Məhkəmə qərarları › İş №2(102)-784/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-784/2022

07.02.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-784/2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia tələbinə dair iş üzrə QƏRARİ Açar sözlər: mənzildən istifadə hüququnun itirilməsi 07.02.2022 Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı mənzildən istifadə hüququna xitam verilməsi tələbinə dair Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-8034/2021 nömrəli iş üzrə 21 sentyabr 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şika yətinə dair işə 07 fevral 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları ünvan 1 ünvanında yerləşən 28 nömrəli mənzil (bundan sonra – mübahisəli mənzil) 10 fevral 1976-cı il tarixdə order əsasında İddiaçı (bundan sonra – iddiaçı) atası X1, həmin ünvanda yerləşən 28A nömrəli mənzil isə sonuncunun qardaşı Cavabdeh3 verilmişdir. Mübahisəli mənzil 13 dekabr 1995-ci il tarixdə ilkin olaraq iddiaçının adına qeydiyyatdan keçmişdir və hazırda onun mülkiyyətindədir (Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 28.09.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli Çıxarış). İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 (b undan sonra - cavabdehlər) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin mübahisəli mənzildən istifadə hüquqlarına xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, mübahisəli mənzil xüsusi mülkiyyət hüququ ilə ona məxsusdur. Cavabdehlər onun xəbəri olmadan həmin mənzilə qeydiyyata düşmüşlər. Lakin hazırda orada yaşamadıqlarından mənzildə qeydiyyatları formal xarakter daşıyır. Bu isə, bir mülkiyyətçi kimi ona hüquqlarını həyata keçirməyə mane olur. Məhkəmə iclasında şahid qismində ifadə verən iddiaçının atası X2 ifadəsində bildirmişdir ki, mübahisəli 3 otaqlı mənzil 1976-cı ildə ona orderlə verilmişdir. 1994-cü ildə Bakı şəhəri General Mehmandarov küçəsi, ev 20A, 5 saylı mənzili almış və ora köçmüşdür. Mübahisəli mə nzildən köçdükdən sonra mənzili qızına bağışlamışdır. Qızı həmin vaxt evli olmuşdur. 1994-cü ildə mənzildən çıxanda o, öz qardaşının ailəsinə, uşaqlarına mənzildə yaşamağa icazə vermişdir. Onlar 1994-cü ildən həmin mənzildə yaşayırlar. Lakin onların ora qeydiyyata düşməsinə nə özü, nə qızı tərəfindən razılıq verilməmişdir. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(011)-359/2021 nömrəli iş üzrə 22 aprel 2021-ci il tarixli qətnaməsi ilə (hakim A.Həsənova) iddia tələbi qismən təmin edilmiş, Cavabdeh2 mübahisəli mənzildən istifadə hüquqlarının itirilməsi qət olunmuş, iddia tələbi qalan hissədə rədd edilmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, tərəflər arasında ailə hüquq münasibətləri 1976-cı ildə yarandığından h azırkı hüquq münasibətlərinə həmin dövrdə qüvvədə olan maddi hüquq normalarının tələblərinə uyğun olaraq hüquqi qiymət verilməlidir. Məhkəmə iddia tələbinin cavabdehlər Cavabdeh3 və Cavabdeh1 mənzildən istifadə hüquqlarının itirilməsi hissəsi ilə bağlı belə nəticəyə gəlmişdir ki, iddia tələbi həmin hissədə rədd olunmalıdır. Məhkəmə müəyyən etmişdir ki, 1976-cı ildə XXX və Cavabdeh3 qardaşlarına dövlət tərəfindən order əsasında mübahisəli ünvanda yerləşən iki mənzil verilmişdir- XXXa 28 nömrəli mübahisəli mənzil, Cavabdeh3 isə 28A nömrəli mənzil. 1976-cı ildən 1994-cü ilədək Cavabdeh3 öz ailəsi ilə 28A nömrəli mənzildə, XXX isə 28 nömrəli mənzildə yaşamışlar. 1994-cü ildə XXX öz ailəsi ilə birlikdə 28 nömrəli mənzildən General Mehmandarov küçəsində yerləşən mənzilə köçmüş, qardaşı Cavabdeh3 və onun ailə üzvlərinə özünə məxsus mənzildən istifadə etmələri üçün icazə vermişdir. 1994-cü ildə XXX ailəsi ilə birlikdə köçdükdən sonra 28 nömrəli mənzildə Cavabdeh3 və oğlu Cavabdeh1 yaşamağa başlamışlar. Digər oğlu Cavabdeh2 isə ailəsi ilə birlikdə 28A nömrəli mənzildə yaşamağa başlamışdır. 28A nömrəli mənzil Cavabdeh2 mülkiyyətindədir. Məhkəmə hesab etmişdir ki, cavabdehlər Cavabdeh3 və Cavabdeh1 mənzildən istifadə hüquqlarının itirilməsinə yalnız mülkiyyətçinin kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Belə ki, onlar öz ailə üzvləri ilə birlikdə 1994-cü ildən mübahisəli 28 mənzildə yaşadıqlarından, həmin mənzildə qeydiyyatda olduqlarından və onların yaşayış sahəsindən istifadə hüququ mövcud olduğundan iddia tələbi onlara aid hissədə təmin oluna bilməz. Məhkəmə iddia tələb inin Cavabdeh2 mənzildən istifadə hüququnun itirilməsi hissəsi ilə bağlı belə qənaətə gəlmişdir ki, iddia tələbi həmin hissədə təmin edilməlidir. Belə ki, məhkəmə iclaslarında Cavabdeh2 özünə məxsus evin olmasını qeyd etmiş, hazırkı evdən qeydiyyatdan çıxmağa etiraz etmədiyini bildirmişdir. Hazırda onun daimi yaşamaq üçün mülkiyyəti mövcuddur və mübahisəli yaşayış sahəsi ilə bağlı tələbatı aradan qalxmışdır. Məhkəmə öz mövqeyini, 01 oktyabr 2009-cu ilədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin (bundan sonra – 01.10.2009-cu ilədək qüvvədə olmuş Mənzil Məcəlləsi) 123-cü, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 228.4-cü, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 88, 217.2, 217.4-cü maddələrinə, Konstitusiya Məhkəməsi Plenumunun “R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 26 sentyabr 2007-ci il tarixli qərarına istinadla əsaslandırmışdır. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin qismən - iddianın təmin olunmayan hissədə ləğv edilməsini, iddianın tam təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, cavabdehlərin mülkiyyətində olan mübahisəli mənzildə müvəqqəti yaşamalarına icazə versə də, qeydiyyata düşmələrinə razılıq verməmişdir. Cavabdehlər onun ailə üzvləri sayılmırlar. Məhkəmə bu halları nəzərə almamış, maddi hüquq normalarını səhv tətbiq etmişdir. İşin apellyasiya icraatı zamanı müəyyən olunmuşdur ki, Cavabdeh3 08 may 2021-ci il tarixdə vəfat etmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-8034/2021 nömrəli iş üzrə 21 sentyabr 2021-ci il tarixli qərardadı ilə (hakimlər – R.Eyvazov (sədrlik edən və məruzəçi), Ş.Məmmədova və F.Talışinski) iddia tələbi yaşayış sahəsinə istifadə hüququna xitam verilməsi ilə bağlı olduğundan və hüquq münasibəti özü-özlüyündə hüquq varisliyinə yol vermədiyindən, birinci instansiya məhkəməsinin qətnaməsi Cavabdeh3 aid hissədə ləğv olunmuş, həmin hissədə işin icraatına xitam verilmişdir. İşin apellyasiya icraatı zamanı iddiaçının nümayəndəsi (vəki li) apellyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, 1976-cı ildə həm iddiaçının, həm də cavabdehlərin atalarının adına 28 və 28A nömrəli mənzillərə dair 2 order verilməsinə baxmayaraq, mənzil faktiki olaraq bir əmlakdır və orada hər hansı arakəsmə yoxdur. Cavabdehlər də iddiaçı kimi doğulduqları andan həmin mənzildə yaşamışlar, hazırda da yaşamağa davam edirlər. İddiaçı isə ailə qurduqdan sonra başqa ünvana köçmüş və təxminən 20 ildir orada yaşamır. Atası vəfat etdikdən sonra evi iddiaçıya bağışlamış və mənzil onun adına xüsusi mülkiyyət hüququ ilə qeydiyyata alınmışdır. Lakin cavabdehlər iddiaçının razılığı olmadan mənzilə qeydiyyata düşməklə mülkiyyətçi kimi onun hüquqlarını pozmuşlar. Cavabdehlər faktiki olaraq həm 28, həm də 28A nömrəli mənzillərdən istifadə edirlər. Məhkəmə icl asında Cavabdeh1 və onun vəkili, apellyasiya şikayətinə etiraz edərək bildirmişlər ki, iddiaçı və cavabdehlər doğulduqları andan mübahisəli mənzildə uzun müddət birlikdə yaşamışlar. 1994-cü ildə Cavabdeh3 28 nömrəli mənzilin əvəzində qardaşına, yəni iddiaçının atasına başqa yaşayış sahəsi almış və o, ailəsi ilə birlikdə ora köçmüşdür. Cavabdehlər isə 30 ildir ki, mübahisəli mənzildə yaşayırlar və mənzilin bütün kommunal xərclərini ödəyirlər. Tərəflər arasında bununla bağlı əvvəllər heç bir problem olmamışdır, hazırda isə müəyyən ailə münaqişələri olduğundan iddiaçı belə bir iddia qaldırmışdır. Apellyasiya instansiyası məhkəməsinin 2(103)-8034/2021 nömrəli iş üzrə 21 sentyabr 2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi a pellyasiya şikayətinə əsasən yoxlanılan hissədə (Cavabdeh1 aid) dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, iki nömrə verilməsinə baxmayaraq, faktiki olaraq 28 və 28A nömrəli mənzillər bir girişi olmaqla vahid daşınmaz əşyadır. Məhkəmə birinci instansiya məhkəməsinin qənaətini qanuni və əsaslı hesab etməklə, cavabdehin sözügedən mənzildə 2000-ci ildən əvvəl daimi yaşamasını nəzərə alaraq, 01.10. 2009-cu ilədək qüvvədə olmuş Mənzil Məcəlləsinin 53, 54, 60, 87-ci maddələrinə istinadla qeyd etmişdir ki, mübahisə predmeti olan mənzil 1976-cı ildə (28 və 28A nömrə kimi qeyd olunmuş) cavabdehin atasına və əmisinə order əsasında verilmiş və Cavabdeh1 həmin vaxtdan hal-hazıradək həmin mənzildə yaşayır. Belə olan halda, qeyd olunan normaların təl əbləri baxımından cavabdeh həm atasına, həm də əmisinə münasibətdə ailə üzvü sayılmaqla mənzilə istifadə hüququ olan şəxsdir. Bu hüquqa xitam verilməsi isə yalnız kompensasiya verilməsi yolu ilə mümkündür. Məhkəmə öz mövqeyini, həmçinin Azərbaycan Respublikası Konstitusiyasının 28, 43-cü, Mülki Məcəllənin 158.4, 228.2-ci maddələrinə istinadla əsaslandırmışdır. Qətnamədən iddiaçı kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri İddiaçı (Vəkil2) kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın tam həcmdə təmin olunması barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayətində qeyd olunmuşdur ki, cavabdehin mübahisəli mənzildə istifadə hüququ olmamışdır, ona görə də, mübahisəyə Mülki Məcəllənin 228.2-ci maddəsi tətbiq oluna bilməz. Bundan başqa, məhkəmə cavabdehin ailə üzvü olmadığını nəzərə almamış, mübahisəyə səhvən 01.10.2009-cu il tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsinin 53-cü maddəsini tətbiq etmişdir. Həmçinin, cavabdehin iddiaçıya məxsus mənzilə onun icazəsi olmadan qeydiyyata düşməsi onun istifadə hüququnun olmasının sübutu kimi qiymətləndirilə bilməz. Məhkəmə MPM-in 88-ci maddəsini pozaraq həmin hala istinad etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz verilməmişdir. Kassasiya baxışının hədləri Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olu nub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kassasiya icraatı üzrə birinci instansiya məhkəməsinin qətnaməsini iddiaçının apellyasiya şikayəti əsasında iddianın təmin olunmayan hissəsində yoxlamış apellyasiya instansiyası məhkəməsinin aktı həmin tərəfin kassasiya şikayəti əsasında tam yoxlanılır. Tətbiq edilən hüquq 01 oktyabr 2009-cu ilədək qüvvədə olmuş Mənzil Məcəlləsi İcarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara ma likdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər (maddə 53.). İcarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə müəyyən edilmiş qaydada köçürmək ixtiyarına malikdir. Həddi-büluğa çatmamış uşaqların öz valideynlərinin yanına köçürülməsi üçün ailə üzvlərinin razılığı tələb edilmir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər sur ətdə istifadə etmək hüququ əldə edirlər (maddə 54). İcarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır (maddə 60). Yaşayış sahəsinin icarədarı ailə üzvlərinin razılığı ilə istənilən vaxt icarə müqaviləsini pozmaq ixtiyarına malikdir. İcarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsini icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir (maddə 87). MPM Bu Məcəllənin 159, 269, 280, 284-5, 394-1, 397.2, 403-1.6, 414.1, 422, 431-3 və 437-ci maddələrində nəzərdə tutulmuş hallarda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Bu Məcəllənin 394-1, 397.2 və 414.1-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmənin qərardadına əsasən işə məhkəmə iclasında baxıla bilər (maddə 10.8-1). Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir (maddə 77.1). Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (maddə 14.2). Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (maddə 217.4). Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir (maddə 407.2). Kassasiya instansiyası məhkəməsi işə şi kayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416.1). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin, yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiy a instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və Məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Nəzərə alınmalıdır ki, 01 oktyabr 2009-cu ilədək qüvvədə olmuş Mənzil Məcəlləsinin 53 və 54-cü maddələri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri ilə yanaşı icarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxsləri də icarədarın ailə üzvləri hesab edir, icarədara özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə başqa şəxsləri də yaşadığı sahəyə müəyyən edilmiş qaydada köçürmək ixtiyarı verirdi. İşə baxmış məhkəmələr mübahisəni məhz hüquq münasibətlərinin yarandığı dövrdə qüvvədə olmuş həmin Məcəllənin tələblərinə uyğun həll etmişlər. Apellyasiya instansiyası məhkəməsinin öz qətnaməsini əsaslandırmaq üçün qüvvədə olan Mülki Məcəllənin 228-ci maddəsinə istinad etməsi mahiyyəti üzrə düzgün olan qətnamənin ləğvi üçün əsas ola bilməz. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-8034/2021 nömrəli iş üzrə 21 sentyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar