Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-787/2023 23.02.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər ləğv prosesində olan Cavabdeh1 ASC-yə, Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi idarəsinə qarşı “ipotekaya xitam verilməsi, əmlakın ipoteka yüklülüyündən azad edilməsi” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: ipotekaya xitam verilməsi, əmlakın ipoteka yüklülüyündən azad edilməsi, preyudisiya) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 03 noyabr 2022-ci il tarixli, 2(103)7169/2021 nömrəli qətnaməsindən cavabdeh Ləğv prosesində olan Cavabdeh1 ASC tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları:
1. Şəki Rayon Məhkəməsinin 24 iyul 2015-ci il tarixli qətnaməsi ilə iddiaçı "xxxx" ASC-nin iddiası qismən təmin edilərək, X1 iddiaçının xeyrinə kredit müqaviləsinə əsasən 53952,76 manat əsas, 62,94 manat faiz borcu, 500 manat dəbbə pulu olmaqla, cəmi 54515,7 manat kredit borcunun və 30 manat dövlət rüsumunun "xxxx" ASC-nin xeyrinə tutulması, ipoteka predmetləri olan Şəki şəh əri, N.Nərimanov küçəsində yerləşən, X2 mülkiyyətində olan 0,075 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 3 otaqlı, 67,9 kv.m. yaşayış, 140,7 kv.m. köməkçi sahədən ibarət 2 nömrəli fərdi yaşayış evinin açıq hərracda ilkin satış qiyməti 75000 manata və Şəki şəhəri Qurcana küçəsində yerləşən, İddiaçı mülkiyyətində olan 0,0576 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 2 otaqlı, 49,0 kv.m. yaşayış, 82,8 kv.m. köməkçi sahədən ibarət 2 nömrəli fərdi yaşayış evinin açıq hərraca ilkin satış qiymətinin 57000 manata satılması, onların satışından əldə olunmuş pul vəsaiti hesabına X2 "xxxx" ASC-yə olan borcunun ödənilməsi, Şəki şəhəri, N.Nərimanov küçəsində yerləşən fərdi yaşayış evi satıldıqda X5, X8, X11 və X6 və onlarla birlikdə yaşayan digər ailə üzvləri 1 ay ərzində həmin yaşayış evini tərk etmə dikləri halda və Şəki şəhəri Qurcana küçəsində yerləşən fərdi yaşayış evi satıldıqda İddiaçı və X9 və onlarla birlikdə yaşayan digər ailə üzvləri həmin fərdi yaşayış evini tərk etmədikləri halda onların məcburi qaydada çıxarılması qət edilmişdir.
2. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 03 mart 2016-cı il tarixli qətnaməsi ilə cavabdehlər İddiaçı, X8, onların nümayəndəsi X17, İddiaçı və X9 tərəfindən verilmiş apellyasiya şikayətinin qismən təmin edilməsi, Şəki Rayon Məhkəməsinin 24 iyul 2015-ci il tarixli qətnaməsinin qismən, yəni Şəki şəhəri, Qurcana küçəsində yerləşən, İddiaçı mülkiyyətində olan 0,0576 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 2 otaqlı, 49,0 kv.m yaşayış, 82,8 kv.m köməkçi sahədən ibarət 2 nömrəli fərdi yaşayış evinin açıq hərracda ilkin satış qiymətinin 570 00 manata satılması və Şəki şəhəri Qurcana küçəsində yerləşən fərdi yaşayış evi satıldıqda İddiaçı, X9 və onlarla birlikdə yaşayan digər ailə üzvləri 1 ay ərzində həmin fərdi yaşayış evini tərk etmədikləri halda onların məcburi qaydada çıxarılmaları hissəsində ləğv edilməsi, iddianın həmin hissədə təmin olunmaması, iş üzrə Şəki Rayon Məhkəməsinin 24 iyul 2015-ci il tarixli qətnaməsinin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı cavabdehlər Ləğv prosesində olan Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı iddia ərizəsi i lə məhkəməyə müraciət edərək, iddiaçının mülkiyyətində olan 0,0576 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 2 otaqlı 49,0 kv.m yaşayış, 82,8 kv.m köməkçi sahədən ibarət 2 nömrəli fərdi yaşayış evinin X7 ilə Cavabdeh1 ASC arasında 15 iyul 2009-cu il tarixli 51 saylı təminatlı kredit müqaviləsi üzrə Ləğv prosesində olan Cavabdeh1 ASC qarşısında ipotekasına xitam verilməsi, qeyd edilən fərdi yaşayış evinin ipoteka qeydlərinin ləğv edilməsi ilə bağlı Daşınmaz Əmlakın Dövlət Reyestrində müvafiq qeydlərin aparılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. İddia onunla əsaslandırılmışdır ki, X7 ilə Cavabdeh1 ASC arasında 15 iyul 2009-cu il tarixli 51 saylı təminatlı kredit müqaviləsi bağlanmışdır. Həmin kredit müqaviləsi üzrə öhdəliklərin təminat üsulu kimi Şəki şəhəri, Qurcana küçəsi ndə yerləşən İddiaçı mülkiyyətində olan 0,0576 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 2 otaqlı 49,0 kv.m yaşayış, 82,8 kv.m köməkçi sahədən ibarət 2 nömrəli fərdi yaşayış evi mülkiyyətçinin xəbəri və razılığı olmadan, onun tərəfindən tamamilə başqa məqsəd üçün verilmiş etibarnamə əsasında X7 tərəfindən Cavabdeh1 ASC-yə ipotekaya qoyulmuşdur. X7 bank qarşısında kredit öhdəliklərini icra edə bilməmiş, nəticədə kreditor tərəfindən ipoteka predmetlərinə tutma yönəldilməsi proseduruna başlanılmışdır. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 03 mart 2016-cı il tarixli qanuni qüvvəyə minmiş qətnaməsinə əsasən bankın iddia tələbi tutmanın İddiaçı mülkiyyətində olan 0,0576 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 2 otaqlı 49,0 kv.m yaşayış, 82,8 kv.m köməkçi sahədən ibarət 2 nömrəli fərdi yaşayış evinə yönəldilməsi hissəsində rədd edilmişdir. Qətnamə onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış həmin fərdi yaşayış evinin ipoteka ilə yüklü edilməsinə dair 15 iyul 2009-cu il tarixli, 50 nömrəli ipoteka müqaviləsində ipoteka qoyan qrafasında mülkiyyətçi İddiaçı adının qarşısında olan imzanın kim tərəfindən icra edilməsini müəyyən etmək məqsədilə məhkəmə-xətşünaslıq ekspertizası təyin olunmuş, ekspertizanın 25 yanvar 2016-cı il tarixli rəyi ilə müəyyən edilmişdir ki, sözügedən ipoteka müqaviləsində ipoteka qoyan qrafasında İddiaçı adının qarşısında olan imza ona məxsus deyil, X4 məxsusdur. Həmçinin, istinad olunan qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin əsaslandırıcı hissəsində göstərilmişdir ki, işin mübahisəsiz hallarından görünür ki, İddiaçı 14 avqust 2008-ci il tarixli, ƏN-İ seriyalı, 040732 nömrəli etibarnamə ilə özünə məxsus olan bütün əmlakları idarə etməyi, o cümlədən əmlakı ipoteka (girov) qoymaq, ipotekanı (girovu) qəbul etmək haqqında əqdləri bağlamağı və əqdlər üzrə haqq-hesab aparmağı 14 avqust 2018-ci il tarixə kimi qardaşı X4 etibar etmişdir. Göründüyü kimi Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 03 mart 2016-cı il tarixli qanuni qüvvəyə minmiş qətnaməsinə əsasən bankın iddia tələbi tutmanın İddiaçı mülkiyyətində olan 0,0576 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 2 otaqlı 49,0 kv.m yaşayış, 82,8 kv.m köməkçi sahədən ibarət 2 nömrəli fərdi yaşayış evinə yönəldilməsi hissəsində rədd edilsə də, həmin iş üzrə cavabdehlər və hazırki iş üzrə iddiaçı tərəfindən ipotekanın etibarsızlığına və ipoteka qeydiyyatının DƏDRX -də ləğvinə dair iddia qaldırılmadığından məhkəmə mülki prosessual qanunvericiliyin tələblərinə müvafiq olaraq iddia tələbindən kənara çıxmamış və sözügedən fərdi yaşayış evinin ipoteka ilə yüklü edilməsinə dair ipoteka müqaviləsinin etibarsızlığını və ipoteka qeydiyyatının ləğvini qət etməmişdir. Lakin bununla belə sözügedən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində həmin fərdi yaşayış evinin ipotekasının etibarsız olmasına dolayısı ilə hüquqi münasibət bildirilmiş və məhz ipoteka müqaviləsinin etibarsızlığına dair əsaslar müəyyən olunduğundan bankın tələbi tutmanın əmlaka yönəldilməsi hissəsində təmin olunmamışdır.
5. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 10 avqust 2022-ci il tarixli, 2(006)-2949/2022 nömrəli qətnaməsi ilə (hakim R.Ə.Səmədov) iddia tələbi təmin edilmiş, İddiaçı mülkiyyə tində olan 0,0576 ha torpaq sahəsində Şəki şəhəri, Qurcana küçəsində yerləşən 2 mərtəbəli, 2 otaqlı 49,0 kv.m yaşayış, 82,8 kv.m köməkçi sahədən ibarət 2 nömrəli fərdi yaşayış evinin X7 ilə Cavabdeh1 ASC arasında 15 iyul 2009-cu il tarixli 51 saylı təminatlı kredit müqaviləsi üzrə ləğv prosesində olan Cavabdeh1 ASC qarşısında ipotekasına xitam verilməsi, İddiaçı mülkiyyətində olan həmin fərdi yaşayış evinin ipoteka qeydlərinin ləğv edilməsi ilə bağlı Daşınmaz Əmlakın Dövlət Reyestrində müvafiq qeydlər aparılması qət edilmişdir.
6. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, X5 ilə "xxxx" ASC arasında bağlanmış 15 iyul 2009-cu il tarixli kredit müqaviləsi Hacıbala Hacıbalayevin maraqlarına uyğun bağlanmışdır. Belə ki, bu müqavilədə borclu təmsil olunan İddiaçı deyil, təmsilçi Hacıbala Ha cıbalayev özü olmuşdur. İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən mənzilə dair ipoteka müqaviləsi də onun etibarnaməsi əsasında Hacıbala Hacıbalayev tərəfindən kredit müqaviləsi üzrə bank qarşısında sonuncunun öhdəliklərinin təmin olunması üçün bağlanmışdır. Mənzilə dair etibarnamə verilərkən İddiaçı Hacıbala Hacıbalayevə bu onun maraqlarını üçüncü şəxslər qarşısında təmsil etmək və Hacıbala Hacıbalayevin özünün maraqları daxilində deyil, İddiaçı maraqlarından hərəkət etmək səlahiyyəti vermişdir. X16 həmin etibarnamədən öz marağı üçün istifadə etməklə İddiaçı iradəsinin əksinə hərəkət etmişdir.
7. Qanuni qüvvəsini almış məhkəmə aktı ilə ipoteka saxlayan Cavabdeh1 ASC-nin Qəbələ filialı, ipoteka qoyan İddiaçı və borc alan İddiaçı arasında bağlanmış 15 iyul 2009-cu il tarixli, 50 nömrəli ipoteka müqaviləsində ipoteka qoyan qrafasında İddiaçı adının qarşısında olan imzanın İddiaçı tərəfindən deyil, X5 tərəfindən icra edildiyi, bu səbəbdən də Şəki Rayon Məhkəməsinin 24 iyul 2015-ci il tarixli qətnaməsinin qismən, yəni Şəki şəhəri Qurcana küçəsində yerləşən, İddiaçı mülkiyyətində olan 0,0576 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 2 otaqlı, 49,0 kv.m yaşayış, 82,8 kv.m köməkçi sahədən ibarət 2 nömrəli fərdi yaşayış evinin açıq hərracda ilkin satış qiymətinin 57000 manata satılması və Şəki şəhəri Qurcana küçəsində yerləşən fərdi yaşayış evinin satıldıqda X7, X9 və onlarla birlikdə yaşayan digər ailə üzvləri 1 ay ərzində həmin fərdi yaşayış evini tərk etmədikləri halda onların məcburi qaydada çıxarılmaları hissəsində ləğv edilməsi, iddianın həmin hissədə təmin olunma ması müəyyən edilmişdir.
8. Belə olan halda, məhkəmə hesab etmişdir ki, qanuni qüvvəsini almış Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 03 mart 2016-cı il tarixli qətnaməsi ilə müəyyən edilmiş hallar nəzərə alınmaqla, İddiaçı mülkiyyətində olan 0,0576 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 2 otaqlı 49,0 kv.m yaşayış, 82,8 kv.m köməkçi sahədən ibarət 2 nömrəli fərdi yaşayış evi ipoteka yüklülüyündən azad edilməlidir. Belə ki, qanuni qüvvəyə minmiş həmin qətnaməsində fərdi yaşayış evinin ipotekasının etibarsız olmasına dolayısı ilə hüquqi münasibət bildirilmiş və məhz ipoteka müqaviləsinin etibarsızlığına dair əsaslar müəyyən olunduğundan, bankın tələbi tutmanın əmlaka yönəldilməsi hissəsində təmin olunmamışdır.
9. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 60 -cı, Mülki Məcəllənin 350, 358, 359.1, 359.3, 362.1, 385.1, 386.1, 527.1-ci, Mülki Prosessual Məcəllənin 4, 14.2, 76.1, 76.2, 77.1, 82.3, 217.3, 217.4-cü maddələri əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat
10. Ləğv prosesində olan Cavabdeh1 ASC apellyasiya şikayəti verərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 10 avqust 2022-ci il tarixli, 2(006)-2949/2022 nömrəli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
11. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 03 noyabr 2022-ci il tarixli, 2(103)7169/2022 nömrəli qətnaməsi ilə (hakim E.M.Həsənovun sədrliyi və məruzəsi ilə, hakimlər X.A.Mərdanovanın və V.N.Sadıqovun iştirakı ilə) apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəm əsinin 10 avqust 2022-ci il tarixli, 2(006)-2949/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
12. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan apellyasiya məhkəməsi göstərmişdir ki, Şəki Apellyasiya Məhkəməsinin 03 mart 2016-cı il tarixli qətnaməsi ilə müəyyən edilmişdir ki, İddiaçı mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən mənzilə dair bağlanmış ipoteka müqaviləsi etibarlı əqd deyildir. Bu o deməkdir ki, sözügedən əqd əsasında həmin əmlak üzərində bankın ipoteka (məhdud əşya hüququ) yaranmamışdır. Mülki prosessual qanunvericiliyi ilə müəyyənləşdirilmiş preyudisiya mexanizminə əsasən, əvvəlki məhkəmə qətnaməsi ilə müəyyən olunan hallar işdə iştirak edən şəxslərə münasibətdə preyudisiya keyfiyyəti əldə edir, yəni maraqlı şəxslər tərəfindən yenidən təsdiq və ink ar edilə bilməz. Bu mexanizm hüquq münasibətləri iştirakçılarını intizamlandırmaqla yanaşı, həm də hüquqi müəyyənliyi təmin edir.
13. Şəki Apellyasiya Məhkəməsinin 03 mart 2016-cı il tarixli qətnaməsi ilə tərəflər arasındakı münasibətlərə hüquqi müəyyənlik gətirilmişdir; hüquqi müəyyənlik prinsipi isə digər tələblərlə yanaşı ən ümumi mənasında mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur.
14. Apellyasiya şikayətinin dəlillərini əsassız sayan apellyasiya məhkəməsi qeyd etmişdir ki, mülki münasibətlərdə riayət edilməsi zəruri olan mühüm qaydalardan biri də dürüstlük qaydasıdır. Bir hüquqdan dürüstlük qaydasına zidd şəkildə istifadə edilməsi hüquqdan sui-istifadə sayılır ki, hüquq sistemi hüquqdan açıqca sui-istifadə edilməsini qorumur. Dürüstlük qaydası hər bir şəxsdən dürüst bir insan olaraq gözlənilən davranışı ifadə edir; bir davranışın bu xarakterdə olubolmadığı isə cəmiyyətdə mövcud olan əxlaqi ölçülərə, qəbul edilmiş adətlərə, hüquqları yaradan münasibətlərin məqsədinə görə təyin edilir. Dürüstlük qaydası və hüquqdan sui-istifadə qadağası haqqa və ədalətə, əxlaq anlayışına, həyat ehtiyaclarına uyğun gəlməyən nəticələrin qarşısını alan ümumi bir hüquq qaydası, bir təməl hüquq prinsipidir.
15. Apellyasiya məhkəməsi mövqeyini əsaslandırarkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3, 6.2, 14.2.1, 269.4, 269.5, 324.1 və 324.2, 337.1, 337.5, 359.1, 359.3-cü, “İpoteka haqqında” Qanunun 48.1-ci, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 80, 81, 82.3, 88, 233.3, 385ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Q. Məmmədov a və digərlərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 30 oktyabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsi Plenumunun 15 iyul 2015-ci il tarixli və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 02 aprel 2021-ci il tarixli qərarlarına, Avropa İnsan Hüquqları Məhkəməsinin presedent qərarlarına istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri:
16. Cavabdeh Ləğv prosesində olan Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu vasitəsi ilə kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 03 noyabr 2022-ci il tarixli, 2(103)-7169/2021 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.
17. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi Mülki Məcəllənin 337, 339.6, 346.1, 354-cü, Mülki Prosessual Məcəllənin 265.4-cü maddələrinin pozulması və düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir. Belə ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə 11 iyul 2009-cu il tarixli 50 saylı ipoteka müqaviləsi etibarsız hesab edilməmiş və hazırki işdə də iddiaçı müqavilənin etibarlılığını mübahisələndirməmişdir. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi rəyə əsasən bəzən qanunvericilikdə məcburi qanun normalarına zidd olaraq bağlanan əqdlərin etibarsız hesab olunması üçün məhkəmə qərarı tələb olun ur. Hazırki müqavilə etibarsız hesab edilmədiyi təqdirdə, əmlakın ipotekadan azad edilməsi üçün heç bir hüquqi əsas yoxdur. Notariusun, İddiaçı və qardaşı X3 qəsdləri nəticəsində Banka ziyan dəymişdir.
18. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.
19. İddiaçı kassasiya şikayətin qarşı etiraz verərək təmin edilməməsi və apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
20. Etiraz iddia ərizəsində qeyd olunan hallara istinad edilməklə onunla əsaslandırılmışdır ki, apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. Kassasiya baxışının hədləri:
21. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələ binə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.
22. Kassator apellyasiya instansiyası məhkəməsinin qətnamə sinin tam ləğv olunmasını xahiş etdiyindən, hazırki kassasiya baxışının predmetini kassasiya şikayətinin dəlillərinə uyğun olaraq apellyasiya instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq:
23. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
24. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. 6.1.5-ci maddəsinə əsasən müqavilələr azadlığı mülki qanunvericiliyin prinsiplərindən biridir. 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəf li, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 359.1-ci maddəsinə əsasən əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Səlahiyyət həmçinin təmsilçinin fəaliyyət göstərdiyi şəraitdən də (pərakəndə ticarətdə satıcı, kassir və i.a.) bəlli ola bilər. 359.3-cü maddəsinə əsasən təmsilçi təmsil edilən adından şəxsən özü barəs ində əqdlər bağlaya bilməz. O, həmçinin, kommersiya təmsilçiliyi halı və qiymətli kağızlar bazarında investisiya şirkəti fəaliyyəti istisna olmaqla, eyni zamanda təmsilçisi olduğu şəxs barəsində bu cür əqdlər bağlaya bilməz.
25. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, y erində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclas ında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:
26. Məhk əmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
27. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işin hallarına, habelə hazırki kassasiya şikayətinin dəlilləri ilə eyni olan apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verilmiş və məhkəmə kollegiyası həmin dəyərləndirmə ilə razılaşır.
28. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası bir daha qeyd edir ki, hazırki işdə müqavilənin etibarsız olması faktının bir daha mübahisələndirilməsinə yol verilmir. Belə ki, preyudisial əhəmiyyətə malik olan məhkəmə aktı ilə kassatorun hazırki iş üzrə mübahisə predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsinə dair tələbi məhz ipoteka müqaviləsinin qanunvericiliyin tələblərinə zidd bağlanması əsası rədd edilmişdir. 29. “Q.Məmmədova və digərlərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 30 oktyabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsi Plenumunun 15 iyul 2015-ci il tarixli qərarında qeyd edilmişdir ki, preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı s tabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir.
30. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, hazırki iddia mahiyyət etibarı ilə müqavilənin etibarsızlığını əhatə etdiyindən bununla tələbin əlavə irəli sürülməsinə zərurət yoxdur.
31. Qeyd olunmalıdır ki, məhkəmənin hazırki mövqeyi mövcud vahid məhkəmə təcrübəsinə uyğundur.
32. Belə ki, ilk olaraq “Mülki Məcəllənin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02 aprel 2021-ci il tarixli Qərarında nümayiş etd irdiyi hüquqi mövqeyə əsasən, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarl ı olub-olmaması müəyyən edilməlidir. Etibarsız əqdə əsaslanaraq qaldırılan iddia tələblərində iddiaçının tələbinin əqd üzrə hüquqi əsası mövcud olmur. Çünki əqdin etibarsız olması həmin əqdin nəzərdə tutulan hüquqi nəticəni yaratmaması, yəni əqd üzrə mülki hüquq və öhdəliklərin əmələ gəlməməsi deməkdir. Əqdin etibarsızlığı əqdin bağlanması ilə əlaqədar yol verilən hüquqa zidd halların nəticəsi olmaqla, bağlandığı andan etibarən öz təsir və nəticələrini göstərir. Beləliklə, Konstitusiya Məhkəməsinin Plenumu vurğulayır ki, hər hansı əqdə istinad edilərək iddia verildiyi təqdirdə, həmin iddianın necə əsaslandırılmasından asılı olmayaraq məhkəmənin ilk vəzifəsi həmin əqdin etibarlılığını müəyyən etməkdir.
33. Digər tərəfdən “Əqdə əsaslanan iddialara baxıldığı halda, ayrıca icraatda həmin əqdin etibarlılığının mübahisələndirilməsinin mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə” Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 iyun 2022-ci il tarixli Qərardadında qeyd olunmuşdur ki, ayrıca iddia tələbinin irəli sürülməsindən asılı olmayaraq, məhkəmə işin halları və tərəflərin dəlilləri əsasında əqdin etibarlı olduğunu və ya etibarsızlığını müəyyən etdikdə həmin halı nəzərə almalıdır. Bu məsələdə etibarsızlığın hansı növdə (o cümlədən mübahisə edilən əqd) olmasının fərqi yoxdur.
34. X20 Məhkəmənin kollegiyaları həmçinin vurğulamışdır ki, əqdə əsaslanan tələblər hüquqları əşya hüquqlarına söykənən iddialardan fərqləndirilməlidir. Məlum olduğu kimi əşya hüquqlarının qeydə alındığı daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliy i və tamamlığı prezumpsiyası vardır (Mülki Məcəllə, maddə 140). Bu prezumpsiya, hüquq sahibini həmin qeydin əsaslılığını sübut etmək yükündən azad edir. Eyni zamanda daşınar əşyanın sahibi haqqında ehtimal edilir ki, o əşyaya mülkiyyətçi hüququ ilə sahiblik edir (Mülki Məcəllə, maddə 166.1). Bununla belə, aidiyyəti şəxs tərəfindən həmin qanuni ehtimalların əksi iddia və sübut oluna bilər. Odur ki, əşya hüququnun əsaslandığı qeydin mötəbərliyinə aidiyyəti şəxs tərəfindən yazılı tələb irəli sürülməklə etiraz edilmədiyi halda, məhkəmənin həmin qeydin əsasında duran əqdin etibarlılığını yoxlamaq vəzifəsi yaranmır. Əks yanaşma Mülki Məcəllənin qeyd olunan prezumpsiyaları nəzərdə tutan normalarına, reyestrin mötəbərliyinə qarşı etiraz hüququna dair 141.2-ci maddəsinə, habelə Mülki Prosessual Məc əllənin 5.1-ci maddəsində əks olunan dispozitivlik prinsipinə uyğun olmazdı. Əksinə olaraq, hüququ pozulmuş şəxs iddiaçının əşya hüququnun mövcudluğunu müvafiq qaydada mübahisələndirdikdə (məsələn, reyestr qeydinin düzəldilməsi və ya qeydin hüquqi səbəbini təşkil edən əqdin etibarsız sayılması barədə tələb irəli sürüldükdə) məhkəmə əqdin etibarlılığını ümumi qaydada yoxlamaqla, nəticəsindən asılı olaraq əşya hüququna söykənən tələbi həll etməlidir. Bu halda həmin əqdlərin etibarlı olub-olmaması ilə bağlı mübahisə birdəfəlik həll olunmuş sayılır və belə iddianın yenidən qaldırılmasına yol verilmir.
35. Göründüyü kimi, hazırki halda iddiaçı mülkiyyətində olan əmlaka dair ipoteka qeydini mübahisələndirməklə, faktiki olaraq ipoteka müqaviləsinin etibarsızlığından çıxış etmişdir ki, məhkəmə t ərəfindən tələblərə əsaslı olaraq yuxarıda qeyd olunan qaydada hüquqi qiymət verilmişdir.
36. Odur ki, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, mübahisələndirilən qətnamə qəbul edərkən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir.
37. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh Ləğv prosesində olan Cavabdeh1 ASC tərəfin dən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 03 noyabr 2022-ci il tarixli, 2(103)-7169/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.