Məhkəmə qərarları › İş №2(102)-787/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-787/2025

25.02.2025 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-787/2025 25.02.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdehlər Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Göygöl rayon şöbəsi və Cavabdeh2 (maraqlı şəxs- Maraqlı şəxs) qarşı iddiası ilə bağlı mülki iş üzrə QƏRARİ İş № 2(102)-787/2025 (Açar sözlər: torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin ləğv edilməsi, tələbin inzibati icraata aid olması, iş üzrə icraata xitam verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Babayev Zəki Baba oğlu (məruzəçi), X3 və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Göygöl rayon şöbəsi və Cavabdeh2 (maraqlı şəxs - Maraq lı şəxs) qarşı “torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin ləğv edilməsi” tələbinəiddiası ilə bağlı mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-2063/2024 nömrəli, 29 oktyabr 2024-cü il tarixli qərardadından məhrum İddiaçı prosessual hüquqi varisi qismində X2 (Vəkil2) tərəfindən verilmiş kassasiya şikayətinə 25 fevral 2025-ci il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:

1. Xanlar rayonu X6 İcraiyyə Komitəsi ilə İddiaçı arasında bağlanmış “fərdi yaşayış evinin tikintisi üçün şəxsi əmlak hüququ ilə torpaq sahəsinin müddətsiz istifadəyə və mülkiyyətə verilməsinə dair xx.xx.1991-ci il tarixli müqaviləyə əsasən, Xanlar rayonu X6 İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli 5 saylı qərarı əsasında İddiaçı Xanlar şəhəri M.V.Vidadi küçəsində 75 nömrə altında fərdi yaşayış evinin tikintisi üçün şəhərin 10 və 11ci məhəlləsi deyilən ərazidən 0,06 ha həyətyanı torpaq sahəsi verilmişdir.

2. N-1213 A seriyalı KOD 50801004 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən, Xanlar rayon Aqrar İslahat Komissiyasının 07 fevral 2003-cü il tarixli 01 saylı qərarı ilə Cavabdeh2 keçmiş Xanlar (indiki Göygöl) rayonu ərazisində 0,06 ha həyətyanı torpaq sahəsi verilmişdir.

3. İddiaçı 29 avqust 2014-cü il tarixdə vəfat etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları. Birinci instansiya məhkəməsində icraat:

4. İddiaçı (bundan sonra iddiaçı) cavabdehlər Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Göygöl rayon şöbəsi və Cavabdeh2 (bundan sonra cavabdehlər) iddia ərizəsi ilə ünva n 1 ünvanda yerləşən torpaq sahəsinə dair verilmiş JN-1213 A saylı şəhadətnamənin ləğv edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Göygöl rayon Deputatları Soveti İcraiyyə Komitəsinin 26 fevral 1991-ci il tarixli qərarı ilə fərdi yaşayış evi tikdirmək üçün ünvan 2 ünvanda 0,06 ha həyətyanı torpaq sahəsi almışdır. Evin ətrafını məftillə hasarlayıb kənd təsərrüfatı bitkiləri əkib-becərib və mənzil tikmək üçün materiallar almışdır. ünvan 3 ünvanda olan torpaq sahəsini isə cavabdehə vermişdir. Cavabdeh 77 saylı ünvanda öz adına olan 0,06 ha torpaq sahəsində özünə yaşayış evi tikdirmişdir. Cavabdeh Göygöl rayon Torpaq şöbəsi səhvlik edərək Cavabdeh2 səhvən Vidadi küçəsi 75 saylı torpaq sahəsinə dair JN-1213 A saylı şəhadətnamə vermiş dir. Cavabdeh həmin şəhadətnamənin ləğv edilməsi üçün Torpaq şöbəsinə ərizə verməkdən imtina etmişdir. Torpaq şöbəsi isə həmçinin Göygöl şəhəri Vidadi küçəsi 75 saylı nömrədə yerləşən torpaq sahəsinə dair şəhadətnamə verməkdən boyun qaçırır.

6. Göygöl Rayon Məhkəməsinin (bundan sonra birinci instansiya məhkəməsi) 2(066)-152/2011 nömrəli, 10 may 2011-ci il tarixli qətnaməsi ilə (hakim-Fikrət Hüseynov) iddia tələbi təmin edilmiş, Cavabdeh2 adına Göygöl şəhəri Vidadi küçəsi 75 saylı ünvanda yerləşən torpaq sahəsinə dair verilmiş JN-1213 A saylı şəhadətnamənin ləğv edilməsi qət olunmuşdur.

7. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçıya qərar əsasında torpaq sahəsinin ayrılmasına, onun həmin sahəsən istifadə etməsinə baxmayaraq iş üzrə cavabdeh orqan tərəfindən h əmin sahəyə dair sənəd digər Cavabdeh2 adına verilmişdir. Məhkəmə müəyyən edilmişdir ki, Cavabdeh2 adına mübahisəli sahəyə dair sənəd verilsə də o, həmin sahədən yox, başqa torpaq sahəsindən istifadə edir. Məhkəmə hesab etmişdir ki, cavabdehin adına verilmiş şəhadətnamə ləğv edilməlidir.

8. Birinci instansiyası məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 49.1, 65.1, 65.3, 65.5-ci və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 141.1, 141.2, 149.2-ci maddələrinə istinadla əsaslandırmışdırr. Apellyasiya instansiyası məhkəməsindəki icraat:

9. Qətnamədən 29 mart 2024-cü il tarixdə Maraqlı şəxs apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və mülki işin icraatına xitam verilməsi barədə qərardad qəbul olunmasını xahiş etmişdir.

10. Göygöl Rayon Məhkəməsinin 2(066)-152/2011 nömrəli, 26 avqust 2024-ci il tarixli qərardadı ilə (hakim Mübariz Məmmədov) ərizə təmin olunaraq, birinci instansiya məhkəməsinin xx.xx.2011-ci il tarixli qətnaməsindən iş üzrə işdə iştirak etməyən, qəbul edilən qətnamə hüquq və vəzifələrinə toxunan şəxs Maraqlı şəxs tərəfindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddət bərpa edilmiş, qərardad qanuni qüvvəsini aldıqdan sonra mülki işin Gəncə Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.

11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə baxan məhkəmə 2(066)152/2011 nömrəli, 10 may 2011-ci il tarixli qətnaməni qəbul etməkdə haqlı olmamışdır. Belə ki, həmin iddia tələbi inzibati icraatda baxıldığından İnzibati Prosessual Məcəllənin tələblərinə əsasən həmin dövrdə belə növ işlərə İnzibati-iqtisadi məhkəmədə baxılmalı idi. İddia ərizəsində cavabdeh orqan Göygöl rayon Torpaq şöbəsi, tələb isə Xanlar rayon Aqrar slahat Komissiyasının 07 fevral 2003-cü il tarixli, 01 saylı qərarı ilə Torpağın mülkiyyətə verilməsinə dair JN-1213A nömrəli şəhadətnamənin ləğv edilməsi olmuşdur. Qanunvericiliyin tələbinə əsasən cavabdeh şəxslər dövlət orqanı olduqda və yaxud dövlət orqanının qərarı mübahisələndirildikdə iş inzibati-iqtisadi məhkəmədə baxılır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi 30 iyun 2009-cu il tarixdə qəbul edilmiş, 01 yanvar 2011-ci il tarixdə isə qüvvəyə minmişdir. İddia ərizəsi ilə Göygöl Rayon Məhkəməsinə 28 fevral 2011-ci il tarixdə müraciət edilmiş, iş üzrə 10 may 2011-ci il tarixdə qətnamə qəbul edilmişdir. Görsəndiyi kimi, Göygöl Rayon Məhkəməsi aidiyyət qaydalarını pozmaqla qətnamə qəbul etmişdir. Ona görədə Göygöl Rayon Məhkəməsinin iş üzrə 2(066)-152/2011 nömrəli, 10 may 2011-ci il tarixli qətnaməsinə xitam verilməlidir. Bundan başqa, məhkəmə şəhadətnaməni ləğv etməklə mülkiyyət hüququmu pozmuşdur. Belə ki, həmin şəhadətnamə ilə müəyyən edilmiş torpaq sahəsi 1991-ci ildən istifadəsində olmaqla, 2005-ci ildə mülkiyyətçi ilə alğı-satı etməklə mülkiyyətinə keçirmişdir.

12. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra apellyasiya instansiyası məhkəməsi) 2(104)-2063/2024 nömrəli, 29 oktyabr 2024-ci il tarixli qətnaməsi ilə (hakimlər İslam Həsənov (sədrlik edən və məruzəçi), Loğman Süleymanov və Günay Cavadova) apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iş üzrə icraata xitam verilmiş, iddiaçıya izah edilmişdir ki, torpağa mülkiyyət hüququna dair verilmiş JN-1213 A saylı şəhadətnamənin ləğv edilməsi üçün Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin müvafiq Ərazi İdarəsinə müraciət etmək, həmin orqan bundan imtina etdikdə isə aidiyyəti üzrə orqanın hərəkətindən (qərarından) yerləşdiyi ərazi üzrə müvafiq İnzibati məhkəməyə müraciət etmək hüquqları vardır.

13. Apellyasiya instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, iddia tələbindən görünür ki, cavabdehə qarşı olan hazırkı iddia torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin ləğv edilməsindən ibarətdir. Göründüyü kimi, iddiaçı tərəfindən müraciət düzgün edilməmiş, birinci instansiya məhkəməsi tərəf indən isə işin bu halları nəzərə alınmamış, mübahisəyə mülki mühakimə icraatı qaydasında baxaraq, iş üzrə qətnamə çıxarmaqla prosessual pozuntuya yol vermişdir. Halbuki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi 2011-ci il yanvarın 1-dən qüvvəyə minmiş və həmin tarixdən inzibati məhkəmələr fəaliyyətə başlamışdır. Məhkəmə qətnaməsi isə inzibati məhkəmələr yarandıqdan sonra, yəni xx.xx.2011-ci il tarixdə qəbul edilmişdir. Ona görə də, hazırkı işə mülki icraat qaydasında baxılması mümkünsüz olmuşdur.

14. Apellyasiya instansiyası məhkəməsi öz mövqeyini “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.1, 3.1-ci, İnzibati Prosessual Məcəllənin 2.2.1-ci maddələrinə, Azərbaycan Respublikası Ali Məhkəməsinin “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübah isələrin məhkəmə aidiyyətinə dair” 10 aprel 2015-ci il tarixli 4 №-li qərarının 15.4-cü bəndinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarına və Mülki Prosessual Məcəllənin 201.0.1 və 384.0.5-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri. Kassasiya şikayətinin dəlilləri:

15. Qərardaddan İddiaçı prosessual hüquqi varisi qismində X2 (Vəkil2) kassasiya şikayəti verərək, apellyasiya instansiya məhkəməsinin qərardadının ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.

16. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Maraqlı şəxs qanunsuz olaraq iddiaçıdan Tərlan İsmayılovaya miras qalan torpaq sahəsinin sənədləşdirilməsinə qəsd və maneə törətdiyi üçün məhkəməyə iddia ərizəsi ilə müraciət etmiş və Göygöl Rayon Məhkəməsinin 2(066)-49/2024 nömrəli, 23 iyul 2024-cü il tarixli qətnaməsinə əsasən iddiaçı X1 cavabdeh Maraqlı şəxs qarşı “cavabdeh tərəfindən yaradılmış maneələrin aradan qaldırılması tələbinə dair” iddiası təmin edilmişdir. Sadalanan məhkəmə qətnamələridə göstərilir ki, hazırkı mübahisə mülki mübahisədir, mübahisənin inzibati hüquq münasibətləri ilə heç bir əlaqəsi yoxdur. Qətnamədən narazı qalan cavabdeh apellyasiya şikayəti vermiş və apellyasiya şikayəti təmin edilməmişdir.

17. Məhkəmə iddia ərizəsini 2011-ci il tarixdə icraata qəbul etmiş və mahiyyəti üzrə baxılıb qətnamə qəbul edilmişdir. 13 ildən sonra apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpa edilməsi, müddət bərpa edildikdən sonra isə mahiyyəti üzrə işə baxan məhkəmənin qəbul etdiyi qərardad Tərlan İsmayılovanın mülkiyyət hüquqlarını pozmuşdur. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.

18. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

19. Maddə 31.1. Aidiyyət qaydalarının pozulmasına yol verilmir.

20. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

21. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

22. Maddə 236-1.1. İcra edilmiş qətnamə ləğv edildikdə və işə yenidən baxıldıqda n sonra iddianın tamamilə və ya onun bir hissəsinin rədd edilməsi haqqında qətnamə, yaxud iş üzrə icraata xitam verilməsi, yaxud da iddianın baxılmamış saxlanması haqqında qərardad çıxarıldıqda bu aktı qəbul etmiş məhkəmə icrada dönüş edilməsi barədə tədbirlər görməli, o cümlədən ləğv edilmiş qətnamə üzrə bir tərəfin xeyrinə alınanları digər tərəfə qaytarmalı, əmlakı qaytarmaq mümkün olmadıqda isə, həmin əmlakın dəyərini tutmalıdır.

23. Maddə 261.0.1. İş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir.

24. Maddə 262.1. İş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır.

25. Maddə 402.2.4. Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya ko llegiyalarının iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər.

26. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

27. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

28. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edi lən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

29. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.

30. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi.

31. Maddə 2.2.1. Şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddialara) inzibati məhkəmə icraatı qaydasında baxılır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanun.

32. Maddə 2.0.1. İnzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir.

33. Maddə 3.1. Bu Qanunun müddəaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati orqan kimi müəyyən (təsnif) edilmiş orqanların fəaliyyətinə şamil olunur. Azərbaycan Respublikası Ali Məhkəməsinin “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” 10 aprel 2015-ci il tarixli 4 №-li qərarı.

34. Bənd 15.4. İnzibati məhkəməyə aid iddia ərizəsi ümumi məhkəməyə verilmişdirsə, MPM-i n 153.2, 153.2.1-ci maddələrinə əsasən, ərizəyə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina olunmalı, inzibati məhkəməyə aid iş səhvən ümumi məhkəmənin icraatına qəbul edilmişdirsə, MPM-nin 261.0, 261.0.1-ci maddələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Kassasiya baxışının hədləri:

35. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş ma teriallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

36. Hazırkı kassasiya şikayətində qətnamə İddiaçı prosessual hüquqi varisi qismində X2 tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi:

37. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qərardad qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir.

38. Apellyasiya instansiyası məhkəməsi işə inzibati məhkəmədə baxılması əsası ilə mülki iş üzrə icraata xitam verilməsi barədə nəticəyə gələrkən qeyd etmişdir ki, iddia tələbindən görünür ki, cavabdehə qarşı olan hazırkı iddia torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin ləğv edilməsindən ibarətdir. Göründüyü kimi, iddiaçı tərəfindən müraciət düzgün edilməmiş, birinci instansiya məhkəməsi tərəfindən isə işin bu halları nəzərə alınmamış, mübahisəyə mülki mühakimə icraatı qaydasında baxaraq, iş üzrə qətnamə çıxarmaqla prosessual pozuntuya yol vermişdir. Halbuki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi 2011-ci il yanvarın 1-dən qüvvəyə minmiş və həmin tarixdən inzibati məhkəmələr fəaliyyətə başlamışdır. Məhkəmə qətnaməsi is ə inzibati məhkəmələr yarandıqdan sonra, yəni xx.xx.2011-ci il tarixdə qəbul edilmişdir. Ona görə də, hazırkı işə mülki icraat qaydasında baxılması mümkünsüz olmuşdur.

39. Kassasiya instansiyası məhkəməsi apellyasiya məhkəməsinin yuxarıda göstərilən mövqeyi ilə razılaşaraq qeyd edir ki, apellyasiya instansiyası məhkəməsinin işə inzibati məhkəmədə baxılması əsası ilə mülki iş üzrə icraata xitam verilməsi barədə gəldiyi nəticə qanuni və əsaslıdır.

40. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə görə, şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddialara) inzibati məhkəmə icraatı qaydasında baxılır. 4

1. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” 10 aprel 2015-ci il tarixli qərarının 15.4-cü bəndinə əsasən, inzibati məhkəməyə aid iddia ərizəsi ümumi və ya kommersiya məhkəməsinə verilmişdirsə, MPM-in 153.2, 153.2.1-ci maddələrinə əsasən, ərizəyə mülki məhkəmə icraatı qaydasında ümumi və ya kommersiya məhkəməsində baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina olunmalı, inzibati məhkəməyə aid iş səhvən ümumi və ya kommersiya məhkəməsinin icraatına qəbul edilmişdirsə, MPM-nin 261.0, 261.0.1-ci maddələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyy əti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır.

42. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin mövqeyi əsaslı olmaqla prosessual hüquq normalarının tələblərinə uyğundur. Məhkəmə kollegiyası həmin mövqe ilə razılaşaraq qeyd edir ki, kassasiya şikayətində göstərilənlər apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas deyildir.

43. Bu səbəbdən, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

44. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı prosessual hüquqi varisi qismində X2 tərəfindən verilmiş kassasiya şikayəti t əmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-2063/2024 nömrəli, 29 oktyabr 2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar