Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-782/2023 06.03.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı (üçüncü şəxs Nümayəndə) iş üzrə QƏRARİ (Açar sözlər: tapşırıq müqaviləsi, öhdəliyin icra edilməməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı (üçüncü şəxs Nümayəndə) pul tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6760/2022 nömrəli, 18 oktyabr 2022-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında ba xaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. xx.xx.2015-ci il tarixdə “İcraçı” qismində İddiaçı (bundan sonra – iddiaçı) ilə “Sifarişçi” qismində Cavabdeh (bundan sonra – cavabdeh) və qeyriləri arasında hüquqi xidmət haqqında müqavilə bağlanmışdır. “İcraçı” bu müqavilənin şərtlərinə uyğun olaraq “Sifarişçi”lərə birinci, apellyasiya, kassasiya və əlavə kassasiya instansiyası məhkəmələrində “Dövlət ehtiyacları üçün alınan daşınmaz əmlakla əlaqədar daşınmaz əmlakın mülkiyyətçisinə həmin daşınmaz əmlakın qanunvericiliyə uyğun olaraq hesablanmış bazar qiymətinin 20% miqdarında satınalma qiymətinə əlavə haqqın və alınmanın təsirinə məruz qalan şəxslərin almaq hüququna malik olduqları ödənişlərə əlavə olaraq çətinliyə görə ödəniləcək kompensasiyanın ümumi məbləğinin 10% miqdarında kompen sasiyanın ödənilməsi tələbinə dair“ qaldırılmış iddia ərizəsi üzrə “Sifarişçi”lərin nümayəndəsi qismində məhkəmə proseslərində iştirak etmişdir. Müqavilənin 3.2-ci bəndinə əsasən bu müqavilədə nəzərdə tutulan xidmətlərin haqqı (qiyməti), vergi və digər icbari ödənişlər daxil olmamaqla hər bir məhkəmə qətnaməsində (sonuncu qanuni qüvvəyə minmiş qərarda) qət edilən ümumi məbləğin 30%-i miqdarında müəyyən edilir və “Sifarişçi”lərin hər biri (ayrı-ayrılıqda) tərəfindən məhkəmə qətnaməsində qət edilən ümumi məbləğin 30% miqdarında “İcraçı”ya ödənilir. Müqavilənin 3.3-cü bəndinə əsasən, 3.2-ci bəndində göstərilən xidmətlərin haqqı məhkəmənin yekun qərarları icra olunarkən dərhal ödənilir. 2. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2-1(81)2026/2015 saylı qərarı ilə C avabdeh Bakı Şəhər İcra Hakimiyyətinə qarşı (üçüncü şəxs Maliyyə Nazirliyi) kompensasiya tələbinə dair iddiası təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2016-cı il tarixli, 2-1(103)-53/2016 saylı qərarı ilə qərar ləğv edilərək iddia rədd edilmişdir.
3. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2016-cı il tarixli, 2-1(102)-747/2016 saylı qərarı ilə iddiaçı Cavabdeh kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2016-cı il tarixli, 2-1(103)-53/2016 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır.
4. Avropa İnsan Hüquqları Məhkəməsinin 66249/16, 66271/16, 75978/16, 77309/16, 77691/16, 1038/17, 52821/17 saylı xx.xx.2021-ci il tarixli qərarı ilə Cavabdeh 7930 avr o maddi və 3000 avro mənəvi, cəmi 10930 avro məbləğində kompensasiyanın ödənilməsi qərara alınmışdır.
5. Cavabdeh adınan imzalanmış qəbzdə qeyd edilmişdir ki, həmin şəxs Avropa İnsan Hüquqları Məhkəməsinin qərarı əsasında ona ödənilməli olan kompensasiya məbləğini tam şəkildə alıb, vəkildən və nümayəndədən heç bir şikayəti yoxdur. Gələcəkdə vəkilə və nümayəndəyə göstərdikləri xidmətə görə vergisi onun tərəfindən ödənilmək şərti ilə xidmət haqlarını ödəməyi öhdəsinə götürür. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 3279 avronun manata olan rəsmi məzənnəsinin və 84 manat dövlət rüsumunun onun xeyrinə məcburi tutulması, xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixə ki mi, ödənilməsi nəzərdə tutulan 3279 avro məbləğində pulun (borcun) 2022-ci ilin bank uçot dərəcəsini (7,50%) əsas götürməklə 245 avronun manata olan rəsmi məzənnəsinin cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehlə aralarında xx.xx.2015-ci il tarixli “Hüquqi xidmət haqqında” müqavilə bağlanmışdır. Avropa İnsan Hüquqları Məhkəməsinin qərarı ilə cavabdehə 10930 avro məbləğində pul vəsaitinin ödənilməsi qərara alınmışdır. Göründüyü kimi, bu iddiaçının cavabdehə göstərdiyi hüquqi xidmətlərin nəticəsidir. Lakin, aralarında olan müqavilədə qeyd edilən xidmət haqqı cavabdeh tərəfindən ona ödənilməmişdir. Cavabdeh tərəfindən xidmət haqqı olaraq 3279 avro məbləğində vəsaitin iddiaçıya ödənilməsi könüllü t əmin edilməlidir. Bununla bağlı tərəfindən cavabdehə xx.xx.2022-ci il tarixli rəsmi xəbərdarlıq (pretenziya) məktubu göndərilmiş, lakin yenə də pul ödənilməmişdir.
8. Məhkəmə baxışında iddiaçı bildirmişdir ki, video görüntülərə baxış zamanı cavabdehin nümayəndəsi tərəfindən ona 10 ədəd 100 manatlıq cəmi 1000 manat pul verildiyi görünür. Müqavilə Azərbaycan Respublikasının məhkəmələrində qaldırılan iddia ərizəsi üzrə iddiaçının nümayəndəsi qismində iştirakla bağlı olsa da, cavabdeh şifahi formada tapşırıq müqaviləsi əsasında Avropa İnsan Hüquqları Məhkəməsinə şikayətin hazırlanmasını barədə ona tapşırıq vermiş və orada qəbul ediləcək qərar əsasında ona ödəniləcək kompensasiyanın 30 faizi həddində xidmət haqqı ödəyəcəyi barədə öhdəlik götürmüşdür. İlkin olaraq şikayətlərin Avropa Məhkəməsinə hazırlanması üçün 7 nəfərin hər birindən 100 manat məbləğində pul almışdır.
9. Cavabdeh məhkəmə iclaslarında iştirakı zamanı bildirmişdir ki, o, iddiaçı ilə bir dəfə notariusda görüşmüş, sənəd imzalanmışdır. Həmin sənəd iddiaçıya onu Azərbaycan Respublikası məhkəmələrində təmsil etməsi üçün verilmişdir. Avropa Məhkəməsi ilə bağlı iddiaçıya heç bir tapşırıq verməmişdir. İlkin olaraq 200-300 manat pulu iddiaçıya o vermiş, Avropa Məhkəməsinin qərarından sonra isə həyat yoldaşı 1000 avronu İddiaçı vermişdir. Avropa Məhkəməsinə şikayətə imza atmamışdır, qəbzdəki imzanın onun tərəfindən çəkilməsi yadında deyil.
10. Cavabdehin nümayəndəsi məhkəmə iclaslarında iddiaçı ilə iki dəfə görüşdüyünü, 30 faizin şişirdilmiş məbləğ olduğunu, ancaq 10 faizini verə biləcəyini və iddiaçıya 1000 avro məbləğind ə pul verdiyini bildirmişdir.
11. Məhkəmə iclasında izahatı alınmış 3-cü şəxs Nümayəndə izahatında qeyd etmişdir ki, o, İddiaçı tərəfindən ona təqdim edilən cavabdehə aid şikayəti müvafiq qaydaya uyğun tərtib edib, ingilis dilinə tərcümə edərək Avropa Məhkəməsinə göndərmiş və kommunikasiya ilə bağlı xidmətləri həyata keçirmişdir. Bunun üçün İddiaçı ilə müqavilə bağlanılmış və hər şikayətə görə ona ilkin olaraq 100 manat məbləğində pul vermiş və bildirmişdir ki, Avropa Məhkəməsində şikayət edən şəxslərin aldıqları kompensasiyanın 20-30%-i ona ödənildikdən sonra əlavə olaraq ona xidmət haqqı da ödəyəcək. Cavabdehi tanımamış və onu görməmişdir.
12. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(009)-1440/2022 nömrəli iş üzrə 03 avqust 2022-ci il tarixli qətnaməsi ilə (hakim Şahin Abdullayev) iddia rədd edilmişdir.
13. Məhkəmə şikayətin iddiaçı tərəfindən tərtib edilib göndərilməsini nəzərə alaraq hesab etmişdir ki, tapşırığın verilməsi cavabdeh tərəfindən etiraf edilməsə də, şikayətin hazırlanaraq verilməsi işin tapşırıq olmadan yerinə yetirilməsi kimi qiymətləndirilə bilməz və belə bir hal məntiqli hesab edilə bilməz. Tərəf həmin şikayət əsasında müvafiq kompensasiya almışdır.
14. Məhkəmə şikayətin Avropa İnsan Hüquqları Məhkəməsinə hazırlanıb göndərilməsi ilə bağlı göstərilən hüquqi xidmət xərcini kompensasiyanın 30% həddində müəyyən edilməsi barədə tərəflər arasında hər hansı razılığın əldə olunmasına dair mötəbər sübutlar mövcud olmamasını və məhkəmə araşdırması zamanı öz təsdiqini tapmış hal kimi - 1000 avro məbləğində hüquqi xidmət xərcinin ödənilməsini nəzərə alaraq hesab etmişdir ki, həmin məbləğ işin görülməsi üçün çəkilən xərci qarşılayan ədalətli məbləğ hesab edilməli, ona görə də iddia bu hissədə və onunla bağlı olan faiz tələblərinə dair hissələrində də rədd edilməlidir.
15. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra - Mülki Məcəllə) 5.3, 14.1, 14.2.1, 16.1, 385.1, 386.1, 389.1, 390.1, 406, 417.1, 425.1, 777.1, 777.2, 779.1-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 119.1-ci maddəsinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
16. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş e tmişdir.
17. Apellyasiya şikayəti iddia ərizəsinin məzmununa uyğun tərtib edilmişdir.
18. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiya məhkəməsi) 2(103)-6760/2022 nömrəli iş üzrə 18 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər – Emin Mehdiyev (sədrlik edən və məruzəçi), Rəşad Həsənov və Namiq Cəfərov) apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia tələbinin qismən təmin olunması, cavabdehdən iddiaçının xeyrinə 3279 avronun manata olan rəsmi məzənnəsinin tutulması qət edilmiş, iddia tələbi qalan hissədə təmin edilməmişdir.
19. Məhkəmə kollegiyası tərəfindən müəyyən edilmişdir ki, tərəflər arasında bağlanmış xx.xx.2015-ci il tarixli hüquqi xidmət haqqı nda müqavilənin 4.1-ci bəndinə əsasən bu müqavilə 16 fevral 2015-ci il tarixdən etibarən icraçı öhdəsinə götürdüyü xidmətləri tam həcmdə sifarişçiyə göstərib qurtaranadək bağlanılmışdır. Həmin müqavilə əsasında İddiaçı üzərinə düşən öhdəlikləri yerinə yetirərək Cavabdeh Avropa Məhkəməsinə müraciət etməsi üçün lazım olan sənədləri hazırlamış və Avropa Məhkəməsinə müraciət edilmişdir.
20. Belə olan halda, həmin hüquqi xidmət müqaviləsi təkcə ölkədaxili məhkəmə mübahisələrini deyil, həmçinin Avropa Məhkəməsinə müraciət edilməsini də əhatə etmiş, bütün xidmət müddəti üçün bağlanmışdır. Belə ki, müqavilə bağlanarkən tərəflər işin hansı instansiya mərhələsində yekunlaşacağını proqnozlaşdıra bilməzdilər. Bu halda qonorar məbləği işin hansı mərhələdə həllindən asılı olmayaraq ümumi nəticəni nəzərd ə tutmuş, xidmət göstərilən şəxs iş üzrə əldə edəcəyi kompensasiya məbləğinin 30 faizini hüquqşünasa qonorar kimi ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı qeyd edilən hüquqi xidmət haqqında müqaviləyə uyğun olaraq cavabdehin tapşırığı əsasında Cavabdeh Avropa Məhkəməsinə müraciət etməsi üçün lazım olan sənədləri hazırlamış və Avropa Məhkəməsinə müraciət edilmişdir.
21. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq hesab etmişdir ki, cavabdeh tərəf İddiaçı onun adından Avropa Məhkəməsinə müraciət etməsi barədə tapşırıq verilmədiyini bildirsə də, bu mövqe inandırıcı və əsaslı deyil. Cavabdeh tərəfindən imzalanmış qəbzdən görünür ki, cavabdeh verdiyi həmin qəbzdə Avropa İnsan Hüquqları Məhkəməsinin qərarı əsasında ona ödənilməli olan kompensasiya məbləğini tam şəkildə aldığını, vəkildən və nümayəndədən heç bir şikayəti olmadığını, gələcəkdə vəkilə və nümayəndəyə göstərdikləri xidmətə görə vergisi tərəfindən ödənilmək şərti ilə xidmət haqlarını ödəməyi öhdəsinə götürdüyünü qeyd etmişdir. Bu səbəbdən də, Cavabdeh ödənilmiş 10930 avro məbləğində pulun 30 faizi olan 3279 avronun manata olan rəsmi məzənnəsi hüquqi xidmət xərci kimi Cavabdeh iddiaçının xeyrinə tutulmalıdır.
22. Məhkəmə iddia tələblərinin “2022-ci ilin bank uçot dərəcəsini (7,50%) əsas götürməklə 245 avronun manat olan rəsmi məzənnəsinin cavabdehdən tutulması” hissəsində Mülki Məcəllənin 449.1-ci maddəsinə istinad etməklə qeyd etmişdir ki, iddiaçı cavabdehdən 2022-ci ilin bank uçot dərəcəsi əsas götürülməklə 245 avronun manat olan rəsmi məzənnəsini tələb etməkdə haqlı olmamışdır.
23. Məhkəmə kollegiyası gəldiyi nəticəni Mülki Məcəllənin 6.2, 14.2.1, 385.1, 386.1, 390.1, 404.1, 430.1, 442, 777.1, 777.2, 778.1, 778.2-ci, MPM-in 14.2, 77.1, 384.0.2-ci maddələri və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” xx.xx.2009-cu il tarixli qərarındakı hüquqi mövqelərə istinadla əsaslandırmışdır.
24. İddiaçı məhkəmə qətnaməsində yol verilmiş yanlışlığın aradan qaldırılması barədə ərizə ilə müraciət edərək, qətnamənin nəticəsində “Cavabdehdən iddiaçının xeyrinə 3279 avronun manata olan rəsmi məzənnəsi tutulsun” ifadəsinin “Cavabdehdən iddiaçının xeyrinə 2279 avronun manata olan rəsmi məzənnəsi tutulsun” ifadəsi kimi oxunması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, cavabdehin iddiaçıya iddia tələbinin (3279 avronun) bir hissəsinin, yəni 1000 avronun məhkəmədən kənar ödənilməsi iş materiallarında öz əksini tapsa da, məhkəmə qətnamənin nəticə hissəsində tutulmalı olan məbləği yanlış olaraq 3279 Avro göstərmişdir.
25. Apellyasiya instansiyası məhkəməsinin 20 dekabr 2022-ci il tarixli qərardadı ilə qətnamədə buraxılmış yanlışlığın aradan qaldırılması barədə iddiaçı tərəfindən verilmiş ərizə təmin edilməmişdir. Məhkəmə hesab etmişdir ki, ərizəsinin təmin edilməsi üçün heç bir əsas yoxdur. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
26. Cavabdeh (vəkili Vəkil) kassasiya şikayəti verərək, apellyasiya məhkəməsinin qətnaməsinin iddia tələbinin təmin edilən hissəsində lə ğv edilməsi və iddianın təmin olunmaması barədə qərar qəbul qəbul edilməsini xahiş etmişdir.
27. Kassasiya şikayətinin dəlilləri ondan ibarət olmuşdur ki, hazırki mübahisə üzrə öhdəliyin yaranması üçün nə zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar mövcuddur. Həmçinin, öhdəliyin yaranması üçün aralarında müqavilə də bağlanmamışdır. İşdə olan qəbzdəki imza ona məxsus deyil, imzası oxşadılıb. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
28. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Mülki Məcəllə
29. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidi r, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
30. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
31. Maddə
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
32. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
33. Maddə 777.1. Tapşırıq müqavi ləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür.
34. Maddə 777.2. Tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir.
35. Maddə 778.1. Vəkalət alan tapşırığı vicdanla icra etməli, bu zaman vəkalət verənin haqlı mənafelərini müdafiə etməlidir.
36. Maddə 778.2. Tapşırığın məzmunu birbaşa göstərilmədikdə, bağlanan əqdlərin və ya göstərilən xidmətlərin xarakteri ilə müəyyənləşdirilir. Məsələn, tapşırıqda onun icrasına aid hüquqi hərəkətlərin yerinə yetirilməsi səlahiyyəti göstərilməlidir. Üçüncü şəxslər üçün nümayəndəl iyə aid müddəalar qüvvədə olur. Mülki Prosessual Məcəllə
37. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
38. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
39. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
40. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
41. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
42. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəl diyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
43. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
44. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 45. 417.1. Kassasiya məhkəməsi işə baxarkən:...417.1.2. apellyasiya instansiyası məhkəməsinin qə tnamə və ya qərardadına dəyişiklik edə bilər. Kassasiya baxışının hədləri
46. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
47. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən iddianın təmin edilmiş hissəsində mübahisələndirildiyindən, apellyasiya instansiyası məhkəməsinin aktı həmin hissədə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
48. Baxılan iş üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən iddiaçı və cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli hüquqi xidmət haqqında müqaviləyə əsasən iddiaçının üzərinə düşən öhdəlikləri yerinə yetirərək cavabdehin Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət etməsi üçün lazım olan sənədləri hazırladığı və Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət edildiyi, həmin hüquqi xidmət müqaviləsi təkcə ölkədaxili məhkəmə mübahisələrini deyil, həmçinin Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət edilməsini də əhatə etdiyi müəyyən edilmişdir. Məhkəmə cavabdehin imzaladığı qəbzin də məzmununa istinad edərək, qənaətini onunla əsaslandırmışdır ki, müqavilə bağlanarkən tərəflər işin hansı instansiya mərhələsində yekunlaşacağını proqnozlaş dıra bilməzdilər. Bu halda qonorar məbləği işin hansı mərhələdə həllindən asılı olmayaraq, ümumi nəticəni nəzərdə tutmuş, xidmət göstərilən şəxs iş üzrə əldə edəcəyi kompensasiya məbləğinin 30 faizini hüquqşünasa qonorar kimi ödəməyi öhdəsinə götürmüşdür.
49. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işin müəyyən edilmiş hallarına Mülki Məcəllənin yuxarıda istinad olunan (§ 23) maddələrini tətbiq etməklə, tərəflər arasında bağlanmış tapşırıq müqaviləsi üzrə cavabdehin iddiaçı qarşısında hüquqi xidmət xərci kimi 3279 avro məbləğində (alınmış 10930 avro kompensasiyanın 30 faizi) öhdəliyinin yarandığı barədə maddi hüquq normalarının tələblərinə uyğun olan nəticəyə gəlmişdir.
50. Həmin hissə ilə bağlı kassasiya şikayətinin dəlilləri əsasən iddiaya etirazın dəlillə ri ilə eynidir və Məhkəmə kollegiyası maddi hüquq normalarının tətbiqinə dair apellyasiya instansiyası məhkəməsinin əsaslandırılması ilə razılaşır.
51. İşdə olan qəbzdəki imzanın cavabdehə məxsus olmadığı, onun imzasına oxşadılmaqla icra edildiyi barədə dəlil cavabdeh tərəfindən birinci və apellyasiya instansiyası məhkəməsində irəli sürülmədiyi və bununla bağlı ekspertiza keçirilməsi barədə yazılı vəsatət verilmədiyi üçün həmin dəlil kassasiya icraatının araşdırma predmeti ola bilməz.
52. Qeyd olunanlarla yanaşı, Məhkəmə kollegiyası cavabdehdən tutulmalı olan pulun məbləği ilə bağlı aşağıdakıların qeyd olunmasını zəruri hesab edir.
53. İşə birinci instansiya məhkəməsində baxılması zamanı cavabdeh Avropa İnsan Hüquqları Məhkəməsinin qərarı əsasında kompensasiya aldıqdan sonra iddiaçıya hüqu qi xidmətlərin əvəzində 1000 avro ödədiyini bildirmişdir. İddiaçı ilkin olaraq həmin məbləğin ona ödənilmədiyini bildirsə də, sonradan cavabdehdən hüquqi xidmətlərə görə 1000 avro aldığını etiraf etmiş, apellyasiya baxışı zamanı bu fakt işin mübahisəsiz halı olmuşdur.
54. Buna baxmayaraq apellyasiya instansiyası məhkəməsi cavabdehdən iddiaçının xeyrinə tutulmalı olan məbləği müəyyən edərkən həmin ödənişi nəzərə almamışdır.
55. Apellyasiya instansiyasının qətnaməsi qəbul edildikdən sonra iddiaçı məhkəmə qətnaməsində yol verilmiş yanlışlığın aradan qaldırılması barədə ərizə ilə müraciət edərək, qətnamənin nəticəsində “Cavabdehdən iddiaçının xeyrinə 3279 avronun manata olan rəsmi məzənnəsi tutulsun” ifadəsinin “Cavabdehdən iddiaçının xeyrinə 2279 avronun manata olan rəsmi məzənnəsi tutulsun” ifadəsi kimi oxunması barədə qərardad qəbul edilməsini xahiş etmiş və ərizəsini onunla əsaslandırmışdır ki, cavabdeh tərəfindən iddiaçıya 3279 avronun bir hissəsi, yəni 1000 avro məhkəmədən kənar ödənilmişdir.
56. Lakin məbləğin düzgün müəyyən edilməməsi yanlışlıq deyil, məhkəmə səhvi olduğu üçün həmin səhvin məhkəmənin özü tərəfindən aradan qaldırılması mümkün olmamışdır.
57. Ona görə də, kassasiya şikayəti qismən təmin olunmalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilməli, cavabdehdən iddiaçının xeyrinə tutulmalı olan pul məbləği 2279 Avro müəyyən edilməlidir.
58. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apell yasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6760/2022 nömrəli, 18 oktyabr 2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə - iddianın təmin olunmuş hissəsində dəyişdirilsin. Cavabdeh İddiaçı xeyrinə 2279 (iki min iki yüz yetmiş doqquz) avro pul (ödəniş gününə avronun manata olan məzənnəsinə uyğun olaraq manatla) tutulsun. Qərar qəbul edildiyi andan qüvvəyə minir.