Məhkəmə qərarları › İş №2(102)-783/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-783/2025

11.03.2025 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-783/2025 11.03.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh Xıdırova (Hüseynova) Kəmalə Rafəddin qızına qarşı iş üzrə QƏRARİ (Açar sözlər:fərdi yaşayın evindən çıxarılma) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Həsənov Rəşad Məhəmməd oğlu və Abbasov Aqil Əzizağa ibarət tərkibdə, İddiaçı cavabdeh Xıdırova (Hüseynova) Kəmalə Rafəddin qızına qarşı “evdən çıxarılma” tələbinə dair mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-819/2024 nömrəli, 22 oktyabr 2024-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə 11 mart 2025-ci i l tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları

1. Tərəflərin keçmişdə qohumluq əlaqələri olmuşdur. Belə ki, iddiaçı cavabdehin keçmiş həyat yoldaşının bacısıdır (baldız).

2. Tərəflərin hər ikisinində qeydiyyat ünvanları Bərdə rayonu, Mollaisalar kəndidir.

3. Bərdə rayonu Mollaisalar kəndində 0,1 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 47,2 kv metr olan fərdi yaşayış evi 28 oktyabr 2022-ci il tarixdə tam mülkiyyət hüququ əsasında İddiaçı adına qeydiyyata alınmışdır.

4. Cavabdeh keçmiş həyat yoldaşı ilə birlikdə yaşadıqları müddətdə mübahisəli fərdi yaşayış evində yaşamışlar (Bərdə rayonu Mollaisalar kəndində 0,1 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 47,2 kv metr olan fərdi yaşayış evi).

5. Cavabdeh Bərdə rayonu Mollaisal ar kəndində yerləşən fərdi yaşayış evinə istifadə hüququnun tanınması və cavabdehin qanunsuz hərəkətlərinin qadağan edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, Bərdə Rayon Məhkəməsinin 06 dekabr 2022-ci il tarixli qətnaməsi ilə iddia təmin olunmamış, qətnamə qanuni qüvvəsini almışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

13. İddiaçı məhkəmədə iddia qaldıraraq, Xıdırova (Hüseynova) Kəmalə Rafəddin qızının onun Bərdə rayonu Mollaisalar kəndində yerləşən, xüsusi mülkiyyətində olan fərdi yaşayış evindən əmlakı ilə bərabər çıxarılmasına dair qətnamə qəbul olunmasını xahiş etmişdir.

14. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, qardaşı X1 (Hüseynova) Kəmalə Rafəddin qızı ilə ailə həyatı qurmuş, nikahları xx.xx.2009-cu ild ə rəsmən qeydiyyata alınmış, birgə yaşayış dövründə xx.xx.2006-cı ildə X8 adlı bir övladları doğulmuşdur. Qardaşı X1 (Hüseynova) Kəmalə Rafəddin qızı ilə ailə həyatı qurandan sonra onun Bərdə rayonu Mollaisalar kəndində yerləşən fərdi yaşayış evində yaşamışlar. 2022-ci ildə ailə münasibətləri pozulmuş, ayrılmışlar. Bərdə Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən nikahları rəsmən pozulmuşdur. Hal-hazırda qardaşı Mənsur Bərdə rayonu Mollaisalar kəndində ata evində, onun sabiq arvadı, Cavabdeh isə onun Bərdə rayonu Mollaisalar kəndində yerləşən, xüsusi mülkiyyətində olan fərdi yaşayış evində yaşayır. Dəfələrlə Cavabdeh evindən əmlakını çıxarmaqla çıxmasını tələb etsə də, bir nəticəsi olmamış, yəni çıxmamışdır. Bununla da, evindən istifadə və sahiblik hüququ məhdudlaşdırıl mışdır. Odur ki, Xıdırova (Hüseynova) Kəmalə Rafəddin qızının onun Bərdə rayonu Mollaisalar kəndində yerləşən, xüsusi mülkiyyətində olan fərdi yaşayış evindən əmlakı ilə bərabər çıxarılmasına dair məhkəmə qətnaməsinə ehtiyacı var.

15. Məhkəmə iclasında Cavabdeh (Hüseynova) iddianı qəbul etməyərək göstərmişdir ki, yaşadığı Bərdə rayonu Mollaisalar kəndində yerləşən fərdi yaşayış evi iddiaçıya məxsus deyildir. Həmin evi 2010-2012-ci illərdə əri ilə birlikdə tikmiş, iddiaçı isə onun keçmiş əri ilə boşanmasından on gün əvvəl evi sənədləşdirərək öz mülkiyyətinə keçirmişdir. Ev iddiaçının adına saxta sənədlərlə sənədləşdirilmişdir. Odur ki, iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir.

16. Bərdə Rayon Məhkəməsinin 16 yanvar 2024-cü il tarixli 2(021)-89/2024 nömrəli qətnaməsi ilə (hakim Gündüz Abbasov) İddiaçı cavabdeh Xıdırova (Hüseynova) Kəmalə Rafəddin qızına qarşı “evdən çıxarılma” tələbinə dair iddiasının təmin edilməsi, cavabdeh Xıdırova (Hüseynova) Kəmalə Rafəddin qızının əmlakı ilə birlikdə Bərdə rayonu Mollaisalar kəndində yerləşən və Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 28 oktyabr 2022-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən İddiaçı mülkiyyətində olan fərdi yaşayış evindən çıxarılması qət edilmişdir.

17. Məhkəmə işin halları kimi müəyyən etmişdir ki, cavabdeh 2009-cu ildə iddiaçının qardaşı ilə evlənmiş, evləndikdən sonra Bərdə rayonu Mollaisalar kəndində yerləşən, iddiaçıya məxsus fərdi yaşayış evinə köçərək orada yaşamışlar. Bərdə rayonu Mollaisalar kəndində 0.1 ha torpaq sahəsində yerləşən, ümumi sah əsi 47,2 kv metr olan fərdi yaşayış evi 28 oktyabr 2022-ci il tarixdə tam mülkiyyət hüququ əsasında İddiaçı adına qeydiyyata alınmışdır. Cavabdeh Bərdə rayonu Mollaisalar kəndində yerləşən fərdi yaşayış evinə istifadə hüququnun tanınması və cavabdehin qanunsuz hərəkətlərinin qadağan edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, Bərdə Rayon Məhkəməsinin 06 dekabr 2022-ci il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir. Gəncə Apellyasiya Məhkəməsinin 07 mart 2023-cü il tarixli qətnaməsinə əsasən iddiaçı Cavabdeh apellyasiya şikayəti təmin edilməmiş, Bərdə Rayon Məhkəməsinin 2(021)-3180/2022 saylı mülki iş üzrə 06 dekabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmış, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 05 oktyabr 2023-cü il tarixli 2(10 2)-3029/2023 saylı qərarına əsasən iddiaçı Cavabdeh kassasiya şikayəti təmin edilməmiş, Gəncə Apellyasiya Məhkəməsinin 07 mart 2023-cü il tarixli, 2(104)-737/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

18. Məhkəmə, iş materiallarında olan sübutlara və müəyyən etdiyi işin hallarına istinad edərək, ilk növbədə qeyd etmişdir ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə Cavabdeh (Hüseynova) İddiaçı mülkiyyətində olan və hazırda mübahisə predmeti olan fərdi yaşayış evindən istifadə hüququnun olmaması müəyyən edilmişdir.

19. Məhkəmə hesab etmişdir ki, iddiaçının mülkiyyətindən cavabdehin istifadə etməsi üçün hər hansı qanuni əsas mövcud deyildir. Cavabdehin həmin əmlakdan qanunsuz istifadə etməsi nəticəsində isə iddiaçının Azərbaycan Respublikası Konstitusiyası, istinad olunan mülk i qanunvericilik normaları və Avropa İnsan Hüquqları Konvensiyasına əsasən qorunan mülkiyyət hüququ pozulur. Ona görə də iddia təmin edilməli və iddiaçının mülkiyyətində olan və Bərdə rayonu Mollaisalar kəndində 0.1 ha torpaq sahəsində yerləşən 47,2 kv metr. ümumi sahədən ibarət olan fərdi yaşayış evindən cavabdeh əmlakları ilə birlikdə çıxarılmalıdır.

20. Birinci instansiya məhkəməsi qətnaməsində Azərbaycan Respublikası Konstitusiyasının 13 (İ hissə) və 29-cu, Mülki Məcəllənin 152.1 və 152.2-cü, Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə istinad etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

21. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə ç ıxarılmasını xahiş etmişdir.

22. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. İş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılmamış və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, mübahisə predmeti olan fərdi yaşayış evi iddiaçıya məxsus deyildir. Həmin evi 2010- 2012-ci illərdə həyat yoldaşı ilə birlikdə tikmiş, iddiaçı isə onun keçmiş həyat yoldaşı ilə boşanmamışdan on gün əvvəl evi sənədləşdirərək öz mülkiyyətinə keçirtmişdir. Ev iddiaçının adına saxta sənədlərlə sənədləşdirilmişdir.

23. Cavabdeh məhkəmə iclasında apellyasiya şikayətini müdafiə edərək izahatında göstərmişdir ki, əri Mənxur Xıdırovlala nikahları pozulan ərəfədə mübahisə predmeti o lan ev qanunsuz olaraq iddiaçının adına rəsmiləşdirilmişdir. Halbuki, əri ilə birlikdə torpaq alıb həmin evi inşa etdirmişlər. Hətta evi onun doğma dayısı inşa etmişdir. Bunu şahidlər də təsdiq edə bilərlər, lakin iddiaçı tərəf şahidləri təhdid etdiyinə görə onlar məhkəmə iclasına gəlməkdən çəkinirlər. Sədrlik edənin suallarına cavab olaraq Cavabdeh bildirmişdir ki, evin yerləşdiyi torpaq sahəsini Dilbər adlı xanımdan alıb mübahisə predmeti olan evi inşa etdirmişlər və 11 il həmin evdə yaşamışlar. Hazırda da həmin evdə yaşayır.

24. Məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini qəbul etməyərək izahatında bildirmişdir ki, 2014-cü ildə mübahisə predmeti olan evin yerləşdiyi torpaq sahəsini almışdır. Evi də özü inşa etdirmişdir. Cavabdeh öz arqumentləri ilə bağlı məhkəməyə he ç bir sübut təqdim etməmişdir. Sədrlik edənin suallarına cavab olaraq İddiaçı bildirmişdir ki, Cavabdeh onun anası ilə yola getmədiyinə görə ayrı evə çıxmaq məcburiyyətində qalmışlar. Qardaşının kirayədə qalmağını istəmədiyindən sonuncunun ailəsi ilə birlikdə ona məxsus evdə yaşamasına icazə vermişdir. Komunal xəttlər çəkilən zaman Rusiya Federasiyasında olduğundan həmin müqvilələrin qardaşının adına rəsmiləşməsini özü ondan xahiş etmişdir. Evə dair alqı-satqı müqaviləsi 2022-ci ildə bağlanıb, maddi çətinlikləri olduğuna görə əmlakı alan zaman sənədləşmə apara bilməmişdir. X12 elektrik ustasıdır. Sonuncu mübahisə predmeti olan evdən elektrik sexi kimi istifadə etmişdir. Özü ölkə hüdudlarından kənarda olduğundan evə çəkilmiş kommunal xətlərə dair müqvilələr X12un adına olmuşdur.

25. Gəncə A pellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-819/2024 nömrəli, 22 oktyabr 2024-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayətinin təmin edilməməsi, Bərdə Rayon Məhkəməsinin 16 yanvar 2024-cü il tarixli 2(021)-89/2024 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir (hakimlər X9 (sədrlik edən və məruzəçi), X6 və X3 ibarət tərkibdə).

26. Apellyasiya məhkəməsi şin faktik halları kimi müəyyən etmişdir ki, X16 Xidmət mərkəzinin notariat ofisində bağlanmış xx.xx.2022-ci il tarixli 4Ə-1870, 1871, 1872, 1873 saylı alqı-satqı müqavilələri əsasında Bərdə rayonu Mollaisalar kəndindəki 0,1 ha yaşayış məntəqələri təyinatlı torpaq sahəsi və üzərində yerləşən 47,2 kv metr fərdi yaşayış evi hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən 28 oktyabr 2022-ci i l tarixli, ********** qeydiyyat nömrəli çıxarış əsasən İddiaçı adına qeydiyyata alınmışdır. Bununla yanaşı müəyyən olunur ki, Cavabdeh 2009-cu ildə iddiaçının X12la nikaha daxil olaraq ailə qurmuş və Bərdə rayonu Mollaisalar kəndində yerləşən iddiaçıya məxsus fərdi yaşayış evinə köçərək orada yaşamışdır. Sonradan Cavabdeh ilə Mənxur Xıdırov arasındakı nikah pozulmuşdur. Cavabdeh hazırda da iddiaçıya məxsus mübahisə predmeti olan fərdi yaşayış evində yaşayır. Həmçinin müəyyən olunur ki, Cavabdeh mübahisə predmeti olan fərdi yaşayış evinə istifadə hüququnun tanınması tələbinə dair keçmiş əri Mansur Xıdırova qarşı məhkəmədə iddia qaldırmış və Bərdə Rayon Məhkəməsinin 06 dekabr 2022-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Apellyasiya və kassasiya instansiyası məhkəməsi tər əfindən də birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddiaçı Cavabdeh qanunsuz olaraq ona məxsus fərdi yaşayış evində yaşadığını əsas gətirərək hazırkı iddia ilə məhkəməyə müraciət etmiş, birinci instansiya məhkəməsi də iddia tələbini təmin etmişdir.

27. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq ilk növbədə qeyd etmişdir ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə Cavabdeh mübahisə predmeti olan fərdi yaşayış evindən istifadə hüququnun olmaması müəyyən edilmişdir. Belə olan halda cavabdeh hər hansı hüquqi əsas olmadan iddiaçıya məxsus fərdi yaşayış evində yaşayır ki, bu hal da iddiaçının qanunla müəyyən edilmiş və dövlət tərəfindən qorunan mülkiyyət hüquqlarını qanunsuz olaraq məhdudlaşdırır.

28. Mübahisəli fərd i yaşayış evinin əri ilə birgə onlar tərəfindən inşa edilmiş olması barədə cavabdeh tərəfin dəlilləri də məhkəmə tərəfindən əsassız sayılmışdır. Çünki, cavabdeh bu arqumenti ilə bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Digər tərəfdən, iş materiallarındakı sənədlərlə mübahisəli fərdi yaşayış evinin X16 Xidmət mərkəzinin notariat ofisində bağlanmış xx.xx.2022-ci il tarixli 4Ə1870, 1871, 1872 və 1873 saylı alqı-satqı müqavilələri əsasında İddiaçı xüsusi mülkiyyəti olaraq adına qeydə alınması öz təsdiqin tapır. Sözügedən fərdi yaşayış evinə dair iddiaçının adına verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və bu hüququn qeydə alınmasına əsas olan hüquqmüəyyənedici sənədlər hüquqi qüvvədədir.

29. Apellyasiya məhkəməsi cavabdehin mübahisəl i evə dair kommunal xidmət müqavilələrinin keçmiş həyat yoldaşı M.Xıdırovun adına olması barədə arqumentinə hüquqi qiymət verərək həmçinin qeyd etmişdir ki, həmin müqavilələrin cavabdehin keçmiş həyat yoldaşının adına olması iddianın rədd edilməsi əsası kimi qəbul edilə bilməz. Ona görə ki, mübahisə predmeti olan ev onunla ailə hüquq münasibətlərində olmayan İddiaçı mülkiyyətindədir.

30. Apellyasiya məhkəməsi mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13 (İ hissə), 29-cu; Mülki Məcəllənin 152, 157.2 və 157.4-cü; Mülki Prosessual Məcəlləsinin 14.1, 77.1, 88, 217.3, 384.0.1 və 385.2-ci maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

31. Qətnamədən cavabdeh (Vəkil) kassasiya şikayəti verərək, Gəncə Apelyasiya Mə hkəməsinin Mülki kollegiyasının qətnaməsinin ləğv edilməsinə və işin yenidən appelyasiya instansiya məhkəməsinə qaytarılmasında dair qərar qəbul edilməsini xahiş etmişdir.

32. Hər iki instansiya məhkəmələrində verdiyi izahatlarda, eləcədə apelyasiya şikayətində qeyd etdiklərini təkrarlayan cavabdeh kassasiya şikayətində göstərmişdir ki, işə baxan məhkəmələr tam, hərtərəfli və obyektiv araşdırma aparmamış, yanlış nəticəyə gəlmişdir. Belə ki, yaşadığı Bərdə rayonu Mollaisalar kəndində yerləşən fərdi yaşayış evi iddiaçıya məxsus deyildir. Həmin evi 2010-2012-ci illərdə keçmiş həyat yoldaşı ilə birlikdə tikmiş, iddiaçı isə onun keçmiş həyat yoldaşı ilə boşanmamışdan on gün əvvəl evi sənədləşdirərək öz mülkiyyətinə keçirmişdir. Ev iddiaçının adına sənədləşdirilməsi saxtakarlıq yolu ilə olmuşdur. Hesab edir ki, qətnamənin ləğv edilməsi üçün kifayət qədər əsaslar var. Bu səbəbdən də sözügedən qətnamə ləğv edilməlidir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri 33.Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası

34. Maddə 13 (hissə İ). Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur 35..Maddə

29. Hər kəsin mülkiyyət hüququ vardır, mülkiyyətin heç bir növünə üstünlük verilmir, mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

36. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qor unan hüququdur.

37. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

38. Maddə 157.1. Mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır.

39. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

40. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

41. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

42. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

43. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

44. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zama n qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

45. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

46. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

47. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

48. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

49. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərə findən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.

50. Cavabdeh kassasiya şikayətinin dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eyni məzmunludur, həmin dəlillər sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tam, hərtərfli, obyektiv və qərəzsiz araşdırılmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun qiymət verilmişdir, məhkəmə kollegiyası bu qiymətləndirmə ilə razılaşır, əlavə qiymətləndirməyə zərurət gö rmür.

51. Kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Mülki Prosessual Məcəllənin tələblərinə və Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifa də olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir.

52. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas vermir. Yuxarıda göstəri lənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-819/2024 nömrəli iş üzrə 22 oktyabr 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar