Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-780/2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh X qarşı iş üzrə QƏRARİ Açar sözlər: əmrin ləğv edilməsi, işə bərpa 28.03.2023 Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu, Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 19 oktyabr 2022-ci il tarixli, 2(103)6243/2022 saylı qətnaməsindən İddiaçı verdiyi kassasiya şikayəti üzrə mülki işə 28 mart 2023-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: İşin halları: İddiaçı xx.xx.1994-cü ildən X baş kitabxanaçı, 1997-ci ildən 2016-cı ilədək ElmiMetodiki şöbənin müdiri vəzifəsində çalışmış, 12 aprel 2016-cı il tarixdə X İnformasiyaresurs şöbəsinin müdiri vəzifəsinə təyin edilmişdir. X direktorunun xx.xx.2021-ci il tarixli, 43 saylı əmrinə əsasən, kitabxananın İnformasiya-resurs şöbəsinin müdiri İddiaçı məsul şəxsləri məlumatlandırmadan və birbaşa rəhbərin razılığı olmadan xx.xx.2021-ci il tarixdə üzrsüz səbəbdən saat 09:00-dan, saat 12:00-dək işə gecikərək daxili nizam-intizam qaydalarını kobud şəkildə pozmasına görə töhmət elan edilmişdir. X direktoru tərəfindən verilmiş 28 fevral 2022-ci il tarixli, 07 saylı əmrlə kitabxananın informasiya-resurs şöbəsinin müdiri İddiaçı ilə bağlanmış əmək müqaviləsinə 28 fevral 2022-ci il tarixdən Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə) xitam verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: Birinci instansiya məhkəməsində icraat İddiaçı (bundan sonra- iddiaçı) cavabdeh X (bundan sonra- cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X xx.xx.2022-ci il tarixli, 07 saylı əmrinin ləğv edilməsi, işə bərpa edilməsi və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, işlədiyi müddətdə qüsursuz işçi kimi tanınmışdır. 2007-2017-ci illərdə X cəlb olunmuş işçi kimi işləmiş və 2016-cı ildən etibarən x bölmə rəhbəri olmuşdur. Qeyd olunan tarixdə X onu öz sektoruna işçi kimi dəvət etsə də, bu dəvəti qəbul etməyərək öz vəzifəsində qalmışdır. Bunda n hiddətlənən X ona qarşı kin bəsləyərək qərəzli münasibət göstərmişdir. 2018-ci ildən etibarən yenidən X əmək fəaliyyətini davam etdirmişdir. 2021-ci ilin oktyabr ayınadək əmək fəaliyyəti olduqca yüksək səviyyəli və məhsuldar olmuşdur. X xx.xx.2021-ci il tarixdən x rəhbər təyin olunduqdan sonra ona qarşı qərəzli münasibətlərini davam etdirmiş və ona qarşı psixoloji təzyiqlər etmişdir. Belə ki, rəhbər təyin olunduqdan sonra ona ilk sözü “Mədəniyyət və Turizm Nazirliyində sən mənimlə işləmək istəmədin, indi də mən səninlə işləmək istəmirəm” olmuşdur. Məruz qaldığı psixoloji təzyiqlərlə və haqqında deyilən alçaldıcı və təhqiramiz ifadələrlə bağlı Mədəniyyət Nazirinə dəfələrlə teleqram vursa da, bu məsələlər araşdırılmamışdır. Baş verən hadisələrlə bağlı ilk olaraq xx.xx.2021-ci il tarixdə Az ərbaycan Respublikası Mədəniyyət Nazirinə ərizə ilə müraciət etmiş, daha sonra isə dəfələrlə nazirə teleqram və məktub göndərsə də, heç bir nəticə olmamışdır. Yaranmış vəziyyətlə əlaqədar noyabrın 23-də nazirin qəbulunda olmaq üçün yenidən teleqram vurmuş, noyabrın 24-də nazirlikdən teleqramla bağlı xəbəri eşidən kimi ona qanunsuz olaraq töhmət verilmiş və məcburi şəkildə məzuniyyət ərizəsi yazdırılmışdır. Bu ərizələrdən və teleqramlardan xəbər tutan X onun tabeliyində olan əməkdaşları xidməti kabinetinə çağırıb onları təhdid etmiş və demişdir ki, “İddiaçı işdən qovacam, siz mənimlə işləmək istəyirsizsə onun əleyhinə şikayət dolu ərizə yazmalısınız.” Bir nəfər razılaşmamış, digər üç işçi isə ərizə yazmışdır. Qeyd olunan ərizələri əsas gətirən X onu işdən azad etmişdir. Öz şöbəsində olan əməkdaşlarla 3 ilə yaxın bir müddətdir ki, bir yerdə işləyir və indiyə kimi aralarında heç bir problem olmamışdır. X4 rəhbər təyin olunduqdan sonra şöbədə olan əməkdaşlardan qərəzli ərizələr alınaraq işdən azad olunmuşdur. Bütün bu sadalanan hallar X ona qarşı şəxsi qərəzini və kinini ifadə edir. Ona görə də qanuna uyğun şəkildə verilməmiş bu əmr ləğv edilməli və hüquqları bərpa olunmalıdır. Həmçinin, cavabdehin qanunsuz hərəkətləri nəticəsində yuxusuzluq, depressiya, yorğunluq, bitkinlik, enerjisizlik kimi psixoloji problemlərdən əziyyət çəkmişdir. Daimi yorğunluq fonunda istirahət etməyə daha çox ehtiyac hissi yaranmış, özünə güvən və inam hissi azalmış, kefsizlik və həyata marağın tükənməsi, günlük məsuliyyətlərin sonraya saxlanılması, diqqət pozğunluğu, düşünməyin çətinləşməsi, qorxaql ıq və əsəbilik, hər şeyi özünə almaq kimi pis vəziyyət yaranmışdır. Barəsində tərtib olunmuş xx.xx.2022-ci il tarixli əmr xx.xx.2022-ci il tarixdə rəsmi şəkildə ona təqdim edilmişdir. Əmri alan kimi dərhal xx.xx.2022-ci il tarixdə cavabdehə mediasiya təklifini özündə ehtiva edən məktub göndərmişdir. Cavabdeh mediasiya sessiyasında iştirakdan imtina etdiyi üçün xx.xx.2022-ci il tarixli, MŞB/6-1695 nömrəli mediasiya arayışı alınmışdır. Cavabdeh Əmək Məcəlləsinin 72-ci maddəsinin e bəndini əsas götürərək onu işdən çıxarsa da, yol veridiyi “kobud pozuntunun” nədən ibarət olması haqqında, eyni zamanda bu “pozuntu” nəticəsində işəgötürənin qanuni mənafeyinə hansı ciddi xələl gəlməsi barədə məlumat verməmişdir. Yalnız məcburiyyət nəticəsində tabeliyində olan işçilərdən qərəzli ərizələr alaraq əmə k fəaliyyətinə xitam vermişdir. Eyni zamanda, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək xəstə olduğu, yəni əmək qabiliyyəti olmadığı üçün işdə olmamış və bu barədə işəgötürənə məlumat verilmişdir. Bu faktı gözardı edən işəgötürən onu xx.xx.2022-ci il tarixdə onu xəstəliyi nəzərə almadan tələm-tələsik işə çağırmış və işdən azad etmişdir. Cavabdehlə aralarında yaranmış mübahisəni yoluna qoymaq cəhdləri nəticə vermədiyindən hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh iddia tələbinə etiraz edərək bildirmişdir ki, iddiaçı məhkəməyə müraciət etmək üçün iddia müddətini ötürmüşdür. Bu səbəbdən də, ötürülmüş iddia müddətinin nəzərə alınmasını, iddianın qeyd olunan əsasla rədd edilməsini xahiş etmişdir. Həmçinin, X informasıya-resurs şöbəsinin işçiləri həmin şöbənin şöbə müdir i iddiaçı haqqında şikayət ərizəsi ilə müraciət ediblər. 2021-2022-ci illəri əhatə edən fəaliyyəti dövründə İnformasiyaresurs şöbəsinin müdiri olan iddiaçı qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla, əmək funksiyasını, əmək borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, əmək və icra intizamının gedişatını pozmuş və işəgötürənin habelə, əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunar mənafelərinə ziyan vurmuşdur. İddiaçı xəstəliyi ilə əlaqədar xx.xx.2022-ci ildən xx.xx.2022-ci il tarixədək, xx.xx.2022ci ildən xx.xx.2022-ci il tarixədək, xx.xx.2022-ci ildən xx.xx.2022-ci il tarixədək işdən azad edilsə də, əmək qabiliyyətinin olmaması vərəqəsinə poliklinikanın möhürü ilə təsdiqlənməklə xx.xx.2022-ci ildən xx.xx.2022-ci il tarixədək işd ən azad edilməsi barədə qeydlər ləğv edilmişdir. xx.xx.2022-ci il tarixli təqdimata əsasən, X direktoru X1 Həmkarlar İttifaqı komitəsinin sədri X müraciət edərək, İnformasiya-resurs şöbəsinin işçilərinin həmin şöbənin şöbə müdiri X2 haqqında şikayət ərizəsi ilə müraciət etdiklərini, 2021-2022- ci illəri əhatə edən fəaliyyəti dövründə İnformasiya-resurs şöbəsinin müdiri İddiaçı qəsdən və ya səhlənkarlıqla, etinasizlıqla, əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, əmək və icra intizamının normal ahəngini pozduğunu, işəgötürənin və əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə ziyan vurduğunu göstərmiş, İddiaçı əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə) əsasən xitam verilməsinə rəy verilməsini xahiş etmişdir. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 05 iyul 2022-ci il tarixli, 2(004)2964/2022 saylı qətnaməsi ilə (hakim T.Axundov) iddia rədd edilmişdir. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçının mülahizələri özünü müdafiə xarakteri daşımaqla əsassızdır və qəbul edilə bilməz. Belə ki, iddiaçı iddia ərizəsində qüsursuz xidmət göstərdiyini qeyd etsə də, iş materialları ilə müəyyən edilmişdir ki, ona sonuncu dəfə xx.xx.2021-ci il tarixli, 43 saylı əmri ilə daxili nizam-intizam qaydalarını kobud şəkildə pozmasına görə töhmət elan edilmişdir. Lakin, iddiaçı verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq alt ı ay ərzində təkrarən əmək funksiyasını pozmuşdur ki, bu da, qanunvericiliyin tələbinə əsasən, işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iş üzrə toplanılmış sübutlarla xresurs şöbəsinin müdiri ola iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə kitabxananın direktoru x xx.xx.2022-ci il tarixli, 07 saylı əmrinin Azərbaycan Respublikasının əmək qanunvericiliyinin tələblərinə tam riayət olunmaqla qəbul olunması təsdiq olunmuşdur. Ona görə də, işin faktiki hallarına əsasən iddiaçı ilə bağlanmış müddətli əmək müqaviləsinə xitam verilməsi barədə əmr verilərkən Azərbaycan Respublikasının əmək qanunvericiliyinin tələblərinə tam əməl edilməsini, iddiaçının işdən qanunsuz azad olunması barədə dəlillərinin m əhkəmə baxışında təsdiqini tapmamasını və əmrin ləğv edilməsi üçün əsasların olmaması nəzərə alınaraq qanunvericiliyin göstərilən müddəalarına əsasən, iddia tələbi əsassız olduğuna görə rədd edilməlidir. Həmçinin birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçının iddia tələbinin əsası kimi Əmək Məcəlləsinin 73-cü maddəsinin 2-ci hissəsinin tələbləri müddətli əmək müqaviləsi əsasında çalışan işçilərə şamil olunur və hazırki halda iddiaçı onunla cavabdeh təşkilat arasında müddətli müqavilənin bağlanmasına dair hər hansı bir sübut təqdim edə bilməmişdir. Bu baxımdan iddiaçının qanunun həmin normasına istinadı əsassızdır. Bundan başqa, birinci instansiya məhkəməsi cavabdehin iddia tələbinə iddia müddətinin tətbiqinə dair etirazı ilə bağlı bildirmişdir ki, həmin ərizə əsassız olduğundan hazırki iş üzrə iddia tələbinə iddia müddəti tətbiq edilməməlidir. Belə ki, iş materiallarından müəyyən olunduğu kimi, iddiaçının hazırki iddia ərizəsi məhkəmənin icraatına xx.xx.2022ci il tarixdə daxil olmuşdur. Beləliklə, iddiaçı qanunvericiliklə nəzərdə tutulmuş qaydada fərdi əmək mübahisəsinin həlli ilə bağlı məhkəməyə qədər baxan orqana 3 ay ərzində müraciət etmiş, cavabdeh ilkin mediasiya sessiyasında iştirak etmədiyinə görə, 1 ay müddətində məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 11-ci maddəsinin “b” bəndinə, 68-ci maddəsinin 1-ci hissəsinə, 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə, 70-ci maddəsinin “ç” bəndinə, 71-ci maddəsin in 2ci hissəsinə, 72-ci maddəsinin “ə” bəndinə, 80-ci maddəsinin 1, 2-ci, 83-cü maddəsinin 1ci hissələrinə 287-ci, 292-ci maddəsinin 1-ci bəndinə 294-cü maddəsinin 5-ci, 296-cı maddəsinin 1, 2-ci hissələrinə, Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 4.1, 9, 14.2, 77.1, 217.3, 217.4, 220.5-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsində icraat İddiaçı apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci il tarixli təqdimatda iddiaçının qəsdən və ya səhlənkarlıqla, etinasizlıqla, əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirməməsi hansı hərəkətl ərdən ibarət olduğu göstərilməmişdir. Bundan başqa, iddiaçının iş vaxtı və bilavasitə iş yerində kitabxananın əməkdaşlarını mütəmadi olaraq təhqir etməsi və digər etik normalara uyğun olmayan hərəkətlərə yol verməsi halları ilə bağlı hər hansı bir hüquq mühafizə orqanına və ya məhkəməyə müraciətlər olmamışdır. O cümlədən, iş materiallarında iddiaçının inzibati xəta və ya cinayət törətməsi ilə əlaqədar məsuliyyətə cəlb olunduğunu təsdiq edən heç bir sübut yoxdur. Həmçinin, ******* saylı əmək qabiliyyətinin olmaması vərəqəsinə əsasən, iddiaçı xəstəliyi ilə əlaqədar xx.xx.2022-ci ildən xx.xx.2022-ci iltarixədək və xx.xx.2022-ci ildən xx.xx.2022-ci il tarixədək Bakı şəhəri, 19 saylı şəhər poliklinikasının bilavasitə müalicə edən həkiminin rəyi, xx.xx.2022-ci ildən xx.xx.2022-ci il tarixədək isə həmin poliklinikanın Həkim-Məsləhət Komissiyasının rəyi əsasında işdən azad edilmişdir. Bundan xeyli müddət sonra məlum olmayan səbəblərdən poliklinikanın adı qeyd olunmayan işçisi tərəfindən vərəqənin sol yan tərəfində “28.02.22-05.03.22 tarixli möhürün ləğvinə inanılmalı” sözləri yazılmış, Həkim-Məsləhət Komissiyasının düzbucaqlı ştampının üzərinə 2 çarpaz xətt çəkilmişdir. Belə ki, əmək qabiliyyətinin olmaması vərəqəsinin “İşdən azad edilib” qrafasında xx.xx.2022-ci ildən xx.xx.2022-ci il tarixədək, xx.xx.2022-ci ildən xx.xx.2022-ci il tarixədək, xx.xx.2022-ci ildən xx.xx.2022-ci il tarixədək işdən azad edilir qeydləri və 06 mart tarixində “İşə başlamalı” qeydləri baş həkimin və müalicə həkiminin imzaları və bu imzaları təsdiq edən möhür və üçbucaqlı ştamp olduğu kimi saxlanılmışdır. Bu isə xəstəlik vərəqəsində xx.xx.2022-ci ildən xx.xx.2022-ci il tarixədək işdən azad edilməsi barədə qeydlərin ləğv edilməsinə dəlalət etmir. Digər tərəfdən, mövcud qanunvericilikdə və digər normativ hüquqi aktlarda “əmək qabiliyyətinin olmaması vərəqələrinin” ləğv edilməsi nəzərdə tutulmamışdır. Cavabdeh apellyasiya şikayətinə etiraz edərək bildirmişdir ki, iddiaçı əmək intizamını pozduğuna görə 24 noyabr 2021-ci il tarixli, 43 saylı əmrlə intizam məsuliyyətinə cəlb olunub ona “töhmət” verilməsinə baxmayaraq, bundan lazımi nəticə çıxarmamış, əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etməyərək tabeliyində olan işçilərin və kitabxana rəhbərliyinin ünvanına nalayiq ifadələr işlətməklə yenidən intizam xətasına yol vermişdir. Bundan əlavə, iddiaçı barəsində 28 fevral 2022-c i il tarixində işdən azad olunma barədə əmr verilərkən o, əmək qabiliyyətli olmuşdur. Apellyasiya icraatı zamanı əmək qabiliyyətinin olmaması vərəqəsində edilən düzəlişlə bağlı Bakı şəhəri, 19 saylı şəhər poliklinikasına sorğu edilmiş və sorğuya cavab olaraq bildirilmişdir ki, 28 fevral 2022-ci il tarixdə iddiaçı sahə həkimi ilə əlaqə saxlayaraq özünü yaxşı hiss etdiyindən işə çıxmaq istədiyini və bu səbəbdən ərizə ilə poliklinikaya müraciət edərək xəstəlik tarixinin uzadılmamasını xahiş etdiyindən, onun ərizəsi əsasında xx.xx.2022-ci ildən xx.xx.2022-ci il tarixədək artırılmış günləri ləğv edilmişdir. İddiaçının ərizəsinin surəti sorğuya cavab məktubuna əlavə edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 19 oktyabr 2022-ci il tarixli, 2(103)-6243/2022 saylı qətnaməsi ilə (ha kimlər İ.Kərimli sədrlik edən, məruzəçi, A.İsgəndərov və E.Kazımov) apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 05 iyul 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi, birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq hesab etmişdir ki, iddiaçının əmək fəaliyyəti zamanı rəhbərlik etdiyi şöbənin əməkdaşlarını təhqir etməsi, onlarla kobud davranması kobud səhv kimi qiymətləndirilməklə işəgötürənin və müəssisənin qanuni mənafeyinə ciddi xələl gətirən pozuntu kimi qiymətləndirilə bilər. İddiaçının şöbə müdiri kimi belə hərəkətləri işin normal ahənginin pozulmasına səbəb olan və əmək kollektivinin ayrı-ayrı üzvlərinin hüquqlarına və qanunla qorunan mənafelərinə ziyan vuran hərəkətlər kimi də səciyyəl ənə bilər. Bundan başqa, məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçı iddia ərizəsində qüsursuz xidmət göstərdiyini qeyd etsə də, mülki iş materialları ilə müəyyən edildiyi kimi ona sonuncu dəfə 24 noyabr 2021-ci il tarixli, 43 saylı əmrlə daxili nizam-intizam qaydalarını kobud şəkildə pozmasına görə töhmət elan edilmişdir. Həmçinin, apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə əmrin verilməsi tarixinin onun əmək qabiliyyətini müvəqqəti itirdiyi dövrə təsadüf etməsi barədə apellyasiya şikayətinin dəlili də tam əsassızdır. Apellyasiya instansiya məhkəməsi hesab etmişdir ki, X İnformasiya-resurs şöbəsinin müdirinin iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə Kitabxananın direktoru X 28 fevral 2022-ci il tarixli, 07 saylı əmrinin Azərbaycan Respublikasının əmək qanunvericiliyinin tələblərinə tam riayət olunmaqla qəbul olunması mülki iş materialları ilə təsdiq olunmuşdur. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə, 71-ci maddəsinin 2-ci hissəsinə, 72-ci maddəsinin “e” bəndinə, 73-cü maddəsinin 2-ci hissələrinə, 79-cu maddəsinin 1-ci, 80-ci maddəsinin 1-ci, 296-cı maddəsinin 1, 2-ci bəndlərinə, Habelə Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 77.1, 384.0.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Kassasiya instansiyası məhkəməsində icraat Kassasiya şikayətinin, ona qarşı etirazın dəlilləri və işdə iştirak edən şəxslərin izahatları Kassasiya şikayətinin dəlilləri İddiaçı kassasiya şikayəti ve rərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddianın tam təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassator şikayətini apellyasiya şikayətinin dəlillərinə uyğun olaraq əsaslandırılmışdır. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Cavabdeh kassasiya şikayətinə etiraz edərək bildirmişdir ki, kassasiya şikayətinin dəlilləri tam əsassızdır. Belə ki, iddiaçının irəli sürdüyü dəlillərin tam əksinə, onun barəsində intizam məsuliyyətinin tətbiq edilməsi əsas olan halların baş verməsi mülki iş materialları ilə tam təsdiq olunur. İlk növbədə, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə əmrin verildiyi tarixin iddiaçının əmək qabiliyyətini itirdiyi dövrə təsadüf etməsi məsələsi tam əsassızdır. Çünki, iddiaçının əmək q abiliyyətini müvəqqəti itirməsini təsdiq edən sənəd onu verən orqanın özü tərəfindən ləğv edilmişdir. Eyni zamanda iddiaçının iş yoldaşlarını təhqir etməsi, onlarla kobud davranması işdə olan sübutlarla, o cümlədən şahid ifadələri ilə də tam təsdiq olunur. İşdə iştirak edən şəxslərin izahatları Azərbaycan Respublikası MPM-nin 10.8-1 və 414-cü maddələrinə əsasən işə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxıldı. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş,araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsikassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlara təsir göstərə bilər. Hazırki icraat üzrə apellyasiya instansiyası məhkəməsinin aktı iddiaçının kassasiya şikayəti əsasında bütövlükdə yoxlanılır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Əmək Məcəlləsi Maddə 70 (bənd “ç”). İşçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hall arda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Maddə 71. (2-ci hissə). Bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Maddə 72. (bənd “e”). Əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mə nafeyinə ciddi xələl gətirməsi işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. Maddə 73 (2-ci hissə). İşçinin müəyyən üzürlü səbəbdən (xəstələnməsi, ezamiyyətdə, məzuniyyətdə olması, habelə bu Məcəllənin 179-cu maddəsində nəzərdə tutulan iş yeri və orta əmək haqqı saxlandığı hallarda) iş yerində olmadığı dövrdə müddətli əmək müqaviləsinin müddəti qurtardığı hallarda həmin müqaviləyə işçi işə çıxdıqdan sonra işəgötürənin müəyyən etdiyi gündə, lakin onun işə çıxdığı gündən bir təqvim həftəsi keçməmiş xitam verilə bilər. Maddə 79.1. İşəgötürən tərəfindən əmək qabiliyyətini müvəqqəti itirən işçilərin bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinin ləğv edilməsi qadağandır. Maddə 80 (1-ci hissə). Bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndl ərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. Maddə 296.1. Bu Məcəllənin 294-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş fərdi əmək mübahisələrinə baxan orqana, işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 təqvim ayı ərzində müraciət edə bilər. Maddə 296.2. Bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı v ə onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiy a instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya instansiya məhkəməsinin mövqeyi Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. İddiaçı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, iddianın təmin edilməsi üçün əsasların olduğunu göstərsə də, kassasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır. Belə ki, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarına görə, iddiaçı, xx.xx.1994-cü ildən X baş kitabxanaçı, 1997-ci ildən 2016-cı ilədək Elmi-Metodiki şöbənin müdiri vəzifəsində çalışmış, 12 aprel 2016-cı il tarixdəX İnformasiya-resurs şöbəsinin müdiri vəzifəsinə təyin edilmişdir. X direktorunun xx.xx.2021ci il tarixli, 43 saylı əmrinə əsasən, kitabxananın İnformasiya-resurs şöbəsinin müdiri kimi iddiaçı məsul şəxsləri məluma tlandırmadan və birbaşa rəhbərin razılığı olmadan xx.xx.2021-ci il tarixdə üzrsüz səbəbdən saat 09:00-dan, saat 12:00-dək işə gecikərək daxili nizam-intizam qaydalarını kobud şəkildə pozmasına görə ona töhmət elan edilmişdir. X direktoru tərəfindən verilmiş 28 fevral 2022-ci il tarixli, 07 saylı əmrlə kitabxananın informasiya-resurs şöbəsinin müdiri- iddiaçı ilə bağlanmış əmək müqaviləsinə 28 fevral 2022-ci il tarixdən Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə) xitam verilmişdir. Apellyasiya instansiyası məhkəməsi, birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq hesab etmişdir ki, iddiaçının əmək fəaliyyəti zamanı rəhbərlik etdiyi şöbənin əməkdaşlarını təhqir etməsi, onlarla kobu d davranması kobud səhv kimi qiymətləndirilməklə işəgötürənin və müəssisənin qanuni mənafeyinə ciddi xələl gətirən pozuntu kimi qiymətləndirilə bilər. İddiaçının şöbə müdiri kimi belə hərəkətləri işin normal ahənginin pozulmasına səbəb olan və əmək kollektivinin ayrı-ayrı üzvlərinin hüquqlarına və qanunla qorunan mənafelərinə ziyan vuran hərəkətlər kimi də səciyyələnə bilər. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçı iddia ərizəsində qüsursuz xidmət göstərdiyini qeyd etsə də, mülki iş materialları ilə müəyyən edildiyi kimi ona sonuncu dəfə 24 noyabr 2021-ci il tarixli, 43 saylı əmrlə daxili nizamintizam qaydalarını kobud şəkildə pozmasına görə töhmət elan edilmişdir. Həmçinin, apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçı ilə bağlanmış əmək mü qaviləsinə xitam verilməsi barədə əmrin verilməsi tarixinin onun əmək qabiliyyətini müvəqqəti itirdiyi dövrə təsadüf etməsi barədə apellyasiya şikayətinin dəlili də tam əsassızdır. Belə ki, iddiaçının əmək qabiliyyətini müvəqqəti itirməsini təsdiq edən sənəd onu verən orqanın özü tərəfindən ləğv edilmişdir. Eyni zamanda iddiaçının iş yoldaşlarını təhqir etməsi, onlarla kobud davranması işdə olan sübutlarla, o cümlədən şahid ifadələri ilə də tam təsdiq olunur. Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Həmin Məcəllənin 71-ci maddəsinin 2- ci hissəsinə görə, bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Həmin Məcəllənin 72-ci maddəsinin “e” bəndində göstərilir ki, əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. Apellyasiya instansiya məhkəməsi, iddiaçının kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlillərini araşdırıb haqlı olaraq qeyd etmişdir ki, işəgötürən iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi üzrə xitam verərkən düzgün nəticəyə gəlmiş və yuxarıda sadalanan maddələrin tələblərini hazırki əmək mübahisəsinə düzgün tətbiq etmişdir. Kassasiya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşıb hesab edir ki, iddiaçının etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahənginin pozulması mülki iş materialları ilə istisna edilmədiyindən, iddiaçının kassasiya şikayətinin dəlilləri əsaslı sayıla bilməz. Bu baxımdan kassasiya instansiyası məhkəməsi yuxarıda qeyd olunanları nəzərə alıb hesab edir ki, iddiaçının kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlillərinə apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılaraq düzgün hüquqi qiymət verildiyi üçün, həmin dəlilləri təkrar araşdırmağa lüzum görmür. Ona görə də iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 19 oktyabr 2022-ci il tarixli, 2(103)-6243/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.