Məhkəmə qərarları › İş №2(102)-782/2024

Ali Məhkəmə Qərardad — İş №2(102)-782/2024

29.01.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-782/2024 29.01.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı N saylı N Regional «ASAN Xidmət» mərkəzində notariat ofisinə qarşı «mirasın qəbul edilməsi faktının müəyyən edilməsi» tələbinə dair iş üzrə QƏRARDADİ İş № 2(1*2)-782/2*24 (Açar sözlər: müddətin ötürülməsi əsası ilə kassasiya şikayətinin icraata qəbul edilməsindən imtina) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi), Şamayev Elşad Yaquboviç və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 3* noyabr 2*23-cü il tarixli, 2(1*4)-2629/2*23 saylı qərardadından iş üzrə İddiaçı (Vəkil-Vəkil2) tərəfindən verilmiş kassasiya şikayətinin mümkünlüyünü yoxlayaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı N saylı N Regional «ASAN Xidmət» mərkəzində notariat ofisinə qarşı mərhum X1 və X3 miras qalmış miras qalmış fərdi yaşayış evi, həyətyanı torpaq sahəsinin iddiaçı tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi və qəbul edilmiş miras əmlaka mülkiyyət hüququnun tanınması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat

2. Gəncə Şəhər Məhkəməsinin *1.*8.2*23-cü il tarixli, 2(125)-3823/2*23 nömrəli qətnaməsi ilə (hakim Camal Quliyev) iddia təmin edilmiş, Gəncə şəhəri, ünvan 1 ünvanında yerləşən əmlakın X2 miras qalmış hissəsinin İddiaçı tərəfindən qəbul e dilməsi faktı müəyyən edilməsi qət edilmişdir.

3. Hüquq və maraqlarına toxunan şəxs X5 həmin qətnamədən apellyasiya şikayəti verərək, Gəncə Şəhər Məhkəməsinin *1.*8.2*23-cü il tarixli, 2(125)- 3823/2*23 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. a) Apellyasiya instansiyası məhkəməsindəki icraat

4. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 3* noyabr 2*23-cü il tarixli, 2(1*4)-2629/2*23 saylı qərardadı ilə hüquq və maraqlarına toxunan şəxs X4 apellyasiya şikayətinin qismən təmin edilməsi, Gəncə Şəhər Məhkəməsinin *1.*8.2*23-cü il tarixli, 2(125)-3823/2*23 nömrəli qətnaməsinin ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

5. İddiaçı (Vəkil-Və kil2) Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 3* noyabr 2*23-cü il tarixli, 2(1*4)-2629/2*23 saylı qərardadından kassasiya şikayəti verərək, qərardadın ləğv edilməsi və kassasiya şikayəti əsasında mülki iş üzrə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

6. Maddə 128.1. Prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Maddə 13*.1. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur.

7. Maddə 13*.3. Prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır.

8. Maddə 4*2.2. Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər.

9. Maddə 4*4-1.1. Kassasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində kassasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə kassasiya qaydasında baxmaq üçün prosessual əsasların olması daxildir. 1*. Maddə 4*4-1.2. işə kassasiya qaydasında baxmaq üçün prosessual əsaslar olmadıqda kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair qərardad qəbul edilir.

11. Maddə 4*5.*.2. Apellyasiya instansiyası məhkəməsinin qərardadından işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1* gün müddətində kassasiya şikayəti veril ə bilər.

12. Maddə 4*8.1. Kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa, kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır.

13. Maddə 4*8.3. Kassasiya şikayətinin qaytarılması barədə qərardad çıxarılır.

14. Maddə 4*9. Apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin bu Məcəllənin 4*2, 4*5 və 4*7-ci maddələrinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 4*2, 4*5 və 4*7-ci maddələrinin tələblərinə cavab verən kassasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə kassasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində kassasiya instansiyası məhkəməsinə göndərilir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

15. Məhkəmə kollegiyası kassasiy a şikayətinin mümkünlüyünü araşdıraraq, aşağıdakılara əsasən hesab edir ki, kassasiya şikayəti qeyri-mümkün sayılmalı və apellyasiya instansiyası məhkəməsinə geri qaytarılmalıdır.

16. Belə ki, MPM-nin 4*5.*.2. maddəsində apelyasiya instansiyası məhkəməsinin qərardadından kassasiya şikayəti verilməsi üçün müddət, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1* gün müəyyən edilmişdir.

17. Həmin normanın tələbinə əsasən şikayət vermə müddətinin axımı qərardadın “rəsmi qaydada verildiyi” gündən başlandığına görə, müddətin axımını hesablamaq üçün məhkəmə aktının “rəsmi qaydada verilməsi” anlayışının nəyi ifadə etməsi müəyyən olunmalıdır. Bu anlayışın izahı MPM-nin 135.5-ci maddəsində verilərək göstərilir ki, bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərd ə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir.

18. Göründüyü kimi MPM-nin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində göstərilən hər hansı bir qaydada çatdırılan məhkəmə sənədləri, rəsmi qaydada verilmiş sayılır. Bu qaydaların birindən bəhs edən MPM-nin 135.8-ci maddəsində deyilir ki, kommersiya mübahisələri üzrə işdə iştirak edən şəxslərin məhkəmə sənədləri onların “Elektron məhkəmə” informasiya sistemində yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır.

19. İş materiallarından görünür ki, Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 3* noyabr 2*23-cü il tarixli, 2(1*4)-2629/2*23 saylı qərardadı İddiaçı vəkili və etibarnamə üzrə nümayəndəsi Vəkil2 elektron kabinetinə apellyasiya instansiyası məhkəməsi tərəfindən *8 dekabr 2*23-cü il tarixdə yerləşdirilmişdir. 2*. Lakin İddiaçı həmin qərardaddan kasassiya şikayətini 22 dekabr 2*23-cü il tarixdə vermişdir. Yəni kassasiya şikayətinin verilmə müddəti 4 gün buraxılmışdır.

21. Azərbaycan Respublikası MPM-nin 4*9-cu maddəsinin tələbinə görə apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin bu Məcəllənin 4*2, 4*5 və 4*7-ci maddələrinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 4*2, 4*5 və 4*7-ci maddələrinin tələblərinə cavab verən kassasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə kassasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində kassasiya instansiyası məhkəməsinə göndərilir.

22. Göründüyü kimi apellyasiya instansiyası məh kəməsi kassasiya şikayəti daxil olduqda onu vermiş şəxsin kassasiya şikayəti vermək hüququna malik olmasını, kassasiya şikayətinin qanunla müəyyən olunmuş müddətdə verildiyini, kassasiya şikayətinin qanunla nəzərdə tutulmuş forma və məzmun tələblərinə cavab verdiyini yoxlamalı, həmin qaydalara riayət olunduğu halda kassasiya şikayətini baxılması üçün göndərməli, göstərilən tələblərə cavab vermədiyi halda isə, kassasiya şikayətinin geri qaytarılması barədə əsaslandırılmış qərardad çıxarmalıdır.

23. Lakin hazırki iş üzrə apellyasiya instansiyası məhkəməsi bu tələblərə əməl etməmişdir.

24. Kassasiya qaydasında baxmaq üçün prosessual əsasların olmaması, apelyasiya instansiyası məhkəməsi tərəfindən kassasiya şikayətinin geri qaytarılması kimi hüquqi nəticəyə səbəb olur.

25. Məhkəmə kollegiyas ı yuxarıda göstərilənlərə əsasən və MPM-in 4*8 və 411-ci maddələrini rəhbər tutaraq, Qərara aldı: Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 3* noyabr 2*23-cü il tarixli, 2(1*4)-2629/2*23 saylı qərardadından iş üzrə İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qeyri-mümkün hesab edilsin. Kassasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə Gəncə Apellyasiya Məhkəməsinə qaytarılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar