Məhkəmə qərarları › İş №2(102)-7818/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-7818/2019

24.12.2019 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-7818/2019 24.12.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Kalbalıyev Aslan Kalbalı oğlu, İbayev Vəfaddin Ələm oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Xnın katibliyi ilə, İddiaçı “Texmarin Limited” MMŞ-nin cavabdehlər Cavabdeh1 və Bakı şəhər İcra Hakimiyyətinə qarşı “zəbt olunmuş torpaq sahəsindən çıxarılma, torpaq sahəsinə məxsusluğun tanınması və torpaq sahəsinin daimi istifadəyə verilməsinə dair razılıq məktubunun verilməsi ” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin MK-nın 29 may 2019-cu il tarixli q ətnaməsindəniddiaçı “Texmarin Limited” MMŞtərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 26 iyul 2013-cü il tarixli qətnaməsi ilə (hakim R.Mürsəlov) iddiaçı “Texmarin Limited” MMŞ-nin cavabdehlər Cavabdeh1 və Bakı şəhər İcra Hakimiyyətinə qarşı “zəbt olunmuş torpaq sahəsindən çıxarılma, torpaq sahəsinə məxsusluğun tanınması və torpaq sahəsinin daimi istifadəyə verilməsinə dair razılıq məktubunun verilməsi ” tələbinə dair iddiası təmin edilmiş, Qaradağ rayonu, BakıSəlyan şossesinin 15/3 ünvanında yerləşən 1.2 ha torpaq sahəsinin “Texmarin Limited” MMŞ-yə məxsusluğu tanınmış və həmin torpaq sahəsinin zəbt olunması Cavabdeh1 və digər fiziki və hüquqi şəxslərə qadağan olunmuş, lisenziya əsasında fəaliyyət göstərən mü stəqil mütəxəssis tərəfindən tərtib edilmiş plan-sxemə əsasən Qaradağ rayonu, BakıSəlyan şossesinin 15/3 ünvanında yerləşən 1.2 ha torpaq sahəsinin daimi istifadə hüququ əsasında “Texmarin Limited” MMŞ-nin adına reyestrdə qeydə alınması üçün DƏDRX-nin Bakı Ərazi İdarəsinə razılıq məktubunun verilməsi Bakı şəhər İcra Hakimiyyətinə həvalə olunması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 29 may 2019-cu il tarixli qətnaməsi ilə (sədrlik edən A.İmanov, hakimlər A.Hüseynov və V.Sadıqov) maraqlı şəxs AR Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nın 1 saylı Bakı Ərazi İdarəsinin apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 26 iyul 2013-cü il tarixli qətnaməsi ləğv edilmiş, iddia tələblərinin rədd olunması qət edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLL İLƏRİ İddiaçı “Texmarin Limited” MMŞ kassasiya şikayəti ilə Azərbaycan Respublikası Ali Məhkəməsi MK-ya müraciət edərək şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi işə mahiyyəti üzrə baxarkən və qətnamə çıxararkən Azərbaycan Respublikası mülki və mülki prosessual qanunvericiliyinin tələblərini pozmuş, iş üçün əhəmiyyət kəsb edən bütün faktiki halları aydınlaşdırmamışdır. Ona görə də Bakı Apellyasiya Məhkəməsinin MK-nın 29 may 2019-cu il tarixli qətnaməsinin tamamilə ləğv edilməsini və iş üzrə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: İddiaçı “Texmarin Limited” MMŞ Cavabdeh1 qarşı məhkəmədə iddia qaldıraraq lisenziya əsasında fəaliyyət göstərən müstəqil mütəxəssis tərəfindən tərtib edilmiş plansxemə əsasən Qaradağ rayonu, Bakı-Səlyan şosse sinin kənarında yerləşən 1,2 ha torpaq sahəsinin “Texmarin Limited” MMŞ -nə məxsusluğunun tanınması və həmin torpaq sahəsinin zəbt olunmasının cavabdehə və digər fiziki və hüquqi şəxslərə qadağan olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə mübahisə apellyasiya instansiyası məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarından görünür ki, “Texmarin Limited” MMŞ hüquqi şəxs kimi 25.05.2004-cü ildə qeydiyyata alınmışdır. İş materiallarında olan və lisenziya əsasında fəaliyyət göstərən müstəqil mütəxəssis tərəfindən tər tib edilmiş torpaq sahəsinin sxemindən görünür ki, Bakı şəhəri, Qaradağ rayonu, Salyan şosesində 12000 kv.metr torpaq sahəsi mövcuddur. Həmçinin işdən mübahisəsiz qaydada görünür ki, mübahisəli ünvandakı evlərin və tikililərin yerləşdiyi torpaq sahəsi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində tərəflərdən heç birinin adına qeydə alınmamışdır. Belə olan halda konkret olaraq tərəflərdən heç biri sözügedən ünvandakı evlər və tikililərin yerləşdiyi torpaq sahəsinin mülkiyyət hüququnun subyektləri deyildir. İddiaçı “Texmarin Limited" MMŞ iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Qaradağ rayonu, Bakı-Salyan şossesinin kənarında 1,2 ha torpaq sahəsi uzun illərdir ki, “Texmarin Limited” MMŞ-nin istifadəsindədir. Şirkət tərəfindən vəsait xərclənərək antisanitariya vəziyyətində olan h əmin ərazi zibillik və tullantılardan təmizlənərək istifadəyə yararlı vəziyyətə gətirilmişdir. Lakin iş materiallarından müəyyən olunur ki, müvafiq torpaq sahəsinin “Texmarin Limited” MMŞ-yə qanuni əsaslarla ayrılması barədə mübahisəli torpaq sahəsinə hər hansı hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Göründüyü kimi, Qaradağ rayonu, Bakı-Səlyan şossesinin kənarında yerləşən 1,2 ha torpaq sahəsinin “Texmarin Limited” MMŞ -nə məxsusluğunun tanınması mümkün olmadığından iddia tələbinin cavabdeh tərəfindən həmin torpaq sahəsinin zəbt olunması hissəsində ümumiyyətlə hüquqi dəyərləndirmə aparmaqdan söhbət gedə bilməz. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 55-ci maddəsinə əsasən hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları müvafiq icra hakimiyyəti orqanlarının və ya bə lədiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; hüquqi və (və ya) fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər və ya qanunvericilikdə nəzərdə tutulmuş digər əsaslarla yaranır. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini ləğv edərək idda tələbinin təmin edilməməsi barədə qətnamə çıxarmaqla düzgün nəticəyə gəlmişdir. Yuxarıda göstərilənləri, apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamənin ləğv edilməsinə əsas olan maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilmədiyini əsas tutaraq məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilmədən apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənləri və Azə rbaycan Respublikası MPM-nin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı “Texmarin Limited” MMŞ-nin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 29 may 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar