Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-780/2025 05.03.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı Azərbaycan Respublikası Naxçıvan MR Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti İdarəsinin cavabdehlər Cavabdeh9, Cavabdeh8, Cavabdeh7, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, X6 və Cavabdeh5 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: Mənzildən çıxarma) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (sədrlik edən və məruzəçi), Şəfiyev İspəndiyar Əsəd oğlu və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, iddiaçı Azərbaycan Respublikası Naxçıvan MR Fövqəladə Hallar Nazirliyinin X26 İdarəsinin cavabdehlər Cavabdeh9, Cavabdeh8, Cavabdeh7, Cavabdeh2, Cav abdeh3, Cavabdeh4, X6 və Cavabdeh5 qarşı “ mənzildən məcburi çıxarılma tələbinə dair mülki iş üzrə Naxçıvan MR Ali Məhkəməsi Mülki kollegiyasının 2(108)-161/2024 nömrəli, 30 oktyabr 2024-cü il tarixli qətnaməsindən iddiaçı Azərbaycan Respublikası Naxçıvan MR Fövqəladə Hallar Nazirliyinin X26 İdarəsi, cavabdehlər Cavabdeh9, Cavabdeh7 və Cavabdeh2 tərəfindən verilmiş ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərinə 05 mart 2025-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. ünvan 1 ünvanında yerləşən 1981-ci ildə istismara verilmiş, ümumi sahəsi 2852.5 kv.m olan 5 mərtəbəli bina Naxçıvan MR Fövqəladə Hallar Nazirliyinin balansındadır. 2. 16.10.1991-ci ildə Naxçıvan MR DİN Kommunal Mənzil və Mədəni Məişət Xidməti Komissiyas ının qərarı ilə Naxçıvan şəhər 41 nömrəli sərbəst hərbiləşmiş Yanğın hissəsinə məxsus yataqxanada olan X23 tərəfindən boşaldılaraq 3 otaqlı mənzil Cavabdeh3 istifadəsinə verilmişdir. 3. 1993-cü ilin fevral ayında Naxçıvan MR DİN Kommunal Mənzil və Mədəni Məişət Xidməti Komissiyasının qərarı ilə Cavabdeh4 Naxçıvan şəhəri Ə.Əliyev küçəsi 25 FİN-in yataqxanasında 1 otaq-18 kv.m verilmişdir.
4. X4 müəssisə və obyektin texniki pasportunun surətindən məlum olur ki, Naxçıvan şəhər Əziz Əliyev küçəsi 25 Naxçıvan MR Fövqəladə Hallar Nazirliyinin X8 İdarəsinin balansındadır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı Azərbaycan Respublikası Naxçıvan MR Fövqəladə Hallar Nazirliyinin X26 İdarəsi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cava bdeh9, Cavabdeh8, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, X3 və Cavabdeh5 qarşı mənzildən məcburi qaydada çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. İddiaçı iddia tələbini işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, cavabdehlər Cavabdeh9, Cavabdeh8, Cavabdeh7, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, X6 və Cavabdeh5 xidmət etdikləri müddət ərzində X19 İdarəsinin ünvan 2 ünvanında yerləşən yataqxanasında müvəqqəti olaraq mənzillərlə təmin edilmişlər. Hal-hazırda adları qeyd olunan vətəndaşlar uzun müddətdir xidmətdən təxris edilmişlər və mənzilləri təhvil vermirlər.
7. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə iddianı müdafiə edərək verdiyi izahatında bildirmişdir ki, Naxçıvan MR-də FHN 2006-cı ildə yaranıb. O vaxt hazırkı müb ahisəli yataqxana DİN-nin səlahiyyətində olub. Hazırda da bina onların balansındadır. 2009-cu ildə FHN adına çıxarış verilmişdir. Binanın 1-ci və 2-ci mərtəbəsi ofis qalan 3-4-5 mərtəbə yaşayış evləridir. Əvvəllər də mənzilləri boşaltmaqla bağlı müraciət edilmiş, lakin cavabdehlərin təhqirinə məruz qalmışlar. İddiaçı təşkilat bəzi sakinlərə məsələn Kərimov Cahangirə o zaman ev növbəsi mənzili əvəzində 12 sot torpaq sahəsi vermiş, Cavabdeh1 özü deyil, nəvəsi Naxçıvan şəhərində təhsil aldığından mübahisəli mənzildə qalır. Cavabdeh1 uzun illərdir Bakı şəhərində yaşayır. Cavabdeh Müzəffər 8 nəfər ailə üzvü ilə birlikdə hazırda mənzildə yaşayır. Cavabdehlər Türkanə və Turanə az halda orada yaşayıblar. Mənzildə ataları sağ olan zaman yaşamışlar. Cavabdeh Elşən 1 otaqlı evdə yaşayır. Elsevər də o rada daimi yaşayır. Sənanın Bakı şəhərində evi var. Cavabdeh1 da Bakı şəhərində evi və obyekti var. Cavabdeh3 da həyət evi, başqa bir mənzili var. Lakin həmin əmlaklar özünün adına deyil. Telman ailəsi ilə birlikdə daim orada yaşayır.
8. Məhkəmə hazırlıq iclasında məhkəməyə digər cavabdehin prosesə cəlb olunması barədə ərizə ilə müraciət edərək Cavabdeh7 da cavabdeh qismində məhkəmə prosesinə cəlb edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş və məhkəmənin 15 may 2024-cü il tarixli qərardadı ilə Cavabdeh7 hazırki mülki iş üzrə prosesə digər cavabdeh qismində cəlb edilmişdir.
9. Cavabdeh4 iddia tələbinə qarşı etirazını bildirərək belə əsaslandırmışdır ki, o, ailəlidir. 3 övladı var və 3 övlad da qəyyumluğa götürüb. 8 nəfərlik ailə üzvü ilə Naxçıvan şəhəri Ə.Əliyev küçəsi 25 Naxçıvan MR Fövqəladə Hallar Nazirliyinin Yanğın Təhlükəsizlik İdarəsinin yataqxanasında qeydiyyatda olmaqla yaşayırlar. O, 1984-cü ildən 2003-cü ilə kimi yanğınsöndürən işləyib, 1993-cü ilin fevral ayında Naxçıvan MR DİN Kommunal Mənzil və Mədəni Məişət Xidməti Komissiyasının qərarı ilə ona Naxçıvan şəhəri Ə.Əliyev küçəsi 25 FİN-in yataqxanasında 1 otaq verilmişdir. O ailəsi ilə birlikdə 4 il həmin bir otaqda yaşayıb. Sonra ailəsinin 8 nəfərdən ibarət olması, bir otağın 8 nəfər ailə ilə yaşamağı həddən artıq darısqal olması səbəbindən ona qərarla həmin yataqxanada 3 otaq verilmiş və o həmin vaxtdan 8 nəfərlik ailəsi ilə birlikdə qeydiyyatda olmaqla həmin 3 otaqda yaşayır. Artıq 35 ildir ki, mübahisəsiz olaraq həmin mənzildə yaşayır. O, birinci Qarabağ Müharibəsinin, xx.xx.1996-cı ildə anadan olmuş oğlu X10 və digər oğlu X1 Qarabağ Müharibəsinin iştirakçılarıdır. Hər ikisi hərbi qulluqçudur. X15 mayor rütbəsində, X10 baş leytenant rütbəsindədir. Əlavə olaraq qeyd edilmişdir ki, onların başqa yaşamaq üçün mənzilləri yoxdur.
10. Cavabdeh3 iddia tələbinə qarşı etirazını bildirərək belə əsaslandırmışdır ki, 1982ci ildən Naxçıvan şəhər 41 nömrəli hərbiləşmiş Yanğın hissəsində növbə rəisi vəzifəsində işləyib. 1981-ci ildən gənc kadr kimi ev növbəsində dayanıb. 1981-ci ildən ailəsi ilə birlikdə həmin nazirliyin yataqxanasında 3 otaqlı evlə təmin olunub və hazırda həmin evdə yaşayır. Həmin İdarədə işlədiyi müddətdə bir neçə vəzifəyə təyin olunub. 2009-cu ildən mayor rütbəsi ilə təqaüdə çıxıb. Hazırda heç yerdə işləmir. Müharibə veteranıdır. Təzyiq və şəkər xəstəsidir. 7 ildir insult keçirib. Sağ tərəfi işləmir. 30 ildir ailəsi ilə həmin mənzildə yaşayır.
11. Cavabdeh9 iddia tələbinə qarşı etirazını bildirərək göstərmişdir ki, 1982-ci ildə işə qəbul edilən zaman ev ona verilib. 2007-ci ildə DİN tərəfindən təqaüdə buraxılmışdır. Təqaüdə buraxılandan sonra Bakıdakı evi alıblar. Evi olsa da öz adına deyil, həyat yoldaşının adınadır. Oğlu həmin evdə yaşayır. Lakin burada da qalır. Nəvəsi burada təhsil alır və burada qalır. Heç bir əlilliyi yoxdur. 74 yaşı var. Müharibə iştirakçısıdır. Yeni FHN həmin bina köhnə olduğu üçün yeniləyib və özəlləşdirib başqa şəxslərə satmaq niyyətindədir. Ona görə də onları evlərdən çıxarmaq istəyirlər. O və Cahangir DİN işləyən zaman pensiyaya çıxıblar.
12. Cavabdeh7 iddia tələbinə qarşı etirazını bildirərək belə əsaslandırmışdır ki, atası X2 xidməti ilə əlaqədar həmin mənzil verilib. Atası DİN-də baş inspektor işləyib. Sonra keçmiş nazirin təzyiqləri ilə işdən ayrılıb təqaüdə çıxmışdır. Atası təqaüdə çıxan vaxtdan 7-8 il həmin evdə yaşamışdır. O, 2011-ci ildə ailə qurmuşdur, hazırda 2 uşağı ilə birlikdə atasına verilən evdə bacısı ilə birlikdə yaşayır. Həmin evində qeydiyyatındadır. O, ailə quran zaman Bakı şəhərində olan evdən gəlin köçmüşdür. Ayrıldığı yoldaşı ona uşaqları daimi Naxçıvana gətirib burada yaşamağa icazə vermədiyi üçün həm burada, həm də Bakıda yaşayır. İşləmir, əlavə yaşayış yeri yoxdur. Bakıda bacısı ilə birlikdə kirayə yaşayır.
13. Cavabdeh2 izahatında qeyd etmişdir ki, 2009-cu ildə ailə qurmuşdur, 2020-ci ildə isə ayrılmışdır. Hazırda 3 uşağı ilə atasına verilən evdə bacısı ilə birlikdə yaşayır. Həmin evdə qeydiyy atdadır. İddiaçı təşkilatın nümayəndəsi deyir ki, guya atasına 12 sot torpaq sahəsi verilmiş, lakin atasına heç bir torpaq sahəsi verilməmişdir.
14. Cavabdeh6 iddia tələbinə qarşı etirazını bildirərək belə əsaslandırmışdır ki, 1996cı ildə Naxçıvan MR DİN-də işləyən zaman həmin ev verilib. 2-ci qrup əlildir. İşləmək qabiliyyəti yoxdur. 2011-ci ildən pensiya çıxmışdır. Yaşamaq üçün başqa yeri yoxdur. 22 ildir həmin mənzildə yaşayır. O, FHN-də işləmişdir.
15. Cavabdeh5 iddia tələbinə qarşı etirazını bildirərək belə əsaslandırmışdır ki, 1992ci ildən xidmət etdiyi üçün ev verilib. Hazırda 600 manat pensiya alır. 2013-cü ildə təqaüdə çıxmışdır. Təqaüdə çıxanda FHN işçisi kimi çıxmışdır. Yaşamaq üçün başqa yeri yoxdur.
16. Azərbaycan Respublikası Naxçıvan MR Fövqəladə Hallar Nazirliyinin X26 İd arəsi tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş arayışda qeyd olunmuşdur ki, Cavabdeh9, Cavabdeh8, Cavabdeh4, X5 (ailə üzvləri olan X16, Cavabdeh2 bacısı Cavabdeh7) Cavabdeh3, Cavabdeh6, Cavabdeh5 X20 xidmət etdiyi müddət ərzində ünvan 3 ünvanında yerləşən Fövqəladə Hallar Nazirliyinin X21 İdarəsinin, Naxçıvan şəhər X21 Hissəsinin yataqxanasında müvəqqəti olaraq xidməti mənzillə təmin olunmuş, lakin uzun illərdir təxris olunmasına baxmayaraq xidməti mənzili təhvil verməmişdir.
17. Naxçıvan Şəhər Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 12 iyul 2024-cü il, 2(078)-425/2024 nömrəli qətnaməsi ilə (hakim Gülnar Səfərəliyeva) iddiaçı təşkilat Azərbaycan Respublikası Naxçıvan MR Fövqəladə Hallar Nazirliyinin X26 İdarəsinin cavabdehlər Cavabdeh9, Cavabdeh8, Cavabdeh7, Cavabdeh 2, Cavabdeh3, Cavabdeh4, X3 və Cavabdeh5 qarşı mənzildən məcburi çıxarılma tələbinə dair iddiasının qismən təmin olunması, Azərbaycan Respublikası Naxçıvan MR Fövqəladə Hallar Nazirliyinin X26 İdarəsinin ünvan 2 ünvanında yerləşən yataqxanasında cavabdehlər Cavabdeh9, Cavabdeh7 və Cavabdeh2 məcburi qaydada çıxarılması və iddia tələbinin cavabdehlər Cavabdeh8, Cavabdeh3, Cavabdeh4, X3 və Cavabdeh5 münasibətdə əsassız olduğundan rədd edilməsi qət edilmişdir.
18. Məhkəmə ilk növbədə qeyd etmişdir ki, cavabdehlər Cavabdeh8, Cavabdeh3, Cavabdeh4, Cavabdeh6 və Cavabdeh5 xidmətlərinə görə hazırda mübahisə olunan evlə təmin olunmuşlar. Onların pensiyaya çıxdıqdan sonra da daimi olaraq həmin mənzillərdə yaşaması həm öz izahatları, həm iddiaçı təşkilatın nümayəndəsinin izahatı ilə təsdiq edilmişdir. Eyni zamanda hər biri özünə aid hissədə xidmət illəri, xəstəliyi, əlilliyi, əmlakının olub-olmaması barədə sənədlərini təqdim etmiş və həmin sənədlərdən başqa yaşayış yerlərinin olmaması öz təsdiqini tapmışdır.
19. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, xidmət illəri nəzərə alınmaqla başqa yaşayış yeri ilə təmin edilmədən onların çıxarılması qanunsuz olmaqla yanaşı həm də ədalətsizdir. Ona görə də iddia tələbi cavabdehlər Cavabdeh8, Cavabdeh3, Cavabdeh4, Cavabdeh6 və Cavabdeh5 münasibətdə əsassız hesab edilmişdir.
20. Məhkəmə Cavabdeh9 münasibətdə qeyd etmişdir ki, məhkəmə bildirişi Cavabdeh9 göndərilmiş, “Bakıda yaşayış” qeydi ilə məhkəməyə geri qaytarılmışdır. Cavabdeh9 Bakı şəhərində yaşadığını təsdiq etmiş, izahatında Bakı şəhərində ev əldə etdiyini, yoldaşının adına sənədlə şdirdiyini, oğlu ilə birlikdə orada yaşadığını, hazırda mübahisə olunan mənzildə nəvəsinin qaldığını, özünün də gəlib qaldığını bildirmişdir.
21. Məhkəmə hesab etmişdir ki, Cavabdeh9 əlavə yaşayış yeri mövcuddur və bu mənzili təhvil verməməsi mülkiyyətçinin hüquqlarının pozulması ilə nəticələnməklə, əsassız yerə mənzilin yüklü saxlanılmasına gətirib çıxarmışdır.
22. Məhkəmə cavabdehlər X11 və Cavabdeh2 münasibətdə qeyd etmişdir ki, mübahisəli mənzildə mövcud olmuş yaşayış və istifadə hüquqlarını vaxtilə itirdikləri üçün mənzildən çıxarılması nəticəsinə gəlmişdir. Mübahisəli mənzil cavabdehlər X11 və Cavabdeh2 atası X2 verilmiş, cavabdehlər isə onun ailə üzvləri kimi orada yaşamışlar. Hər iki cavabdehin izahatından qeyd etmişdilər ki, onlar 2009-cu ildən əvvəl Bakı şəhərinə getmiş, orada ya şamış, orada ailə qurmuş və hər birinin evliliyi 10 il kimi bir müddət davam etmiş, daha sonra nikahları pozulmuşdur. Artıq bu hallar cavabdehlərin ailə qurub köçdükləri gündən mübahisəli mənzildən istifadə hüquqlarının itirilməsi ilə nəticələnmişdir. Çünki ailə qurmaq mənzili müvəqqəti tərk etmək mənasına gəlmir və gəlin köçmək daimi olaraq mənzildən çıxmaq kimi qiymətləndirilir.
23. Məhkəmə cavabdehlər X11 və Cavabdeh2 münasibətdə hesab etmişdir ki, cavabdehlərin nikahları pozulduqdan sonra həmin mənzildə daimi olaraq yaşaması barədə izahatlarını da inandırıcı hesab etməmiş. Onların mənzili təhvil verməməsi mülkiyyətçinin hüquqlarının pozulması ilə nəticələnməklə, əsassız yerə mənzilin yüklü saxlanılmasına gətirib çıxarmışdır.
24. Məhkəmə işdəki sübutlara hüquqi qiymət verərək öz mövqe yini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Naxçıvan MR Fövqəladə Hallar Nazirliyinin X26 İdarəsinin balansında olan ünvan 2 ünvanında yerləşən yataqxanadan cavabdehlər Cavabdeh9, Cavabdeh7 və Cavabdeh2 məcburi qaydada çıxarılmalı, iddia tələbi cavabdehlər Cavabdeh8, Cavabdeh3, Cavabdeh4, X3 və Cavabdeh5 münasibətdə əsassız olduğundan rədd edilməlidir.
25. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu maddələri, Mənzil Məcəlləsinin 105-ci maddəsi, Mülki Məcəlləsinin 6, 152.1, 152.4 -ci maddələrinə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 116.1, 116.2, 117.1, 118.1, 119.1-ci maddələrinə istinadla əsaslandırmışdır. b)Apellyasiya instansiyası məhkəməsindəki icraat
26. İddiaçı Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyinin X26 idarəsi apellyasiya şikayəti ilə 12 avqust 2024-cü il tarixdə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına müraciət edərək apellyasiya şikayətinin təmin edilməsini, Naxçıvan Şəhər Məhkəməsinin 12 iyul 2024-cü il tarixli, e2(078)-425/2024 nömrəli qətnaməsinin cavabdehlər Cavabdeh8, Cavabdeh3, Cavabdeh4, Cavabdeh6 və Cavabdeh5 münasibətdə ləğv edilməsini və iddiaçı Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyinin X26 İdarəsinin cavabdehlər Cavabdeh8, Cavabdeh3, Cavabdeh4, Cavabdeh6 və Cavabdeh5 qarşı iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
27. İddiaçı Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyinin X26 idarəsinin nümayəndəsi Nümayəndə apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, cavabdehlər Cavabdeh8, Cavabdeh3, Cavabdeh4, Cavabdeh6 və Cavabdeh5 münasibətdə əsassızdır və ləğv edilməli, yeni qətnamə qəbul edilməlidir. Belə ki, Cavabdeh8 2000-ci ildən həmin yataqxanada yaşayır. Xidmətdən təqaüdə buraxıldıqdan sonra xidməti mənzili təhvil verməmiş, həmin mənzili daimi yaşayış yeri kimi istifadə etmişdir. Yataqxanada yaşayan Cavabdeh3 fövqəladə hallar orqanlarında xidmət etdiyi müddətdə ünvan 2 ünvanında yerləşən yataqxanada müvəqqəti olaraq xidmət dövrü üçün üç otaqlı mənzillə təmin edilmiş, lakin Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar nazirinin 5 noyabr 2009-cu il tarixli 053/ş nömrəli əmri ilə fövqəladə hallar orqanlarından azad edilməsinə baxmayaraq xidməti mənzili təhvil verməmişdir. Cavabdeh4 xidmət etdiyi müddət də ünvan 2 ünvanında yerləşən yataqxanada müvəqqəti olaraq xidmət dövrü üçün üç otaqlı mənzillə təmin edilmiş, lakin 2003-cü ildə təqaüdə buraxıldıqdan sonra xidməti mənzili təhvil verməmişdir. Cavabdeh6 fövqəladə hallar orqanlarında xidmət etdiyi müddətdə ünvan 4 ünvanında yerləşən yataqxanada müvəqqəti olaraq xidmət dövrü üçün bir otaqlı mənzillə təmin edilmiş, lakin Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar nazirinin xx.xx.2011-ci il tarixli, 014/ş nömrəli əmri ilə fövqəladə hallar orqanlarından azad edilməsinə baxmayaraq xidməti mənzili təhvil verməmişdir. Cavabdeh5 fövqəladə hallar orqanlarında xidmət etdiyi müddətdə ünvan 2 ünvanında yerləşən yataqxanada müvəqqəti olaraq xidmət dövrü üçün bir otaqlı mənzillə təmin edilmiş, lakin Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar nazirinin xx.xx.2013- cu il tarixli 035/ş nömrəli əmri ilə fövqəladə hallar orqanlarından azad edilməsinə baxmayaraq xidməti mənzili təhvil verməmişdir. Birinci instansiya məhkəməsi hərtərəfli araşdırma aparmamış, qanunvericiliyin tələblərinə uyğun olaraq qətnamə qəbul etməmişdir.
28. Cavabdeh7 vəkili və nümayəndəsi Vəkil2 vasitəsi ilə 08 avqust 2024-cü il tarixdə apellyasiya şikayəti ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına müraciət edərək Naxçıvan Şəhər Məhkəməsinin qətnaməsinin qismən, onun Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin X26 İdarəsinin balansında olan ünvan 1 ünvanında yerləşən yataqxanasından məcburi qaydada çıxarılması hissəsində ləğv edilməsi və həmin hissədə iddia tələblərinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını x ahiş etmişdir.
29. Cavabdeh7 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə iş üzrə müəyyən edilmiş hallar və tərəfindən təqdim olunmuş sübutların ziddinə olaraq iddia tələbləri üzrə yanlış nəticəyə gələrək ona və bacısına aid hissədə iddia tələblərinin təmin edilməsi barədə əsassız qətnamə qəbul etmişdir. İşə baxan məhkəmə hazırkı mübahisəyə 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsinin tətbiq edildiyini bildirsə də, qanun normalarını düzgün tətbiq və təfsir etməmişdir. Belə ki, həm onun, həm də bacısının mübahisəli mənzildən istifadə hüquqları mövcuddur. Naxçıvan MR Daxili İşlər Nazirliyinin Kommunal Mənzil və Mədəni məişət xidməti komissiyasının 11 iyul 1990-cı il tarixli Qərarının surətindən müəyyən edilib ki, mübahisəli mənzil xidməti mənzil şəklində həmin vaxt Naxçıvan Muxtar Respublikasının X20 çalışmış polis baş leytenantı atası X2 5 nəfərlik ailəsi ilə bilikdə yaşaması üçün ayrılmışdır. Belə olan halda 2000-ci ildən əvvəl qüvvədə olmuş mənzil qanunvericiliyinə əsasən onun və bacısının mübahisəli mənzilə istifadə hüquqları yaranmışdır. Yaşayış sahəsinə istifadə hüquqları olduğu halda, məhkəmənin həmin istifadə hüququna xitam verilmədən mənzildən çıxarılmaları barədə gəldiyi nəticə hüquqi cəhətdən əsassız olmuşdur. Məhkəmənin mənzildən çıxarılmaları barədə qətnaməsi 08 iyul 1982-ci il tarixli Qanunla təsdiq olunmuş və 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsinin 60-cı maddəsi ilə birbaşa ziddiyyət təşkil edir, çünki həmin maddənin birinci hissəsində icarədar və ya onun ailə üzvlərinin müvəqqəti başqa yerə getdikd ə onların yaşayış sahələrinin altı ay saxlanıldığı, həmin maddənin 6-cı hissəsində isə şəxsin müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi, kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası üzrə məhkəmə qaydasında həyata keçirildiyi birbaşa olaraq müəyyən olunduğu təsbit edildiyi halda, mübahisəli yaşayış sahəsinə istifadə hüquqlarının məhkəmə qaydasında xitam verilmədiyi və mənzilə istifadə hüquqları, ümumiyyətlə məhkəmə mübahisəsinin predmeti olmadığı bir şəraitdə məhkəmə onların mənzildən çıxarılmaları barədə qətnamə qəbul etmişdir. İddiaçının hərəkətləri onun faktiki olaraq mövcud olan yaşayış hüququna müdaxilə kimi qiymətləndirilməli olduğu halda, məhkəmə nədənsə bu hallar a düzgün qiymət verə bilməyərək dövlət tərəfindən müdafiə olunan yaşayış hüququnun müdafiəsini təmin etməmişdir. X7 tərəfindən məhkəməyə təqdim edilmiş Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyinin X26 İdarəsinin rəisi (məhkəməyə verilmiş iddia ərizəsi də həmin şəxs tərəfindən imzalanmışdır) Ehtiram Məmmədovun imzası ilə Naxçıvan Şəhər Polis İdarəsinə təqdim etmək üçün verilmiş 2 sentyabr 2021-ci il tarixli,1-28/0313 saylı arayışda iddiaçının özü onun X26 İdarəsinin balansında olan yataqxanada yerləşən mübahisəli xidməti mənzildə yaşadığını təsdiq edərək yaşayış yeri üzrə həmin ünvanda qeydiyyata düşməyinə etiraz etmədiyini bildirmişdir. Eyni zamanda məhkəmə prosesində cavabdeh qismində iştirak edən Cavabdeh4, Cavabdeh6 və Cavabdeh5 da onunla bacısın ın uşaqları ilə birlikdə mübahisəli mənzildə yaşadıqlarını təsdiq etmişlər. Bütün bunlara baxmayaraq məhkəmə tamamilə əsassız olaraq onun mərhum atasına xidməti mənzil kimi verilmiş yaşayış sahəsindən başqa yaşayış sahəsi verilmədən çıxarılmağı barədə qanunsuz qərara imza atmışdır.
30. Cavabdeh2 vəkili və nümayəndəsi Vəkil2 vasitəsi ilə 08 avqust 2024-cü il tarixdə apellyasiya şikayəti ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına müraciət edərək Naxçıvan Şəhər Məhkəməsinin qətnaməsinin qismən onun Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin X26 İdarəsinin balansında olan ünvan 1 ünvanında yerləşən yataqxanadan məcburi qaydada çıxarılması hissəsində ləğv edilməsi və həmin hissədə iddia tələblərinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
31. Cavabdeh2 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə onun və bacısının mübahisəli mənzildən istifadə hüquqlarını heçə sayaraq ciddi qanun pozuntusuna, o cümlədən mənzildən istifadə hüququna dair qanun normalarının pozuntusuna yol vermişdir. İddiaçının hərəkətləri onun faktiki olaraq mövcud olan yaşayış hüququna müdaxilə kimi qiymətləndirilməli olduğu halda, məhkəmə nədənsə bu hallara düzgün qiymət verə bilməyərək dövlət tərəfindən müdafiə olunan yaşayış hüququnun müdafiəsini təmin etməmişdir. Eyni zamanda məhkəmə prosesində cavabdeh qismində iştirak edən Cavabdeh4, Cavabdeh6 və Cavabdeh5 da onunla bacısının uşaqları ilə birlikdə mübahisəli mənzildə yaşadıqlarını təsdiq etmişlər. Bütün bunlara baxmayaraq məhkəmə tamamilə əsassız olaraq onun mərhum atasına xi dməti mənzil kimi verilmiş yaşayış sahəsindən başqa yaşayış sahəsi verilmədən çıxarılmağı barədə qanunsuz qərara imza atmışdır. Məhkəmədə bir binada yaşadıqları cavabdehlərin ifadələrindən, onun mübahisəli mənzildə mütəmadi olaraq yaşaması, o cümlədən nikahı pozulduqdan sonra bu mənzilə uşaqları ilə qeydiyyata düşərək onlarla birlikdə yaşaması, həmin mənzillə əlaqəsinin kəsilmədiyi və daimi yaşamaq üçün başqa yaşayış sahəsinə malik olmadığından mübahisəli yaşayış sahəsinə ehtiyacı olduğu və bu mənzildə yaşamaq niyyəti öz təsdiqini tapmışdır. Məhkəmədə bir binada yaşadıqları cavabdehlərin ifadələri ilə, eləcə də adına hər hansı başqa daimi yaşayış sahəsinin olmaması barədə təqdim etdiyi arayışla mübahisəli mənzili birdəfəlik tərk etmədiyi, həmin mənzillə əlaqəsinin kəsilmədiyi və daimi yaşa maq üçün başqa yaşayış sahəsinə malik olmadığından mübahisəli yaşayış sahəsinə ehtiyacının olduğuna dair hallar sübuta yetirilsə də, məhkəmə nə həmin sübutları araşdırmamış, nə də qanunvericiliklə müəyyən olunmuş qaydada bu sübutlarla hüquqi qiymət verməmişdir. Bu səbəbdən hesab etmişdir ki, qeyd edilən qanunvericiliyin pozulmasına dair dəlilləri birinci instansiya məhkəməsi tərəfindən iddia tələbləri üzrə hərtərəfli, tam və obyektiv tədqiqat aparılmadığını və iş üzrə qanunsuz qərar qəbul edildiyini əyani şəkildə sübuta yetirmişdir.
32. Cavabdeh9 vəkili və nümayəndəsi Vəkil1 vasitəsilə 29 avqust 2024-cü il tarixdə apellyasiya şikayəti ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına müraciət edərək Naxçıvan Şəhər Məhkəməsinin 12 iyul 2024-cü il tarixli, 2(078)-425/2024 nömrəli qətnaməsinin ləğv edilərək, iddianın təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
33. Cavabdeh9 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, 1982-ci ildə həmin ev Abbasa verilib. İşə qəbul edilən zaman ev ona verilib. 2007-ci ildə DİN tərəfindən təqaüdə buraxılmışdır. Təqaüdə buraxılandan sonra Bakıdakı evi alıblar. Evi olsa da öz adına deyil. Həyat yoldaşının adınadır. Oğlu ilə orada yaşayır. Lakin burada da qalır. Nəvəsi burada təhsil alır və burada qalır. Heç bir əlilliyi yoxdur. 74 yaşı var. Müharibə iştirakçısıdır. Yeni FHN həmin bina köhnə olduğu üçün yeniləyib və özəlləşdirib başqa şəxslərə satmaq niyyətindədir. Ona görə də onları evlərdən çıxarmaq istəyirlər. Məhkəmə o qənaətə gəlmişdir ki, həyat yoldaşının adına yaşayış evi vardır, məhz bu baxımd an da iddia tələbi onun ailəsinə münasibətdə təmin olunmalıdır. 2000-ci ilin 1 sentyabr ayına qədər qüvvədə olmuş Azərbaycan SSRİ Mənzil Məcəlləsinin 105-ci maddəsi xidməti yaşayış sahəsi verilmiş müəssisədə, idarədə, təşkilatda azı 10 il işləmiş şəxslərin digər yaşayış sahəsi verilmədən xidməti yaşayış sahəsindən çıxarıla bilməməsini müəyyən etmişdir. Digər istisna hal müəyyən olunmamışdır. Qeyd olunan halları nəzərə almadan əsassız iddianın təmin edilməsi barədə qətnamə qəbul etməsini məhkəmə tərəfindən işin dəqiq araşdırılmaması nəticəsində verilmiş bir qərar olduğunu hesab edir. Hesab etmişdir ki, məhkəmə qeyd olunan halları (sübutları) tam, hərtərəfli araşdırmadan bu nəticəyə gəlmişdir. Birinci instansiya məhkəməsi işin hallarına və sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq düzgün hüquqi qiymət vermədən qətnamə qəbul etmişdir. Apellyator apellyasiya şikayətinin hüquqi əsası kimi xx.xx.2009-cu il tarixədək qüvvədə olan Mənzil Məcəlləsinin 10, 87 və 105-ci maddələrinə, AR Mülki Prosessual Məcəlləsinin 9.1, 9.3, 14.1 və 88-ci maddələrinə, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya dair 1 saylı Protokol”-un 1-ci maddəsinə istinad etmişdir.
34. Naxçıvan MR Ali Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər-Vüqar Quliyev (sədrlik edən və məruzəçi), Müşfiq Həsənov və Mehman Allahverdiyev) 30 oktyabr 2024-cü il tarixli, 2(108)-161/2024 nömrəli qətnaməsi ilə iddiaçı və cavabdehlərin apellyasiya şikayəti təmin edilməyərək, Naxçıvan Şəhər Məhkəməsinin 12 iyul 2024-cü il tarixli, 2(078)425/2024 qətnaməsi dəyişdirilmədən saxlanılması qət edilmişdir.
35. Məhkəmə kollegiyası cavabdehlər X11 və Cavabdeh2 münasibətfə ilk növbədə qeyd etmişdir ki, işə baxan məhkəmənin mübahisəli mənzilin cavabdehlər X11 və Cavabdeh2 atası X2 verilməsi, cavabdehlərin isə onun ailə üzvləri kimi orada yaşamaları, Cavabdeh7 və Cavabdeh2 ailə həyatı qurduqdan sonra Bakı şəhərinə köçmələri, 10 ildən artıq müddətdə evil olmaları, daha sonra onların nikahlarının pozulması, qeyd olunan halların cavabdehlərin ailə qurub köçdükləri gündən mübahisəli mənzildən istifadə hüquqlarının itirilməsi ilə nəticələnməsi, ailə qurmağın mənzili müvəqqəti tərk etmək mənasına gəlməməsi və gəlin köçməyin daimi olaraq mənzildən çıxmaq kimi qiymətləndirilməsi, onların mənzili təhvil verməməsinin mülkiyyətçinin hüquqlarının pozulması ilə nəticələnməklə, əsassız yerə mənzi lin yüklü saxlanılmasına gətirib çıxarması barədə gəldiyi nəticəni qanuni və əsaslı olmuşdur.
36. Məhkəmə kollegiyası cavabdehlər X11 və Cavabdeh2 apellyasiya şikayətinə münasibətdə hesab etmişdir ki, cavabdehlərin ailə qurduqdan sonra mübahisəli mənzilin yerləşdiyi şəhərdə başqa ünvana deyil, başqa şəhərə köçmələri onların yaşayış sahəsini daimi tərk etməsini halının mübahisələndirilməsini aradan qaldırmışdır. Buna görə də işə baxan birinci instansiya məhkəməsi haqlı olaraq 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin 6-cı hissəsini rəhbər tutmaqla adı çəkilən cavabdehlərin yaşayış sahəsindən istifadə hüququnun itirilmiş hesab edilməsi qənaətinə gəlmiş, bundan sonra onların mənzildən məcburi çıxarılması barədə qərar qəbul etmiş dir. Belə olan halda yaşayış sahəsindən istifadə hüququnun itirilmiş hesab edilməsi barədə əlavə məhkəmə qərarının olması qanunvericiliyin zəruri şərti hesab oluna bilməz.
37. Məhkəmənin cavabdehlər Cavabdeh7 və Cavabdeh2 mənzildən məcburi çıxarılmaları barədə qərar qəbul etməsi onların yaşayış sahəsindən istifadə hüquqlarının itirilmiş hesab edilməsi məsələsinin məhkəmə qaydasında həyata keçirilməsinə bərabər tutulur.
38. Kollegiya cavabdehlər Cavabdeh7 və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətlərinin iddiaçının hətta xidməti mənzil əvəzinə mərhum atalarına guya 0,12 ha torpaq sahəsinin ayrıldığını bildirsə də, bu halları təsdiq edə biləcək hər hansı sübutu məhkəməyə təqdim etmədiyini, Cavabdeh7 və Cavabdeh2 mərhum atalarına xidməti mənzil kimi verilmiş yaşayış sahəsindən başqa yaşayış sahəsi verilmədən çıxarılmaları barədə qanunsuz qərara imza atması dəlilini də əsassız hesab edərək bildirmişdir ki, apellyasiya şikayətlərinə baxılması üzrə xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası Naxçıvan MR Fövqəladə Hallar Nazirliyinin X26 İdarəsinin nümayəndəsi Nümayəndə tərəfindən kollegiyaya təqdim olunmuş Naxçıvan Şəhər İcra Hakimiyyətinin xx.xx.1995-ci il tarixli, İH/572 nömrəli sərəncamın surətinə əsasən X2 fərdi mənzil tikdirmək üçün 600 kv.m həyətyanı torpaq sahəsi ayrılmışdır. Müvafiq qərara əsasən X2 fərdi mənzil tikdirmək üçün 600 kv.m həyətyanı torpaq sahəsi ayrılması cavabdehlər Cavabdeh7, Cavabdeh2 barəsində xx.xx.2009-cu il tarixədək qüvvədə olan AR Mənzil Məcəlləsinin 105-ci maddəsinin tətbiqini istisna edir.
39. Beləliklə məhkəmə kollegiyası cavabdehl ərin apellyasiya şikayətinə münasibətdə öz mövqeyini onunla əsaslandırmışdır ki, müvafiq dəlillər hər hansı fakta əsaslanmayan formal mülahizə olaraq qiymətləndirilmiş və əsaslı hesab edilməmişdir.
40. Kollegiya Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyinin X26 idarəsinin tərəfindən verilmiş apellyasiya şikayətinin cavabdehlər Cavabdeh8, Cavabdeh3, Cavabdeh4, Cavabdeh6 və Cavabdeh5 qarşı iddia tələbinin təmin edilməli olması dəlilinə münasibətdə qeyd etmişdir ki, Azərbaycan Respublikası Naxçıvan MR Fövqəladə Hallar Nazirliyinin X26 İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş arayışda qeyd olunmuşdur ki, Cavabdeh9, Cavabdeh8, Əliyev X13 İşlər Orqanlarında xidmət etdiyi müddət ərzində ünvan 3 ünvanında yerləşən Fövqəladə Hallar Nazirliyinin X2 1 İdarəsinin, Naxçıvan şəhər X21 Hissəsinin yataqxanasında müvəqqəti olaraq xidməti mənzillə təmin olunmuş, lakin uzun illərdir təxris olunmasına baxmayaraq xidməti mənzili təhvil verməmişdir.
41. Cavabdehlər Cavabdeh8, Cavabdeh3, Cavabdeh4, Cavabdeh6 və Cavabdeh5 xidmətlərinə görə hazırda mübahisə olunan evlə təmin olunmuşlar. Onların pensiyaya çıxdıqdan sonra da daimi olaraq həmin mənzillərdə yaşaması, həm öz izahatları, həm iddiaçı təşkilatın nümayəndəsinin izahatı ilə təsdiq edilmişdir. İddiaçı tərəfindən adları çəkilən cavabdehlərin başqa yaşayış sahələrinin olmasını təsdiq edən hər hansı sübut istər birinci instansiya məhkəməsinə, istərsə də apellyasiya baxışı zaman kollegiyaya təqdim edilməmişdir. Belə olan halda kollegiya birinci instansiya məhkəməsinin əvvəlki AR Mənzil Məcəlləs inin 105-ci maddəsinə istinad edərək xidmət illəri nəzərə alınmaqla başqa yaşayış yeri ilə təmin edilmədən onların mənzildən çıxarılmalarını qanunsuz hesab etməsi nəticəsi ilə razılaşaraq hesab etmişdir ki, iddiaçının nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətində göstərilən dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin cavabdehlər Cavabdeh8, Cavabdeh3, Cavabdeh4, Cavabdeh6 və Cavabdeh5 münasibətdə ləğv olunması üçün əsas təşkil edə bilməz.
42. Məhkəmə Kollegiyası Cavabdeh9 verdiyi apellyasiya şikayətinin dəlillərini əsassız hesab etmişdir.
43. Məhkəmə kollegiyas hesab etmişdir ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmiş, iş üzrə mövcud olan sübutların tədqiqi nəticəsində qəbul edilmiş qətnamə kifayət qədər düzgün və qanuni əsaslarla əsaslandırılmışdır. Mübahisənin həllində mühüm əhəmiyyəti olan bütün faktiki hallar araşdırılmış, maddi və prosessual hüquq normalarına düzgün əməl edilməklə qanuni və əsaslı qətnamə qəbul edilmişdir. Mülki işin kollegiyada baxılması zamanı birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilməsi və ya ləğv edilməsinə səbəb ola biləcək yeni hallar müəyyən edilməmişdir.
44. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu maddələri, Mənzil Məcəlləsinin 105-ci maddəsi, Mülki Məcəlləsinin 6, 152.1, 152.4 -ci maddələrinə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 116.1, 116.2, 117.1, 118.1, 119.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikay ətinin və ona etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri
45. İddiaçı Azərbaycan Respublikası Naxçıvan MR Fövqəladə Hallar Nazirliyinin X26 İdarəsi (vəkil X17) kassasiya şikayəti verərək qətnamənin cavabdehlərə münasibətdə ləğv edib işi yenidən baxılması üçün aidiyyəti üzrə qərar qəbul edilməsini xahiş etmişdir.
46. Kassasiya şikayəti iddia tələbi və apellyasiya şikayəti ilə eyni məzmunda əsaslandırılaraq əlavə olaraq qeyd edilmişdir ki, Naxçıvan MR Ali Məhkəməsi tərəfindən Mülki Məcəllənin 91, 91.1, 92, 93, 107,108,155-ci, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88 və 217-ci maddələri pozulmuşdur.
47. Cavabdeh9 (Vəkil1) kassasiya şikayəti verərək qətnamənin ləğv edib iş üzrə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
48. Kassasiya şikayəti apellyasiya şikayəti ilə eyni məzmunda əsaslandırılmışdır.
49. Cavabdehlər Cavabdeh7 və Cavabdeh2 (Vəkil2) ayrı-ayrılıqda kassasiya şikayəti verərək qətnamənin qismən-Cavabdeh7 və Cavabdeh2 Naxçıvan şəhəri, Əziz Əliyev küçəsi,5C ünvanında yerləşən yataqxanadan məcburi qaydada çıxarılmaları hissəsində ləğv edilməsi və həmin hissədə iddia tələblərinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
50. Kassasiya şikayətləri apellyasiya şikayəti ilə eyni məzmunda əsaslandırılaraq əlavə olaraq qeyd edilmişdir ki, məhkəmənin işə baxarkən tətbiq etdiyi 08 iyul 1982-ci il tarixli qanunla təsdiq olunmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinə əsasən şikayətçinin mübahisəli mənzilə istifadə hüququ yaranmışdır. Şikayətçinin yaşayış sahəsinə istifadə hüququ olduğu halda, məhkəmənin həmin istifadə hüququna xitam verilmədən, yaxud istifadə hüququnu itrilmiş hesab etmədən mənzildən çıxarılmağı barədə gəldiyi nəticə hüquqi cəhətdən əsassız olmuşdur. Məhkəmənin mənzildən çıxarılma barədə qətnaməsi 08 iyul 1982-ci il tarixli qanunla təsdiq olunmuş və 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsinin 60-cı maddəsi ilə birbaşa ziddiyyət təşkil etmişdir.
51. Mübahisəli yaşayış sahəsinə yaranmış istifadə hüququna yalnız məhkəmə qaydasında xitam verilə bilər və hətta şikayətçinin müəyyən müddətə mübahisəli mənzildə yaşamaması həmin mənzilə olan istifadə hüququnun qeyd-şərtsiz xitamına və ya itirilməsinə səbəb ola bilməz. Məhkəmə zahirən mübahisəli hüquq münasibətlinin yarandığı vaxt qüvvədə olan maddi hüquq normalarını tətbiq etdiyi görüntüsü yaratmaq üçün həmin normaları çıxardığı qətnamədə əks etdir sə də, faktiki olaraq bu normaları tətbiq etməmiş və əslində sonradan qüvvəyə minmiş və mübahisəli hüquq münasibətlərinin yaranması zamanı mövcud olmamış normalara istinad etmişdir. Məhkəmə şikayətçinin mübahisəli mənzilə yaranmış istifadə hüququnun mövcud olmaması qənaətinə gələrkən açıq-aşkar qanun pozuntusuna, o cümlədən yaşayış sahəsindən istifadə hüququna dair maddi hüquq normalarının pozuntusuna yol vermişdir.
52. Şikayətçi qeyd etmişdir ki, məhkəməyə təqdim edilmiş “Daşınmaz Əmlakın Dövlət Reyestri və Kadastrı” publik hüquqi şəxsi Bakı şəhəri 1 saylı Ərazi İdarəsi tərəfindən verilmiş arayışda Bakı şəhərində onun adına daşınmaz əmlakın aşkar edilmədiyi qeyd olunsa da, məhkəmə şikayətçinin daimi yaşamaq üçün başqa yaşayış sahəsinin olduğu və mübahisəli mənzildə yaşamamaqla həmin mənzi ldən könüllü şəkildə imtina etdiyi nəticəsinə gəlmişdir. Eyni zamanda məhkəmə prosesində cavabdeh qismində iştirak edən Cavabdeh4, Cavabdeh6 və Cavabdeh5 da şikayətçinin uşaqları ilə birlikdə mübahisəli mənzildə yaşadığını təsdiq etmişlər.
53. Məhkəmənin istinad etdiyi “vəsatət” iddiaçının nümayəndəsi tərəfindən məhkəmənin 30 oktyabr 2024-cü il tarixdə keçirilmiş sonuncu iclasında məhkəməyə təqdim edilmiş, məhkəmə həmin sənədlə tanış olduqdan sonra onun vəsatət olmadığı, çıxış şəklində hazırlandığı əsası ilə sənəd nümayəndənin özünə qaytarılmışdır. Bu hal da məhkəmə iclasının aparılmış audio və video çəkilişində əks olunmuşdur. Lakin məhkəmə qətnaməsinin əsaslandırılması zamanı sərəncam kimi bu “vəsatət” də birdən-birə iş materiallarında peyda olmuşdur. Çıxarılmış məhkəmə qətnaməsində məhk əmə iddia tələblərindən kənara çıxaraq iddia ərizəsində göstərilməyən tələb üzrə qətnamə çıxarmış və apellyasiya instansiya məhkəməsi də buna düzgün qiymət verə bilməmişdir.
54. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsində isitinad olunan Cavabdeh2 mərhum atası X2 fərdi mənzil tikdirmək üçün 600 kv.metr həyətyanı torpaq sahəsinin ayrılması barədə Naxçıvan Şəhər İcra Hakimiyyətinin xx.xx.1995-ci il tarixli, İH/572 nömrəli sərəncamı rəsmi şəkildə nə birinci, nə də apellyasiya instansiyası məhkəməsində məhkəməyə təqdim edilməmiş və məhkəmə iclasında işdə iştirak edən şəxslərin iştirakı ilə tədqiq olunmamışdır. Məhkəmə iddiaçının özünün təsdiqlədiyi möhürsüz qeyri-mötəbər Texniki Pasportun surəti və Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin məhkəmənin sorğusuna verdiyi 03 ma y 2024-cü il tarixli yarımçıq cavab məktubu ilə kifayətlənərək mübahisəli binanın iddiaçının balansında olması qənaətinə gələrkən də sübutların mötəbərliyini aydınlaşdırmamış, həmin sübutların iş üçün əhəmiyyət kəsb edən halları qəti şəkildə təsdiqləmədiyini nəzərə almamışdır. Hər iki instansiyası məhkəməsinin qətnaməsinin də Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun sözügedən Qərarına zidd olduğunu sübuta yetirir. Məhkəmə mübahisəsinə baxılarkən məhkəmələr sözügedən qanun normalarını tamamilə heçə sayaraq üzərində iddiaçının mülkiyyət hüququnun mövcud olmadığı daşınmaz əmlaka dair iddiaçının tələbini təmin etmişdir.
55. Məhkəmə mübahisəli xidməti mənzilin yerləşdiyi binanın Naxçıvan MR Fövqəladə Hallar Nazirliyinin balansında olması barədə nəticəyə gələrkən iddiaçının məhkəməyə təq dim etdiyi X4 “Müəssisə və obyektin Texniki Pasportu” nun surətinə istinad etmişdir. Halbuki, həmin sənəddən Texniki Pasportun hansı dövlət orqanı, yaxud təşkilatı tərəfindən hazırlandığı anlaşılmır, belə ki, sənəddə onu hazırlayan təşkilatın adı dəqiq göstərilməməklə yanaşı həmin qurumun səlahiyyətli şəxsinin imzası və möhürü ilə də təsdiqlənməmişdir. X4nin hansı Nazirliyin şöbəsi olması adı çəkilən sənəddə geyd edilməmiş, şöbənin rəisi kimi göstərilmiş O.Cəfərovun imzası qurumun möhürü ilə təsdiqlənməmiş,Texniki Pasport adı verilən sənəddə adətən bu cür sənədlər tərtib edilərkən hazırlanması məcburi olan binanın ümumi və eyni zamanda mərtəbələri üzrə, eləcə də hər mərtəbələr üzrə otaqların təsnifatı, ölçüləri və gidər texiki göstəricilərini özündə əks etdirən plan və sxemlər tərtib edilm əmişdir. 56. 2009-cu ildə hazırlandığı iddia edilən Texniki Pasportda yazıların həmin dövrdə hətta Naxçıvanda geniş istifadə edilən kompüter və digər texniki vasitələrlə deyil, əl yazısı ilə yazılması, sənədin möhürsüz olması, məhkəməyə həmin sənədin əslinin deyil, iddiaçı təşkilatın özünün ştampı ilə təsdiq edilmiş və “əsli ilə düzdür” olmasını təsdiq edən, yəni bu ştampı sənədə vuran səlahiyyətli şəxsi göstərilməmiş surətinin təqdim edilməsi qeyd edilən sənədin mötəbərliyini, ümumiyyətlə şübhə altına almağına əsas vermişdir.
57. İşə baxan həm birinci, həm də apellyasiya instansiya məhkəməsi məhkəmə sorğusunun lazımi şəkildə cavablandırılmamasına baxmayaraq mübahisəli yataqxananın hüquqi statusunun müəyyən edildiyi və iş üçün əhəmiyyət kəsb edən bu halın aydınlaşdırıldığı qənaətinə gələ rək aşkar qanun pozuntusuna yol vermişdir. Hesab edir ki, mübahisəli xidməti mənzilin yerləşdiyi binanın iddiaçının mülkiyyətində olmadığı və mülkiyyəti olaraq daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatından keçmədiyi, eləcə də sözügedən binanın iddiaçı təşkilatın balansına qanunvericiliklə müəyyən edilmiş qaydada verilməsini təsdiq edən hər hansı mötəbər sənədlər məhkəməyə təqdim edilmədiyi və iddiaçının binanın balanssaxlayıcısı olduğu mötəbər sübutlarla sübuta yetirilmədiyi halda məhkəmə iddiaçının sadalanan iddia tələblərini irəli sürmək üçün subyektiv hüququnun olub-olmamasını müəyyən etməməklə ciddi qanun pozunsutusuna yol vermişdir. b)Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
58. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respubl ikasının Konstitusiyası
59. Maddə 13.1. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur
60. Maddə 29.3. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. xx.xx.2009- cu il tarixədək qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsi
61. Maddə
60. İcarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır.
62. Maddə
87. İcarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış əntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə, yaşayış sahəsinin icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir.
63. Maddə 105. yaşayış sahəsi verilmədən xidməti yaşayış sahəsindən çıxarıla bilməzlər: -müharibə əlilləri və hərbi qulluqçular sırasından olub SSRİ-ni müdafiə edərkən yaxud digər hərbi xidmət vəzifələrini yerinə yetirərkən yaralanma, kontuziya və ya şikəstlik nəticəsində yaxud cəbhədə olmaqla əlaqədar xəstəliyə tutulma nəticəsində əlil olmuş digər şəxslər; döyüşən ordunun tərkibində olmuş Böyük Vətən müharibəsi iştirakçıları; SSRİ-ni müdafiə edərkən yaxud digər hərbi xidmət vəzifələrini yerinə yetirərkən həlak olmuş və ya xəbərsiz itkin düşmüş hərbi qulluqçuların və partizanların ailələri; hərbi qulluqçuların ailələri; SSRİ Daxili İşlər Nazirliyi orqanlarının sıravi və rəis heyətindən olan, xidmət vəzifələrini yerinə yetirərkən yaralanma, kontuziya v ə ya şikəstlik nəticəsində əlil olmuş şəxslər; xidməti yaşayış sahəsi vermiş müəssisədə, idarədə, təşkilatda azı on il işləmiş şəxslər; vəzifəsi ilə əlaqədar yaşayış sahəsi almış, vəzifədən azad edilmiş, lakin həmin sahəni verən müəssisə, idarə, təşkilat ilə əmək münasibətlərini kəsməmiş şəxslər; müəssisənin, idarənin, təşkilatın ləğv edilməsi ilə əlaqədar yaxud işçilərin sayının və ya ştatının ixtisar edilməsi nəticəsində işdən çıxmış şəxslər; qocalığa görə pensiyaçılar; fərdi pensiyaçılar; xidməti yaşayış sahəsi verilmiş və ölmüş işçinin ailə üzvləri; İ və İİ qrup əmək əlilləri, əlilliyə görə əmək pensiyası almaq hüququ olan sağlamlıq imkanları məhdud 18 yaşınadək şəxslər hərbi qulluqçular və onlara bərabər tutulan şəxslər sırasından İ və İİ qrup əlillər; yalqız şəxslər və onlarla birl ikdə yaşayan həddi-büluğa çatmamış uşaqlar. Azərbaycan Respublikasının Mülki Məcəlləsi
64. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
65. Maddə 152.4. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
66. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
67. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
68. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutl ara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
69. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
70. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
71. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
72. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən mad di və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
73. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
74. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
75. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub- olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
76. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı və cavabdehlər tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlüklə yoxlanılır. Kassasiya instansiya məhkəməsinin mövqeyi
77. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalar ının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
78. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr iş materiallarını araşdıraraq bu qənaətə gəlmişlər ki, iddia tələbi təmin olunmayan cavabdehlər mübahisəli yaşayış sahələrindən təyinatı üzrə istifadə edirlər, iddiaçı tərəfindən onlara müvafiq yaşayış sahəsi təklif edilməmiş, onların şəxsən adlarına digər yaşayış sahələri mövcud olması müəyyən edilməmişdir. Əksinə digər cavabdehlərə münasibətdə məhkəmələr müəyyən etmişlər ki, onlar mübahisəli yaşayış sahələrindən istifadə etmirlər, onların mübahisəli mənzillə bağlılıqları və mənzillərə ehtiyacları aradan qalxmışdır.
79. Məhkəmə eyni zamanda apellyasiya şikayətin in dəlillərinə qiymət verərək tələbi irəli sürən iddiaçının haqlı olaraq subyektiv hüquqa malik olmasını müəyyən etmişlər. Cavabdehlər mübahisəli mənzillərin iddiaçının balansında olmamasını göstərmiş olsalar da buna dair heç bir sübuta istinad etməmişlər.
80. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan məhkəmələr tərəfindən işdəki sübutlar araşdırılmış,yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
81. Kassasiya şikayətinin bəzi dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən hal ların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.
82. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
83. Ona görə də kassasiya şikayətləri təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
84. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kol legiyası Qərara aldı: Kassasiya şikayətləri təmin edilməsin. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(108)-161/2024 nömrəli, 30 oktyabr 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.