Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-779/2019 18.02.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ İş № 2(102)-779/2019 18 fevral 2019-cu il Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi - hakim), Əsgərov Qürbət Ağa oğlu, Hacıyev Sənan Firudin oğlundan ibarət tərkibdə, X6 oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 MMC-yə, «xxxx» MMC-yə, Nərimanov Rayon İcra Şöbəsinə, ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı Şəhər Ərazi İdarəsinə və Cavabdeh5 qarşı “əmlakın qiymətləndirilməsinin, hərracın nəticələrinin və çıxarışın etibarsız sayılması ” tələblərinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 04.09.2018-ci il tarixli 2(103)-9738/2018 nömrəli qətnaməsindən Cavabdeh5 və vəkili X tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 MMC-yə, «xxxx» MMC-yə, Nərimanov Rayon İcra Şöbəsinə, ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı Şəhər Ərazi İdarəsinə və Cavabdeh5 qarşı «əmlakın qiymətləndirilməsinin, hərracın nəticələrinin və çıxarışın etibarsız sayılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əmlakın qiymətləndirilməsinin nəticələri haqqında 07.11.2016-cı il tarixli hesabatın, hərracın nəticələri haqqında Y-200 saylı yekun protokolun və hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Cavabdeh5 adına verilmiş 11.08.2017ci il tarixli ********** qeydiyyat nömrəli Çıxarışın etibarsız sayılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin (hakim Nurəddin Bağırov) 17 may 2018-ci il tarixli 2(009)-610/2018 nömrəli qətnaməsi ilə İddiaçı iddiası təmin edilərək, ünvannin ilkin satış qiymətinin müəyyən edilməsi üzrə Cavabdeh1 MMC-nin tərtib etdiyi 07.11.2016-cı il tarixli 16-078 saylı Əmlakın qiymətləndirilməsinin nəticələri haqqında hesabat, həmin mənzilin satılması məqsədi ilə «xxxx» MMC tərəfindən keçirilmiş hərracın nəticələri haqqında 24.04.2017-ci il tarixli Y-200 №-li protokol, hərracın yekunları üzrə əmlakın 24 aprel 2017-ci il tarixli alqı-satqı müqaviləsi və Hüquqların Dövlət Qeydiyyatı haqqında DƏDRX-dən Cavabdeh5 adına verilmiş 11.08.2017-ci il qeydiyyat tarixi və ********** qeydiyyat nömrəsi olan Seriya RX-1123285 nömrəli çıxarışın etibarsız hesab edilməsi, ünvannin açıq hərrac vasitəsilə satılması üçün ilkin bazar (satış) qiyməti 85000 manat məbləğində müəyyən edilməsi, iş üzrə ödənilmiş dövlət rüsumunun əvəzi 20 manat məbləğində pul vəsaitinin cavabdehlər Cavabdeh1 MMC-dən, «xxxx» MMC-dən Cavabdeh5 müştərək qaydada tutulub İddiaçı verilməsi, 20.04.2018-ci il tarixli ƏEM/A 113441/18 saylı ekspertiza tədqiqatının dəyəri olan 150 manat məbləğində pul vəsaitinin isə cavabdehlər Cavabdeh1 MMC-dən, «xxxx» MMC-dən və Cavabdeh5 müştərək qaydada tutulub «xxxx» MMC-in hesabına ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər Raqib Qurbanov, Etibar Nəbiyev, Azad İmanov) 04 sentyabr 2018-ci il tarixli 2(103)-9738/2018 nömrəli qətnaməsi ilə Cavabdeh5 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-610/2018 saylı mülki iş üzrə qəbul etdiyi 17 may 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh5 və vəkili X kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 04.09.2018-ci il tarixli qətnaməsinin ləğv edilərək iş üzrə yeni qərar qəbul edilməsini xahiş etmişlər. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, mübahisəli ünvan tərəflər '‘girov qoyan” İddiaçı və “girov saxlayan” Cavabdeh5 arasında yaranmış 16 mart 2016-cı il tarixli Girov müqaviləsi üzrə təminat predmeti olmuş və həmin müqavilə əsasında öhdəliyi təmin edən borc öhdəliy inin icra olunmamasından yaranmışdır. İcra qeydi əsasında ipoteka predmetinə tutma yönəldilmiş, girov predmeti olmuş daşınmaz əmlak “İcra haqqında” və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunlarının tələbinə müvafiq ixtisaslaşdırılmış təşkilat tərəfindən qiymətləndirilmiş və “xxxx” MMC tərəfindən həmin mənzilin açıq hərracı təşkil olunmaqla keçirilmişdir. Cavabdeh5 Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin RX seriyalı ******* nömrəli Çıxarışla, ünvanə mülkiyyət hüququ əldə etmişdir. 16 mart 2016-cı il tarixli Girov müqaviləsində tərəflər arasında mənzilin qiyməti razılaşdırılmaqla yanaşı, icra icraatı zamanı sözügedən mənzil sahibinin iştirakı ilə qiymətləndirilmişdir. Əmlakın qiymətləndirilməsinə dair hesabatından göründüyü kimi texniki xüsusiyyətlərinə və mövcud vəziyyətinə, habelə yerləşdiyi əraziyə görə Cavabdeh1 Məhdud Məsuliyyətli Cəmiyyət tərəfindən düzgün olaraq qiymətləndirilmişdir. Məhkəmə baxışı zamanı "Cavabdeh1” MMC-dən mənzilin qiymətləndirilməsinin nəticələri haqqında hesabatın və həmin hesabatın tərtib olunmasına əsas olmuş sənədlər götürülməklə iş materiallarına əlavə edilmişdir. İddia tələbinin hərracın nəticələrinin etibarsız hesab edilməsinə dair hissəsində iddiaçı bildirir ki, keçirilmiş açıq hərracdan məlumatı olmamış, mənzil təşkil edilmiş hərracdan dəyərindən 25% aşağı qiymətə Cavabdeh5 tərəfindən alınmışdır. ünvanin satılması məqsədilə keçirilmiş hərraca dair qovluq "xxxx” MMC-dən götürülməklə mülki işin materiallarına əlavə edilmişdir.İş materiallarından göründüyü kimi cavab deh “xxxx” MMC tərəfindən mübahisələndirilən mənzilin ilkin satış qiyməti, 68000 manat məbləğinə 22.02.2017-ci il tarixdə satışa çıxarılmışdır. “xxxx” MMC-nin 24 aprel 2017-ci il tarixli Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə Müqaviləyə və Hərracın nəticələri haqqında yekun Y-200 nömrəli Protokol əsasında ünvan 43350 manata alınmışdır. Hərrac yekunlaşdıqdan sonra daşınmaz əmlakı əldə etdiyi məbləğ arasında olan fərq 18340 (on səkkiz min üç yüz qırx) manat Bakı şəhəri Nərimanov rayon İcra və Probasiya Şöbəsinin hesabı Dövlət Xəzinədarlıq Agentliyinə ödənilib.Həmçinin açıq hərrac zamanı hərracın keçirilməsi barədə bildirişlərin tərəflərə göndərilməməsi və məlumatlarının olmamasına dair xüsusat isə öz təsdiqini tapmır. Çünki Hərrac təşkilatı tərəfindən keçirilmiş 1-ci və 2-ci hər rac zamanı girov qoyana rəsmi qaydada bildirişlər göndərilmişdir. İddiaçı X4 hərracın nəticələrini qəbul etmiş hesab etmişdir. Belə ki, iddiaçı Nümayəndə Bakı şəhəri Nərimanov rayon İcra və Probasiya Şöbəsinə müraciət edərək açıq hərracın nəticəsi olan, Dövlət Xəzinədarlıq Agentliyində Şöbənin depozit hesabına köçürülmüş (yaranmış fərq) 18340 manat məbləğini özünün “xxxx” Qapalı Səhmdar Cəmiyyətinin Binəqədi filialında olan hesabına köçürülməsini xahiş etmiş və köçürmə əməliyyatı 26 dekabr 2017-ci il tarixdə icra olunmaqla iddiaçının hesabına mədaxil edilmişdir. Bunu, məhkəmə iclasında iştirak edən Nümayəndə da təsdiq etmişdir.Belə ki, "xxxx” MMC-nin 20.04.2018-ci il tarixli ƏEM/A 113-441/18 nömrəli rəyində, mübahisəli mənzilin 07.11.2016-cı il tarixinə real bazar dəyəri müəyyən olunan zam an ancaq elektron (internet) alqı-satqı mənbələrinə istinad edilmişdir. Hamiya bəlli olduğu kimi rəydə sadalanan mənbələrdəki internet səhifələrdəki satışa çıxarılmış mənzillərin satış qiymətləri real satış dəyərlərindən daha yüksək göstərilir və alqı-satqı üzrə razılaşma zamanı qiymət elan qiymətindən aşağı salınır. Cavabdeh1 MMC ilə "xxxx” MMC qiymətləndirmə tarixləri arasında olan dövr üzrə mənzilin təmir olunması və mənzilin vəziyyətinin daha da yaxşılaşdırılması istisna deyildir. Həmçinin kifayətedici məlumatlar mövcuddur ki, “xxxx” MMC qiymətləndirmə rəyi reallığı əks etdirmir.Qiymətləndirmə zamanı istinad edilmiş mənbələr yeniemlak.az www.bina.az, www.evim.azqiymətləndirici mübahisəli əmlakın qiymətləndirilməsi zamanı ekspert və analitik yanaşmaları birlikdə aparmamışdır. Bu səbəb dən cavabdeh tərəfdən əmlakın təkrar qiymətləndirilməsi və digər ixtisaslaşdırılmış qiymətləndirmə təşkilatına həvalə edilməsi barədə vəsatət verilməsinə baxmayaraq təmin edilməmişdir.Bundan başqa, mübahisəli mənzilin açıq hərrac vasitəsilə satışının təşkilində və keçirilməsində heç bir qanun pozuntusuna yol verilməmişdir. Bunu məhkəmə qətnaməsindən görmək olar. Məhkəmə iddia tələbinin hərracın nəticələrinin ləğv edilməsi tələbinə münasibətdə törəmə hüquq münasibətlərinə istinad edərək qiymətləndirmə rəyinə münasibətdə hərracın nəticələri ləğv edilmişdir.Bakı Apellyasiya Məhkəməsi qanunvericiliyin göstərilən tələblərinə riayət etməmiş, mübahisənin maddi-hüquqi əsasını düzgün müəyyən etməmiş, işin hallarını tam və hərtərəfli aydınlaşdırmamış, işdəki sübutları müqayisəli şəkildə tədqiq etməm iş, bununla da işin faktiki hallarına uyğun olmayan nəticəyə gəlmişdir, qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Prosessual məsələlər: İddiaçının nümayəndəsi Nümayəndə məhkəmə kollegiyasının iclasında vəkilsiz iştirak etdiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-ci maddəsinə əsasən onun izahatı dinlənilmədi. Digər proses iştirakçılarına işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Lakin onlar məhkəmə iclasına gəlməmişlər və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsi nə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından göründüyü kimi, borc verən Cavabdeh5 ilə borc alan İddiaçı arasında 16 mart 2016-cı il tarixdə Bakı şəhəri 18 saylı Notariat Kontorunda bağlanmış kredit müqaviləsinə əsasən, borc verən borcalana 25000 manat məbləğində faizsiz borc vermiş, borc alan krediti 16.09.2016-cı il tarixədək borcverənə qaytarmağı öhdəsinə götürmüş, həmin kredit müqaviləsinin təminatı kimi tərəflər arasında 16.03.2016-cı il tarixdə girov müqaviləsi bağlanmış, girov müqaviləsinə əsasən İddiaçı ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 46,2 kv.m, yaşayış sahəsi 34,2 kv.m yardımçı sahəsi 12 kv.m olan 2 otaqlı mənzili Cavabdeh5 xeyrinə yüklü etmişdir. Borclu kredit müqaviləsi üzrə öhdəsinə düşən öhdəliyi lazımınca yerinə yetirmədiyindən Bakı şəhəri 18 saylı Notariat Kontorunun xüsusi notariusunun 05 oktyabr 2016-cı il tarixli 7E-19288 saylı İcra Qeydinə əsasən “Notariat haqqında” Qanunun 76-cı maddəsinə əsasən borcludan tələb olunan ödənilməmiş 25000 manat və 10 manat dövlət rüsumunun əvəzi, cəmi 25010 məbləğində pulun tutulması məqsədi ilə tutmanın girov predmeti olan ünvan 2 ünvanda yerləşən əmlaka yönəldilməsi, həmin əmlakın hərracda satılması qeyd edilmişdir. İcra qeydinin icrası məqsədi ilə Nərimanov Rayon İcra Şöbəsinin 20.10.2016-cı il tarixli 19303-10 saylı sifariş məktubu əsasında Cavabdeh1 MMC tərəfindən ipoteka predmeti olmuş əmlakın ilkin satış qiymətini müəyyən et mək üçün qiymətləndirmə işi həyata keçirilmiş, ipoteka predmetinə 03.11.2016- cı il tarixdə baxış keçirilərək, İddiaçı oğluna məxsus ünvan 68000 manata qiymətləndirilmiş və bu barədə 07.11.2016-cı il tarixdə 16-078 №-li əmlakın qiymətləndirilməsinin nəticələri haqqında hesabat tərtib edilmişdir. “xxxx” MMC-nin hərracın yekunları barədə 24.04.2017-ci il tarixli Y-200 №-li protokolun və hərracın yekunları üzrə əmlakın 24 aprel 2017-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən İddiaçı məxsus ünvan 68.000 manat ilkin satış qiyməti ilə hərraca çıxarılmış, «İpoteka haqqında» Qanunun 43.5 və 43.7-ci maddələrinə əsasən ilkin satış qiymətindən əvvəlcə 15%, sonradan isə daha 25% endirməklə, nəticədə qiyməti 43350 manata Cavabdeh5 satılmışdır. Birinci instansiya məhkəməsində iş üzrə məhkəmə ekspert izası təyin edilmiş və “xxxx” MMC tərəfindən 20.04.2018-ci il tarixli ƏEM/A 1135-1118 saylı ekspert rəyi verilmişdir. Həmin rəyə əsasən ünvannin 07.11.2016-cı il tarix üçün bazar dəyərinin 85000 manat olduğu göstərilmişdir. Apellyasiya instansiya məhkəməsi iddiaçının öz tələblərinin əsası kimi istinad etdiyi halları nəzərə alaraq və müəyyən edilən qiymətləri müqayisə edərək, hesab etmişdir ki, mübahisələndirilən hesabatdakı qiymətlərin reallığı əks etdirməməsi və bazar qiymətlərinə uyğun olmaması fikrinə gəlmək üçün əsaslar mövcuddur. Belə ki, mübahisələndirilən Cavabdeh1 MMC-nin tərtib etdiyi 07.11.2016-cı il tarixli 16-078 saylı hesabatda mənzilin qiyməti 68000 manat müəyyən edildiyi halda, “xxxx” MMC-nin 20.04.2018-ci il tarixli ƏEM/A 1135-1118 saylı ekspert rəyində həmin əmlakın qiymət i 85000 manat məbləğində müəyyən edilmişdir. Eyni zamanda mübahisələndirilən hesabatda qiymətləndiricinin hansı tədqiqat və ya əsaslara görə nəticəyə gəlməsi müfəssəl təsvir olunmamış, analoji əmlakların qiymətləri barədə məlumatlar və əmlakın dəyərinə təsir edən amillər göstərilməmişdir. Buna görə də, həmin əmlakın dəyərinin aşağı məbləğdə qiymətləndirilməsi öz təsdiqini tapdığına görə hesabatın etibarsız hesab edilməli olduğu, mübahisəli mənzilin satılması ilə bağlı hərracın nəticələri haqqında protokol, hərracın yekunları üzrə alqı-satqı müqaviləsi və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməsi qənaətinə gəlmişdir. Kassasiya instansiya məhkəməsi apellyasiya instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, “Qiymətləndirmə fəaliyyəti haqqınd a” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən qiymətləndirmə nəticələri haqqında hesabatların tərtib olunma qaydalarını müvafiq icra hakimiyyəti orqanı müəyyənləşdirir. Qiymətləndirmənin nəticələri haqqında hesabatda əmlakın bazar və ya digər dəyərlərinin yekun göstəricisi məhkəmə qaydasında ləğv edilmədikdə, həqiqi sayılır. “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən Qiymətləndirici hesabatında qiymətləndirilən obyektin bazar və digər dəyərinin həqiqiliyi ilə əlaqədar mübahisələrə məhkəmə tərəfindən baxılır. Bu halda mübahisəni baxılmaq üçün qəbul etmiş məhkəmənin mövcud prosessual qanunvericiliyin və bu Qanunun müddəalarını nəzərə alaraq qiymətləndirilən obyektin yenidən ekspert qiymətləndirilməsini təyin etmək hüququ vardır. İş materiallarından göründüyü kimi, Cavabdeh1 MMC-nin tərtib etdiyi 07.11.2016-cı il tarixli 16-078 saylı hesabatda mənzilin qiyməti 68000 manat müəyyən edildiyi halda, “xxxx” MMC-nin 20.04.2018-ci il tarixli ƏEM/A 1135-1118 saylı ekspert rəyində həmin əmlakın qiyməti 85000 manat məbləğində müəyyən edilmişdir. Həmçinin mübahisələndirilən hesabatda qiymətləndiricinin hansı tədqiqat və ya əsaslara görə nəticəyə gəlməsi müfəssəl təsvir olunmamış, analoji əmlakların qiymətləri barədə məlumatlar və əmlakın dəyərinə təsir edən amillər göstərilməmişdir. Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni subutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. Azərbaycan Respublikasının MPM-nin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Qeyd olunan Məcəllənin 76.2-ci maddəsinə görə bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 101.3.-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Kollegiya qeyd edir ki, ekspert rəyi sübut nö vlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, məhkəmə tərəfindən təyin edilərək alınmış ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Buna görə də, əmlakın həqiqi dəyərinin aşağı məbləğdə qiymətləndirilməsinə dair Cavabdeh1» MMC-nin tərtib etdiyi 07.11.2016-cı il tarixli 16-078 saylı hesabatı düzgün olaraq etibarsız hesab edilmişdir. Belə olan halda, həmin qiymətlərlə keçirilmiş hərrac və onun nəticələri də mötəbər olmadığından düzgün olaraq məhkəmə tərəfindən etibarsız hesab olunmuşdur. Belə ki, Mülki Məcəllənin 416.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Həm in Məcəllənin 416.2-ci maddəsində isə təsbit olunmuşdur ki, hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. Kollegiya hesab edir ki, hərrac keçirilən zamanı Mülki Məcəllənin 415-ci maddəsində göstərilən qaydaların pozulması müəyyən edilməsə də, hərraca çıxarılmış əmlakın bazar qiymətinə deyil, ondan aşağı məbləğdə qiymətləndirilməsi və satılması müəyyən edilmişdir. Halbuki hərracın keçirilməsinə dair xüsusi qaydalar müəyyən olunsa da, mahiyyət etibarı ilə hərrac müqavilənin bağlanması üçün keçirilir (Mülki Məcəllənin 414-cü maddəsi). Mülki Məcəllənin 398 və 597-ci maddələrinin birgə dəyərləndirilməsindən isə müəyyən olunur ki, müqavilənin qiyməti ya tərəflərin razılaşması, ya da oxşar əmlakın bazar qiymətinə uyğun olmalıdır. Bu baxımdan ko llegiya hesab edir ki, Mülki Məcəllənin 416.1-ci maddəsi geniş mənada təfsir olunaraq mübahisələndirilən hərracın, həmin Məcəllənin 416.2-ci maddəsinə əsasən hərracın nəticəsində bağlanmış müqavilənin və həmin Məcəllənin 337.4-cü maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməsi barədə iş üzrə gəlinən nəticə düzgün olmuşdur. Kassasiya şikayətinin dəlillərinə gəldikdə isə onılar apellyasiya şikayətinin dəlilləri ilə eyni olduğundan və həmin dəlillərə apellyasiya instansiya məhkəməsi tərəfindən ətraflı qiymət verildiyindən məhkəmə kollegiyası bu dəlillər üzrə əlavə araşdırma aparmağa zərurət görmür. Göstərilənlərə əsasən, kassasiya kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və qeyd edir ki, apellyasiya instansiyası m əhkəməsi iddianın təmin edilməsi barədə birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərdən əsaslı olan qətnaməsini dəyişiklik edilmədən saxlayarkən, hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhk əməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh5 kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 04.09.2018-ci il tarixli 2(103)-9738/2018 nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: İmza Hakimlər: İmzalar Əsli ilə düzdür. Ali Məhkəmənin hakimi E.R.Vəliyeva
Məhkəmə qərarları › İş №2(102)-779/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-779/2019
18.02.2019 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver