Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-785/2025 22.04.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: mənzil mübahisələri, istifadə hüququ olmayan şəxsin mənzildən çıxarılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər X4 (məruzəçi), Xıdırov Əhliman Mehman oğlu və Babayev Zəki Baba oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı evdən çıxarılma tələbinə dair mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-1728/2024 nömrəli, 25 sentyabr 2024cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə 22 aprel 2025-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Gəncə şəhəri, Nizami rayonu, X13 küçəsi, ev 35A ünvanında yerləşən fərdi yaşayış evi 29 mart 2015-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən bu əmlak X5 bağışlanmışdır və ona 09 aprel 2015-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarış verilmişdir.
2. Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 17 aprel 2019-cu il tarixli qətnaməsi ilə X2 30.000 ABŞ dolları qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanmaqla və 30 manat dövlət rüsumunun alınaraq İddiaçı verilməsi qət edilmişdir. X1 qətnamə ilə tutulmuş borcu ödəmədiyindən əmlakına tutma yönəldilmiş, «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 53.1-ci maddəsinə əsasən tələbkara təklif olunmuş, İddiaçı Gəncə şəhəri üzrə İcra İdarəs inin təklifini tələbkar qəbul etmiş, ev tələbkarın mülkiyyətinə verilmişdir İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Gəncə Şəhər Məhkəməsinə müraciət edərək, cavabdehin Gəncə şəhəri, Nizami rayonu, X13 küçəsində yerləşən 35A nömrəli fərdi yaşayış evindən çıxarılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
4. İddiaçı tələbini belə əsaslandırmışdır ki, Gəncə şəhəri, Nizami rayonu, X13 küçəsində yerləşən 35A nömrəli fərdi yaşayış evi ona məxsusdur. O, həmin evi öz adına sənədləşdirərək, Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən çıxarış almışdır. Hazırda rəsmi olaraq, Gəncə şəhəri, Nizami rayonu, X13 küçəsində yerləşən 35A n ömrəli fərdi yaşayış evi onun mülkiyyətində olsa da, Cavabdeh hələ də onun mülkiyyətində olan həmin evdə yaşayır və onun tələbinə baxmayaraq həmin evi tərk etmir. Cavabdehin onun mülkiyyətində olan fərdi yaşayış evində yaşaması və həmin ərazini tərk etməməsi onun mülkiyyətçi kimi hüquqlarını pozur. O, özü mənzilinə daxil ola bilmir. Buna görə də o, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
5. Cavabdehin iddiaya etirazında bildirilmişdir ki, cavabdehin hazırda yaşadığı Gəncə şəhəri, Nizami rayonu, X13 küçəsində yerləşən 35A nömrəli fərdi yaşayış evi əvvəllər xüsusi mülkiyyət hüququ əsasında X5 məxsus olmuşdur. Lakin 2019-cu ilin əvvəllərində S.M.Məmmədova və Cavabdeh məlum olmuşdur ki, həmin mülk heç bir əsas olmadan İddiaçı adına keçmişdir. Daha sonra ve rilmiş sorğu əsasında alınmış cavabdan bəlli olmuşdur ki, S.M.Məmmədova məxsus mülk Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin 17 aprel 2019-cu il tarixli, 2(044)-1071/2019 nömrəli qətnaməsinin icrası ilə əlaqədar Gəncə şəhəri üzrə İcra İdarəsinin qərarı əsasında İddiaçı mülkiyyətinə verilmişdir. Həmin fərdi yaşayış evi cavabdehin və digər ailə üzvlərinin yeganə yaşayış yeridir. Cavabdeh uzun müddət əvvəl Gəncə şəhəri, Nizami rayonu, X13 küçəsində yerləşən 35A nömrəli fərdi yaşayış evində yaşamağa başlamış və qüvvədən düşmüş Mənzil Məcəlləsinin tələbinə uyğun olaraq, həmin mənzildən istifadə hüququ əldə etmişdir. Həmin Məcəllənin tələbinə görə isə mülkiyyətçinin dəyişməsi mənzildən istifadə hüququna xitam verilməsinə səbəb olmur. Qeyd olunan səbəbdən iddianın təmin edilməsi qanunun tələbinə uy ğun deyildir. Sonda Vəkil1 iddianın rədd olunmasını məhkəmədən xahiş etdi.
6. Gəncə Şəhər Məhkəməsinin 16 oktyabr 2023-cü il tarixli, 2(125)-101/2023 nömrəli qətnaməsi ilə (hakim Camal Quliyev), iddia təmin edilmiş, Cavabdeh İddiaçı mülkiyyətində olan Gəncə şəhəri, Nizami rayonu, X13 küçəsində yerləşən 35A nömrəli fərdi yaşayış evindən əşyaları ilə birlikdə çıxarılması qət edilmişdir.
7. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, mülki işin məhkəmə iclasında tədqiq olunmuş halları ilə X3 mülkiyyətində olmuş Gəncə şəhəri, Nizami rayonu, X13 küçəsində yerləşən 35A nömrəli fərdi yaşayış evinin 30 iyul 2020-ci il tarixdə əvəzli qaydada İddiaçı adına özgəninkiləşdirildiyi, qeyd olunan mənzildən istifadəyə dair Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsində nəzərdə tutulan qaydada İddiaçı və Cavabdeh arasında hər hansı müqavilə bağlanmadığı, bununla da Cavabdeh Gəncə şəhəri, Nizami rayonu, X13 küçəsində yerləşən 35A nömrəli fərdi yaşayış evindən istifadə hüququnun olmadığı müəyyən olunur.
8. Məhkəmə qeyd etmişdir ki, hazırki halda İddiaçı Gəncə şəhəri, Nizami rayonu, X13 küçəsində yerləşən 35A nömrəli fərdi yaşayış evinin mülkiyyətçisi olduğuna görə o, öz mülahizəsinə görə həmin yaşayış sahəsinə dair sahiblik, istifadə, sərəncam hüququna malikdir. Lakin Cavabdeh hər hansı hüququnun olmamasına baxmayaraq, həmin evdən əşyaları ilə birlikdə könüllü olaraq çıxmaması nəticəsində İddiaçı evdən istifadə hüququnu tam şəkildə həyata keçirə bilmir. Buna görə də İddiaçı mülkiyyətində olan yaşayış sahəsindən S.S.Hacıyevanın əşyaları ilə birlikdə çıxarıl masını tələb etməkdə haqlıdır. Qeyd olunan səbəbdən mövcud şərtlər daxilində İddiaçı iradəsinə zidd olaraq S.S.Hacıyevanın ona məxsus yaşayış sahəsində yaşaması onun mülkiyyət hüququnun həyata keçirməsini əsassız məhdudlaşdıran hal kimi qiymətləndirilməlidir. Belə ki, mülkiyyət hüququ təbiəti etibarilə mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləri olmaqla, ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək, həmçinin qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan öz əmlakı üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək imkanlarını nəzərdə tutur.
9. Məhkəmə mövqeyini Azərbaycan Respubikasının Konstitusiyasının 13-cü maddəsinin İ hissəsi, 29-cu maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.2, 152.1, 157.4, 158.1, 158.3, 228.1 və 228.2-ci maddələrinə, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 29.2, 30.1 və 30.2-ci maddələrinə, “X.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 12 iyun 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsi Plenumunun 11 iyul 2014-cü il tarixli qərarına, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddə lərinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16 dekabr 2014-cü il tarixli Qərarına, “R.Ağalarovun şikayəti üzrə” Azərbaycan Respublikası Kontitusiya Məhkəməsinin 26 sentyabr 2007-ci il tarixli Qərarına və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrinə istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
10. Cavabdeh apellyasiya şikayəti verərək, Gəncə Şəhər Məhkəməsinin 16 oktyabr 2023-cü il tarixli, 2(125)-101/2023 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
11. Şikayət onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qətnaməsində maddi və prosessual hüquq normasının pozulması v ə ya düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir. Belə ki, o, 1985-ci ildə X8 ilə ailə quraraq hazırda yaşadığı ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə gəlin köçmüşdür. Həmin vaxtdan fasiləsiz olaraq həmin evdə yaşayır. Uşaqları da bu evdə dünyaya gəlmişdir. Həyat yoldaşı 23 yanvar 2011-ci il tarixində vəfat etmişdir. Həyat yoldaşı vəfat edəndən sözügedən mülkdə yaşamağa davam etmiş və bu gün da orada yaşayır. O, artıq 40 ildir ki, bu evdə yaşayır. Bu illər ərzində yaşadığı evdə dəfələrlə əsaslı təmir və tikinti işləri aparmışdır. Yəni sözügedən evin yaşayış sahəsinə onun istifadə hüququ vardır və həmin hüquq 2000-ci il sentyabrın 1-dən əvvəl yaranmışdır. Onun yaşadığı mənzilin mülkiyyətçisinin dəyişməsi onun həmin mənzilə istifadə hüququna xitam verilməsi üçün əsas ola bilməz. Məhkəmə iş üzrə maddi hüquq normalarını düzgün tətbiq etməmişdir.
12. Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(104)-259/2024 nömrəli iş üzrə 18 yanvar 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər Loğman Süleymanov (sədrlik edən və məruzəçi), İslam Həsənov və Şamil Rzaquliyev) apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmaqla yeni qətnamə qəbul edilmiş, iddia rədd edilmişdir.
13. Apellyasiya instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, Cavabdeh 1985-ci ildə X8 ilə ailə quraraq ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə gəlin köçərək, həmin vaxtdan fasiləsiz olaraq həmin evdə yaşadığından, onun həmin evdə istifadə hüququ yaranmışdır. Cavabdeh 1985-ci ildə həmin evə köçərkən, evin mülkiyyətçisi qaynanası X9 olmuş, sonuncu isə həmin evi 29 mart 2015-ci il tarixli 4Ə-44 nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən cavabdehin oğlu X5 bağışlamışdır.
14. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.4-cü maddəsinə əsasən, yaşayış evinə və ya mənzilə mülkiyyət hüququnun keçməsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün əsas deyildir, amma yaşayış otağından istifadə hüququ olan şəxsin mülkiyyət hüququndan imtina barəsində həmin hüquq keçənədək notariat qaydasında təsdiqlənmiş öhdəlik verdiyi hal istisna təşkil edir.
15. Məhkəmə kollegiyası hesab etmişdir ki, cavabdeh 1985-ci ildə mübahisəli evə gəlin köçərək, orada yaşadığından, onun həmin evdən istifadə hüququ vardır və bu hüquqa yalnız Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulan qaydada, yəni müvafiq kompe nsasiya verilməklə xitam edilə bilər.”
16. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2, 228.4-cü maddələrinə, “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin (01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş) 123-cü maddəsinə, Azərbaycan Respublikası MülkiProsessual Məcəlləsinin 385.1.1, 385.1.2, 386, 390-cı maddələrinə istinad edərək əsaslandırmışdır. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat
17. İddiaçı kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, işin yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə qaytarılması barədə qərar qəbul olunmasını xahiş etmişdir.
18. Kassasiya şikayətinin dəlillərinə görə, cavabdeh Gəncə şəhəri Nizami rayonu X13 küçəsində yerləşən 35 A ünvanda yaşaması və həmin ünvanda qeydiyyatda olması barədə heç bir süb ut təqdim etmədən məhkəmə cavabdehin həmin evə gəlin gəlməsi kimi məsələyə toxunub və onun orada yaşamağını təsdiq edib. Halbuki, cavabdeh həmin evdə yaşamır və ümumiyyətlə həmin evdə yaşamayıbdır. Cavabdeh Gəncə şəhəri Nizami rayonu X13 küçəsində yerləşən 35 ünvanda qeydiyyatda olubdur və həmin evdə yaşayıbdır.
19. Ali Məhkəmənin Mülki kollegiyasının 2(102)-1444/2024 nömrəli iş üzrə 27 may 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər – Vidadi Məmmədov (məruzəçi), Aqil Abbasov, Zaur Əliyev) kassasiya şikayəti təmin edilmiş, Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(104)-259/2024 nömrəli iş üzrə 18 yanvar 2024-cü il tarixli qətnaməsi ləğv edilərək, iş yeni apellyasiya baxışına göndərilmişdir.
20. Məhkəmə kollegiyasının mövqeyi ondan ibarət olmuşdur ki, apellyasiya instansiyası məhkəm əsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuş, bu da iş üzrə qanunsuz və düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnmişdir.
21. Kollegiya hesab etmişdir ki, iddiaçının 2020-ci ildən mübahisəli evin mülkiyyətçisi olduğu və cavabdehin hazırda da həmin evdə yaşayıb, iddiaçının tələbinə baxmayaraq, evdən çıxmadığı, habelə, cavabdehin iddiaçının ailə üzvü olmadığı və sonuncunun razılığı olmadan evdə qaldığı işin mübahisəsiz halı olduğu halda, cavabdehin evdə yaşamağa davam etmək üçün iddiaçı ilə hər hansı qaydada razılığa gəldiyi (müqavilə bağladığı) və məhz bu əsasla cavabdehin mübahisəli ev üzərində istifadə hüququnun olduğu apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilməmişdir. Mülki qanunvericiliyin müddəalarına görə tərəflərin razılığı ilə yanaşı, da şınmaz əmlakın dövlət reyestrində qeydə alınması barədə zəruri şərt həmin əşyaya mülkiyyət hüququnun tam həcmdə əldə edilməsi, xüsusilə də şəxsin onun barəsində sərəncam vermək hüququnun yaranması baxımından mühüm əhəmiyyət kəsb edir.
22. Məhkəmə kollegiyası öz mövqeyini Azərbaycan Respublikasının Konstitusiyasının 13,29, 43, 60, 125, 129-cu maddələrinə, “İnsan hüquqlarının və X6 haqqında” Konvensiyanın 6-cı maddəsinə, “İnsan hüquqlarının və X6 haqqında” Konvensiyaya dair Protokol 1-ci maddəsinə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 5.3, 140, 152.1, 152.5, 157.2-ci maddələrinə, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 12.1, 16.6-cı maddələrinə, Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 29.2, 30.1, 30.2, 30.4-cü maddələrinə, “Yaşayış yer i və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə istinad edərək əsaslandırmışdır. d) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
23. Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-1728/2024 saylı, 25 sentyabr 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər Fikrət Mehdiyev (sədrlik edən və məruzəçi) Rəhman Muradov və Mustafa Mustafayev) cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Gəncə Şəhər Məhkəməsinin 16 oktyabr 2023-cü il tarixli, 2(125)-101/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
24. Kollegiya qeyd etmişdir ki, iddiaçının 2020-ci il tarixdən mübahisəli evin mülkiyyətçisi olduğu və cavabdehin hazırda da həmin evdə yaşayıb, iddiaçının tələbinə baxmayaraq, evdən çıxmadığı, habelə, cavabdehin iddiaçının ailə üzvü olmadığı və sonuncunun razılığı olmadan evdə qaldığı işin mübahisəsiz halıdır. Cavabdehin evdə yaşamağa davam etmək üçün iddiaçı ilə hər hansı qaydada razılığa gəldiyi (müqavilə bağladığı) və məhz bu əsasla cavabdehin mübahisəli ev üzərində istifadə hüququnun olduğu istər birinci instansiya məhkəməsi, istərsə də məhkəmə kollegiyası tərəfindən araşdırma aparılarkən bu hal müəyyən edilməmişdir. Yəni tərəflər arasında hər hansı bir müqavilə bağlanmamışdır.
25. Kollegiya Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə” dair 16 dekabr 2014-cü il tarixli qərarına istinad edərək qeyd etmişdir ki, formalaşdırdığı hüquqi mövqeyinə görə şəxsin ailə qanunvericil iyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ yoxdursa, onda həmin şəxsin Mənzil Məcəlləsinin 30.2-ci maddəsi əsasında yaşayış sahəsi mülkiyyətçisinin yaşayış sahəsindən istifadə etmək səlahiyyəti də olmaz. Cavabdeh mübahisəli fərdi yaşayış evi üzərində hər hansı bir əşya hüququ qeydə alınmadığından, mübahisəli yaşayış evinin mülkiyyətçisi ilə onun arasında müqavilə və ya ailə münasibətləri mövcud olmadığından onların mübahisəli fərdi yaşayış evinin tərkib hissəsindən istifadə hüququnun yaranması üçün əsaslar yoxdur.
26. Məhkəmə kollegiyası bildirmişdir ki, cavabdehin mübahisəli fərdi yaşayış evinin mülkiyyətçisi olan iddiaçının mülkiyyətində olan evin yaşayış sahəsindən onunla bərabər istif adə etmək hüququ olmadığından onların həmin evdə yaşamaları iddiaçının bir mülkiyyətçi kimi öz əmlakı üzərində olan faktiki sahiblik və istifadə hüquqlarından məhrum olunmasına səbəb olur. İddiaçı ilə cavabdeh arasında mübahisəli fərdi yaşayış evinin tərkib hissəsindən istifadə qaydalarını tənzimləyən hər hansı bir razılaşma bağlanmamışdır.
27. Məhkəmə kollegiyası qeyd etmişdir ki, Cavabdeh mübahisəli fərdi yaşayış evi üzərində hər hansı bir əşya hüququ qeydə alınmadığından, mübahisəli yaşayış evinin mülkiyyətçisi ilə onun arasında müqavilə və ya ailə münasibətləri mövcud olmadığından onların mübahisəli fərdi yaşayış evinin tərkib hissəsindən istifadə hüququnun yaranması üçün əsaslar yoxdur. Bundan başqa, iddiaçı ilə cavabdeh arasında mübahisəli fərdi yaşayış evinin tərkib hissəsindən is tifadə qaydalarını tənzimləyən hər hansı bir razılaşma bağlanmamışdır. Bununla da, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab etmişdir ki, həmin dəlillər hazırkı işin hallarına münasibətdə əsassızdır.
28. Məhkəmə kollegiyası öz mövqeyini Azərbaycan Respublikasının Konstitusiyası 13, 29, 43, 60, 125, 129-cu maddələrinə, “İnsan hüquqlarının və X6 haqqında” Konvensiyasının 6-cı maddəsinə, “İnsan hüquqlarının və X6 haqqında” Konvensiyaya dair Protokolunun 1-ci maddəsinə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 5.3, 140, 152.1, 152.5, 157.2-ci maddələrinə, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 12.1, 16.6-cı maddələrinə, Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 29.2, 30.1, 30.2, 30.4-cü mad dələrinə, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri e) Kassasiya şikayətinin dəlilləri
29. Cavabdeh kassasiya şikayəti verərək, Gəncə Apellyasiya Məhkəməsinin 2(104)1728/2024 saylı, 25 sentyabr 2024-cü il tarixli qətnaməsinin tamamilə ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
30. Şikayət onunla əsaslandırılmışdır ki, işə baxılarkən maddi hüquq normasının tələbləri pozulmuşdur. Məhkəmə kollegiyası sözügedən qətnaməni çıxarmaqla cavabdehi 40 ilə yaxın müddət ərzində fasiləsiz yaşadığı mənzildən qanunsuz olaraq məhrum etmişdir. Məhkəmə kollegiyası sözügedən qətnaməni çıxaran zaman mübahisən i Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll etmək əvəzinə, Mülki Məcəllənin, hətta 01 oktyabr 2009-cu il tarixindən sonra qüvvəyə minmiş Mənzil Məcəlləsinin 30-cü maddəsinə istinad etmişdir ki, bu da tamamilə qanunsuz olmaqla bərabər, həm də olduqca absurd bir yanaşmadır. Məhkəmə kollegiyası tamamilə qanunsuz və əsassız olaraq ümumiyyətlə hər hansı bir məbləğdə kompensasiya vermədən cavabdehin sözügedən evdən çıxarılmağı barədə qətnamə çıxarmışdır. İddiaçı tərəfindən məhkəməyə cavabdehin 40 ilə yaxın müddət ərzində fasiləsiz yaşadığı mənzilin yaşayış sahəsinə istifadə hüququnun olmamasını təsdiq edən hər hansı bir sübut təqdim edilməmiş, buna baxmayaraq məhkəmə kollegiyası qeyd edilən faktı bilə-bilə sözügedən qanunsuz qətnaməni çıxarmışdır. Məhkəmənin qətnaməsi qanuni v ə əsaslı olmalıdır. Lakin məhkəmə kollegiyası qətnamədə hər hansı bir əsaslandırma aparmadan iddianın təmin edilməli olduğu gənaətinə gəlmişdir ki, bu da çox ciddi prosessual pozuntudur. Məhkəmə kollegiyası sözügedən qətnaməni çıxararkən mötəbər sübutlarla təsbit olunan faktlara əsaslanmaq əvəzinə, sözügedən mənzilin yaşayış sahəsinə istifadə hüququnun olmaması barədə iddiaçının qanunsuz və əsassız dəlillərinə istinad etmişdir. Qətnamədə göstərilən hallar iş materiallarına uyğun deyildir.
31. Kassasiya şikayəti Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinə, İnsan hüquqları haqqında Ümumi Bəyannamə"nin 13-cü maddəsinə, "İnsan Hüquqları və X6 haqqında" Avropa Konvensiyasına əlavə 4 №-li protokolun 2-ci maddəsinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respu blikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” 27 iyul 2001-ci il tarixli qərarı, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan RespublikasıMülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair” 29 mart 2016-cı il tarixli qərarının 2-ci bəndinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 217.1-ci maddələrinə istinad edilərək əsaslandırılmışdır. f) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
32. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası
33. Maddə 13 (hissə İ) Mülkiyyətçi özgəsinin qanunsuz sahi bliyindən öz əmlakını geri tələb edə bilər.
34. Maddə 29 (hissə İİİ) Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.
35. Maddə 43 (hissə İ) Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsi
36. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
37. Maddə 152.5. Mülkiyyətçi müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin ə mlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
38. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi
39. Maddə 29.2. Yaşayış sahəsinin mülkiyyətçisi mülki qanunvericiliklə, bu Məcəllə ilə müəyyən edilmiş tələblər nəzərə alınmaqla ona mülkiyyət hüququ əsasında məxsus olan yaşayış sahəsini kirayə müqaviləsi, əvəzsiz istifadə və ya digər qanuni əsaslarla fiziki və ya hüquqi şəxslərin istifadəsinə vermək hüququna malikdir
40. Maddə 30.1. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi il ə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər.
41. Maddə 30.2. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar.
42. Maddə 30.4. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
43. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmi yyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
44. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
45. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək iş ə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
46. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
47. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə bağlı araşdırma apararaq hesab edir ki, kassasiya şikayətinin təmin edilməsi üçün əsaslar mövcud deyil.
48. İlk növbədə məhkəmə kollegiyası MPM-nin 418.4-cü maddəsində nəzərdə tutulmuş kobud prosessual hüquq pozuntularına yol verilib-verilmədiyini yoxlayaraq hesab edir ki, işə baxmış məhkəmə tərəfindən qətnamənin kassasiya qaydasında ləğv edilməsinə əsas olan, bu normada nəzərdə tutulan pozuntulara yol verilməmişdir.
49. İşin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından görünür ki, Gəncə şəhəri, Nizami rayonu, X13 küçəsində yerləşən 35A nömrəli fərdi yaşayış evi iddiaçının mülkiyyətindədir. Cavabdeh isə mənzilin keçmiş mülkiyyətçisinin anasıdır və iddiaçının ailə üzvü deyil.
50. Apellyasiya instansiyası məhkəməsi tərəfindən cavabdehin iddiaçıya məxsus mənzildə onun razılığı ilə yaşadığı, bu barədə tərəflər arasında müqavilə bağlandığı, mənzilə istifadə hüququ olduğu və ya mənzil üzərində hər hansı əşya hüququnun qeydə alındığı müəyyən edilməmişdir. Belə olan halda məhkəmə cavabdehin hazırda mənzilə sahibliyinin qanunsuz olması barədə nəticəyə gəlmişdir.
51. Kassasiya instansiya məhkəməsinin bu iş üzrə qəbul etdiyi əvvəlki qərarında mübahis ə üzrə tətbiq edilməli olan maddi hüquq normaları qeyd edilmiş və mübahisənin həmin normaların tələbləri və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin mənzil mübahisələri ilə bağlı qərarlarındakı hüquqi mövqeyə uyğun həll edilməli olduğuna dair göstəriş verilmişdir.
52. Apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisə kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi və göstərişləri nəzərə alınmaqla həll edilmiş, mübahisələndirilən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq pozuntularına yol verilməmişdir.
53. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən belə nəticəyə gəlir ki, kassasiya şikayəti əsassız hesab edilərək təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
54. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 407, 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq kassasiya instansiyası məhkəməsi Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-1728/2024 nömrəli, 25 sentyabr 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.