Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-789/2025 08.04.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: tələbin qanuni əsası; əsassız varlanma; bağışlama müqaviləsi; bağışlamadan imtina. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), X4 və Babayev Zəki Baba oğlundan ibarət tərkibdə, Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107)-1297/2024 nömrəli, 21 noyabr 2024-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr işin halların ı araşdıraraq aşağıdakıları müəyyən etmişlər:
2. AN-İ No ******* nömrəli, xx.xx.2020-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən X1 şəhəri, Cəmil Əliyev küçəsi, ev 5 ünvanında yerləşən 33 nömrəli mənzili Cavabdeh satmışdır;
3. İddiaçı həmin mənzilin və içindəki bəzi daşınar əşyaların dəyərini özünün ödədiyini bildirərək aşağıdakı tələbi irəli sürmüş, cavabdeh isə iddiaya etiraz etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı məhkəməyə müraciət edərək, Cavabdeh 52000 manat pulun tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddiaçı tələbini belə əsaslandırmışdır ki, cavabdehlə uzun müddət qeyri-rəsmi ailə kimi yaşamışlar. Cavabdehə həddindən çox etibar etmişdir. Özü üçün mənzil almaq qərarına gə lmiş, lakin, məcburi köçkün olduğu üçün evi öz adına deyil, cavabdehin adına rəsmiləşdirmişdir. Belə ki, ünvan 1 ünvanında yerləşən 33 nömrəli mənzili cavabdehin adına almışdır. Həmin mənzilin alınması üçün 40000 manat, rəsmiləşdirilməsi üçün isə 2000 manat, həmçinin, evin mebel və digər avadanlıqlarını almaq üçün 10000 manat pul xərcləmişdir. Hazırda pula ehtiyacı olduğu üçün həmin mənzili satmaq istəyir. Lakin cavabdeh evi satmaqdan imtina edir, yaşayış sahəsini özününkü hesab edir. O, pulunun geri qaytarılmasını tələb etsə də, cavabdeh bundan imtina edir.
6. İddiaçı, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, evi heç vaxt hədiyyə etmək fikri olmamışdır. Sadəcə cavabdehlə birgə kirayədə qalmasınlar deyə evi almışdır. Polis şöbəsində aparılan araşdırma zamanı cavabdeh evin iddiaçı tərəfindən alındığını etiraf etmişdir. Bu barədə məhkəməyə səs yazısı təqdim olunmuşdur.
7. Cavabdeh izahatında bildirmişdir ki, iddiaçı ilə faktiki ailə münasibətləri olmuşdur. Evi o tapmış və qohumlarının vəsaiti hesabına almışdır. Evin iddiaçıya aidiyyəti yoxdur. İddiaçı evə mebel və kondisioner almışdır. Əşyalar da onun haqqıdır və iddiaçıya qaytarmayacaq. Polis şöbəsində verdiyi izahat onun sözləri ilə yazılmamışdır. İzahatı imzalasa da, polis işçilərinə inanıb imza etmişdir. Səs yazmalarda olan səs ona məxsusdur. Lakin həmin səsyazmada Mingəçevir şəhərində olan mənzildən yox, Yevlax şəhərində olan evdən söhbət gedir. Belə ki, Fərhad qohumunun adına Yevlax şəhərində ev almışdır. Aralarında mübahisə elə həmin evə görə düşmüşdür. Belə ki, Fərhada evi övladl arının adına keçirməsini bildirmişdir. Gələcəkdə başına bir iş gəlsə, həmin evdən heç kimin xəbəri olmadığından başqasına qalacaqdır. İddiaçının istinad etdiyi Mingəçevir Şəhər Polis şöbəsinin qərarından şikayət verilmiş, həmin qərar məhkəmə qaydasında ləğv edilmişdir.
8. Yevlax Rayon Məhkəməsinin (hakim R.Əlizadə) xx.xx.2024-cü il tarixli, 2(039)1191/2024 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək, cavabdehdən 43826 manat pulun tutularaq iddiaçıya ödənilməsi qət edilmiş, məhkəmə xərcləri həll olunmuşdur.
9. Məhkəmə qeyd etmişdir ki, iddiaçı ilə cavabdeh qeyri-rəsmi olaraq ailə kimi yaşamışlar. İddiaçı Kəlbəcər rayonundan məcburi köçkündür. 2020-ci ildə iddiaçı özünə mənzil alan zaman məcburi köçkün olduğu üçün mənzili cavabdehin adına rəsmiləşdirmişdir. Həmin mənzilin alınmasına 40.000 manat pul verilmişdir. Həmçinin ev üçün 3826 manat dəyərində mebel alınmışdır.
10. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, iş materiallarında olan polis şöbəsinin araşdırma materiallarındakı izahatda və səsyazmalarda cavabdeh evin iddiaçı tərəfindən 40000 manata alındığını, lakin cavabdehin adına rəsmiləşdirildiyini etiraf etmişdir. Hazırda cavabdeh evin onun və qohumlarının vəsaiti hesabına alındığını bildirsə də, buna dair məhkəməyə sübut təqdim etməmişdir.
11. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 1091.1, 1092.1, 1093.1-ci, eləcə də Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
12. Cavabdeh apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin iddianın təmin edilən hissəsində ləğv olunması, iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh özü sığorta şirkətində işləmiş, hər zaman atası tərəfindən maddi dəstək almış, maddi imkanı yaxşı olmuşdur. Mübahisəli evi isə özü tapmış, qohumlarının vəsaiti hesabına almışdır. Telefon danışıqları iddiaçının qohumun adına aldığı evlə bağlı söhbəti olmuşdur. İddiaçının pulu var idisə, digər ev kimi bunu da hansısa qohumunun adına ala bilərdi. Apellyasiya şikayətinin digər dəlilinə görə, birinci instansiya məhkəməsinin sübut kimi cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərara istinad etməsi qanuni olmamışdır. Belə ki, həmin qərar məhkəmə qaydasında ləğv edilmişdir. Cavabdeh şikayətinə onu da əlavə etmişdir k i, polis şöbəsində izahata oxumadan qol çəkmişdir. İzahatın məzmununda qeyd olunanlar onun iradə ifadəsi deyildir.
14. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-1297/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə (hakimlər Eyyub Kərimov – sədrlik edən və məruzəçi, Elçin Hüseynov, Zülfüqarov Sadıqov) apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.
15. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşaraq bildirmişdir ki, iddia tələbinin mahiyyətindən tərəflər arasındakı mübahisənin əsassız varlanma ilə bağlı olduğu müəyyən edilir.
16. Belə ki, iş üzrə tərəflər arasında yazılı müqavilə mövcud olmamış, iddiaçı mübahisəli mənzilin pul unu ödəyərək satın almış və mənzili cavabdehin adına rəsmiləşdirmişdir. Lakin, cavabdeh tərəf kifayət qədər vicdanlı davranmayaraq əmlakı iddiaçıya qaytarmaqdan imtina etmişdir. Bununla da, iddiaçı mübahisəli mənzilə hüquqlarını itirdiyindən, cavabdeh həmin əmlakın dəyəri məbləğində iddiaçının hesabına əsassız varlanan şəxsə çevrilmişdir.
17. Məhkəmə kollegiyası əlavə etmişdir ki, işə əlavə edilmiş səs yazısında olan tərəflərin hazırkı iş üzrə iddiaçı və cavabdeh olduqları müəyyən edilmişdir. Tədqiq edilmiş həmin səs yazılarında cavabdeh tərəfindən “ev Fərhadındır; evi kişi alarda; kişi aldığını deməz” kimi ifadələr işlədilmişdir. Səs yazılarından o da müəyyən edilmişdir ki, iddiaçı dəfələrlə evi özünün aldığını bildirmiş, cavabdeh isə buna etiraz etməmişdir. Cavabdeh tərəf formal olaraq s öhbətin Yevlax rayonunda yerləşən hansısa evdən getdiyini bildirsə də bununla bağlı məhkəməyə sübut təqdim etməmişdir. Həmin səs yazılarında tərəflər Yevlax rayonundakı hansısa evdən ümumimyyətlə danışmamışlar. İşdən və elektron məhkəmə sistemindən iddiaçının adına hansısa mənzilin olması müəyyən edilməmişdir.
18. Məhkəmə həmçinin qeyd etmişdir ki, cavabdeh polis şöbəsində verdiyi izahatında mübahisəli mənzilin iddiaçı tərəfindən pul verilərək alındığını və məcburi köçkün olduğu üçün evi onun adına rəsmiləşdirdiyini bildirmişdir. Bundan başqa, izahatın sonunda cavabdeh öz xətti ilə “izahatıma başqa əlavəm yoxdur, mənim sözlərimlə yazıldı doğru olmasını öz imzamla təsdiq edirəm” kimi ifadə qeyd etmiş və imzalamışdır. Göründüyü kimi, tərəflər arasında mübahisə məhz Mingəçevir şəhərində alınm ış mənzilə görə yaranmışdır. Belə olan halda, cavabdehin səs yazılarının Yevlax rayonunda olan mənzillə bağlı olması barədə dəlilləri öz təsdiqini tapmamışdır.
19. Məhkəmə kollegiyası apellyasiya şikayətinin “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarın ləğv edilməsi ilə bağlı dəlilinə münasibətdə qeyd etmişdir ki, həmin qərar ümumiyyətlə hazırkı iş üzrə preyudisial əhəmiyyətə malik olmamışdır və qərarın ləğv edilməsi və ya dəyişdirilməsi iş üzrə mühüm əhəmiyyət daşımamışdır.
20. Məhkəmə kollegiyası apellyasiya şikayətinin cavabdehin polis şöbəsində verdiyi izahatını oxumaması barədə dəlilinə münasibətdə qeyd etmişdir ki, cavabdeh polis şöbəsində verdiyi izahatı özü şəxsən imzaladığını bildirmişdir. Bundan başqa, izahatın sonunda cavabdeh öz xətti ilə “izahatıma başqa əla vəm yoxdur, mənim sözlərimlə yazıldı doğru olmasını öz imzamla təsdiq edirəm” qeyd etmişdir.
21. Məhkəmə kollegiyası apellyasiya şikayətinin mübahisəli mənzilin qohumlarının köməyi ilə cavabdehin özü tərəfindən alınması ilə bağlı dəlilinə münasibətdə qeyd etmişdir ki, cavabdeh bu barədə məhkəməyə hər hansı sübut təqdim etməmişdir.
22. Məhkəmə kollegiyası mövqeyini Mülki Məcəllənin 385.1, 386.1, 425.1, 442, 1091.1, 1091.2, 1092.1, 1092.2, 1093.1-ci, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
23. Cavabdeh (Vəkil1) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddianın rədd edilməsini xahiş etmişdir.
24. Kassas iya şikayəti Mülki Məcəllənin 666-cı maddəsinə istinad edilməklə belə əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi iş materiallarındakı səs yazısına sübut kimi düzgün qiymət verməmişdir. Belə ki, həmin səs yazısında “ev Fərhadındır; evi kişi alar da; kişi aldığını deməz” məzmunlu ifadələr işlədilmişdir ki, bunlar da özlüyündə iddiaçının faktiki nikahda olduğu cavabdehə mübahisəli mənzili hədiyyə etdiyini göstərir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
25. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası:
26. Maddə 60, hissə
1. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. İnsan Hüquqlarının və X5 X3:
27. Maddə 6, hissə.
1. Hər kəs, onun mülki hüquq və vəz ifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
28. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
29. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
30. Maddə 403.1. Üçüncü şəxsin xeyrinə müqavilə elə müqavilədir ki, onun tərəfləri borclunun icranı müqavilədə göstərilmiş və ya göstərilməmiş, öhdəliyin öz xeyrinə icrasını borcludan tələb etmək hüququ olan üçüncü şəxsə həyata keçirməli olduğunu müəyyənləşdirirlər.
31. Maddə 431.1. Borclu öhdəliyin icrasının onun özündən asılı olduğu hallarda, habelə bunun bu Məcəllədən, müqavilədən və ya öhdəliyin təbiətindən irəli gəldiyi hallarda öhdəliyi şəxsən icra etməlidir. Bütün digər hallarda öhdəliyi borclunun əvəzinə üçüncü şəxs də icra edə bilər və buna borclunun razılığı tələb edilmir.
32. Maddə 666.1. Bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür ba ğışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur.
33. Maddə 666.2. Bağışlama predmeti əşyalar, hədiyyə verənə və ya üçüncü şəxsə qarşı əmlak hüquqları (tələblər), habelə hədiyyə alanın hədiyyə verən və ya üçüncü şəxs qarşısında əmlak vəzifəsindən azad edilməsi ola bilər.
34. Maddə 673.1. Hədiyyə verən aşağıdakı hallarda bağışlamaqdan imtina edə bilər: 673.1.1. hədiyyə alan hədiyyə verənin və ya onun yaxın qohumunun barəsində ağır cinayət törətdikdə; 673.1.2. hədiyyə alan ailə hüquq münasibətlərinə uyğun olaraq onun üzərinə qoyulmuş vəzifələri hədiyyə verənin və ya onun yaxın qohumlarının biri barəs ində kobudcasına pozduqda; 673.1.3. o, bağışlama ilə bağlı öhdəlikləri əsassız olaraq icra etmədikdə.
35. Maddə 673.3. İmtina yalnız onun əsasının hədiyyə verənə məlum olduğu gündən bir il ərzində imtina haqqında bildirişin hədiyyə alana çatdığı halda qüvvədədir.
36. Maddə 673.4. Bağışlamaqdan imtina edildikdə hədiyyə alan, əgər bağışlanmış predmet onun mülkiyyətindədirsə, hədiyyəni qaytarmağa borcludur.
37. Maddə 777.1. Tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür.
38. Maddə 782.1. Vəkalət alan tapşırığın icrası nəticəsində əldə olunanların hamısını vəkalət verənə verməyə borcludur.
39. Maddə 1087.1. Özgəsinin (sahibkarın) işlərini tapşırıq və ya digər əsas olmadan aparan şəxs (icraçı) onu vicdanla aparmağa borcludur.
40. Maddə 1087.2. İşlərin tapşırıqsız aparılmasını sonradan sahibkar bəyəndikdə bu bölmənin müddəaları əvəzinə tapşırıq haqqında müddəalar tətbiq olunur.
41. Maddə 1090.1. Əgər işlərin aparılması sahibkarın mənafeyinə və ehtimal olunan istəyinə uyğun gəlirsə, icraçı xərclərin əvəzinin ödənilməsini və öhdəliklərdən azad olunmasını tələb edə bilər. İcraçı lazımi vicdanlılıqla fəaliyyət göstərmişsə, bu qayda işlərin aparılmasının gözlənilən nəticə ilə qurtarmadığı halda da tətbiq olunur.
42. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.
43. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.
44. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
45. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
46. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
47. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olara q qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
48. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
49. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
50. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
51. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irə li gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
52. Kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
53. Baxılan işdə iddiaçı irəli sürdüyü tələbi onunla əsaslandırır ki, cavabdehlə faktiki ailə münasibətlərində yaşadıqları dövrdə cavabdehin adına olan mənzilin və orada olan bəzi daşınar əşyaların alınması üçün pulunu özü ödəmişdir. Sonradan münasibətləri pozulduğundan həmin pulun cavabdehdən alınaraq ona verilməsini istəyir.
54. Cav abdeh isə əmlakın öz vəsaiti hesabına əldə edildiyini bildirərək iddiaya etiraz edir.
55. Sözügedən əşyaların tərəflərdən hansının vəsaiti ilə alınması işdə mübahisəli olduğu üçün məhkəmələr bu xüsusata dair sübutları qiymətləndirərək belə nəticəyə gəlmişlər ki, əmlak iddiaçının vəsaiti hesabına alınmışdır.
56. Bu halı nəzərə alan məhkəmələr hesab etmişlər ki, cavabdeh tərəf kifayət qədər vicdanlı davranmayaraq əmlakı iddiaçıya qaytarmamış, bununla da həmin əmlakın dəyəri məbləğində iddiaçının hesabına əsassız varlanmışdır. İddianın təmin edilməsinin əsası kimi Mülki Məcəllənin 1091-ci və 1092.1-ci maddələrinə istinad olunmuşdur.
57. Kollegiya aşağıdakılara əsasən hesab edir ki, iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməmişdir.
58. Məlum olduğu kimi, hər hansı iddia t ələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirilən faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddianın qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa iddia təmin edilir uzlaşmırsa (yaxud cavabdehin etiraz və müdafiə vasitələrinə təmin olunmalı deyilsə) rədd edilir.
59. Kollegiya onu da qeyd edir ki, tələbin hüquqi əsasının yoxlanılması və tapılması tərəflərin bildirdikləri faktiki hallarla əlaqəli olsa da, iddianın haqlı bir hüquqi səbəbə söykənib-söykənmədiyini müəyyən etmək hakimin vəzifəsidir. Çünki hüququn tətbiqinə bilavasitə hakim cavabdehlik daşıyır və tərəflərin faktlar barəsində hüquqi mövqeyi hakim üçün məcburi deyil. Bu qayda Roma hüququndan gələn “da mihi factum, dabo tibi ius” (mənə faktları ver, sənə uyğun hüququ verim) prinsipinə əsaslanır.
60. Hazırkı işdə məhkəmələr cavabdehin iddiaçının hesabına konkret olaraq hansı əmlak dəyərini (daşınmaz əşya, daşınar əşya, yoxsa onları almaq üçün pul) əldə etdiyini, əldəetmənin hüquqi əsasının, yəni tərəflər arasındakı hüquq münasibətinin həqiqi xarakterinin nədən ibarət olmasını (bağışlama, tapşırıq, üçüncü şəxsin əvəzinə icra, üçüncü şəxsin xeyrinə müqavilə və s.), hətta bağışlama olmuşsa, hədiyyənin geri tələb edilməsi üçün qanunda nəzərdə tutulmuş əsasları müəyyən etməmişlər (təbii ki, sonuncu əsası iddiaçı bildirmiş və sübuta yetirmiş olmalıdır).
61. İşin müəyyən edilmiş hallarından belə məlum olur ki, iddiaçı özü bilavasitə cavabdehə mənzil və ya mebel əşyası verməmişdir. İddia ondan ibarətdir ki, iddiaçı həmin əşyaların alınması üçün pul vəsaiti vermişdir.
62. Belə olan halda irəli sürülmüş tələb, yəni cavabdehin iddiaçı qarşısında iddia olunan öhdəliyi bir neçə qanuni əsasla yoxlanıla bilər.
63. Məlum olduğu kimi, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməli (pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və s.), yaxud müəyyən hərəkətdən çəkinməlidir. Öhdəlik qanunda nəzərdə tutulmuş əsaslar (əsassız varlanma, özgə işlərini tapşırıqsız aparma və s.) və ya müqavilə nəticəsində əmələ gələ bilər (§ 28-29).
64. Odur ki, iddia tələbinin (buna müvafiq olaraq öhdəliyin) qanuni əsasları yoxlanılarkən əvvəlcə müqavilədən irə li gələn, sonra müqavilə münasibətlərinə oxşar (məsələn, özgə işlərini tapşırıqsız aparma), daha sonra isə qanundan irəli gələn əsaslar yoxlanılmalıdır.
65. Baxılan işdə həm iddiaçının bildirdiklərinə, həm də apellyasiya məhkəməsinin iddiaçının dedikləri ilə eyni istiqamətdə olan “cavabdehin vicdanlı davranmayaraq əmlakı iddiaçıya qaytarmaqdan imtina etməsi” mövqeyinə münasibətdə qeyd olunmalıdır ki, bu nəticəyə gəlmək üçün əvvəlcə cavabdehin iddiaçı qarşısında belə bir öhdəliyinin olması sübuta yetirilməlidir.
66. Bu baxımından ilk növbədə nəzərdən keçirilə biləcək hüquqi əsaslardan biri tapşırıq müqaviləsidir.
67. Tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. Vəkalət alan tapşırığın icrası nəticəsində əldə olunanların hamısını vəkalət verənə verməyə borcludur (§ 37-38).
68. O da nəzərə alınmalıdır ki, aralarında tapşırıq müqaviləsindən doğan münasibətin olduğunu iddia edən tərəf bu halı sübuta yetirməyə borcludur.
69. Baxılan işdə isə məhkəmələr cavabdehin əldə etdiyi əmlakı sonradan iddiaçının mülkiyyətinə keçirəcəyi barədə tərəflər arasında tapşırıq müqaviləsindən irəli gələn hüquq münasibətini və bu çərçivədə cavabdehin iddiaçı qarşısında öhdəlik daşımasını müəyyən etməmişlər.
70. Məhkəmə tərkibi onu da nəzərə alır ki, pul vəsaitinin cavabdehin mənafeyi naminə (məsələn, əmlak alınması üçün) başqa şəxs(lər)ə verilməsi də mümkündür. Bu kimi hallar baxımından “öhdəli yin üçüncü şəxs tərəfindən icrası” və ya “üçüncü şəxsin xeyrinə müqavilə” institutları nəzərdən keçirilə bilər. Bu institutlar mahiyyəti və nəticələri etibarilə bir-birindən əhəmiyyətli şəkildə fərqlənir.
71. Belə ki, Mülki Məcəllənin 431.1-ci maddəsinə əsasən, öhdəliyi borclunun şəxsən icra etməli olduğu hallar istisna olmaqla, onun əvəzinə üçüncü şəxs də icra edə bilər və buna borclunun razılığı tələb edilmir (§ 31).
72. Bu halda borclunun kreditor qarşısında bir qayda olaraq, özünün yerinə yetirməli olduğu öhdəlik üçüncü bir şəxs tərəfindən icra edilmiş olur: məsələn, alıcının əşyanın dəyərini satıcıya ödəmək borcunu başqa bir şəxsin yerinə yetirməsi.
73. Öhdəliyi üçüncü şəxsin icra etməsi borclu ilə üçüncü şəxs arasındakı müxtəlif məzmunlu hüquq münasibətlərindən - xidmət, tapşırıq, bağışlama müqaviləsi və ya üçüncü şəxsin xeyrinə müqavilədən irəli gələ bilər. Belə müqavilə münasibətləri olmadan və hətta borclunun məlumatı xaricində, lakin onun mənafeyi naminə icra isə özgə işlərini tapşırıqsız aparma hesab edilir. Bu halda kreditoru təmin edən üçüncü şəxs qanun əsasında kreditorun yerinə keçməklə onun xələfi olur, borclu isə üçüncü şəxsin qarşısında öhdəlik daşıyır.
74. Öhdəliyi icra edilmiş borclunun, kreditoru təmin edən üçüncü şəxsin icrasını bəyəndiyi təqdirdə tapşırıq müqaviləsi, əks halda özgə işlərini tapşırıqsız aparma qaydaları çərçivəsində öhdəlik daşıması, icraçının da mənafeyinə uyğun iş görülmüş şəxsdən xərclərin əvəzinin ödənilməsini tələb etmək hüququ MM-in 1087.2-ci və 1090.1-ci maddələrində nəzərdə tutulmuşdur (§ 40-41).
75. Bununla belə, qeyd olunan normaların şərtləri ona istinad edən şəxs tərəfindən sübuta yetirilmədiyi təqdirdə məhkəmə, göstərilən maddələr çərçivəsində cavabdehin iddiaçı qarşısında öhdəliyinin mövcud olması nəticəsinə gələ bilməz.
76. Üçüncü şəxsin xeyrinə müqavilə isə elə müqavilədir ki, onun tərəfləri borclunun icranı müqavilədə göstərilmiş və ya göstərilməmiş, öhdəliyin öz xeyrinə icrasını borcludan tələb etmək hüququ olan üçüncü şəxsə həyata keçirməli olduğunu müəyyənləşdirirlər (§ 30).
77. Bu halda müqavilə tərəfləri belə bir məzmunda razılaşırlar ki, borclu öz öhdəliyini müqavilənin tərəfi olan kreditorun deyil, üçüncü bir şəxsin xeyrinə icra etməli olur. Məsələn, əşyanın dəyərini ödəyən alıcı (kreditor), satıcı ilə bağladığı müqavilədə razılaşırlar ki, satıcı (borclu) əşyanın mülkiyyətini üçüncü bir şəxsə k eçirəcəkdir. Belə müqavilə bir qayda olaraq, üçüncü şəxsə bağışlama və ya kreditorun onun qarşısında olan öhdəliyindən qurtulması (üçüncü şəxsə bir əmlak dəyəri qazandırmaq) məqsədilə bağlanır. Bu səbəbdən üçüncü şəxsin əldə etdiyi əmlakı və ya onun dəyərini kreditora qaytarmaq öhdəliyi olmur. Üçüncü şəxs özünün iradəsi olmadıqda həmin münasibətlər çərçivəsində ümumiyyətlə hər hansı öhdəlik altına düşmür.
78. Odur ki, baxılan işin hallarında bu xarakterli faktiki münasibətlər təsbit edilərsə, göstərilənlər nəzərə alınmalıdır.
79. Nəhayət (bu iş üzrə iddianın təmin olunmasının əsası kimi istinad edilən), qanundan irəli gələn öhdəlik kimi əsassız varlanmaya gəldikdə, ilk növbədə qeyd edilməlidir ki, məhkəmələr işin müəyyən olunmuş hallarının Mülki Məcəllənin 1091-ci maddəsinin şərtlərinə uyğ un olmasını lazımi şəkildə yoxlamamış, bu istiqamətdə əsaslandırılmış bir qiymətləndirmə aparmamışlar.
80. Belə ki, məhkəmələr işin araşdırılması zamanı əsas diqqəti alınmış əşyaların pulunun kim tərəfindən ödənilməsini müəyyən etməyə ayırmışlar. Nəticədə pul vəsaitini iddiaçının ödədiyini müəyyən etməklə bu qənaətə gəlmişlər ki, mövcud vəziyyətdə cavabdeh əmlakı iddiaçıya qaytarmadığı üçün əsassız varlanmış sayılır.
81. Halbuki, qeyd edilənlər bir şəxsin başqasının hesabına əsassız varlanması nəticəsinə gəlmək üçün kifayət deyil. Bunun üçün hüquqi dəyərləndirmə yuxarıda qeyd olunduğu kimi, normanın şərtlərinə uyğun şəkildə aparılmalıdır.
82. Mülki Məcəllənin 1091-ci və 1092.1-ci maddələrinə görə, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Varlanmış şəxs əldə etdiklərini (və ya onların dəyərini) məhrum olanın tələbi ilə ona qaytarmalıdır (§ 42-44).
83. Göründüyü kimi, əsassız varlanma çərçivəsində tələbin haqlı sayılması üçün məhkəmə tərəfindən iş üzrə aşağıdakı şərtlər müəyyən edilməlidir: cavabdehin əmlak əldə etməsi; həmin əmlakı iddiaçının əmlakı hesabına əldə etməsi; əldəetmə üçün qanundan və ya müqavilədən irəli gələn heç bir əsasın olmaması, yaxud bu cür varlanmanın həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənməsi. Qeyd olunan şərtlərin hər üçü eyni zamanda mövcud olmalıdır. Onlardan hər hansı birinin aşkar edilməməsi tələbin rədd edilməsi üçün əsasdır.
84. Baxılan işdə cavabdehin əldə etdiyi əmlakın iddiaçının hesabına qazandığı sübuta yetirilmiş olsa belə, bu hallar iddianın əsassız varlanma çərçivəsində təmin edilməsi üçün kifayət deyil. Bunun üçün növbəti dispozisya şərti - əldəetmə üçün qanundan və ya müqavilədən irəli gələn heç bir əsasın olmaması, yaxud belə əsasın sonradan aradan qalxması və ya əmlak verilərkən nəzərdə tutulan məqsədin hasil olmaması (həyata keçməməsi) müəyyən edilməlidir.
85. Həmin şərt özündə onu ehtiva edir ki, əmlak qanunda nəzərdə tutulan hər hansı bir əsasla (məsələn, vərəsəliklə, vurulmuş zərərin təzminatı olaraq və s.), yaxud tərəflər arasında bağlanmış müqavilə (bağışlama, üçüncü şəxsin xeyrinə müqavilə və s.) ilə əldə edilirsə, bu cür qazanılma (varlanma) əsassız sayılmır, əsaslı hesab edilir. Əsası olan bir varlanma isə mülki hüquq sisteminin yol verdiyi - qanuni əmlak artımıdır və bu qaydada varlanmış şəxs əmlakı ona verən qarşısında əldə etdiyi predmetləri və ya onun dəyərini geri qaytarmaq öhdəliyi daşımır.
86. Baxılan işdə əgər iddiaçı pul vəsaitini cavabdehin özünə vermişsə, cavabdehin əldə etdiyi əmlakın tərəflərin müəyyən olunmuş faktiki münasibətləri fonunda bağışlama mahiyyətində olub-olmadığının araşdırılması işin düzgün həlli üçün əhəmiyyətli olmuşdur.
87. Bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşd irir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama predmeti əşyalar, hədiyyə verənə və ya üçüncü şəxsə qarşı əmlak hüquqları (tələblər), habelə hədiyyə alanın hədiyyə verən və ya üçüncü şəxs qarşısında əmlak vəzifəsindən azad edilməsi ola bilər (§ 32-33).
88. Ümumi prinsip ondan ibarətdir ki, borclu olmadığını bilərək pul və ya digər əmlak verən bir kəsin bağışlama düşüncəsi ilə hərəkət etdiyi qəbul edilir (qui sciens solvit indebitum, donandi consilio id videtur fecisse).
89. Bu prezumpsiya nəzərə alındıqda, onun əksini (verilənlərin bağışlama olmadığını) iddia edən tərəf öz iddiasını sübuta yetirməyə borcludur.
90. Baxılan işdə iddiaçı, sözügedən pul vəsaitini cavabdehə bağışlama düşüncəsi ilə vermədiyinə istinad edirsə, həmin halı sübut etmək yükü iddiaçının üzərinə düşür.
91. Bu xüsusat yoxlanılarkən tərəflərin təqdim etdikləri sübutlar pul vəsaitinin verildiyi zaman, həmin ərəfədə tərəflərin həqiqi münasibətinin xarakteri, vəsaitin hansı niyyətlə verilməsi, sonrakı davranışları və işin digər diqqətəlayiq halları nəzərə alınmaqla qiymətləndirilməlidir.
92. Bağışlamadan başqa bir hüquq münasibəti aşkar edilmədiyi, yəni cavabdehin mübahisəli əmlakı hədiyyə olaraq əldə etdiyi bəlli olduqda onun həmin əmlakı iddiaçıya qaytarmaq öhdəliyi, yalnız (iddia və sübut edildiyi təqdirdə) bağışlama müqaviləsinin ləğv edilməsindən irəli gələ bilər.
93. Mülki Məcəllənin bu münasibətləri tənzimləyən 673.1-ci maddəsinə əsasən, hədiyyə alan hədiyyə verənin və ya onun yaxın qohumunun barəsində ağır cinayət törətdikdə, hədiyyə alan ail ə hüquq münasibətlərinə uyğun olaraq onun üzərinə qoyulmuş vəzifələri hədiyyə verənin və ya onun yaxın qohumlarının biri barəsində kobudcasına pozduqda və ya o, bağışlama ilə bağlı öhdəlikləri əsassız olaraq icra etmədikdə hədiyyə verən bağışlamaqdan imtina edə bilər (§ 34).
94. Nəzərə alınmalıdır ki, bağışlama hədiyyə verənin hədiyyə alanla olan münasibətlərinin hər hansı pozuntusuna görə ləğv edilə bilməz. Məhz yuxarıda sadalanan konkret əsas(lar)ın mövcudluğu, özü də qanunla müəyyən edilmiş bir illik kəsici müddət daxilində (§ 35) hədiyyə verənin müqaviləni ləğv etdiyi sübuta yetirildikdə bağışlamaqdan imtinaya yol verilir. Məhz bu halda hədiyyə alan, əgər bağışlanmış predmet onun mülkiyyətindədirsə, hədiyyəni qaytarmağa borclu olur (§ 36). Əks təqdirdə bağışlanmış əmlakın geri tələb edilməsinə yol verilmir.
95. Baxılan işdə iddia tərəfinin Mülki Məcəllənin 673.1-ci maddəsində sadalanan əsaslardan hər hansı birinə istinadı və sübuta yetirməsi müəyyən edilməmişdir.
96. Beləliklə, əgər şəxs mübahisəli əmlakı bağışlama müqaviləsi əsasında əldə etmişsə, eləcə də qanunda nəzərdə tutulan əsasla bağışlamadan imtina olunduğu sübuta yetirilməmişsə, varlanmış şəxs həmin əmlakı əsassız deyil, bağışlama müqaviləsi əsasında qazanmış sayılır. Bu hal isə əsassız varlanmanın zəruri əlamətinin - əldəetmə üçün qanundan və ya müqavilədən irəli gələn bir əsasın olmaması şərtinin təsbit olunmadığını göstərir.
97. Baxılan işdə məhkəmələrin bu şərti müəyyən etmədən iddianı Mülki Məcəllənin 1092.1-ci maddəsinə əsasən təmin etmələri əsaslı olmamışdır. Başqa sözlə, həmin maddi hüquq norması işə səhv tətbiq edilmişdir.
98. Beləliklə, yuxarıda qeyd edilənlər qətnamənin işin hallarına, tərəflərin qarşılıqlı münasibətinə və qanunvericiliyə uyğun əsaslandırılmadığına dəlalət edir (§ 48-49).
99. Nəzərə alınmalıdır ki, məhkəmə aktlarının əsaslandırılmış olması qəbul edilmiş qərarın iş üzrə tərəflərdə qanuni və ədalətli olduğuna inam yaratmaqla yanaşı, ümumilikdə məhkəmə hakimiyyətinə olan etimadın möhkəmlənməsinə xidmət edir.
100. Məhkəmə kollegiyası vurğulayır ki, iş üzrə əhəmiyyət kəsb edən halları müəyyən etmədən və onlara aidiyyəti hüquq normalarının dispozisiya şərtləri əsasında qiymət vermədən, səthi və formal mülahizələrlə iddianın həlli barədə çıxarılmış qətnamə əsaslandırılmış məhkəmə aktı kimi qəbul edilə bilməz. Məhkəmə qərarlarının qanunvericiliyin tələblərinə əməl olunmada n, əsaslandırılmamış qaydada çıxarılması həmin qərarları ədalət mühakiməsinin aktı kimi qəbul etməyə imkan vermir.
101. Bu qaydalara riayət edilməməsi Azərbaycan Respublikasının Konstitusiyasının 60cı maddəsi ilə təminat verilən hüquq və azadlıqların məhkəmə müdafiəsi hüququnun, İnsan Hüquqlarının və X5 X2 6-cı maddəsində əks olunmuş ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət edir (§ 26-27).
102. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu qərarlarında vurğulamışdır ki, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onun hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, h ər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir. Məhkəmələr tərəfindən qəbul edilmiş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır (S.Əliyevanın şikayəti üzrə 31 may 2006-cı il tarixli, N.Əbilovun şikayəti üzrə 13 iyun 2008-ci il tarixli qərarlar).
103. Bu səbəbdən Kollegiya hesab edir ki, cavabdehin kassasiya şikayəti qismən təmin olunmalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, apellyasiyanın baxış predmeti olan tələblərin yuxarıda göstərilən hüquq normaları əsasında yenidən araşdırılması və nəticəsindən asılı olaraq müvafiq qərarın qəbul edilməsi üçün iş yeni apellyasiya baxışına göndərilməlidir.
104. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti qismən təmin edilsin. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107)-1297/2024 nömrəli, 21 noyabr 2024-cü il tarixli qətnaməsi ləğv edilsin və iş yeni apellyasiya baxışına qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.