Məhkəmə qərarları › İş №2(102)-7839/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-7839/2019

06.12.2019 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-7839/2019 06.12.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əhmədov Əhməd Abbas oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X3, İddiaçı vəkili X1 və cavabdeh “xxxx” MMC vəkili X2 iştirakları ilə açıq məhkəmə iclasında, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 08 iyul 2019-cu il tarixli, 2(103)68/2019 saylı qətnaməsindən cavabdeh “xxxx” MMC kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri, Nərimanov rayon məhkəməsinin 03 sentyabr 2018-ci il tarixli, 2(005)1813/2018 saylı qətnaməsi ilə (sədrlik edən, hakim R.N.Quliyev) İddiaçı cavabdeh “xxxx” MMC qarşı “mülkiyyətdə olan sökülmüş qeyri-yaşayış sahəsinin əvəzi olaraq qeyri-yaşayış sahəsinin qanuni sahəsindən 35 faiz artıq qeyri-yaşayış sahəsi əlavə edilməklə ərazidə tikiləcək çoxmərtəbəli yaşayış evində qeyri-yaşayış sahəsi ilə təmin edilməsi, qeyriyaşayış sahəsi təhvil verilənədək aylıq 1.500 manat kompensasiya ödənilməsinin həvalə edilməsi” barədə ilk iddia ərizəsi rədd, “xxxx” MMC İddiaçı və digərlərinə qarşı “qeyriyaşayış sahəsində dair bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və hüquqların dövlət qeydiyyatı haqqında” Çıxarışın ləğv edilməsinə dair qarşılıqlı iddia ərizəsi təmin edilərək, Azərbaycan Respublikası ƏMDK ilə İddiaçı arasında ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış sahəsinə dair bağlanmış 01 fevral 2017-ci il tarixli alqısatqısı müqaviləsinin etibarsız hesab edilməsi və həmin qeyri-yaşayış sahəsinə dair İddiaçı adına verilmiş 13 aprel 2017-ci il tarixli “hüquqların dövlət qeydiyyatı haqqında” Çıxarışın ləğv edilməsi və Azərbaycan Respublikası ƏMDK 21.000 manat pulun tutulub İddiaçı geri qaytarılması qət edilib. İddiaçı, Azərbaycan Respublikası ƏMDK və DƏDRXnin 1 saylı Bakı Ərazi İdarəsi ayrı-ayrılıqdı qətnamədən apellyasiya şikayətləri vermişlər. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 08 iyul 2019-cu il tarixli, 2(103)68/2019 saylı qətnaməsi ilə (hakimlər Ş.Ə.Məhərrəmova sədrlik edən, məruzəçi, E.Y.Şamayev və X.Ə.Sarıyev) Ağaisa Azaveyin apellyasiya şikayəti qismən, Azərbaycan Respublikası ƏMDK və DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinin apellyasiya şikayətləri tam təmin edilərək, iş üzrə Bakı şəhəri, Nərimanov rayon məhkəməsinin 03 sentyabr 2018-ci il tarixli qətnaməsi ləğv edilib, iş üzrə yeni qətnamə qəbul edilməklə, ilk iddia qismən təmin, qarşılıqlı iddia rədd edilərək, İddiaçı ünvan 2 ünvanda sökülmüş, ümumi sahəsi 84,2 kv.metr olan qeyri-yaşayış sahəsinin əvəzinə və həmin qeyri-yaşayış sahəsinin qanuni sahəsindən 20 faiz artıq qeyri-yaşayış sahəsi əlavə edilməklə həmin ərazidə tikiləcək çoxmərtəbəli yaşayış evində qeyri-yaşayış sahəsi ilə təmin edilməsi və 21 fevral 2018-ci il tarixdən başlayaraq tikiləcək çoxmərtəbəli yaşayış binasında yerləşən qeyri-yaşayış sahəsi təhvil verilənədək aylıq 800 manat kompensasiyanın ödənilməsi “xxxx” MMC həvalə edilməsi qət edilib. “xxxx” MMC qətnamədən kassasiya şikayəti verib. İŞİN HALLARİ İşdən görünür ki, İddiaçı məhkəmədə “xxxx” MMC qarşı ilk iddia qaldıraraq mülkiyyəndə olan ünvan 2 ünvanda sökülmüş ümumi sahəsi 84,2 kv.metr olan qeyriyaşayış sahəsinin əvəzi olaraq həmin qeyri-yaşayış sahəsinin qanuni sahəsindən 35 faiz artıq qeyri-yaşayış sahəsi əlavə edilməklə həmin ərazidə tikiləcək çoxmərtəbəli yaşayış evində qeyri-yaşayış sahəsi ilə təmin edilməsi, tikiləcək çoxmərtəbəli yaşayış binasında yerləşən qeyri-yaşayış sahəsinin təhvil verilənədək ona aylıq 1.500 manat kompensasiyanın ödənilməsinin “xxxx” MMC həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edib. “xxxx” MMC isə məhkəmədə İddiaçı və digərlərinə qarşı qarşılıqlı iddia verərək, Azərbaycan Respublikası ƏMDK ilə İddiaçı arasında ünvan 1 ünvanda yerləşən qeyriyaşayış sahəsinə dair bağlanmış 01 fevral 2017-ci il tarixli al qı-satqısı müqaviləsinin etibarsız hesab edilməsi, həmin qeyri-yaşayış sahəsinə dair İddiaçı adına verilmiş 13 aprel 2017-ci il tarixli “hüquqların dövlət qeydiyyatı haqqında” Çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş edib. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilib. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kassasiya şikayəti onunla əsaslandırılıb ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozaraq, işin həqiqi halları üzrə səhv nəticəyə gəlib və işə əlavə edilmiş sübutlara düzgün hüquqi qiymət verməyib. Kassasiya şikayətində iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, ilk iddianın rədd, qarşılıqlı iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsi xahiş olunub. İŞDƏ İ ŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə iclasında cavabdeh “xxxx” MMC vəkili xxxkassasiya şikayətində göstərilənlərə uyğun olaraq izahat verdi. İddiaçı vəkili Kənan Şirinzadə məhkəmə iclasında kassasiya şikayətinin dəlilləri ilə razılaşmayıb izahatında iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən, kassasiya şikayətinin təmin edilmədən saxlanılmasını xahiş etdi. Cavabdeh Azərbaycan Respublikası ƏMDK və üçüncü şəxs DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsələr də, üzrsüz səbəblərdən nümayəndələrini məhkəmə iclasına göndərmədikləri üçün kassasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etdi. HÜQUQİ M ƏSƏLƏLƏR Kassasiya instansiyası məhkəməsi məruzəçini, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, apellyasiya instansiyası məhkəməsinin maddi, prosessual hüquq normalarının tələblərini düzgün tətbiq etməsini yoxlayıb hesab edir ki, aşağıdakılara görə kassasiya şikayəti qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini ləğv edib, ilk iddianı qismən təmin, qarşılıqlı iddianı rədd edərkən, mübahisə predmeti olan Nərimanov rayonu, xxxküçəsi, 37 saylı ünvanda yerləşən ümumi sahəsi 84,2 kv.metr olan qeyri-yaşayış sahəsinin hüquqi statusuna aydınlıq gətirməyib. Belə ki,Mülki Məcəllənin 155.4-cü maddəsinə əsasən, dövlət əmlakının özəlləşdirilməsi haqqında qanunda nəzərdə tutulmuş qaydada dövlət öz mülkiyyətində olan əmlakı fiziki və hüquqi şəxslərin mülkyyətinə verə bilər. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 2-ci hissəsində dövlət mülkiyyəti mülkiyyətin müstəqil növü kimi müəyyən edilib. Dövlət özü də fiziki və hüquqi şəxslərlə yanaşı, mülki dövriyyədə iştirak edir. Dövlət öz daxili və xarici funsiyalarını müəyyən əmlak bazası olmadan həyata keçirə bilməz. Məhz bunlara əsasən qanunvercilikdə dövlət mülkiyyət hüququ institutu müəyyən edilib. Kassasiya instansiyası məhkəməsi hesab edir ki, Azərbaycan Respublikası na mülkiyyət hüququ ilə mənsub olan əmlak dövlət mülkiyyəti sayılır və dövlət, yalnız mülkiyyətində olan əmlakı əvəzsiz və ya əvəzli qaydada fiziki və hüquqi şəxslərin mülkiyyətinə verə bilər. Dövlət öz mülkiyyətində olmayan əmlak üzərində sərəncam vermək səlahiyyətinə malik deyil. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni “Dövlət əmlakının özəllişdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 8.1-8.2.3, 15.1, 15.2-ci və digər maddələrinin, həmçinin “Yerli icra hakimiyyəti orqanlarının sərəncamında olan, habelə yaşayış binalarında yerləşib dövlət vəsaiti hesabına inşa edilmiş qeyri-yaşayış sahələrinin özəlləşdirilməsi” Qaydalarının 1, 2-ci bəndlərinin, “Dövlət əmlakının hərraclar vasitəsi ilə satışı” Qaydalarının 1.2, 1.3, 5.1-ci bəndlərinin tələbləri ilə əsaslandırmağa ça lışsa da, sahəsi 84,2 kv.metr olan mübahisəli qeyri-yaşayış sahəsinin (zirzəminin) Azərbaycan Respublikası ƏMDK sərəncamında olub-olmamasını, həmin zirzəminin bilavasitə dövlət vəsaiti hesabına inşa edilib-edilməməsini kifayət qədər araşdırmadan, bu barədə zəruri sübutları məhkəməyə təqdim etməyi həmin dövlət orqanına təklif etmədən, yalnız Bakı şəhər MKTB 26 aprel 2019-cu il tarixli məktubuna, həmçinin sözügedən zirzəminin Azərbaycan Respublikası ƏMDK tərəfindən İddiaçı 21.000 manata satılmasına dair “hərracın nəticələri haqqında” 31 yanvar 2017-ci il tarixil, 04/01 saylı protokola və onlar arasında həmin zirzəmiyə dair bağlanmış 01 fevral 2017-ci il tarixli, 3281 saylı alqısatqı müqavilərinə istinad edərək zirzəminin özəlləşdirilməyə açıq elan edilmiş dövlət əmlakı olması qənaətinə gəlmi şdir. Əvvəla, Bakı şəhər MKTB-nin sözügedən məktubunda istinad olunan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 sentyabr 1999-cu il tarixli, 144 saylı qərarının və Bakı şəhər İHB 23 sentyabr 1999-cu il tarixli, 266 saylı sərəncamının surətləri işə əlavə edilməyib və ümumiyyətlə işdə, qeyri-yaşayış sahəsinin (zirzəminin) məhz dövlət vəsaiti hesabına inşa edilməsi, eləcə də həmin (qeyri-yaşayış sahəsinin) zirzəminin sözügedən binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulmamasını, həmin (qeyriyaşayış sahəsində (zirzəmidə) binaya xidmət edən hər hansı mühəndis qurğularının olmamasını özündə ehtiva edən heç bir yazılı sübut yoxdur. Bu baxımdan kassasiya instansiyası məhkəməsi hesab edir ki, sözügedən Qərar və Sərəncamla ünvan 3 ünvanda yerləşən 4 mərtəbəli, 6 girişli yaşayış binasının “xxxx” Dövlət Şirkətinin balansından çıxarılaraq Bakı şəhər MKTB balansına qəbul edilməsi, hələ özlüyündə həmin binanın zirzəmisinin özəlləşdirilməyə açıq elan edilmiş dövlət əmlakı olması qənaətinə gəlməyə əsas vermir. Çünki, Azərbaycan Respublikası Prezidentinin 10 avqust 2000-ci il tarixli, 383 saylı Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramı”nın 2-ci bəndinə görə, Azərbaycan Respublikası ƏMDK tərəfindən özəlləşdirilməsi nəzərdə tutulan dövlət əmlakının siyahısında yalnız yerli icra hakimiyyətinin balansında olan və dövlət vəsaiti hesabına tikilmiş qeyri-yaşayış sahələri nəzərdə tutulur. Digər tərəfdən, Mülki Məcəllənin 227.1-ci və Mənzil Məcəlləsinin 35.1-ci maddələrinin mənasına görə, yaşayış binasının tərki b hissəsinin mülkiyyətçilərinə həmin binada mənzillərin hissəsi olmayan və binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan obyektlər, o cümlədən mənzillərarası pilləkən meydançaları, pilləkənlər, liftlər, lift şaxtası və ya digər şaxtalar, habelə mühəndis qurğuları olan zirzəmilər, həmin binada birdən artıq sahəyə xidmət edən avadanlıqlar (texniki zirzəmilər) və sair ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətçilərə məxsusdur. Həmçinin, Mənzil Məcəlləsinin 35.4-cü maddəsinə görə, çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağında qəbul edilmiş qərara əsasən çoxmənzilli binada ümumi mülkiyyət obyektləri digər şəxslərin istifadəsinə verilə bilər, bu şərtlə ki, belə qərar vətəndaşların və hüquqi şəxslərin hüquqlarını və qanuni mənafelərini pozmasın. Göründüyü kimi, y aşayış binasının tərkib hissəsi mülkiyyətçilərinin ümumi mülkiyyətinə yaşayış binasından kənarda və ya binanın daxilində birdən çox mənzilə xidmət edən və fərdi mülkiyyətin obyekti olmayan yardımçı hissələr daxildir. Mənzillərin hissəsi olmayan və binada birdən artıq mənzilə xidmət etmək üçün nəzərdə tutlan obyektlər, o cümlədən mühəndis qurğuları olan zirzəmilər və həmin binada birdən artıq sahəyə xidmət edən avadanlıqlar; yaşıllaşdırma və abadlaşdırma elementləri də daxil olmaqla binanın yerləşdiyi torpaq sahəsi; binaya xidmət etmək, onun istismarı və abadlaşdırılması üçün nəzərdə tutulmuş həmin torpaq sahəsində yerləşən obyektlər və sair paylı mülkiyyət hüququ ilə yaşayış binasının mülkiyyətçilərinə məxsusdur. Belə obyektlər, o cümlədən zirzəmilər müvafiq dövlət orqanının deyil, yalnız yaşayış binasının mülkiyyətçilərinin ümumi yığıncağında qəbul edilmiş qərar əsasında digər şəxslərin istifadəsinə verilə bilər, bu şərtlə ki, belə qərar yaşayış binasının mülkiyyətçilərinin və digər şəxslərin hüquqlarını və qanuni mənafelərini pozmasın. Ona görə də kassasiya instansiyası məhkəməsi belə qənaətə gəlir ki, sözügedən binada yerləşən zirzəminin hüquqi statusuna aydınlıq gətirmədən, həmin zirzəmini özəlləşdirməyə açıq elan edilmiş dövlət əmlakı hesab etmək olmaz. Daha sonra, işdən görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli, 86 saylı Qərarı əsas tutularaq, Bakı şəhəri, Nərimanov rayon İHB 09 avqust 2016-cı il tarixli, 264 saylı Sərəncamı ilə rayonun Təbriz, xx, xx və xxx küçələrinin kəsişməsində yerləşən 7,5 ha torpaq sahəsi yeni hündürm ərtəbəli çoxmənzilli yaşayış binalarının tikitisi üçün “xxxx” MMC daimi istifadəsinə verildiyi və bu barədə Azərbaycan Respublikası ƏMDK əvvəlcədən məlumatlı olması mülki iş materialları ilə istisna edilmədiyi halda, sonuncunun, 2016-cı ilin noyabr ayında “xxxx” MMC tərəfindən sökülmüş və mövcud olmayan zirzəmini “hərracın nəticələri haqqında” 31 yanvar 2017-ci il tarixli, 04/01 saylı protokola və 01 fevral 2017-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən 21.000 manata İddiaçı satması və həmin zirzəmiyə dair sonuncunun adına 13 aprel 2017ci il tarixli “Texniki pasport” və “hüquqların dövlət qeydiyyatı haqqında” Çıxarış verməsi qanuni, əsaslı sayıla bilməz. Çünki, Nərimanov rayonu, xxxküçəsi, 37 saylı ünvanda yerləşən yaşayış binasının “xxxx” MMC tərəfindən məhz 2016-cı ilin noyabr ayında sökülməsi işə əlavə edilmiş 115 saylı MKİS 14 mart 2018-ci il tarixli arayışı, sonuncu ilə xxx arasında bağlanmış 06 noyabr 2016-cı il tarixli müqavilənin surəti, həmçinin məhkəmə iclasında şahid qismində dindirilmiş xxx və Məmmədhüseyn Atakişiyevin ifadələri ilə də istisna edilməmişdir. Apellyasiya instansiyası məhkəməsi qətnamədə, sadalanan sübutları ilk iddianın rədd, qarşılıqlı iddianın təmin edilməsi üçün mötəbər sübut kimi qəbul etməsə də, mübahisəli zirzəmiyə dair İddiaçı adına Azərbaycan Respublikası ƏMDK tərəfindən verilmiş 13 aprel 2017-ci il tarixli “texniki pasporta”, “hüquqların dövlət qeydiyyatı haqqında” Çıxarışa, eləcə də Azərbaycan Respublikası ƏMDK ilə “xxxx” MMC arasında bağlanmış “əmlakın qiymətləndirilməsinə dair” 08 noyabr 2016-cı il tarixli müqaviləyə istinad edib zi rzəminin 2016-cı ilin noyabr ayında deyil, məhz 13 aprel 2017-ci il tarixdən sonra “xxxx” MMC tərəfindən sökülməsi qənaətinə gəlsə də, Nərimanov rayonu, xxxküçəsi 37 saylı ünvanda yerləşən qeyri-yaşayış sahəsinin (zirzəminin) özəlləşdirilməsi üçün hərraca çıxarılmasına dair Azərbaycan Respublikası ƏMDK tərəfindən müvafiq qərar qəbul edilib-edilməməsini (belə bir qərar işdə yoxdur), zirzəminin dövlət əmlakı kimi müvafiq registrinin aparılıb-aparılmamısını, özəlləşdirməyə açıq elan edilənədək dövlət əmlakı kimi onun idarə edilib-edilməməsini, icarəyə verilib-verilməməsini və ümumiyyətlə dövlət obyekti kimi fəaliyyət göstərib-göstərməməsini, vergi ödəyicisi kimi uçotda olubolmamasını və sair aydınlaşdırmadan və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli, 86 sa ylı Qərarının və Bakı şəhəri, Nərimanov rayon İHB 09 avqust 2016-cı il tarixli, 264 saylı Sərəncamının qəbulundan dərhal sonra zirzəmiyə dair Azərbaycan Respublikası ƏMDK ilə İddiaçı arasında alqı-satqı müqaviləsinin əslində sonuncunun “xxxx” MMC-dən müvafiq kompensassiya tələb etmək üçün bağlanmasını nəzərə almadın, həmin müqavilənin etibarlı olmaqla Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmamaqla bağlanması qənaətinə gəlmişdir. Halbuki, Mülki Məcəllənin 337.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Həmin Məcəllənin 337.2-ci maddəsinə görə, əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Əqdin etibarsızlığı dedikdə- mülki qanunvericilikdə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanan və məzmununda nəzə rdə tutulmuş mülki hüquq münasibətləri yaratmayan, yalnız özünün etibarsızlığı ilə bağlı nəticələrə səbəb olan əqd anlaşılır. Normada qeyd edilən “pozmaqla bağlanılmış” ifadəsi əslində əqdin etibarsızlığına əsas kimi götürülən istənilən halın əqd bağlanana qədər və ya əqd bağlanan zaman mövcud olmasını tələb edir. Əqd bağlanana qədər mövcud olan vəziyyət isə, ondan ibarətdir ki, mübahisəli zirzəmiyə dair Azərbaycan Respublikası ƏMDK ilə İddiaçı arasında 01 fevral 2017-ci il tarixli alqı-satqı müqaviləsi bağlanarkən həmin zirzəminin sökülmüş, mövcud olmaması mülki iş materilları ilə istisna olunmur. Nəzərə alınmalıdır ki, mülki-hüquqi əqdlər, o cümlədən alqı-satqı müqavilələri, əmlak üzərində mülkiyyət hüququnun əldə edilməsi üsullarından biridir. Bununla əlaqədar olaraq kassasiya instansiy ası məhkəməsi hesab edir ki, ödənişli əqd üzrə daşınmaz əmlakın əldə edilməsı mülki qanunvericilikdə nəzərdə tutulmuş müəyyən qaydalara tabedir ki, bu qaydalara da əməl edilməməsi, əqdin etibarsız hesab edilməsinə və bunun nəticəsi kimi mülkiyyət hüququnun əmələ gəlməsi üçün əsasların mövcud olmamasına gətirib çıxarır. Apellyasiya instansiyası məhkəməsi mübahisəli zirzəmiyə dair Azərbaycan Respublikası ƏMDK ilə İddiaçı arasında bağlanmış 01 fevral 2017-ci il tarixli alqı-satqı müqaviləsinin şərtlərini Mülki Məcəllənin 404.1, 404.2-ci maddələrinin tələbləri baxımından təfsir edərkən, işin bütün müvafiq hallarını, o cümlədən, tərəflər arasında müqaviləyə qədərki danışıqları, yazışmaları, onların sonrakı hərəkətərini, eləcə də zirzəminin yerləşdiyi yaşayış binası qəzalı vəziyyətdə olduğu üçün onun sökülməsinə dair hələ 2016cı ilin fevral ayında səlahiyyəti dövlət orqanları tərəfindən müvafiq qərarların qəbul edilməsini, bu gün də həmin qərarların qüvvədə olmaqla məhkəmə qaydasında mübahisələndirilməməsini və beləliklə də mübahisəli zirzəmi tam məhv olduğu üçün onun qeydiyyatının hər cür hüquqi mənasını artıq itirməsini nəzərə almadan, yalnız alqı-satqı müqaviləsindəki söz və ifadələrin hərfi mənasını əsaslanaraq qarşılıqlı iddianın əsassız olması qənaətinə gəlmişdir. Halbuki, “Mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinə görə, qəzalı vəziyyətdə olan binalar (yaşayış sahələri) özəlləşdirilə bilməz. Mülki Məcəllənin 150.1-ci maddəsinə əsasən, daşınmaz əmlak tam məhv olarsa və bunun nəticəsində onun qeydiyyatı hər cür hüquqi mənasını itirərsə, maraqlı şəxs məhkəmə qaydasında qeydiyyatın ləğvini tələb edə bilər. Həmin Məcəllənin 150.2-ci maddəsinə görə, istənilən maraqlı şəxs qeydiyyatın ləğvi barəsində bundan xəbər tutduğu vaxtdan on gün ərzində məhkəməyə şikayət edə bilər. Eləcə də həmin Məcəllənin 203.1-ci maddəsində göstərilir ki, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat yazısı ləğv edildikdə, habelə daşınmaz əmlak tamamilə məhv olduqda, daşınmaz əmlaka mülkiyyət hüququ itirilir. Sadalanan maddələrin mənasına görə, daşınmaz əmlak tam məhv olarsa, bunun nəticəsində onun qeydiyyatı hər cür hüquqi mənasını itirir və həmin daşınmaz əmlak alqısatqı müqaviləsinin predmeti ola bilməz və daşınmaz əmlaka mülkiyyət hüququ itirilir. Apellyasiya instansiyası məhkəməsi qeyd olunan maddələrin tələbləri baxımından da qarşı lıqlı iddianın əsaslı olub-olmamasına hüquqi qiymət verməmişdir. Digər tərəfdən, səlahiyyətli dövlət orqanları tərəfindən sözügedən ərazidə yerləşən 7,5 ha torpaq sahəsinin 2016-cı ilin avqust ayından yeni hündürmərtəbəli çoxmənzilli yaşayış binalarının tikitisi üçün “xxxx” MMC daimi istifadəsinə verilməsindən Azərbaycan Respublikası ƏMDK məlumatsız olması inandırıcı, ağlabatan görünmür. Belə ki, mülki iş materialları ilə təsdiq olunur ki, sözügedən layihə, əslində pilot layihə olmaqla dövlət tərəfindən dəstəklənir və Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli, 86 saylı qərarı ilə sözügedən ərazidə 5 il müddətində mülki, mənzil, şəhərsalma və tikinti qanunvericiliyinin tələblərinə əməl etməklə qəzalı vəziyyətdə olan və mövcud şəhərsalma normalarına cavab verməyən yaşayış və qeyri-ya şayış binalarının sökülməsi, sakinlərin mənzil-məişət şəraitinin yaxşılışdırılması məqsədilə hündürmərtəbəli çoxmənzilli yaşayış binalarının tikintisi üçün sökülməsi nəzərdə tutulan qeyri-yaşayış və yaşayış evlərinin ərazilərindən istifadə edilməsi və dövlət mülkiyyətində olan torpaq sahələrinin daimi istifadəyə və icarəyə verilməsi Nərimanov rayon İcra Hakimiyyətinə tapşırılıb. Göründüyü kimi apellyasiya instansiyası məhkəməsi qeyd olunan hallara diqqət yetirmədən, sözügedən yaşayış binasının yerləşdiyi 7,5 ha torpaq sahəsinin sadalanan məqsədlər üçün Nərimanov rayon İHB-nın 09 avqust 2016-cı il tarixli sərəncamı ilə “xxxx” MMC daimi istifadəsinə verilməsini və məhz bundan sonra mübahisəli zirzəminin Azərbaycan Respublikası ƏMDK tərəfindən tez-tələsik İddiaçı satılmasını nəzərə almadan il k iddianı qismən əsaslı hesab etmişdir. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi, mübahisəli qeyri-yaşayış sahəsinin əvəzi olaraq, qeyri-yaşayış sahəsinin qanuni sahəsindən 20 faiz artıq sahə əlavə etməklə həmin ərazidə tikiləcək çoxmərtəbəli yaşayış evində İddiaçı qeyri-yaşayış sahəsi ilə təmin etməyi, eləcə də 21 fevral 2018-ci il tarixdən başlayaraq qeyri-yaşayış sahəsi təhvil verilənədək ona aylıq 800 manat kompensasiya ödənilməsi öhdəliyini “xxxx” MMC həvalə edib, kompensasiyanın məbləğini ağlabatan, məqsədəuyğun hesab etsə də, gəldiyi nəticəni maddi hüquq normalarının tələbləri baxımından kifayət qədər əsaslandırmamışdır. Belə ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının 07 dekabr 2007-ci il tarixli, 506İ İİQD nömrəli Qanununun tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 26 dekabr 2007-ci il tarixli, 689 saylı Fərmanının 2.3-cü bəndinə əsasən, dövlət ehtiyacları üçün alınan daşınmaz əmlakın mülkiyyətçisinə həmin daşınmaz əmlakın qanunvericiliyə uyğun olaraq hesablanmış bazar qiymətinin 20 faizi miqdarında satınalma qiymətinə əlavə haqq ödənilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli, 86 saylı Qərarından da göründüyü kimi həmin Qərarın ümdə məqsədi sosial istiqamətli olmaqla, sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına yönəlmişdir. Qərarın icrası üçün fiziki şəxslərin mülkiyyətində və ya istifadəsində olan əmlakların qanunvericiliyə uyğun olaraq onların razılığı ilə dəyəri ödənilməklə əldə edilməsinə və ya onların əvəzləşdiri lməsinə şəraitin yaradılması barədə müvafiq yerli icra hakimiyyəti orqanına tapşırıq verilmişdir. Kassasiya instansiyası məhkəməsi qeyd edir ki, mülkiyyətçiyə mübahisəli daşınmaz əmlakın bazar qiymətinin 20 faizi miqdarında satınalma qiymətinə əlavə haqq o, vaxt ödənilə bilər ki, Mülki Məcəllənin 157.9-cu maddəsində nəzərdə tutulan hallarla bağlı daşınmaz əmlak məhz dövlət ehtiyacları üçün geri alınsın və bu, qanunvericiliklə müəyyən edilmiş qaydalara əməl edilməklə müvafiq icra hakimiyyəti orqanının, yəni Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə həyata keçirilmiş olsun və Mülki Məcəllənin 246.3-cü maddəsinə görə, Nazirlər Kabinetinin qərarı daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış olsun. Ona görə də kassasiya instansiyası məhkəməsi hesab edir ki, işə apellyasiya qaydasında yenidən baxılarkən bu məsələ də, yəni mübahisəli zirzəminin dövlət ehtiyacları üçün alınıb-alınmadığı, kompensasiyanın məbləğinin adekvat olub-olmaması bir daha ətraflı araşdırılmalı və nəticəsindən asılı olaraq bu hissədə ilk tələbinin əsalılığına düzgün hüquqi qiymət verilməlidir. Kassasiya instansiyası məhkəməsi işin yuxarıda göstərilən faktiki hallarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alaraq hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv olunmalı və mülki iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır. Apellyasiya instansiyası məhkəməsi yuxarıda qeyd olunan pozuntuları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olma q üçün lazım olan bütün tədbirləri görməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, eləcə də araşdırılan sübutlara Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbləri baxımından düzgün hüquqi qiymət verməlidir. Həmin maddənin tələbinə görə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Qanunvericiliyin mənasına görə, sübutların qiymətləndirilməsi təfəkkür prosesi olub, iş üzrə toplanmış sübutetmə materialının həm qanunun tələbinə uyğunluğunun, həm də tamlığının, işə aidliyinin, mümkünlüyünün, obyektivliyinin, mötəbərliyinin müəyyən edilməsini və onların əsasında nəticəyə gəlinməsini ehtiva edir. Sübutların düzgün qiymətləndirilməsi baxılan işin mahiyyəti üzrə həll edilərək, qanuni və əsaslı qətnamənin çıxarılması üçün mühüm əhəmiyyət kəsb edir. Sübut o, halda mötəbər hesab olunur ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatlar işin həqiqi halına uyğun olur. Kassasiya instansiyası məhkəməsinin qənaətinə görə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıd ır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Azərbaycan Respublikası MPM-nin 81-ci maddəsinin tələbinə görə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 418.1-ci maddəsinin tələbinə əsasən, maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 418.3-cü maddəsinin tələbinə görə, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin, yaxud qərardadın ləğv edilməsi üçün o, vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416-420-ci maddələrinin tələblərəni rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi QƏRARA ALDİ: Cavabdeh “xxxx” MMC kassasiya şikayəti qismən təmin edilsin, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 08 iyul 2019-cu il tarixli, 2(103)-68/2019 saylı qətnaməsi ləğv edilsin, mülki iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar