Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-780/2019 04.02.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ “04” fevral 2019-cu il iş № 2(102)-780/19 Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Ali Məhkəmənin hakimləri Rüstəmov Əli Məhəm məd oğlu (sədrlik edən və məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, Cumazadə Ceyhun Rizvan oğlunun katibliyi,İddiaçı vəkili X1 iştirakı ilə, İddiaçı Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 05 sentyabr 2018-ci tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin 28 dekabr 2016-cı il tarixli, 2(094)710/2016 nömr əli qətnaməsi ilə (hakim Ə.S.Qəhrəmanov) iddia tələbi qismən təmin edilərək, Cavabdeh oğlundan 1480,82 ABŞ dolları məbləğində pul ödəniş gününün Azərbaycan Respublikası Mərkəzi Bankının məzənnəzi ilə manatla və 30(otuz) manat məbləğində dövlət rüsumu İddiaçı Hüseyn oğlunun xeyrinə tutlması qət edilmiş, iddia qalan hissədə rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 05 sentyabr 2018-ci tarixli qətnaməsi ilə (hakimlər R.Ə.Qurbanov (sədrlik edən və məruzəçi), E.Q.Nəbiyev və A.N.İmanov, 2(103)-8885/2018) Cavabdeh apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin 28 dekabr 2016-cı il tarixli, 2(094)-710/2016 nömrəli qətnaməsi iddianın qismən təmin olunması və Cavabdeh 1480,82 ABŞ dolları məbləğində pulun ödəniş gününün Azərbaycan Respublikası M ərkəzi Bankının məzənnəzi ilə manatla və 30(otuz) manat məbləğində dövlət rüsumu İddiaçı Hüseyn oğlunun xeyrinə tutlması hissəsində ləğv edilmiş, həmin hissədə iddia təmin edilməmişdir. İşin halları İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh Cavabdeh onun səhfən hesabına köçrülmüş 1480,82 ABŞ dolları və cavabdehin qanunsuz hərəkətləri nəticəsində onun «xxxx» ASC-nə 2447,18 ABŞ dolları, cəmi 3928 ABŞ dolları məbləğində pulun alınaraq ona verilməsi və ya banka olan borcunun bağlanması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, «xxxx» ASC-nin Nərimanov filialı ilə İddiaçı arasında bağlanmış 29.03.2009-cu il tarixli, A/829 saylı kredit müqaviləsinə əsasən iddiaçı avtomobil alınması məqsədiilə 36 ay müddətində 19923 ABŞ dolları məbləğində kredit götürmüşdür. Kredit cədvəlinə uyğun olaraq iddiaçı hər ay 740 ABŞ dolları məbləğində kredit ödəmişdir. Kredit müddəti başa çatdıqda iddiaçı krediti vaxtında ödədiyindən 01 iyun 2012-ci ildə götürdüyü kreditin tam olaraq ödənilməsini hesab etmişdir. Lakin 2014-cü ilin oktyabr ayında banklardan iddiaçıya zəng olunaraq banka iki ay ödənişi, yəni 1480,82 ABŞ dolları borcunun qalmasını bildirmişlər. İddiaçı məsələyə aydınlıq gətirmək üçün banka getmiş və araşdırma zamanı müəyyən edilmişdir ki, onun tərəfindən 27.08.2010-cu il tarixdə ödənilmiş 741 ABŞ dolları və 30.09.2010-cu il tarixli ödənilmiş 741 ABŞ dolları səhfən hesab nömrəsi onun hesab nömrəsi ilə bir rəqəmlə fərqlənən digər müştəri Cavabdeh hesabına köçrülmüşdür. Bununla bağlı bank tərəfindən cavabdehə mü raciət olunmuş və cavabdeh banka gələrək vəsaiti tez bir zamanda qaytaracağını demişdir. Lakin sonradan dəfələrlə müraciət olunmasına baxmayaraq cavabdeh pulu qaytarmaqdan imtina etmişdir. Cavabdehin hərəkətləri nəticəsində onun banka faiz borcu ilə birlikdə 3928 ABŞ dolları məbləğində borcu yaranmışdır. Ona görə də iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri İddiaçı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək Cavabdeh 1480,82 ABŞ dolları məbləğində pulun ödəniş gününün Azərbaycan Respublikası Mərkəzi Bankın məzənnəsi ilə manatla və 30 manat məbləğində dövlət rüsumunun İddiaçı Hüseyn oğlunun xeyrinə tutulması barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya şika yəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi Azərbaycan Respublikası Konstitusiyasının 26, 60, 63, 71-ci maddələrinin, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Konvensiyanın 6,13-cü maddələrinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 4.1, 9.1, 88, 217-ci maddələrinin tələblərinin pozulması ilə çıxarılmış, işin faktiki halları araşdırılmamış, nəticədə maddi və prosessual hüquq normalarının pozulması ilə əsassız və qanunsuz qətnamə qəbul edilmişdir. Tərəflərin İzahatları Məhkəmə kollegiyasının iclasında İddiaçı oğlunun vəkili X1 kassasiya şikayətinin məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməməsini xahiş etdi. Cavabdeh oğlu Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 67.1-ci maddəsinin tələblərin ə əməl etməyərək məhkəmə kollegiyasının iclasına vəkilsiz gəldiyi üçün işin kassasiya baxışında onun izahatı dinlənilmədi. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, iddiaçı heç bir üzrlü səbəb göstərmədən məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Hüquqi məsələlər Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalar ının düzgün tətbiq olunub- olunmamasını yoxlayır. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisə ilə əlaqədar qəbul edilmiş hüquqi akta təsir göstərə bilər. A pellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından və məhkəmə iclasında tədqiq edilmiş sənədlərdəngörünür ki, İddiaçı “xxxx” ASC ilə bağladığı 29 may 2009-cu il tarixli ********* saylı kredit müqaviləsi üzrə özünə məxsus ******************** nömrəli hesaba ödənişləri həyata keçirərkən, səhvən filialın digər müştərisi olan Cavabdeh ilə “xxxx” ASC arasında bağlanmış 29 may 2009-cu il tarixli A/826 saylı kredit müqaviləsi üzrə Cavabdeh məxsus ******************** nömrəli hesaba 27.08.2010-cu il və 30.09.2010-cu il tarixlərdə ayrı-ayrılıqda hər dəfə 741 ABŞ dolları olmaqla, cəmi 1482 ABŞ dolları məbləğində pul vəsaiti ödəmişdir. İddiaçı kredit cədvəlinə uyğun olaraq hər ay 740 ABŞ dolları məbləğində kredit ödəmiş və kredit müddəti başa çatdıqda iddiaçı krediti vaxtın da ödədiyindən 01 iyun 2012-ci ildə götürdüyü kreditin tam olaraq ödənilməsini hesab etmişdir. Lakin 2014-cü ilin oktyabr ayında bankdan iddiaçıya zəng olunaraq banka iki ay ödənişi, yəni 1480,82 ABŞ dolları borcunun qalmasını bildirmişlər. İddiaçı məsələyə aydınlıq gətirmək üçün banka getmiş və araşdırma zamanı müəyyən edilmişdir ki, iddiaçı tərəfindən 27.08.2010-cu il tarixdə ödənilmiş 741 ABŞ dolları və 30.09.2010-cu il tarixdə ödənilmiş 741 ABŞ dolları səhvən hesab nömrəsi iddiaçının hesab nömrəsi ilə bir rəqəmlə fərqlənən digər müştəri Cavabdeh hesabına köçürülmüşdür. Bununla bağlı bank tərəfindən cavabdehə müraciət olunmuş və cavabdeh banka gələrək vəsaiti tez bir zamanda qaytaracağını demişdir. Lakin sonradan dəfələrlə müraciət olunmasına baxmayaraq cavabdeh pulu qaytarmaqdan imtina etmişdir. Cavabdehin hərəkətləri nəticəsində iddiaçının banka faiz borcu ilə birlikdə 3928 ABŞ dollar məbləğində borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin Mülki Məcəllənin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1095-ci maddəsinə əsasən əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu va xtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Qalan hallarda müddətin keçməsi ümumi göstərişlərə uyğun müəyyənləşdirilir. İş üzrə toplanmış sübutları araşdıran apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, “xxxx” ASC tərəfindən sorğuya cavab olaraq bildirilmişdir ki, ödənişlərin səhvən həyata keçirilməsi ilə bağlı məlumat bank tərəfindən İddiaçı 22.02.2012-ci il tarixdə bildirilmişdir. Hazırkı iddia isə 2016-cı ilin sentyabr ayında irəli sürülmüşdür.İddiaçı səhv ödənişinin 22.02.2012-ci il tarixdə biliyi halda 2 illik müddəti ötürərək 2016-cı il tarixdə məhkəməyə müraciət etmişdir. Ona görə də apellyasiya qaydasında işə baxan məhkəmə kollegiyası haqlı olaraq Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin 2(094)-710/2016 saylı mülki iş üzrə qəbul etdiyi 28 dekabr 20 16-cı il tarixli qətnaməsini iddianın qismən təmin olunması və Cavabdeh 1480,82 ABŞ dolları məbləğində pulun ödəniş gününün Azərbaycan Respublikası Mərkəzi Bankının məzənnəsi ilə manatla və 30 manat məbləğində dövlət rüsumunun həmin İddiaçı xeyrinə tutulması hissəsində ləğv edərək, iddia tələbini təmin etməmişdir. İşin şərh olunan hallarını müzakirə edərək məhkəmə kollegiyası nəticəyə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməklə qanuni və əsaslı qətnamə qəbul edildiyinə görə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Kassasiya şikayətinin dəlilləri əsasız olduğu üçün qanuni və əsaslı olan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Ona görə də kassasiya şikayəti təmin o lunmamalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 416-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının bu iş üzrə 05 sentyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: Əli Rüstəmov Hakimlər: Mehparə Əhmədova Əhməd Nurməmmədov Əsli ilə düzdür: Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi Əli Rüstəmov
Məhkəmə qərarları › İş №2(102)-780/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-780/2019
04.02.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver