Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-788/2025 11.03.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: zəbt olunmuş torpaq sahəsindən çıxarılma, vindikasiya tələbi, sübutların mötəbərliyi, eskpert rəyinin qiymətləndirilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Rəşad Məhəmməd oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, iddiaçılar İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “torpaq sahəsindən çıxarılma” tələbinə dair iddia üzrə Gəncə Apelyasiya Məhkəməsinin Mülki kollegiyasının 31 oktyabr 2024-cü il tarixli 2(104)-120/2024 say lı qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Tovuz rayon Aqrar islahat komissiyasının 23 dekabr 1997-ci il tarixli qərarı ilə Cavabdeh2 və ailə üzvlərinin ümumi birgə mülkiyyətinə Tovuz rayonunun Düz Qırıqlı kəndində 0,46 hektar torpaq sahəsi, Cavabdeh1 və ailə üzvlərinin ümumi birgə mülkiyyətinə Tovuz rayonunun Düz Qırıqlı kəndində 0,77 hektar torpaq sahəsi verilmişdir.
2. Tovuz rayonu Düz Qırıqlı kəndində yerləşən 0.05 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 83 nömrəli reyestr kitabının 67 nömrəli vərəqində 27 oktyabr 2016-cı ildə dövlət qeydiyyatına alınmışdır. Həmin qeydin aparılması üçün əsas DTXK-n in Tovuz rayon Şöbəsinin xx.xx.2006-cı il tarixli JN-1569 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktı və xx.xx.2016-cı il tarixli 4Ə-939 nömrəli daşınmaz əmlakın bağışlanma müqaviləsi olmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Tovuz rayonu Düz Qırıqlı kəndində yerləşən reyestr nomrəsi **********41 olan 0,05 ha torpaq sahəsindən cavabdehlərin çıxarılmaları barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddia ərizəsi işin yuxarıda qeyd olunan faktiki hallarına istinadən onunla əsaslandırılmışdır ki, Tovuz rayonu Düz Qırıqlı kəndində yerləşən 0,05 ha torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində onun adına qeydə alınmışdır. Cavabdehlər isə ona məxsus olan torpaq sahəsindən istif adə etməklə iddiaçının mülkiyyət hüqununu pozur.
5. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasında iddianı qəbul etməyərək, eyni məzmunlu izahatlarında bildirmişlər ki, mübahisəli torpaq sahəsi aqrar islahat komissiyasının qərarı ilə ona verilmişdir. İddiaçının mülkiyyətində olduğunu iddia etdiyi sahə onların torpaq sahəsidir.
6. Tovuz Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2 noyabr 2022-ci il tarixli 2(062)-2088/2022 saylı qətnaməsi ilə (hakim Zaur Hünmətov) iddia təmin edilmişdir.
7. Məhkəmə qeyd etmişdir ki, iddiaçının təqdim etdiyi çıxarış, cavabdehlərin təqdim etdiyi dövlət aktlarından daha mötəbər sübutdur. Belə ki, əvvəla cavabehlər tərəfindən dövlət aktının əsilləri məhkəməyə təqdim edilməmişdir. Eyni zamanda məhkəmə iddiaçıya mülkiyyət hüquqlarına d air çıxarış verilərkən tərtib edilmiş ölçü planında göstərilənləri daha inandırıcı hesab etməklə onun əsasında verilmiş çıxarışın da cavabdehlər tərəfindən mübahisələndirilmədiyini nəzərə almış və qeyd etmişdir ki, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamlığı prezumpsiyası qüvvədədir.
8. Məhkəmə cavabdehlərə məxsus 1999-cu ildə mülkiyyətə verilmiş torpaq sahəsinin cizgiləri ilə iddiaçıya məxsus torpaq sahəsinin planını müqayisə edərək qeyd etmişdir ki, iddiaçıya məxsus torpaq sahəsinin zəruri göstəriciləri və məlumatları cavabdehlərə məxsus torpaq sahəsindən fərqli olaraq, GPS kalkutyatoru vasitəsilə qeydə alınmışdır. Göründüyü kimi iddiaçıya məxsus çıxarış mübahisələndirilmədən cavabdehlər həmin çıxarışın qanunsuz olmasına dair qənaətə g əlməkdə haqlı olmamışlar.
9. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13, 29, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1, 139.3, 152.1, 157.2-ci maddələrinə istinadən əsaslandırılmışdır. b) Apelyasiya instansiyası məhkəməsindəki icraat
10. Cavabdehlər apelyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddia tələbinin rədd edilməsini xahiş etmişdir.
11. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə hazırlıq iclasında iddiaçı özünün torpaq sahəsinin başqa yerdə olduğunu bildirmişdir. Mütəxəssis tərəfindən ölçmə işləri aparılarkən isə, torpaq sahələrinin üst-üstə düşməsi müəyyən olunmuşdir. Onlar 25 ilə yaxındır ki, mübhisəli torpaq sahəsindən istifadə edirlər və orada üzüm bağı salmışlar. Bələdiyyə tərəfindən onl ara məxsus torpaq sahəsinin iddiaçıya satılması mümkün deyildir. Məhkəmə heç bir sübut olmadan iddiaçının izahatına istinad etmiş və iş üzrə ekspertiza keçirilməmişdir.
12. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 apelyasiya şikayətini müdafiə edərək, göstərmişdir ki, mübahisə edilən torpaq sahəsi Tovuz rayon Aqrar islahat komissiyasının 23 dekabr 1997-ci il tarixli Qərarı ilə ona verilmiş və 1997-ci ildən həmin torpaq sahəsindən istifadə etməkdədir. İddiaçı isə 2016-cı ildə torpaq sahəsi almış və onlara aid torpaq sahəsi ilə üst-üstə düşür. Ekspertiza rəyi də, bu halı təsdiq etmişdir.
13. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi (anası) X1 apelyasiya şikayətinə etiraz edərək, göstərmişdir ki, mübahisə edilən torpaq sahəsi 2016cı ildən onun mülkiyyət indədir. Lakin o, Azərbaycanda olmadığı üçün torpaq sahəsi istifadəsiz qalmış və hazırda həmin sahədən cavabdehlər istifadə edirlər.
14. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsi 15 saylı Tovuz Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli mütəxəssis rəyində qeyd olunmuşdur ki, baza məlumatlarına əsasən RX seriyalı ******* nömrəli çıxarışla İddiaçı mülkiyyətində olan Tovuz rayonu Düz Qırıqlı kəndində yerləşən 0.05 ha torpaq sahəsi ilə Cavabdeh1 istifadəsi kimi təqdim edilən torpaq sahəsinin 147.6 kv.m-ə qədər hissəsi və Cavabdeh2 stifadəsi kimi təqdim edilən torpaq sahəsinin 294 kv.m-ə qədər hissəsi üst-üstə düşür. Torpaq sahələrinin yerləşmə sxemi rəyə əlavə edilmişdir.
15. Azərbaycan Respub likası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 3-16-16/2-10/6966 saylı rəyində qeyd olunmuşdur ki, baza məlumatlarına əsasən RX seriyalı ******* nömrəli çıxarışla İddiaçı mülkiyyətində olan Tovuz rayonu Düz Qırıqlı kəndində yerləşən 0.05 ha torpaq sahəsi ilə Cavabdeh1 istifadəsi kimi təqdim edilən torpaq sahəsinin 147.6 kv.m-ə qədər hissəsi və Cavabdeh2 istifadəsi kimi təqdim edilən torpaq sahəsinin 294 kv.m-ə qədər hissəsi üst-üstə düşür.
16. Gəncə Apelyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apelyasiya instansiyası məhkəməsi) 31 oktyabr 2024-cü il tarixli qətnaməsi ilə (hakim L.S.Süleymanov (sədrlik edən və məruzəçi), G.T.Cavadova və İ.T.Həsənov) apelyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərə k, iş üzrə yeni qərar qəbul edilməklə, iddia rədd edilmişdir.
17. Məhkəmə kollegiyası qeyd etmişdir ki, hazırkı iş üzrə mübahisə edilən torpaq sahəsinin cavabdehin qanuni istifadəsində və sahibliyində olması müəyyən edilmişdir. İcraat zamanı əldə edilmiş mütəxəssis və ekspert rəyləri məhkəmə iclasında tədqiq olunaraq, digər sübutlarla yanaşı qiymətləndirilmiş və həmin rəylərin qanuniliyi və əsaslılığı heç bir şübhə doğurmamışdır.
18. İcraat zamanı müəyyən edilmişdir ki, RX seriyalı ******* nömrəli çıxarışla İddiaçı mülkiyyətində olan Tovuz rayonu Düz Qırıqlı kəndində yerləşən 0.05 ha torpaq sahəsi ilə Cavabdeh1 istifadəsi kimi təqdim edilən torpaq sahəsinin 147.6 kv.m-ə qədər hissəsi və Cavabdeh2 istifadəsi kimi təqdim edilən torpaq sahəsinin 294 kv.m-ə qədər hissəsi üst-üstə düşür.
19. Di gər tərəfdən, müəyyən olunmuşdur ki, cavabdehlərin mülkiyyətində olan torpaq sahələri onlara Tovuz rayon Aqrar islahat komissiyasının 23 dekabr 1997-ci il tarixli Qərarı ilə verildiyi və həmin vaxtdan istifadələrində və sahibliklərində olmuş, iddiaçı isə torpaq sahəsini sonradan əldə etmiş və cavabdehlərə verilən şəhadətnamələri mübahisələndirməmişdir.
20. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Konstitusiyasının 13, 29cu maddələri, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1, 152.5, 157.2-ci maddələri, Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 84 və 111-ci maddələrinə istinadən əsaslandırılmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri
21. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
22. Kassasiya şikayəti iddia ərizəsinin dəlillərinə istinadən əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı dövlət reyestrində həyata keçirilir. Cavabdehlərin təqdim etdiyi sənədlərin surətindən görünür ki, həmin sənədlər həqiqi olsa belə və iddia edilən torpaq sahəsi ilə üst-üstə düşsə belə, onlar iddia etdikləri torpaqlar üzrə hüquqlarını reyestrdə qeydiyyata aldırmamışlar. Lakin iddiaçının hüquqları reyestrdə qeydiyyata alınmışdır. Mübahisəli torpaq sahəsinə iddiaçının mülkiyyət hüququnu təmin edən xx.xx.2016-cı il tarixli ********** qeydiyyat nömrəli hüquqların dövlət reyestrindən Çıxarış öz qüvvəsindədir və ləğv olunmamış, hə mçinin etibarsız hesab olunmamışdır. Buna baxmayaraq, Məhkəmə iddiaçının torpaq sahəsinə dair sənədinə qiymət verməyərək, düzgün olmayan nəticəyə gəlmişdir. Beləliklə də, məhkəmə tərkibi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı maddəsinin tələblərini pozmuşdur.
23. Bundan əlavə, icraat zamanı əldə olunmuş ekspert rəyi məhkəmə tərəfindən elan olunmamış, iddiaçı tərəfin rəyə münasibəti öyrənilməmişdir. Belə ki, həmin rəydə torpaq sahələrinini üst-üstə düşdüyü qeyd edilsə də, həmin torpaq sahələri üst-üstə düşmür. Məhkəmə bu halı tam araşdırmaq üçün təkrar ekspertiza təyin etməli idi. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
24. Kassasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası
25. Maddə
13. Azərbaycan Respublika sında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
26. Maddə
29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsi
27. Maddə 152.1. Mülkiyyət hüququ-subyektin ona mənsub olan əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur.
28. Maddə 152.5. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst sürətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bu şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
29. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını tələb edə bilər. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi
30. Maddə
84. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur.
31. Maddə
111. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı şəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olm aqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikasının Qanunu
32. Maddə 4.1. 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrıayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır.
33. Maddə 8.0.5. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri əsas hesab olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
34. Maddə 14.2. Məhkəmə yalnız tərəf lərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
35. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
36. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
37. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
38. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmama sına istinad etməyə yol verilmir.
39. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
40. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi q iymətləndirilməməlidir.
41. Hazırkı kassasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin aktı iddiaçı tərəfindən tam mübahisələndirildiyindən qətnamə bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
42. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılması ilə bağlı prosessual hüquq normalarının pozulmasına yol verilmişdir. Bu səbəbdən iddiaçının kassasiya şikayəti təmin edilməli, apelyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsi ləğv edilməli, iş yeni apelyasiya baxışına göndərilməlidir.
43. Belə ki, apelyasiya instansiyası məhkəməsi icraat zamanı əldə edilmiş mütəxəssis və ekspert rəylərini qanuni və mötəbər sübut hesab edərək, İddiaçı mülkiyyətində olan Tovuz rayonu Düz Qır ıqlı kəndində yerləşən 0.05 ha torpaq sahəsi ilə Cavabdeh1 istifadəsi kimi təqdim edilən torpaq sahəsinin 147.6 kv.m-ə qədər hissəsinin və Cavabdeh2 istifadəsi kimi təqdim edilən torpaq sahəsinin 294 kv.m-ə qədər hissəsinin üst-üstə düşdüyü qənaətinə gəlmişdir.
44. Lakin iddiaçı apelyasiya instansiyası məhkəməsinin qeyd olunan mövqeyi ilə razılaşmayaraq, kassasiya şikayətində bildirmişdir ki, həmin rəydə torpaq sahələrinini üstüstə düşdüyü qeyd edilsə də, həmin torpaq sahələri üst-üstə düşmür. Məhkəmə bu halı tam araşdırmaq üçün təkrar ekspertiza təyin etməmişdir.
45. Kollegiya iş materiallarını araşdıraraq, kassasiya şikayətinin bu dəlilini əsaslı hesab edir.
46. Belə ki, hazırkı iş üzrə ekspert rəyi tərtib edilərkən istinad edilmiş 20 mart 2024-cü il tarixli mütəxəssis rəyinə əlavə edilm iş torpaq sahəsinin yerləşmə sxemindən görünür ki, həqiqətən də iddiaçı və cavabdehlərin torpaq sahələrinin üst-üstə düşən hissəsi mövcuddur.
47. Lakin həmin sxemin “şərti işarələr” hissəsində Cavabdeh1 istifadəsi kimi təqdim edilən torpağın sahəsi 0.71 ha, Cavabdeh2 istifadəsi kimi təqdim olunan torpağın sahəsi isə 0,4854 ha kimi qeyd olunmuşdur.
48. Halbuki, Tovuz rayon Aqrar islahat komissiyasının 23 dekabr 1997-ci il tarixli qərarı ilə Cavabdeh1 və ailə üzvlərinin ümumi birgə mülkiyyətinə Tovuz rayonunun Düz Qırıqlı kəndində 0,77 hektar torpaq sahəsi, Cavabdeh2 və ailə üzvlərinin ümumi birgə mülkiyyətinə Tovuz rayonunun Düz Qırıqlı kəndində 0,46 hektar torpaq sahəsi verilmişdir.
49. Göründüyü kimi, cavabdehlərin faktiki istifadəsində olan torpaq sahələri ilə həmin torpağa dair verilmiş sənədlər arasında uyğunsuzluq vardır.
50. Kollegiyanın qənaətinə görə, hazırkı mübahisənin qanuni həllinə nail olmaq üçün ilk növbədə tərəflərin qanuni istifadəsinə verilmiş torpaq sahələrinin dəqiq sərhədləri müəyyən edilməli, yalnız bundan sonra həmin sahələrin üst-üstə düşüb düşməməsi məsələsi araşdırılmalı idi.
51. Lakin görünən odur ki, cavabdehlərin mülkiyyət sənədlərində qeyd olunan torpaq sahələrinin ölçüləri ilə mütəxəssis rəyində qeyd olunan ölçülər arasındakı fərqin səbəbləri, iddiaçının mülkiyyətinə verilmiş torpaq sahəsinin cavabdehlərin məhz qanuni istifadəsində olan torpaq sahələri ilə üst-üstə düşməsi məsələləri apelyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılmamışdır.
52. Bu mənada kollegiya hesab edir ki, cavabdehlərə məxsus olan torpaqların sahələri kəmiyyət olara q deyil, koordinatlar üzrə müəyyən olunmalı, bundan sonra qanuni istifadədə olan torpaqların üst-üstə düşüb düşmədiyi müəyyən edilməli və buna uyğun olaraq şikayətin dəlillərinə hüquqi qiymət verilməlidir.
53. Kassasiya şikayətinin ikinci, yəni cavabdehlərin torpaq sahələri üzərində hüquqlarının dövlət reyestrində qeydiyyata alınmaması barədə dəlili ilə bağlı isə məhkəmə kollegiyası qeyd edir ki, cavabdehlərin təqdim etdikləri torpaq üzərində mülkiyyət hüququna dair sənədlər həmin sənədlərin tərtib edildiyi vaxt səlahiyyətli dövlət orqanı olan Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun müddəalarına əsasən, 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəf indən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. Digər tərəfdən, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri əsas hesab olunur.
54. Göründüyü kimi, cavabdehlərə məxsus torpaq sahələrinə dair mülkiyyət hüququnu müəyyən edən sənədlər öz hüquqi qüvvəsini saxlamaqdadır.
55. MPM-nin 9, 14 və 88-ci maddələrinə əsasən tam hüquqlu məhkəmə kimi işə baxan apelyasiya instansiyası məhkəməsi əgər qanunda göstərilən müstəsna hallar mövcud deyilsə, yalnız işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qə rar qəbul etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalı, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmalı, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməlidir.
56. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti qismən təmin olunmalı, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməlidir. İşə yenidən baxılarkən bu Qərarın əsaslandırıcı hissəsində istinad olunan prosessual hüquq normalarının tələblərinə cavab verən əsaslandırılm ış məhkəmə aktı qəbul edilməlidir.
57. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti qismən təmin edilsin. Gəncə Apelyasiya Məhkəməsinin Mülki kollegiyasının 31 oktyabr 2024-cü il tarixli 2(104)-120/2024 nömrəli qətnaməsi ləğv edilsin, iş yenidən baxılması üçün Gəncə Apelyasiya Məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.