilə bağlamağa ehtiyacı olmamışdır. Bələdiyyə isə araşdırma materiallarında olduğu kimi iddiaçını tam hüquqlu istifadəçi kimi tanıdığından məhz onunla müqavilə bağlamışdır.
24. Həmçinin Cavabdeh1 (Vəkil2) qanunsuz və əsassız olduğundan qətnamənin qismən “İddiaçı ünvan 2 ünvanında yerləşən evə (özbaşına tikili) köçürülməsi” hissəsində ləğv edilməsi və İddiaçı “əmlak” tələbinə dair iddiasının tamamilə rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
25. Kassasiya şikayəti on unla əsaslandırılmışdır ki, apellyasiya instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 707.1. 180.2, 180.3-cü maddəsinin tələblərinə zidd olaraq qətnamə qəbul edilmişdir, bu isə İddiaçı cavabdehə qarşı “əmlak” tələbinə dair iddiasının qismən təmin edilməsi ilə nəticələnmişdir. Belə ki, İddiaçı “əmlak” tələbinə dair iddiası tamamilə təmin edilməməlidir. Bakı Apellyasiya Məhkəməsi qətnaməsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2, 139.1, 146.1, 152.1, 152.2, 159, 164.1-ci maddələrinə istinad etmişdir, lakin nəzərə almamışdır ki, həmin maddələrin əsassız iddia tələblərinin qisməndə təmin edilməsi ücün əsas ola bilməz. Apellyasiya instansiya məhkəməsi tərəfindən əsassız olaraq “İddiaçı ünvan 2 ünvanında yerləşən evə (özbaşına tikili) köçürülməsi” hissəs ində iddia tələblərinin qismən təmin edilməsi ücün gətirdiyi dəlillərin maddi hüquq normasının pozulmasına və ya düzgün tətbiq edilməməsinə dair mövqe (dəlillər) heç bir hüquqi əsası yoxdur. Mübahisəli yaşayış evinin iddiaçının tərəfindən inşa etdirilməsi ilə bağlı hər hansı mötəbər sübutlar məhkəməyə təqdim olunmamışdır. Bu halda, sübutetmə yükünün bölüşdürülməsinə uyğun olaraq buna dair sübutları təqdim etmək vəzifəsi iddiaçı tərəfin üzərinə düşür. İddiaçı tərəfisə belə bir sübutu məhkəməyə təqdim etməmişdir. Odur ki, birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, iddia tələbi təmin edilməməlidir. Lakin Bakı Apellyasiya Məhkəməsi tərəfindən iddia tələbinin qismən evə (özbaşına tikili) köçürülməsi hissəsində təmin edilməsi barədə qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsa slandırmamışdır, işdəki sübutlara lazımi hüquqi qiymət verməmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
26. Cavabdeh1 İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim edərək, etirazını onunla əsaslandırmışdır ki, İddiaçı tərəfindən kassasiya şikayətində göstərilən dəlillərin heç birinin əsası yoxdur. Belə ki, İddiaçı verilmiş kassasiya şikayətində özü-özünü təkzib edən ifadələr işlədərək, kassasiya şikayətində formal mülahizələrə istinad etmişdir. Bu səbəbdən İddiaçı kassasiya şikayəti əsassızdır və təmin oluna bilməz. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
27. Maddə 6.2. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsin dən istifadə etmək hüququna malikdirlər.
28. Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır.
29. Maddə 146.1. Daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla).
30. Maddə 152.1. Mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərənca m vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
31. Maddə 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.
32. Maddə
159. Sahiblik əşyaya faktik sahibliyə nail olmaqla əldə edilir.
33. Maddə 164.1. Sahibin iradəsi olmadan sahiblikdən məhrum etmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir.
34. Maddə 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək – onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur.
35. Maddə 180.3. Özbaşına tikintiyə mülkiyyət hüququ mə hkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
36. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
37. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
38. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun mə hkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
39. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
40. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlımünasibətinə uyğun əsaslandırılmalıdır.
41. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
42. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
43. Maddə 416.2.Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
44. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
45. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instans iya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
46. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən iddianın təmin edilməyən, cavabdeh tərəfindən isə iddianın təmin edilən hissəsində mübahisələndirildiyindən, apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanıldı. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi
47. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə d üzgün tətbiq edib və işdə, kassasiya şikayətlərinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
48. Tərəflər ayrı-ayrılıqda verdikləri kassasiya şikayətlərində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, iş üzrə düzgün olmayan qətnamə qəbul etdiyini göstərsə də, kassasiya instansiyası məhkəməsi onların bu dəlilləri ilə razılaşmır.
49. Belə ki, apellyasiya instansiyası məhkəməsi işə əlavə edilmiş sübutları araşdıraraq müəyyən etmişdir ki, Bakı şəhəri, Xəzər rayonu, Buzovna Bələdiyyəsinin xx.xx.2020-ci il tarixli məktubunun surətindən görünür ki, Buzovna bələdiyyəsi ilə Cavabdeh1 arasında torpaq sahəsinin icarəyə v erilməsi, ayrılması və sair hallarla bağlı müqavilə, sərəncam, qərar və digər hüquq müəyyənedici sənəd tərtib olunmamışdır və o, Buzovna bələdiyyəsində vergi ödəyicisi kimi qeydiyyata alınmamışdır və İddiaçı mübahisəli torpaq sahəsi və onun üzərində olan tikili üzərində qanunla qorunan hər hansı hüququ əmələ gəlməmişdir.
50. Apellyasiya instansiyası məhkəməsi həmçinin qeyd etmişdir ki, sözügedən ev özbaşına tikili olmaqla daşınmaz əmlakın dövlət reyestrində X adına qeydə alınmasa da, həmin ev onun sahibliyində olmuşdur. Bu baxımdan İddiaçı mərhum X arvadı olmaqla, onun da Cavabdeh1 kimi evə faktiki sahib olmaq və həmin evə köçüb orada yaşamaq hüququ vardır. Lakin, hazırda Cavabdeh1 X həmin evə köçüb orada yaşamasına imkan vermir. Belə olan halda İddiaçı da həmin evə köçürülməlidir.
51. Dah a sonra, apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, İddiaçı maneənin aradan qaldırılmasını cavabdehlərdən tələb etsə də, maneənin nədən ibarət olması müəyyən olunmur.
52. Apellyasiya instansiyası məhkəməsi eyni zamanda qeyd etmişdir ki, İddiaçı iddia tələbində Cavabdeh1 əmlaklarını öz hesabına daşımaqla evdən çıxarılmasını, evin giriş qapısının açarlarının qaytarılmasını tələb etsə də, bu tələblərin təmin edilməsi üçün heç bir hüquqi əsası yoxdur. Eyni zamanda, digər Cavabdeh2 mübahisə predmeti olan evdə yaşamasına evə sahiblik edən digər Cavabdeh1 tərəfindən etiraz edilmədiyindən, Cavabdeh2 həmin evdən çıxarılması hissəsində də iddia tələbi əsassız olduğundan rədd edilməlidir.
53. Göstərilənlərə əsasən, kassasiya instansiyası məhkəməsi tərəflərin ayrı-ayrılıqda verdikləri kassas iya şikayətlərinin dəlilləri ilə razılaşmır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verməmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normalarının tələblərini hazırkı mülki mübahisəyə düzgün tətbiq etmişdir. Ona görə də kassasiya şikayətləri təmin edilmədən, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
54. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəm əsi Qərara aldı: İddiaçı və Cavabdeh1 ayrı-ayrılıqda verdikləri kassasiya şikayətləri təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 7 noyabr 2024-cü il tarixli, 2(103)-257/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.