Məhkəmə qərarları › İş №2(102)-7794/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-7794/2019

26.11.2019 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-7794/2019 26.11.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əhmədov Əhməd Abbas oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Dəmirov İlqar Kamal oğlundan oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X3, İddiaçı, vəkili X1, Cavabdeh vəkili X2 iştirakları ilə açıq məhkəmə iclasında, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 10 iyul 2019-cu il tarixli, 2(103)676/2019 saylı qətnaməsindən Cavabdeh kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri, Səbail rayon məhkəməsinin 06 sentyabr 2016-cı il tarixli, 2(009)455/2016 saylı qətnaməsi ilə (sədrlik edən, ha kim A.V.Tanrıverdiyev) İddiaçı Cavabdeh qarşı “mülkiyyətdə olan qeyri-yaşayış sahəsindən məcburi qaydada çıxarılma” barədə iddiası təmin edilərək, cavabdehin iddiaçıya məxsus ünvan 1 ünvanda yerləşən sahəsi 169,3 kv.metr olan qeyri-yaşayış sahəsindən çıxarılması qət edilib. Cavabdeh qətnamədən apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 10 iyul 2019-cu il tarixli, 2(103)676/2019 saylı qətnaməsi ilə (hakimlər A.N.İmanov sərdlik edən, məruzəçi, A.Q.Hüseynov və V.N.Sadıqov) apellyasiya şikayəti təmin edilmədən, iş üzrə Bakı şəhəri, Səbail rayon məhkəməsinin 06 sentyabr 2016-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılıb. Cavabdeh qətnamədən kassasiya şikayəti verib. İŞİN HALLARİ: İşdən görünür ki, iddiaçı məhkəmədə cavabdehə qarşı “mülkiyyətdə olan qeyriyaş ayış sahəsindən məcburi qaydada çıxarılma” barədə iddia qaldırıb və tələbini onunla əsaslandırıb ki, ünvan 1 ünvanda yerləşən sahəsi 169,3 kv.metr olan qeyri-yaşayış sahəsi xüsusi mülkiyyətindədir. Həmin qeyri-yaşayış sahəsini müəyyən müddətdə istifadə etməsi üçün qardaşı Cavabdeh verib. Hazırda həmin qeyri-yaşayış sahəsini ondan geri istəyir və oranın boşaldılmasını tələb edir. Lakin cavabdeh həmin qeyri-yaşayış sahəsindən könüllü çıxmaq istəmir. Bununla da onun qanunla qorunan mülkiyyət hüququ pozulur. Ona görə də iddia ərizəsinin təmin edilməsini xahiş edir. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilib. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kassasiya şikayəti onunla əsaslandırılıb ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi, prosessual hüquq normalarının tələ blərini pozaraq, işin həqiqi halları üzrə səhv nəticəyə gəlib və işə əlavə edilmiş sübutlara düzgün hüquqi qiymət verməyib. Kassasiya şikayətində iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, iddia ərizəsinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsi xahiş olunub. Kassasiya şikayətinə dair etiraz ərizəsi daxil olmayıb. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə iclasında Cavabdeh vəkili xxx kassasiya şikayətində göstərilənlərə uyğun olaraq izahat verdi. İddiaçı və vəkili xxx məhkəmə iclasında kassasiya şikayətinin dəlilləri ilə razılaşmayıb, izahatlarında kassasiya şikayətinin təmin edilmədən, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Cavabdeh və cavabdeh xxx məhkəmə iclasının vaxtı və yeri ha qqında lazımi qaydada xəbərdar edilsələr də üzrsüz səbəblərdən məhkəmə iclasına gəlmədikləri üçün kassasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etdi. HÜQUQİ MƏSƏLƏLƏR Kassasiya instansiyası məhkəməsi məruzəçini, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, apellyasiya instansiyası məhkəməsinin maddi, prosessual hüquq normalarının tələblərini düzgün tətbiq etməsini yoxlayıb, hesab edir ki, aşağıdakılara görə kassasiya şikayəti təmin edilmədən, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasi ya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnamiəsini dəyişdirilmədən, apellyasiya şikayətini təmin edilmədən saxlayarkən, mübahisəli qeyriyaşayış sahəsinin iddiaçının mülkiyyətində olmasına, cavabdehin həmin qeyri-yaşayış sahəsinin üzərində hər hansı hüququnun əmələ gəlməməsinə istinad edib və hüquqi mövqeyini Mülki Məcəllənin 157.2-ci maddəsinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahis əyə düzgün tətbiq edib, maddi hüquq normalarının tətbiqində və təfsirində səhvə yol verməyib və işdə, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün prosessual əsaslar yoxdur. Belə ki, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş həqiqi hallarından görünür ki, 03 fevral 2004-cü il tarixli “mülkiyyət hüququ haqqında” şəhadətnaməyə əsasən ünvan 1 ünvanda yerləşən sahəsi 169,3 kv.metr olan qeyriyaşayış sahəsi mülkiyyət hüququ üzrə iddiaçının adına qeydə alınıb. Bakı şəhəri, Səbail rayon məhkəməsinin 29 iyun 2018-ci il tarixli qətnaməsi ilə Cavabdeh İddiaçı və digərlərinə qarşı “alqı-satqı müqaviləsinin, mülkiyyət hüququna dair qeydiyyatın və çıxarışın etibarsız hesab edilməsi, müqavilənin onunla bağlanmış h esab edilməsi” barədə iddiası qismən təmin edilərək, x ünvanda yerləşən sahəsi 169.3 kv.metr olan qeyri-yaşayış sahəsinin alqı-satqısına dair İddiaçıla xxx arasında 24 yanvar 2004-cü il tarixdə bağlanmış alqı-satqı müqaviləsinin, həmin alqı-satqı müqaviləsi əsasında qeyri yaşayış sahəsinə dair İddiaçı adına aparılmış qeydiyyatın və bu qeydiyyata dair dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməsi, həmin qeyri-yaşayış sahəsinə dair alqısatqı müqaviləsinin Cavabdehla xxx arasında bağlanmış hesab edilməsi, hazırki qətnamənin Cavabdeh qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün əsas olması, iddia tələbinin “mənəvi zərərin əvəzinin ödənilməsi” hissəsində rədd olunması qət edilib. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiy asının 29 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə İddiaçı apellyasiya şikayəti təmin edilərək, iş üzrə Bakı şəhəri, Səbail rayon məhkəməsinin 29 iyun 2018-ci il tarixli qətnaməsi ləğv edilib, iş üzrə yeni qətnamə qəbul edilməklə iddia tələbi rədd edilib. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 29 aprel 2019-cu il tarixli qətnaməsi ilə Cavabdeh kassasiya şikayəti təmin edilmədən, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 29 oktyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılıb. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşıb, kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlillərini, mülki iş materiallarını araşdırıb müəyən etmişdir ki, mübahisəli qeyri yaşa yış sahəsi iddiaçının xüsusi mülkiyyətindədir və cavabdehin həmin qeyri-yaşayış sahəsi üzərində hər hansı hüququ əmələ gəlməmişdir. Cavabdehin qeyri-yaşayış sahəsi üzərində qanunla qorunan hər hansı hüququnun əmələ gəlməməsi qanuni qüvvəyə minmiş məhkəmə aktları ilə də təsdiq edilmişdir. Göründüyü kimi cavabdehin təqsiri üzündən iddiaçı mülkiyyətində olan qeyriyaşayış sahəsinə dair sahiblik, ondan istifadə və onun üzərində sərəncam vermək hüququnu həyata keçirə bilmir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyasının 29-cu maddəsinin 2-ci bəndinə görə, mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla q orunur. Konstitusiyanın mülkiyyət hüququna dair müddəalarını İnkişaf etdirən Mülki Məcəllənin 152-ci maddəsində təsbit edilmişdir ki, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Sahiblik hüququ- əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadə hüququ- əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 157.2-ci maddəsinə görə, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşıb, kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlillərini araşıdırıb, sadalanan maddi hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə tətbiq edib haqlı olaraq qeyd etmişdir ki, iddia tələbini təmin etməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlib və sadalanan maddi hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib. Cavabdeh kassasiya şikayətində mübahisəli qeyri yaşayış sahəsinin ona məxsus olduğunu, Rusiya Federasiyasının vətəndaşı olduğu üçün qeyri-yaşayış sahəsini qardaşı olan iddiaçının adına rəsmiləşdirdiy ini, qeyri-yaşayış sahəsini satın almaq üçün əvvəlki mülkiyyətçiyə 49.900 manat pul ödədiyini və sair göstərsə də, kassasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır. Belə ki, əvvəla, mübahisəli qeyri-yaşayış sahəsinin iddiaçının mülkiyyətində olması qanuni qüvvəyə minmiş məhkəmə aktları ilə müəyyən edilmişdir. Digər tərəfdən Azərbaycan Respublikası MPM-nin 81-ci maddəsinə görə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası ki mi istinad etdiyi halları sübut etməlidir. Sadalanan mülki prosessual hüquq normalarının mənasına görə iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Hazırkı, işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının məzmunu nəzərə alınmaqla, apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün müəyyən edilib. Bu baxımdan kassasiya instansiyası məhkəməsi hesab edir ki, mübahisəli qeyri yaşayış sahəsinin iddiaçının mülkiyyətində olması mülki iş materialları ilə istisna edilmədiyindən cavabdehin kassasiya şikayətinin dəlilləri əsaslı sayıla bilməz. Çünki cavabdehin həmin qeyri-yaşayış sahəsi üzərində qanunla qorunan hər hansı hüququ əmələ gəlməmişdir. Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinin dəlillərini müzakirə edib hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işin yuxarıda müəyyən edilmiş faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlib, işə əlavə edilmiş sübutlara sadalanan maddi, prosessual hüquq normalarının tələbləri baxımından düzgün hüquqi qiymət verib və gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki halları tam, hərtərəfli və obyektiv araşdırıb. Ona görə də kassasiya şikayətinin dəlilləri öz təsdiqini tapmadığından, iş üzrə apellyasiya instansiya məh kəməsinin qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416-420-ci maddələrinin tələblərini rəhbər tutaraq kassasiya instansiyası məhkəməsi QƏRARA ALDİ: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 10 iyul 2019-cu il tarixli, 2(103)-676/2019 saylı qətnaməsi kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar