Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-7851/2019 24.12.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Kalbalıyev Aslan Kalbalı oğlu, İbayev Vəfaddin Ələm oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Xnın katibliyi, İddiaçı, cavabdehin vəkili X2 iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “müqavilənin ləğvi və pul” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin MK-nın 16 sentyabr 2019-cu il tarixli qərardadından Cavabdeh MMC tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 08 aprel 2 019-cu il tarixli qətnaməsi ilə (hakim R.Qafarova) İddiaçı Cavabdeh MMC-yə qarşı “müqavilənin ləğvi və pul” tələbinə dair iddiası təmin olunmuş, İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış 01 avqust 2013-cü il tarixli “Kooperativ binada mənzil tikintisi” haqqında müqavilə ləğv edilmiş, Cavabdeh MMC-dən 17300 manat məbləğində pul vəsaitinin alınaraq İddiaçı ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 16 sentyabr 2019-cu il tarixli qərardadı ilə (sədrlik edən X.Cəmilova, hakimlər İ.Kərimli və A.Hüseynov) Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 08 aprel 2019-cu il tarixli qətnaməsindən Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilmiş və şikayətin geri qaytarılması üçün mülki iş Bakı şəhəri Səbail rayon Məhkəməsinə göndərilmişdir. KASSASİYA ŞİK AYƏTİNİN DƏLLİLƏRİ Cavabdeh MMC kassasiya şikayəti ilə Azərbaycan Respublikası Ali Məhkəməsi MK-ya müraciət edərək şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi işə mahiyyəti üzrə baxarkən və qətnamə çıxararkən Azərbaycan Respublikası mülki və mülki prosessual qanunvericiliyinin tələblərini pozmuş, iş üçün əhəmiyyət kəsb edən bütün faktiki halları aydınlaşdırmamışdır. Ona görə də Bakı Apellyasiya Məhkəməsinin MK-nın 16 sentyabr 2019-cu il tarixli qərardadının tamamilə ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: İddiaçı Cavabdeh MMC-yə qarşı “müqaviləyə xitam verilməsi və pul" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla Cava bdeh MMC arasında bağlanmış 01 avqust 2013-cü il tarixli “Kooperativ binada mənzil tikintisi haqqında” müqaviləyə xitam verilməsi, onun tərəfindən cavabdehə ödənilmiş cəmi 17300 manat məbləğində pul və 30 (otuz) manat dövlət rüsumunun cavabdehdən alınaraq ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 08 aprel 2019-cu il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh MMC-yə qarşı “müqavilənin ləğvi və pul” tələbinə dair iddiası təmin olunmuş, İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış 01 avqust 2013-cü il tarixli “Kooperativ binada mənzil tikintisi” haqqında müqavilə ləğv edilmiş, Cavabdeh MMC-dən 17300 manat məbləğində pul vəsaitinin alınaraq İddiaçı ödənilməsi qət edilmişdir. Həmin qətnamədən Cavabdeh MMC apellyasiya şikayəti verərək, Bakı şə həri Səbail Rayon Məhkəməsinin 08 aprel 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmin şikayət üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. Apellyasiya instansiyası məhkəməsi qəbul etdiyi qərardadı onunla əsaslandırmışdır ki, apellyasiya şikayəti cavabdeh şirkət adından direktor kimi X3 tərəfindən imzalansa da, onun səlahiyyətini təstiq edən sənəndlər məhkəməyə təqdim olunmadığından apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdur. Məhkəmə kollegiyası izahatları dinləyib, kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti təmin edilməklə apellyasiya məhkəməsinin qərardadı ləğv edilməli və iş yenidən baxılması üçün a pellyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən məhkəmə işdə iştirak edən şəxsləri məhkəmə iclasının vaxtı və yeri, habelə ayrı-ayrı prosessual hərəkətlər haqqında xəbərdar etməlidir. Həmin Məcəllənin 263.6-cı maddəsinə əsasən məhkəmə tərəfindən qərardad, işdə iştirak edən şəxslərin çəkişmə, hüquq bərabərliyi prinsipinin təmin edildiyi, bu Məcəlləyə müvafiq olaraq məhkəmə baxışının ümumi müddəalarına əməl olunduğu bir şəraitdə qəbul edilir. Həmin Məcəllənin 418.4.5-ci maddəsinə əsasən işə məhkəmə tərəfindən məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbər verilməmiş işdə iştirak etməli şəxslərdən hər hansı birinin iştirakı olmadan baxılmışsa apellyasiya instansiyası məhkəməsinin qətnamə si və ya qərardadı şikayətin dəlillərindən asılı olmayaraq ləğv edilməlidir. Göründüyü kimi, apellyasiya məhkəməsi tərəfindən cavabdehin apellyasiya şikayətinin qeyri-mümkün hesab edilməsi qərardad qəbul edilərkən cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməmişdir. Halbuki, X3 apellyasiya şikayətinin mümkünlüyünün müəyyən edilməsi ilə bağlı keçirilmiş məhkəmə iclasında iştirak etsəydi özünün cavabdehin qanuni təmsilçisi olması barədə sübutları məhkəməyə təqdim edə bilərdi. X1 öz izahatında onun cavabdeh şirkətin qanuni təmsilçisi olması faktını təstiqləmişdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, qərardad ləğv edilməli, iş yeni apellyasiya baxışına qaytarılmalı və cavabdehin dəlilləri araşdırmaqla apellyasiya şikayətini imzalamış şəxsin həmin şikayəti imzalaq səlahiyyətinin olub-olmaması müəyyən edildikdən sonra apellyasiya şikayətinin mümkünlüyü məsələsinə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366-cı maddəsinin tələbləri baxımından qiymət verilməlidir. Şərh edilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh MMC-nin kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 16 sentyabr 2019-cu il tarixli qərardadı ləğv edilsin. İş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-7851/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-7851/2019
24.12.2019 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver