Məhkəmə qərarları › İş №2(102)-789/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-789/2024

27.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-789/2024 27.02.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1nə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: podrat müqaviləsi üzrə pul tələbi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Əliyev Zaur Əli oğlu və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul tələbi”nə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1448/2023 nömrəli, 20 sentyabr 2023-cü il tarixli qətnaməsindən Cavabdeh2 kassasiya şikayətinə 27 fevral 2024cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Sifarişçi İddiaçı ilə icraçı Cavabdeh2 (Cavabdeh1 adından) arasında bağlanmış 16 aprel 2021-ci il tarixli müqaviləyə əsasən İddiaçı Sumqayıt şəhəri, Ləvənt yaşayış kompleksi, X1, ev 2C ünvanında yerləşən sahəsi 101 kv.m. olan 9 saylı mənzildə təmir işlərinin görülməsini Cavabdeh2 sifariş etmişdir. Müqaviləyə əsasən ümumi görülən, işlərin dəyəri 30000 manatdır. İddiaçı Sərəstən qızı ilkin olaraq 10000 manat ödəniş etmişdir.

2. Cavabdeh1 xx.xx.2021-ci il tarixli məktubuna (imzalayan şəxsin adı və vəzifəsi göstərilməyib) əsasən xx.xx.2021-ci il tarixdə İddiaçı ilə bağlanan müqavilə üzrə xx.xx.2021-ci il tarixdə mənzilin təmirinə görə 20000 manat ödəniş olunmuşdur. Qalıq məbləğ 10000 manat ödənildikdən sonra mənzilin təmiri 15 g ün ərzində yekunlaşdırılaraq təhvil veriləcəkdir. İşə əlavə olaraq 1400 manat pəncərələrin düzəlişinə görə əlavə alınmışdır. 3. “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 18 sentyabr 2021-ci il tarixli qərardan görünür ki, İddiaçı Sərəstən qızının müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir.

4. Mübahisə 16 aprel 2021-ci il tarixli müqavilə üzrə icranın tam yerinə yetirilməməsinə görə yaranıb. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı (bundan sonra “iddaçı” və ya “sifarişçi”) iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh2 (bundan sonra “cavabdeh” və ya “icraçı”) və Cavabdeh1ndən (bundan sonra “Tikinti Şirkəti”) müştərək qaydada 15000 manat pulun və ödənilmiş 135 manat dövlət rüsumunun tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. İddia tələbi belə əsaslandırılmışdır ki, iddiaçı ilə Tikinti Şirkəti arasında 16 aprel 2021-ci il tarixdə "xxxx" barədə müqavilə bağlanmışdır. Müqavilə Tikinti Şirkətinin ünvan 1 ünvanında yerləşən ofisində bağlanmış və cavabdeh tərəfindən imzalanaraq möhürlə təsdiq olunmuşdur.

7. Müqaviləyə əsasən əmlakın sahibi kimi iddiaçıya məxsus olan Sumqayıt şəhəri, Ləvənt yaşayış kompleksi, X1, ev 2C, mənzil 9 ünvanında yerləşən 101 kv.m. sahəni cavabdeh 4 ay müddətinə 30000 manat əvəzində təmir edərək iddiaçıya təhvil verməli idi. İddiaçı cavabdehə ümumilikdə 32900 manat pul ödəsə də, təmir işləri tam yekunlaşmamışdır.

8. Göstərilən səbəblərdən iddiaçı şikayət ərizəsi ilə Sumqayıt Şəhər Polis İdarəsinə müraciət etmiş, Sumqayıt ŞPİ-nin TŞ tərəfindən araşdırma aparılarkən Tikinti Şirkətinin direktoru olan cavabdeh izahat yazaraq etiraf etmişdir ki, həqiqətən də iddiaçıdan mənzilin təmir üçün 32.900 manat pul almışdır. Cavabdeh təmir işlərini 16 oktyabr 2021-ci il tarixinə kimi bitirəcəyinə dair təhqiqatçıya iltizam da yazmışdır. Sumqayıt ŞPİ-nin TŞ tərəfindən xx.xx.2021-ci il tarixdə HK-1/685 saylı material üzrə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Həmin qərarla mübahisənin mülki xarakterli olması və araşdırma məhkəmə orqanlarına aid olduğu üçün iddiaçıya mülki qaydada məhkəməyə müraciət etmək tövsiyyə edilmişdir. Təmir işləri başa çatmadığı üçün iddiaçı hər ay 450 manat məbləğində kirayə üçün pul ödəməli olur.

9. İddiaçı tələbinin hü quqi əsası kimi Mülki Məcəllənin 385.1, 386.1, 390.1, 425.1, 442, 443.5 və 1099.1-ci maddələrinə istiunad etmişdir.

10. Birinci instanasiya məhkəməsində cavabdehin nümayəndəsi və vəkili vəsatət verərək bildirmişdir ki, cavabdehin adına VÖEN var, onun hüquqi ünvanı Şmaxı şəhəridir, buna görə də iş baxılması üçün Şamaxı rayon Məhkəməsinə göndərilməlidir.

11. Bakı şəhəri Nərmanov rayon Məhkəməsinin 2(005)-1845/2022 saylı qəraradadı ilə mülki iş baxılması üçün Şamaxı rayon Məhkəməsinə göndərilmişdir.

12. Cavabdeh iddiaya yazılı etiraz vermişdir. Etirazda bunlar qeyd edilib: - 16 aprel 2021-ci il tarixli “təmir tikinti” müqaviləsinə əsasən iddiaçı Sumqayıt şəhəri, Ləvənt yaşayış kompleksi, X1, ev 2C ünvanında yerləşən sahəsi 101 kv.m olan 9 saylı mənzildə təmir işlərinin görülməsini cavabdehə həvalə etmişdir. Müqaviləyə əsasən ümumi görülən, işlərin dəyəri 30000 manat təşkil etməli idi. İddiaçı ilkin olaraq 10000 manat, sonradan isə 10000 manat ödəniş etmişdir. Cavabdeh iyul ayında evin təmir işlərinin 70 faizini görüb qurtarmışdır; - iyul ayında iddiaçı dizaynda görmüş olduğu mebellərin hazırlanmasını da sifariş etmişdir. Cavabdeh mebellərin ümumi dəyərinin 26000 manat təşkil etdiyini bildirmiş, iddiaçı hazırda pulunun olmadığını, qızına toy edəcəyini, təmirə görə yerdə qalan 10000 manatı toydan sonra verəcəyini, lakin mebelə görə beh kimi 10000 manat verə biləcəyini bildirmişdir. İddiaçı təmirlə paralel mebellərin də hazırlanmasını sifariş etmişdir. İddiaçi təmirə və mebelə görə qalan borcunu qızının toyundan sonra verəcəyini bildirmişdir. Sonradan şəxsi münasibətlər zəminin də mübahisələr yaranmışdır. Belə ki, iddiaçı cavabdehdən xoşunun gəldiyini bildirmiş, cavabdeh isə “yox” cavabı vermiş, iddiaçı bundan sonra cavabdehin işinə qərəzli olaraq problem yaratmağa başlamışdır; - iddiaçı artıq mebeli istəmədiyini və mebelə görə ödədiyi 10000 manatın təmirin borcuna hesablanmasını bildirmişdir. Bunun mümkün olmadığını iddiaçıya bildirmişdir. Çünki artıq pul verib mebelin materiallarını almış və həmin materiallar sifarişə uyğun olaraq doğranmışdı. İddiaçı təmirə görə yerdə qalan borcunu ödəmədiyi üçün cavabdeh təmir işlərini saxlamışdır. Bundan sonra iddiaçı ondan polisə şikayət etmiş, polisdə də hər şeyi olduğu kimi bildirmişdir. - əslində zərərçəkən olmasına baxmayaraq, cavabdeh məcburiyyət qarşısında qalıb təmiri tamamlayacağına dair söz vermişdir. Lakin iddiaçı bundan sonra da müxtəlif bəhanələrlə təmirin tamamlanmasına mane olmağa çalışmışdır; - iddiaçının təmirin tamamlanmasına maneələr yaratmasına baxmayaraq, təxminən fevral ayında cavabdeh evin laminatını da vurub iddiaçıya təhvil vermişdir. Bundan sonra müqavilə şərtlərinə əsasən hər birinin dəyəri 350-400 manat olmaqla 5 ədəd qapı qoyulmalı, evin plintusları qapıya uyğun olaraq alınıb vurulmalı və təmir işləri tamamlanmalı idi. Lakin iddiaçı bu dəfə də müqavilə şərtlərinə əsasən qoyulmalı olan qapıları istəmədiyini, daha bahalı qapıların alınıb qoyulmasını bildirmişdir. Halbuki iddiaçının özünün seçimi əsasında həmin qapılar, əvvəlcədən alınıb anbarda saxlanılırdı. İddiaçı həmin qapıların qoyulmasına və evin plintuslarının (80 metr) vurulmasına bu günədək şərait yaratmadığından təmir cavab deh işlərini bitirə bilməmişlər. Göründüyü kimi müqavilə şərtləri cavabdeh tərəfindən deyil, iddiaçı tərəfindən pozulmuş və iddiaçı tərəfindən cavabdedhə maddi ziyan vurulmuşdur.

13. İddiaçının sifarişi ilə "xxxx" MMC-nin tərtib etdiyi 02-108/22 saylı, 12 avqust 2022-ci il tarixli mütəxəssis rəyinə əsasən texniki vizual baxış və təqdim edilmiş fototəsvirlər və video-təsvirlər nəticəsində mübahisədə adı keçən mənzilin daxilində Tikinti Şirkəti ilə bağlanmış müqavilə üzrə aparılan tikinti-təmir işlərinin (material və usta xərci də daxil olmaqla) məbləği Cədvəl 1-də aparılmış hesablamalar və təhlillərə görə 18835,90 manatdır. Həmin mənzildə iddiaçı tərəfindən aparılan tikinti-təmir işlərinin (material və usta xərci də daxil olmaqla) məbləği Cədvəl 2-də aparılmış hesablamalar və təhlillərə gör ə 8246 manatdır.

14. Cavabdehin nümayəndəsi və vəkili iddiaçının təqdim etdiyi mütəxəssis rəyi ilə razılaşmayaraq göstərmişdir ki, cavabdeh müqavilə üzrə təmiri başa vurmuş, yalnız qapı və plintuslar qalmışdır. Onların da pulunun ödənilməsinə cavabdeh razıdır.

15. İddiaçı sonradan iddia tələbinin həcminin artırılması və dəqiqləşdirilməsinə dair məhkəməyə ərizə təqdim edərək, cavabdehlərdən 15000 manat pulun və Cavabdeh2 8246 manat vurulmuş maddi ziyanın və 135 manat dövlət rüsumunun tutularaq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

16. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair məhkəməyə ərizə təqdim edərək, Cavabdeh2 15000 manat pulun və cavabdeh 8246 manat pulun, cəmi 23246 manat pulun və 135 manat dövlət rüsumunun tutularaq ona verilməsinə dair qətn amə çıxarılmasını xahiş etmişdir.

17. Birinci instansiya məhkəməsi iddiaçıya məxsus mənzildə aparılan təmir-tikinti işlərinin dəyəri, eləcə də iddiaçının özü tərəfindən aparılan təmir-tikinti işlərinin dəyərini müəyyən edilməsi məqsədilə 29 avqust 2022-ci il tarixli qərardadla ekspertiza təyin etmişdir.

18. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 6 yanvar 2023-cü il tarixli ekspert rəyinə əsasən iddiaçıya məxsus mənzildə xx.xx.2021-ci il tarixli müqavilə şərtləri nəzərə alınmaqla təqdim olunan təmir işlərinin mövcud orta bazar qiymətlərinə uyğun dəyəri təqribən 14581 manat, həmin mənzildə xx.xx.2021-ci il tarixli müqavilə şərtləri nəzərə alınmaqla İddiaçı Sərəstən qızı tərəfindən görülən işlərin mövcud orta bazar qiymətlərinə uyğun dəyəri təqribən 5802 manat dır.

19. Şamaxı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(074)-21/2023 nömrəli qətnaməsi ilə iddianın qismən təmin olunmuş, Cavabdeh2 15000 manat və iddiaçı tərəfindən yenidən görülən təmir işlərinə görə 4902 manat, ümumilikdə 19902 manat və dövlət rüsumunun əvəzi kimi ödənilmiş 135 manat pulun tutularaq İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi, Cavabdeh2 50 manat məbləğində ekspertiza xərcinin alınıb Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir. (hakim Natiq İsmayılov)

20. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, iddiaçı ilə cavabdeh arasında 16 aprel 2021-ci il tarixdə "xxxx" barədə müqavilə bağlanmışdır. Müqavilə əsasən iddiaçıya məxsus olan mənzili cavabdeh 30.000 manat əvəzində təmir etməli olmuşdur. Lakin cavabdeh təmiri başa çatd ırmamış, eyni zamanda cavabdeh tərəfindən təmir aparılmış sahələrdə yenidən təmirə ehtiyac olduğundan mənzilin həmin hissələri yenidən iddiaçı tərəfindən ekspert rəyinə əsasən 5802 manat dəyərində təmir edilmişdir.

21. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, ekspert iddiaçı tərəfindən görülən təmir işlərinin dəyərini tərəflər arasında bağlanmış müqavilədə nəzərdə tutulmuş qiymətlərdən yüksək qiymətlərlə nəzərə almışdır. (məsələn: seyf tipli giriş qapı müqavilədə 500-600 manat müəyyən edildiyi halda rəydə 800 manat dəyərində göstərilmişdir) Buna görə də iddiaçı tərəfindən görülən təmir işlərinin dəyəri tərəflər arasında bağlanmış müqavilə şərtləri nəzərə alınmaqla tutulmalıdır.

22. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 752.1, 753.1, 753.2, 753.4, 762.1, 764.1, 772.1-ci maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

23. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv, middia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

24. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə görülmüş işlərin dəyərini müəyyən edərkən tərəflər arasında imzalanmış müqavilənin şərtlərini nəzərə almamışdır. Məhkəmə iddiaçının şərait yaratmaması səbəbindən evin 5 ədəd qapılarının qoyulmadığını və döşəmənin kənarlarına haşiyənin (plintusun) vurulmadığını, 5 ədəd qapının dəyərinin müqavilə şərtlərinə uyğun olaraq 1 ədədinin qiymətinin 350 manat olmaqla 1750 manat, döşəmənin kənarlarına haşiyənin (plintusun) vurulmasının dəyərinin isə müqavilə şərtlərinə uyğun olaraq 200 manat təşkil etdiyini, həmin məbləğin də cavabdeh tərəfindən iddiaçıya geri qaytarıldığını nəzərə almamışdır. Məhkəmə tərəfindən iş materiallarında olan sübutlar düzgün qiymətləndirilməmişdir.

25. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-1448/2023 nömrəli mülki iş üzrə 20 sentyabr 2023-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Şamaxı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(074)-21/2023 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Lalə Rəhimli (sədrlik edən və məruzəçi), Fuad Məmmədov, İlqar Dəmirov)

26. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni belə əsaslandırmışdır ki, iddiaçı ilə cavabdeh arasında 16 aprel 2021-ci il tarixdə "xxxx" barədə müqavilə bağlanmışdır. Müqavilə əsasən iddiaçıya məxsus olan mənzili cavabdeh 30000 manat əvəzində təmir etməli olmuşdur. Lakin cavabdeh təmiri başa çatdırmamış, eyni zamanda onun tərəfindən təmir aparılmış sahələrdə yenidən təmirə ehtiyac olduğundan mənzilin həmin hissələri yenidən iddiaçı tərəfindən ekspert rəyinə əsasən 5802 manat dəyərində təmir edilmişdir. Lakin ekspert iddiaçı tərəfindən görülən təmir işlərinin dəyərini tərəflər arasında bağlanmış müqavilədə nəzərdə tutulmuş qiymətlərdən yüksək qiymətlərlə nəzərə almışdır. (məsələn: seyf tipli giriş qapı müqavilədə 500-600 manat müəyyən edildiyi halda rəydə 800 manat dəyərində göstərilmişdir)

27. Birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşan apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, işin faktiki hallarından göründüyü kimi tərəflər arasında əldə edilmiş razılaşmanın şərtləri məhz cavabdeh tərəfindən pozulmuşdur. Belə ki, iş materiallarında olan 16 aprel 2021-ci il tarixli müqavilədə cavabdeh iddiaçıya məxsus mənzili təmir etməyi öhdəsinə götürmüş, lakin üzərinə düşən öhdəliyi tam yerinə yetirməmişdir. Son nəticədə iddiaçı vəsaitindən məhrum olmuşdur.

28. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 385.1., 386.1., 425.1., 442., 445.2.1., 752.1., 753.1., 753.2., 753.4., 762.1., 764.1 və 772.1-ci maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayətlərinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətlərinin dəlilləri

29. Cavabdeh kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv, iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş edir.

30. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, tərəflər arasında imzalanmış müqavilə, smeta, votsap yazışmaları və tərəflərin izahatları təmirin müqavilə şərtlərinə uyğun olaraq yerinə yetirildiyini, iddiaçının şərait yaratmaması səbəbindən evin 5 ədəd qapılarının qoyulmadığını və döşəmənin kənarlarına haşiyənin (plintusun) vurulmadığını təsdiq edir. 5 ədəd qapının dəyəri müqavilə şərtlərinə uyğun olaraq 1 ədədinin qiyməti 350 manat olmaqla 1750 manat, döşəmənin kənarlarına haşiyənin (plintusun) vurulmasının dəyəri isə müqavilə şərtlərinə uyğun olaraq 200 manat təşkil edir. Həmin məbləğ də cavabdeh tərəfindən iddiaçıya geri qaytarılmışdır. Bu halların araşdırılmaması sonda məhkəmənin səhv nəticəyə gəlməsinə səbəb olmuşdur. a) Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri

31. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbi q edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəllə Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 425.1. Tərəflərdən hər biri öz hüquqlarını həyata keçirərəkən və vəzifələrini icra edərkən şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə hər əkət etməlidir. Maddə

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 445.2.1. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Maddə 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Maddə 753.1. Sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişd ir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır. Maddə 753.2. Əgər müqavilədə nəzərdə tutulan iş həcminin yerinə yetirilməsi üçün muzdun əsasları müqavilə bağlandıqdan sonra sifarişçinin sərəncamları əsasında dəyişmişdirsə, onda dəyərin artması və ya azalması nəzərə alınmaqla yeni qiymət razılaşdırılmalıdır. Maddə 753.4. Müqavilədə nəzərdə tutulmayan və sifarişçi tərəfindən yerinə yetirilməsi tələb edilməyən işlər ödənilmir. Tələb edildikdə podratçı belə işlərin nəticələrini aradan qaldırmalıdır. Əgər o bunu ağlabatan müddət ərzində etməzsə, sifarişçi onları podratçının hesabına aradan qaldıra bilər. Bundan başqa, podratç ı bütün digər zərər üçün sifarişçi qarşısında məsuliyyət daşıyır. Maddə 762.1. Podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun. Maddə 764.1. Əgər podratçı xərclərin tənasübsüzlüyünə baxmayaraq, əlavə icradan imtina etməzsə, lakin əlavə icra üçün müəyyənləşdirilmiş müddət nəticəsiz qurtararsa, sifarişçi qüsuru özü aradan qaldırıb çəkdiyi xərclərin əvəzini ödəməyi tələb edə bilər. Maddə 772.1. Görülmüş işin təsadüfən məhv olması və ya zədələnməsi riski icranın sifarişçiyə verildiyi vaxtadək podratçının üzərinə düşür. Azərbaycan Respublikasının Mülki Prossesual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və pr osessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 417.1.4. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məh kəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Maddə 418.4.6. Məhkəmə işdə iştirak etməyə cəlb edilməmiş şəxslərin hüquq və vəzifələrinə dair on ların hüquqlarının pozulmasına səbəb olan qətnamə və ya qərardad qəbul etmişsə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi və ya qərardadı şikayətin dəlillərindən asılı olmayaraq ləğv edilməlidir. Kassasiya baxışının hədləri

32. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

33. Kassasiya şikayətində qətnamə tam mübahisələndirilib, b u səbəbdən kollegiya qətnaməni tam yoxlayır. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsinin iddianın təmin edilən hissəsindən cavabdeh apellyasiya şikayəti vermiş, iddianın təmin edilən hissəsi mübahisə predmeti olmamışdır, apellyasiya baxışının predmeti də iddianın təmin edilən hissəsi üzrə olmuşdur. Bu baxımdan, qətnamənin tam yoxlanılması dedikdə, apellyasiya baxışının predmeti olan hissə başa düşülür.

34. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

35. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasib ətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

36. Apellyasiya instansiyası məhkəməsi iddia tələbi və apellyasiya şikayəti üzrə qanuni nəticəyə gəlmişdir.

37. İddia tələbi podrat müqaviləsindən irəli gələn öhdəliklərin icra edilməməsindən yaranan pul tələbidir.

38. İddiaçı ilə cavabdeh arasında 16 aprel 2021-ci il tarixdə "xxxx" barədə müqavilə bağlanmışdır. Müqavilə əsasən iddiaçıya məxsus olan mənzili cavabdeh 30.000 manat əvəzində təmir etməli olmuşdur. Lakin cavabdeh təmiri başa çatdırmamış, eyni zamand a cavabdeh tərəfindən təmir aparılmış sahələrdə yenidən təmirə ehtiyac olduğundan mənzilin həmin hissələri yenidən iddiaçı tərəfindən təmir edilmişdir.

39. Mülki Məcəllənin 764.1-ci maddəsinin tələbləri baxımından məhkəmələr işin müəyyən edilmiş hallarına uyğun olaraq düzgün nəticəyə gəliblər.

40. Cavabdehin iddiaya etirazının əsası kimi istinad etdiyi halları işə sübutları qiymətləndirməklə mahiyyəti üzrə baxan məhkəmələr müəyyən etməmişlər. Bu baxımdan, məhkəmə kollegiyası cavabdehin iddiaya etirazının və apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edən kassasiya şikayətlərinin dəlillərini də qəbul etmir.

41. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən sax lanılmalıdır.

42. Yuxarıda göstərilənləri və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh2 kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1448/2023 nömrəli, 20 sentyabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlansın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar