Məhkəmə qərarları › İş №2(102)-780/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-780/2024

28.02.2024 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-780/2024 28.02.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Azərbaycan Respublikasi Qaçqınların və X5 Üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamentinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ Açar söz: mənzildən çıxarılma Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim Əhmədova Mehparə Tofiq qızı (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə ibarət tərkibdə, iddiaçı Azərbaycan Respublikasi Qaçqınların və X5 Üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamentinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzildən çıxarılması” tələbinə dair mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-930/2023 nömrəli, 12 oktyabr 2023-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 aprel 2010-cu il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş 06 iyul 2015-ci il tarixli 4 saylı Xüsusi təyinatlı yaşayış sahələrinin kirayə müqaviləsinin forması “Xüsusi təyinatlı yaşayış X4”-nin surətinə əsasən Azərbaycan Respublikasi Qaçqınların və X5 Üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamentinin (bundan sonra iddiaçı ) direktoru Cavabdeh1 Qəbələ rayonu ərazisində məcburi köçkünlər üçün salınmış 350 ailəlik Zarağan-2 qəsəbəsində bina 2, mənzil 4 ünvanında yerləşən 1 otaqlı yaşayış ev ini aralarında razılaşdırılmış şərtlərə əsasən kirayə vermişdir.

2. Azərbaycan Respublikasi Qaçqınların və X5 Üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamentinin Qəbələ Rayon Mənzil Kommunal İstismar Sahəsinin 29 dekabr 2022-ci il tarixli aktına əsasən Qəbələ rayon 350 ailəlik Zarağan-2 Məcburi Köçkün qəsəbəsində 2010-cu ilin mart ayında 3 (üç) ədəd, 2013-cü ildə isə daha 2 (iki) ədəd 5 (beş) mərtəbəli 350 (üç yüz əlli) ailəlik yaşayış binaları tikilib və məcburi köçkünlərə püşkatma üsulu ilə “Xüsusi Təyinatlı Yaşayış X4" adlı müqavilə sənədi ilə müvəqqəti yaşamaları üçün verilib. 2010-cu ilin mart ayında bina - 2, mənzil - 64 Qəbələ rayon Zarağan - 2 MKİS-nin idarəsi təyin olunub. 2015-2019-cu illərdə Qəbələ rayon Zarağan-2 MKİS-də rəis vəzifəsində işləmiş Cavabdeh1, ona və ailəsinə 2010 -cu ilin mart ayında püşk atma üsulu ilə müvəqqəti yaşamaları üçün verilmiş bina 2, mənzil 4-ü, 2018-ci ildə Qəbələ rayon MKİSində rəis işlədiyi dövrdə, MKİS-nin idarəsi ilə (yəni bina-2, mənzil-4-ü mənzil-64 ilə) qeyriqanuni olaraq dəyişmiş və zəbt etmişdir.

3. Azərbaycan Respublikasi Qaçqınların və X5 Üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamentinin Qəbələ Rayon Mənzil Kommunal İstismar Sahəsinin 146 saylı, 25 aprel 2023-cü il tarixli arayışından görünür ki, Cavabdeh1 həqiqətən məcburu köçkün olmaqla ünvan 1 ünvanında ailə üzvləri ilə birlikdə yaşayır: ailə üzvləri X1- anası, Cavabdeh2 həyat yoldaşı, X2-oğlu, X3-qardaşı. Qeyd: Cavabdeh1 anası X1 və qardaşı X3 (bundan sonra cavabdeh) Qəbələ rayonu, Zarağan-2, bina 2,mınzil 35-də qeydiyyatdadır.

4. Cavabdeh1 və Cavabdeh2 Azərbaycan Res publikasi Qaçqınların və X5 Üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamentinin balansında olan Qəbələ rayonu ərazisində məcburi köçkünlər üçün salınmış 350 ailəlik Zarağan-2 qəsəbəsində yerləşən 2 saylı binanın 64 saylı mənzilində ailə üzvləri ilə birlikdə yaşayır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı təşkilat cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzildən çıxarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2nən, ailə üzvlərinin və qeyrilərinin əşyaları ilə birlikdə Qəbələ rayonu, 350 ailəlik Zarağan-2 qəsəbəsində bina 2-də yerləşən 64 nömrəli 3 otaqlı xidməti mənzildən çıxarılması və 64 nömrəli xidməti mənzilin boşaldılaraq Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinə təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. İddia tələbini işin hallarına uyğun əsaslandırılaraq əlavə olaraq qeyd etmişdir ki, Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri qismində məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə qəbul edilmiş Azərbaycan Respublikası Prezidentinin fərmanlarına, sərəncamlarına və dövlət proqramlarına əsasən tikilərək, həmçinin dövlət vəsaiti hesabına məcburi köçkünlərin müvəqqəti yaşaması üçün alınaraq xüsusi təyinatlı mənzil fonduna daxil edilmiş yaşayış sahələri istifadə edilir. Həmin yaşayış sahələrinin verilməsi Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsinin (bundan sonra - Komitə) qərarı ilə həyata keçirilir. Komitə Nazirlər Kabinetinin 65 saylı Qərarı ilə təsdiq olunmuş Qaydalara əsaslanaraq buna daha çox ehtiyacı olan, ağır, qəzalı şəraitdə məskunlaşmış məcburi köçkünlərə yaşayış sahələrinin müvəqqəti verilməsini həyata keçirir. Əlavə olaraq bildirilir ki, Komitə məcburi köçkünlərin müvəqqəti istifadəsinə verilmiş qəsəbələrdəki yaşayış sahələrinin təyinatı üzrə istifadə edilməsinə xüsusi diqqət yetirməklə, daim nəzarətdə saxlayır. Son dövrlərdə aparılmış araşdırmalar nəticəsində müəyyən edilmişdir ki, bəzi məcburi köçkünlər verilmiş mənzillərdə yaşamır, mənzilləri qeyri- qanuni dəyişir və ya zəbt edir. Belə ki, Qəbələ rayonu ərazisində məcburi köçkünlər üçün salınmış 350 ailəlik Zarağan-2 qəsəbəsində bina 2-də yerləşən 64 nömrəli 3 otaqlı mənzil Departamentin Qəbələ rayon üzrə Mənzil kommunal istis mar sahəsinin xidməti iş otağı kimi ayrılmış və orada çalışan işçilər tərəfindən xidməti iş otağı kimi istifadə edilmişdir. 2018-ci ildə Cavabdeh1 Qəbələ rayon Mənzil kommunal istismar sahəsinin rəisi vəzifəsində işlədiyi müddətdə 64 nömrəli xidməti mənzili qeyri-qanuni zəbt edib, ailə üzvləri ilə birlikdə həmin mənzili yaşayış sahəsi kimi istifadə edib yaşamağa başlamışlar. Komitə tərəfindən məcburi köçkün kimi Cavabdeh1 və ailə üzvilərinə həmin qəsəbədə olan bina 2-də verilmiş və 4 nömrəli 1 otaqlı mənzili isə qeyri qanuni olaraq Departamentin Qəbələ rayon üzrə Mənzil kommunal istismar sahəsinin xidməti iş otağı etmişlər. Sonradan Cavabdeh1 işində yol verdiyi nöqsanlara görə işindən azad edilmişdir. Sahə rəisi tərəfindən cavabdehlərə zəbt etdikləri 64 nömrəli xidməti mənzili könüllü təhv il verib Komitə tərəfindən onlara kirayə müqaviləsi əsasında verilmiş 4 nömrəli mənzilə köçmələri barədə dəfələrlə söhbət aparılıb xəbərdar edilmələrinə baxmayaraq, bu günə kimi nəticəsi olmamış, zəbt etdikləri xidməti mənzili təhvil verməmişlər.

7. Qəbələ Rayon Məhkəməsinin (hakim X8) 8 may 2023-cü il tarixli, 2(025)-270/2023 saylı qətnaməsi ilə iddia təmin edilmişdir.

8. Məhkəmə qeyd etmişdir ki, dövlət mənzil fondunun xidməti yaşayış sahələri yalnız dövlət orqanlarına seçilmiş və ya təyin edilmiş şəxslərə, habelə hərbi qulluqçulara onların işlədikləri və ya qulluq keçdikləri yaşayış məntəqəsində yaşayış sahəsi olmadıqda, özü də qulluqkeçmə müddəti üçün verilir.

9. Cavabdehlər isə heç bir əsas olmadan özbaşına olaraq həmin Qəbələ rayonu Zarağan-2 qəsəbəsində yerləşən 2 saylı binanın 64 s aylı mənzilini zəbt etmişlər.

10. Beləliklə, işin araşdırılan halları ilə məhkəmədə müəyyən olunmuşdur ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 heç bir qanuni əsas olmadan Azərbaycan Respublikasi Qaçqınların və X5 Üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamentinin balansında olan Qəbələ rayonu ərazisində məcburi köçkünlər üçün salınmış 350 ailəlik Zarağan-2 qəsəbəsində yerləşın 2 saylı binanın 64 saylı mənzilini özbaşına zəbt etmişdir və hazırda həmin mənzildə qanunsuz olaraq yaşayırlar.

11. Məhkəmə hesab etmişdir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ailə üzvləri və əşyaları ilə birlikdə Azərbaycan Respublikasi Qaçqınların və X5 Üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamentinin balansında olan Qəbələ rayonu, 350 ailəlik Zarağan-2 qəsəbəsində bina 2-də yerləşən 64 nömrəli 3 otaqlı xidm əti mənzildən çıxarılmalı və 64 nömrəli xidməti mənzilin boşaldılaraq Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinə təhvil verilməlidir.

12. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13,29-cu MM-in 157.2,Mənzil Məcəlləsinin 7.1,8,17,91,92,98,99,103-cü maddələrinə və Azərbaycan Respublikası MPM-in 14.2,77.1-ci maddəsinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

13. Cavabdeh1 apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

14. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, əvvəllər, o və ailəsinin yaşadığı Qəbələ rayonu ərazisində məcburi köçkünlər üçün salınmış 350 ailəlik Zarağan-2 qəsəbəsində b ina 2-də yerləşən 4 nömrəli 1 otaqlı mənzil darısqal olduğundan, yaşamaq mümkün olmadığından həmin dövrdə rəhbərlik ilə razılaşdırılmaqla Zarağan2qəsəbəsində bina 2-də yerləşən 64 nömrəli 3 otaqlı mənzilə köçmüş, bina 2-də yerləşən 4 nömrəli 1 otaqlı mənzili isə Departamentin Qəbələ rayon üzrə Mənzil kommunal istismar sahəsinin xidməti iş otağı kimi müəyyən edilmişdir. Lakin rəsmiləşdirilmə işləri aparılmamışdır. Ona görə də o və ailəsi bina 2-də yerləşən 64 nömrəli 3 otaqlı mənzildə qeyri-qanuni deyil, xx.xx.2015-ci il tarixli Xüsusi təyinatlı yaşayış X4nə əsasən razılaşdırılmış qaydada məskunlaşmışlar.

15. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-930/2023 nömrəli, 12 oktyabr 2023-ci il tarixli qətnaməsi ilə (hakimlər Mahir Əsədli(sədrlik edən və məruzəçi), Ələddin Məcidov və Elçin Mehdiyev) cavabdehin apellyasiya şikayətini təmin etməyərək birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılması qət edilmişdir.

16. Məhkəmə kollegiyası müəyyən etmişdir ki, cabadehlər Cavabdeh1 və Cavabdeh2 Azərbaycan Respublikasi Qaçqınların və X5 Üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamentinin balansında olan Qəbələ rayonu ərazisində məcburi köçkünlər üçün salınmış 350 ailəlik Zarağan-2 qəsəbəsində bina 2-də yerləşən 64 nömrəli 3 otaqlı mənzilində qanunsuz olaraq zəbt edərək yaşamaqdadır. Bununla bağlı Azərbaycan Respublikasi Qaçqınların və X5 Üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamenti tərəfindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 mənzili tərk etmələri bildirilmiş, lakin cavabdehlər tərəfindən mənzil boşaldılmamışdır.

17. Birinci instansiya məhkəm əsi tərəfindən mübahisəli yaşayış evinə yerində baxış keçirilərkən müəyyən edilmişdir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Azərbaycan Respublikasi Qaçqınların və X5 Üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamentinin balansında olan Qəbələ rayonu ərazisində məcburi köçkünlər üçün salınmış 350 ailəlik Zarağan-2 qəsəbəsində yerləşən 2 saylı binanın 64 saylı mənzilində ailə üzvləri ilə birlikdə yaşayır.

18. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, mübahisəli mənzil Qəbələ rayonu ərazisində məcburi köçkünlər üçün salınmış 350 ailəlik Zarağan-2 qəsəbəsində bina 2-də yerləşən 64 nömrəli 3 otaqlı mənzil Azərbaycan Respublikasi Qaçqınların və X5 Üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamentinin Qəbələ rayon üzrə Mənzil kommunal istismar sahəsinin xidməti iş otağı kimi ayrılmış və orada çalışan işçilər tərəfindən xidməti iş otağı kimi istifadə edilməsi nəzərdə tutulmuşdur.

19. Cavabdehlər isə heç bir əsas olmadan özbaşına olaraq həmin Qəbələ rayonu Zarağan-2 qəsəbəsində yerləşən 2 saylı binanın 64 saylı mənzilini zəbt etmişlər.

20. Cavabdeh1 ailəli olduğundan və ailə üzvlərinin sayı 3 nəfərdən çox olduğu üçün ona yaşamaq üçün 3 otaqlı mənzil verilməli olması barədə şikayətin dəlillərini də kollegiya əsassız saymışdır.

21. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəni həll edərkən tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətləri ilə bağlı işin faktiki halları tam araşdırılmış, maddi hüquq normalarının tətbiqində işə baxan məhkəmə tərəfindən səhvə yol verilməmiş, nəticədə düzgün və əsaslı qətnamə çıxarılmı şdır. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

22. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu MMin 157.2, Mənzil Məcəlləsinin 7.1, 8, 17, 91, 92, 98, 99, 103-cü maddələrinə və Azərbaycan Respublikası MPM-in 14.2, 77.1-ci maddəsinə istinadla əsaslandırmışdır. a) Kassasiya şikayətinin dəlilləri

23. Cavabdeh1 (vəkil Nümayəndə3) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək işin yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə gönderilməsini xahiş etmişdir.

24. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki,Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 29 aprel tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş kirayə müq avilələri(bundan sonra- kirayə müqaviləsi) əsasında verilir. Kassator 3 nəfər ailə üzvü ilə birlikdə Zarağan-2 qəsəbəsində bina 2-də yerləşən 64 nömrəli 3 otaqlı mənzildə xx.xx.2015-ci il tarixli Xüsusi təyinatlı yaşayış X4nə əsasən razılaşdırılmış qaydada yaşamışlar.Kassator ailəli olduğundan və ailə üzvlərinin sayı 3 nəfərdən çox olduğu üçün ona və ailəsinə yaşamaq üçün 1otaqlı deyil, 3 otaqlı mənzil verilməli idi. Yuxarı əlaqədar təşkilata bildirdikdən sonra razılıq əsasında hazırkı mübahisəli mənzildə ailəsi ilə birlikdə köçərək yaşamışdır. Kassasiya şikayəti işin hallarına uyğun əsaslandırılmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

25. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası

26. Maddə

13. Azərba ycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi

27. Maddə 7.1 Mənzil münasibətlərinin subyektləri Azərbaycan Respublikası, Naxçıvan Muxtar Respublikası, bələdiyyələr, fiziki və hüquqi şəxslərdir. Azərbaycan Respublikası və Naxçıvan Muxtar Respublikası adından mənzil münasibətlərində öz səlahiyyətləri daxilində dövlət orqanları iştirak edirlər. Bələdiyyələr mənzil münasibətlərində onların statusunu müəyyən edən qanunvericilik aktı ilə verilən səlahiyyət daxilində iştirak edirlər.

28. Maddə 8 Mənzil hüquq və vəzifələrinin əmələ gəlməsi əsasları qanunla nəzərdə tutulmuş müqavilə və digər əqdlər, habelə qanunla nəzərdə tutulmasa belə, ona zidd olmayan müqavilə və əqdlər, mənzil qanunvericiliyi ilə mənzil hüquq və vəz ifələrinin əmələ gəlməsi əsası kimi nəzərdə tutulmuş dövlət orqanlarının və bələdiyyələrin aktları və s. təşkil edir.

29. Maddə 17 Mənzil fondu Azərbaycan Respublikasının ərazisində yerləşən bütün yaşayış sahələrinin məcmusudur və mülkiyyət formasına görə mənzil fondu özəl mənzil fondu, dövlət mənzil fondu və bələdiyyə mənzil fonduna bölünür. Öz növbəsində istifadə məqsədlərinə görə dövlət və bələdiyyə mənzil fondu sosial və xüsusi təyinatlı mənzil fondlarına bölünür. Sosial təyinatlı mənzil fondu dövlət və bələdiyyə mənzil fondlarından sosial kirayə müqavilələri əsasında vətəndaşlara verilən yaşayış sahələrini, xüsusi təyinatlı mənzil fondu isə ayrı-ayrı kateqoriyalardan olan vətəndaşların yaşaması üçün nəzərdə tutulmuş dövlət və bələdiyyə mənzil fondlarının yaşayış sahələrini ehtiva edir.

30. Maddə 91 Xüsusi təyinatlı mənzil fondunun yaşayış sahələrinə xidməti yaşayış sahələri, yataqxanalarda yaşayış sahələri, manevr fondu yaşayış sahələri, əhaliyə sosial xidmət sisteminə daxil olan binalarda yaşayış sahələri, məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri, qaçqın statusuna malik olan şəxslərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri və ayrı-ayrı kateqoriyalardan olan vətəndaşların sosial müdafiəsi üçün yaşayış sahələri aiddir. Xüsusi təyinatlı yaşayış sahələri qismində dövlət və bələdiyyə mənzil fondunun yaşayış sahələri istifadə edilir. Yaşayış sahəsinin xüsusi təyinatlı yaşayış sahəsi qismində istifadəsinə yalnız həmin sahə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qayda və tələblərə riayət etməklə xüsusi təyinatlı mənzil fonduna aid edildikdən sonra yol verilir. Yaşayış sahəsinin xüsusi təyinatlı yaşayış sahələrinin növlərindən birinə aid edilməklə xüsusi təyinatlı mənzil fonduna daxil edilməsi və ondan çıxarılması dövlət və ya bələdiyyə mənzil fondunun idarəetməsini həyata keçirən orqanın qərarı əsasında həyata keçirilir.

31. Maddə 92 Xidməti yaşayış sahələri əmək münasibətlərinin xarakterinə görə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi hallarda və qaydada dövlət orqanına və bələdiyyələrə seçilmə və ya vəzifəyə təyin edilmə, dövlət qulluğunda qulluqkeçmə, hüquqmühafizə və hərbi orqanlarda xidmətkeçmə, habelə dövlət müəssisələrində əmək fəaliyyəti ilə əlaqədar və qanunvericiliklə müəyyən edilmiş digər kateqoriyalardan olan şəxslərə verilir.

32. Maddə 98 Ayrı-ayrı kateqoriyalardan olan vətə ndaşların sosial müdafiəsi üçün əvəzsiz istifadə müqavilələri əsasında verilən yaşayış sahələri istisna olmaqla, xüsusi təyinatlı yaşayış sahələri onların mülkiyyətçilərinin (mülkiyyətçilərin adından çıxış edən səlahiyyətli dövlət orqanı və ya bələdiyyələrin) və ya onların səlahiyyətli şəxslərinin qərarları ilə xüsusi təyinatlı yaşayış sahələrinin kirayə müqavilələri əsasında verilir. Xüsusi təyinatlı yaşayış sahələri Mənzil Məcəlləsində müəyyən edilmiş əsaslarla müvafiq yaşayış məntəqəsində yaşayış sahəsi ilə təmin olunmayan vətəndaşlara verilir.

33. Maddə 99 Xüsusi təyinatlı yaşayış X4nə görə bir tərəf xüsusi təyinatlı yaşayış sahəsinin mülkiyyətçisi (mülkiyyətçinin adından çıxış edən səlahiyyətli dövlət və ya bələdiyyə orqanı) və ya onun səlahiyyətli şəxsi (kirayəyə verən) həmin yaşay ış sahəsini haqqı ödənilməklə müvəqqəti yaşamaq üçün digər tərəfə - vətəndaşın (kirayəçinin) sahibliyinə və istifadəsinə verir. Xüsusi təyinatlı yaşayış X4 həmin sahənin verilməsi haqqında qərar əsasında bağlanılır.

34. Maddə 103 Xidməti yaşayış sahələri vətəndaşlara ayrıca mənzil kimi verilir və dövlət mənzil fonduna münasibətdə həmin vətəndaşların kateqoriyaları Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Xidməti yaşayış X4 Mənzil Məcəlləsinin 92-ci maddəsində göstərilən əmək, qulluq və ya seçkili vəzifədə qalma müddətlərini əhatə edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi

35. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

36. Maddə 14.2. Məhk əmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

37. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

38. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

39. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

40. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

41. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

42. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

43. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

44. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul e dilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin.. Kassasiya baxışının hədləri

45. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

46. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiya məhk əməsinin mövqeyi

47. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

48. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirilməklə yanaşı iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz.

49. Cavabdehin kassasiya şi kayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına ist inad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir.

50. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, MPM-in 14, 77, 88, 217, 218, 372.1, 372.7-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, iddianın təmin edilməsi barədə nəticələri mahiyyəti ü zrə düzgündür, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas vermir.

51. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir.

52. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq,

53. Məhkəmə kollegiyası kassasiya şikayətində irəli sürülmüş dəlillərin hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli olması üçün əsasları müəyyən etməmiş və kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Qərara aldı: Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti t əmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-930/2023 nömrəli, 12 oktyabr 2023-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar