Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-7792/2019 16.12.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi - hakim), Əsgərov Qürbət Ağa oğlu, Hacıyev Sənan Firudin oğlundan ibarət tərkibdə, X9 oğlunun katibliyi, İddiaçının vəkili Vəkil2, cavabdehlər Cavabdeh2 və Cavabdeh3 vəkili Vəkil3 iştirakı ilə, İddiaçı-nin cavabdehlər Cavabdeh2, Cavabdeh3 oğluna, Cavabdeh1, Cavabdeh4, X1, Cavabdeh7, Cavabdeh2 və Cavabdeh6 qarşı “kredit borcunun ipotekaya qoyulmuş əmlaklara tutma yönəldilməklə tutulması” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-1108/2019 saylı, 18 aprel 2019-cu il tarixli qətnaməsindən İddiaçı-nin direktoru XXX, Vəkil2, cavabdehlər Cavabdeh2, Cavabdeh3 və onların vəkili Vəkil3 tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı-i cavabdehlər Cavabdeh1, Cavabdeh4, X2, Cavabdeh7, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh6 qarşı “ipotekaya qoyulmuş əmlaklara tutma yönəldilməsi və kredit borcunun tutulması tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 İddiaçı-nin xeyrinə 800 000 manat əsas borc, 85 129,34 manat məbləğində faiz borcu, 25 700,40 manat dəbbə pulu, cəmi 910 829,74 manat məbləğində borcun tutulması, cavabdehlər Cavabdeh5 və Cavabdeh7 XXX-dən və Cavabdeh6 XXXdən çıxarılmaları, İddiaçı-nə ipotekaya qoyulmuş Cavabdeh3 mülkiyyətində olan XXX, cavabdehlər Cavabdeh2 və Cav abdeh4 mülkiyyətində olan XXX, X1, XX və XXX saylı bağ evi, Cavabdeh4 mülkiyyətində olan XXXCavabdeh3 mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən 183,0 kv.m olan qeyri-yaşayış sahəsinin ilkin satış qiyməti müəyyən edilməklə acıq hərracdan satılması və əldə olunmuş vəsaitin Cavabdeh1 Banka olan kredit borcunun ödənilməsinə yönəldilməsi, ödənilmiş dövlət rüsumunun cavabdehlərdən iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin (hakim Abbas Əliyev) 2(005)-456/2017 saylı, 24 noyabr 2017-ci il tarixli qətnaməsi ilə İddiaçı-nin iddiası qismən təmin edilərək Cavabdeh1 04 aprel 2013-cü il tarixli 83/13 saylı kredit müqaviləsinə əsasən 800.000 manat əsas borc, 132 134 manat məbləğində faiz borcu, 45.000 manat cərimə, ümumilikdə 97713 4 manat və 30 manat dövlət rüsumunun tutulması, borc tələbinin ipoteka ilə yüklü edilmiş Cavabdeh2 məxsus XXX bağ evinə, XXX saylı mənzilinə, Cavabdeh3 məxsus ünvan X ünvanda yerləşən qeyri-yaşayış sahəsinə, XXXsaylı fərdi yaşayış evinə və Cavabdeh4 məxsus XXXsaylı bağ evinə, XXXsaylı mənzilinə yönəldilməsi, həmin daşınmaz əmlakların açıq hərraca çıxarılması, XXX bağ evinin açıq hərracda ilkin satış qiymətinin 55.000 manat, XXXsaylı bağ evinin açıq hərracda ilkin satış qiymətinin 130.000 manat, ünvan X ünvanda yerləşən qeyri-yaşayış sahəsinin açıq hərracda ilkin satış qiymətinin 470.000 manat, XXXsaylı mənzilin açıq hərracda ilkin satış qiymətinin 100 000 manat, XXXsaylı fərdi yaşayış evinin açıq hərracda ilkin satış qiyməti 370 000 manat, XXX saylı mənzilin açıq hərracda ilkin satış qiymə tinin 170 000 manat müəyyən edilməsi, əldə ediləcək vəsaitin Cavabdeh1 banka olan borcunun ödənilməsinə yönəldilməsi, qeyd edilən fərdi yaşayış evi və mənzil satıldıqdan sonra XXXsaylı mənzildə qeydiyyatda olan X3 və Cavabdeh7 XXXsaylı fərdi yaşayış evində qeydiyyatda olan Cavabdeh6 yaşayış sahəsini ən geci bir ay ərzində tərk etmələri, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər Vüsalə Baxışova - sədrlik edən və məruzəçi, Elmira Nağıyeva və Həmid Həmidov) 18 aprel 2019-cu il tarixli qətnaməsi ilə cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh1 və Cavabdeh4 apellyasiya şikayətləri qismən təmin edilmiş, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 2(005)-456/2017 saylı, 24 noyabr 2017ci il tarixli qətnaməsi dəbbə pulunun tutulması və tutma yönəldilmiş ipoteka predmeti olan əmlakların ilkin satış qiymətlərinə aid hissədə dəyişdirilərək cavabdeh Cavabdeh1 İddiaçı-nin xeyrinə 25.700 manat dəbbə pulunun tutulması, ipoteka predmeti olan XXX bağ evinin açıq hərracda ilkin satış qiyməti 115.700 manat, XXXsaylı bağ evinin açıq hərracda ilkin satış qiyməti 405.000 manat, ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış sahəsinin açıq hərracda ilkin satış qiymətinin 964.500 manat, XXXsaylı mənzilin açıq hərracda ilkin satış qiyməti 115.000 manat, XXXsaylı fərdi yaşayış evinin açıq hərracda ilkin satış qiyməti 900.000 manat, XXX saylı mənzilin açıq hərracda ilkin satış qiyməti 350.000 manat müəyyən edilməsi, qətnamənin mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. İddiaçı-nin direktoru XXX və V əkil2 kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 18 aprel 2019-cu il tarixli qətnaməsinin ləğv edilərək işə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdirlər. Cavabdehlər Cavabdeh2, Cavabdeh3 və onların vəkili Vəkil3 kassasiya şikayəti verərək iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 18 aprel 2019-cu il tarixli qətnaməsinin qismən dəbbə pulunun tutulması və cavabdehlərin ipoteka predmetləri satıldıqdan ən geci bir ay ərzində tərk etmələri hissəsində ləğv edilərək həmin hissədə işə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdirlər. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: İddiaçının kassasiya şikayəti onunla əsas landırılmışdır, apellyasiya instansiyası məhkəməsi məhkəmə tərəflərə eyni cür yanaşmamış, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxmamış, eləcə də, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməmişdir ki, nəticədə Azərbaycan Respublikası MPM-nin 8.2, 9.1, 88, 385.1.1 və 385.1.2-ci maddəsinin tələbləri pozulmuşdur. Belə ki, 2013-cü il tarixdə ipoteka müqavilələri imzalanarkən ipoteka predmetləri olan əmlaklar qiymətləndirilmiş və bu qiymətlər ipoteka müqaviləsində öz əksini tapmışdır. İpoteka predmetləri 27.10.2015-ci il tarixdə İddiaçı tərəfindən təkrar qiymətləndirilmişdir. Əmlakların qiymətlərindən aydın görünür ki, əmlakların qiyməti bir il ərzində iki dəfədən artıq artdığı müşayiət olunur. Azərbaycanda 2018-ci ildə əmlak bazarında qiymətlərin ik i dəfə bahalaşması halı olmamışdır. Qiymətləndirmə keçirilərkən normativ hüquqi aktların tələblərinin pozulması məhkəmə baxışında tədqiq olunmuş sənədlərlə öz təsdiqini tapmamışdır. İpoteka predmetlərinin qiymətləndirilməsinə dair 5 müxtəlif rəylərin olduğunu nəzərə alaraq, apellyasiya instansiya məhkəməsi həqiqəti müəyyən etmək üçün kompleks ekspertiza təyin etməli idi. Doqquz ay ərzində aparılan ekspertiza nəticəsində “xxxx” MMC tərəfindən verilmiş 15.03.2019-cu il tarixli ekspert rəyi iddiaçıya təqdim edilmədiyi, 2013-cü, 2015-ci, və 2017-ci il tarixlərdə aparılan qiymətləndirmələrdə xeyli miqdarda fərqin olmasına baxmayaraq ekspert rəyi məhkəmədə tədqiq edilmədiyi, iddiaçı tərəf olaraq ekspertə suallar vermək, etiraz etmək hüququndan istifadənin təmin edilmədiyi, əlavə ekspertizanın ke çirilməsi üçün kifayət qədər əsaslar olmasına baxmayaraq tələsik halda qərarın verilməsi prossesual hüquq normalarının pozulmasıdır. Apellyasiya instansiyası məhkəməsi qətnaməsinə əsasən dəbbə pulu 25700 manata endirmişdir. Məhkəmə cavabdehin 06.10.2015-ci il tarixdən ümumiyyətlə ödəniş etmədyini, məsuliyyətsizlik göstərərək ödənişlərdən yayındığını nəzərə almamışdır. Məhkəmə bu hala diqqət verməmiş, borcalanın mənafelərindən çıxış etmişdir. Nəticədə cavabdehlər banka vurduqları maddi zərərə görə məsuliyyətdən azad edilmişdirlər. Lakin apellyasiya məhkəməsinin məlum qətnaməsi borcalanlarda məsuliyyətsizlik hissi yaradır və bu hal barədə borcalanların ödənişdən yayınmasında adi hal kimi formalaşmasına şərait yaradır. Cavabdehlərin kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəbbə pulunun 25700 manat müəyyən edilməsi və mənzil satıldıqdan 1 ay sonra cavabdehlərin mənzili tərk etmələri hissələri ilə razı deyillər. Kredit müqaviləsi münasibətlərində dəbbə pulu gəlir vasitəsi kimi çıxış edə bilməz. Dəbbə pulu (cərimə) öhdəliklərin icrasının təmin edilməsi üsulu, öhdəliklərin icra olunmaması halında nəzərdə tutulan maliyyə sanksiyasıdır. Bu səbəbdən dəbbənin məbləği tənasübsüz surətdə yüksək ola bilməz. Mülki Məcəllənin 467-ci maddəsinə görə də məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Qətnamədən görünür ki, ipoteka predmeti olan evdən cavabdehlərin çıxarılması hissəsində iddianı təmin edərkən apellyasiya instansiya məhkəməsi "İpoteka haqqında" Qanunun 59.4 və 59.3-cü maddələ rinə istinad etmiş və belə nəticəyə gəlmişdir ki, ipotekaya qoyulmuş yaşayış sahəsi satıldıqdan sonra bir ay ərzində ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda, həmin şəxslər evdən və ya mənzildən məhkəmə qərarı əsasında məcburi qaydada çıxarıla bilərlər. İpoteka predmeti olan evdən cavabdehlərin çıxarılması hissəsində iddianı təmin edən apellyasiya instansiya məhkəməsinin qətnamədə gəldiyi bu nəticəni qanunvericiliyin tələblərinə ziddir. PROSESSUAL MƏSƏLƏLƏR: Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının vəkili Vəkil2 tərəflərindən verilmiş kassasiya şikayətinin dəlillərini müdafiə edərək təmin edilməsini, qarşı tərəfin kassasiya şikayətinə etiraz edərək təmin edilməməsi barədə qərar qəbul edilməsini xah iş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehlərin vəkili Vəkil3 tərəfindən verilmiş kassasiya şikayətinin dəlillərini müdafiə edərək təmin edilməsini, qarşı tərəfin kassasiya şikayətinə etiraz edərək təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Digər proses iştirakçıları işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər, lakin onlar məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Məhkəmə kollegiyası tərəflərin kassasiya şikayətinin dəlilləri əsasında qətnamənin qanuniliyini mübahisələndirilən hissələrdə yoxlayır. Məhkəmələr tərəfindən müəyyən edilmiş işin hallarına əsasən: İddiaçı-nin “Sumqayıt” filialı tərəfindən Cavabdeh1 çörək zavodunun tikintisi və avadanlıqların alınması üçün 84 ay müddətinə (04.04.2020-ci il tarixədək) 800.000 manat məbləğində kredit verilmişdir. Kredit üzrə faizlər şərti olaraq 360 gün götürülən illik faiz dövrünün kreditdən istifadə edilmiş günlərinin faktiki sayına görə hər gün illik 6% ilə hesablanmışdır. 11.04.2013-cü il tarixli və 28.05.2013-cü il tarixli kassa məxaric orderləri ilə kredit məbləğinin Cavabdeh1 verildiyi təsdiq olunur və bu hal borcalan tərəfindən mübahisələndirilmir. Kredit öhdəliyinin təminatı olaraq 11.04.2013-cü il tarixli, 01 nömrəli ipoteka müqaviləsi ilə Cavabdeh3 mülkiyyətində olan likvid dəyəri 370.000 manat müəyyən edilmiş X1saylı ev, Cavabdeh2 və Cavabdeh4 mülkiyyətində olan likvid dəyəri 55.000 manat olan XXX ev, likvid dəyəri 170.000 manat olan XXX mənzili, likvid dəyəri 130.000 manat olan XXX saylı bağ evi, 08.05.2013cü il tarixli, 03 nömrəli ipoteka müqaviləsi ilə Cavabdeh4 mülkiyyətində olan likvid dəyəri 100.000 manat olan XXX saylı mənzili, 08.05.2013-cü il tarixli, 04 nömrəli ipoteka müqaviləsi ilə Cavabdeh3 mülkiyyətində olan likvid dəyəri 470.000 manat olan ünvan X ünvanda yerləşən sahəsi 183,0 kv.m olan qeyri-yaşayış sahəsi ipoteka ilə yüklü edilmişdir. İpoteka müqavilələrinin və ipoteka predmetinə tutma yönəldilməsi barədə bildirişlərin dövlət qeydiyyatına alındığını sübut ödən sənədlər işə əlavə edilmişdir. 14.02.2017-ci il tarixli arayışdan görünür ki, borcalan Cavabdeh1 04.04.2013-cü tarixli kredit müqaviləsi üzrə 14 fevral 2017-ci il tarixə əsas borcu 800000 manat, faiz borcu 132134 manat, dəbbə borcu 55700,40 manat, cəmi kredit üzrə borcu 987834,4 manat təşkil etmişdir. Borcun ödənilməsi barədə bank tərəfindən cavabdehlərə 13 noyabr 2015-ci il tarixdə xəbərdarlıq göndərilmişdir. İşə birinci instansiya qaydasında baxan məhkəmə tərəfindən ipoteka ilə yüklü edilmiş əmlakların qiymətləndirilməsi ekspertizası təyin edilmiş və Azərbaycan Respublikası “xxxx” MMCnin 23.05.2017-ci il tarixli ekspert rəyi ilə əmlaklara ipoteka müqavilələrindəki likvid qiymətlərlə eyni qiymət qoyulmuşdur. Məhkəmə Ekspertizası Mərkəzinin 17 oktyabr 2017-ci il tarixli, 7546 nömrəli ekspert rəyi ilə müəyyən edilmişdir ki, Cavabdeh1 04 aprel 2013-cü il tarixli, 83/13 nömrəli kredit müqaviləsi üzrə 10.03.2016-cı il tarixə banka olan borcu 885.263 manat müəyyən edilir ki, o cümlədən: əsas borc üzrə 800.000 manat, faiz borcu üzrə 85.263 manat, 14.03.2017-ci il tarixə banka olan borcu 933.796 manat, o cümlədən: əsas borc üzrə 800.000 manat, faiz borcu üzrə 133,796 manat təşkil edir. Kreditin qaytarılması üzrə ödəniş qrafiki məhkəməyə təqdim edilməmişdir. Apellyasiya məhkəməsi tərəfindən cavabdehlərin vəsatəti əsasında təyin edilərək alınmış “xxxx” MMC-nin 02.10.2018-ci il tarixli qiymətləndirmə hesabatlarında XXX nömrəli bağ evinin bazar dəyəri 115.700 manat, XXX nömrəli evin X nömrəli mənzilinin bazar dəyəri 350.000 manat, XXXnömrəli evin bazar dəyəri 900.000 manat, XXX saylı bağ evinin bazar dəyəri 475.000 manat, ünvan X ünvanda yerləşən qeyri-yaşayış sahəsinin bazar dəyəri 964.500 manat, XXXsaylı mənzilinin bazar dəyəri 122.600 manat göstərilmişdir. Apellyasiya məhkəm əsi tərəfindən iddiaçının vəsatəti əsasında təyin edilərək alınmış “xxxx” MMC-nin 15 mart 2019-cu il tarixli qiymətləndirmə rəylərində XXX nömrəli bağ evinin bazar dəyəri 120.000 manat, XXXnömrəli mənzilinin bazar dəyəri 355.000 manat, XXXnömrəli evin bazar dəyəri 910.000 manat, XXX saylı bağ evinin hazırki bazar dəyəri 405.000 manat, ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış sahəsinin hazırki bazar dəyəri 970.000 manat, XXXsaylı mənzilinin hazırki bazar dəyəri 115.000 manat qeyd edilmişdir. Apellyasiya instansiyası məhkəməsi işdə olan hər 3 qiymətləndirmə rəyini araşdıraraq hesab etmişdir ki, ipoteka predmetlərini qiymətləndirən “xxxx” MMC-nin 23.05.2017-ci il tarixli ekspert rəyləri üzrə ekspert əmlakların real bazar dəyərinin müəyyənləşdirilməsi üçün heç bir araşdırma aparmadığını, daşınma z əmlakların 2013-cü ildə bağlanmış ipoteka müqavilələrindəki likvid qiymətləri ilə ötən 4 il ərzində artım və ya azalma olmamasının inandırıcı olmadığını qeyd edərək, həmin rəyləri mötəbər sübut kimi qəbul etməmişdir. Apellyasiya məhkəməsi tərəfindən keşirilmiş digər iki rəylərdə qiymətləndiricilər tərəfindən daşınmaz əmlakların müəyyən edilmiş bazar qiymətləri arasında kəskin fərq olmasa da müəyyən fərqlər olduğundan apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, əmlakların hər iki rəy əsasında müəyyən edilmiş ən aşağı qiyməti ilkin satış qiyməti kimi əsas götürülərək XXX bağ evinin açıq hərracda ilkin satış qiyməti 115700 manat, XXXsaylı bağ evinin açıq hərracda ilkin satış qiyməti 405000 manat, ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış sahəsinin açıq hərracda ilkin satış qiymətinin 964500 manat, XXXsaylı mənzilin açıq hərracda ilkin satış qiyməti 115000 manat, XXXsaylı fərdi yaşayış evinin açıq hərracda ilkin satış qiyməti 900.000 manat, XXX saylı mənzilin açıq hərracda ilkin satış qiyməti 350000 manat müəyyən edilməlidir. Apellyasiya instansiyası məhkəməsi həmçinin dəbbə pulu tutulması hissəsində birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşmayaraq qeyd etmişdir ki, bank kredit borcunun vaxtından əvvəl qaytarılması barədə iddia qaldırmaqla tərəflər arasında müqavilə münasibətlərini davam etdirmək niyyətində olmadığını göstərdiyindən iddia qaldırıldıqdan sonra cavabdehdən birdəfəyə ödənilməsi tələb edilən kredit borcunun razılaşdırılmış qrafik üzrə ödənişinin həyata keçirilməsini tələb etməyə və işə məhkəmədə baxılarkən ödənişin həyata keçirilmə məsi ilə əlaqədar dəbbə pulu hesablamağa haqlı olmamışdır. Buna görə də məhkəmə hesab etmişdir ki, dəbbə pulu tələbi yalnız ilkin iddia ərizəsində qeyd edilən məbləğdə, yəni 25700,40 manat hissəsində təmin edilməli, qalan hissədə rədd edilməli, qətnamə ipoteka predmeti olan əmlaklara tutma yönəldildikdən və onlar satıldıqdan sonra ipoteka qoyan və ailə üzvlərinin yaşayış sahəsini ən geci bir ay ərzində tərk etmələrinə dair hissədə “İpoteka haqqında” Azərbaycan Respublikası 59-cu maddəsinin tələblərinə uyğun olduğu üçün həmin hissədə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslıdır. Beləki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 09 iyul 2009-cu il tarixli qərarında belə bir hüquqi mövqe müəyyən edilmişdir ki, kredit borcunun qaytarılmaması kimi işlərə baxılarkən borclu şəxsin mülkiyyət maraqları qorunmalı və onun həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasının qarşısı alınmalıdır. Bank müştərilərinin depozitləri üzrə öhdəliklərinin lazımınca yerinə yetirilməsində ifadə olunan ümumi maraqla borclu şəxsin mülkiyyət hüquqlarının mü dafiəsi arasında ədalətli tarazlığa nail olunmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi haqlı olaraq cavabdehdən tələb edilən kredit müqaviləsi üzrə 25700 manat dəbbə pulunun işə məhkəmədə baxılan dövrdə artırılması və cavabdehdən birdəfəyə ödənilməsi tələb edilən kredit borcunun razılaşdırılmış qrafik üzrə ödənişinin həyata keçirilmədiyinə görə məhkəmə dövründə əlavə dəbbə pulu hesablanmasını əsassız hesab etmiş və düzgü olaraq dəbbə pulu hissəsini yalnız 25.700 manat hissədə təmin etmişdir. Məhkəmə kollegiyası iddiaçının və cavabdehin kassasiya şikayətinin dəbbə pulunun məbləği ilə bağlı dəlillərini əsasız hesab edərək, qeyd edir ki, dəbbə pulu müəyyən edilərkən həm kreditorun əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə almışdır. İpotekanı n satış qiymətinin müəyyən edilməsinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, Mülki Məcəllənin 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Mülki Məcəllənin 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanu nunun 39.3.3-cü maddəsinə əsasən İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 101.3.-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 102.2-ci maddəsinə əsasən məhkəmə, əsassızlığına görə ekspertin rəyi ilə razılaşmadıqda, habelə bir neçə ekspertin rəyləri arasında ziddiyyətlər olduqda, ekspertiza aparılmasını başqa ekspertə və ya ekspertlərə tapşırmaqla, təkrar ekspertiza təyin edə bilər. Həmin Məcəllənin 102.2-ci maddəsinə əsasən məhkəmə, əsassızlığına görə ekspertin rəyi ilə razılaşmadıqda, habelə bir neçə ekspertin rəyləri arasında ziddiyyətlər olduqda, ek spertiza aparılmasını başqa ekspertə və ya ekspertlərə tapşırmaqla, təkrar ekspertiza təyin edə bilər. İş materiallarından görünür ki, apellyasiya məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən təyin edilərək keçirilmiş “xxxx” MMC-nin 23.05.2017-ci il tarixli ekspert rəylərini əsaslı hesab etməyərək, daşınmaz əmlakların 2013-cü ildə bağlanmış ipoteka müqavilələrindəki likvid qiymətləri ilə ötən 4 il ərzində artım və ya azalma olmamasının inandırıcı olmadığını qeyd edərək, həmin rəyləri mötəbər sübut kimi qəbul etməmiş və sonradan həm cavabdehlərin, həm də iddiaçının vəsatəti əsasında 2 qiymətləndirmərəyi alınmış və son iki rəylə müəyyən edilən ipoteka predmetlərinin qiymətləri bir-birinə uyğun olmuşdur. Buna görə də, apellyasiya məhkəməsi həminki rəyə uyğun olaraq ipoteka predmetlərinin satış qiymətlərini müəyyən etmişdir. İddiaçının kassasiya şikayətinin ekspert rəylərinin məhkəmə tərəfindən düzgün qiymətləndirilməməsi ilə bağlı dəlillərini məhkəmə kollegiyası əsassız hesab edir. Belə ki, apellyasiya məhkəməsi tərəfindən işdə olan ekspert rəyləri ətraflı araşdırılmış, 23.05.2017-ci il tarixli ekspert rəyi ilə razılaşmamasını iş üzrə qətnamədə əsaslandırmış, cavabdehlərin vəsatəti əsasında təyin edilərək alınmış “xxxx” MMC-nin 02.10.2018-ci il tarixli qiymətləndirmə rəyi ilə əvvəlki rəy arasında ziddiyyət olduğundan iş üzrə iddiaçının vəsatəti əsasında təkrar ekspertiza rəyi almış və son iki rəylə müəyyən edilmiş qiymətlər oxşar olduğundan həmin rəyləri mötəbər sübut kimi qəbul etmiş, bu zaman hər hansı prossesual pozuntuya yol verməmişdir. Həmçinin məhkəmə kollegiyası q eyd edir ki, “İpoteka haqqında” Qanunun 59.3, 59.3.1 və 59.3.2-ci maddələrinin tələblərinə görə ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik gö türmüş sayılırlar. Həmin Qanunun 59.4-cü maddəsində isə təsbit olunmuşdur ki, bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmin şəxslər evdən və ya mənzildən müvafiq olaraq tutmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılırlar. Mülki Məcəllənin 203.3.1-ci maddəsinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş əsaslarla həyata keçirilən öhdəliklər üzrə tutmanın əmlaka yönəldilməsi zamanı əmlakın mülkiyyətçidən məcburi alınmasına yol verilir. İş materiallarında olan Cavabdeh6, Cavabdeh2, Cavabdeh3, Cavabdeh7, X4, Cavabdeh5 tərəfindən yazılmış ərizələrin təsdiq olunmuş surətindən görünür ki, ipoteka qoyan mülkiy yətçilərin ailə üzvləri əmlakların ipotekaya qoyulmasına etiraz etməmiş, ipotekaya qoyulmuş əmlaka ödəniş yönəldiyi halda heç bir məhkəmə qətnaməsi tələb etmədən və məhkəməyə müraciət etmədən qeyd-şərtsiz tərk etmək və əmlakı kredit verən təşkilatın tam sərəncamına verilməsinə dair öhdəlik götürmüşlər. Buna görə də, cavabdehlərin kassasiya şikayətinin ipoteka predmetinə tutma yönəldikdən və mənzil satıldıqdan sonra ən geci 1 ay ərzində mənzildən çıxarılma və mənzilin boşaldılması hissəsində məhkəmələrin səhv nəticəyə gəlməsi barədə dəlilləri əsassızdır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işi n faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, gəldiyi nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verilməklə tərəfindən Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarının 17-ci bəndinin tövsiyəsinə, eləcə də MPM-in 14, 77, 88, 217, 218-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Buna görə də, kassasiya şikayətlərinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. Bu səbəbdən, kassasiya şikayə tləri təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissələrdə dəyişiklik edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayətləri təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-1108/19 saylı, 18 aprel 2019-cu il tarixli qətnaməsi mübahisələndirilən hissələrdə dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-7792/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-7792/2019
16.12.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver