Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-788/2022 25.01.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı QSC-nin cavabdehlər Cavabdeh3, Cavabdeh1 və X1 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: kredit müqaviləsi üzrə borcun ödənilməsi və tutmanın ipoteka predmetinə yönəldilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim Həsənov Vüqar Təvəkgül oğlunun sədrliyi və məruzəsi, hakimlər Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-1672/2021 nömrəli iş üzrə 28 sentyabr 2021-ci il tarixli qətnaməsindən Cavabdeh3 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 25 yanvar 2022-ci il tarixdə Ali Məhkəməni n binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış 28 yanvar 2015-ci il tarixli, 007L**********61 saylı uzunmüddətli kredit müqaviləsindən görünür ki, İddiaçı QSC tərəfindən Cavabdeh1 120 ay müddətinə 500000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. AR ƏMDK yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən 30 may 2007-ci il tarixdə verilmiş MH seriyalı, ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın təsdiq edilmiş surətindən görünür ki, Şəki şəhəri, Sülh küçəsində istifadədə olan 0.01495 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 3 otaqlı, 59.6 m2 yaşayış, 138.7 m2 köməkçi sahədən ibarət 14 A nömrəli fərdi yaşayış evi Cavabdeh1 adına daşınmaz əm lakın dövlət reyestrində 4 nömrəli reyestr kitabının 41 nömrəli vərəqində qeydiyyata alınmışdır. İddiaçı QSC ilə Cavabdeh1 arasında imzalanmış 28 yanvar 2015-ci il tarixli, 007M**********02 saylı ipoteka müqaviləsindən görünür ki, İddiaçı QSC ilə Cavabdeh1 arasında imzalanmış 28 yanvar 2015-ci il tarixli, 007L**********61 saylı uzunmüddətli kredit müqaviləsi üzrə müəyyən edilmiş müddət çərçivəsində bağlanacaq razılaşmalar üzrə öhdəliklərin icrasının təmin edilməsi məqsədi ilə Cavabdeh1 mülkiyyətində olan Şəki şəhəri, Sülh küçəsində istifadədə olan 0.01495 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 3 otaqlı, 59.6 m2 yaşayış, 138.7 m2 köməkçi sahədən ibarət 14 A nömrəli fərdi yaşayış evini İddiaçı QSC-yə ipotekaya qoymuşdur. Cavabdeh3 və Cavabdeh2 tərəfindən ünvan ünvanlanmış notarial qaydada təsdiq edilmiş 28 yanvar 2015-ci il tarixli ərizələrdən görünür ki, Cavabdeh3 və Cavabdeh2 Cavabdeh1 məxsus olan və Şəki şəhəri, Sülh küçəsində istifadədə olan 0.01495 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 3 otaqlı, 59.6 m2 yaşayış, 138.7 m2 köməkçi sahədən ibarət 14 A nömrəli fərdi yaşayış evinin İddiaçı QSC-yə girov qoyulmasına razı olduqlarını bildirmiş, ipoteka qoyulmuş evə (mənzilə) tutma yönəldildikdən və o satıldıqda həmin evi qeyri-şərtsiz tərk edəcəyini öhdələrinə götürmüşlər. AR ƏMDK yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən 29 yanvar 2015-ci il tarixdə verilmiş RX seriyalı, ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Cavabdeh1 mülkiyyətində olan Şəki şəhəri, Sülh küçəsində istifad ədə olan 0.01495 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 3 otaqlı, 59.6 m2 yaşayış, 138.7 m2 köməkçi sahədən ibarət 14 A nömrəli fərdi yaşayış evi İddiaçı QSC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış 29 yanvar 2015-ci il tarixli, 007R********** saylı kredit razılaşmasından (28 yanvar 2015-ci il tarixli, 007L**********61 saylı uzunmüddətli kredit müqaviləsi üzrə) görünür ki, İddiaçı QSC tərəfindən Cavabdeh1 36 ay müddətinə, aylıq faiz dərəcəsi 1.8333% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 30000 (otuz min) ABŞ dolları məbləğində kredit verilmişdir. İddiaçı QSC ilə Cavabdeh3 arasında bağlanmış 29 yanvar 2015-ci il tarixli, 007S**********01 saylı zaminlik müqaviləsindən görünür ki, zamin Cavabdeh3 Cavabdeh1 28 yanvar 2015-ci il tarixli, 007L**********61 saylı uzunmüddətli kredit müqaviləsi üzrə müəyyən edilmiş müddət çərçivəsində bağlanacaq razılaşmalar üzrə bank qarşısındakı öhdəliklərinin vaxtında və lazımi qaydada icra edilməsi üçün eyni həcmdə və birgə məsuliyyət daşıyır. İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış 13 yanvar 2016-cı il tarixli, 007R**********S saylı sazişdən görünür ki, razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış 09 sentyabr 2016-cı il tarixli, 007R**********SA saylı sazişdən görünür ki, razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. 30 mart 2020-ci il tarixli, 5098 nömrəli ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin surətindən görünür ki, Şəki şəhəri, Sülh küçəsində istifadədə olan 0.01495 ha torpaq sahəsində ye rləşən 2 mərtəbəli, 3 otaqlı, 59.6 m2 yaşayış, 138.7 m2 köməkçi sahədən ibarət 14 A nömrəli fərdi yaşayış evinə tutmanın yönəldilməsinə başlanıldığı Cavabdeh1 izah edilmişdir. İddiaçı QSC tərəfindən ƏMDK yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsinə ünvanlanmış 08 aprel 2020-ci il tarixli, 5365 saylı ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınmasına dair ərizədən, həmin müraciətin qəbulu və dövlət rüsumunun ödənilməsi barədə təsdiq etmə bildirişinin surətindən görünür ki, Cavabdeh1 mülkiyyətində olan Şəki şəhəri, Sülh küçəsində istifadədə olan 0.01495 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 3 otaqlı, 59.6 m2 yaşayış, 138.7 m2 köməkçi sahədən ibarət 14 A nömrəli fərdi yaşayış evinə tutmanın yönəldilməsi haqda bildirişin qeydə alınmasına dair İddiaçı QSC-nin əri zəsi AR ƏMDK yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsində 13 aprel 2020-ci il tarixdə qeydiyyata alınmışdır. İpoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydiyyata alınması üçün İddiaçı QSC tərəfindən 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqı ödənilmişdir. "xxxx" MMC tərəfindən 31 mart 2021-ci il tarixdə verilmiş, ƏEM/M 124-315/21 saylı mütəxəssis rəyindən görünür ki, Cavabdeh1 mülkiyyətində olan Şəki şəhəri, Sülh küçəsində istifadədə olan 0.01495 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 3 otaqlı, 59.6 m2 yaşayış, 138.7 m2 köməkçi sahədən ibarət 14 A nömrəli fərdi yaşayış evinin hazırki bazar qiymətləri ilə müqayisədə bazar dəyəri 45000 manat, likvid dəyəri 40000 manat təşkil edir. Xidmət haqqı "xxxx" MMC-nin tarif cədvəlinə müvafiq olaraq 150 manat təşkil edir. İ ş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı QSC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə 007R********** saylı kredit razılaşması üzrə 10027.26 ABŞ dolları kredit borcu, 2144.63 ABŞ dolları faiz borcu və 3180.88 ABŞ dolları cərimə borcu olmaqla, ümumilikdə cəmi 15352 (on beş min üç yüz əlli iki) ABŞ dolları 77 (yetmiş yeddi) sent borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumu, ipoteka predmeti olan əmlaklara tutma yönəldilməsi üçün ödənilmiş 10 manat rüsum və 20 manat xidmət haqqının tutulması, tutmanın Cavabdeh1 mülkiyyətində olan Şəki şəhəri, Sülh küçəsində istifadədə olan 0.01495 ha torpaq sahəsində yerləşən 2 mərt əbəli, 3 otaqlı, 59.6 m2 yaşayış, 138.7 m2 köməkçi sahədən ibarət 14 A nömrəli fərdi yaşayış evinə yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması, hərracdan satış hesabına əldə olunmuş vəsaitdən 15352 (on beş min üç yüz əlli iki) ABŞ dolları 77 (yetmiş yeddi) sent məbləğində borc, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumu, ipoteka predmeti olan əmlaklara tutma yönəldilməsi üçün ödənilmiş 10 manat rüsum və 20 manat xidmət haqqının Bankın xeyrinə ödənilməsi; hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada tutulması, Şəki şəhəri, Sülh küçəsində istifadədə olan 0.01495 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 3 otaqlı, 59.6 m2 yaşayış, 138.7 m2 köməkçi sahədən ibarət 14 A nö mrəli fərdi yaşayış evinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh1, Ramazanova (Yusibova) Rəfiqa Polad qızı və Cavabdeh3 həmin əmlakdan çıxarılmaları, əmlakın boşaldılması və hərracın nəticələri üzrə alıcıya təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 İddiaçı QSC ilə bağladığı 28.01.2015-ci il tarixli, 007L**********61 saylı uzunmüddətli kredit müqaviləsinə əsasən 120 (yüz iyirmi) ay müddətinə 500000 (beş yüz min) ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq Kredit razılaşması ilə müəyyən olunur. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh1 İddiaçı QSC ilə bağladığı 29.01.2015-ci il tarixli, 007R********** saylı kredit razılaş ması əsasında 36 ay müddətinə, aylıq faiz dərəcəsi 1.8333% olmaqla, ödəniş planı üzrə hissəhissə qaytarmaq şərti ilə 30000 (otuz min) ABŞ dolları məbləğində kredit götürmüşdür. Tərəflərin imzaladıqları 13.01.2016-cı il tarixli, 007R**********S saylı, 09.09.2016-cı il tarixli, 007R**********SA saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Cavabdeh1 kredit razılaşmasının 1.2-ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri 06.08.2019-cu il tarixdən banka qaytarmamışdır. Cavabdeh1 götürdüyü kredit borcundan 19972.74 ABŞ dolları ödəmiş, onun 10027.26 ABŞ dolları məbləğində kredit borcu qalmışdır. Kredit razılaşmasının 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbl əği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1-ci bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən Cavabdeh1 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün 18.06.2020-ci il tarixə 317 gün üçün hesablanmış faiz borcu 2144.63 ABŞ dolları təşkil edir. Kredit razılaşmasının 4.2.2-ci bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0.5 % məbləğində cərimə ödəməlidir. 18.06.2020-ci il tarixə 317 gün üçün hesablanmış cərimə 3180.88 ABŞ dolları təşkil edir. Uzunmüddətli kredit müqaviləsinin 3.1.2-ci bəndin in «a» yarımbəndinə əsasən kredit alan müvafiq olaraq krediti və faizi ödəniş planına uyğun olaraq qaytara bilmədikdə Kreditor müqaviləyə vaxtından əvvəl xitam vermək, qalan kredit məbləğini, faiz borcunu və müqavilə üzrə hesablanmış cəriməni tələb etmək hüququna malikdir. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh3 zaminlik müqaviləsinə əsasən bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür. O, həmin zaminlik müqaviləsinin 1.1-ci bəndinə əsasən yuxarıda göstərilən uzunmüddətli kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh1 ilə birgə məsuliyyət daşıyır və uzunmüddətli kredit müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra etməlidir. Cavabdeh1 kredit xətti müqavilə si üzrə bank qarşısındakı öhdəliklərinin icrasını təmin etmək məqsədilə İddiaçı QSC ilə bağladığı 007M**********020 saylı ipoteka müqaviləsi əsasında Şəki şəhəri, Sülh küçəsində istifadədə olan 0.01495 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli 3 otaqlı 59.6 m2 yaşayış, 138.7 m2 köməkçi sahədən ibarət 14 nömrəli fərdi yaşayış evi İddiaçı QSC-nin xeyrinə ipoteka ilə yüklü etmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən verilmiş 4 №-li reyestr kitabının 41 №-li vərəqində qeydiyyata alınmış və RX ******* №-li çıxarışa əsasən Şəki şəhəri, Sülh küçəsində istifadədə olan 0.01495 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli 3 otaqlı 59.6 m2 yaşayış, 138.7 m2 köməkçi sahədən ibarət 14 nömrəli fərdi yaşayış evinin Cavabdeh1 kredit öhdəliklərinin icrasını təmin etmək üçün İddiaçı QSC-nin xeyrinə ipoteka ilə yüklü edilməsi qeydiyyata alınmışdır. İpoteka saxlayan İddiaçı QSC tərəfindən cavabdeh-ipoteka verən Cavabdeh1 İpoteka haqqında Azərbaycan Respublikası Qanununun 36.2-ci bəndinə uyğun olaraq ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında 30.03.2020-ci il tarixdə bildiriş göndərilmişdir. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması haqqında ərizə Elektron Xidmətlər Portalı vasitəsi ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsinə təqdim olunmuş və 08.04.2020-ci il tarixdə həmin idarədə qeydə alınmışdır. İddiaçı QSC ipoteka bildirişinin Azərbaycan Respu blikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsində qeydiyyata alınması üçün 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqı ödəmişdir. Şəki şəhəri, Sülh küçəsində istifadədə olan 0.01495 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 3 otaqlı, 59.6 m2 yaşayış, 138.7 m2 köməkçi sahədən ibarət 14 A nömrəli fərdi yaşayış evi İddiaçı QSC qarşısında ipoteka ilə yüklü edilərkən həmin evdə qeydiyyatda olan Ramazanova (Yusibova) Rəfiqa Polad qızı və Cavabdeh3 notariat kontoruna ərizə verərək həmin əmlakın bank qarşısında ipoteka ilə yüklü edilməsinə razı olduqlarını bildirmiş, əmlaka tutma yönəldildikdən və o satıldıqda əmlakı qeyd-şərtsiz tərk edəcəkləri barədə öhdəlik götürmüşlər. Odur ki, bank hazırki iddia ərizəsi ilə məhkəməy ə müraciət etmək məcburiyyətində qalmışdır. Şəki Rayon Məhkəməsinin 08 iyun 2021-ci il tarixli qətnaməsi ilə (sədrlik edən hakim P.Hacıyev, iş № 2(075)-40/2021) iddia qismən təmin edilərək, 10027.26 ABŞ dolları kredit, 2144.63 ABŞ dolları faiz və 20 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 12191.89 ABŞ dolları (qətnamə icra olunan günə manata məzənnəsi üzrə) borcun və 30 manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydiyyata alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada tutularaq İddiaçı QSC-nin hesabına ödənilməsi, Cavabdeh1 mülkiyyətindəki Şəki şəhəri, Sülh küçəsində istifadədə olan 0.01495 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 3 otaqlı, 59.6 m2 yaşayış, 138.7 m2 kö məkçi sahədən ibarət 14 A nömrəli fərdi yaşayış evinə tutma yönəldilərək, bu əmlakın ilkin satış (likvid) qiymətinin 40000 manatla hərraca çıxarılaraq hərracda satılması, onun açıq hərracdan satılması hesabına cəmi 12191.89 ABŞ dolları (qətnamə icra olunan günə manata məzənnəsi üzrə) borcun və 60 manat dövlət rüsumunun İddiaçı QSC-nin hesabına ödənilməsi, ipoteka predmetinin satışından əldə olunan vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə tutulması, iddianın qalan hissədə təmin edilməməsi, Cavabdeh1 müstəqil qiymətləndirici "xxxx" MMC-nin xeyrinə 150 manat xidmət haqqı tutularaq VÖEN:**********, Hesab N AZN: AZ30GUNA********************, Bank: GUNAY BANK ASC, VÖEN:**********, Müxbir hesab: AZ25NABZ******* *************, KOD: 505594; SWİFT: GUNAAZ22 hesaba ödənilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, Cavabdeh1 kredit müqaviləsi əsasında İddiaçı QSC-dən kredit almaq hüququna malik olduğu kimi, eyni zamanda göstərilən müqavilə üzrə öhdəliklərin icrasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin buna baxmayaraq Cavabdeh1 İddiaçı QSC-dən kredit müqaviləsi əsasında kredit vəsaiti almasına dair hüququndan istifadə etmiş, kredit borcunun qaytarılmasına dair vəzifəsini isə tam icra etməyərək, pul öhdəliyini lazımınca yerinə yetirməmişdir. Zaminlə İddiaçı QSC arasında bağlanmış zaminlik müqaviləsi əsasında zamin Cavabdeh3 bank qarşısında 28 yanvar 2015-ci il tarixli uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh1 ilə birgə məsuliyyət daşıyır. İddiaçı QSC-nin hazırki id dia tələbinin 3180.88 ABŞ dolları məbləğində cərimənin ödənilməsi hissəsində məhkəmə hesab edir ki, cərimə məbləği tənasübsüz dərəcədə yüksək hesablanmış, buna görə də həmin cərimə məbləği azaldılmalıdır. 28 yanvar 2015-ci il tarixli, 007M**********02 saylı ipoteka müqaviləsi ilə Cavabdeh1 mülkiyyətində olan Şəki şəhəri, Sülh küçəsində istifadədə olan 0.01495 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 3 otaqlı, 59.6 m2 yaşayış, 138.7 m2 köməkçi sahədən ibarət 14 A nömrəli fərdi yaşayış evinin dəyəri tərəflərin qarşılıqlı razılaşması ilə 30000.00 ABŞ dolları ekvivalentində müəyyən edilmiş, ipoteka predmetinin dəyəri ipoteka qoyan tərəfindən mübahisələndirildiyindən əmlakın qiymətləndirilməsi müstəqil qiymətləndiriciyə həvalə edilmiş, əmlakın bazar dəyəri 45000 manat, likvid dəyəri 40000 mana t müəyyən edilmişdir. Məhkəmə Cavabdeh1 mülkiyyətində olan Şəki şəhəri, Sülh küçəsində istifadədə olan 0.01495 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 3 otaqlı, 59.6 m2 yaşayış, 138.7 m2 köməkçi sahədən ibarət 14 A nömrəli fərdi yaşayış evinin ilkin satış (likvid) qiymətinin 40000 manat məbləğində müəyyən edilməklə hərraca çıxarılmasını daha ədalətli, əsaslı və qanuni hesab edir. Apellyasiya instansiyası məhkəməsində icraat Cavabdeh3 apellyasiya şikayəti vermiş və onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsində işə baxılarkən işin faktiki halları araşdırılmadan maddi və prosessual hüquq normalarının tələbləri pozulmuşdur. Hesab edir ki, tələb olunan qədər kredit borcu qalmayıbdır. Bundan başqa birinci instansiya məhkəməsi qətnamə çıxararkən iş üzrə tələb edilən dəbbə (penya, cərimə) pulunun miqdarının tənasübsüz şəkildə yüksək hesablanmasını, tərəflərin diqqətə layiq mənafelərini nəzərə almamışdır. Bundan başqa məhkəmə evin real qiyməti barədə araşdırma aparmamışdır. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 28 sentyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər A.Mahmudov (sədrlik edən və məruzəçi), Ə.Məcidov və M.Əsədli, iş № 2(107)-1672/2021) Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Şəki Rayon Məhkəməsinin 08 iyun 2021-ci il tarixli, 2(075)-40/2021 nömrəli qətnaməsi verilmiş apellyasiya şikayətinə münasibətdə, mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi qeyd edir ki, cavabdeh (apelyator) faiz və cərimə borcunun, eləcə də evin dəyərinin düzgün hesablanmadığını bildirsə də, bu dəlillər anlaşılan deyil. Çünki, cavabdeh özü şəxsən birinci instansiya məhkəməsinin iclasında iştirak etmiş və iddia tələbini qismən qəbul etməklə bank tərəfindən ona kredit verildiyini, əvvəllər vaxtı-vaxtında ödənişlər etdiyini etiraf etmiş, lakin sonradan maddi imkanın pisləşməsi səbəbindən borcunu vaxtında ödəyə bilmədiyini, bu səbəbdən də hissə-hissə ödəyəcəyini bildirmişdir. İkincisi, cavabdeh qeyd olunan kredit, zaminlik və ipoteka müqavilələrini iddiaçı ilə könüllü bağlamaqla müqavilədə qeyd olunan şərtlərdən məlumatlı olmuşdur. Müqavilədə kredit veriləcək valyutanın məbləği və növü, müqavilənin müddəti, ödəniləcək faiz dərəcəsi dəqiq müəyyən edilmişdir. Kredit müqaviləsinin predmetini manat və ya xarici valyuta təşkil etdiyindən, bu valyuta da iddiaçının mülkiyyəti sayılır və m ülkiyyəti kimi verdiyindən, mülkiyyəti kimi də cavabdehdən qaytarmaq hüququ vardır. Müqavilənin faiz dərəcəsinə gəlincə kollegiya qeyd edir ki, cavabdeh məhz müqavilə bağlanan anda daşıyacağı riski bilərək bununla bağlı öhdəlik götürmüşdür. Üçüncüsü, apellyasiya şikayətinin digər dəlilləri şəxsi mülahizələrə əsaslanan fikirlər olduğundan, əslində birinci instansiya məhkəməsinin hansı halları tam və hərtərəfli araşdırmalı olduğu açıqlanmamış, ədalət prinsiplərinin nə üçün pozulduğu göstərilməmişdir. Dördüncü, faiz və cərimə borcunun, evin dəyərinin düzgün hesablanmadığını qeyd edən cavabdeh ekspertizanın keçirilməsinin zəruriliyinə dair də ciddi dəlillər göstərməmişdir. Birinci instansiya məhkəməsi tərəfindən də evin hazırki dəyəri ilə bağlı ekspert rəyi alınmışdır. Hər hansı bir əsaslı səb əb olmadan lüzumsuz olaraq yenidən məhkəmə mühasibatlıq ekspertizasının keçirilməsi də təmin oluna bilməz. Kassasiya şikayətinin və ona etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri Cavabdeh3 (Vəkil) kassasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxarkən apellyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)1672/2021 nömrəli iş üzrə 28 sentyabr 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Kassasiya şikayətinin dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eyni olmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olm amışdır. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlara təsir göstərə bilər. Hazırda apellyasiya instansiya mə hkəməsinin qətnaməsindən Cavabdeh3 kassasiya şikayəti vermiş, qətnaməni tam mübahisələndirmişdir. Bu səbəbdən apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qanuniliyi kassasiya şikayətinin dəlillərinə uyğun tam yoxlanması təşkil edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya ö hdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz su rətdə yüksək dəbbə pulunu azalda bilər. 477.0.-cı maddəsinə əsasən zaminliyə aşağıdakı hallarda xitam verilir: 477.0.1.-ci maddəsinə əsasən zaminliyin təmin etdiyi öhdəliyə xitam verildikdə, habelə zaminin razılığı olmadan həmin öhdəlik dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda; 477.0.2.-ci maddəsinə əsasən əgər zamin yeni borclu üçün cavabdeh olmaq barəsində kreditora razılıq verməmişsə, zaminliklə təmin edilmiş öhdəlik üzrə borc başqa şəxsə keçirildikdə; 477.0.3.-cü maddəsinə əsasən kreditor borclunun və ya zaminin təklif etdiyi lazımi icranı qəbul etməkdən imtina etdikdə; 477.0.4.-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. 739.2-ci maddəsinə görə, kredit müqaviləsi üzrə bank və ya başqa kredit təşkilatı əqdlə nəzərdə tutulmuş həcmdə və şərtlərdə pulun (kredit) borcluya verilməsi öhdəliyini, borclu isə bu məbləğin qaytarılması və faizlərin ödənilməsi öhdəliyini öz üzərinə götürür. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun: 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca ic ra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər; 34.1-ci maddəsinə əsasən ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anı əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması və ya əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması yaxud ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin yerinə yetirilməməsidir; 36.1-ci maddəsinə əsasən, ipoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyana, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayanlara, o cümlədən birgə ipoteka saxlayanlara verilməsini təsdiq etmə üsulu ilə göndərməklə ip oteka predmetinə tutmanı yönəltməyə başlaya bilər; 36.3-cü maddəsinə əsasən ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş ipotekanın dövlət qeydiyyatı orqanında ipoteka saxlayanın ərizəsi əsasında qeydə alınmalıdır. Ərizədə bildirişin ipoteka qoyana verildiyi gün göstərilir və iki nüsxədə qeydiyyat orqanına verilir; 39.3-cü və 39.3.3-cü maddələrinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda, həmçinin, ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir; 47.4-cü maddəsinə əsasən bu qanunun 47.2-ci maddəsində nəzərdə tutulmuş ödənişlər həyata keçirildikd ən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsi ipoteka qoyana qaytarılır; 59.3.1-ci maddəsinə əsasən, yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olduqda ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığı nı məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələbindən kənara çıxa bilər. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirilməklə yanaşı iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh3 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-1672/2021 nömrəli iş üzrə 28 sentyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-788/2022
Ali Məhkəmə Qərar — İş №2(102)-788/2022
25.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver