Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-78/2020 08.01.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası, hakimlər Əsgərov Qürbət Ağa oğlunun sədrliyi və məruzəsi ilə, Vəliyeva Elşanə Rafiq qızı və Hacıyev Sənan Firudin oğlundan ibarət tərkibdə, Babayeva Məlahət Əfqan qızının katibliyi ilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 31 iyul 2019-cu il tarixli qətnaməsindən Cavabdeh və vəkili X5 oğlunun kassasiya şikayəti üzrə işə baxaraq, MÜƏYYƏN ETDİ: Salyan Rayon Məhkəməsinin 16 iyun 2017-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh 17000 manat pul və iddiaçıya məxsus qızıl-zinət əşyalarının dəyəri qismində 80 0 manat pul olmaqla, cəmi 17800 (on yeddi min səkkiz yüz) manat məbləğində pulun alınaraq İddiaçı verilməsi, iddianın qalan hissədə təmin edilməməsi, iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun 20 faizinin iddiaçıya, 80 faizinin cavabdehə aid edilməsi, cavabdehdən 24 manat pulun alınaraq iddiaçıya verilməsi qət edilmişdir. Şirvan Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər T.X.Heydərov (sədrlik edən və məruzəçi) N.F.Mirzəyev və Z.B.Babayevdən ibarət tərkibdə) 21 noyabr 2017-ci il tarixli, 2(106)-2631/2017 saylı qətnaməsi ilə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Salyan Rayon Məhkəməsinin 16 iyun 2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 16 aprel 201 8-ci il tarixli, 2(102)-2596/18 saylı qərarı ilə (hakimlər M.T.Əhmədova (sədrlik edən və məruzəçi), Ə.M.Rüstəmov və Ə.G.Nurməmmədovdan ibarət tərkibdə) Cavabdeh kassasiya şikayəti təmin olunaraq, Şirvan Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 21 noyabr 2017-ci il tarixli, 2(106)-2631/2017 saylı qətnaməsinin ləğv edilməsi və mülki iş yenidən baxılması üçün Şirvan Apelyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Şirvan Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər Q.B.Kərimov (sədrlik edən və məruzəçi), Z.A.Zeynalov və İ.Q.Əsədovdan ibarət tərkibdə) 04 sentyabr 2018-ci il tarixli, 2(106)-1978/2018 saylı qətnaməsi ilə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Salyan Rayon Məhkəməsinin 2(057)-1462/2017 saylı, 16 iyun 2017-ci il tarixli qətnaməs i Cavabdeh 17000 (on yeddi min) manat pulun tutulması hissəsində ləğv edilməsi, iddia tələbinin həmin hissədə qismən təmin edilməsi, Cavabdeh 10000 (on min) manat pulun alınaraq İddiaçı verilməsi, Salyan Rayon Məhkəməsinin 2(057)-1462/2017 saylı, 16 iyun 2017-ci il tarixli qətnaməsi Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 19 fevarl 2019-cu il tarixli, 2(102)-1097/2019 saylı qərarı ilə (hakimlər İ.K.Dəmirov (sədrlik edən və məruzəçi), A.Ə.İsgəndərov və Ə.A.Əhmədovdan ibarət tərkibdə) İddiaçı və Cavabdeh ayrı-ayrılıqda verdikləri kassasiya şikayətləri qismən təmin edilərək, Şirvan Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 04 sentyabr 2018-ci il tarix li, 2(106)-1978/2018 saylı qətnaməsinin ləğv edilməsi və iş yenidən baxılması Şirvan Apelyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 31 iyul 2019-cu il tarixli 2(106)-1908/2019 saylı qətnaməsi ilə (sədrlik edən və məruzəçi hakim F.Abbasov, hakimlər E.Camalov və T.Kərimov) Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməyərək Salyan Rayon Məhkəməsinin 16 iyun 2017-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. İŞİN HALLARİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 17000 manat pulun, dəyəri 300 manat olan 2 qram 583 əyarlı üzüyün, dəyəri 1000 manat olan 11 qram 583 əyarlı boyunbağının, dəyəri 250 manat olan 3 qram 585 əyarlı üzüyün, dəyəri 300 manat olan 3 q ram sırğanın, dəyəri 250 manat olan ağ mirvari qaşlı 585 əyarlı sırğanın, dəyəri 500 manat olan 5,5 qram 750 əyyarlı üzüyün və 30 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçı tələbin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Cavabdeh 17000 manat pulun, dəyəri 300 manat olan 2 qram 583 əyarlı üzüyün, dəyəri 1000 manat olan 11 qram 583 əyarlı boyunbağının, dəyəri 250 manat olan 3 qram 585 əyarlı üzüyün, dəyəri 300 manat olan 3 qram sırğanın, dəyəri 250 manat olan ağ mirvari qaşlı 585 əyyarlı sırğanın, dəyəri 500 manat olan 5,5 qram 750 əyarlı üzüyün, onlar olmadıqda dəyərinin və 30 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdi r. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: Cavabdeh və vəkili X5 oğlu kassasiya şikayəti verərək şikayəti onunla əsaslandırmışlar ki, iddiaçının borc haqqında ona bağlatdırdığı qəbz də, polisə etdiyi şikayət də, Salyan rayon məhkəməsinə verdiyi iddia tələbi də biri-birinə zidd yalan üzərində olan tələblərdir. Belə ki, Şirvan Apellyasiya Məhkəməsi maddi hüquq normalarını pozmuş, işin faktiki hallarını nəzərə almadığı üçün düzgün tətbiq etməyərək düzgün nəticəyə gəlməmişdir. Ona görə də Şirvan Apellyasiya Məhkəməsinin 31 iyul 2019-cu il tarixli 2(106)-1908 saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş edirlər. Məhkəmə kollegiyası Cavabdeh məhkəmə kollegiyasının iclasına vəkilsiz gəlməsi səbəbindən Azərbaycan Respublikası MPM-nin 67.1-ci mad dəsinə müvafiq olaraq işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə iddiaçı tərəfə lazımi qaydada bildiriş göndərilmiş olsa da, iddiaçı üzrlü səbəblər olmadan gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən kollegiya işə gəlməyən İddiaçı iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası məruzəçini dinləyib, kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, Şirvan Apellyasiya Məhkəməsinin MK-nın 31 iyul 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti isə təmin edilmədən saxlanılmalıdır. HÜQUQ MƏSƏLƏLƏRİ: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinin tələbinə görə kassasiya instansiyası məhkəməsi Apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və pro sessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci instansiya və apelyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apellyasiya qaydasında işə baxan məhkəmə kollegiyası tərəflərin izahatları əsasında müəyyən etmişdir ki, N adlı şəxs iddiaçıya Cavabdeh pula ehtiyacının olması barədə bildirdikdən sonra sonuncu, iddiaçı ilə görüşərək ondan müxtəlif tarixlərdə borc pul almış və bununla bağlı yuxarıda qeyd olunan iltizam tərtib edilmişdir. Həmin iltizamdakı imzanın ona məxsus olduğunu Cavabdeh da etiraf etmişdir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən iş materiallarında olan 02.08.2015ci il tarixli borcun etirafı barədə yazılı iltizamına əsasən müəyyən edilmişdir ki, Cavabdeh İddiaçı 17.000 manat pul borclu olduğunu etiraf etmiş və ayda hissə-hissə verəcəyini öhdəsinə götürmüşdür. İş materiallarında olan 14.08.2015-ci il tarixli borcun etirafı barədə yazılı iltizamlardan görünür ki, Cavabdeh və həyat yoldaşı X1 X qızından alınmış borcu dekabr ayının sonuna qədər verəcəklərinə söz vermişlər. Apellyasiya instansiyası məhkəməsi tərəfindən Yasamal RPİ-nin Təhqiqat şöbəsinin təhqiqatçısı, polis leytenantı Xin cinayət işinin başlanmasının rədd edilməsi haqqında 08.05.2017-ci il tarixli qərarı əsasında müəyyən edilmişdir ki, 08.12.2016-cı il tarixdə Bakı şəhəri, Yasamal rayon sakini Cavabdeh ərizə ilə müraciət edərək bildirmişdir ki, 2014-cü il tarixdə İddiaçı 10000 manat pul borc almış, həmin şəxsə pulunu tam şəkildə ödəmiş, lakin sonuncu dəfə 3000 manat ödəməli olmuşdur. Bununla bağlı, İddiaçı iki nəfər şəxslə onun yaşadığı ünvana gəlmiş, onların birinin əlində bıçaq olmuş, pulu tələb etmişlər. Araşdırma zamanı Cavabdeh ona heç bir xəsarət yetirilmədiyini bildirmişdir. Təhqiqat zamanı izahatı alınmış İddiaçı bildirmişdir ki, o, 2013-cü ilin iyul ayında Cavabdehə 10.000 manat pul vermişdir, bundan sonra o, Sə 2015-ci ilin fevral ayında 5500 manat pul vermişdir, 2015-ci ilin iyun ayında yenə 1500 manat pul vermişdir. 2016-cı il aprel ayında isə Sə 6 ədəd qızıl-zinət əşyası vermişdir. Bütün bu müddətdə S ona heç bir pul qaytarmamışdır və onun Sə hər dəfə pul verməsinin səbəbi Sin onu müxtəlif üsullarla aldatmasıdır. Sin üstünə heç bir adam gətirməmiş, onu hədələməmişdir. Göstərilənlərlə bağlı toplanmış material üzrə cinayət tərkibi olmadığından İddiaçı barəsində cinayət işinin başlanması rədd edilmişdir. Təkrar apellyasiya baxışı zamanı cavabdehin nümayəndəsi və vəkili tərəfindən təqdim edilmiş Binəqədi RPİ-nin 6-cı PB-nin təhq iqatçısı, polis kapitanı Xun cinayət işinin başlanmasının rədd edilməsi haqqında 2015-ci il tarixli (gün, ay tarixi göstərilməyən) qərarı əsasında müəyyən edilmişdir ki, İddiaçı Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 6-cı Polis Bölməsində verdiyi izahatında göstərmişdir ki, “2 il bundan əvvəl Biləcəri qəsəbəsində torpaq sahəsi alıb ev tikmək istəyən zaman tanışı olan N adlı qadın ona bildirmişdir ki, yaxın adama 10000 manat pul lazımdır və o, pulu alan zaman bildirmişdir ki, həmin pulu qaytaran zaman üstündə hörmət də edəcəkdir. Həmin pulu almış şəxs isə 4-5 dəfə ərzində 4500 manat qaytarsa da, yerdə qalan 5500 manatını tanışı S qaytara bilmir. Həmin pulu da bankdan kredit götürüb qaytaracaqdır. Sonradan isə banka da borcu olduğundan ona pul verilmədiyini bildirib ondan yenidən 10000 manat pul götürmüşdür ki, bankda olan borcu bağlayıb S kredit götürüb bağlayacaqdır. 2015-ci ilin fevral ayında pulu versə də, bu günə kimi ala bilmir. Bu səbəbdən də o, polis bölməsinə gələrək ərizə ilə müraciət etmişdir”; Cavabdeh isə öz izahatında göstərmişdir ki, “o, uzun müddət “Meri key” şirkətində işləsə də 2009-cu ildə həmin şirkət bağlanmış, bu səbəbdən o borca düşmüşdür. O, N xanımın vasitəsi ilə X xanımla tanış olmuş və ondan ümumilikdə 10000 manat pul götürüb 1 il 9 aya ödəmişdir. Bundan sonra Xdən 6800 manat, 800 manat, 1500 manat pul almış, həmin pulları ondan 4 faizdən götürmüşdür. Sonradan 1000 manatı ödəmiş, həmçinin götürdüyü ümumi pulun faizini də vermişdir. O, həmin pul ilə bankları tam şəkildə bağlasa da gecikməsi olduğundan yenidən ona pul verilməmiş, bundan sonra X ondan qəbz istəmiş, o da həmin qəbzi yazmışdır. Birinci instansiya məhkəməsi həm sözügedən yazılı iltizama, həm də cinayət təqibi orqanının qərarı ilə müəyyən olunan hallara əsaslanaraq hesab etmişdir ki, Cavabdeh 17000 manat pul alınaraq İddiaçı verilməlidir. Apellyasiya qaydasında işə baxan məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin bu qənaəti ilə razılaşaraq hesab etmişdir ki, həmin qənaətə əsasən məhkəmə, iddiaçının iddiasını təmin etməkdə haqlı olmuşdur. Apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticədən görünür ki, iddiaçı cavabdehə 17000 manat pul, habelə 2600 manat dəyərində qızıl-zinət əşyaları verdiyini və cavabdehin həmin pul məbləğlərini ona ödəmədiyini, eləcə də qızıl-zinət əşyalarını ona qaytarmadığını iddia etmiş, cavabdeh isə istər apellyasiya şikayətində, is tərsə də kollegiyanın iclasında verdiyi izahatda iddiaçıdan ümumilikdə 10000 manat borc aldığını etiraf etməklə yanaşı, həmin borcu qaytardığını, bildirməklə iddiaçıya borcunun qalmadığını, eləcə də heç vaxt iddiaçıdan qızıl almadığını, iddiaçının qızılları ona satmağa verdiyini, o da qızılları satıb 800 manat pulunu Xə verdiyini irəli sürmüşdür. Apellyasiya qaydasında işə baxan məhkəmə kollegiyası ilk növbədə qeyd etmişdir ki, cavabdeh 17000 manat borcu olduğunu etiraf etdiyi iltizamdakı imzanı mübahisələndirmir, həmin iltizamın məzmununu səhv başa düşdüyünü, 17000 manat borcu etiraf etdiyi iltizamı 7000 manat bilib imzaladığını qeyd etsə də, birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, cavabdeh iltizamı imzalayan vaxt yetkinlik yaşında və fəaliyyət qabiliyyətli olmuşdur. İltizamın məzmununu oxumaması və səhv başa düşməsi onu öhdəliyin icrasından azad etmir. Eyni zamanda, 02.08.2015-ci il tarixli iltizamı hədə-qorxu nəticəsində imzaladığını bildirsə də, bununla bağlı heç bir orqana şikayətlə müraciət etməmiş, bildirdiyinə görə, iltizama imza edəndən sonra sentyabr, oktyabr aylarında iddiaçıya müəyyən məbləğlərdə pul ödəmişdir. Cavabdehin iddiaçıya olan bütün borclarını ödədiyini, hazırda onun iddiaçıya heç bir borcunun qalmaması ilə bağlı apelyasiya şikayətlərində irəli sürülən arqumentlə bağlı isə qeyd edilmişdir ki, qanunvericiliyin tələblərinə görə bu hal yalnız müəyyən sübutetmə vasitələri ilə (konkret halda pulun qaytarılmasına dair müvafiq qəbzlər, müqavilə və s.) sübut olunmalıdır; lakin məhkəməyə bu cür sübutlar təqdim edilməmişdir. Apellyasiya inst ansiyası məhkəməsi həmçinin qeyd etmişdir ki, cavabdeh borcunun olmasına dair borc sənədi vermişdir ki, bununla da iddiaçıya olan borcunu etiraf etmişdir. Cavabdeh həmin borc sənədinin məzmununu səhv başa düşdüyünü, 17000 manat borcu etiraf etdiyi iltizamı 7000 manat bilib imzaladığını, həmin 7000 manat məbləğin isə tam ödənildiyini göstərsə də, iddiaçı tərəfindən bu hal təsdiqlənməməklə, həmin borc sənədi üzrə hər hansı borcun ödənilməsinə dair də qeyd edilməmişdir. Bu kontekstdə apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçı tərəfindən cavabdehə ümumilikdə 17 000 manat pul verilmiş olduğu qənaətinə gəlmək mümkündür. Bu nəticəyə gələrkən apellyasiya instansiyası məhkəməsi onu da nəzərə almışdır ki, apellyasiya baxışı zamanı cavabdeh, iş materiallarında olan 17000 manat məbl əğində borcunun olmasını təsdiq edən 02.08.2015-ci il tarixli yazılı qəbzdə olan imzanın ona məxsus olduğunu təsdiqləmişdir. Bu mənada kollegiyanın qənaətinə görə, iddiaçının “cavabdehin ondan aldığı 17000 manatın qaytarılması” iddiasının əsaslandırıldığı faktiki hallar həmin tələbin qanuni əsası hesab edilə biləcək mülki qanunvericilik müddəalarının dispozisiya əlamətləri ilə uzlaşmaqdadır. Belə olan halda apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi haqlı olaraq 02.08.2015-ci il tarixli iltizama istinad edərək borcun tutulması qənaətinə gəlmişdir. Apellyasiya qaydasında işə baxan məhkəmə kollegiyası, cavabdehin həmin pul vəsaitini iddiaçıya geri qaytarmış olduğunun sübutu kimi təqdim etdiyi şahid ifadələrinin də “əsaslı şübhədən kənar” sübutlar kim i qəbul edilməsini mümkün hesab etməmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, Cavabdeh iddiaçıya məxsus qızılzinət əşyalarının dəyəri qismində 800 manat pulun alınaraq İddiaçı verilməli olması ilə bağlı hissədə də birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Apellyasiya instansiyası məhkəməsi belə nəticəyə gəlmişdir ki, birinci instansiya məhkəməsi Cavabdeh 17000 manat pul və iddiaçıya məxsus qızıl-zinət əşyalarının dəyəri qismində 800 manat pul olmaqla, cəmi 17800 (on yeddi min səkkiz yüz) manat məbləğində pulun İddiaçı xeyrinə tutulması qənaətinə gəlməkdə haqlı olmuşdur və apellyatorun şikayətinin dəlilləri əsaslı deyildir. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni aşağıdakı maddi hüquq normalarının tələbləri ilə əsaslandırmışdır. Mülki Məcəllənin 739.1-cu maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 529.3-cü maddəsinə əsasən əgər borclu kreditora öhdəliyin təsdiqi üçün borc sənədi vermişdirsə, kreditor icranı qəbul edərkən həmin sənədi qaytarmalı, qaytarmaq mümkün olmadıqda isə bunu icranı təsdiq etmək üçün verdiyi sənəddə göstərməlidir. İcranın tamamilə və ya hissə-hissə qəbulunu təsdiqləyən sənəd qaytarılan borc sənədinin üstündə qeydlə əvəz edilə bilər. Borc sənədinin borcluda olması, nə qədər ki ay rı hal sübuta yetirilməyib, öhdəliyə xitam verildiyini təsdiqləyir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə və həmin nəticəyə tətbiq etdiyi hüquq normaları düzgün olmuşdur. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, bu dəlillər qanuni, əsaslı və mahiyyətcə düzgün olan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas deyildir. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini və əvvəlki kassasiya instansiyası məhkəməsinin qərarında şərh edilmiş göstərişləri nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları ta m, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək Cavabdeh 17000 manat pul və iddiaçıya məxsus qızıl-zinət əşyalarının dəyəri qismində 800 manat pul olmaqla, cəmi 17800 (on yeddi min səkkiz yüz) manat məbləğində pulun İddiaçı xeyrinə tutulmalı olduğuna dair düzgün hüquqi nəticəyə gəlmiş, gəldiyi nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, Cavabdeh apellyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verilməklə tərəfindən Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarının 17-ci bəndinin tövsiyyəsinə, eləcə də MPM-in 14, 77, 88, 217, 218, 372.1, 372.7 və 420-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə, mü bahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməyərək hazırki iş üzrə düzgün və əsaslı nəticəyə gəlinmişdir. Buna görə də kassasiya şikayətində göstərilən dəlillər əsassız olduğundan və hazırki iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mahiyyəti üzrə düzgün olduğundan dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respubl ikası MPM-nin 417, 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının həmin iş üzrə 31 iyul 2019cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-78/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-78/2020
08.01.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver