Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-782/2025 08.04.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçılar İddiaçı1, İddiaçı5, İddiaçı2oviç, İddiaçı4 Tahir oğlu və İddiaçı3 Cavabdeh (prosessual hüquq varisi X32) qarşı, 1 saylı Gəncə Regional “ASAN Xidmət” mərkəzində notariat ofisi, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsi və X4 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edildikləri; müstəqil tələb irəli sürən üçüncü şəxs X27 Cavabdeh (prosessual hüquq varisi X32) qarşı, 1 saylı Gəncə Regional “ASAN Xidmət” mərkəzində notariat ofisi və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsini n müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edildiyi iş üzrə QƏRARİ Açar sözlər: vərəsəlik hüququ, mirasın qəbulu Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Əliyev Zaur Əli oğlu (məruzəçi), Babayev Zəki Baba oğlu və X33 ibarət tərkibdə, Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 15 oktyabr 2024-cü il tarixli 2(104)1526/2024 nömrəli qətnaməsindən Cavabdeh (prosessual hüquq varisi X32) tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr işin hallarını araşdıraraq aşağıdakıları müəyyən etmişlər: 2. xx.xx.1947-ci il tarixli alqı-satqı müqaviləsi ilə ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi X28 tərəfin dən X2;
3. X34 ilə Nəbiyev Adıgözəl Aydın oğlu xx.xx.1950-ci il tarixdə nikaha daxil olaraq ailə qurmuş, onların birgə nikahlarından X35, İddiaçı2 Adıgözəl oğlu, Cavabdeh, X36 və X9 adlı uşaqları dünyaya gəlmişdir. Onların uşaqlarından İddiaçı2 Adıgözəl oğlu xx.xx.1977-ci il tarixdə vəfat etmişdir;
4. X34 ilə İddiaçı2 Adıgözəl oğlunun övladları X35 xx.xx.1979-cu il tarixdə X20 ilə nikaha daxil olaraq ailə qurmuşlar, onların birgə nikahlarından X47, İddiaçı2, İddiaçı5 və İddiaçı4 adlı uşaqları dünyaya gəlmişdir;
5. X14 əri Nəbiyev Adıgözəl Aydın oğlu xx.xx.2004-cü ildə vəfat etmişdir;
6. X34 xx.xx.2010-cu ildə vəfat etmişdir. Onun ölümündən sonra qanun üzrə birinci növbəli vərəsələri – övladları X35, Cavabdeh, X36 və X9 olmuşlar;
7. Miras qoyanın ondan qabaq vəfat etmiş övladı (vərəsəsi) İd diaçı2 də oğlu, yəni qanun üzrə birinci növbəli vərəsəsi X48 olmuşdur. Lakin miras qoyanın vərəsəsi X21 isə birinci növbəli vərəsəsi olmamışdır;
8. Miras əmlakı Gəncə şəhəri Kəpəz rayonu X45 küçəsi 28 nömrəli ünvandakı 0.0377 ha torpaq sahəsi və 109.10 kv.m ibarət fərdi yaşayış evidir;
9. Miras qoyanın vərəsələrindən Cavabdeh mirasın qəbulu ilə bağlı notariat ofisinə müraciət etmiş və xx.xx.2022-ci il tarixli 2V-338 reyestr nömrəli qanun üzrə vərəsəlik haqqında şəhadətnamə ilə anasından miras qalmış əmlakdan tam həcmdə pay almışdır;
10. Həmin şəhadətnamə əsasında verilmiş xx.xx.2022-ci il tarixli ********** nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla miras əmlakı olan X45 küçəsi 28 ünvanında yerləşən 0,0377 hektar torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən fərdi yaşa yış evi vərəsə Cavabdeh adına qeydə alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
11. İddiaçılar İddiaçı1, İddiaçı5, İddiaçı2, İddiaçı4 və İddiaçı3 Cavabdeh (müstəqil tələb irəli sürməyən üçüncü şəxslər 1 saylı Gəncə Regional “ASAN Xidmət” mərkəzində notariat ofisi, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Ərazi idarəsi və X10) qarşı iddia tələbi, daha sonra tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək cavabdehə verilmiş vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsi, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş “Çıxarış”ın ləğv edilməsi, onların mirasın qəbulu müddətini ötürməklərinin üzürlü hesab edilməsi, vərəsə kimi tanınmaları, cavabdehdən vəkillərə ödədiklər i 10 manat, 150 manat pul məbləğlərinin alınıb onlara verilməsi, məhkəməyə çəkiləcək bütün xərclərin cavabdehdən tutulması və onun hərəkətlərinə hüquqi qiymət verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
12. İddia belə əsaslandırılmışdır ki, mübahisə predmeti olan Gəncə şəhəri, X45 küçəsi, 28 ünvanında yerləşən fərdi yaşayış evi İddiaçı1 qaynanası X15 mülkiyyətində olmuşdur. O, S.T.Nəbiyevanın oğlu X22 arvadıdır. S.T.Nəbiyeva xx.xx.2010-cu il tarixində vəfat etmiş, S.T.X1, İddiaçı2 Adıgözəl oğlundan, Cavabdeh, X17 və X3 ibarət 5 vərəsəsi olmuşdur. Gəncə şəhəri, X45 küçəsi, 28 ünvanında yerləşən fərdi yaşayış evində o, uzun illər yaşamış, sonradan Cavabdeh arvadı münaqişəli vəziyyət yaratdıqdan sonra onlar başqa ünvanda yaşamağa başlamışlar. Onun əri 1993-cü il tarixind ə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 2003-cü ildə cəzasının sonu ilə azad edilmiş və yaşamaq üçün Rusiya Federasiyasına getmişdir. X35 anası S.T.Nəbiyeva və qardaşı X36 vəfat edərkən, Gəncə şəhərinə gəlmiş və yas mərasimində iştirak etdikdən sonra Rusiya Federasiyasına geri qayıtmışdır. 2010-cu ildə anası S.T.Nəbiyeva vəfat etdikdən sonra X7 şəhərinə gələrkən ayrı-ayrı ünvanlarda, yəni öz xalası qızının və digər qohumlarının yaşadıqları ünvanlarda bir neçə gün qonaq qalsa da, Gəncə şəhəri, X45 küçəsi, 28 ünvanında yerləşən fərdi yaşayış evinə getməmiş və həmin ünvanda yalnız Cavabdeh öz ailə üzvləri ilə birlikdə yaşamışdır. S.T.Nəbiyeva Gəncə şəhəri, X45 küçəsi, 28 ünvanında yerləşən fərdi yaşayış evi üzərində mülkiyyət hüququnu rəsmiləşdirmədiyindən S.T.Nəbiyeva 2010-cu ild ə vəfat etdikdən sonra heç bir vərəsəsi miras əmlakdan pay almaq üçün aidiyyəti üzrə müraciət etməmişdir. 2014-cü il tarixində “ASAN xidmət” mərkəzində yerləşən notariat ofisinə müraciət etdikdə isə vərəsələrdən X21 ölüm haqqında şəhadətnaməsi olsa da, doğum haqqında şəhadətnaməsi olmadığına görə sənədləşdirməni tamamlamaq mümkün olmamışdır. Bu zaman Cavabdeh rəsmiləşdirmə işlərinin tamamlanmasını öz üzərinə götürmüş və narahatlığa əsas olmadığına onları inandırmışdır. xx.xx.2021-ci il tarixində X50 vəfat etmiş, X37 yas mərasimində S.T.Nəbiyevadan miras qalmış əmlakın rəsmiləşdirilməsini başa çatdırmaq, mirasın vərəsələr arasında bərabər bölünməsini təmin etmək üçün X35 ilə bağlı bütün sənədlər Cavabdeh verilmişdir. Sonradan xx.xx.2022-ci il tarixində Cavabdeh sənədləşmə ilə bağlı məlumat almaq istədikdə o, müxtəlif bəhanələr gətirmişdir. Sonuncu dəfə 2023-cü ilin mart ayında Cavabdeh ilə telefon vasitəsi ilə əlaqə saxlayarkən o, fərdi yaşayış evini öz adına rəsmiləşdirdiyini bildirib, müxtəlif fikirlər səsləndirmiş və nəhayət miras əmlakın bütünlüklə özünə çatmalı olduğunu demişdir. Bununla əlaqədar onlar xx.xx.2023-cü il tarixdə Gəncə Şəhər Baş Polis İdarəsinə, xx.xx.2023-cü il tarixdə isə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Ərazi idarəsinə müraciət etmiş, Gəncə şəhəri, X45 küçəsi, 28 ünvanında yerləşən fərdi yaşayış evinin xx.xx.2022-ci il tarixində X15 adına, xx.xx.2022-ci il tarixində isə X18 adına rəsmiləşdirildiyini bilmişlər. xx.xx.2023-cü il tarixdə iddiaçılar 1 saylı Gəncə “ASAN xidmət” mərkəzində notariat ofisinə müraciət e dərək, qanun üzrə vərəsəlik hüququ şəhadətnamə verilməsini xahiş etmişlər. Lakin onlara bu barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmək tövsiyə olunmuşdur.
13. Müstəqil tələb irəli sürən üçüncü şəxs X48 Cavabdeh (müstəqil tələb irəli sürməyən üçüncü şəxslər 1 saylı Gəncə Regional “ASAN Xidmət” mərkəzində notariat ofisi və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Ərazi idarəsi) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək miras haqqında şəhadətnamənin, çıxarışın ləğv edilməsi, mirasın qəbulu müddətinin bərpa edilməsi və vərəsə kimi tanınma tələbinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
14. Müstəqil irəli sürən üçüncü şəxsin iddia tələbinin əsasları ondan ibarətdir ki, İddiaçı2 Adıgözəl oğlu onun atası, X29 isə İddiaçı2 Adıgözəl oğlunun an ası, yəni onun nənəsidir. Onun atası İddiaçı2 Adıgözəl oğlu 1977-ci ildə vəfat edəndən sonra anası X41 2-ci dəfə nikaha girmişdir. O, hərbi xidmətə gedənədək və hərbi xidmətdən qayıtdıqdan sonra anası X25 yanında yaşamışdır. Gəncə şəhəri, X45 küçəsi, 28 ünvanında yerləşən fərdi yaşayış evində yaşamaq istədikdə isə nənəsi X29 ona Gəncə şəhəri, Abbas Səhhət küçəsində atasının, yəni ögey atasının evinin olduğunu demiş və Gəncə şəhəri, X45 küçəsi, 28 ünvanında yerləşən fərdi yaşayış evində yaşamağa icazə verməmişdir. 2010-cu ildə nənəsi X15 ölümündən sonra da o, Gəncə şəhəri, X45 küçəsi, 28 ünvanında yerləşən fərdi yaşayış evində yaşamamışdır.
15. Məhkəmə iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxs X9 izahatında bildirmişdir ki, X29 onun anasıdır. 2010-cu il tarixində anası X29 və 2011 -ci il tarixində qardaşı X36 vəfat etmişdir. O, anası X11 vəfatından sonra Gəncə şəhərinə gələrkən, Gəncə şəhəri, X45 küçəsi, 28 ünvanında yerləşən fərdi yaşayış evinə getməmiş, digər ünvanlarda, yəni xalası qızının və başqa qohumlarının evində bir neçə gün qonaq qalmışdır. Gəncə şəhəri, X45 küçəsi, 28 ünvanında yerləşən fərdi yaşayış evində yalnız Cavabdeh öz ailə üzvləri ilə birlikdə yaşamış, digər vərəsələrdən heç kim həmin ünvanda yaşamamışdır.
16. Məhkəmə iclasında cavabdehin nümayəndəsi (vəkili) Nümayəndə iddianı qəbul etməyərək bildirmişdir ki, Adıgözəl Nəbiyev xx.xx.2004-cü il tarixində, anası Sona Nəbiyeva xx.xx.2010-cu il tarixində vəfat etmişdir. X50 1988-ci ildə Gəncə şəhəri, X45 küçəsi, 28 ünvanında yerləşən fərdi yaşayış evini ailəsi ilə birlikdə 1988-ci il tarixində tərk e tmiş və həmin tarixdə sonra başqa ünvanda yaşamışdır. 1993-cü ildə isə X50 10 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və cəzasını çəkib qurtardıqdan sonra isə Rusiya Federasiyasına getmişdir. T.Cavabdeh cəzaçəkmə müəssisəsində olarkən verdiyi etibarnamə əsasında İddiaçı1 T.Cavabdeh Rusiya Federasiyasının Yaroslav şəhərindəki mənzili sataraq, Bakı şəhərindən mənzil almışdır. Digər vərəsə İddiaçı2 Adıgözəl oğlu 1977-ci ildə vəfat etmiş, yəni X15 ölümündən əvvəl vəfat etmiş, 2010-cu ildə X39 ölümündən sonra M.Cavabdeh oğlu X48 miras qalmış əmlakda yaşamamışdır. X5 yaşayarkən S.T.Nəbiyevadan qalmış mirası qəbul etməmiş, 2011-ci ildə vəfat etdikdən sonra M.Cavabdeh vərəsələrindən heç kim mübahisəli əmlakda yaşamamışdır. Başqa vərəsə, X9 isə 2010-cu ildən sonra Gəncə şəhəri, X4 5 küçəsi, 28 ünvanında yerləşən fərdi yaşayış evində yaşamamışdır. Göründüyü kimi, Gəncə şəhəri, X45 küçəsi, 28 ünvanında yerləşən fərdi yaşayış evi X15 vəfatına qədər və vəfatından sonra Cavabdeh başqa vərəsə yaşamamış, mirası nə faktiki, nə də rəsmi qaydada qəbul etməmişdir. Əks halda, miras əmlakda pay tələb edən vərəsə ya həmin evdə yaşayar, ya buna bir neçə il bundan əvvəl iddia irəli sürər, ya da miras əmlakda payının müəyyən olunması üçün notariusa müraciət edərdi. Mirasın açıldığı tarix X11 Gəncə şəhəri, X45 küçəsi, 28 ünvanında yerləşən fərdi yaşayış evinə mülkiyyət hüququnu təsdiq edən çıxarışın alındığı tarix deyil, S.T.Nəbiyevanın öldüyü tarixdir və miras əmlakın qəbul edilməsi məhz həmin vaxtla hesablanır.
17. Gəncə Şəhər Məhkəməsinin 29 aprel 2024-cü il tarixli 2(125)-137/202 4 nömrəli qətnaməsi ilə (hakim Camal Quliyev) iddiaçılar İddiaçı1 və digərlərinin iddia tələbinin və müstəqil tələb irəli sürən üçüncü şəxs X27 iddia tələbinin təmin edilməməsi qət edilmişdir.
18. Məhkəmə qeyd etmişdir ki, X29 xx.xx.2010-ci ildə ölmüş və onun ölümündən sonra miras əmlak yalnız X30 tərəfindən faktik və rəsmi qəbul edilmişdir. Həmin hal iddiaçıların, müstəqil tələb irəli sürən üçüncü şəxs X27, müstəqil tələb irəli sürməyən üçüncü şəxs X4 izahatlarında da öz təsdiqini tapmış, bununla da Cavabdeh qeyd olunan xüsusatı sübutetmə vəzifəsindən azad olmuşdur.
19. Həmçinin iddiaçılar və müstəqil tələb irəli sürməyən üçüncü şəxs iddia tələbinin əsası kimi miras əmlak üzərində X11 mülkiyyət hüququnun qeydə alınmamasını göstərmiş və mirası rəsmi qəbul etməmələrinin səbəbini həmin halla izah etmişlər. Lakin mirasın rəsmi qəbulu ilə əlaqədar mirasın açıldığı xx.xx.2010-ci il tarixindən 1 saylı Gəncə Regional “ASAN Xidmət” mərkəzində notariat ofisinə ərizə ilə müraciət edildiyi xx.xx.2023cü il tarixinədək ötən 12 il 6 ay müddətində hər hansı hərəkətin edilməsinə dair məhkəməyə sübut təqdim olunmamışdır. X6 xx.xx.1947-ci il tarixli 12303 nömrəli alqı-satqı müqaviləsi ilə ünvan 6 ünvanında yerləşən fərdi yaşayış evini X12 almış, hüququn qeydə alınması üçün həmin dövrdə sağ olan vərəsələrdən X22, X21 və X4, eləcə də Nəbiyev Adıgözəl Məzahir oğlunun vərəsəsi X27 qanunla nəzərdə tutulmuş qaydada aidiyyəti üzrə müraciət etməsi kifayətedici olmuşdur.
20. Digər tərəfdən, iddiaçılar, müstəqil tələb irəli sürməyən üçüncü şəxs X9 öz izahatlarında X15 xx.xx.2010-ci il tarixdə ölümündə n sonra onların miras qalmış ünvan 6 ünvanında yerləşən fərdi yaşayış evinə getmələrinə Cavabdeh tərəfindən icazə verilmədiyini bildirdikləri halda, bütün vərəsələrin mirasda paylarının müəyyənləşdilməsi üçün həmin fərdi yaşayış evinə dair sənədləşmə işlərinin tamamlanmasını Cavabdeh onlara vəd etməsi ağlabatan və inandırıcı deyildir.
21. Bundan başqa, ünvan 6 ünvanında yerləşən fərdi yaşayış evi üzərində X23 mülkiyyət hüququ xx.xx.2022-ci ildə qeydə alınmış, bundan 1 il 2 ay sonra – xx.xx.2023-cü il tarixində İddiaçı1 tərəfindən vərəsəlik hüququ haqqında şəhadətnamə alınması üçün Gəncə Regional “ASAN Xidmət” mərkəzində notariat ofisinə müraciət edilmişdir.
22. Göründüyü kimi, mirasın qəbuluna dair əvvəlcə X35, daha sonra isə sonuncunun vərəsələri olan iddiaçılar, habelə müstəqil tələb irə li sürən X48 hər hansı iradə ifadə etməmiş, miras əmlakın saxlanması və təsərrüfatın aparılması üçün icra edilmiş hərəkətləri bariz şəkildə nümayiş etdirməmiş, X15 əmlakını faktiki cəhətdən ələ keçirməmiş və ona sahib durmamışlar. Bununla yanaşı, onlar X15 miras əmlakının Cavabdeh tərəfindən idarə olunmasından və həmin şəxsin mirasa təkbaşına faktiki sahiblik etməsindən xəbərdar olmuşlar.
23. Birinci instansiya məhkəməsi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1151.1, 1151.2, 1159.1.3, 1243.1, 1243.2, 1246 və 1255-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
24. İddiaçı1 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
25. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Cavabdeh onların etibarından istifadə edərək onları aldatmış və dələduzluq əməli törədərək vərəsəlik hüquqlarından məhrum olmuş, nəticədə miras əmlaka tək özü yiyələnmişdir. Miras qoyan Sona Nəbiyeva xx.xx.2010-cu il tarixdə vəfat etmiş, miras evi 1947-ci il tarixində alqı-satqı müqaviləsi ilə almış olsa da, lakin həmin ev miras qoyanın adına rəsmiləşdirilməmişdir. 2018-ci ildə (iddia ərizəsində səhvən 2014-cü il qeyd edilmişdir) miras evin satılması üçün 1 saylı Gəncə Regional “Asan xidmət” mərkəzinə iddiaçılardan İddiaçı1, İddiaçı5, Arzu Nəbiyevvə cavabdeh birlikdə müraciət edərək sənədləri toplamaq istəyərkən vərəsə İddiaçı2 ölüm haqqında şəhadətnaməsi mövcud olsa da, doğum haqqında şəhadətnaməsinin olmadığını, illər əvvəl Samux rayonunda baş vermiş təbii fəlakət, sel gəlməsi nəticəsində həmin sənədin itdiyini bildirdiyindən Bakı şəhərində yaşadıqları üçün cavabdeh sənədləri qaydaya salmağı öz öhdəsinə götürmüş, sonradan sənəd tapılmadığından evi anasının adına keçirtməyin mümkün olmadığını bildirmişdir. X66 xx.xx.2021-ci il tarixdə vəfat etdiyindən yas mərasimində cavabdeh evlə bağlı məsələni bir daha qaldıraraq sənədləşməni həyata keçirə bilməsi üçün onlardan kömək istəmişdir. Cavabdehlə aralarında olan razılaşmaya görə, onlar Tahir Nəbiyevlə bağlı bütün sənədləri cavabdehə verməli, sonuncu isə evi əvvəlcə anasının adına daha sonra özünün və ya onlardan birinin adına rəsmiləşdirməli, sənədlər hazır olandan sonra ev satılmalı və əldə olunan pul məbləği bütün vərəsələr arasında bölünməli idi. Dəfələrl ə cavbdehdən sənədlər haqqında soruşsalar da, müsbət cavab ala bilməmiş, axırıncı dəfə Tahir Nəbiyevin il mərasimində, xx.xx.2022-ci il tarixində cavabdehdən sənədləşmə ilə bağlı məlumat almaq istədikdə hələ bir xəbər olmadığını bildirsə də, 2023-cü ilin mart ayında növbəti telefon danışığı zamanı miras evi artıq öz adına sənədləşdirdiyini bildirmişdir. Həmin danışıq zamanı “gah evi satmayaq, mən vəfat etdikdən sonra satarsınız, gah da ki, evi satıb hər kəsin payını verəcəyini” bildirmiş, bir neçə gündən sonra isə özü onlara zəng edib çox kobud və təhqiredici tərzdə: “Mən heç kimə heç nə verməyəcəm, gedin məhkəməyə müraciət edin”söyləmişdir. Onlar ilkin olaraq miras evin cavabdeh tərəfindən satılmasının qarşısının alınması üçün xx.xx.2023-cü il tarixində Gəncə ŞBPİ-nə müraciət etmiş, daha sonra miras evi haqqında məlumat almaq üçün xx.xx.2023-cü il tarixində 3 saylı Gəncə Ərazi İdarəsinə vəkil vasitəsi ilə edilmiş sorğu nəticəsində öyrənmişlər ki, cavabdeh miras qalmış evi xx.xx.2022-ci il tarixdə anasının adına, xx.xx.2022-ci il tarixdə isə öz adına rəsmiləşdirmişdir. xx.xx.2023-cü il tarixində 1 saylı Gəncə Reqional “Asan xidmət” mərkəzinin notariusuna baş verənləri bildirərək, onları da vərəsə kimi tanımasını, cavabdehin adına verilmiş şəhadətnamənin ləğv edilməsini xahiş etsə də, məhkəməyə müraciət etmələri tövsiyə edilmişdir. Göründüyü kimi, vərəsəliyin vaxtında açılmaması səbəbi cavabdehin miras qoyanın vəfat edən zaman evin sənədinin onun adına olmamasından istifadə edərək, mirasın satılıb pul məbləğinin aralarında bölünəcəyini vəd etməsi olmuşdur. Baş verənləri bild irməklə onların da Mülki Məcəllənin 1248.1-ci maddəsinə əsasən ötürülmüş müddəti üzrlü saymaqla vərəsə kimi tanınmaları barədə Gəncə Şəhər Məhkəməsində iddia qaldırmışlar. İddia ilə bağlı iş icraatda olarkən məhz Mülki Məcəllənin vərəsəliklə bağlı maddələri üzrə Konstitusiya Məhkəməsinə müraciət edildiyini bildirməklə məhkəmə işin icraatını dayandırsa da, lakin Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2023-cü il tarixli Qərarından yan keçərək Mülki Məcəllənin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən qüvvədən düşmüş 1246-cı maddəsinə istinad edərək iddianı rədd etmişdir. Məhkəmə belə qənaətə gəlmişdir ki, iddiaçılar mirasın qəbul edilməsi üçün qanunla nəzərdə tutulmuş müddətin ötürüldüyü zaman dövrünü və müddətin üzürlü səbəblərdən ötürülməsini təsdiq edən sü butların məhkəməyə təqdim etmədiklərindən iddia rədd edilməlidir. Qanun üzrə vərəsə sayılsalar da, qanunvericilikdə vərəsənin mütləq miras evdə yaşaması nəzərdə tutulmadığı halda, məhkəmə məhz bu fakta, cavabdehin və vəkilinin həqiqəti əks etdirməyən ifadələrinə əsaslanaraq iddianı təmin etməmişdir. Məhkəmə 7 nəfərin ifadəsini həqiqətə uyğun saymamışdır. Halbuki hər biri məhkəməyə miras evin satılmasından əldə ediləcək pul məbləğinin bölünəcəyini qərarlaşdırdığını bildirmiş və heç kim məhkəməyə vərəsəlik açmaq fikrində olduğunu bildirməmişdir
26. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2024-cü il tarixli 2(104)-1526/2024 nömrəli qətnaməsi ilə (hakimlər İslam Həsənov - sədrlik edən və məzuəçi, Şamil Rzaquliyev və Loğman Süleymanov) apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi tamamilə ləğv edilmiş və yeni qətnamə qəbul edilərək, iddiaçılar və müstəqil tələb irəli sürən üçüncü şəxs X27 iddia tələbi qismən təmin edilmiş, 1 saylı Gəncə Regional “ASAN Xidmət” mərkəzində notariat ofisi tərəfindən Cavabdeh adına verilmiş xx.xx.2022-ci il tarixli 2V-338 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və həmin şəhadətnamə əsasında cavabdehin adına verilmiş xx.xx.2022-ci il tarixli ********** nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın ləğv edilməsi, miras qoyan X13 miras qalmış Gəncə şəhəri, X45 küçəsi 28 nömrəli ünvandakı 0.0377 ha torpaq sahəsi və üzərində yerləşən 109.10 kv.m ibarət fərdi yaşayış evi üzərində qanun üzrə birinci nö vbəli vərəsələr X35, Cavabdeh, İddiaçı2 Adıgözəl oğlu və X4 hər birinin ¼ hissədə paylarının müəyyən edilməsi, miras qoyan X15 qanun üzrə birinci növbəli vərəsəsi olan mərhum X35 vəfat etdiyindən miras əmlak olan Gəncə şəhəri X45 küçəsi 28 nömrəli ünvandakı 0.0377 ha torpaq sahəsi və üzərində yerləşən 109.10 kv.m ibarət fərdi yaşayış evinin ¼ hissəsi üzərində müəyyən olunan payı onun qanun üzrə birinci növbəli vərəsələri olan iddiaçılar İddiaçı1, İddiaçı5, İddiaçı2oviç, İddiaçı4 Tahir oğlu və İddiaçı3 verilməsi, miras qoyan X15 qanun üzrə birinci növbəli vərəsəsi olan mərhum İddiaçı2 Adıgözəl oğlu vəfat etdiyindən miras əmlak olan Gəncə şəhəri X45 küçəsi 28 nömrəli ünvandakı 0.0377 ha torpaq sahəsi və üzərində yerləşən 109.10 kv.m ibarət fərdi yaşayış evinin ¼ hissəsi üzərində müəyyən olun an payı onun qanun üzrə birinci növbəli vərəsəsi olan müstəqil tələb irəli sürən üçüncü şəxs X38 verilməsi, Gəncə şəhəri X45 küçəsi 28 nömrəli ünvandakı 0.0377 ha torpaq sahəsi və üzərində yerləşən 109.10 kv.m ibarət fərdi yaşayış evi üzərində ümumi əmlakda iddiaçılar İddiaçı1, İddiaçı5, İddiaçı2oviç, İddiaçı4 Tahir oğlu və İddiaçı3 hər birinin ümumi əmlakdakı payı 1/20, müstəqil tələb irəli sürən üçüncü şəxs X48, Cavabdeh və X4 hər birinin ümumi əmlakdakı payı 5/20 hissədə müəyyən edilməsi qət edilmişdir Apellyasiya şikayəti qalan hissədə təmin edilməmiş, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir
27. Apellyasiya instansiyası məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, iddia tələbinin miras əmlaka vərəsəlik şəhadətnaməsi almaq üçün müddətin uzadılması hissəsinə hüqu qi qiymət verilməsi zəruri deyildir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” 26 dekabr 2023-cü il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilmişdir. X40 Məhkəməsi Plenumunun hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, miras qoyanın ölümü ilə yaranan vərəsəlik hüquq münasibətləri vərəsənin mirasdan imtina etməsi anınadək davam edir. Vərəsə statusunda olan şəxs bu statusdan imtina etmək qərarına gələrsə, bununla bağlı iradə ifadəsini Mülki Məcəllənin 1256-cı maddəsinə müvafiq olaraq, vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində ifadə etməlidir.
28. Şərh olunanları nəzərə alaraq məhkəmə kollegiyası qeyd etmişdir ki, iddia tələbinin mirasın qəbulu üçün artıq müddət nəzərdə tutulmadığından belə bir müddətin uzadılmasından da söhbət gedə bilməz.
29. İddia tələbində miras əmlakın vərəsələr arasında paylara bölünməsi nəzərdə tutulmasa da, lakin iddiaçıların son hüquqi hədəfi pozulduğunu irəli sürdükləri vərəsəlik hüququnun təmin edilməsi ilə bağlı olmuşdur. Başqa sözlə, onların mirasın qəbulu ilə bağlı müddətin uzadılmasını, habelə cavabdehin adına verilmiş vərəsəlik hüququ haqqında şəhadətnamənin, həmin şəhadətnamə əsasında cavabdehin adına verilmiş çıxarışın ləğv edilməsini tələb etməkdə əsas hüquqi hədəfləri miras əmlakın vərəsələr arasında paylara bölünməsindən ibarət olmuşdur. Göstərilən halları nəzərə alaraq, hazırkı mərhələdə miras qoyandan miras əmlakının onun qanun üzrə birinci növbəli vərəsələri arasında paylara bölünməsi yolveriləndir.
30. Miras qoyanın ölməsi ilə (xx.xx.2010) mübahisəli hüquq münasibətləri həmin vaxtdan yarandığından mübahisəyə 1 sentyabr 2000-ci il tarixdən qüvvədə olmuş Azərbaycan Respublikası Mülki Məcəlləsinin normaları tətbiq edilməlidir. Hazırkı iş üzrə iddia ərizəsi 11 iyul 2023-cü il tarix ində, yəni Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarı qüvvəyə minməmişdən əvvəl məhkəmənin icraatında olmuşdur. Ona görə də miras qalmış əmlakın bölünməsi məsələsi Konstitusiya Məhkəməsi Plenumunun həmin Qərarındakı hüquqi mövqeyə uyğun həll edilməlidir.
31. İşin mübahisəsiz hallarıdır ki, miras qoyan X29 xx.xx.2010-cu il tarixdə ölmüşdür. Onun ölümündən sonra qanun üzrə birinci növbəli vərəsələri – uşaqları X35, X36, Cavabdeh və X9, həmçinin miras qoyandan əvvəl vəfat etmiş vərəsə İddiaçı2 oğlu X48 olmuşlar. X55 miras qalan əmlak Gəncə şəhəri Kəpəz rayonu X45 küçəsi 28 nömrəli ünvandakı 0.0377 ha torpaq sahəsi və üzərində yerləşən 109.10 kv.m ibarət fərdi yaşayış evi olmuşdur və miras qoyanın adları qeyd olunan vərəsələrindən heç biri mirasın qəbulundan imtina etməmişlər. Vərəsə lərdən Cavabdeh miras əmlaka dair adına vərəsəlik şəhadətnaməsi verilməsi üçün notariat ofisinə müraciət etmiş və notariat ofisi tərəfindən verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında müvafiq şəhadətnaməyə əsasən, o, X55 qalmış miras əmlakdan tam həcmdə pay almışdır. Göründüyü kimi, mərhum X13 qalmış miras əmlaka dair Cavabdeh adına qanun üzrə vərəsəlik işi açılarkən notariat kontoru tərəfindən miras qoyanın digər qanun üzrə birinci növbəli vərəsələrinin olması nəzərə alınmamış və digər vərəsələrin axtarılması üçün hər hansı tədbir görülməmiş, sadəcə Cavabdeh adına xx.xx.2022-ci il tarixli 2V-338 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə vermişdir.
32. Məhkəmə kollegiyası hesab etmişdir ki, Cavabdeh adına verilmiş həmin qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətn amə etibarsız hesab edilməli və miras əmlak üzərində miras qoyanın qanun üzrə birinci növbəli vərəsələrinin bərabər payları müəyyən edilməlidir.
33. Həmçinin miras qalan əmlakın dövlət reyestrindən çıxarış törəmə hüquq münasibəti olub, həmin evə dair yuxarıda göstərilən qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında qeydiyyata alınmışdır. Miras əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab edildiyindən, əmlaka dair törəmə hüquq münasibəti olan cavabdehin adına verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış da ləğv edilməlidir.
34. Miras qoyan X15 miras kütləsinin həcmini və vərəsələrinin sayını nəzərə alaraq kollegiya qeyd etmişdir ki, miras əmlak olan Gəncə şəhəri X45 küçəsi 28 nömrəli ünvandakı 0.0377 ha torpaq s ahəsi və üzərində yerləşən 109.10 kv.m ibarət fərdi yaşayış evinə miras qoyanın qanun üzrə birinci növbəli vərəsələri olan X35, Cavabdeh, İddiaçı2 Adıgözəl oğlu və X4 hər birinin ¼ hissədə vərəsəlik payları müəyyən edilməlidir.
35. Yuxarıda da göstərildiyi kimi miras qoyan X15 birinci növbəli vərəsəsi olan İddiaçı2 Adıgözəl oğlu miras qoyan Sona Nəbiyevadan qabaq vəfat etmiş olsa da, lakin onun övladı hazırkı iş üzrə müstəqil tələb irəli sürən üçüncü şəxs Arzu Nəbiyevadır və o mərhum atası İddiaçı2 qanun üzrə birinci növbəli vərəsəsidir. Belə olan halda, miras qoyan X15 miras əmlakından İddiaçı2 Adıgözəl oğluna çatası vərəsəlik payı sonuncunun uşağı (üçüncü şəxs) X38 verilməlidir.
36. Həmçinin miras qoyan X15 birinci növbəli vərəsəsi olan X35 miras qoyan Sona Nəbiyevanın miras əmlakını q əbul etdikdən sonra (xx.xx.2021) vəfat etdiyindən miras əmlakdan həmin vərəsə çatası pay onun qanun üzrə birinci növbəli vərəsələri – arvadı İddiaçı1, uşaqları İddiaçı5, İddiaçı2oviç, İddiaçı4 Tahir oğlu və İddiaçı3 verilməlidir.
37. Miras əmlak olan Gəncə şəhəri X45 küçəsi 28 nömrəli ünvandakı 0.0377 ha torpaq sahəsi və üzərində yerləşən 109.10 kv.m ibarət fərdi yaşayış evi üzərində iddiaçılar İddiaçı1, İddiaçı5, İddiaçı2oviç, İddiaçı4 Tahir oğlu və İddiaçı3 hər birinin ümumi əmlakdakı payı 1/20, müstəqil tələb irəli sürən üçüncü şəxs X48, Cavabdeh və X4 hər birinin ümumi əmlakdakı payı 5/20 hissədə müəyyən edilməlidir.
38. Apellyasiya instansiyası məhkəməsi mövqeyinin hüquqi əsası kimi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1133.1, 1133.2, 1145, 1146, 1159.1, 1159.1.3, 1256-cı mad dələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” 26 dekabr 2023-cü il tarixli Qərarında təsbit olmuş hüquqi mövqeyə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
39. Cavabdeh kassasiya şikayəti verərək (vəkil Nümayəndə Mərhəmət qızı ) qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
40. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, X8 Naibə Mustafa qızı ilə ailə qurduqdan sonra Xaçmazda yaşamış, orada işləmiş, sonradan qardaşı işi ilə əlaqədar onlarla birlikdə yaşasa da, 1988- ci il tarixində həmin mülklə bütün əlaqəsini kəsmiş və çıxıb getmişdir. Onun və ailə üzvlərinin həmin evdə heç bir əşyası da qalmamışdır. Nəbiyev Tahir yenidən Xaçmazda bir müddət yaşadıqdan sonra ailəsi ilə birlikdə Rusiya Federasiyasının Yaroslav şəhərinə daimi yaşamaq üçün köçmüş, 1993-cü ildə 10 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Həmin zaman həyat yoldaşına baş etibarnamə vermiş və o, Yaroslav şəhərindəki evi sataraq Bakı şəhərinə köçmüş, oradan ev almışdır. Lakin qardaşı Tahirin uşaqları və həyat yoldaşının mübahisəli mülklə heç bir əlaqəsi olmamışdır.
41. Digər iddiaçı olan Sevinc 1985-ci ildə ailə quraraq evdən çıxıb getmişdir. Həmin vaxtdan da etibarən Şəki şəhərində yaşamağa başlamışdır.
42. İddiaçı Arzu isə 1977-ci ildə atası Məzahirin kooperativdən a ldığı evdə yaşamışdır.
43. İddiaçı ərizəsində qeyd edilmişdir ki, guya ki, cavabdeh kiminsə etibarından suiistifadə edib evi öz adına sənəşləşdirmişdir. Lakin iddiaçılar ilə onun arasında hər hansısa bir şifahi razılaşma olmamışdır. O, yalnız onlarla əlaqə saxlayaraq, qardaşının ölüm şəhadətnaməsini almışdır. Həmin zaman onlar evin sənədləşdirilmədiyini bilmişlər.
44. İddia ərizəsində qeyd edilmişdir ki, guya ki, evin sənədlərinin qaydasında olmaması səbəbindən vərəsəliyi vaxtında qəbul etməmişlər. Lakin bu hal mərhum X62in hər hansısa bir notariat kontoruna ərizə verməsinə maneə deyildi. X62 notariat kontoruna özü və ya nümayəndəsi vasitəsilə müraciət etməmişdir. Müddətin bərpası üçün də heç bir üzürlü səbəb yoxdur.
45. Plenum Qərarının 3-cü bəndində göstərilmişdi ki, mülki dövriyyənin sabitliyinin təmin olunması baxımından bu Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə və hazırda məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil edilməlidir. Lakin xx.xx.2022-ci il tarixdə artıq Cavabdeh tərəfindən vərəsəlik şəhadətnaməsi alınmışdır. Konstitusiya Məhkəməsinin qərarını qabaqcadan görmək və həmin qərarın vərəsəliyin hansı sferalarını əhatə edəcəyini bilmək mümkün deyildi. Cavabdeh vərəsəlik şəhadətnaməsini almasından sonra qeyd edilən qərarın onun barəsində də tətbiq edilməsi mülki dövriyyənin sabitliyini sarsıdacaqdır. Konstitusiya Məhkəməsinin qərarı vərəsəlik şəhadətnaməsi alınmış vərəsəlik işlərinə şamil edilməməlidir. Bu cür işlər məhkəmənin icraatında qeyd edilən müddətdə olsa da, lakin ümumi əsaslarla vərəsəlik işinə baxılması qaydasın da - ümumi əsaslarla vərəsəlik şəhadətnaməsinin ləğvi il bağlı işlərə baxıldığı qaydada baxılmalıdır.
46. Məhkəmə iddiaçının hüquqi hədəfinin əslində əmlakın vərəsələr arasında bölünməsini qeyd edərək, birinci instansiya məhkəməsində irəli sürülməyən tələblə bağlı qərar qəbul etmişdir. Əslində, qeyd edilən tələb məhkəmədə sədrlik edənin iddiaçını yönləndirməsi ilə irəli sürülmüşdür.
47. Apellyasiya instansiyası məhkəməsi bəzi zəruri hallara qiymət verməyi zəruri hesab etməmişdir. Qətnamənin 49-cu abzasında vərəsəlik şəhadətnaməsi almaq üçün müddətin uzadılması məsələsinə hüquqi qiymət verilməsini zəruri hesab etmədiyini bildirmişdir. Halbuki bu məsələyə hüquqi qiymət verərdisə, o zaman Konstitusiya Məhkəməsinin sözügedən qərarının tətbiq edilməməli olması qənaətinə gələrdi. b) Kassasiya şi kayətinə qarşı etirazın dəlilləri
48. İddiaçı1 kassasiya şikayətinə qarşı etiraz verərək onun təmin olunmamasını xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
49. Maddə 141.1. Əgər daşınmaz əmlakın dövlət reyestrinin məzmunu torpaq sahəsi üzərində hüquqa və ya həmin hüququn məhdudlaşdırılmasına dair həqiqi hüquqi vəziyyətə uyğun deyildirsə, hüququ qeydə alınmamış və ya hüququ düzgün qeydə alınmamış şəxs, yaxud mövcud olmayan yüklənmə haqqında qeydin daxil edilməsi ilə hüququ pozulmuş şəxs daşınmaz əmlakın dövlət reyestrində qeyddə düzəlişin aparılması üçün belə düzəlişlə hüququna toxunulan şəxsdən razılıq verməsini tələb edə bilər.
50. Maddə 141.2. Bu Məcəllənin 141.1-ci maddəsində nəzərdə tutulmuş hallarda daşınmaz əmlakın dövlət reyestrinin mötəbərliyinə qarşı etiraz edilə bilər.
51. Maddə 141.3. Daşınmaz əmlakın dövlət reyestrinə etirazla bağlı qeydin daxil edilməsi məhkəmənin qərarı və ya reyestrdə düzəlişin aparılması ilə hüququ toxunulan şəxsin razılığı ilə həyata keçirilir.
52. Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir.
53. Maddə 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır.
54. Maddə 1145. Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır.
55. Maddə 1146. Miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəy ə mindiyi gün mirasın açıldığı vaxt sayılır.
56. Maddə 1159.1. Qanun üzrə vərəsəlik zamanı birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar.
57. Maddə 1159.1.3. Bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar.
58. Maddə 1255. Qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır.
59. Maddə 1256. Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Üzrlü səbəb olduqda məhkəmə b u müddəti iki aydan çox olmayaraq uzada bilər. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
60. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
61. Maddə 58.1. Barəsində mübahisə edilən hüquq münasibətində və ya qətnamə ilə müəyyən edilən hüquq münasibətində tərəflərdən biri sıradan çıxdıqda (şəxs öldükdə, hüquqi şəxs yenidən təşkil edildikdə, tələb güzəşt edildikdə, borc köçürüldükdə və maddi hüquq münasibətlərində şəxslərin dəyişməsinin digər hallarında) məhkəmə həmin tərəfi onun hüquq varisi ilə əvəz etməyə yol verir. Hüquq varisliyi prosesin hər hansı mərhələsində mümkündür.
62. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi ist inad etdiyi halları sübut etməlidir.
63. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
64. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
65. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edi lməsini yoxlayır. Kassasiya baxışının hədləri
66. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
67. Məhkəmə kollegiyası, qətnaməni tərəfin mübahisələndirdiyi hissədə yoxlamışdır. Odur ki, aşağıda aparılan hüquqi dəyərləndirmə kassasiya şikayətinin həddi və dəlilləri ilə bağlıdır. Kassasiya instansiyası məhkəməsin in mövqeyi
68. Kassasiya şikayəti Ali Məhkəmənin Mülki kollegiyasının icraatında olarkən Cavabdeh övladı X32 ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, Cavabdeh xx.xx.2025-ci ildə vəfat etdiyi üçün özünün Cavabdeh hüquqi varisi kimi tanınmasını xahiş edir. Ərizəyə Cavabdeh ölümü haqqında AZ-İİ 468763 №-li şəhadətnamə əlavə edilmişdir.
69. Mülki Prosessual Məcəllənin 58.1-ci maddəsinə əsasən, Cavabdeh hüquqi varisi X32 ilə əvəz edilir.
70. Kassasiya şikayətinin həlli ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyə n edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
71. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr iş materiallarını araşdıraraq bu qənaətə gəlmişlər ki, X19 qalmış miras əmlaka dair daşınmaz əmlakın dövlət reyestrində Cavabdeh adına tam hüquqla aparılmış mülkiyyət qeydi həqiqi hüquqi vəziyyətə uyğun olmamışdır.
72. Belə ki, mirasqoyan Sona İbadova vəfat etdikdən sonra onun birinci növbə vərəsələri qanunla müəyyən edilmiş müddətdə mirasdan imtina etmədikləri üçün hər biri mirası qəbul etmiş sayılırlar və onlar mirasdan bərabər pay almışlar.
73. Qanuna əsasən, qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır (§ 58).
74. Belə olan halda, cavabdehin adına verilmiş xx.xx. 2022-ci il tarixli ********** nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın ləğv edilməsi, mübahisəli daşınmaz əşya üzərində Sona İbadovanın birinci növbə vərəsələrinin, o cümlədən Tahir Nəbiyevin vərəsələri olan iddiaçıların paylarının müəyyən edilməsi yuxarıda göstərilən qanunvericiliyə (§ 49-59) və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” 26 dekabr 2023-cü il tarixli Qərarında ifadə edilmiş hüquqi mövqelərə uyğun olmuşdur.
75. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və cavabdehin dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
76. Kassasiya şikayətinin bəzi dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.
77. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfind ən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
78. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
79. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 15 oktyabr 2024-cü il tarixli 2(104)-1526/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə