Məhkəmə qərarları › İş №2(102)-786/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-786/2022

26.01.2022 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-786/2022 26.01.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı iş üzrə QƏRARİ ( Açar sözlər: mənzilin boşaldılması ) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Hüseynov Abiddin Qabil oğlundan ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-7011/2021 nömrəli iş üzrə 31 avqust 2021-ci il tarixli qərardadından Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 26 yanvar 2022-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məh kəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: İşin halları: 30 mart 2008-ci il tarixli kredit müqaviləsinə əsasən İddiaçı ASC tərəfindən Rüstəmov Ətiraf Müseyib oğluna illik istifadə dərəcəsi 18 faiz olmaqla 12 ay müddətinə 50.000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə borclunun öhdəliklərinin təminatı kimi Cavabdeh1 məxsus Bakı şəhəri, N saylı evin üç otaqlı 72 saylı mənzili ipoteka ilə yüklü edilmişdir. Kreditin qaytarılması təmin olunmadığından Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 01 aprel 2011-ci il tarixli qətnaməsi ilə cavabdeh Ə.M.Rüstəmovdan bankın xeyrinə kredit borcuna görə cəmi 62.925 manatın tutulması və tutmanın ipoteka predmeti olan mənzilə yönəldilməsi qət edilmişdir. Həmin qətnamənin icrası ilə əlaqədar ipoteka ilə yüklü edilmiş mənzil açıq hə rraca çıxarılmış və 20 may 2014-cü il tarixdə keçirilmiş hərracda banka satılmışdır. Bununla əlaqədar bankla hərracın təşkilatçısı arasında həmin tarixdə alqı-satqı müqaviləsi bağlanmış və bankın mənzil üzərində mülkiyyət hüququ 15 aprel 2016-cı il tarixdə dövlət qeydiyyatına alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat 2017-ci ilin avqust ayında İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh1 və qeyrilərinin bankın mülkiyyətinə keçmiş mənzildə yaşamaqda davam etməklə bankın mülkiyyət hüququnu pozmasını əsas göstərməklə onların mənzildən istifadə hüquqlarının itirilmiş hesab edilməklə oradan çıxarılmalarına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-276/2018 saylı, 29 avqust 2018 -ci il tarixli qətnaməsi ilə (hakim: Z.Ə.Sadiqov) iddia təmin edilmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat İş üzrə Cavabdeh1 apellyasiya şikayəti verərək ipoteka predmeti olan mənzilin ilkin satış qiymətinin onun yarı dəyəri məbləğində müəyyən olunmasını və bununla əlaqədar hərracın nəticələrinin ləğv edilməsi barədə məhkəmədə iddia qaldırmasını əsas göstərməklə qətnamənin ləğv edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-12309/2018 saylı, 15 noyabr 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər – T.S.Səmədov (sədrlik edən və məruzəçi), İ.S.Şirinov və E.C.Kazımov) Cavabdeh1 apellyasiya şikayəti təmin edilməmiş, Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 29 avqust 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bundan sonra iş üzrə digə r Cavabdeh2 Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 29 avqust 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddianın rədd olunması barədə apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-7011/2021 saylı, 31 avqust 2021-ci il tarixli qərardadı ilə (hakimlər – E.Ə.Mehdiyev (sədrlik edən və məruzəçi), N.Ş.Cəfərov və X.Ə.Sarıyev) Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti qeyrimümkün hesab edilərək iş Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinə göndərilmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri İş üzrə Cavabdeh2kassasiya şikayəti verərək Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 29 avqust 2018-ci il tarixli qətnaməsinin ona təqdim edilməsi barədə işdə heç bir sü butun olmamasını, qərardadın mülki prosessual hüquq normalarının pozulması ilə çıxarılmasını əsas göstərməklə ləğv edilməsini xahiş etmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz verilməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmalarına baxmayaraq tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmiş, lakin kollegiya işə tərəflərin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 366.2 Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Maddə 417.1.1 Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.3 Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri Azərbaycan Respublikası MPM-nin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmin Məcəllənin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessua l hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti qərardadın ləğv edilməsinə yönəldiyindən, kollegiya hesab edir ki, qərardadın qanuniliyi tam yoxlanılmalıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Apellyasiya instansiyası məhkəməsi Cavabdeh2 apellyasiya şikayəti üzrə apellyasiyanı qeyri-mümkün hesab edərkən qətnamənin Cavabdeh2 tərəfindən mübahisələndirilən hissəsinin bundan əvvəl Cavabdeh1 apellyasiya şikayətinə əsasən apellyasiya qaydasında yoxlanılmasını və Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 15 noyabr 2018-ci il tarixli qətnaməsi ilə Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 29 avqust 2018-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını əsas göstərmiş və bu zaman “Apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxıl masının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələsinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya Kollegiyaları tərəfindən qəbul edilmiş 14 oktyabr 2020-ci il tarixli qərardadda qeyd edilmiş hüquqi mövqeyə əsaslanmışdır. Həmin qərarda Ali Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin (və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir. Məhkəmə aktlarının apellyasiya qaydasında yoxlanılmış h issələrindən verilmiş apellyasiya şikayəti (və ya şikayətləri) apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366.2-ci maddəsinə əsasən qeyri-mümkün hesab edilməlidir. Məhkəmələrin eyni iş üzrə bir tərəfin şikayəti əsasında tam, yaxud müəyyən hissədə yoxlanılaraq qanuni qüvvəsini almış məhkəmə qərarının mübahisənin digər tərəfin şikayəti əsasında təkrarən yoxlanılması hüquqi müəyyənlik prinsipinə zidd olduğundan, bu şikayətlərə baxılması yolverilməz hesab edilməklə geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 366.2-ci maddəsinə görə əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Cavabdeh2 apellyasiya şikayəti üzrə apellyasiyanın qeyri-mümkün olması barədə apellyasiya instansiyası məhk əməsinin nəticəsi qanuni və əsaslı olduğundan kollegiya həmin nəticə ilə razılaşır və hesab edir ki, qərardadın ləğv edilməsi üçün əsaslar yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-7011/2021 nömrəli iş üzrə 31 avqust 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar