Məhkəmə qərarları › İş №2(102)-7860/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-7860/2019

09.12.2019 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-7860/2019 09.12.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Hacıyev Sənan Firudin oğlu (sədrlik edən və məruzəçi - hakim), Əsgərov Qürbət Ağa oğlu, Vəliyeva Elşanə Rafiq qızından ibarət tərkibdə, Qılıcova Sevda Mübariz qızının katibliyi ilə, İddiaçı vəkili Vəkil, cavabdeh ləğv prosesində olan “xxxx” KB açıq səhmdar cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun vəkili X3 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 03 iyul 2019-cu il tarixli, 2(103)7476/2019 nömrəli qətnaməsindən cavabdeh ləğv prosesində olan “xxxx” KB açıq səhmdar cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı, X4 mülkiyyətində olan ipoteka ilə yüklü edilmiş ünvaninin girovdan azad olunmasına dair qətnamənin çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 14 fevral 2019-cu il tarixli, 2(006)-706/2019 nömrəli qətnaməsi ilə (hakim R.Ə.Səmədov) X5 mülkiyyətində olan, ipoteka ilə yüklü edilmiş ünvan girovdan (ipoteka yüklülüyündən) azad edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 03 iyul 2019-cu il tarixli, 2(103)-7476/2019 nömrəli qətnaməsi ilə (hakimlər Z.Ə.Əliyev, R.Ə.Eyvazov və F.Ş.Talışınski) ləğv prosesində olan “xxxx” QSC-nin apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-706/2019 saylı iş üzrə 14 fevral 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 03 iyul 2019-cu il tarixli, 2(103)-7476/2019 nömrəli qətnaməsindən cavabdeh ləğv prosesində olan “xxxx” KB açıq səhmdar cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu kassasiya şikayəti vermişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Cavabdeh ləğv prosesində olan “xxxx” KB açıq səhmdar cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 03 iyul 2019-cu il tarixli qətnaməsindən kassasiya şikayəti verərək, onun ləğv, iddianın təmin edilməməsi və ya işin yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, məhkəmə işin halları na düzgün hüquqi qiymət verməmiş, maddi və prosessual hüquq normalarını pozmuşdur. Belə ki, cavabdeh ilə X7 arasında ipoteka müqaviləsi bağlanılan zaman G.Seyidova fəaliyyət qabiliyyətli olmuş, yalnız 4 il sonra məhkəmə qətnaməsi ilə fəaliyyət qabiliyyətsiz elan edilmişdir. İşə baxan məhkəmələr Bankın kredit müqaviləsi üzrə krediti təminatın olduğu üçün verdiyini nəzərə almamış, məsələyə qeyri-obyektiv və birtərəfli münasibət bildirmişdir. PROSESSUAL MƏSƏLƏLƏR: Məhkəmə iclasında iştirak edən cavabdeh ləğv prosesində olan “xxxx” KB açıq səhmdar cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun vəkili X6kassasiya şikayətini müdafiə edərək onun təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı vəkili Vəkil kassasiya şikayətinə etiraz edərək onun rədd, apelly asiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası qəbul etdiyi 03 iyul 2019-cu il tarixli 18 iyul 2019-cu il tarixli qətnaməsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 14 fevral 2019-cu il tarixli qətnaməsini dəyişdirmədən saxlayarkən haqlı olmuş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından göründüyü kimi, 28.12.2007-c i il tarixdə QSC “xxxx” KB-nin Sahil filialı ilə X8 arasında bağlanmış kredit müqaviləsi üzrə bankın tələb hüququnun təminatı kimi, həmin tarixdə bağlanmış ipoteka müqaviləsinə əsasən, X5 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 11 saylı mənzil ipoteka ilə yüklü edilmişdir. X7, 03.11.2007-ci il tarixdən Bakı şəhər X1 qeydiyyatında olmuş və Səbail Rayon Məhkəməsinin 02.05.2011-ci il tarixli qətnaməsi ilə fəaliyyət qabiliyyəti olmayan hesab edilmişdir. Bakı şəhəri Səbail rayonu İcra Hakimiyyəti Başçısının 30.06.2011-ci il tarixli, 135 saylı sərəncamı ilə İddiaçı, Günay Seyidovaya qəyyum təyin edilmişdir. İddiaçı, “xxxx” KB ilə Günay Seyidova arasında bağlanmış ipoteka müqaviləsini mübahisələndirmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 18.01.2012-ci il tarixli qətnaməsi ilə, “xxxx” Kommersiya Bankının “Sahil” filialı ilə X7 arasında bağlanmış 28 dekabr 2007-ci il tarixli **********/02 saylı ipoteka müqaviləsinin etibarsız hesab olunması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 04.06.2012-ci il tarixli qətnaməsi ilə Səbail Rayon Məhkəməsinin qətnaməsi, Ali Məhkəmənin Mülki Kollegiyasının 27.12.2012-ci il tarixli qərarı ilə isə Bakı Apellyasiya Məhkəməsinin qətnaməsi həmin hissədə dəyişdirilmədən saxlanılmışdır. İddiaçı, mənzil üzərindən ipotekanın dövlət qeydiyyatının ləğv edilməsi üçün bankın ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna müraciət etmiş, lakin bunun müsbət nəticəsi olmamışdır. Qeyd edilənlər Bakı şəhəri Səbail rayonu İcra Hakimiyyəti Başçısının 30.06.2011-ci il tarixli, 135 saylı sərəncamı, Bakı şəhəri Səbail Rayon Məhkəməsi nin 2(009)-239/2012 saylı, 18.01.2012-ci il tarixli, Bakı Apellyasiya Məhkəməsinin 04.06.2012-ci il tarixli, 2(103)-2091/12 saylı qətnamələri, Ali Məhkəmənin 27.12.2012-ci il tarixli, 2(102)-4091/2012 saylı qərarı, ləğv prosesində olan QSC “xxxx” KB-nın ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun 20.09.2018-ci il tarixli məktubu və işdə olan digər sənədlərlə təsdiqlənir. ünvaninin girovunun hüquqi əsası olan 28 dekabr 2007-ci il tarixli ipoteka müqaviləsi Səbail Rayon Məhkəməsinin 18.01.2012-ci il tarixli qətnaməsi ilə etibarsız sayılmışdır. Maddi və prosessual hüquq normalar yoxlanılarkən kassasiya kollegiyası belə nəticəyə gəlmişdir ki, apellyasiya məhkəməsi iddianın qanuni əsaslarını düzgün müəyyən etmişdir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun: 1.0.1-ci maddəsinə əs asən ipoteka - öhdəliyin icrasının təmin edilməsi üsulu olaraq daşınmaz əşyaların və rəsmi reyestrdə üzərində mülkiyyət hüquqları qeydə alınan daşınar əşyaların girovudur. 1.0.7-ci maddəsinə əsasən ipoteka müqaviləsi - əsas öhdəliyin icrasının təmin edilməsi üçün ipoteka saxlayan və ipoteka qoyan arasında bağlanılan əqddir. 11.1-ci maddəsinə əsasən daşınmaz əşyanın ipotekası haqqında müqavilə daşınmaz əmlakın dövlət reyestrində, daşınar əşyanın ipotekası haqqında müqavilə isə daşınar əmlakın rəsmi reyestrində qeydə alınmalıdır. 11.2-ci maddəsinə əsasən ipoteka hüququ ipoteka müqaviləsinin dövlət qeydiyyatına alındığı andan əmələ gəlir. İpoteka müqaviləsi bu Qanunun 11.3-cü və müvafiq hallarda 11.4-cü maddələrində nəzərdə tutulmuş məlumatların müvafiq reyestrə daxil edildiyi andan dövlət qe ydiyyatına alınmış hesab olunur. 15.1-ci maddəsinə əsasən, ipotekanın dövlət qeydiyyatı ipoteka saxlayanın ərizəsi və ya məhkəmənin qərarı əsasında qeydiyyat orqanı tərəfindən ləğv edilir. Azərbaycan Respublikas Mülki Məcəlləsinin 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Yuxarıda sadalanan maddi hüquq normalarına istinad edən apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 11 və 15-ci maddələrinə əsasən, sözügedən mənzilin girovdan azad olunmasını tələb etməkdə haqlıdır. Belə ki, ipoteka, öhdəliyin icrasının təmin edilməsi üsulu olaraq daşınmaz əşyaların və rəsmi reyestrdə üzərində mülkiyyət hüquqla rı qeydə alınan daşınar əşyaların girovudur. Daşınmaz əşyanın ipotekası haqqında ipoteka saxlayanla ipoteka qoyan arasında bağlanılan əqd olan ipoteka müqaviləsi daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmalıdır. İpoteka hüququ ipoteka müqaviləsinin dövlət qeydiyyatına alındığı andan əmələ gəlir. Göründüyü kimi, ipoteka, əsas öhdəlik üzrə kreditorun tələb hüququnun təminatı olaraq əşyanın ipoteka saxlayanın xeyrinə yüklü edilməsidir (məhdud əşya hüququ). Yəni, borclu tərəfindən öhdəliyin icrası gecikdirildikdə ipoteka saxlayan, ipoteka predmetinin satılaraq əldə olunan vəsait hesabına tələbinin tam təmin olunmasını istəyə bilər. Daşınmaz əmlakın dövlət reyetsrində ipotekanın qeydə alınmasının hüquqi səbəbini ipoteka müqaviləsi təşkil edir. Başqa sözlə, qeydiyyat orqanının əşya üzərində yüklülük qeydi aparmasının əsası ipoteka müqaviləsidir. Bu müqavilə, məhkəmənin qətnaməsi ilə etibarsız sayıldıqda isə həmin əqdin olmaması kimi hüquqi nəticə yaranır. Çünki, etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. İddiaçının qəyyumu olduğu Günay Seyidova ilə “xxxx” KB arasında ipoteka hüquq münasibətləri, habelə həmin mənzilin daşınmaz əmlakın dövlət reyestrində girov kimi qeydə alınmasının (yüklülüyünün) hüquqi səbəbi aradan qalxmışdır. Buna baxmayaraq, iddiaçı, hazırkı vaxtadək mənzilin girovdan azad edilməsinə nail ola bilməmişdir. Kassasiya kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, hazırkıişinfaktikihallarını tam, hərtərəflivəobyektivaraşdırmış vətərəflərarasındakımübahi səninhəlliüçüntətbiqedilməliolanmaddivəprosessualhüquqnormalarınıdü zgüntətbiqetmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. Belə ki, kassasiya şikayətində qeyd edilənlər hazırki iddia üçün deyil, ipoteka müqaviləsinin etibarsızlığı iddiasına baxılarkən əhəmiyyət kəsb edə bilərdi ki, həmin dəlillərə də qanuni qüvvəsini almış məhkəmə qətnaməsində müvafiq qiymət verilərək ipoteka müqaviləsi etibarsız hesab edilmişdir. Hazırki halda isə etibarsız hesab edilmiş ipoteka müqaviləsi üzrə əmlakın yüklü qalması yuxarıda istinad edilən maddi hüquq normaları baxımından yolverilməzdir. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiy a məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh ləğv prosesində olan “xxxx” KB açıq səhmdar cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 03 iyul 2019-cu il tarixli, 2(103)7476/2019 nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar