Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-7805/2019 17.12.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Quliyev Gündüz Ağababa oğlunun sədrliyi və məruzəsi ilə, Mirzəliyev Əsəd Abdulla oğlu və X2 ibarət tərkibdə, Hadi Mirqədir Mirbaba oğlunun katibliyi, iddiaçının vəkili X1 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 19 iyun 2019-cu il tarixli qətnaməsindən “xxxx” ASC və Cavabdeh tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 21 dekabr 2018-ci il tarixli qətnaməsi ilə (iş № 2(006)-649/2018, hakim P.A.Hüseynov) iddiaçı “ xxxx” ASC-nin Cavabdeh qarşı iddiası qismən təmin edilmiş, 15 oktyabr 2014-cü il tarixli kredit müqaviləsi üzrə 53.857 manat əsas borc, 19.785 manat faiz borcu, 300 manat cərimə, kredit müqaviləsinin müddəti bitdikdən sonra illik 5 faizlə hesablanmış 5.813 manat məbləğində pulun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi, tələbin ilkin satış qiyməti 600.000 manat müəyyən edilməklə cavabdehə mülkiyyət hüququ üzrə məxsus ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Nəsimi rayonu, Rəşid Behdudov küçəsi, 59 saylı evin 13 saylı mənzilinə yönədilməsi, mənzilin açıq hərrac yolu ilə satılması, həmin əmlakın satışından əldə edilən vəsaitdən cəmi 79.796 manat məbləğində pulun iddiaçı banka ödənilməsi, həmin məbləğin qalan hissəsinin cavabdehə qaytarılması qət edilmiş, iddia qalan hissədə rədd edilmişdir. B akı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 19 iyun 2019-cu il tarixli qətnaməsi ilə (iş № 2(103)-8508/2019, hakimlər A.N.İmanov, A.Q.Hüseynov, V.N.Sadıqov) “xxxx” ASC və Cavabdeh tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən iddiaçının nümayəndəsi verdiyi kassasiya şikayətində qətnamənin ləğv edilərək iddianın tam təmin edilməsi və ipoteka predmetinin ilkin satış qiymətinin 350.000 manat müəyyən edilməsi barədə qərar qəbul edilməsini, cavabdeh isə qətnamənin ləğv edilərək işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. İşin halları: “xxxx” ASC ilə Cavabdeh arasında bağlanmış 15 oktyabr 2014-cü il tarixli kredit müqaviləsinə əsasən sonuncuya bank tərəfindən illik 23 % olmaqla 24 ay müddətinə qaytarmaq şərti ilə 140.000 manat məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təmini üsulu kimi tərəflər arasında bağlanmış ipoteka müqaviləsinə əsasən Bakı şəhəri, Nəsimi rayonu, Rəşid Behdudov küçəsi, 59 saylı evin 13 saylı mənzili bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir. 18 oktyabr 2017-ci il tarixdə “xxxx” ASC ilə Cavabdeh qarşı kredit müqaviləsi üzrə əsas borc, ona hesablanmış faiz borcu və dəbbə pulunun qaytarılması, tələbin ipoteka predmeti olan mənzilə yönəldilməsi barədə hazırkiiddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İş üzrə yuxarıda qeyd olunan məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətlərinin dəlilləri, kassasiya şikayətinə qarşı etirazlar və tərəflərin izahatları İddiaçı kassasiya şikayətini onunla əsaslandırmışdır ki, tərəflər arasında bağlanmış kredit müqaviləsinə görə müqavilə bağlandığı andan qüvvəyə minir və borcalanın üzərinə götürdüyü öhdəliyə görə hesablanmış fazilərin tam ödənilməsinə, həmçinin bank qarşısında müqavilədə nəzərdə tutulan bütün öhdəliklər yerinə yetirilənədək qüvvədə qalır. Bu səbəbdən, iddia tələbi məhkəmə qətnaməsi ilə təmin ediləcəyi təqdirdə belə ödənilməmiş əsas borc məbləğində görə faiz hesablanması öhdəlik tam icra edilənədək davam etdirilməlidir. Apellyasiya məhkəməsi cavabdehin borc məbləğini müəyən edərkən iş materiallarında olan ekspert rəyinə istinad etmişdir. Lakin ekspert rəyi ilə cavabdehin faiz borcu düzgün hesablanmamışdır. Bu halda təkrar ekspertiza təyin edilməli və ekspert rəyi təqdim edilmiş digər sübutlarla yanaşı qiymət ləndirilməli idi. Apellyasiya məhkəməsi dəbbə pulunun həcmini əhəmiyyətli dərəcədə azaldarkən kreditorun əmlak və digər əsaslı mənafelərini nəzərə almamışdır. Eyni zamanda ipoteka predmetinin ilkin satış qiyməti də düzgün müəyyən edilməmişdir, belə ki, tərəflərin qarşılıqlı razılığına əsasən ipoteka predmeti olan mənzil 350.000 manat dəyərində qiymətləndirimişdir. Bu halda, həmin mənzilin tələblə təklifin qarşılıqlı təsiri nəticəsində təşəkkül tapan qiymətinin 600.000 manat məbləğində qiymətləndirilməsinə dair rəy əmlakın real bazar dəyərini əks etdirmir və anlaşılmazdır. Cavabdeh kassasiya şikayətini onunla əsaslandırmışdır ki, kassa məxaric orderlərinə cavabdehin adı yazılsa da, əsas borcu təşkil edən pul məbləği cavabdeh tərəfindən götürülməmişdir. Bundan başqa ipoteka predmetinə tutma yönəldilməsi barədə bildiriş cavabdehə verilməmişdir. Apellyasiya məhkəməsi prosessual qanunvericiliyin tələblərinə zidd olaraq prosessual normaların tələblərini nəzərə almadan, obyektiv, hərtərəfli və tam araşdırma aparmamış, qeyd edilən mühüm hallara qiymət verməmişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçının vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdilər. Məhkəmə iclasının vaxt və yeri barədə xəbərdar edilmiş cavabdeh məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Hüquqi məsələlər: Məhkəmə kollegiyası aşağıdakı əsaslara görə hesab edir ki, iddiaçının kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiya məhkəməsinin qətnaməsi ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində ləğv edilməklə iş həmin hissədə yenidən baxılması üç ün apellyasiya instansiyası məhkəməsinə göndərilməli, cavabdehin kassasiya şikayəti təmin edilməməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Həmin Məcəllənin 418-ci maddəsi ilə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin və qərardadının ləğv edilməsinin əsasları müəyyən edilmişdir. İddia tələbinin əsasını kredit müqaviləsi üzrə borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi, ipoteka predmetinin açıq hərracdan satılaraq satışdan əldə edilən vəsait hesabına borcun ödənilməsi təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsini n 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməm əsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. İddiaçı borcluya ödəniş cədvəlində göstərilən müddətdə ödəniş edilmədiyinə, xəbərdarlıq edilməsinə baxmayaraq ödənişdən boyun qaçırdığına istinad edərək müqavilə şərtlərinə uyğun olaraq borcun ödənilməsi və ipoteka predmetinə yönəldilməsi tələbini irəli sürmüşdür. İddiaçı bank tərəfindən təqdim edilmiş maliyyə arayışına əsasən cavabdehin 15 oktyabr 2014-cü il tarixli kredit müqaviləsi üzrə 53.857 manat əsas, kredit müqaviləsinin bitmə tarixinə 19.787 manat faiz, 14.587 manat cərimə, 5.813 manat əldən çıxmış fayda borcu mövcuddur. Apellyasiya məhkəməsi Azərbaycan R espublikası Mülki Məcəlləsinin 467-ci maddəsinin tələbləri baxımından həmin məbləğin tənasübsüz yüksək hesab edilərək birinci instansiya məhkəməsi tərəfindən ödənilməsi qət edilən 300 manat məbləğində cərimənin tutulması barədə gəlinən nəticə ilə razılaşmışdır. Eyni zamanda tərəflər arasındakı kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təmin edilməsi məqsədilə ipoteka müqaviləsi bağlanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər Həmin Məcəllənin 317.2-ci maddəsinə əsasən satış bu Məcəllənin 414-416-cı maddələrinə uyğun olaraq həyata keçirilir. “İpoteka haqqında” Azərbaycan Respublikası Q anununun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Həmin Qanunun 34.1.1 və 34.1.2.-ci maddələrinə əsasən əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması; əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anıdır. Apellyasiya məhkəməsi tərəfindən kredit müqaviləsi üzrə əsas borc, faiz borcu və dəbbə pulunun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi hissələrində iş üzrə gəlinən nəticə qanunvericiliyin tələblərinə uyğun olmaqla, maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, kassasiya şikayətlərinin dəlill əri qətnamənin həmin hissədə ləğvi üçün əsas hesab edilə bilməz. Bununla bərabər aşağıdakılara əsasən apellyasiya məhkəməsinin ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində iş üzrə gəldiyi nəticə qanuni və əsaslı hesab edilə bilməz. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39-cu maddəsi ilə məhkəmənin ipoteka predmetinə tutmanın yönəldilməsi əsasları müəyyən edilmişdir. Həmin maddənin tələblərinə görə məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. “Qiymətləndirmə fəaliyyəti haqqında” qanunun 3-c ü maddəsinə əsasən qiymətləndirilməsi mülki qanunvericiliklə nəzərdə tutulan və ya sifarişçi tərəfindən zəruri hesab edilən hər cür əmlak, qiymətləndirmə fəaliyyətinin obyektidir. Həmin Qanunun 5-ci maddəsi ilə məcburi qiymətləndirmə aparılan hallar müəyyən edilmişdir. İpoteka predmeti olan mənzil tərəflər arasında bağlanmış ipoteka müqaviləsi ilə 350.000 manat məbləğində qiymətləndirilmişdir. 11 iyul 2018-ci il tarixli qiymətləndirmə rəyi ilə ipoteka predmeti olan mənzilin bazar dəyəri 600.000 manat məbləğində müəyyən edilmişdir. Bazar qiyməti dedikdə, malın (işin, xidmətin) tələblə təklifin qarşılıqlı təsiri nəticəsində təşəkkül tapan qiyməti başa düşülür. Həmin qiymətləndirmə rəyində müqayisəli yanaşma metodundan istifadə edilməklə əmlakın bazar dəyərinin müəyyən edildiyi göstərilmişd ir. Əmlakın müqayisəli yanaşma üzrə qiymətləndirilməsi həmin əmlakın yerləşdiyi ərazi üzrə oxşar göstəricilərə malik olan, oxşar keyfiyyətli və satış qiymətləri məlum olan bir neçə obyektlə müqayisə edilməklə qiymətləndirilməsini ehtiva edir. Halbuki məhkəmənin əmlakın ilkin satış qiymətini müəyyən edərkən istinad etdiyi 12 vərəqi əhatə edən həmin qiymətləndirmə rəyi yalnız əmlakın qiymətləndirlməsinin anlayışını, ümumi prinsiplərini, qaydalarını və metodlarını əks etdirən nəzəri məsələləri əhatə etməklə, müstəqil qiymətləndirici tərəfindən qiymətləndirmə obyekti üzrə analoji obyektlərlə müqayisə edilməklə və ya digər üsulla ümumiyyətlə hər hansı tədqiqat aparılmamışdır. İddiaçı bank tərəfindən təkrar ekspertiza təyin edilməsi barədə vəsatət qaldırılmışdır. Azərbaycan Respublikası Mülki Pr osessual Məcəlləsinin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Apellyasiya məhkəməsi iddiaçı bankın təkrar ekspertiza təyin edilməsi barədə vəsatətini rədd etməklə, ümumiyyətlə əsaslandırılmayan ekspert rəyi ilə kifayətlənmişdir. Beləliklə, apellyasiya məhkəməsinin həmin hissədə iş üzrə gəldiyi nəticə qanunvericiliyin tələblərinə zidd olmaqla qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulmuşdur. Bu halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçının kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiya məhkəməsinin qətnaməsi ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində ləğv edilməklə iş həmin hissədə ye nidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməli, cavabdehin kassasiya şikayəti təmin edilməməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçının kassasiya şikayəti qismən təmin edilsin. Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 19 iyun 2019-cu il tarixli qətnaməsi ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində ləğv edilsin, iş həmin hissədə yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin, qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-7805/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-7805/2019
17.12.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver