Məhkəmə qərarları › İş №2(102)-7811/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-7811/2019

19.12.2019 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-7811/2019 19.12.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi-hakim), Rüstəmov Əli Məhəmməd oğlu, Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, İddiaçı iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 03.07.2019-cu il tarixli, 2(103)8396/2019 nömrəli qətnaməsindən cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xətai rayon Məhkəməsinin (hakim F.Məmmədov) 09.07.2018-ci il tarixli, 2(011)-4562/201 8 nömrəli qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “kompensasiya ödənilməklə yaşayış sahəsindən istifadə hüququnun itirilməsi və mənzildən çıxarılmaları” tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər E.Həsənov, X.Mərdanova, İ.Şirinov) 30.10.2018-ci il tarixli, 2(103)-11003/2018 nömrəli qətnaməsi ilə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməyərək, iş üzrə Bakı şəhəri Xətai rayon Məhkəməsinin 09.07.2018-ci il tarixli, 2(011)-4562/2018 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər İ.Dəmirov, A.İsgəndərov, Ə.Əhmədov) 02.04.2019-cu il tarixli, 2(102)-1864/2019 nömrəli qətnaməsi ilə İ ddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilərək, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 30.10.2018-ci il tarixli, 2(103)-11003/2018 nömrəli qətnaməsinin ləğv edilməsi və işin yenidən apelyasiya qaydasında baxılması üçün qaytarılmasıqət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər X.Cəmilova, İ.Xəlilov, İ.Kərimli) 03.07.2019-cuiltarixli, 2(103)-8396/2019 nömrəli qətnaməsi ilə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilərək, iş üzrə Bakı şəhəri Xətai rayon Məhkəməsinin 09.07.2018-ci il tarixli, 2(011)-4562/2018 nömrəli qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamə qəbul edilərək, iddia tələbinin təmin edilməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 25000 manat kompensasiya ödənilməklə onların yaşayış sahəsindən istifad ə hüquqlarına xitam verilməsi və həmin şəxslərin Bakı şəhəri, Xətai rayonu, Sarayevo küçəsi, 14 saylı evin 31 saylı mənzilindən çıxarılmaları, cavabdehlərə 25000 manat kompensasiyanın ödənilməsi və onların yaşayış sahəsindən istifadə hüququnun itirilərək mənzildən çıxarılmalarının eyni vaxtda icra edilməsi qət edilmişdir. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 03.07.2019-cu il tarixli qətnaməsindən kassasiya şikayəti vermişdir. İşin halları: İddiaçı Cavabdeh1 qarşı “kompensasiya ödənilməklə mənzilə yaşayış və istifadə hüququnun itirilməsi” tələbinə dair iddia ərizəsi ilə 20.04.2018-ci il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh1 10000 manat kompensasiya ödəməklə mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Sarayevo küçəsi, 14 saylı evin 31 saylı mənzilinə yaşayış və istifadə hüququnun itirilməsi barədə qətnamə qəbul edilməsi xahiş etmişdir. Daha sonra İddiaçı iddia ərizəsinə əlavə dəqiqləşmə barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehin həyat yoldaşı Cavabdeh2 və Cavabdeh3 cavabdeh qismində cəlb edilməklə onların Bakı şəhəri, Xətai rayonu, Sarayevo küçəsi, 14 saylı evin 31 saylı mənzilindən yaşayış və istifadə hüququnun itirilməsi və mənzildən çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra İddiaçı ərizə ilə apellyasiya məhkəməsinə müraciət edərək 25000 manat kompensasiya ödəyə biləcəyini qeyd etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və onlar ın vəkili Şəfiyeva Gülsabah Nəsib qızı kassasiya şikayətini onunla əsaslandırmışlar ki, cavabdehlər uzun müddətdir ki, həmin mənzildə yaşamaqla bu müddət ərzində mənzilin saxlanılmasına əmək sərf etmişlər. Onlara bir ailə olaraq təklif olunan kompensasiya çox aşağı şəkildə təklif olunmaqla bugünkü gün nəinki oxşar yer, hətta gecələmək üçün çox kiçik həcmli bir otaq alınması belə mümkün deyildir. Cavabdehlərdən biri Cavabdeh3 həmin mənzildə anadan olmaqla 27 ildir orada yaşayır, artıq ailə quracaq bir yaşdadır. İddiaçı tərəfindən təklif olunan kompensasiya isə hər üç cavabdehin həmin mənzildə olan hüquqlarını kifayət qədər məhdudlaşdırır. Digər Cavabdeh2 onkoloji xəstə olmaqla onun müalicəsinə kifayət qədər vəsait tələb olunur. Bu qədər ağır şəraitdə olan bir ailənin təklif olunan kompensas iya məbləği ilə hansı şəraitin qurulmasından söhbət getdiyi başa düşülən deyil. Kompensasiya məbləğini 35000 manat dəyərində verilməsini təklif etsələr də, iddiaçı bu məbləğdə kompensasiyanın verilməsinə qəti etiraz etmişdir. Məhkəmə isə öz qətnaməsində təklif olunmuş bu məbləği üç nəfərə münasibətdə ədalətli hesab etmişdir. Ona görə də onlar iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 03.07.2019cu il tarixli 2(103)-8396/2019 saylı qətnaməsinin tamamilə ləğv edilməsi və qarşılıqlı tələb üzrə iddia tələbinin təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişlər. İşdə iştirak edən şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və onların vəkili Şəfiyeva Gülsabah Nəsib qızı məhkəmə iclasına g əlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. İddiaçıməhkəmə iclasında vəkilsiz iştirak etdiyinə görə Azərbaycan Respublikası MPM-in 67-ci maddəsinin tələbinə uyğun olaraq iş üzrə onun izahatı dinlənilmədi. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işin müəyyən olunmuş və mübahisələndirilməyən hallarından görünür ki, ünvan 1 ünvanında yerləşən 3 otaqdan ibarət 31 saylı mənzil 26.12. 1979-cu il tarixli order əsasında Həmzəbəy Həmzəbəyov və ailə üzvlərinin istifadəsinə verilərək mənzilin icarədarı Həmzəbəy Həmzəbəyov olmuş, onun 07.01.2007-ci il tarixdə vəfat etməsindən sonra mənzilin şəxsi hesabı 3 nəfər ailə üzvü (özü, qızı, oğlu Cavabdeh1) ilə birlikdə mərhumun həyat yoldaşı İddiaçı adına dəyişdirilərək icarə müqaviləsi onunla bağlanmış, sonradan mənzil ailə üzvlərinin, o cümlədən Cavabdeh1 razılıq ərizəsi əsasında İddiaçı adına öəzlləşdirilərək 13.03.2010-cu il tarixdə onun adına qeydiyyata alınmışdır. Cavabdehlərdən Cavabdeh1 iddiaçının oğlu, Cavabdeh2 gəlini, Cavabdeh3 isə nəvəsidir; sonuncular 1991-ci ildən sözügedən mənzildə yaşamaqla Cavabdeh1 1990-cı ildən mənzildə pasport qeydiyyatındadır. Apellyasiya kollegiyası birinci instansiya məhkəməsinin iddianın təmin edilməməsi barədə qətnaməsini ləğv edərək iddianın təmin edilməsi qənaətinə gəlmiş və qənaətini onunla əsaslandırmışdır ki, iddianın təmin edilməsinin mümkünlüyü təklif edilən kompensasiyanın məbləğinin adekvatlığının müəyyən edilməsindən asılıdır. Nəzərə alınmalıdır ki, kompensasiyanın məbləği mülkiyyətçinin malik olduğu evin dəyərinin tərkib hissəsi kimi deyil, müəyyən müddət eyni şəraitdə davamlı yaşamaq üçün yetərlilik baxımından müəyyən edilməlidir. Belə ki, Mülki Məcəllənin 228.2-ci maddəsinə müvafiq olaraq yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi ha qqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. R.Ağalarovun şikayəti üzrə Konstitusiya Məhkəməsinin Plenumu 26 sentyabr 2007-ci il tarixli qərarında Mülki Məcəllənin 228.2-ci maddəsi ilə bağlı olaraq mülkiyyət hüququnun yaşayış sahəsindən istifadə hüququndan fərqləndiyini qeyd etmiş, eyni zamanda, hər iki hüququn müəyyən mənada mütənasib şəkildə tarazlaşdırılmaqla təmin edilməli olması nəticəsinə gəlmişdir. Həmin qərarda göstərilmişdir ki, eyni mənzildə ailə üzvləri (və ya onlara bərabər tutulan şəxslər) yaşadığı halda, onlardan birində (və yaxud bir neçəsində) mənzilə mülkiyyət hüququ (o cümlədən mənzildən istifadə hüququ), digərlərində isə yalnız mənzildən istifadə hüququnu n mövcud olması mümkündür. Bu şəxslər arasında yaranan mübahisələrin həlli zamanı mülkiyyət hüququ və mənzildən istifadə hüququnun təbiəti, onların mütənasibliyi və həyata keçirilməsinə dair qüvvədə olan Azərbaycan Respublikası qanunvericiliyinin müddəaları nəzərə alınmalıdır. Kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Mülki Məcəllənin 228.2-ci maddəsində təsbit olunmuş “bazar qiyməti ilə müvafiq kompensasiya” ifadə si mənzilin dəyərinə münasibətdə deyil, davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı vermək üçün zəruri olan vəsait kimi başa düşülməlidir. Mülkiyyətçi tərəfindən təklif olunan kompensasiyanın məbləğinin ağlabatan və ədalətli olub-olmaması da məhz bu mövqedən çıxış etməklə, eləcə də bir sıra digər meyarlar nəzərə alınmaqla müəyyənləşdirilməlidir. Ümumiyyətlə isə istifadə hüququna xitam verilərkən elə bir müddət müəyyən edilməlidir ki, istifadə hüququna xitam verilən şəxsin bu müddət ərzində özünü əvvəlki mənzilə xas olan şəraitə uyğun yaşayış sahəsi ilə təmin edə bilməsi üçün mülkiyyətçi tərəfindən təklif edilən kompensasiya məbləği yetərli olsun. Təklif olunan məbləğin yetərli olub-olmamasının qiymətləndiri lməsi isə hər bir konkret işə xas xarakterik halların müəyyənləşdirilməsini və buna uyğun olaraq kompensasiya ödəniləcək şəxsin həmin məbləğlə konkret hansı müddət ərzində əvvəlki yaşayış şəraitinə uyğun olan mənzillə təmin edilə biləcəyinin dəqiqləşdirilməsini tələb edir. Mülkiyyət hüququ ilə mülkiyyətçinin ailə üzvlərinin mənzilə istifadə hüquqları arasında ədalətli tarazlığa nail olunması baxımından nəzərə alınmalıdır ki, mülkiyyətçiyə məxsus əmlaka istifadə hüququnun mövcud olması heç bir halda qanuni istifadəçinin həmin əmlakın payçısı (şəriki) kimi qəbul olunmasına əsas vermir. Konstitusiya Məhkəməsinin yuxarıda istinad olunan qərarında ifadə olunmuş hüquqi mövqedən də göründüyü kimi Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulmuş kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsini və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu vermir. Əks yanaşma özündə Konstitusiya ilə, qanunla və beynəlxalq hüquqla təminat verilən mülkiyyət hüququna əsassız müdaxiləni əks etdirmiş olardı. Ümumi (birgə) mülkiyyətin bölünməsi institutundan fərqli olaraq mənzildən istifadə hüququna kompensasiya verməklə xitam verilməsi institutunun məqsədi və təyinatı ondan ibarətdir ki, mənzildən istifadə hüquqlarına xitam verilən, başqa sözlə mənzildən çıxarılan istifadəçi bununla dərhal ağır şəraitə düşməsin, davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanına malik olsun. Həm də belə imkan mülkiyyətçi üçün istifadəçini daimi və ya qeyri-müəyyən müddət ərzində yaşayış sahəsi ilə təmin etmə k yükünə çevrilməməli, faktiki olaraq onun öz mülkiyyətindən və ya onun əhəmiyyətli hissəsindən məhrum olması ilə nəticələnməməlidir. Bu baxımdan təklif olunan kompensasiyanın məbləği ilə mülkiyyətçiyə məxsus əmlakın ümumi dəyəri arasında hər hansı paralel aparılması da qanuna uyğun deyildir. Qeyd olunanlarla yanaşı, mülkiyyətçinin Mülki Məcəllənin 228.2-ci maddəsinə istinad edərək cavabdehlərin (oğlu və ailəsinin) mənzilə istifadə hüququna müvafiq kompensasiya verməklə məhkəmə qaydasında xitam verilməsini tələb etməsi özündə heç bir halda Konstitusiyanın 43-cü maddəsinin İ hissəsində nəzərdə tutulan mənzildən qanunsuz məhrum etməni əks etdirmir. Əksinə, həmin tələb birbaşa Mülki Məcəllənin 228.2-ci maddəsinə əsaslanır. Digər tərəfdən isə Konstitusiyanın 43-cü maddəsinin İİ hissəsi başqa ş əxslərin mənzil hüquqlarının təmin edilməsini xüsusi mülkiyyət subyektlərinin üzərinə qoymur, məhz dövlətin bu istiqamətdəki pozitiv öhdəliyini müəyyən edir. Həmin öhdəliyin xüsusi mülkiyyət subyektlərinin üzərinə qoyulması isə Konstitusiyanın mülkiyyətin toxunulmazlığını və dövlət tərəfindən müdafiə olunduğunu, mülkiyyətin heç bir növünə üstünlük verilmədiyini və xüsusi mülkiyyət hüququnun qanunla qorunduğunu təsbit edən 13 və 29-cu maddələrinə ziddir. Qeyd edilənlərə əsasən apellyasiya kollegiyası hesab etmişdir ki, iddiaçı tərəfindən təklif edilən kompensasiyanın məbləği ağlabatan və ədalətli hesab edilməklə cavabdehin ailəsi və himayəsində olan uşaqlarla birlikdə təxminən üç ilə yaxın müddət ərzində başqa yerdə mübahisəli mənzildə onlara xas olmuş şəraitlə müqayisədə oxşar şəraitdə yaş amaq imkanı verir. Cavabdehlərin “mübahisəli mənzildə uzun müddət yaşayıb mənzilin cari təmirini həyata keçirmələri” barədə dəlil ilə bağlı apellyasiya kollegiyası hesab etmişdir ki həmin dəlillər mülkiyyətçi olan iddiaçının iddiasının təmin olunmaması üçün əsas hesab edilə bilməz. Kassasiya kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və kassasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi iddianın rədd edilməsi barədə birinci instansiya məhkəməsinin qətnaməsini ləğv edərkən, hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Cavabdehlərin kompensasiya məbləğini az hesab edib əsaslandığı hallarla bağlı qeyd edilməlidir ki, kompensasiya məbləği tərəflərin mənzil və ailə şəraitinin yaxşılaşdırılması məqsədilə müəyyən edilən məbləğ deyildir, həmin məbləğ cavabdehlərə müəyyən müddətə oxşar şəraitdə mənzildə yaşamalarının təmin edilməsi məqsədilə təyin edilən məbləğdir. Ona görə də kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. Beləliklə kassasiya kollegiyası belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası mə hkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 03.07.2019-cu il tarixli, 2(103)-8396/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar