Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-789/2019 11.02.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ 11 fevral 2019-cu il İş № 2(102)-789/2019 Bakı şəhərində Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Rüstəmov Əli Məhəmməd oğlundan ibarət tərkibdə, Xnın katibliyi, Cavabdeh4 vəkili Vəkil iştirakı ilə, Cavabdeh4 tərəfindən Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)8895/2018 nömrəli iş üzrə 27 sentyabr 2018-ci il tarixli qətnaməsindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq, Müəyyən etdi: Bakı şəhəri Yasamal rayon məhkəməsinin (hakim Toğrul Axundov) 23 may 20 18-ci il tarixli 2(004)-4462/18 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək cavabdehlər Cavabdeh4, Cavabdeh1 nın, Cavabdeh2 və Cavabdeh3 Bakı şəhəri, Z.Adıgözəlov küçəsi, 122 saylı evə istifadə hüquqlarının itirilmiş hesab edilməsi, qətnamə qanuni qüvvəyə mindikdən sonra cavabdehlər Cavabdeh4, Cavabdeh1 nın, Cavabdeh2 və Cavabdeh3 Bakı şəhəri, Z.Adıgözəlov küçəsi, 122 saylı evdən qeydiyyatdan çıxarılması üçün əsas hesab edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər Tofiq Səmədov - sədrlik edən və məruzəçi, İkram Şirinov, Elşən Kazımov) 27 sentyabr 2018-ci il tarixli qətnaməsi ilə Cavabdeh4 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Yasamal rayon məhkəməsinin 23 may 2018-ci il tarixli qətnaməsi Cavabdeh4 apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. İşin halları: İddiaçı X5 cavabdehlər Cavabdeh4, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı yaşayış və istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərin Bakı şəhəri, Z.Adıgözəlov küçəsi, 122 saylı evdə onun ailə üzvləri ilə yaşadığı hissəsində yaşayış və istifadə hüquqlarının itirilmiş hesab edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, ünvan 1 ünvana 1993-cü ilin oktyabr ayında gəlin köçmüş, cehiz əşyaları bu günə kimi həmin mənzildə yerləşməklə istifadəsindədir və hal-hazırda da ailə üzvləri ilə birlikdə həmin mənzildə yaşayır. Həyat yoldaşı X4 1998-ci ildə vəfat etmişdir. Birgə nikahdan 1994-cü il təvəllüdlü X1 və 1998-ci il təvəllüdlü X2 adlıövladları dünyaya gəlmişlər. Yasamal rayon məhkəməsinin 2-328/99 saylı 04 fevral 1999-cu il tarixli qətnaməsinə əsasən iki azyaşlı uşağı ilə birlikdə həmin mənzilə yaşayış hüququ tanınmış və pasport qeydiyyatına alınmışdır. Keçən 22 il ərzində dəfələrlə mənzildə təmir və yenidənqurma işləri görmüşdür. Cavabdehlər Bakı şəhəri, Z.Adıgözəlov küçəsi, 122 saylı evdə qeydiyyatdadırlar. Lakin cavabdehlər mənzili uzun müddətdir ki, tərk etmişlər vədaimi olaraq ünvan 2 ünvanında yaşayırlar. Beləliklə həmin mənzilə yaşayış və istifadə hüquqlarını itirmişlər. Lakin cavabdehlər daimi olaraq başqa yaşayış yerinə köçmələrinə baxmayaraq hal-hazıra kimi ünvan 1 evdə qeydiyyatdadır. Cavabdehlərin mübahisəli evdə yaşamadan qeydiyyatda olmaları onun hüquqlarını kobud şəkildə pozur. Belə ki, onların əvəzində mənzil kommunal və digər xidmət haqlarını ödəmək məcburiyyətində qalmışdır. Cavabdehlərin qeydiyyatdan çıxarılması ilə bağlı Yasamal rayon Polis idarəsinə müraciət etmiş, onun şifahi olaraq mülki qaydada məhkəməyə müraciət edilməsini məsləhət görmüşlər. Qeyd olunanları nəzərə alıb iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılması xahiş olunmuşdur. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və kassasiya şikayətinə qarşı etiraz: Cavabdeh4 kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 27 sentyabr 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Əsasları apellyasiya şikayətinin əsasları ilə eyni olan kassasiya şikayətində əlavə olara q qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. Məhkəmə işdə olan sübutlara düzgün hüquqi qiymət verməmişdir. Mübahisəli ev X3na kirayəyə verilmişdir. Hal-hazırda həmin mübahisəli mənzil iddiaçının xüsusi mülkiyyətində deyil. Bu səbəbdən də iddiaçı mübahisə predmeti olan mənzildən cavabdehlərin yaşayış və istifadə hüquqlarının itirilməsini tələb etməsində haqlı deyildir. İddiaçı ərizəsində göstərmişdir ki, guya cavabdehlər ünvan 3 ünvanında yaşayırlar və iddiaçı cavabdehlərin yerinə həmin mənzilin kommunal xərclərini ödəmək məcburiyyətində qalır, ona görə də cavabdehlərin mübahisəli mənzilə pasport qeydiyyatı ləğv edilməlidir. Əslində isə cavabdehlər yaranmış mübahisələr səbəbindən həmin mənzili tərk etmək məcburiyyətin də qalmışlar, ünvan 4 ünvanında yerləşən Cavabdeh4 məxsus mənzil isə 07.01.2017-ci il tarixdə satılaraq onun səhhəti ilə bağlı yaranmış cərahiyyə əməliyyatlarına sərf edilmişdir. Ona görə də, cavabdehlər hal-hazırda məcburi olaraq kirayədə yaşayırlar. Eyni zamanda iddiaçı mənzil kommunal xərclərin onun tərəfindən ödənildiyini iddia etsə də, cavabdehlər tərəfindən təqdim olunan kommunal ödənişlər barədə qəbzdən də görünür ki, iddiaçı bir neçə ildir ki, heç də həmin mənzilin kommunal xərclərini ödəməmiş, əksinə 20122013-cü illərin mənzil-kommunal xidməti haqqı cavabdehlər tərəfindən ödənilmişdir.Həmçinin, iddiaçının öz vəsaiti hesabına mənzildə təmir işləri aparılması, onu abadlaşdırması dəlilləri ilə bağlı qeyd etmək lazımdır ki, iddiaçı həmin mənzildə əsaslı təmir işləri aparmamışdır, mənz ilin sahəsini artırmamış və onun vəziyyətini başqa cür yaxşılaşdırmamışdır, mənzildə sadəcə kosmetik işlər aparılmışdır.Sözügedən mənzil icarə müqaviləsinə əsasən cavabdehin ata nənəsinə məxsus olmuşdur, onun vəfatından sonra isə cavabdehin ailəsi həmin mənzildə qeydiyyatda olmaqla, faktiki olaraq həmin mənzildən istifadə etsələr də, mənzili xüsusi mülkiyyətlərinə qeydiyyatdan keçirməmişlər. İddiaçı 20.10.1993-cü il tarixdə X4 ilə nikaha daxil olmuş, sonradan Yasamal rayon məhkəməsinin 04.02.1999-cu il tarixli qətnaməsi ilə iddiaçı iki uşağı ilə birlikdə həmin mənzilə pasport qeydiyyatına düşmüşdür. İşin hallarından da görünür ki, həmin mənzil cavabdehlər Cavabdeh4, X3, Cavabdeh2, Cavabdeh3 ata ocağı olmuş, cavabdehlər iddiaçıdan da əvvəl həmin mənzildə yaşamış və pasport qeydiyyatında olm uşlar. Belə ki, Cavabdeh4 1985-ci ildə, X5 1990-cı ildə, Cavabdeh2 2007-ci ildə, Cavabdeh3 isə 2011-ci ildə mübahisəli nənzilə pasport qeydiyyatına düşmüşlər. İddiaçı həmin mənzilə gəlin köçmüş, sonradan onun əri, yəni, cavabdehin qardaşı vəfat etmiş və iki ailə arasında sözsöhbət yarandığından Cavabdeh4 öz ailəsini götürərək başqa ünvanda müvəqqəti yaşamışdır, lakin cavabdehlər günün çox hissəsini məhz həmin mənzildə keçirmişlər və bu illər uzunu belə davam etmişdir. Sonradan iddiaçı X4 öz qaynanasım da mübahisəli nənzildən qovmuş, heç bir hüququ olmadığı halda mənzilə sahiblik etmək, mənzili özəlləşdirmək məqsədilə məhkəmədə iddia qaldıraraq cavabdehlərin mənzildən pasport qeydiyyatından çıxarılmasını tələb etmişdir. Məhkəmə işin bu hallarına hüquqi qiymət verməmişdir. Tərəflərin izahatl arı: Cavabdeh4 vəkili Vəkil kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə iddiaçı və digər cavabdehlər gəlmədiyi üçün və gəlməməyinin səbəbləri barədə məlumat vermədiyindən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Məhkəmə kollegiyası məruzəçini, Cavabdeh4 vəkili Vəkil izahatını dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 27 sentyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. Apellyasiya ins tansiyası məhkəməsi tərəfindən işin müəyyən edilən hallarından görünür ki, Azərbaycan SSR Kommunal Təsərrufatı Nazirliyi tərəfindən təsdiq edilmiş 30.07.1957-ci il tarixli müqavilə ilə ünvan 5 ünvanında yerləşən evə görə 04.11.1998-ci il tarixdə Balacaxanım Muxtarova ilə kirayə müqaviləsi bağlanmışdır. X5 ilə X6nun nikahlarından 04.11.1927-ci il tarixdə X7 anadan olmuşdur. X5 01.05.1967-ci il tarixdə ölmüşdür. X7 ilə X8nın birgə nikahından 14 noyabr 1969-cu il tarixdə X4 anadan olmuşdur. X4 ilə iş üzrə iddiaçı X1 nikahları 20.10.1993-cü il tarixdə Bakı şəhəri Səadət Sarayında bağlanmışdır. X4 10.01.1998-ci il tarixdə ölmüşdür. Yasamal rayon məhkəməsinin 2-328/99 saylı, 04.02.1999-cu il tarixli qətnaməsinə əsasən X2 2 uşağı ilə birlikdə ünvan 6 ünvanına yaşayış hüququ tanınmış və mənzildə p asport qeydiyyatına alınmışdır. Hal-hazırda iddiaçı uşaqları ilə birlikdə həmin mənzildə yaşayır. İddiaçı 1999-cu ildən, cavabhdelər Cavabdeh4 1985-ci il, Cavabdeh1 1990-cı il, Cavabdeh2 2007-ci il, Cavabdeh3 2011-ci il tarixdən mübahisəli mənzildə pasport qeydiyyatındadırlar. Mübahisəli mənzilin kirayə müqaviləsi əsasında X5ya verilməsi, iddiaçı və cavabdehlərin həmin mənzildə qeydiyyatda olması, hazırda mənzildə iddiaçı ilə uşaqlarının yaşaması, cavabdehlərin başqa yerə köçərək başqa yaşayış yerində yaşamaları işin mübahisə edilməyən hallarıdır. İddiaçı hazırki iddia tələbində cavabdehlərin mübahisəli mənzilə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsini xahiş edir. Cavabdehlər iddiaya etiraz edərək məcbur qalaraq başqa yerə getdiklərini, iddiaçının həmin mənzildən onları qovduğu nu, başqa yerdə yaşayış sahələrinin olmadığını bildirirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 217.2-ci maddəsinə görə qətnamə mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, hazırkı mülki mübahisə üzrə iddia tələbi cavabdehlər Cavabdeh4, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Bakı şəhəri, Yasamal rayonu, Z. Adıgözəlov küçəsi, 122 saylı evinə hüquqlarının itirilmiş hesab edilməsi hissəsində 08 iyul 1982-ci il redaksiyalı Mənzil Məcəlləsinin müddəalarına uyğun qiymət verilməklə həll edilməlidir. İşin birinci instansiya məhkəməsi tərəfindən müəyyən olunmuş hallarından görünür ki, cavabdehlər Cavabdeh4 04.03.1985-ci il tarixdə Cavabdeh1 nın 11.01.1990-cı il tarixdə Bakı şəhəri, Yasamal rayonu, Z.Adıgözəlov küçəsi, 122 saylı evinə qeydiyyata düşmüşdür. İş üzrə digər cavabdehlər olan xx.xx.1989-cu il təvəllüdlü Cavabdeh2 və 1995-ci il təvəllüdlü Cavabdeh3 isə doğulduqları ildən valideynlərinin qeydiyyat yeri üzrə mübahisəli mənzilə qeydiyyata alınaraq Cavabdeh2 2007-ci il tarixdən və Cavabdeh3 2011-ci il tarixdən həmin mənzilə pasport qeydiyyatına alınmışlar. Azərbaycan Respublikasının 01.10.2009-cu il tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsinin 87-ci maddəsinə görə yaşayış sahəsinin icarədarı ailə üzvlərinin razılığı ilə istənilən vaxt icarə müqaviləsini pozmaq ixtiyarına malikdir. İcarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqə sində digər yaşayış sahəsinə köçdükdə, yaşayış sahəsinin icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. «Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12.03.1999-cu il tarixli qərarında göstərilmişdir ki, «mənzil qanunvericiliyinə əsasən tərəflər arasında yaranmış bu mübahisələrə məhkəmə tərəfindən baxılarkən yaşayış sahəsində altı ay və daha uzun müddətdə yaşamamağın səbəbləri araşdırılmalı, bu xüsusat digər hallarla birlikdə məcmu qaydada tədqiq olunmalı və məhkəmənin müvafiq qərarında əsaslandırılmalıdır. İcarədarın və ya onun ailə üzvlərinin müvəqqəti olaraq, o cümlədən altı ay və daha uzun müddətdə yaşayış sahəsindən getməsi onların yaşayış sahəsinə olan hüquqlarının itirilməsinə yönə lən əsas kimi qəbul edilə bilməz. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin İ hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə üzvlərinin müvəqqəti, o cümlədən altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir.». «Respublika məhkəmələri tərəfindən mənzil qanunvericiliyinin tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 16 oktyabr 1992-ci il tarixli, 2 nömrəli Qərarına əsasən kirayəçinin və onun ailə üzvlərinin daimi yaşamaq üçün başqa yerə getmələrilə əlaqədar, kirayə müqavil əsinin ləğv edilməsinə dair mübahisəni həll edərkən, məhkəmə kirayəçinin başqa yerə köçməsini və ya həmin yaşayış məntəqəsinin başqa yaşayış sahəsinə köçməsini sübut edən sənədləri tələb etməyə borcludur. Belə sübutlara yaşayış sahəsindən qeydiyyatdan çıxmağa, iş yerindən çıxıb, yeni yaşayış sahəsində işə düzəlməyə, yeni iş yerindən mənzillə təmin edilməyə və sair sənədlər aid ola bilər. Mənzil Məcəlləsinin 87ci maddəsinə əsasən, belə hallarda yaşayış sahəsinin kirayə müqaviləsi kirayəçinin və onun ailə üzvlərinin başqa yerə köçdükləri gündən pozulmuş hesab edilir. Apellyasiya instansiyası məhkəməsi işin hallarına əsasən müəyyən etmişdir ki, cavabdehlər Cavabdeh4, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qeydiyyatda olmasına baxmayaraq Bakı şəhəri, Yasamal rayonu, Z.Adıgözəlov küçəsi, 122 saylı evdə uzun müddətdir ki, yaşamırlar, onların qeydiyyatı formal xarakter daşımışdır. Bu fakt məhkəmə araşdırmaları zamanı işin halları və eləcədə şahidlərin ifadəsi ilə də təsdiq edilmişdir. Göründüyü kimi, Bakı şəhəri, Yasamal rayonu, Z.Adıgözəlov küçəsi, 122 saylı evi iddiaçının faktiki sahiblik və istifadəsində olması, eləcə də cavabdehlərin orada qeydiyyatda olmasına baxmayaraq həmin evdə faktiki olaraq yaşamamaları sübuta yetirilir və onların iddiaçının faktiki mülkiyyətində olan yaşayış sahəsində qeydiyyatda qalmaları iddiaçının ona məxsus olan ev üzərində hüquqlarını pozur. Azərbaycan Respublikasının Konstitusiyasında (13 və 29-cu maddələr) və ölkəmizin qoşulduğu beynəlxalq-hüquqi aktlarda (İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsi, İnsan hüquqlarının və əsas azadlıqla rın müdafiəsi haqqında Konvensiyaya 1 saylı əlavə protokolun 1-ci maddəsi və s.) nəzərdə tutulmuş fundamental insan hüquqları sırasında mühüm yer tutur. Mülkiyyət hüququ hamılıqla qəbul edilmiş ali insani dəyərləri özündə əks etdirən demokratik cəmiyyətin, hüquqi dövlətin təməl daşlarından biri hesab edilir. Məhkəmə kollegiyası mülki işdə olan sənədlərlə tanış olaraq və onları tədqiq edərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mülki işə baxılan zaman Mülki Prosessual Məcəllənin 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas o la bilməz. Kassasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası aşağıdakıları qeyd edir: Cavabdeh Arzu Mutxarova mübahisəli mənzilin dövlət qeydiyyatına alınmadığını, iddiaçının belə bir tələblə məhkəməyə müraciət etməkdə subyektiv hüquqa malik olmadığını bildirir. Bununla bağlı qeyd etmək lazımdır ki, mübahisəli hüquq münasibətləri yaranan zaman qüvvdə olan Mənzil Məcəlləsinin 60-cı maddəsinə görə, şəxsin, müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi, kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası üzrə məhkəmə qaydasında həyata keçirilir. Göründüyü kimi, qanunvericilik istifadə hüququnu itirilmiş hesab edilməsi ilə bağlı iddia vermək hüququnu kirayədarla yana şı, həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərə də vermişdir. İşin mübahisə edilməyən halları ilə iddiaçının həmin mənzildə daimi olaraq yaşaması və mənzildən istifadə etməsi müəyyən edilmişdir. Onun mənzildə yaşaması və ondan istifadə etməsi qanuni və əsaslıdır, ən azından qanuni qüvvəyə minmiş Yasamal rayon məhkəməsinin 04.02.1999-cu il tarixli qətnmaməsinə əsaslanışdır. Ona görə də, iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etməkdə subyektiv hüquqa malik olmuşdur. Cavabdehlərin həmin mənzildən məcbur olaraq getmələri, iddiaçının həmin mənzili əsaslı təmir etməməsi, iddiaçının mənzilin kommunal xidmətlərini ödəməməsi barədə iş materiallarına hər hansı bir sübut əlavə edilməmişdir. Digər tərəfdən işin halları ilə iddiaçının həmin həmin mənzildə yaşaması və istifadə etməsi m übahisəsizdir. Ona görə də, onun mənzili təmir etdirməməsi, kommunal xidmətləri ödəməməsi barədə dəlillər əsassızdır, işin həlli üçün əhəmiyyət kəsb etmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Cavabdehlər tərəfindən mübahisəli mənizilin kommunal xidmətinin ödənilməsi barədə dəlilə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, bu barədə birinci və apellyasiya instansiyası məhkəmələrində işə baxılarkən məhkəməyə hər hansı bir sübut təqdim edilməmişdir. Kassasiya şikayətinə əlavə edilmiş cavadeh Cavabdeh4 tərəfindən mə nzilin kommunal xidmətinin ödənilməsi barədə ksero sürət olan qəbzə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, qəbzdən göründüyü kimi, ödəniş 31.01.2019-cu il tarixdə yəni işə mahiyyəti üzrə birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən baxılandan sonra edilmişdir. Həmin sübutun kassasiya instansiya məhkəməsinə təqdim edilməsi mülki prosessual qanunvericiliyin tələblərinə ziddir. Həmçinin həmin ödəniş tərəflər arasında hazırki məhkəmə mübahisəsi başlandıqdan sonra edilmişdir. Bu hal isə cavabdehlər tərəfindən mənzildən istifadə etmək görüntüsü yaratmaq üçün edilmişdir. Şərh edilənlərə əsasən Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 27 sentyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Odur ki Azərbaycan Respubl ikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara alır: Cavabdeh4 kassasiya şikayəti təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-8895/2018 nömrəli iş üzrə 27 sentyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: Əsli ilə düzdür Ali Məhkəmənin hakimi Əhməd Nurməmmədov
Məhkəmə qərarları › İş №2(102)-789/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-789/2019
11.02.2019 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver