Məhkəmə qərarları › İş №2(102)-778/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-778/2024

18.04.2024 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-778/2024 18.04.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ İş № 2(102)-778/2024 (Açar sözlər: əhəmiyyətsiz əqdlər, maddi və mənəvi zərərin ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı, (məruzəçi), Xıdırov Əhliman Mehman oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4739/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətinə 18 aprel 2024-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. xx.xx.2016-cı il tarixli notarial qaydada təsdiq edilmiş daşınmaz əmlakın alqısatqı müqaviləsinə əsasən Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Yeni Suraxanı qəsəbəsi, cənub-qərb hissəsində yerləşən sahəsi 0.025 ha torpaq sahəsini 5.000 manata alıcı Cavabdeh2 satmışdır. 2. xx.xx.2017-ci il tarixdə həmin torpaq sahəsi xüsusi mülkiyyət formasında Cavabdeh2 adına qeydiyyata alınmışdır.

3. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(010)4873/2019 nömrəli qətnaməsinə əsasən İddiaçı Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Yeni Suraxanı qəsəbəsinin cənub-qərb hissəsində yerləşən 0.025 ha torpaq sahəsindən çıxarılması v ə həmin torpaq sahəsinin iddiaçı Cavabdeh2 sahibliyinə verilməsi qət edilmişdir. Qeyd olunan qətnamə apellyasiya instansiyası məhkəməsi tərəfindən dəyişdirilmədən saxlanılmışdır.

4. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(005)467/2020 nömrəli qətnaməsi ilə Cavabdeh1 cavabdehlər Cavabdeh2 və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə, mübahisə predmeti barəsində cavabdeh tərəfindən müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Bakı şəhəri 13 nömrəli notariat ofisinə və İddiaçı qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi tələbinə dair iddiası rədd edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsind ə icraat

5. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 265-ci maddəsinə əsasən qanunla müəyyən olunmuş hallar pozulduğu üçün işin Prokurorluq tərəfindən araşdırılması və cinayət işinin qaldırılması, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi ünvanında yerləşən 0.025 ha torpaq sahəsi üzərində tikilmiş evin və mağazanın dəyəri ilə bağlı mübahisə nəticəsində dəymiş 79.000 manat maddi, 21.000 manat isə mənəvi zərərin, ümumilikdə 100.000 manat pul məbləğinin ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, 2008-ci il tarixlərində o, Cavabdeh1 Yeni Suraxanı qəsəbəsi 7-də yerləşən 0.025 ha (YH: 16512H kod:********) torpaq sahəsinin üzərində tikilmiş 1 mərtəbəli, 3 otaqdan, 1 zal, mətbəx, hamam-tualet, guşəli eyvan evə bitişik əl damı və evin qabağında 50 kv.m mağazanı, yəni ümumilikdə mülki razılıq yolu ilə 59000 ABŞ dolları məbləğinə almışdır. Cavabdeh1 ilə aralarında etibar olub, yəni ailəvi dost olduğu üçün alqı-satqı müqaviləsini notarial qaydada bağlamamış və mülkiyyətlə bağlı sənədlər onda qalmışdır. 4 iyun 2016-cı il tarixində onunla həmyerlisi Cavabdeh2 arasında Yeni Suraxanı qəsəbəsi 7-də yerləşən mülkiyyət ilə bağlı danışıq olmuşdur. Yəni, evlə birlikdə mağazanı almağını istəmişdir. O, Cavabdeh2 ilə sövdələşəndən sonra 84.000 manata razılaşıblar. Bir neçə gündən sonra Cavabdeh2 ona 5.000 manat pul məbləğini beh qismində notarial qaydada ödəm işdir. Pul məbləğinin qalıq hissəsini tam olaraq ödəyəndən sonra ailəliklə yaşadığı evi mülkiyyəti onun üzərinə notarial qaydada keçirilməsinə, yəni alqı-satqı müqaviləsini notarial qaydada imzalanmasına vəd vermişdir. Mülkiyyətinin, yəni evlə mağazanın satılması barədə razılaşmanın olmasını Cavabdeh1 bildirmişdir. Pul məbləğinin tam olaraq ona verilməməsini bilən Cavabdeh1 ona qarşı hiylə işlədib pul qazanmaq məqsədi ilə onun xəbəri olmadan ailəliklə yaşadığı mülkiyyəti - evin Cavabdeh2 satılması barədə notarial qaydada (AN-İ № 0490684) daşınmaz əmlakın alqısatqı müqaviləsini bağlamışdır. Alqı-satqı müqaviləsinin bağlanılmasını təxminən 8-12 ay keçəndən sonra bilmişdir. Hadisəni araşdırarkən Cavabdeh2 tapa bilməmişdir. Cavabdeh1 isə alqı-satqı müqaviləsinin onun icazəsi olmadan niyə imz aladığını ona izah edə bilməmişdir. Ailəliklə yaşadığı evlə bağlı onlara qarşı dələduzluq hadisəsi baş vermiş, yəni onlar iki nəfər yaxşı tanıdığı insanların hiyləsi ilə evindən məhrum edilmişlər. Ona 79.000 manat ziyan dəymiş, yəni pul məbləğini vermədən və onun razılığı olmadan ev Cavabdeh2 adına sənədləşdirilmişdir. Cavabdeh2 qərəzli formada ondan gizlənmiş, zənglərinə cavab verməmişdir. Cavabdeh1 isə cavabdehlik daşımağa və məhkəmədə iştirak edib həqiqəti məhkəməyə bildirməyə, yəni Cavabdeh2 ona borclu olmasını təsdiqləməyə hazır olduğunu qeyd etmişdir. Cavabdeh2 ona qarşı “qanunsuz zəbt edilmiş torpaqdan çıxarılması və sahibliyinə verilməsi” iddiası ilə Suraxanı Rayon Məhkəməsinə müraciət etmiş və iddiaçının xeyrinə məhkəmə qətnaməsi qəbul edilmişdir. Məhkəmədə iclas keçirilərkən məhk əmənin hakimi onu dinləmək istəməyib iddiaçının tələbini təmin etmişdir. Onun apellyasiya şikayəti təmin edilməmişdir. Cavabdehlər könüllü olaraq ona borclu olduqları 79.000 manat pul məbləğini qaytarmaqdan imtina etmişlər. Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş torpaq sahəsinin planı və ölçüsü Kadastr kitabında uçota alınmışdır. İstifadə etdiyi torpağın vergisini o qohumlarının vasitəsi ilə ödəmişdir. Qeyd etdiyi hadisələrlə bağlı, yəni özbaşınalığın nəticəsində xeyli əsəb və gərginlik keçirmişdir.

7. Cavabdeh1 27 fevral 2023-cü tarixli məhkəmə iclasında bildirmişdir ki, iddiaçı mübahisəli evi ondan almışdır, İddiaçı ona dedi ki, Telman yaxınıdır, evi Cavabdeh2 satmışdır, bundan bir neçə gün sonra Telman ona demişdir ki, iddiaçıya pulu verəcək, evi adına keçirəcək, o da Telmanın bu sözünə inanaraq evi Telmanın adına keçirmiş, daha sonra Bəxtiyar Telmanın ona pul vermədiyini demişdir. Göstərilənlərə əsasən, iddianın həllini məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir.

8. Cavabdeh2 16 fevral 2023-cü tarixli məhkəmə iclasında iştirak edərək iddia tələbini qəbul etmədiyini, iddianın tam əsassız olduğunu bildirmiş və əlavə olaraq qeyd etmişdir ki, mübahisəli torpaq sahəsini və mağazanı Cavabdeh1 satın almışdır, iddiaçının dediyi kimi beh verməmişdir. İddiaçı onu illərdir məhkəməyə verir, ancaq həm Nərimanov Rayon Məhkəməsi, həm Suraxanı Rayon Məhkəməsi, həm də Bakı Apellyasiya Məhkəməsində iddiaçının tələbləri rədd edilib, iddiaçı onun evində beş ildir heç bir kirayə ödənişi etmədən yaşayır. O, qanuni şəkildə pulunu ödəməklə al qı-satqı yolu ilə əmlak almış, iddiaçı ilə Cavabdeh1 arasındakı etibar münasibətlərinin pozulub-pozulmaması barədə məlumatsızdır və bu hal onun maddi və mənəvi zərərə görə iddiaçıya pul ödəməsinə səbəb ola bilməz.

9. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) xx.xx.2023-cü il tarixli, 2(002)-677/2023 nömrəli qətnaməsi ilə (hakim Gülnar Aslanova) iddia tələbi təmin edilməmişdir.

10. Məhkəmə qeyd etmişdir ki, tərəflər arasında mübahisəli torpaq sahəsinə dair qanunla müəyyən edilmiş qaydada etibarlı müqavilə bağlanması faktı mövcud olmadığından iddia tələbinin 79.000 manat məbləğində maddi ziyanın ödənilməsi hissəsinin qanuni əsası kimi delikt və ya əsassız varlanma çıxış edə bilər.

11. Məhkəmə qeyd etmişdir ki, hazırkı işdə cavabdehlərin hüquqazidd h ərəkət etməsini və bu zaman təqsirli olmasını yoxlamazdan əvvəl ümumiyyətlə əməlin baş veribvermədiyi araşdırılmalıdır. Həmin əməl şüurlu və iradəvi xarakter daşımalıdır. Qeyd edilən məhkəmə qətnamələrindən də aydın olmuşdur ki, Cavabdeh2 ilə Cavabdeh1 arasında bağlanmış alqı-satqı müqaviləsinin etibarsızlığına qiymət verilmiş və Cavabdeh2 İddiaçı mübahisəli torpaq sahəsi ilə bağlı borclu olması faktı məhkəmə araşdırması zamanı öz hüquqi təsdiqini tapmamışdır. Belə ki, İddiaçı pulunun ödənilmədiyini və nəticədə ona maddi ziyan vurulduğunu iddia etdiyi torpaq sahəsi və onun üzərində tikilmiş ev və mağazanın Cavabdeh2 satılması ilə bağlı sübutetmə yükünü yerinə yetirməmişdir.

12. İddiaçı mübahisəli torpaq sahəsi ilə bağlı Cavabdeh2 ilə aralarında müqavilə bağlanması, sonuncunun müqavilə öhdə liyini yerinə yetirməyərək pul ödəməməsi faktının təsdiqi üçün yeganə sübut kimi Cavabdeh1 izahatına istinad etmişdir. Məhkəmə bununla bağlı onu qeyd etmişdir ki, həmin izahatında Cavabdeh1 mübahisəli əmlakla bağlı Cavabdeh2la notarial qaydada alqı-satqı müqaviləsi bağladığını, lakin əmlakın faktiki sahibinin İddiaçı olduğunu qeyd etmişdir və göstərilən izahat Cavabdeh2 iddiaçıya borclu qalmasını təsdiq edən sübut kimi qiymətləndirilə bilməz.

13. Beləliklə, qanunvericilikdə nəzərdə tutulmuş və maddələrdə təsvir edilmiş mənada “əməl” olmadığından cavabdehlər mülki hüquq pozuntusu ilə bağlı məsuliyyət daşımamışlar. Məhkəmə hesab etmişdir ki, hazırkı iddia tələbi deliktlə bağlı qeyd edilən norma ilə nəzərdə tutulmuş birinci tərkib elementinə (əməl) görə yarana bilmədiyindən, hüquqaziddlik v ə yaxud təqsirin olub-olmaması artıq prosessual qənaət prinsipi baxımdan məhkəmə tərəfindən yoxlanılmır.

14. Məhkəmə tələbin əsassız varlanmadan irəli gəlməsi ilə bağlı yoxlama apararaq qeyd etmişdir ki, həmin tələbin dispozisiya şərtləri bir şəxsin əmlak əldə etməsi; həmin əmlakın kreditorun əmlakı hesabına əldə edilməsi; bu əldəetmə üçün heç bir hüquqi əsasın olmamasından ibarətdir. Hazırkı işin hallarında Cavabdeh2 əmlak əldə etməsi, Cavabdeh1 isə alqı-satqı müqaviləsinə əsasən pul əldə etməsi faktı təkzib edilməmişdir. Tələbin digər şərti olan həmin əmlakların kreditorun (hazırkı işdə iddiaçı) əmlakı hesabına əldə edilməsi ilə bağlı sübutetmə yükü iddiaçının üzərində olmasına baxmayaraq, həmin hallar yuxarıda göstərildiyi kimi hazırkı işdə sübut edilmir.

15. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək hesab etmişdir ki, iddia tələbi 79.000 manat maddi ziyanın ödənilməsi hissəsində əsassız olmuşdur.

16. Məhkəmə iddia tələbinin mənəvi ziyanın ödənilməsi hissəsi ilə bağlı qeyd etmişdir ki, iddiaçı tələbində cavabdehin hərəkətləri nəticəsində mənəvi sarsıntı və psixoloji iztirablar keçirməsini, sarsıntı və iztirabların nədə ifadə olunmasını təsdiq edən heç bir əsaslı və mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Ona görə də, məhkəmə hesab etmişdir ki, iddia tələbi mənəvi ziyanın ödənilməsi hissəsində əsassız olmaqla, təmin edilməməlidir.

17. Məhkəmə iddia tələbinin “xüsusi qərardad çıxarılması” hissəsi ilə bağlı qeyd etmişdir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 265-ci maddəsində nəzərdə tutulmuş əsaslar hazırkı işdə aşkar edilməmişdir. 1

8. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14, 21, 1091, 1096, 1097.1-ci maddələrinə, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli Qərarına istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

19. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

20. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qətnaməsində onun mübahisəli torpağın üzərində olan mülkü ilə bağlı hissəyə münasibət bildirilməmişdir. Amma torpağın üzərində həm mənzili, həm də obyekti olmuşdur. Onun bu torpaqdan çıxarılması mənzil hüququnu pozmuşdur. Qətnamədə onun xərclədiyi pullara da münasibət bildirilməmişdir. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 alqı-satqı müqaviləsinə əsasən pul əldə etməsini təkzib etməmişlər. Amma məhkəmə bunun üçün digər sübutlar da tələb etmişdir. Cavabdehlər hakim qarşısında etiraf etmişlər, amma məhkəmə ona dəymiş ziyanı yenə qəbul etməmişdir. Cavabdeh2la Cavabdeh1 arasında olan alqı-satqı düz olsa da belə, ona dəymiş ziyan elə bu alqı-satqının nəticəsindən yaranmışdır. Yəni öncə ona satılan torpaq daha sonra başqasına satılmışdır.

21. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək, təmin olunmasını xahiş etmiş və bildirmişdir ki, Cavabdeh1 35.000 ABŞ dollara evi, 20.000 manata isə mağazanı almış, sonra orada təmir işləri görmüşdür. Daha sonra Cavabdeh2 evi almaq niyyəti ilə ona 5.000 manat beh vermişdir. Etibarnamə verilmiş, pulu tam ödədikdən sonra alqı-satqı edilməsi barədə razılaşmışlar. Cavabdeh2 bir müddət sonra Türkiyəyə getmişdir. Üç il ərzində ondan xəbər çıxmadığından etibarnaməni ləğv etdirmək üçün Cavabdeh1 yaxınlaşanda evi alqı-satqı etdiyini bildirmişdir. Bu illər ərzində sözügedən alqı-satqıdan onun xəbəri olmamışdır.

22. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-4739/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə (hakimlər Məhəmməd Rüstəmli (sədrlik edən və məruzəçi), Vahid Sadıqov və Akif İsgəndərov) apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiyası məhkəməsinin qətnaməsinin Cavabdeh1 münasibətdə ləğv edilməsi, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməklə, iddia tələbinin Cavabdeh1 münasibətdə qismən təmin edilməsi, Cavabdeh1 79.000 manat məbləğində pul, iddianın verilməsinə görə ödənilmiş dövlət rüsumunun 195 manatı və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 195 manat məbləğində dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi, qətnamənin mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir.

23. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə qismən razılaşaraq hesab etmişdir ki, birinci instansiya məhkəməsi Cavabdeh1 münasibətdə iddianı rədd edərkən düzgün nəticəyə gəlməmiş, maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol vermişdir. Belə ki, iddiaçı ilə Cavabdeh1 arasında sonuncuya məxsus Yeni Suraxanı qəsəbəsində yerləşən 0.025 ha torpaq sahəsinin, onun üzərində yerləşən fərdi yaşayış evi və mağazanın alqı-satqısı barədə razılıq olmuş, bununla bağlı iddiaçı cavabdehə 35.000 ABŞ dolları və 20.000 manat ödəniş etmiş, lakin alqı-satqı müqaviləsi qanunvericiliyin tələblərinə uyğun olaraq rəsmiləşdirilməmişdir. Cavabdeh1 həmin məbləğdə pulu iddiaçıdan aldığını birinci instansiya məhkəməsində məhkəmə iclasında etiraf etmişdir. Sonradan Cavabdeh1 torpaq sahəsini xx.xx.2016-cı il tarixli alqı-satqı müqaviləsinə əsasən Cavabdeh2 satmış, sonuncunun mülkiyyət hüququ xx.xx.2017-ci il tarixdə dövlət reyestrində qeydiyyata alınmışdır.

24. Məhkəmə kollegiyası hesab etmişdir ki, iddiaçı ilə Cavabdeh1 arasında torpaq sahəsi və üzərindəki tikililərin alqı-satqısı barədə razılaşma qanunvericiliyin tələblərinə uyğun formada rəsmiləşdirilmədiyindən, yəni tərəflər aras ında etibarsız əqd bağlandığından Cavabdeh1 iddiaçıdan aldığı vəsaiti ona qaytarmalıdır. Belə ki, Cavabdeh1 həmin vəsaiti özündə saxlamaqla əsassız varlanmış olur.

25. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçı tərəfindən Cavabdeh1 ödənilmiş 35.000 ABŞ dolları (35.000x1.7=59.500 manat) və 20.000 manat hazırda 79.500 manat təşkil etmiş, lakin iddiaçı cavabdehlərdən ona dəymiş ziyanın əvəzi olaraq 79.000 manat tələb etmişdir.

26. Kollegiya Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinin tələbini nəzərə alaraq hesab etmişdir ki, Cavabdeh1 iddiaçının xeyrinə tutulacaq məbləğ tələb həcmində, yəni 79.000 manat müəyyən edilməlidir.

27. Məhkəmə kollegiyası mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 144.1, 329.1, 337, 1091, 1092.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

28. Cavabdeh Əliyev Qabil Sahil oğlu (Vəkil2) kassasiya şikayəti verərək, qətnamənin qismən ləğv edilməsi və iddia tələblərinin tam rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

29. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol vermiş, tərəflərin təqdim etdikləri sübutları ətraflı araşdırmamışdır. Belə ki, məhkəmə iddiaçı ilə Cavabdeh1 arasında olan mülki münasibətə tətbiq olunmalı 3 illik iddia müddətinin buraxılması halını düzgün qiymətləndirməmiş, 79.000 manatın iddiaçı tərəfindən Cavabdeh1 verilməsi barədə mötəbər sübut olmamasını nəzərə almamış, yalnız tərəfin şifahi verdiyi ifadəsi əsasında qanunsu z və ədalətsiz qətnamə qəbul etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

30. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

31. Maddə 144.1. Daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Təsdiqləmə zamanı notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər əşyaya dair sərəncam verən tərəfin sərəncam hüququnu və müqavilənin qanunauyğunluğunu yoxlamalıdır. Onlar təsdiqlədikləri müqavilənin yanlışlığı üçün məsuliyyət daşıyır.

32. Maddə 329.1. Əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələbl ərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır.

33. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.

34. Maddə 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.

35. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.

36. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.

37. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir:

38. Maddə 1092.1.1. Bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya;

39. Maddə 1092.1.2. Əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

40. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan is tifadə etməlidir.

41. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

42. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

43. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

44. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

45. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

46. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün f aktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

47. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

48. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya baxışının hədləri

49. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normala rının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

50. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi cavabdeh Əliyev Qabil Sahil oğluna aid iddianın təmin olunmuş hissəsində mübahisələndirildiyindən hazırkı kassasiya baxışının hədlərini apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qanuniliyinin mübahisələndirilən hissədə yoxlanılması təşkil edir. Kassasiya instansiya məhkəməsinin mövqeyi

51. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin yoxlanılan hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

52. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin iddiaçı ilə Cavabdeh1 arasında olan mülki münasibətə tətbiq olunmalı 3 illik iddia müddətinin buraxılması və 79.000 manatın iddiaçı tərəfindən Cavabdeh1 verilməsi barədə mötəbər sübut olmamasına dair dəlilləri əsassızdır.

53. Belə ki, cavabdeh tərəfindən iddia müddətinin tətbiq edilməsi barədə ərizə verilməmişdir. Buna görə də, məhkəmələr tərəfindən bu tələb üzrə iddia m üddətinin buraxılıb-buraxılmamsı məsələsi müzakirə obyekti olmamışdır.

54. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.

55. Həmçinin məhjkəmə iclaslarında Cavabdeh1 izahatlarında iddiaçının iddiasında göstərilən faktları təsdiq etmiş, məhkəmə iclas protokollarında iddiaçıdan evə görə 35000 ABŞ dolları, mağazaya görə 20.000 manat aldığını göstərmişdir.

56. Bu izahat faktın və ya iddianın etirafı kimi qəbul oluna bilməsə də, mülki iş üzrə mübahisəni həll edən məhkəmənin ilkin vəzifələrindən biri prosessual qənaət prin sipini təmin etmək və araşdırmanın predmetini müəyyən etmək üçün tərəflərin mübahisələndirmədikləri faktları, yəni işin mübahisəsiz hallarını müəyyən etməkdən ibarətdir. Yalnız bundan sonra məhkəmə tərəflər arasında mübahisəli hallarla bağlı sübutetmə yükünü müəyyən etməli və MPM-in 88-ci maddəsinə əsasən sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməlidir.

57. İşin mübahisəsiz halları tərəflərin həm şifahi, həm də yazılı izahatları əsasında müəyyən oluna bilər. Bu baxımdan məhkəmə iclasında şifahi izahat verən tərəfin işin hallarını məhkəməyə düzgün bildirmək vəzifəsi vardır və o, həmin izahatın hüquqi nəticələrindən irəli gələn riskləri daşıyır.

58. Göstərilənlərə əsasən qeyd edilən dəlillər əs assız olduğundan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz.

59. Cavabdeh Əliyev Qabil Sahil oğlunun kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəm iyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir.

60. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, MPM-in 14, 77, 88, 217, 218, 372.1, 372.7-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas vermir.

61. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 02 oktyabr 2023-cü il tarixli 2(103)-4739/2023 saylı qətnaməsi, iddianın təmin edilən hissəsində dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar