Məhkəmə qərarları › İş №2(102)-7853/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-7853/2019

16.12.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-7853/2019 16.12.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası, hakimlər Əsgərov Qürbət Ağa oğlunun sədrliyi və məruzəsi ilə, Vəliyev Elşanə Rafiq qızı və Hacıyev Sənan Firudin oğlundan ibarət tərkibdə, Babayeva Məlahət Əfqan qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 23 sentyabr 2019-cu il tarixli qərardadından Cavabdeh1 və vəkili Vəkil kassasiya şikayəti üzrə işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC cavabdehlər Cavabdeh1 MMC, Cavabdeh2 və Cavabdeh3 qarşı “borcun ödənilməsi, tələbin ipoteka predmetinə yönəldilməsi, əmlakın açıq hərracdan satılması, borcun satılmış əml ak nəticəsində əldə edilmiş vəsait hesabına ödənilməsi tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh1 MMC tərəfindən məhkəməyə vəsatətlə müraciət edilərək işin aidiyyəti üzrə müvafiq inzibati-iqtisadi məhkəməyə göndərilməsi barədə qərardad çıxarılması xahiş edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 05 avqust 2019-cu il tarixli, 2(006)335/2019 saylı qərardadı ilə cavabdeh “xxxx MMC-nin «işin məhkəmə aidiyyəti üzrə göndərilməsi» barədə vəsatəti təmin edilməmişdir. Cavabdeh “xxxx MMC tərəfindən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 05 avqust 2019-cu il tarixli, 2(006)-335/2019 saylı qərardadından şikayət verilərək qərardadın ləğv olunması xahiş edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 15 avqust 2019-cu il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 23 sentyabr 2019-cu il tarixli 2(103)-12182/2019 saylı qətnaməsi ilə Cavabdeh1 MMC tərəfindən verilmiş şikayət təmin edilməyərək Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 15 avqust 2019-cu il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh1 MMC və vəkili Vəkil Bakı Apellyasiya Məhkəməsinin MK-nın 23 sentyabr 2019-cu il tarixli qərardadı ilə razılaşmayaraq kassasiya şikayəti vermişlər. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: Cavabdeh1 MMC və vəkili Vəkil kassasiya şikayəti verərək şikayəti belə əsaslandırmışlar ki, iddiaçı və cavabdeh hüquqi şəxslərdirlər və ərizədə cavabdeh qismində digər şəxslər göstərilsə də, mübahisə faktiki olaraq iddiaçı ilə Cavabdeh1 MMCnin arasındadır. Bu səbəbdən hazırki tələb iqtisadi mübahisə hesab edilməklə mülki iş aidiyyatı üzrə müvafiq inzibati-iqtisadi məhkəməyə göndərilməlidir. Ona görə də Bakı Apellyasiya Məhkəməsinin 23 sentyabr 2019-cu il tarixli qərardadının ləğv edilməsini və qərardaddan verilmiş şikayətə yenidən baxılması üçün işin apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar çıxarılmasını xahiş edirlər. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə tərəflərə lazımi qaydada bildiriş göndərilmiş olsa da, tərəflər üzrlü səbəblər olmadan məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən kollegiya işə gəlməyən tərəflərin iştirakı olmadan baxılmas ını mümkün hesab edir. Məhkəmə kollegiyası məruzəçini dinləyib, kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin MK-nin qəbul etdiyi 23 sentyabr 2019-cu il tarixli qərardadı dəyişdirilmədən, kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. HÜQUQ MƏSƏLƏLƏRİ: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi öz qərardadını onunla əsaslandırmışdır ki, iddia ərizəsinin məzmunundan da göründüyü kimi, iddiaçının iddiası mahiyyət etibarilə iqtisadi xarakterli olmamaqla, iddia tələbi, “borcun ödənilməsi və tələbin ipoteka predmetinə yönəldilməsi”ndən ibarət olmaqla, tam amilə mülki münasibətlərindən irəli gələn tələbdir. Prosessual qanunvericiliyin tələblərini, yəni iddia ərizəsinin Mülki Prosessual Məcəllənin tələblərinə riayət edilməklə icraata qəbul edildiyini nəzərə alaraq apellyasiya qaydasında işə baxan məhkəmə kollegiyası hesab etmişdir ki, hazırkı mülki işin aidiyyəti üzrə İnzibati-İqtisadi Məhkəməyə göndərilməsi barədə cavabdehin vəsatətini təmin etməməklə, birinci instansiya məhkəməsi doğru nəticəyə gəlmişdir. Apellyasiya Məhkəməsi gəldiyi nəticəni aşağıdakı prosessual hüquq normalarının tələbləri ilə əsaslandırmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.2-ci maddəsinə əsasən, mübahisənin ümumi məhkəməyə və ya inzibati-iqtisadi məhkəməyə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, yaxud mübahisənin predmeti və y a hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Həmin Məcəllənin 25.1-ci maddəsinə görə isə, mülki məhkəmə icraatı qaydasında mülki, ailə, əmək, mənzil, torpaq münasibətləri, təbii ehtiyatlardan istifadə olunması və ya ətraf mühitin qorunması, vergi və digər münasibətlərdən əmələ gələn mübahisələr üzrə tərəflərdən heç olmasa biri fiziki şəxsdirsə və onun fərdi sahibkar statusu yoxdursa və ya belə statusu olsa da, mübahisə onun sahibkarlıq fəaliyyətini həyata keçirməsi ilə əlaqədar yaranmamışsa, həmin mübahisələr üzrə işlərə ümumi məhkəmələr baxır. Həmin Məcəllənin 31.1-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. Apellyasiya qaydasında işə baxan məhkəmə kollegiyası qanunvericiliyin qeyd edilən normalarına əsasən qeyd e tmişdir ki, qanunverici, işlərin iqtisad məhkəməsinə aid edilməsinin əsas meyarları kimi həm mübahisənin yarandığı hüquq münasibətinin iştirakçılarının subyektiv tərkibini, həm mübahisənin predmetini, həm də hüquq münasibətinin xarakterini əsas götürmüşdür. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Kollegiya qeyd edir ki, istinad olunan qanun normalarının mənasından göründüyü kimi mülki məhkəmə icraatını həyata keçirən məhkəmələrin iki yarımsistemi (növü) mövcuddur: 1) ümumi məhkəmələr (rayon(şəhər) məhkəmələri); 2)inzibati-iqtisadi məhkəmələr. Baxılan işin subyekt tərkibindən, mübahisənin predmetindən, habelə hüquq münasibətlərinin xarakterindən asılı olmayaraq məhkəmələrə aid olan bütün mülki işlər yuxarıda göstərilən m əhkəmələr tərəfindən baxılaraq həll edilir. Mülki mübahisələrin müxtəlif növ məhkəmələrə aidiyyətinin ümumi meyarları MPM-nin 24.2-ci maddəsində aşağıdakı kimi müəyyən edilmişdir: a) işdə iştirak edən şəxslərin subyekt tərkibi; b) mübahisənin predmeti; c) mübahisə olunan hüquq münasibətinin xarakteri. Hüquqi şəxsin daimi fəaliyyət göstərən orqanının yerləşdiyi yer hüquqi şəxsin olduğu yer sayılır. Kollegiya hesab edir ki, kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirilməklə yanaşı iş materialları ilə təsdiq edilmir, eyni zamanda həmin dəlillərə apellyasiya şikayətinin dəlilləri eyni olduğundan və həmin dəlillərə apellyasiya məhkəməsi tərəfindən hüquqi qiymət verildiyindən və kollegiya apellyasiya məhkəməsinin gəldiyi nəticə ilə razı laşdığından kassasiya şikayətində göstərilən dəlillərə təkrar qiymətləndirilməsinə zəmin görmür. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsinin qərardadı qanuni və əsaslı olmaqla iş üzrə düzgün hüquqi nəticəyə gəlinmiş, kassasiya şikayətinin dəlilləri qərardadın ləğvi üçün əsas ola bilməz, ona görə də kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh1-in kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın həmin iş üzrə 23 sentyabr 2019-cu il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar