Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-780/2020 11.02.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əhmədov Əhməd Abbas oğlundan və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Kərimova Fidan Arif qızının katibliyi, İddiaçı və vəkili X2 iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 24 iyul 2019-cu il tarixli qətnaməsindən iddiaçı İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq müəyyən etdi: Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 26 aprel 2019-cu il tarixli qətnaməsi ilə (hakim S.Miriyeva, iş № 2(010)-1317/19) İddiaçı cavabdehlər Cavabdeh 1, Cavabdeh2 və X3 qarşı mənzildən çıxarılma tələbinə dair iddiası təmin edilərək, Bakı şəhəri, ünvan 1 ünvanından cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X1 çıxarılmaları qət edilmişdir. Həmin qətnamədən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 24 iyul 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər A.İmanov-sədrlik edən və məruzəçi, A.Hüseynov və V.Sadıqov, iş № 2(103)9865/19) cavabdehlərinapellyasiya şikayəti təmin edilərək Suraxanı Rayon Məhkəməsinin 26 aprel 2019-cu il tarixli qətnaməsi ləğv olunmuş, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X3 qarşı mənzildən çıxarılma tələbinə dair iddiası rədd edilmişdir. İddiaçı kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının iş üzrə 24 iyul 2019-cu il ta rixli qətnaməsinin ləğv olunmasını və iddianın təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. İşin halları: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərin Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Y.Eyvazov küçəsi, məhəllə 4048/49-da yerləşən 10 saylı evin 3-cü mənzilindən çıxarılmalarına dair qətnamə qəbul olunmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tələblərinin pozulması, həmin normaların düzgün tətbiq olunmaması ilə əsaslandırılmışdır. İddiaçı və vəkili E.Şükürov məhkəmə kollegiyasının iclası nda kassasiya şikayətini müdafiə edərək onun təmin olunmasını xahiş etdilər və kassasiya şikayətində göstərilən xüsusatları təsdiq edən eyni məzmunlu izahat verdilər. Cavabdeh2 Azərbaycan Respublikası MPM-nin 67-ci maddəsinin tələbinə zidd olaraq məhkəmə kollegiyasının iclasında vəkilsiz iştirak etdiyindən onun izahatı dinlənilmədi. İşdə iştirak edən digər şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş olsalar da, üzrlü səbəb olmadan məhkəməyə gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsini rəhbər tutaraq gəlməyən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün saydı. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Məruzəçini, iddiaçının və vəkilinin izahatlarını dinləyərək, kassasiya şikayətinin dəlillərini müzakirə edərək məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətiqismən təmin olunmalı,Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının iş üzrə 24 iyul 2019-cu il tarixli qətnaməsi ləğv edilməli və iş apellyasiya qaydasında yenidən baxılması üçün həmin məhkəməyə qaytarılmalıdır. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. İşdən göründüyü kimi, mübahisə predmeti Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Y.Eyvazov küçəsi, məhəllə 4048/49-da yerləşən 10 saylı evin 1-ci mərtəbəsində 16,59 kvm sahəsi olan 1 otaqlı 3-cü mənzildir. Mənzil dövlət mənzil fonduna aiddir və həmin mənzilin icarədarı v axtilə mərhum X4muşdur. A.Olxavik 1987-ci ilin avqust ayında vəfat etmişdir. 1987-ci ildən mübahisəli mənzildə yaşamaqla istifadə hüququ əldə etdiyini və bunun qüvvədə olan məhkəmə qərarları ilə təsdiq olunduğunu iddia edən iddiaçı cavabdehlərin həmin yaşayış sahəsindən istifadə hüquqları olmadığını göstərərək onların mənzildən çıxarılmaları barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddianı əsaslı sayaraq təmin etsə də, apellyasiya instansiyası məhkəməsi bununla razılaşmayaraq həmin qətnaməni ləğv etmiş və iddianı rədd etmişdir. Apellyasiya instansiyası məhkəməsi bu qənaətini əsaslandırarkən iki hala istinad etmişdir. Birincisi, apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 82.3-cü maddəsini tətbiq edərək hesab etmişdir ki, cavabdehlə rin mübahisəli mənzildən istifadə hüququ və pasport qeydiyyatına alınmaları qanuni qüvvəyə minmiş məhkəmə qətnamələri və qərarları ilə müəyyən olunmuşdur. İkincisi, apellyasiya instansiyası məhkəməsi cavabdehlərdən Ümüd Əfəndiyevin 30.08.2001-ci il təvəllüdlü olduğunu qeyd edərək hesab etmişdir ki, o, yetkinlik yaşına çatmadığından hazırkı iş üzrə cavabdeh ola bilməz. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, mülki iş materialları öyrənilərkən orada cavabdehlərin mübahisəli mənzildən istifadə hüququ olması və pasport qeydiyyatına alınmaları barədə qüvvədə olan hər hansı məhkəmə qətnaməsi, yaxud qərarı müəyyən edilmədi. Cavabdeh1 Suraxanı rayon icra hakimiyyətinə və qeyrilərinə qarşı mübahisəli mənzildən istifadə hüququnun tanınması faktının müəyyən edilməsi və həmin mənzilə dair onunla kirayə müqaviləsinin bağlanması tələbinə dair iddiası Suraxanı Rayon Məhkəməsinin 21 noyabr 2013-cü il tarixli qətnaməsi ilə təmin olunsa da, sonradan həmin qətnamə maraqlarına toxunan şəxs kimi İddiaçı verdiyi apellyasiya şikayətinə əsasən Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 29 yanvar 2016-cı il tarixli qətnaməsi ilə ləğv olunmuş və Cavabdeh1 iddiası rədd edilmişdir. Həmin qətnamədən kassasiya şikayəti verilməmiş və qüvvəyə minmişdir. Göründüyü kimi, hazırda cavabdehlərin mübahisəli mənzildən istifadə hüququnun tanınması ilə bağlı qüvvədə olan hər hansı məhkəmə qətnaməsi yoxdur. Cavabdehlərdən Ümüd Əfəndiyevin 30.08.2001-ci il təvəllüdlü olmaqla yetkinlik yaşına çatmadığı və bu səbəbdən də hazırkı iş üzrə cavabdeh ola bilməməsi ilə bağlı dəlilə gəldikdə isə məhkəmə kollegiy ası qeyd edir ki, iş materiallarında Ümüd Əfəndiyevin doğum tarixini (il, ay, gün) təsdiq edən hər hansı sənəd (doğum haqqında şəhadətnamə, şəxsiyyət vəsiqəsi) olmadığından bu dəlilin nə dərəcədə əsaslı olması barədə fikir yürütmək mümkün deyil. Ona görə də, işə apellyasiya qaydasında yenidən baxılarkən Ümüd Əfəndiyevin şəxsiyyətini təsdiq edən sənəd nəzərdən keçilrilməli və onun hazırkı iş üzrə cavabdeh ola bilməsinin mümkünlüyünə MPM-nin 49-cu maddəsinin (mülki prosessual fəaliyyət qabiliyyəti) tələbləri baxımından qiymət verilməlidir. Məhkəmə kollegiyasının qənaətinə görə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sü butlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Qanunvericiliyin mənasına görə, sübutların qiymətləndirilməsi təfəkkür prosesi olub, iş üzrə toplanmış sübutetmə materialının həm qanunun tələbinə uyğunluğunun, həm də tamlığının, işə aidliyinin, mümkünlüyünün, obyektivliyinin, mötəbərliyinin müəyyən edilməsini və onların əsasında nəticəyə gəlinməsini ehtiva edir. Sübutların düzgün qiymətləndirilməsi baxılan işin mahiyyəti üzrə həll edilərək, qanuni və əsaslı qətnamənin çıxarılması üçün mühüm əhəmiyyət kəsb edir. Sübut o halda mötəbər hesab olunur ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatlar işin həqiqi halına uyğun olur. Azərbaycan Respublikası MPM-nin 81-ci maddəsinin tələbinə görə qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. İşin yuxarıda göstərilən faktiki hallarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti qismən təmin olunmalı, ape llyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli və iş apellyasiya qaydasında yenidən baxılması üçün həmin məhkəməyə qaytarılmalıdır. İşə yenidən baxan məhkəmə yuxarıda qeyd olunan pozuntuları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, mübahisəli hüquq münasibətinə maddi hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli və eləcə də araşdırılan sübutlara Azərbaycan Respublikası MPMnin 88-ci maddəsinin tələbləri baxımından düzgün qiymət verməlidir. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinin tələbinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. Həmin Məcəll ənin 418.3-cü maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin, yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416-420-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının iş üzrə 24 iyul 2019-ci il tarixli, 2(103)-9865/19 saylı qətnaməsi ləğv olunsun və iş apellyasiya qaydasında yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-780/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-780/2020
11.02.2020 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver