Məhkəmə qərarları › İş №2(102)-78/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-78/2025

31.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sai
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-78/2025 31.01.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı (üçüncü şəxs X3 cəlb edilməklə) iş üzrə QƏRARİ (Açar sözlər: tapşırıq müqaviləsi; borclunun icranı gecikdirməsinə görə məsuliyyəti) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hacıyev Sənan Firudin oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı (üçüncü şəxs X3 cəlb edilməklə) “pul” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3570/2024 nömrəli, 19 avqust 2024-cü il tarixli qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı Rza oğlu (bundan sonra – iddiaçı) X3 ilə (bundan sonra – üçüncü şəxs) işgüzar münasibətlərdə olmuş, sonuncunun vasitəsilə Cavabdeh ilə tanış olmuşdur. Tərəflər arasında Bakı şəhəri, XXXXX kafesinin (bundan sonra – mübahisəli əmlak kompleksi) satılması ilə bağlı sövdələşmə və pul mübadiləsi olmuşdur.

2. Üçüncü şəxs cavabdehə qarşı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin ləğvi və pul tələbinə dair ilkin, cavabdeh isə üçüncü şəxsə qarşı pul tələbinə dair qarşılıqlı və X5 cavabdehə qarşı pul tələbinə dair iddia irəli sürmüş, Xəzər Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(103)-216/2020 nömrəli qətnaməsi ilə iddiaların heç biri təmin edilməmişdir. Qətnamədə n şikayət verilməmiş, qanuni qüvvəsini almışdır.

3. Həmin qətnamədə göstərilmişdir ki, “mübahisəli əmlak kompleksi üçüncü şəxsin mülkiyyətində olmuş, 10 iyun 2013-cü il tarixli ipoteka müqaviləsinə əsasən üçüncü şəxs mübahisəli əmlak kompleksini cavabdehə ipotekaya qoyaraq ondan 100000 manat məbləğində pulu borc götürmüşdür. Üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Torpağın özəlləşdirilməsi Departamentinə ərizə ünvanlamış və bildirmişdir ki, mübahisəli əmlak kompleksi kimi müəssisə onun adına sənədləşdirilsə də, özəlləşdirməyə çəkilən bütün xərclər X5 tərəfindən 92000 manat tam ödənilmişdir. Ümumi razılaşmaya əsasən onun mülkiyyətində olan qeyri-yaşayış sahəsinə payları bərabər hissədə müəyyən edilmişdir. Eyni zamanda, fəaliyyətlərindən gələn gəlirlər də ümum i razılığa əsasən bərabər olaraq müəyyən edilmişdir. Xüsusi mülkiyyətində olan qeyri-yaşayış sahəsinin faktiki istifadəsində olan torpaq sahəsinin özəlləşdirilməsi üçün göstəriş verilmiş, özəlləşdirilməyə çəkilən bütün xərclərin, o cümlədən büdcəyə hesablanacaq məbləğlərin X5 tərəfindən ödəniləcəyinə zəmanət verildiyi bildirilmişdir. 4. 08 may 2014-cü il tarixli Daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən üçüncü şəxs mübahisəli əmlak kompleksini cavabdehə oğluna 30000 manata satmışdır.”

5. Sözügedən qətnamədən o da müəyyən edilir ki, Xəzər Rayon Məhkəməsinin 23 yanvar 2018-ci il tarixli qətnaməsi ilə iddiaçı X2 üçüncü şəxsə qarşı pul tələbinə dair ilk iddiası təmin edilmiş, üçüncü şəxsdən 92000 manat məbləğində pul, 66500 ABŞ dolları məbləğində pul icra vaxtı manata olan məzənnə ilə ma natla və 30 manat məbləğində dövlət rüsumunun X2 xeyrinə tutulması qət edilmiş, üçüncü şəxsin X4 qarşı qarşılıqlı iddiası təmin edilmiş, X1 40000 manat əsas, 1200 manat faiz borcu və 30 manat məbləğində dövlət rüsumunun üçüncü şəxsin xeyrinə tutulması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 25 yanvar 2018-ci il tarixli qətnaməsi ilə qətnamə qismən, yoxlanılan – ilkin iddianın təmin olunması hissəsində ləğv edilmiş, həmin hissədə yeni qətnamə qəbul edilərək ilkin iddia qismən təmin edilmiş, üçüncü şəxsdən X2 xeyrinə 19000 manat pulun tutulması qət edilmiş, ilkin iddia qalan hissədə təmin edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)4585/2018 saylı, 27 iyul 2018-ci il tarixli qərarı ilə sözügedən qətnamə ləğv edilərək, iddiaçı X2 ü çüncü şəxsə qarşı pul tələbi barədə ilkin iddiası təmin edilmiş, üçüncü şəxsdən 140500 manat pulun alınaraq iddiaçı X4 verilməsi qərara alınmışdır.”

6. Cavabdehdən 50000 manat məbləğində pul vəsaitinin alması ilə bağlı əlyazma üsulu ilə tərtib edilmiş xx.xx.2017-ci il tarixli qəbz üçüncü şəxsin adından imzalanmışdır. Qəbzdə “xx.xx.2017 verib”, “xx.xx.2018” və “İddiaçıin verdiyi pulun qalan hissəsi” qeydləri qoyulmuşdur. Üçüncü şəxs həmçinin xx.xx.2020-ci və xx.xx.2018-ci il tarixlərdə cavabdehin ona heç bir borcunun qalmaması, aralarında olan bütün maddi tələblərin razılaşdırılması, ona qarşı heç bir maddi və pul tələbinin olmadığı və gələcəkdə də olmaması məzmununda notarial qaydada təsdiqlənmiş ərizələr vermişdir.

7. İddiaçının şikayəti əsasında bir neçə dəfə cinayət işi başlanmış və xit am verilmiş, sonuncu dəfə Xəzər RPİ İŞ-nin xx.xx.2023-cü il tarixli cinayət işi üzrə icraata xitam verilməsi haqqında qərarı qəbul edilmişdir. Həmin qərarda göstərilmişdir ki, “obyektin satılması təklifindən sonra üçüncü şəxs iddiaçının obyekti almaq istədiyini bildirmiş, sonuncu isə danışıqlar zamanı obyekti 320000 manata almaq istədiyini və bu məqsədlə hər ay 50000 manat pul verə biləcəyini göstərmişdir. Cavabdehin ifadəsindən görünür ki, danışıqların ilk günü iddiaçı tərəfindən 50000 manat məbləğində pul verilmişdir......Beləliklə də, görünür ki, üçüncü şəxsin 192600 manat pul borcundan qardaşı Kamil tərəfindən 5000 ABŞ dolları çıxılarkən onun banka 187600 manat borcu qalmış, 2015-ci ilin may ayından iyun ayına kimi kreditin faizi 3114 manat təşkil etmiş, növbəti ay iddiaçı tərəfində n 50000 manat məbləğində pul verildiyinə görə, 137600 manat məbləğində pul qalmışdır ki, onun da faizi 2284 manat, avqust ayında iddiaçı tərəfindən növbəti 50000 manat məbləğində pul verildiyinə görə 87600 manat məbləğində pul qalmışdır ki, onun da faizi 1450 manat, sentyabr ayında iddiaçı tərəfindən növbəti 50000 manat məbləğində pul verildiyinə görə 32600 manat məbləğində pul qalmışdır ki, onun da faizi 624 manat təşkil etmiş, ümumilikdə 4 ay, 7400 manat məbləğində faiz pulu ödənilmişdir. Bundan sonra, iddiaçı tərəfindən oktyabr ayında da 50000 manat məbləğində pul ödənilmişdir.........İş materiallarından göründüyü kimi ümumilikdə iddiaçı tərəfindən ona 250000 manat məbləğində pul verilmiş, obyektin alınması ilə bağlı olan ilkin danışıqlara əsasən 70000 manat məbləğində borcu qalmışdır ki, həmin məbləğin də 50000 manatı onlar üçün, 20000 manatı isə obyektin rəsmiləşdirilməsi üçün nəzərdə tutulmuşdur. Cavabdehin ifadəsindən görünür ki, üçüncü şəxs iddiaçı tərəfindən verilmiş puldan 66700 manat məbləğində pul almışdır. Daha sonra üçüncü şəxs Access Bankda girovda olan evini girovdan çıxarmaq üçün 19500 manat məbləğində və X4 olan borcuna görə hissə-hissə 25000 manat məbləğində pul almışdır. İş materiallarına əlavə olunmuş qəbzlərdən görünür ki, üçüncü şəxs cavabdehdən 66970 manat məbləğində pul almış, 2018-ci ildə üçüncü şəxs cavabdehdən qalan 50000 manat məbləğində pulu almış və notarial qaydada verdiyi ərizəsində göstərmişdir ki, onun cavabdehə qarşı heç bir maddi və mülki tələbi olmayacaqdır. Cavabdeh ifadəsində göstərmişdir ki, 2018-ci ildə üçüncü şəxs ondan pul almamı şdan əvvəl ona demişdir ki, “İddiaçı alıcı kimi mən gətirmişəm. İddiaçı pulunu geri tələb etsə pulu mənə ver, mən özüm onunla hesablaşacağam”. Cavabdeh ifadəsində göstərmişdir ki, ona görə də o, pulu Vaqifə vermiş, obyekt isə onda qaldığına görə İddiaçıin qalan pulunu Vaqifə qaytarmış, ümumilikdə 187600 manat məbləğində üçüncü şəxsin bankdan və şəxsi borclarına görə 66970 manat və notarial qaydada verdiyi 50000 manat, yəni, cəmi 304000 manat üçüncü şəxs ondan pul götürmüşdür.” İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat

8. İddiaçı məhkəməyə müraciət edərək, 249176 ABŞ dolları məbləğində pul, 186132,4 ABŞ dolları məbləğində faiz, 120 manat məbləğində hüquqi yardım xərci və 1031 manat məbləğində dövlət rüsumunun əvəzinin cavabdehdən alınaraq ona ödənilməsi ba rədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, mübahisəli əmlak kompleksi olan kafenin300000 ABŞ dollarına satılması ilə bağlı cavabdehlə aralarında razılaşma olmuşdur. Aralarında olan razılaşmaya əsasən o, həmin məbləği hissə-hissə olmaqla cavabdehə ödəməli idi. Bundan sonra isə aralarında həmin əmlakın alqı-satqısı ilə bağlı müqavilə bağlanmalı idi. Aralarında olan razılaşmaya əsasən cavabdehə 263000 ABŞ dolları məbləğində pul ödəmişdir. Lakin 263000 ABŞ dolları məbləğində pulu ödədikdən sonra cavabdehə qalan 37000 (otuz yeddi min) ABŞ dolları məbləğində pulu verməklə mübahisəli kafenin alqı-satqısını icra etməyi təklif etdikdə cavabdeh müxtəlif bəhanələrlə qeyd edilən daşınmaz əmlakı ona satmaqdan imtina etmişdir. Bununla bağlı dəfələrlə aralarında danışıqlar aparılsa da, heç bir nəticə əldə etmək mümkün olmamışdır. Cavabdeh aralarında olan razılaşmanın şərtlərini pozmaqla yanaşı aldığı 263000 ABŞ dolları məbləğində pulu bu günə qədər ona geri qaytarmamaqla onun hüquqlarını kobud şəkildə pozaraq əsassız olaraq varlanmışdır.

10. Birinci instansiya məhkəməsində cavabdehin hazırkı iddia tələbinə “iddia müddətinin tətbiqinə dair” ərizə təqdim edərək iddiaçı tərəfindən əsassız varlanma ilə əlaqədar qanunvericilikdə nəzərdə tutulan 2 illik iddia müddəti ötürüldüyündən iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmiş və izahatında qeyd etmişdir ki, iddianı qəbul etmir. İş materiallarından da görünmüşdür ki, cavabdeh və üçüncü şəxs həmin obyekti şər ikli olaraq işlətmişlər. Vaqifin borcları olduğundan obyektin satılmasını da o, təklif etmişdir. İddiaçı uzun müddət yoxa çıxdığından, cavabdeh pulu iddiaçının yeganə nümayəndəsi kimi Vaqifə qaytarmışdır. Belə ki, AR Mülki Məcəllənin 433.1-ci maddəsinə əsasən, borclu öz öhdəliyini kreditora və ya qanunla və ya məhkəmənin qərarı ilə icranı qəbul etməyə ixtiyarı çatan şəxsə ödəməlidir. İddiaçı MM-nin 449.1-ci maddəsinə istinad etmişdir. Həmin maddəyə əsasən, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Lakin 9 iyul 2009-cu il tarixli Azərbaycan Respublikası Kon stitusiya Məhkəməsi Plenimunun “AR MM-nin 449.1-ci maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” Qərarına görə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinin “ondan faydalanmağa görə” müddəası özgəsinin vəsaitinin qanunsuz saxlanılması, onun qaytarılmasından boyun qaçırılması, onun ödənilməsinin digər şəkildə gecikdirilməsi və ya başqa şəxsin hesabına pul vəsaitin əsassız əldə edilməsi və ya toplanılması nəticəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3-cü maddəsində göstərilmiş gəlirin, artımın, bəhərin və ya sair maddi xeyirin əmələ gəlməsini nəzərdə tutur. AR MM-nin 449.3 və 449.4-cü maddələrinin müvafiq olaraq “pul vəsaitlərindən qanunsuz istifadə” və “özgə vəsaitindən istifadə” müddəaları Mülki Məcəllənin 449.1-ci maddəsində göstərilmiş halların mövcu d olmasını nəzərdə tutur. Bu isə iddiaçı tərəfdən müvafiq sübutların təqdim edilməsini tələb edir. Başqa sözlə, “cavabdehin iddiaçıya verməli olduğu vəsaitin” qanunsuz saxlanılması, onun qaytarılmasından boyun qaçırılması, onun ödənilməsinin başqa şəkildə gecikdirilməsi və iddiaçının hesabına pul vəsaitinin əsassız əldə edilməsi və toplanması nəticəsində gəlir, artım, bəhər və ya sair maddi xeyir əldə edilməsi barədə sübutlar təqdim edilməlidir. Bundan əlavə, iddiaçı cavabdehə pulu 2015-ci ilin sentyabrdekabr aylarında verdiyini (ilk dəfə 50 min manat, sonra dörd ay boyunca 200 min manat) iddia etmişdir. Lakin həmin tarixdən etibarən 8 il müddətində pul tələbi ilə bağlı məhkəməyə müraciət etməmişdir. Bu müddət ərzində də cavabdeh tərəfindən iddia müddətinin axımını kəsən heç bir hərəkət ed ilməmişdir. Beləliklə, faktiki olaraq, iddiaçının pul verdiyini iddia etdiyi dövrdən məhkəməyə müracit edənə qədər 8 il, polisə müraciətə qədər isə 7 il müddət keçmişdir. Yəni bütün hallarda Mülki Məcəllənin 1095-ci maddəsinə əsasən, iddia müddəti ötürülmüşdür.

11. Üçüncü şəxs X3 birinci instansiya məhkəməsində izahatında iddianı qəbul etmədiyini bildirmişdir.

12. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 3 aprel 2024-cü il tarixli, e-2(004)647/2024 nömrəli qətnaməsi ilə (hakim K.B.Xudayev) iddia rədd edilmişdir.

13. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, hazırkı mübahisədə tərəflər arasında hər-hansı bir müqavilə bağlanmamışdır, yəni əsassız varlanmanın əsası hər hansı bir müqavilə olmamış, digər səbəblərdən yaranmış əsassız varlanma olmuşdur. Odur ki, mövcud mübahisə ilə bağlı iddia müddəti iki ildir. Hazırkı mövcud mübahisəyə qeyd edilənlər nöqteyi nəzərdən yanaşılsa belə bir nəticəyə gəlmək olur ki, iddiaçı iddia tələbində qeyd etdiyi əsassız varlanma obyekti olan pul vəsaitinin qaytarılması ilə bağlı tələbi cavabdehin onu aldatdığını, əmlak kompleksinə dair alqı-satqı müqaviləsini bağlamayacağını müəyyən etdiyi vaxtdan iki il ərzində həyata keçirə bilərdi. Belə ki, iddiaçı məhkəmə iclasında hakimin verdiyi suala cavab olaraq bildirmişdir ki, cavabdehin onu aldatdığını, əmlak kompleksinə dair alqı-satqı müqaviləsini bağlamayacağını, yəni hüququnun pozulduğunu 2019-cu ilin ortalarında müəyyən etmişdir. 2019-cu ilin ortaları dedikdə 2019-cu ilin may, iyun, iyul, avqust ayları nəzərdə tutula bilər. İddiaçı mövcud tələblə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət etm işdir. Mövcud iddia tələbi ilə iddiaçının məhkəməyə müraciət etməsi üçün nəzərdə tutulmuş son müddət 2021-ci ilin may, iyun, iyul, avqust aylarına təsadüf edir. Lakin iddiaçı iddia müddətinin axımının başladığı 2019-cu ilin ortalarından qanunvericilikdə nəzərdə tutulmuş 2 il ərzində, yəni 2021-ci ilin ortalarına qədər məhkəməyə müraciət etməmiş, xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət edərkən iki illik iddia müddətini ötürmüş, iddia müddətinin axımı başladıqdan yalnız 4 ildən daha artıq müddət keçdikdən sonra məhkəməyə müraciət etmişdir. Bununla da iddiaçı iddia müddətini ötürmüşdür. Həmçinin, iddiaçı qeyd edilən mübahisə ilə bağlı polis orqanına müraciət edən zaman (xx.xx.2022-ci il) da iddia müddəti artıq ötürülmüşdü. Belə ki, İddiaçı izahatında cavabdehin ona 2021-ci ilin dekabr a yında 8000 (səkkiz min) ABŞ dolları, 2022-ci ilin iyun ayında 2800 (iki min səkkiz yüz) ABŞ dolları və 40 (qırx) manat pulun qaytardığını söyləmişdir. Tarixə nəzər yetirdikdə görmək olur ki, cavabdeh tərəfindən iddiaçıya ödəniş iddia müddətinin mövcud olduğu dövrdə (2019-cu ilin ortalarından (may, iyun, iyul, avqust ayları) – 2021-ci ilin ortalarına qədər (may, iyun, iyul, avqust)) deyil, iddia müddəti başa çatdıqdan sonra ödənilmişdir.

14. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, belə olduğu təqdirdə iddia müddətinin axımının kəsilməsindən də söhbət gedə bilməz.

15. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 372.1, 373.4, 373.5, 375.2, 377.1-ci maddələrinə, “E.S.Həkimovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikasının Ali Məh kəməsinin Məhkəməsinin xx.xx.2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 3 noyabr 2008-ci il tarixli, “L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair”, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02 aprel 2021-ci il tarixli qərarıarına, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 88, 119.1 və 217.4-cü maddə lərinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

16. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

17. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qətnamədə onun hüquqlarının 2019-cu ilin ortalarından pozulduğunu bildiyini, lakin həmin vaxtdan iki il müddətində məhkəməyə müraciət etmədiyini və buna görə də iddia müddətini ötürdüyünü əsas gətirərək iddianın rədd edilməsi haqqında qətnamə çıxarmışdır. Məhkəmə zamanı verdiyi izahatında da bildirmişdir ki, nə həmin vaxt nə də ondan sonra cavabdeh heç bir zaman satılması nəzərdə tutulmuş obyekti ona satmayacağını və ya ödədiyi pulu geri qaytarmayacağını bildirməmişdir ki, o da hüquqlarının pozulmasını bilsin və ya hüququ pozulmuş olsun. Əksinə cavabdeh heç zaman onunla əlaqəni kəsməmiş, daim onunla əlaqədə olaraq nə vaxt ödəniş ödəyəcəyilə maraqlanmışdır. Həmçinin izahatında da qeyd etdiyi kimi hər zaman özünü cavabdehin qarşısında təqsirli hesab edir və ondan utanırdı. Belə ki, ödənişləri razılaşdırılmış vaxtda və qaydada icra etməmişdir. Buna görə də alqı-satqının onun təqsiri ucbatından gecikdiyi bilirdi. Qeyd edilən səbəblərdən məhkəmənin onun hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu vaxtı 2019-cu ilin ortalarından hesab etməsi tamamilə əsassız və qeyriqanunidir. Hətta polisdə araşdırmadan sonra da cavabdeh heç zaman satılması nəzərdə tutulmuş obyekti ona satmayacağını və ya pulu geri qaytarmayacağını bildirməmişdir. Əks inə cavabdeh razılaşdıqları pulu ödəməyi ona çətin olduğunu biləndə ödədiyi pulu qaytarmağa imkanının olmadığını bildirmiş və obyekti sataraq pulunu ödəməyi ona təklif etmişdir. Cavabdehin qeyd edilən obyekti ona satmaqdan imtina etməsi və ya pulunu ona ödəməməsi söhbət mövzusu belə deyildi. Belə olan halda onun hüquqları pozulmamışdı ki, o da bu məsələ ilə bağlı hüququnun pozulmasından xəbərdar olsun. Bundan başqa məhkəmə qətnamədə onun xx.xx.2022-ci ildə cavabdehdən polis orqanına şikayət edərkən iddia müddətini ötürməsinə də istinad etmişdir. Bildirmişdir ki, heç bir vaxt cavabdehdən polis orqanına şikayət etməmişdir. Cavabdehdən şikayət edən üçüncü şəxs olmuşdur. Çünki 2022-ci ilin ortasında belə cavabdeh qeyd edilən obyekti ona satmaqdan imtina etdiyi və ya aldığı pulu ödəməyəcəyinə dair bir kəlmə də olsun ona söz deməmişdir. Əksinə mütəmadi olaraq cavabdehlə ünsiyyətdə olurdular. Cavabdeh hər zaman almalı olduğu pulun qalan hissəsini nə zaman ödəyəcəyilə maraqlanırdı. O isə hələ də pulun qalan hissəsini ödəyərək məsələni həll etmək istəyirdi. Sadəcə həmin vaxt iqtisadi çətinliklər səbəbindən və daha sonra isə dünyada baş verən COVİD-19 pandemiyası səbəbindən aralarında olan məsələləri həll etmək mümkün olmadı. Hətta həmin ərəfədə olan maddi çətinliklərilə əlaqədar olaraq cavabdeh müxtəlif vaxtlarda olmaqla iki dəfə pul da vermişdir. Əgər münasibətləri qeyd edilən əmlakın ona satılmaması və ya ödədiyi pulun ona qaytarılmaması ilə bağlı pis olsa idi cavabdeh heç bir zaman ona pul verməzdi. Buna görə də qeyd edilənləri nəzərə alaraq cavabdehin niyyətinin qeyd edilən əm lakı ona satmaq olmasından qətiyyən şübhə etmirdi və edə də bilməzdi. Çünki onun hərəkətləri və aralarında olan normal və isti münasibətlər bunun üçün heç bir əsas vermirdi. Daha sonra isə üçüncü şəxsin cavabdehdən polis orqanına verdiyi şikayətlə bağlı cavabdehlə üz-üzə gəlməli olmuşlar. Həmin vaxt cavabdehlə bir daha qeyd edilən əmlakın alqı-satqısı ilə bağlı məsələni müzakirə edərkən cavabdeh bu məsələni birdəfəlik həll etmək üçün həbsdən çıxdıqdan sonra qeyd edilən əmlakı adına keçirəcəyi ilə bağlı söz vermişdir. O da bu təkliflə razılaşmış və qərara gəlmişlər ki, qısa müddət ərzində bu məsələni həll etsinlər. Lakin cavabdeh həbsdən çıxdıqdan sonra səhhətində olan problemləri əsas göstərərək qeyd edilən əmlakın alqı-satqısını ləngitməyə başlamışdır. Bundan sonra bir müddət də cavabdehl ə danışıqlar apararaq məsələni öz aralarında həll etməyə çalışmışdır. Lakin buna baxmayaraq cavabdeh hər dəfə müxtəlif bəhanələrlə işi yekunlaşdırmağı ləngitmişdir. Buna görə də sonunda məsələnin ikisinin arasında həll edilməsinin mümkün olmaması qənaətinə gələrək məhkəməyə müraciət etməli olmuşdur. Həmçinin cavabdeh iddianı ümumiyyətlə qəbul etməmişdir. Belə olduğu halda məhkəmənin nəyə münasibətdə cavabdehin iddia müddətinin tətbiqi haqqında ərizəsini təmin etməsi aydın deyil. Hesab edir ki, iddia müddəti cavabdehin iddianı qəbul etdiyi, lakin müddətin ötməsi səbəbindən həmin tələbə münasibətdə iddia müddətinin tətbiq edilməsini tələb etdiyi halda və qanun buna yol verdikdə tətbiq edilməlidir. Lakin həm cavabdehin iddianı qəbul etmədiyi həm də iddia müddəti ötürülmədiyi halda məhkəmə idd ia müddətini tətbiq edərək iddianı təmin etməməklə qanunverciliyin tələblərini pozmuşdur.

18. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-3570/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə (hakimlər X.A.Mərdanova (sədrlik edən və məruzəçi), E.M.Həsənov və M.A.Məmmədov) birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək iddia tələbi qismən təmin edilmiş, 249176 (iki yüz qırx doqquz min yüz yetmiş altı) ABŞ dolları (ödəniş gününə olan manat məzənnəsi ilə) məbləğində pul, 120 (yüz iyirmi) manat məbləğində hüquqi yardım xərci və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 539,18 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, iddia tələbi qismən təmin edildiyindən 1031 manat ödənilmiş dövlət rüsumundan qalan ödənilm iş 491,82 manat məbləğində pulun iddiaçıya aid edilməsi, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun iddiaçının özünə aid edilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.

19. Apellyasiya instansiyası məhkəməsi ilk olaraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsi iddia tələbinə münasibətdə maddi hüquq normasının tətbiqində səhvə yol verərək, hazırkı mübahisənin əsassız varlanma ilə bağlı olması nəticəsinə gəlmişdir.

20. Tərəflər arasında mübahisəli əmlakın 300000 ABŞ dollarına satılması ilə bağlı razılaşma olsa da, tərəflər arasında həmin müəssisənin alqı-satqısına dair hər hansı bir müqavilə bağlanmamışdır. Lakin iş materiallarından görünmüşdür ki, iddiaçı əmlakın dəyərini 300000 dolları birbaşa verə bilmədiyindən hissə-hissə ödənilməsi il ə bağlı razılıq əldə olunmuş, iddiaçı tərəfindən qeyd olunan razılığa əsasən müəyyən ödənişlər həyata keçirilmişdir.

21. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranan hazırkı mübahisənin əsassız varlanma ilə bağlı olmasını və qanunvericilikdə isə əsassız varlanma ilə bağlı xüsusi iddia müddəti nəzərdə tutulmasını göstərsə də, hazırkı mübahisəyə qeyd etdiyi müddəti tətbiq etməzdən əvvəl ilk növbədə iddia tələbinin əsaslı olub-olmamasına qiymət verməmişdir.

22. Apellyasiya instansiyası məhkəməsi iddia tələbinin əsaslı olub-olmamasından asılı olmayaraq hesab etmişdir ki, tərəflər arasında şifahi tapşırıq müqaviləsi bağlandığı halda birinci instansiya məhkəməsi tərəflər arasında olan münasibətlərə yanlış olaraq əsassız varlanma k imi qiymət vermişdir və bununla da maddi hüquq normaların tətbiqində səhvə yol vermişdir.

23. Müəyyən edilmişdir ki, iddiaçı tələbinin əsası kimi əsassız varlanma ilə bağlı normalara istinad etməsinə baxmayaraq tərəflər arasında olan hazırki mübahisə əsassız varlanma ilə bağlı deyil, qeyd edildiyi kimi tapşırıq müqaviləsi münasibətləri olduğundan iddia müddətinin ötürülməsindən də söhbət gedə bilməz.

24. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir. Bundan başqa tapşırıq müqaviləsinin predmeti vəkalət alanın vəkalət verənə qeyri-maddi olan vasitəçilik xidmətlərinin - əqdlərin bağlanması və bu məqsədlə müvafiq işlərin görülməsi və xidmətlərin gö stərilməsidir. Hazırkı işin hallarından da göründüyü kimi tərəflər arasında mübahisəli əmlak kompleksinin satılmasına dair şifahi tapşırıq müqaviləsi bağlanmış və cavabdeh tərəfindən həmin tapşırıq qəbul edilmişdir. Belə ki, qeyd edildiyi kimi iddiaçı tərəfindən müəyyən vaxtlarda tapşırıq müqaviləsinə əsasən ödənişlər edilmiş və cavabdeh həmin ödənişləri qəbul etmişdir.

25. Məhkəmə kollegiyası qeyd olunanlarla yanaşı bildirmişdir ki, iddiaçı ilə cavabdeh arasında şifahi tapşırıq müqaviləsi bağlanaraq hər iki tərəf üzərlərinə öhdəlik götürsə də, iddiaçı tərəfindən razılaşdırılmış məbləğdə vəsait cavabdehə tam ödənilmədiyindən tərəflər arasında razılaşdırılmış alqı-satqı müqaviləsinin bağlanmaması işin mübahisəsiz halıdır.

26. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, cavabdeh id diaçı tərəfindən edilmiş ödənişləri qəbul etsə də, nəticə etibarı ilə razılaşma baş tutmadığından tapşırığın icrası nəticəsində əldə olunanların hamısının iddiaçıya qaytarmalı olmasına birinci instansiya məhkəməsi Mülki Məcəllənin 782.1-ci maddəsinin tələbləri baxımından düzgün hüquqi qiymət verməmişdir. Göründüyü kimi iddiaçı hazırkı tələblə məhkəməyə müaciət etməkdə haqlı olmuşdur.

27. Məhkəmə kollegiyası bununla yanaşı cavabdehdən tutulmalı olan məbləğə münasibətdə qeyd etmişdir ki, iddia tələbi qismən əsaslıdır. Belə ki, işin faktiki halları ilə müəyyən edilmişdir ki, tərəflər arasında olan tapşırıq müqaviləsinə əsasən iddiaçı tərəfindən 263000 ABŞ dolları dolları məbləğində vəsait cavabdehə verilmişdir. Həmçinin iş materialları ilə müəyyən edilmişdir ki, həmin vəsaitdən cavabdeh tərəf indən iddiaçıya müəyyən qədər pul vəsaiti qaytarılmışdır və qaytarılmayan vəsait ümumilikdə 249176 ABŞ dolları təşkil etmişdir ki, həmin vəsaitin tam olaraq iddiaçıya qaytarılmasına dair cavabdeh tərəf məhkəməyə mötəbər sübut təqdim etməmişdir.

28. Apellyasiya instansiyası məhkəməsi cavabdeh tərəfin iddianın əsassız olmasına dair etirazının əsası kimi istinad etdiyi hallara qiymət verərək hesab etmişdir ki, izahatlarda göstərilənlər iddiaçı qarşısında mülki məsuliyyətdən yayınmağa hesablanmışdır. Əks halda, yəni, həqiqətən də iddiaçının pulu tam qaytarılmış olsa idi, cavabdeh tərəf mübahisəyə iddia müddətinin tətbiqi ilə bağlı ərizə ilə müraciət etməzdi.

29. Apellyasiya instansiyası məhkəməsi belə olan halda hesab etmişdir ki, tərəflər arasında olan tapşırığın icrası nəticəsində əldə oluna nlar iddiaçıya qaytarılmalı olduğundan və qaytarması barədə heç bir mötəbər sübut növü ilə təsdiq olunmadığından iddia tələbi cavabdehdən 249176 ABŞ dolları məbləğində vəsaitin tutulmasına dair hissəsində əsaslı olmuşdur.

30. Məhkəmə kollegiyası bu qənaətə gələrkən nəzərə almışdır ki, Xəzər RPİ İŞ-nin xx.xx.2023-cü il tarixli cinayət işi üzrə icraata xitam verilməsi haqqında qərarında əks edilmiş üçüncü şəxsin izahatlarında baş vermiş danışıqlar, razılaşmalar və ödənişlər yalnız dollar valyutası ilə olmasını göstərmişdir.

31. Apellyasiya instansiyası məhkəməsi bununla yanaşı hesab etmişdir ki, iddia tələbi – cavabdehdən 186132,4 ABŞ dolları məbləğində faizin tutulması hissəsində əsaslı olmamışdır. İddiaçı bu tələbinə münasibətdə istinad etdiyi faktları təsdiq edəcək hər hansı bir tutarlı sübutu məhkəməyə təqdim etməmiş və məhkəmə prosesi zamanı bu fakt öz təsdiqini tapmamışdır.

32. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 127-ci, Mülki Məcəllənin 385.1, 386.1, 442, 443.1, 443.2,, 448.1, 448.2, 449.1, 449.2, 777.1, 777.2, 778.1, 778.2, 778.3,779.1, 779.2, 780.1, 780.2, 780.3, 780.4, 782.1-ci maddələrinə, MPMin 14.2, 77.1, 80, 88, 106.1, 217.1, 217.3, 218.1, 372.1, 384.0.2, 385.1.1, 405-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

33. İddiaçı və cavabdeh ayrı-ayrılıqda qətnamədən kassasiya şikayəti vermişlər.

34. İddiaçı (Vəkil3) kassasiya şikayəti verərək, qətnamənin qismən – faiz borcunun ödənilməsi hissəsində ləğv edilməsi və həmin hissədə iddia tələbinin təmi n olunması barədə qərar çıxarılmasını xahiş etmişdir.

35. Kassasiya şikayəti Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 445.1, 445.2, 445.2.1, 445.2.2, 445.3, 445.4, 445.5, 445.6, 445.7 448.1, 777.1, 777.2, 777.4, 778.1, 778.2. 778.3, 780.4, 782.1-ci, MPM-in 76.1, 77.1, 217.1, 217.3 və 217.4-cü maddələrinə istinad edilməklə onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsinin “iddiaçı ilə cavabdeh arasında şifahi tapşırıq müqaviləsi bağlanaraq hər iki tərəf üzərlərinə öhdəlik götürsə də, iddiaçı tərəfindən razılaşdırılmış məbləğdə vəsait cavabdehə tam ödənilmədiyindən tərəflər arasında razılaşdırılmış alqı-satqı müqaviləsinin bağlanmaması işin mübahisəsiz halıdır” nəticəsinin “iddiaçı tərəfindən razılaşdırılmış məbləğdə vəsait cavabdehə tam ödənilmədiyindən tərəflər arası nda razılaşdırılmış alqı-satqı müqaviləsi bağlanmaması” ilə bağlı mövqeyi işin hallarına uyğun olmamışdır. Belə ki, iddiaçı üzərinə düşən öhdəlikləri yerinə yetirmiş, cavabdeh yerdə qalan məbləği ondan qəbul etməmiş və üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Apellyasiya instansiyası məhkəməsi iddia tələbinin təmin olunmayan hissəsində maddi hüquq normalarının tətbiqində səhvə yol vermişdir.

36. Cavabdeh (Vəkil2) kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar çıxarılmasını xahiş etmişdir.

37. Kassasiya şikayəti Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 372.1, 372.2, 377.1, 433.1, 777.1, 1091, 1091.2, 1095-ci, MPM-in 88 və 418.1-ci maddələrinə istinad edilməklə onunla əsaslandırılmışdır ki, iddiaçı iddia tələbini düzgün olaraq əsassız varlanma kimi qoymuş, Mülki Məcəllənin 1091-ci maddəsinin tələbin hüququ əsası kimi vermişdir. Çünki predmet daşınmaz əmlak olduğundan, burda hər hansı etibarlı müqavilədən söhbət gedə bilməz. Əvvəla, müqavilə baş tutmamış, iddiaçı öz üzərinə götürdüyü məbləği tam ödəməmişdir. İşin faktiki hallarından və Bakı şəhəri Xəzər RPİ-nin ********* nömrəli cinayət işi üzrə icraata xitam verilməsi haqqında 10 iyul 2023-cü il tarixli qərarına əsasən, iddiaçı cavabdehə pulu 2015-ci ilin sentyabr-dekabr aylarında verdiyini (ilk dəfə 50 min manat, sonra dörd ay boyunca 200 min manat) iddia edir. Lakin həmin tarixdən etibarən 8 il müddətində pul tələbi ilə bağlı məhkəməyə müraciət etməmişdir. Bu müddət ərzində də cavabdeh tərəfindən iddia müddətinin axımını kəsən heç bir hərəkət edilməmiş dir. İddia tələbi ilə iddiaçının məhkəməyə müraciət etməsi üçün nəzərdə tutulmuş son müddət 2021-ci ilin may, iyun, iyul, avqust aylarına təsadüf edir. Lakin iddiaçı iddia müddətinin axımının başladığı 2019-cu ilin ortalarından qanunvericilikdə nəzərdə tutulmuş 2 il ərzində, yəni 2021-ci ilin ortalarına qədər məhkəməyə müraciət etməmiş, xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət edərkən iki illik iddia müddətini ötürmüş, iddia müddətinin axımı başladıqdan yalnız 4 ildən daha artıq müddət keçdikdən sonra məhkəməyə müraciət etmişdir. Bununla da iddiaçı iddia müddətini ötürmüşdür. İddiaçı izahatında cavabdehin ona 2021-ci ilin dekabr ayında 8000 (səkkiz min) ABŞ dolları, 2022-ci ilin iyun ayında 2800 (iki min səkkiz yüz) ABŞ dolları və 40 (qırx) manat pulun qaytardığını söyləmişdir. Tarixə nəzər yetirdikdə görmək olur ki, cavabdeh tərəfindən iddiaçıya ödəniş iddia müddətinin mövcud olduğu dövrdə (2019-cu ilin ortalarından (may, iyun, iyul, avqust ayları) – 2021- ci ilin ortalarına qədər (may, iyun, iyul, avqust)) deyil, iddia müddəti başa çatdıqdan sonra ödənilmişdir. Birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, belə olduğu təqdirdə iddia müddətinin axımının kəsilməsindən də söhbət gedə bilməz. Apellyasiya instansiyası məhkəməsində bütün sübutlar qərəzli olaraq diqqətə alınmamış, iddiaçının şifahi söylədiyi əsassız dəlillər mötəbər sübut kimi qəbul edilərək qətnamənin əsasını təşkil etmişdir. Apellyasiya baxışı zamanı cavabdeh tərəfin özünün və vəkilinin söylədiyi əlavə məlumatlar, izahat və dəlillər də qətnamədə öz əksini tapmamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

38. Cavabdehin vəkili və nümayəndəsi iddiaçının kassasiya şikayətinə qarşı etiraz göndərərək təmin edilməməsini xahiş etmiş, etirazı iddianın təmin edilməyən hissəsində məhkəmələrin mövqeyinə və cavabdehin kassasiya şikayətinin məzmununa uyğun əsaslandırmışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

39. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

40. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları i stisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

41. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

42. Maddə

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

43. Maddə 445.1. icranı gecikdirmiş borclu gecikdir mə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır.

44. Maddə 445.7. Bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər.

45. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

46. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək ol maz.

47. Maddə 777.1. Tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür.

48. Maddə 777.2. Tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir.

49. Maddə 778.1. Vəkalət alan tapşırığı vicdanla icra etməli, bu zaman vəkalət verənin haqlı mənafelərini müdafiə etməlidir.

50. Maddə 779.1. Vəkalət alan tapşırığı qəsdən və ya ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Əvəzsiz tapşırıq müqaviləsi üzrə vəkalət alan tapşırığı qəsdən və ya kobud ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır.

51. Maddə 782.1. Vəkalət alan tapşırığın icrası nəticəsində əldə olunanların hamısını vəkalət verənə verməyə borcludur.

52. Maddə 782.2. Vəkalət alan verilməsini gecikdirdiyi pulun üstünə faizlər hesablamağa borcludur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

53. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

54. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

55. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

56. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

57. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

58. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

59. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxla yır.

60. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya baxışının hədləri

61. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktik i halları araşdırması kimi qiymətləndirilməməlidir.

62. Hazırkı kassasiya şikayətində qətnamə tərəflərlə qarşılıqlı olaraq iddianın təmin olunan və təmin olunmayan hissələrində mübahisələndirdiyindən, hazırkı kassasiya baxışının hədlərini həmin qətnamənin maddi və prosessual hüquq normalarına uyğunluğunun tam yoxlanılması təşkil edir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

63. Məhkəmə kollegiyası iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, iddiaçının kassasiya şikayəti qismən təmin edilməli, qətnamə qismən “öhdəliyin icra edilməməsinə görə faizlərin tutulması” hissəsində ləğv edilərək iş həmin hissədə yeni apellyasiya baxışına göndərilməli, digər hissədə qətnamə dəyişdirilmədən saxlanılmalı, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmi n edilməməlidir.

64. İlk öncə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin iddianın təmin edilən hissəsinə münasibətdə qeyd edilməlidir ki, cavabdehin kassasiya şikayətinin dəlilləri maddi hüquq normalarının düzgün tətbiq edilməməsindən, əsassız varlanma ilə bağlı normaların və iddia müddətinin tətbiq edilməli olduğu halda tətbiq edilməməsi, münasibətlərin tapşırıq müqaviləsinə təfsir edilməsinin səhv olmasından ibarətdir.

65. Məhkəmə kollegiyası cavabdehin kassasiya şikayətinin dəlillərini əsassız, apellyasiya instansiyası məhkəməsinin iddianın təmin edilən hissəsində mövqeyini isə əsaslı hesab edərək qeyd edir ki, həmin hissədə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və maddi hüquq normalarının düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin iddianın təmin edilən hissəsində ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. İşin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından görünür ki, mübahisəli əmlak kompleksi daşınmaz əmlak kimi cavabdehin adına qeydiyyatda olsa da, sövdələşmə həmin əmlak kompleksindəki bizneslə əhatə olunmuşdur. Məhkəmələr tərəfindən həmçinin o da müəyyən olunmuşdur ki, həmin biznes üçüncü şəxslə şərikli həyata keçirilmişdir. Hətta cavabdeh özü də məhkəməyə ünvanlandığı müraciətlərdə kafenin üçüncü şəxslə şərikli idarə edildiyini, kafeni borclarının ödənilməsi məqsədi ilə satmaq istədiklərini və əldə ediləcək gəlirin də üçüncü şəxslə bölüşmək niyyətində olduqlarını ifadə etmişdir. Göründüyü kimi, cavabdeh tapşırığı həyata keçirm əyi öhdəsinə götürən şəxs kimi kafeni özünə məxsus əmlakla birlikdə satılması barədə əqd bağlamağı öz öhdəsinə götürmüş, daşınmaz əmlakın dəyəri ordakı biznesə (kafeyə) münasibətdə müəyyən edilmiş və bu məqsədlə cavabdeh iddiaçı tərəfindən müvafiq ödənişləri hissə-hissə qəbul etmişdir. Beləliklə, tərəflərin iradə ifadəsi yalnız daşınmaz əmlakın deyil, üçüncü şəxsin şərikli idarəçiliyində olan biznesin (XXXX kafesi) əmlak-qarışıq satılması ilə bağlı alqı-satqının rəsmiləşdirilməsi olmuşdur. Bu səbəbdən də apellyasiya instansiyası məhkəməsinin cavabdehin iddiaçı tərəfindən edilmiş ödənişləri qəbul etməsi, lakin tapşırığı (alqı-satqının sənədləşməsini) icra etməməsi səbəbindən əldə olunanların hamısının iddiaçıya qaytarmalı olmasına dair tələbə Mülki Məcəllənin 782.1-ci maddəsinin tələbləri b axımından hüquqi qiymət verməsi düzgün olmuşdur. Bununla yanaşı, iddia müddəti ilə bağlı da apellyasiya məhkəməsinin yanaşması tərəflər arasında bağlanmış tapşırıq müqaviləsi baxımından doğru olmuşdur.

66. Lakin Məhkəmə Kollegiyası faiz borclarının tutulması barədə tələbin təmin edilməməsinə dair apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşmayaraq iddiaçının kassasiya şikayətinin dəlillərini əsaslı hesab edir. Apellyasiya instansiyası məhkəməsi bu hissədə mövqeyini əsaslandırarkən MM-in 449.1-ci və 449.2-ci maddələrinə istinad etmiş və qeyd etmişdir ki, “öhdəliklərin icra edilməməsinə görə məsuliyyəti” nəzərdə tutan 449-cu maddəsindəki xüsusi normada “faydalanma” və “(qanunsuz) istifadə” sözləri eyni məzmun daşımaqla, bu dörd hərəkət (hərəkətsizlik) nəticəsində müəyyən gəlir, artım, bəhər və s. əldə edilməsi mənasını nəzərdə tutur, borclunun pul məbləğini ödənilməsinin gecikdirdiyi halda tətbiq edilir. Hazırkı işdə tərəflər arasındakı mübahisə kredit müqaviləsi və s. pul məbləğinin ödənilməsi ilə deyil, tapşırıq müqaviləsi üzrə öhdəliyin icra edilməməsi ilə bağlıdır.

67. Məhkəmə Kollegiyası qeyd edir ki, iddiaçının faiz borcu üzrə iddia tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 449-cu maddəsinə istinad etsə də, məhkəmə iddiaçının işin faktiki əsasları baxımından Mülki Məcəllənin 445-ci maddəsinin (“borclunun icranı gecikdirməsi”) təətbiqini müzakirə etməli olduğu halda etməmişdir.

68. Qeyd edilməlidir ki, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyi n əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. (§ 40)

69. Vəkalət alan tapşırığın icrası nəticəsində əldə olunanların hamısını vəkalət verənə verməyə borcludur. Vəkalət alan verilməsini gecikdirdiyi pulun üstünə faizlər hesablamağa borcludur. (§51-52)

70. Göründüyü kimi, tərəflər arasında tapşırıq müqaviləsi bağlanması, müqavilə üzrə iddiaçının (vəkalət verən) cavabdehə (vəkalət alana) 263000 ABŞ dolları məbləğində pul verməsi, lakin cavabdehin verilən tapşırığı (alqı-satqı müqaviləsi bağlamaqla bağlı sənədləşdirmə işlərini) yerinə yetirməməsi, bu səbəbdən də vəsaitin bir hissəsini qaytardıqdan sonra onda qalan 249176 ABŞ dollarını geri qaytarmaması işin sübut olunmuş hallarıdır. Halbuki, cavabdeh iddiaçının tapşırığını yerinə yetirmədiyindən onun vermiş olduğu bütün məbləği geri qaytarmaq öhdəliyi yaranmışdır.

71. Mülki qanunvericiliyə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. (§ 41) Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. (§ 42)

72. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdir mə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. (§ 43) Bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. (§ 44)

73. Göstərilən hallara apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün hüquqi qiymət verilmədiyindən, iddianın təmin edilməyən hissəsində səhv nəticəyə gəlinmişdir.

74. Beləliklə, işə baxan apellyasiya instansiyası məhkəməsi qanunvericiliyin yuxarıda qeyd olunan normalarına əməl etmədən iddianın təmin edilməyən hissəsində işi yetərincə araşdırmamış və mübahisəyə tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etməmişdir.

75. Halbuki, Konstitusiyanın 125-ci maddəsinin Vİİ hissəsinə və 129-cu maddəsinin İİİ hissəsinə əsasən, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməli, məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır.

76. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.

77. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi faiz borcunun tutulmasına dair hissədə ləğv edilməli, iş həmin hissədə yeni apellyasiya baxışına göndərilməli, işə apellyasiya instansiyası məhkəməsində baxılarkən yuxarıda göstərilən məsələlər yenidən araşdırılmalı, digər hissədə qətnamə dəyiş dirilmədən saxlanılmalıdır.

78. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı İddiaçı kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3570/2024 nömrəli, 19 avqust 2024-cü il tarixli qətnaməsi qismən – “öhdəliyin icra edilməməsinə görə faizlərin tutulması” hissəsində ləğv edilsin və iş həmin hissədə yeni apellyasiya baxışına göndərilsin. Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar