Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-7850/2019 24.12.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi - hakim), Rüstəmov Əli Məhəmməd oğlu, Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, İddiaçı, vəkili V1 qızının və cavabdeh SOCAR-ın Geofizika və Geologiya İdarəsinin X1 iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 07.06.2019-cu il tarixli, 2(103)7752/2019 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (hakim T.Ələ kbərli) 18.03.2019-cu il tarixli, 2(005)-1814/2019 nömrəli qətnaməsi ilə İddiaçı cavabdeh SOCAR-ın Geofizika və Geologiya İdarəsinə qarşı “işə bərpa” tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər M.Məmmədov, Ş.Məhərrəmova, E.Şamayev) 07.06.2019-cu il tarixli, 2(103)-7752/2019 nömrəli qətnaməsi ilə İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 18.03.2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamə qəbul edilərək iddianın təmin edilməməsi qət edilmişdir. İddiaçı iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 07.06.2019-cu il tarixli qətnaməsindən kassasiya şikayəti vermişdir. İşin halları: İddiaçı cavabdeh SOCAR-ın Geofizika və Geolog iya İdarəsinə qarşı “işə bərpa” tələbinə dair iddia ərizəsi ilə 25.02.2019-cu il tarixdə məhkəməyə müraciət edərək, 11.01.2019-cu il tarixli əmrin qanunsuz hesab edilməsi və onun işə bərpa olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: İddiaçı və vəkili V1 qızı kassasiya şikayətini onunla əsaslandırmışlar ki, əmək kitabçasından göründüyü kimi iddiaçı 05.07.2006-cı ildə Mədəngeofizika İdarəsində fəhlə vəzifəsinə işə qəbul edilmiş, 07.01.2014-cü il tarixdə Əmək Məcəlləsinin 69.3-cü maddəsinə əsasən başqa işəgötürənlə əmək müqaviləsi bağladığına görə onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Bundan 1 gün sonra isə, yəni 08.01.2014-cü il tarixdə Mədəng eofizika İdarəsi ləğv edilərək onun tərkibində Geofizika və geologiya idarəsinin Mədəngeofizika istehsalat bölümü yaradılmışdır. İddiaçı ilə yeni müqavilə bağlanılmaqla həmin bölümün Azəri mədən geofiziki ekspedisiyasının 45 saylı kompleks mədən geofiziki dəstəsində 5-ci dərəcəli karotajçı vəzifəsinə işə qəbul edilmişdir. 11.01.2019-cu ildə Əmək Məcəlləsinin 73-cü maddəsinə əsasən, yəni müddətli əmək müqaviləsinin müddətinin bitməsi ilə əlaqədar onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Qeyd edilənlərdən görünür ki, ARDNŞ tərəfindən iddiaçının hüquqları ciddi şəkildə pozulmuşdur. Belə ki, SOCAR öz daxilində yaratdığı Mədəngeofizika idarəsini yeni funksiyanı yerinə yetirən Mədəngeofizika istehsalat bölümünə çevirmişdir. Əmək kitabçasından da görünür ki, bu hal hüquqi şəxsin ləğv i deyil, təşkilati-struktur dəyişikliyidir. Çünki hər dəfə “tərkibində” ifadəsindən istifadə edilmişdir. Həmçinin apellyasiya baxışında SOCAR-ın Geofizika və Geologiya İdarəsi tərəfindən iddiaçıya verdiyi 20.02.2019-cu il tarixli arayış sübut qismində məhkəməyə təqdim edilmişdir. Həmin arayışdan da görünür ki, iddiaçının həqiqətən 2006-cı ildən 2019-cu il tarixədək Geofizika və Geologiya İdarəsinin Mədəngeofizika İstehsalat Bölümündə işlədiyi qeyd edilmişdir. Arayış SOCAR-ın səlahiyyətli şəxsləri tərəfindən imzalanmış və möhürlənmişdir. İş üzrə təqdim edilən sübutlardan da görünür ki, iddiaçının SOCAR-da yaranan əmək stajı 13 ildir. Əmək müqaviləsi 5 ildən artıq müddətə davam etdiyi üçün əmək müqaviləsi müddətsiz hesab edilir. Bu da o deməkdir ki, SOCAR tərəfindən qanunsuz və əsassız olara q işdən azad edilmişdir. Göstərilənlərə əsasən onlar iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 07.06.2019-cu il tarixli, 2(103)-7752/2019 nömrəli qətnaməsinin tamamilə ləğv edilməsi və iddia tələbinin təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən İddiaçı və vəkili V1 qızı kassasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini xahiş etdilər. Cavabdeh SOCAR-ın Geofizika və Geologiya İdarəsinin X2 məhkəmə iclasında vəkilsiz iştirak etdiyinə görə Azərbaycan Respublikası MPM-in 67-ci maddəsinin tələbinə uyğun olaraq iş üzrə onun izahatı dinlənilmədi. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hü quq normalarının düzgün tətbiqini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin iddianın təmin edilməməsi barədə qənaətinin əsasları ilə razılaşmayaraq qeyd etmişdir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin İİ hissəsinə görə, fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. İddiaçının işdən azad olunması barədə “Əmrin” 11.01.2019-cu il tarixdə verildiyini nəzərə alan Rayon Məhkəməsi iddia ərizəsinin 25.02.2019-cu il tarixdə məhkəməyə daxil olmasını əsas götürmüşdür. Lakin apellyasiya şikayətinə əlavə edilmiş sənədlərdən görünür ki, hazırki iş üzrə iddiaçı 08.02.2019-cu il tarixdə hazırki iddia ərizəsi ilə Səbail Rayon Məhkəməsinə müraci ət etmişdir. Səbail Rayon Məhkəməsinin 13.02.2019-cu il tarixli qərardadı (İş № 2(009)-1018/2019) ilə həmin iddia ərizəsi və ona əlavə edilmiş sənədlər aidiyyət qaydalarına riayət edilməyərək verildiyi üçün geri qaytarılmışdır. Bundan əlavə, apellyasiya baxışı zamanı təqdim edilmiş 29.05.2019-cu il tarixli məktubdan görünür ki, Səbail Rayon Məhkəməsinin 13.02.2019-cu il tarixli qərardadına əsasən İddiaçı cavabdeh İdarəyə qarşı “işə bərpa tələbinə dair” iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. Həmin sənədlər iddiaçı tərəfindən 22.02.2019cu il tarixdə imza edilməklə qəbul edilmişdir. Məhkəmə qeyd etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 380.1-ci maddəsinin mənasına görə, müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə iddia müddətinin axımı kəsilir. Göründüyü kimi, ilk dəfə 08.02.2019-cu il tarixdə məhkəməyə müraciət edən iddiaçı iddia müddətini ötürməmiş və həmin tarixdə iddia müddətinin axımı kəsilmişdir. İddiaçı 22.02.2019-cu il tarixdə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri Səbail Rayon Məhkəməsindən qəbul etdiyindən iddia müddətinin axımı məhz həmin tarixdən yenidən başlanmışdır. Mülki Məcəllənin 380.2-ci maddəsinə görə, fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir. İddia müddətinin 22.02.2019-cu il tarixdən yenidən başlandığı nəzərə alınarsa, müəyyən edilir ki, 25.02.2019-cu il tarixdə Rayon Məhkəməsinə daxil olmuş hazırki iddia ərizəsi iddia müddətinin ötürülməməsi ilə verilmişdir. Apellyasiya kollegiyası özünün iddianın təmin edilməməsi barədə qənaətini isə onun la əsaslandırmışdır ki, Əmək Məcəlləsinin 45-ci maddəsinin İ hissəsinə görə, əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. Həmin maddənin İİ hissəsinə görə isə, müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir. Lakin iş materiallarında olan “Əmək kitabçasından” görünür ki, işçi olan İddiaçıla SOCAR-ın Geofizika və geologiya İdarəsinin “Mədəngeofizika” İdarəsi arasında 05.07.2006-cı il tarixdə bağlanmış əmək müqaviləsinə əsasən, o həmin İdarənin “Azəri” mədən geofizika ekspedisiyasına (MGE) digər xidmət sahələrinə 3-cü dərəcəli fəhlə peşəsinə işə qəbul edilmişdir. İddiaçı 02.10.2008-ci il tarixdə “Azəri” Mədən geofizika ekspedisiyasına 4-cü dərəcəli, 03.08.2009-cu il tarixdə 5-ci karotajçı peşəsinə keçirilmişdir. Həmçinin “Əmək kitabçasından” görünür ki, İddiaçı ilə “Mədəngeofizika” İdarəsi arasında bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 69-cu maddəsinin İİİ hissəsinə uyğun olaraq başqa işəgötürənlə əmək müqaviləsi bağlaması əsası ilə işçinin təşəbbüsü ilə 07.01.2014-cü il tarixində xitam verilmişdir. Əmək müqaviləsinə xitam verilməsi “Mədəngeofizika" İdarəsinin “Əmək müqaviləsinin ləğv edilməsi haqqında” 07.01.2014-cü il tarixli, 299/K nömrəli əmri ilə rəsmiləşdirilmişdir. Daha sonra isə işçi olan İddiaçı yeni işə götürənlə, yəni hazırki iş üzrə cavabdeh İdarə ilə 08.01.2014-cü il tarixdə 1 il müddətinə yeni əmək müqaviləsi bağlanmışdır. Apellyasiya kollegiyası müəyyən etmişdir ki, İddiaçı cavabdeh müəssisədə 13 illik iş stajı nın olmasını iddia etsə də, nəzərə almaq lazımdır ki, onun 2006-cı il tarixdə SOCARın Geofizika və geologiya İdarəsinin “Mədəngeofizika” İdarəsi ilə bağladığı əmək müqaviləsi ləğv edilmişdir. İddiaçının 08.01.2014-cü il tarixdə bağlamış olduğu və hazırda mübahisələndirilən “Əmrlə” xitam verilmiş əmək müqaviləsi yeni bir işəgötürənlə bağlandığından İddiaçı iş stajı eyni bir müəssisədə qazanılmış iş stajı kimi qəbul edilə bilməz. Çünki həmin İdarələr SOCAR-ın nəzdində olsa da, faktiki olaraq ayrı-ayrı hüquqi şəxslər olmaqla, ayrı-ayrı işəgötürənlər olmuşdur və bu işəgötürənlərlə ayrı-ayrı əmək müqaviləsi bağlanmışdır. Belə olan halda, cavabdeh İdarə ilə bağlanmış əmək müqaviləsinin müddəti və iş stajı məhz müqavilənin bağlandığı tarixdən, yəni 08.01.2014-cü il tarixdən hesablanmalıdır. Bu sə bəbdən, iddiaçı ilə cavabdeh İdarə arasında 1 il müddətə bağlanmış müqavilə müqavilənin müddəti başa çatdığı tarixdən sonra Əmək Məcəlləsinin 73-cü maddəsinin şərtlərinə uyğun olaraq növbəti illərdə uzadılmışdır. Lakin həmin əmək müqaviləsinin müddətsiz olması üçün Əmək Məcəlləsinin 45-ci maddəsinin V hissəsində nəzərdə tutulmuş 5 illik müddət ötürülməmişdir. Belə olduğu təqdirdə, iddiaçının əmək müqaviləsinə müddətin bitməsi əsas ilə xitam verilməsi qanun çərçivəsindən kənara çıxmır. Kassasiya kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və kassasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, iddiaçı 13 il qeyd edilən İdarədə işləməsini əsas gətirərək onunla bağlanmış müqavilənin müddətsiz hesab edilməli olduğunu qeyd etsə də, apellyasiya kollegiy ası müəyyən etdiyi kimi, iş materiallarında olan əmək kitabçasının surətindən (səh 7) də görünür ki, iddiaçı başqa işə götürənlə əmək müqaviləsi bağladığı üçün onunla bağlanmış əmək müqaviləsinə 07.01.2014-cü il tarixdə xitam verilmiş və hazırki iş yeri ilə bağlanmış əmək müqaviləsi üzrə iş stajı 2014-cü ildən hesablanmağa başlanmışdır. Apellyasiya kollegiyası şikayətin dəlilləri əsasında işin halları üzrə araşdırma apararkən düzgün hüquqi mövqeyə gəlmiş, maddi və prosessual hüquq normalarının pozuntusuna yol verməmiş, hüquqi mövqeyini düzgün olaraq izah etmişdir. Odur ki, kassasiya şikayətinin dəlilləri əsassızdır və apellyasiya instansiyası məhkəməsinin qəbul etdiyi qətnamənin ləğvi üçün əsas hesab edilə bilməz. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 73.1-ci maddəsinə əsasən, müddət li əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Bu Məcəllənin 45-ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur Beləliklə, kassasiya kollegiyası belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstəri lənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 07.06.2019-cu il tarixli, 2(103)-7752/2019 nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-7850/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-7850/2019
24.12.2019 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver