Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-779/2023 28.02.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyəti və maraqlı şəxs "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Yük Daşımaları Departamentinin X1rşı iş üzrə QƏRARİ İş № 2(102)-779/2023 (Açar sözlər: əmək münasibətlərindən irəli gələn mübahisə, işə bərpa) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlu (məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə və maraqlı şəxs "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Yük daşımaları Departamentinin X1rşı “əmrin ləğv edilməsi və məcburi iş buraxmay a görə ödənilməmiş əmək haqqı tələbi”nə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6589/2022 nömrəli, 18 oktyabr 2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 28 fevral 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi; İşin halları 1. "xxxx" Qapalı Səhmdar Cəmiyyəti Yük Daşımaları Departamentinin X2 07 oktyabr 2019-cu il tarixli 35/k saylı əmri ilə teplovoz maşinisti vəzifəsində işləyən İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndi (öz xahişi) ilə işdən azad edilmişdir.
2. Salyanı Rayon Məhkəməsinin 24 yanvar 2020-ci il tarixli qətnaməsi ilə İddiaçı işdən azad edilməsi haqqında "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Yük daşım aları Departamentinin X2 07 oktyabr 2019-cu il tarixli, 35/k saylı əmri ləğv edilmiş, İddiaçı teplovoz vəzifəsinə bərpa olunmuş və məcburi iş buraxdığı dövr ərzində ona əmək haqqının ödənilməsi "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Yük daşımaları Departamentinin X5 tapşırılmışdır.
3. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 08 iyul 2020-ci il tarixli qətnaməsi ilə "xxxx" QSC-nin Yük daşımaları Departamenti X2 apellyasiya şikayəti təmin edilmiş, Salyan Rayon Məhkəməsinin 24 yanvar 2020-ci il tarixli qətnaməsi ləğv edilmiş, iddia təmin edilməmişdir.
4. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 30 noyabr 2020-ci il tarixli qərarı ilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 08 iyul 2020-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş üzrə yeni qərar qəbul edil ərək, İddiaçı cavabdeh "xxxx" QSC-nin Yük Daşımaları Departamentinin X1rşı iddiası, ADY QSC-nin Yük Daşımaları Departamenti X7 hüquqi şəxs olmadığından təmin edilməmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun teplovoz maşinisti vəzifəsindən azad edilməsi barədə "xxxx" QSC tərəfindən 11 oktyabr 2020-ci il tarixdə mərkəzləşdirilmiş elektron informasiya sistemində yerləşdirilmiş 07 oktyabr 2019-cu il tarixli əmrin ləğv edilməsi, onun "xxxx" Qapalı Səhmdar Cəmiyyəti Yük Daşımaları Departamentinin X5 teplovoz maşinisti vəzifəsinə bərpa olunması və məcburi işburaxmaya görə ödənilməmiş əmək haqqının ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddia tələbi onunla əsaslandırılmış dır ki, "xxxx" QSC-nin 07 oktyabr 2019-cu il tarixli əmri ilə 11 oktyabr 2019-cu il tarixdə elektron qaydada əmək müqaviləsinə xitam vermişdir. İşçinin əmək müqaviləsinin bağlanılmasının və xitam verilməsinin mərkəzləşdirilmiş elektron informasiya sistemində elektron qaydada qeydiyyata alınması aidiyyəti səlahiyyətli orqan tərəfindən həyata keçirilir. Lakin iddiaçının işdən çıxarılması barədə cavabdehin rəsmi heç bir əmri və mərkəzləşdirilmiş elektron informasiya sistemində elektron qaydada əmək müqaviləsinə xitam verilməsi barədə bildiriş göndərilməmişdir. X2 əmri imzalamaq səlahiyyəti olmamış və əmr ləğv edilməlidir. Bundan əlavə, QSC-nin Yükdaşımaları departamenti Kommersiya qurumlarının dövlət reyestri məlumatlarında qeydiyyatdadır. İstənilən halda əmr əsassızdır və ləğv edilməlidir. X 3 dizel yanacağı ilə bağlı çatışmazlıq aşkar edildiyi üçün araşdırma aparmış və bununla bağlı onun işində ciddi çatışmazlıq aşkar edilmiş və bu məsələ ilə bağlı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə intizam məsuliyyətinə cəlb edilməsi qərara alınmışdır. X2 bu əmri imzalamağa səlahiyyəti yox idi və faktı sənədləşdirib dərhal tədbir görülməsi üçün aidiyyəti üzrə işə götürənə göndərməli idi. X7 əmr verməklə əmək qanunvericiliyinin tələblərini kobud surətdə pozmuşdur.
7. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 16 fevral 2021-ci il tarixli, 2(006)1820/2021 nömrəli qətnaməsi ilə (hakim N.T.Tağıyeva) iddia tələbi təmin edilməmişdir.
8. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə istinad edərək gəldiyi nəti cəni onunla əsaslandırmışdır ki, qüvvədə olan məhkəmə aktları ilə iddiaçının məhkəmədə mübahisələndirdiyi hallar artıq müəyyən edilmişdir
9. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə, “Sahibkarlıq fəaliyyəti ilə əlaqədar işlərə baxılarkən məhkəmə tərəfindən qanunvericiliyin tətbiqi təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 mart 2003-cü il tarixli 03 saylı qərarın 7-ci bəndinə, «Azərbaycan Respublikası MPM-nin 254.1.4-cü maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 mart 2004-cü il tarixli qərarına və “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli 04 saylı qərarın 6.2-ci bəndinə i stinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində birinci icraat
10. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.
11. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 20 may 2021-ci il tarixli, 2(103)-4489/2021 nömrəli qətnaməsi ilə (hakimlər – T.S.Səmədov (sədrlik edən və məruzəçi), hakim İ.S.Şirinov və A.V.Tanrıverdiyev) apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 16 fevral 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
12. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin əsaslandırılmasını təkrarlamışdır. c) Kassasiya instansiyası məhkəməsində birinci icraat
13. İddiaçı kassasiya şikayəti ver ərək, apelyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın tam təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
14. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 16 noyabr 2021-ci il tarixli, 2(102)-579/2021 nömrəli qərarı ilə (hakimlər – İ.Ə.Şəfiyev (sədrlik edən və məruzəçi), Ə.A.Əhmədov və V.T.Həsənov) kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 20 may 2021-ci il tarixli, 2(103)-4489/2021 nömrəli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir.
15. Kassasiya instansiyası məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən birinci instansiya məhkəməsinin işə Mülki Prosessual Məcəlləsinin 8 2-ci maddəsini tətbiq etməsi üçün əsasların olubolmamasını təhlil etməklə apellyasiya şikayətinin dəlilinə qiymət verməmişdir. İşə baxmış məhkəmələr, iddiaçının işə bərpa olunması barədə əvvəl verdiyi iddiası üzrə məhkəmə aktlarına istinad etməklə, iddiaçı tərəfindən təqdim olunmuş sübutları araşdırmamış, əvvəlki məhkəmə aktları ilə müəyyən olunmuş halları MPM-in 82.3-cü maddəsinə əsasən preyudisial hallar kimi qiymət vermişdir. Lakin məhkəmələr iddiaçının əvvəlki iddiası üzrə Salyan Rayon Məhkəməsinin 24 yanvar 2020-ci il tarixli qətnaməsinin və Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 08 iyul 2020-ci il tarixli qətnaməsinin ləğv edildiyini, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 30 noyabr 2020-ci il tarixli qərarında isə hər hansı hüquqi faktın müəyyən edi lmədiyini, yalnız maddi və prosessual hüquq normalarının tətbiqinə mövqe bildirildiyini nəzərə almamış, ləğv edilmiş və bununla da hüquqi qüvvəsi olmayan məhkəmə aktında müəyyən olunmuş halları məcburi saymışdır.
16. Məhkəmə kollegiyası qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüququ normalarının düzgün tətbiqini yoxlamaq üçün, işin faktik halları tam araşdırılmış olmalı, məhkəmə tərəfindən sübutlara hərtərəfli və tam baxıldıqdan sonra qiymət verilmiş olmalıdır.
17. Məhkəmə kollegiyası gəldiyi nəticəni Mülki Prosessual Məcəllənin 82.3, 217, 218.1-ci maddələrinə, Konstitusiya Məhkəməsi Plenumunun 30 dekabr 2008-ci il tarixli və 15 iyul 2015-ci il tarixli qərarlarına istinadla əsaslandırmışdır. ç) Apellyasiya instansiyası məhkəməsində ikinci icraat
18. Bakı Ape llyasiya Məhkəməsi Mülki kollegiyasının 28 fevral 2022-ci il tarixli, 2(103)-1957/2022 nömrəli qətnaməsi ilə (hakimlər – E.C.Kazımov (sədrlik edən və məruzəçi), A.Ə.İsgəndərov və İ.Ə.Kərimli) apellyasiya şikayəti təmin edilərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 16 fevral 2021-ci il tarixli, e-2(006)-1820/2021 nömrəli qətnaməsi ləğv edilmiş və iddianın təmin edilməsi, "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Yükdaşımaları Departamentinin X2 07 oktyabr 2019-cu il tarixli, 35/k saylı əmrinin ləğv edilməsi, İddiaçı əvvəlki vəzifəsinə bərpa edilməsi və ona məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi qət edilmişdir.
19. Məhkəmə kollegiyası öz mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçının işdən azad olunmasının həqiqi əsası onun əmək funksiyasının icrası zamanı az miqdarda dizel ya nacağını kənar şəxsə satması olunmuş, lakin əmr qanunsuz olaraq hazırda mübahisələndirilən əsasla rəsmiləşdirilmişdir. İşəgötürən iddiaçını daha ağır intizam tənbehi ilə işdən azad ediləcəyi ilə hədələyərək, iradəsinin əleyhinə əmək müqaviləsini öz təşəbbüsü ilə ləğv etməyə məcbur etmiş və bununla Əmək Məcəlləsinin 69-cu maddəsinin 7-ci bəndi pozulmuşdur. Bundan əlavə, işəgötürən tərəfindən Əmək Məcəlləsinin 69-cu maddəsi ilə nəzərdə tutulmuş xəbərdarlıq müddəti gözlənilməmişdir.
20. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 1-ci hissəsinə, 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə, 69-cu maddəsinin 1, 2, 3, 5 və 7-ci hissələrinə, 76-cı maddəsinə, 83-cü maddəsinin 1 və 2-ci hissələrinə, 300-cü maddəsinin 1-ci hissəsinə istinadla əsaslandırmışdır. d) Kassasiya instansiya məhkəməsində ikinci icraat
21. Cavabdeh "xxxx" QSC kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 28 fevral 2022-ci il tarixli, 2(103)-1957/2022 nömrəli qətnaməsinin ləğv olunması və iddia tələbinin rədd edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.
22. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı işdən çıxma ərizəsini rəhbərliyinin təkidi ilə yazmamış, öz iradəsini könüllü ifadə etmişdir. İşəgötürən iddiaçıya humanistlik göstərərək, onu öz xahişi ilə işdən azad etmişdir. Cavabdeh əmək müqaviləsinin ləğv edilməsi barədə əmri rəsmiləşdirərkən qanunvericiliyin tələblərinə tam riayət etmişdir. İddiaçı tərəfindən verilmiş ərizədə işdən çıxmaq istədiyi gün göstərilmiş və işə götürən tərəfindən o, elə həmin gün işdən azad edilmişdir. İddiaçını n ərizəni könüllü iradəsindən xaric yazmasını təsdiq edən sübut iş materiallarında mövcud deyildir. Apellyasiya instansiyası məhkəməsinin iddiaçının əsası olmayan izahatına istinad etməsi qanunsuzdur.
23. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 04 iyul 2022-ci il tarixli, 2(102)-3563/2022 nömrəli qərarı ilə (hakimlər – X8 (sədrlik edən və məruzəçi), X4 və X6) cavabdeh "xxxx" QSC tərəfindən verilmiş kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 28 fevral 2022-ci il i tarixli, 2(103)-1957/2022 nömrəli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir.
24. Məhkəmə kollegiyası öz mövqeyini onunla əsaslandırmışdır ki, işəgötürənin işçi ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəllə sinin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv edilməli olduğu halda, sonuncunun xahişi nəzərə alınmaqla, Məcəllənin 68-ci maddəsinin “a” bəndi ilə xitam verilməsində əmək qanunvericiliyin pozuntusuna səbəb olmasından ibarət apellyasiya instansiyası məhkəməsinin mövqeyi maddi hüquq normalarının tələblərinə uyğun deyildir. Əksinə, işəgötürənin öz ərizəsi ilə işdən çıxmasına dair işçiyə şərait yaratması ona güzəşt edilməsi kimi qiymətləndirilə bilər.
25. Həmçinin məhkəmə kollegiyası hesab etmişdir ki, işçi olan iddiaçı işəgötürənə ərizə verərkən, öz xahişi ilə 07 oktyabr 2019-cu il tarixdən, yəni ərizəni imzaladığı tarixdən işdən azad edilməsini xahiş etmiş və işəgötürən də məhz həmin tarixdə əmri rəsmiləşdirmişdir. Belə olan halda apellyasiya məhkəməsi tərəfindən Əmək Məcəlləsinin 69-cu maddəsin in 3 və 7-ci bəndlərinin tətbiqində səhvə yol verilmişdir. Belə ki, həmin maddənin adından da göründüyü kimi qeyd edilən norma əmək müqaviləsinin işəgötürən tərəfindən deyil, məhz işçi tərəfindən ləğv edilməsinin qaydasını tənzimləyir. Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən tərəflər arasında bağlanmış əmək müqaviləsinin ləğv edilməsinin təşəbbüskarı qismində məhz işçi çıxış edir. Sözügedən norma işçinin əmək müqaviləsini ləğv etmək hüququnu, Əmək Məcəlləsinin 69-cu maddəsi isə həmin hüququn necə realizə olunması qaydasını tənzimləyir. e) Apellyasiya instansiyası məhkəməsində üçüncü icraat
26. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6589/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə (hakimlər – E.C.Kazımov (sədrlik edən və məruzəçi), A.Ə. İsgəndərov və İ.Ə.Kərimli) İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinin qismən təmin edilməsi, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1820/2021 saylı, 16 fevral 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iş üzrə yeni qətnamə qəbul edilməsi, İddiaçı cavabdeh "xxxx" QSC və qeyrisinə qarşı "əmrin ləğv edilməsi, məcburi işburaxmaya görə ödənilməmiş əmək haqqı” tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir.
27. Məhkəmə kollegiyası iş üzrə apelyasiya insyansiya məhkəməsinin 28 fevral 2022-ci il tarixli, 2(103)-1957/2022 nömrəli qətnaməsi üzrə əsaslandırılmanı təkrarlamışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
28. İddiaçı kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6589/2022 nömrəl i, xx.xx.2022-ci il tarixli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.
29. Kassasiya şikayəti apellyasiya şikayətinin dəlillərinə uyğun əsaslandırılmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
30. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Əmək Məcəlləsi:
31. Maddə
68. Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Tərəflərdən birinin təşəbbüsü əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biridir.
32. Maddə
69. İşçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər. İşçi yaşa, əlilliyə görə əmək pensiyasına çıxdıqda, təhsilin i davam etdirmək üçün müvafiq təhsil müəssisəsinə daxil olduqda, yeni yaşayış yerinə köçdükdə, başqa işəgötürənlə əmək müqaviləsi bağladıqda, seksual qısnamaya məruz qaldıqda və qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda ərizəsində göstərdiyi gün əmək müqaviləsi ləğv edilə bilər. İşçi ərizəsində əmək münasibətlərini dayandırmaq istədiyi günü göstərməyibsə, xəbərdarlıq müddəti bitənədək bu maddə ilə müəyyən edilmiş əsasla əmək müqaviləsinin ləğv edilməsinə yol verilmir. İşəgötürən tərəfindən zor işlədilərək, hədəqorxu gələrək, yaxud hər hansı başqa üsulla işçinin iradəsinin əleyhinə əmək müqaviləsini ləğv etməyə onu məcbur etmək qadağandır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
33. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan is tifadə etməlidir.
34. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
35. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
36. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
37. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
38. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamas ına istinad etməyə yol verilmir.
39. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
40. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
41. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hə dləri
42. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
43. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
44. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya insta nsiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
45. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşd ırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.
46. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
47. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6589/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.