Məhkəmə qərarları › İş №2(102)-7849/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-7849/2019

25.12.2019 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-7849/2019 25.12.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi - hakim), Əsgərov Qürbət Ağa oğlu və Hacıyev Sənan Firudin oğlundan ibarət tərkibdə, İmanov Turqut Muxtar oğlunun katibliyi, İddiaçının vəkili Vəkil X3 oğlunun iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 26 iyul 2019-cu il tarixli 2(103)-8613/2019 saylı qətnaməsindən İddiaçı və vəkili Vəkil X3 oğlu tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, qanuni sahibliyində və istifadə sində olan X3 ünvanında yerləşən yaşayış sahəsi ilə bağlı gəlini - Cavabdeh1, nəvəsi Cavabdeh2, nəvəsi X2, gəlini Cavabdeh4, nəvəsi Cavabdeh5, nəvəsi Cavabdeh6, keçmiş gəlini Cavabdeh8, nəvəsi X3 və Cavabdeh9 istifadə hüquqlarına xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin (hakim Məhəmməd Rüstəmli) 08 aprel 2019-cu il tarixli, 2(001)-1064/2019 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh1, Cavabdeh2, X2, Cavabdeh8, X3, Cavabdeh9 X3ünvanından istifadə hüquqlarına xitam verilməsi qət edilmiş, gəlini Cavabdeh4, nəvəsi Cavabdeh5, nəvəsi Cavabdeh6 qarşı hissədə iddia rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər Elşən Kazımov - sədrlik edən və məruzəçi, Tofiq Səmədov və İkram Şirinov) 26 iyul 2019-cu il tarixli 2(103)-8613/2019 saylı qətnaməsi ilə İddiaçı apellyasiya şikayəti təmin edilməyərək iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 08 aprel 2019-cu il tarixli, 2(001)-1064/2019 nömrəli qətnaməsi İddiaçı apellyasiya şikayəti üzrə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. İddiaçı və vəkili Vəkil X3 oğlu kassasiya şikayəti verərək iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 26 iyul 2019-cu il tarixli 2(103)-8613/2019 nömrəli qətnaməsinin ləğv edilərək işə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdirlər. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə yalnız Cavabdeh4 izahatına əsaslanaraq onun uzun müddət ərzində mübahisəli mənzil də məcburiyyət üzündən yaşaya bilməməsi nəticəsinə gəlmişdir. Məhkəmənin gəldiyi nəticə MPM-nin 77-ci maddəsinin pozulması deməkdir. “Məcburiyyət üzündən yaşaya bilməməsinə” dair cavabdehin söylədikləri onun etirazının əsası kimi istinad etdiyi haldır. Lakin bu hal təsdiq olunmur. Əgər məcburiyyət var idisə, nə üçün məhkəməyə və ya digər hüquq mühafizə orqanlarına müraciət olunmamışdır. Əgər olunmuşdursa, onda bunları təsdiq edən sənəd-sübutlar nə üçün məhkəməyə təqdim edilməmişdir. Bundan əlavə, bir yaşayış yerinin 14 il tərk olunması nə ilə izah olunur. Bu müddət hansı əsasla yaşayış yerini müvəqqəti tərk etmə hesab edilə bilər. Bundan əlavə, Cavabdeh4 mübahisəli mənzili əri və övladları ilə birlikdə tərk etmişdir. Əgər ərinin heç bir iddiası olmamışdırsa, o, hansı əsasla mənzilə dair iddia irəli sürə bilər. Məhkəmənin mübahisəli mənzildən istifadə ilə bağlı münasibətlərin 01 sentyabr 2000-ci il tarixədək yarandığı, bununla əlaqədar cavabdehlərin mənzildən istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisənin 01 oktyabr 2009-cu ilədək qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 53, 54 və 87-ci maddələrinin tələblərinə uyğun həll edilməsi qənaəti ilə razıdır. Lakin eyni zamanda qeyd olunmalıdır ki, məhkəmə 01 oktyabr 2009-cu ilədək qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 53, 54 və 87-ci maddələrinin tələblərini düzgün şərh etməmiş və mübahisəyə düzgün tətbiq etməmişdir. Əgər həmin maddələri düzgün tətbiq etsə və tərəflər arasındakı münasibətləri düzgün qiymətləndirsə idi, onda cavabdehlərin hüquqlarının itirilmiş o lması nəticəsinə gəlməli idi. Lakin, bunun əksi olmuşdur. Cavabdeh4 1964-cü il təvəllüdlü X2 X1 ailə quraraq həyat yoldaşı kimi onlarla birlikdə yaşayıb. Onların birgə nikahdan olan övladları Cavabdeh6 xx.xx.1991-ci il tarixdə, Cavabdeh5 isə 12,09.1993-cü il tarixdə anadan olmuşlar. Cavabdehlərin həmin mənzildə 2005-ci il tarixə kimi yaşamaları, istifadə etmələri, icarədar kimi hüquq və vəzifələrinin olması inkar olunmur. Lakin 2005-ci il tarixdə onlar məcburi deyil, könüllü olaraq mənzili tərk etmişlər. Belə ki, X2 Biləcəri qəsəbəsində torpaq sahəsi alaraq orada fərdi ev tikdirmiş, ailə üzvlərini oraya köçürmüşdür. X2 2015-ci il tarixdə vəfat etmiş, buna qədər öz ailəsi ilə birlikdə yaşamışdır. Əgər cavabdehlərin mənzil hüquqları pozulsa idi, məhkəməyə müraciət edər, hüquqlarını bərpa etd irərdilər. Lakin, onların hüquqlarının pozulmasını təsdiq edən məhkəmə aktı yoxdur. Yaşayış praktikasından və ictimai həyatın ətrafda olan örnəklərindən görünür ki, bu müddətə evdən çıxan şəxslər daimi olaraq köçmüş hesab olunur, əgər o, əksini isbat edə bilmirsə. Hazırki işdə sözügedən cavabdehlərin daimi və ya müvəqqəti olaraq başqa yerə getmələrini onların özləri sübut etməlidirlər. İddiaçı Mənzil Məcəlləsinin 87-ci maddəsinə istinad edərək bildirir ki, cavabdehlər daimi yaşamaq üçün həmin yaşayış məntəqəsindən digər yaşayış sahəsinə köçdükləri üçün mübahisəli yaşayış sahəsinə olan hüquqları pozulmuş hesab edilməlidir. Onların daimi yaşamaq üçün getdiklərini təsdiq edən əsas dəlil mərhum X2la birlikdə mənzili tərk etmələri, 13-14 il ərzində nə iddiaçının oğlu, nə də ki, ailə üzvləri tər əfindən mənzillə bağlı hüquqlarının pozulması ilə əlaqədar məhkəməyə müraciət etməmələri, mənzildən köçmə müddətinin uzun müddət olmasıdır. Əgər onlar müvəqqəti olaraq mənzildən köçüblərsə, bunu cavabdehlər sübut etməlidirlər. Qətnamədən görünür ki, məhkəmə MPM-nin 77.1-ci maddəsini tətbiq etməmiş və cavabdehlərdən öz etirazının əsası kimi istinad etdiyi halları sübut etmələrini tələb etməmişdir. Əksinə, guya iddiaçının cavabdehlərin daimi olaraq başqa ünvana köçmələrini təsdiq etmədiyi nəticəsinə gəlmişdir. Məhkəmə qətnamə qəbul edərkən 01 oktyabr 2009-cıı ilədək qüvvədə olan Mənzil Məcəlləsinin 87ci maddəsini düzgün şərh etməmiş və düzgün tətbiq etməmişdir. Belə ki, sözügedən cavabdehlərin mənzildə yaşamaq maraqları olmamışdır, əks halda hansısa tələb irəli sürər, yaşamaq hüquqlarını məh kəmə qaydasında tanıtdırardılar. Lakin bunu etdirməmişlər. Bununla belə, gələcəkdə hansısa payı əldə etmək üçün qeydiyyatdan çıxmağa çalışmamışlar. Məhkəmə “cavabdehlərin daimi əsaslar olmadan başqa ünvanda yaşamaları” ifadəsi ilə özü təsdiq edir ki, cavabdehlər başqa ünvanda yaşayırlar. Yəni, haradasa da yaşadıqları yer vardır. “Daimi əsaslar olmadan ”ifadəsi isə tamamilə fərziyyə üzərində qurulmuş fikirlərdir. Cavabdehlərin mənzildən çıxmaları ilə bağlı hallar necə daimi əsaslar deyildir ki, onların mənzildə heç bir mənzil-məişət əşyaları, geyim və şəxsi əşyaları yoxdur. Adətən, ailə üzvlərindən biri mübahisə ilə bağlı harayasa gedəndə, yenidən qayıdacağı fikri ilə əşyalarının bir hissəsini aparmır, daimi yaşadığı mənzildə saxlayır. Cavabdehlər mənzildən düz 14 ildir ki, ailənin başçısı X2la bir yerdə çıxıblar. Fikirləri də daimi yaşamaq üçün başqa yerə köçmək olmuşdur. Belə bir halda, məhkəmənin bu qiymətləndirməsi yanlış və qanunvericiliyə zidd olmuşdur. Apellyasiya instansiyasının qətnaməsinin qəbulundan sonra cavabdehin eyni yaşayış məntəqəsində adına torpaq sahəsi olmasına dair və torpaqla bağlı vergi verməsinə dair bələdiyyə orqanından müvafiq sənəd əldə edilərək kassasiya şikayətinə əlavə edilmişdir. Cavabdeh ailə üzvləri ilə birlikdə həmin torpaq sahəsində oğlu X2ın tikdirdiyi, lakin qeydiyyatdan keçməmiş fərdi həyət evində yaşayır. PROSESSUAL MƏSƏLƏLƏR: Məhkəmə kollegiyasının iclasında iddiaçının vəkili Vəkil X3 oğlu kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Digər tərəflərə işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar e dilmişlər. Lakin onlar məhkəmə iclasına gəlməmişlər və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. İşin məhkəmələr tərəfindən müəyyən edilmiş faktiki hallarından görünür ki, mübahisə predmeti olan Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Y.Hüseynov küçəsi, 4 saylı evin 26 saylı mənzilinin icarədarı X4 olmuş və o, 14 iyul 1988-ci il tarixdə vəfat etmişdir. İddiaçı Əşrəf Soltanovun arvadı, Cavabd eh4 iddiaçının gəlini, Cavabdeh5 və Cavabdeh6 isə nəvələridir. Mübahisəli mənzil dövlətin balansında olmaqla hələlik hər hansı şəxsin adına özəlləşdirilməmişdir. Cavabdeh4 iddiaçının razılığı ilə həmin mənzilə gəlin köçmüş, digər cavabdehlər olan nəvələri isə həmin mənzildə doğulmuşdur. İddiaçının tələblərinə əsasən digər şəxslər kimi gəlini Cavabdeh4, nəvəsi Cavabdeh5, nəvəsi Cavabdeh6 da mübahisəli mənzilə istifadə hüquqlarına xitam verilməlidir, ona görə ki, onlar 2015-ci ildə vəfat etmiş oğlu X5 ailə üzvləridir. X2 hələ sağlığında təxminən 2005-2007-ci illərdə Biləcəridə aldığı torpaq sahəsində fərdi ev tikmiş və ailəsi ilə birlikdə mənzildən çıxaraq yeni evinə köçmüşdür. Həmin evdə uşaqların böyük toy məclisi, oğlunun yas mərasimi keçirilmişdir. Bakı şəhəri, 113 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən verilmiş 07.02.2019-cu il tarixli arayışda göstərilmişdir ki, Cavabdeh4 və oğlanları Cavabdeh5 və Cavabdeh6 mübahisə predmeti olan mənzildə yaşamırlar. Cavabdehin isə iddiaya olan etirazının əsası ondan ibarətdir ki, özünün şəxsi evi və yaşamağa başqa yeri yoxdur. X6ynanası gildə, özü isə digər oğlu X1 bacısına məxsus evdə yaşayır. Əri də orda-burda qalmaqdan, şəraitsizlikdən vərəm xəstəliyi tutmuş və vəfat etmişdir. Mübahisəli evdə yaşamağa ona və ailə üzvlərinə imkan verilmədiyinə görə bir neçə dəfə məhkəmə mübahisəsi açmış, lakin iddiaçı hər dəfə onunla barışaraq evə köçürmüş, o, da məcbur qalıb şikayətini geri götürmüşdür. Apelyasiya instansiyası məhkəməsinin Azərbaycan SSR-in 08.07.1982-ci il tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikası Mənzil M əcəlləsinin 53, 54, 87-ci maddələrinə, «Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 1999-cu il 12 mart tarixli Qərarının 2-ci bəndinə, «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin 1-ci hissəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2001-ci il tarixli qərarına, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5ci maddəsinə istinad etməklə işin materialları üzrə gəldiyi nəticələrin əsaslandırılmasından görünür ki, Cavabdeh4 iddiaçının razılığı ilə həmin mənzilə gəlin köçmüş, digər cavabdehlər olan nəvələri isə həmin mənzildə doğulmuşdur. İddiaçı ilə gəlini Cavabdeh4 mübahisəli mənzildən istifadə ilə bağlı münasibətləri p ozulmuş, buna görə də cavabdehlər məcburən həmin mənzildə yaşaya bilmirlər. Cavabdehlər Cavabdeh4 Cavabdeh5 və Cavabdeh6 mübahisəli mənzildən daimi olaraq getməmələri həm də onların həmin mənzildə qeydiyyatda qalmaları ilə də təsdiq olunur. Bununla yanaşı, iddiaçı ilə cavabdehlərin mübahisəli mənzildən eyni hüquqları, yəni hər iki tərəfin mənzildən istifadə hüquqları vardır, birinin digərinə nisbətdə hər hansı bir üstün hüququ və mənafeyi yoxdur. Beləliklə də, iddiaçı ilə qeyd olunan cavabdehlər arasında mübahisəli mənzildən istifadə ilə bağlı mübahisələr yaranmış və məhz bunların nəticəsi olaraq cavabdehlər istifadə hüquqlarının olmasına baxmayaraq mübahisəli mənzildə yaşamaq hüququndan məhrum olmuşlar. Apellyasiya instansiyası məhkəməsinin gəldiyi digər nəticələrdən görünür ki, cavabdehl ər Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 mübahisəli mənzildən istifadə hüquqlarına xitam verilməsi həmin hüququn əldə edilməsini zəruri edən əsas, yəni yaşayış sahəsinə ehtiyac aradan qalxdıqda mümkün ola bilərdi. Çünki, onların mübahisəli mənzildən istifadə hüquqlarını həyata keçirə bilməməsinin səbəbləri onların yaşayış sahəsinə olan ehtiyaclarının aradan qalxması deyil, onların mənzildən istifadə etmək ehtiyacının olmasına baxmayaraq, hazırki iş üzrə iddiaçının (həmçinin mənzildə yaşayan iddiaçının X1 adlı oğlunun və X1adlı qızının) həmin mənzildən istifadələrini mümkünsüz etdiyi hallardır. Ona görə də, cavabdehlərin mübahisəli mənzildən yalnız qısa yaxud uzun müddətə müvəqqəti olaraq başqa yerə getmələri və orada yaşamalarına görə xitam verilə bilməz. Apellyasiya instansiyası məhkəməsinin işin materialları üzrə gəldiyi nəticələrdən daha sonra görünür ki, cavabdehlərin daimi əsaslar olmadan başqa ünvanda yaşamaları onların mübahisəli mənzildə yaşamalarına ehtiyaclarının aradan qalxması üçün əsas deyildir. Çünki, onların Azərbaycan Respublikasında digər yaşayış sahələri olmasına dair iddiaçı tərəfindən hər hansı bir mötəbər sübut məhkəməyə təqdim edilməmişdir. Belə ki, təqdim edilmiş akt və arayışda cavabdehlərin mübahisəli mənzildə yaşamadıqları göstərilsə də, lakin hansı səbəbdən yaşamadıqlarını yaxud yaşaya bilmədikləri bu sənədlərdə təsdiq olunmur. İş üzrə dindirilmiş şahidlər də, ikisi iddiaçının övladları, biri isə iddiaçı ilə çox yaxın münasibətlərdə olan şəxsdir. Onların ifadələri də məhz bu xarakterli mübahisə üçün mötəbər hesab edilə bilməz. Çünki, onların qeyd ol unan cavabdehlərin mübahisəli mənzildən istifadə hüquqlarının itirilməsində (iddiaçının övladlarının) xüsusi maraqları vardır. Bu maraq mübahisəli mənzilin özəlləşdirilməsi prosesində həmin cavabdehlərin iştirak etməməsinə nail olmaqdan ibarətdir. Əlbətdə ki, Cavabdeh4 gətirdiyi dəlillərin daha mötəbər olduğunu nəzərə alaraq onun və digər cavabdehlərin bu prosesdən kənarda qalmasına məhkəmə aktı ilə şərait yaratmaq onlara münasibətdə ədalətsizliyə səbəb ola bilər. 1936-cı il təvəllüdlü iddiaçı da qeyd olunan cavabdehlərin mübahisəli mənzildə yaşayış sahəsinə ehtiyacının aradan qalxmadığını anlayır və başa düşür. Çünki, onların mübahisəli mənzildən başqa, adlarına hər hansı bir yaşayış sahəsi (ev, mənzil, torpaq sahəsi və.s) olması müəyyən edilməmiş, həmçinin mübahisəli mənzildən istifadə h üququna ehtiyacları aradan qalxmamışdır. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi bu nəticələr ilə razılaşmır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozaraq, iş üzrə əhəmiyyətli olan halları tam, hərtərəfli və obyektiv araşdırmamışdır. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi iddiaçının qeyd edilən cavabdehlərə qarşı iddiasının əsasını təşkil edən hallara diqqət yetirməmiş, iddianın dəlilləri üzrə tam araşdırma aparmamışdır. Belə ki, «Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 1999-cu il 12 mart tarixli Qərarının 2-ci bəndinə müvafiq olaraq, Azərbaycan Respublikası nın Mənzil Məcəlləsinin 60-cı maddəsinin İ hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə icarədarın və ya onun ailə üzvlərinin müvəqqəti, o cümlədən altı aylığa və daha uzun müddətə başqa yerə getməsi bu şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir. Mənzil qanunvericiliyinə əsasən tərəflər arasında yaranmış bu mübahisələrə məhkəmə tərəfindən baxılarkən yaşayış sahəsində 6 ay və daha uzun müddətdə yaşamamağının səbəbləri araşdırılmalı, bu xüsusat digər hallarla birlikdə məcmu qaydada tədqiq olunmalı və məhkəmənin müvafiq qərarında əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mənzil Məcəlləsin in 87-ci maddəsinin 2-ci hissəsinə əsasən icarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə, yaşayış sahəsinin icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. İşin materiallarından görünür ki, qeyd edilən cavabdehlərin, eləcə də iddiaçının ailə üzvü olmuş mərhum oğlu X7 vəfat etməmişdən əvvəl 2005-ci ildə ailəsi ilə mübahisəli mənzildən çıxıb getmişlər. İddiaçı müvafiq iddia tələbi irəli sürənə qədər keçən 14 il müddət ərzində cavabdehlər mənzildən istifadə etmək ehtiyaclarının olması və mənzilə buraxılmamaları əsası ilə həmin mənzilə köçürülmələri barədə məhkəmədə iddia qaldırmamışlar. İddiaçının izahatlarından da görünür ki, X2 hələ sağlığında təxminən 2005-2007 -ci illərdə Biləcəridə aldığı torpaq sahəsində fərdi ev tikmiş və ailəsi ilə birlikdə mənzildən çıxaraq yeni evinə köçmüş, hətta həmin evdə uşaqların böyük toy məclisi, oğlunun yas mərasimi keçirilmişdir. Cavabdeh4 bu xüsusatla bağlı birinci instansiya məhkəməsində qeyd etmişdir ki, o, ailəsi ilə birlikdə çöldə qalmamaq üçün qızıllarını sataraq bacısı ilə birlikdə Binəqədi rayonu ərazisində özbaşına tikili tikərək, orada yaşamış, sonradan həmin ev uçduğuna görə kirayədə qalır. Məhkəmə kollegiyası hesab edir ki, hazırki iş üzrə əhəmiyyətli fakt olsa da, apellyasiya instansiyası məhkəməsi həqiqətən də Binəqədi rayonunda və ya Biləcəri qəsəbəsində cavabdehin adına və ya onun mərhum həyat yoldaşının adına torpaq sahəsinin ayrılması, yaşayış evinin mövcud olması barədə müvafiq araşdırma aparmam ış, həmçinin cavabdehlərin məcburiyyətdən həmin mənzildə yaşaya bilməməsi kimi gəldiyi qənaətə hansı sübutlar əsasında gəlinməsini əsaslandırmamışdır. Kollegiya qeyd edir ki, məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni subutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. Azərbaycan Respublikasının MPM-nin: - 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. - 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli ol an işin halları başqa sübutlarla təsdiq oluna bilməz. - 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinin dəlillərini müzakirə edib hesab edir ki, işdə olan sübutları təhlil etmədən, onların mötəbərliyini yoxlamadan işin bu və ya digər faktiki hallarının müəyyən edilmiş və ya müəyyən edilməmiş hesab edilməsi yolverilməzdir və işin məhkəmə tərəfindən müəyyən edilmiş hesab olunan hər bir halı barədə məhkəmənin gəldiyi yekun nəticə işdə olan sübutlarla təsdiq olunmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, onları əlaqəli şəkildə şərh etməli, bu və ya digər sübutun qəbul edilib-edilməməsinin səbəblərini qətnamədə aydın izah etməlidir. Eyni hüquqi mövqe “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı qərarında da təsbit edilib göstərilmişdir. Qanunvericiliyə görə işin hərtərəfli tədqiqi baxılan iş üzrə yaranan bütün məsələlərin məcmusunun, onların daxili əlaqəsi nəzərə alınmaqla mübahisə edən tərəflərdə hər birinin xeyrinə, həm də mənafeyinin ziddinə olan halların yoxlanılmasını əhatə etməlidir. İşin hallarının tam tədqiqi dedikdə mübahisənin düzgün həllinə təsir edən bütün materiallar, faktların tədqiq, həm də mübahisənin düzgün həllinə təsir edən digər hallar araşdırılmalıdır. Azərbaycan Respublikasının Konstitusiyasında ədalət mühakiməsinin həyata ke çirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması (127-ci maddəsinin İİ hissəsi) təsbit olunmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin Azərbaycan SSR-in 08.07.1982-ci il tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 53 və 54-cü maddələrinə istinad etməsi yalnız qeyd edilən cavabdehlərin mübahisəli mənzildə yaşamalarının davam etməsi və ya onların hüquqları olduğu mənzildən istifadə edilməsinə digər şəxslər tərəfindən ciddi maneələr yaradıldığı halda tətbiq oluna bilərdi. Hazırki vəziyyətdə isə qeyd edilən cavabdehlərin uzun müddət mübahisəli mənzildə yaşamamalarının səbəbi tam araşdırılmadığı halda qeyd edilən maddi hüquq normalarının tələbləri baxımından mübahisənin həlli qanuni və ədalətli sayıla bilməz. Beləliklə də, kollegiya hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qətnaməsi qeyd edilən tələblərə cavab vermir. Apellyasiya instansiyası məhkəməsi işə baxarkən həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmamış, işin faktiki hallarını düzgün müəyyənləşdirməmiş, cavabdehlərin mübahisəli mənzildən məcburən çıxıb getmələrinə dair sübutlar təqdim etməmələrinə, mənzildən köçərək uzun müddət başqa yaşayış sahəsində yaşamalarına, mübahisəli mənzildə hər hansı əmlaklarının qalıb-qalmamasına, cavabdehin mərhum ərinin hələ sağlığında və ondan sonra mənzilə buraxılmamaları əsası ilə hər hansı iddia qaldırmamalarına Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsinin 2-ci hissəsini tələbləri baxımından düzgün qiymət verməmiş, həmin şəxslərin başqa ünvanda daimi əsaslarla yaşamasını sübut etmək yükünü bütünlüklə iddiaçının üzərinə qoymaqla, maddi və prosessual qanunvericiliyin tələblərini pozmuşdur. Ona görə də qətnamə ləğv edilməli, iş yeni apellyasiya baxışına qaytarılmalı, kassasiya şikayəti təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 418.3-cü maddəsində göstərilir ki, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin, yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qə tnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Məhkəmə kollegiyası hesab edir ki, işə yenidən baxan məhkəmə yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, apellyasiya şikayətinin dəlillərinə, eləcə də araşdırılan sübutlara, həmçinin kassasiya şikayətinə əlavə edilmiş Biləcəri Bələdiyyəsinin Cavabdeh4 əmlak və torpaq vergisi ödəyicisi olması barədə şəxsi hesab vərəqəyə də Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbləri baxımından düzgün qiymət verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutar aq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı və vəkili Vəkil X3 oğlu tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 26 iyul 2019-cu il tarixli 2(103)-8613/2019 saylı qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar