Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-7816/2019 24.12.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Kalbalıyev Aslan Kalbalı oğlu, İbayev Vəfaddin Ələm oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Xnın katibliyi, İddiaçı, iddiaçının vəkili X5, cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh AR ETSN-nin Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə olunan Təbiət Ərazilərinin İnkişafı Departamentinə qarşı “işə bərpa” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin MK-nın 25 iyul 2019-cu il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kass asiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 08 aprel 2019-cu il tarixli qətnaməsi ilə (hakim T.Axundov) İddiaçı cavabdeh AR ETSN-nin Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə olunan Təbiət Ərazilərinin İnkişafı Departamentinə qarşı “əmrin ləğv edilməsi, işə bərpa və əmək haqqının hesablanaraq verilməsi” tələbinə dair iddiası təmin olunmamışdır. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 25 iyul 2019-cu il tarixli qətnaməsi ilə (sədrlik edən T.Səmədov, hakimlər İ.Şirinov və E.Kazımov) Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 08 aprel 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.. KASSASİYA ŞİKAYƏTİNİN DƏLLİLƏRİ İddiaçı kassasiya şikayəti ilə Azərbaycan Respublikası Ali Məhkəməsi MK-ya müraciət edərək şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi işə mahiyyəti üzrə baxarkən və qətnamə çıxararkən Azərbaycan Respublikası mülki və mülki prosessual qanunvericiliyinin tələblərini pozmuş, iş üçün əhəmiyyət kəsb edən bütün faktiki halları aydınlaşdırmamışdır. Ona görə də Bakı Apellyasiya Məhkəməsinin MK-nın 25 iyul 2019-cu il tarixli qətnaməsinin tamamilə ləğv edilməsini və iş üzrə qərar qəbul edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: İddiaçı cavabdeh AR ETSN- nin Cavabdehnə qarşı işə bərpa tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək,tutduğu Korçay Dövlət Təbiət Qoruğunun baş elmi işçi vəzifəsinin ixtisarı barədə əmrinin ləğv edilməsi və onun işə bərpa olunmağına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdiri lməsi barədə ərizə təqdim edərək, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə olunan Təbiət Ərazilərinin İnkişafı Departamentinin İddiaçı əmək müqaviləsinə xitam verilməsi haqqında 29 yanvar 2019 - cu il tarixli, 10/k saylı əmrin ləğv edilməsini, onun Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə olunan Təbiət Ərazilərinin İnkişafı Departamentinin tabeliyində Korçay Dövlət Təbiət Qoruğunda işə bərpa edilməsini, 2019-cu il yanvarın 29-dan, işə bərpa edildiyi günədək olan müddətə əmək haqqının hesablanaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə mübahisə apellyasiya instansiyası məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. Məhkəmə kollegiyası iş mat eriallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarından görünür ki, iddiaçı ilə cavabdeh arasında 16 may 2012-ci il tarixli əmək müqaviləsi bağlanmışdır və iddiaçı həmin müqavilə əsasında cavabdeh təşkilatda baş elmi işçi vəzifəsində işləmişdir. Həmçinin işin halları ilə müəyyən edilir ki, iddiaçı kənd təsərrüfatı elmləri namizədi olmaqla, müharibə veteranıdır. Bundan başqa iş materiallarında olan Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin inkişafı Departamentinin 29 yanvar 2019-cu il tarixli 10/k saylı əmrindən görünür ki, 29.01.2019-cu il tarixindən Korçay Dövlət Təbiət Qoruğunun baş elmi işçisi yəni, İddiaçı ilə bağlanmış əmək müqaviləsi Azərbaycan Respublikası Əmək Məcəlləsini 70-ci maddəsini “b” bəndinə əsasən (işçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda) ləğv edilmişdir. Əmrin verilməsinə əsas Ekologiya vəTəbii Sərvətlər Nazirliyinin 2019-cuilin 25 yanvar tarixli əmri göstərilmişdir. Belə ki, Ekologiya vəTəbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması və Xüsus Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamentinin qurumlarında struktur dəyişikliklərinin aparılması haqqında 25 yanvar 2019-cu il tarixli əmrin 1.1.5-ci hissəsindən görünürki, “strukturun optimallaşdırılması ilə həyata keçirilən fəaliyyətin səmərəli təşkili tədbirləri haqqında” Ekologiya və Təbii Sərvətlər N azirliyinin 2018-ci il 16 may tarixli əmrinə uyğun olaraq Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departmentinin tabeliyində olan qurumların fəaliyyət istiqamətlərinə, vəzifə və funksiyasına görə bir-birlərini təkrarlayan ştatlarının ixtisar edilməsi və bəzi təşkilatlar üzrə işin rasional təşkili məqsədilə mövcud ştat vahidlərinin digərləri ilə əvəz olunması məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 18 sentyabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi haqqında Əsasnamə”nin 15.6-cı və 15.7-ci bəndlərini rəhbər tutaraq Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamentinin Korçay Dövlət Təbiət Qoruğunda 1 ştat vahidi baş elmi işçi, 1 ştat vahidi mehtər, 1 ştat vahidi bağban, 1 ştat vahidi laborant vəzifələrinin ixtisar olunması əmr edilmişdir. Eyni zamanda iş materiallarında olan AzərbaycanRespublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin inkişafı Departamentinin ididaçıya ünvanladığı 06.11.2018-ci il tarixli məktubundan görünür ki, İddiaçı “strukturun optimallaşdırılması ilə həyata keçirilən fəaliyyətin səmərəli təşkili tədbirləri haqqında” Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 2018-ci il 16 may tarixli əmrinə uyğun olaraq Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departmentinin tabeliyində olan Korçay Dövlət Təbiət Qoruğunun struktrunda müəyyən dəyişikliklərin edilməsi zərurətinin yaranması və bununla əlaqədar Korçay Dövlət Təbiət Qoruğunun ştat cədvəli üzrə hazırda tutduğu vəzifənin ixtisar olunacağı barədə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 77-ci maddəsinin tələblərinə uyğun olaraq 2 ay əvvəl xəbərdar olunmuşdur. Həmçinin iş materiallarında olan Korçay Dövlət Təbiət Qoruğunun Həmkarlar İttifaqı Komitəsinin 01.11.2018-ci il tarixli qərarından görünür ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 2018-ci il 16 may tarixli əmri ilə yaradılmış və Nazirliyin məsul şəxslərindən ibarət komissiyaya verilən tapşırıqlar əsasında müəyyən edilmiş Korçay Dövlət Təbiət Qoruğunun fəaliyyəti istiqamətlərinə, vəzifə və funksiyasına görə bir-birilərini təkrarlayan 1 ştat vahidi baş elmi işçi, 1 ştat vahidi labarant, 1 ştat vahidi mehtər, 1 ştat vahidi bağban ş tatlarının ixtisar olunmasına razılıq verilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir. Əmək Məcəlləsinin 68-ci maddəsinin 1 və 2-ci bəndinə görə əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Əmək müqaviləsinə tərəflərdən birinin təşəbbüsü, əmək müqaviləsinin müddətinin qurtarması, əmək şəraitinin şərtlərinin dəyişdirilməsi, müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər), t ərəflərin iradəsindən asılı olmayan və ya tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallarda xitam verilə bilər. Əmək Məcəlləsinin 70-ci maddəsinə əsasən əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: a) müəssisə ləğv edildikdə; b) işçilərin sayı və ya ştatları ixtisar edildikdə; c) peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə; ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda; d) sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda; e) dövlət büdcəsindən maliyyələşən müəssisənin i şçisi çalışmanın yaş həddinə çatdıqda. Əmək Məcəlləsinin 71 -ci maddəsinin 3-cü hissəsinə əsasən işəgötürən bu məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Əmək Məcəlləsinin 76.1 -ci maddəsinə əsasən işəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, əmək münasibətləri sərbəst iradə ifadəsini özündə ehtiva edən əmək müqaviləsi bağlandıqdan sonra yaranır. Əmək müqaviləsinin şərtləri tərəflərin iradə ifadəsi ilə bağlansa da, əmək münasibətlərinin ləğv edilməsi üçün əmək qanunvericiliyində konkret əsaslar göstərilmişdir ki, yalnız həmin hallardan biri olduğu təqdirdə əmək münasibətlərinə xitam verilə bilər. Qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə Əmək Məcəlləsi ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz. İşin materiallarından göründüyü kimi iddiaçı ilə cavabdeh arasında əmək münasibətlərinə ştatların ixtisarı əsası ilə xitam verilmişdir. Bununla yanaşı məhkəmə kollegiyası iddiaçının ixtisar zamanı üstünlük hüququ olmasının nəzərə alınmamasına dair dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, qeyd edilən dəlillər hazırkı iş üzrə qətnamənin ləğv edilməsi üçün əsas deyildir. Belə ki, AzərbaycanRespublikasının Əmək Məcəlləsinin 78-ci maddəsinin 1 -ci hissəsinə əsasən müvafiq hallarda işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən müəyyən vəzifələr üzr ə əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın (peşənin) və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçilər işdə saxlanılır.Həmin Məcəllənin 78- ci maddəsinin 2-ci hissəsinə əsasən işəgötürən ixtisasları (peşələri) və ya peşəkarlıq səviyyələri eyni olduqda şəhid ailəsinin üzvlərinə; müharibə iştirakçılarına; əsgər və zabitlərin arvadına (ərinə); öhdəsində iki və daha çox 16 yaşınadək uşağı olanlara; həmin müəssisədə əmək şikəstliyi almış və ya peşə xəstəliyinə tutulmuşlara; xüsusi məcburi köçkün onlara bərabər tutulan şəxs və qaçqın statusu olan şəxslərə, kollektiv müqavilələrdə və ya əmək nüqavilələrində nəzərdə tutulan digər şəxslərə işdə saxlanmasına üstünlük verir. Eyni zamanda məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsi ilə razılaşaraq hesab edir ki, id diaçı Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid ailələri İctimai Birliyinin vəsiqəsinə əsasən müharibə veteranı statusuna malik olsa da, onun bu statusu lazırki mübahisəyə qeyd edilən normanın tətbiq edillməsi üçün əsas yaratmır. Belə ki, müəyyən edilmişdir ki, Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamentinin Korçay Dövlət Təbiət Qoruğunda 1 baş elmi işçi ştat vahid olmuş və məhz həmin vəzifə ixtisara düşmüşdür. Məhkəmə kollegiyası qeyd edir ki, əgər cavabdeh təşkilatda baş elmi işçi ştatı 1 deyil, daha artıq olsa idi bu zaman hazırki iş üzrə ixtisar zamanı üstünlük hüququ ilə bağlı müddəalar tətbiq edilməsinin zəruriliyi müzakirə predmeti ola bilərdi. Məhkəmə kollegiyası həmçinin iddiaçının elmi dərəcəsi olması ilə b ağlı dəlilinə də qiymət verərək hesab edir ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 78-ci maddəsində belə bir statusa malik şəxslərin ixtisar zamanı işdə saxlanmasına üstünlük verilməsi nəzərdə tutulmamışdır. Yuxarıda göstərilənləri, apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamənin ləğv edilməsinə əsas olan maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilmədiyini əsas tutaraq məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilmədən apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 25 iyul 2019-cu il tarixli qətna məsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-7816/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-7816/2019
24.12.2019 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver