Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-7898/2019 16.12.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Hacıyev Sənan Firudin oğlu (sədrlik edən və məruzəçi - hakim), Əsgərov Qürbət Ağa oğlu, Vəliyeva Elşanə Rafiq qızından ibarət tərkibdə, Qılıcova Sevda Müabriz qızının katibliyi ilə, İddiaçı vəkili Hüseynov Şaiq Yusif oğlunun, cavabdeh Cavabdeh1 və onun vəkili Salmanova Gülşən Arif qızının iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 08.08.2019-cu il tarixli, 2(103)-8807/2019 nömrəli qətnaməsindən İddiaçı və cavabdeh Cavabdeh1 kassasiya şikayətləri üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Qənbərov X9 Əminə Novruz qı zı, Cavabdeh2, Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 “BMW530” markalı **-UH-*** dövlət qeydiyyat nişanlı avtomobilin alınması üçün “xxxx” ASC-nin “Suraxanı” filialı ilə X2rasında bağlanmış 21.09.2012-ci il tarixli kredit müqaviləsinə əsasən“xxxx” ASC-nin Lənkəran filialına ödənilmiş 39.624 ABŞ dolları,“BMW530İ” markalı **-OF-*** dövlət qeydiyyat nişanlı avtomobilin alınmasına görə ödənilmiş 15.000 ABŞ dolları,“BMW530İ” markalı **-OF-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair X3 adından X10 ilə X6 arasında bağlanmış 19.04.2013-cü il tarixli nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsinin Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)874/18 saylı 12.01.2018-ci il tarixli qətnaməsi ilə etibarsız hesab edilməsini nəzərə alıb, h əmin avtomobilə görə ödənilmiş 20.000 manat,“BMW530” markalı **-UH-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair X10 ilə X11 arasında bağlanmış 05.11.2016-ci il tarixli nəqliyyat vasitəsinin alqısatqı müqaviləsinin Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-874/18 saylı 12.01.2018-ci il tarixli qətnaməsi ilə etibarsız hesab edilməsini nəzərə alıb, həmin avtomobilə görə ödənilmiş 18.000 manat pul vəsaitinin və ödənilmiş 30 manat dövlət rüsumunun əvəzinin tutularaq X4 xeyrinə ödənilməsi, həmçinin eyni tərəflər arasında əqdlərin etibarsızlığı ilə bağlı Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-874/18 saylı 12.01.2018-ci il tarixli qətnaməsi ilə hazırkı iş üzrə qəbul ediləcək qətnamənin hər iki tərəf üçün eyni vaxtda icra edilməli olmasının göstərilməsi barədə qət namə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onlara dəymiş 50.000 manat məbləğində maddi və 50.000 manat məbləğində mənəvi zərərin İddiaçı tutularaq onlara ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 17 yanvar 2019-cu il tarixli, 2(004)-472/2019 saylı qətnaməsi ilə (hakim X.B.Məhərrəmova) İddiaçı Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı dəymiş ziyanın ödənilməsi, etibarsız əqd üzrə tərəfin aldıqlarının digər tərəfə qaytarılması, qətnamənin hər iki tərəf üçün eyni vaxtda icra edilməsi barədə ilk iddia tələbi təmin edilməməsi, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 İddiaçı qarşı dəymiş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi barədə qarşılıqlı iddia tə ləbi təmin edilməməsi, ilk və qarşılıqlı iddiaların qaldırılmasına görə dövlət rüsumu qismində ödənilmiş pul vəsaitləri müvafiq olaraq ilk və qarşılıqlı iddialar üzrə iddiaçılara aid edilməsi qət edilmişdir. Həmin qətnamədən ilk iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ilk iddia tələbinin təmin edilməməsi hissəsində ləğv edilməsi, ilk iddia tələbinin təmin edilməsi və qarşılıqlı iddia tələbinin rədd edilməsinə dair hissədə qətnamənin dəyişdirilmədən saxlanılması barədə yeni qətnamənin qəbul edilməsini xahiş etmişdir. Həmin qətnamədən ilk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh1 apellyasiya şikayəti verərək, qarşılıqlı iddia tələbinin təmin edilməsi və ilk iddia tələbinin rədd edilməsinə dair qətnamənin qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 08.08.2019-cu il tarixli, 2(103)-8807/2019 nömrəli qətnaməsi ilə (hakimlər Ş.A.Məmmədova, V.T.Həsənov və X.Ə.Sarıyev) ilk iddia üzrə İddiaçı apellyasiya şikayəti qismən təmin edilmiş, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 17 yanvar 2019cu il tarixli, 2(004)-472/2019 saylı qətnaməsi ilk iddianın rədd edlməsi hissəsində qismən ləğv edilmiş, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada İddiaçı xeyrinə 39.624 (otuz doqquz min altı yüz iyirmi dörd) ABŞ dolları (tutulduğu anda Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının Azərbaycan manatına nisbətən məzənnəsi nəzərə alınmaqla Azərbaycan manatı ekviva lenti ilə) məbləğində pul vəsaiti tutulmuş, qətnamə qalan hissədə və apellyatorlara münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 08.08.2019-cu il tarixli, 2(103)-8807/2019 nömrəli qətnaməsindən İddiaçı və cavabdeh Cavabdeh1 kassasiya şikayətləri vermişlər. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: İddiaçı kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 08.08.2019-cu il tarixli qətnaməsinin qismən - ilk iddianın rədd edilən hissəsində ləğv edilməsi, ilk iddianın həmin hissədə də təmin edilməsi, qətnamənin qarşılıqlı iddianın rədd edilən hissəsində dəyişdirilmədən xahiş etmişdir. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, apellyasiya instansiya məhkəməsinin “ilk iddianın BMÜ530i markalı ** OF *** dövlət qeydiyyat nişanlı a vtomobilə aid hissədə rədd edilməsi, bu nəticəsini cavabdehlərin etibarsız hesab edilmiş müqavilələrin tərəfləri olmaması və həmin avtomobilin ilk iddia üzrə cavabdehlərdə olmaması ilə əsaslandırması” tamamilə əsassızdır. Belə ki, ilk iddia üzrə cavabdehlərin qanuni vərəsəsi olduğu Aydın Nağıyev həmin nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsinin tərəfi olmuş, yəni onun tərəfindən satılmışdır. Cavabdeh Cavabdeh1 kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 08.08.2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılması barədə qərarın qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, məhkəmə işin faktiki hallarına düzgün qiymət verməyərək, qanunun tələblərini pozmuşd ur. PROSESSUAL MƏSƏLƏLƏR: Məhkəmə iclasında iştirak edən İddiaçı vəkili Hüseynov Şaiq Yusif oğlu kassasiya şikayətini müdafiə edərək onun təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 və onun vəkili Salmanova Gülşən Arif qızı kassasiya şikayətini müdafiə edərək onun təmin edilməsini xahiş etmişdir. Digər cavabdehlər və üçüncü şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasında onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi ape llyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası qəbul etdiyi 08.08.2019-cu il tarixli qətnaməsi ilə ilk iddia üzrə İddiaçı apellyasiya şikayəti qismən təmin edib, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 apellyasiya şikayəti təmin etməyib, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 17 yanvar 2019-cu il tarixli, 2(004)-472/2019 saylı qətnaməsini ilk iddianın rədd edilməsi hissəsində qismən ləğv edib, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada İddiaçı xeyrinə 39.624 (otuz doqquz min altı yüz iyirmi dörd) ABŞ dolları (tutulduğu anda Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının Azərbaycan manatına nisbətən məzənnəsi nəzərə alınmaqla Azərbaycan manatı ekvivalenti ilə) məbləğində pul vəsaiti tutub, qarşılıqlı iddianın rədd edilməsi hissəsində qətnaməni dəyişdirmədən saxlayarkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, iş üzrə səhv nəticəyə gəlmişdir. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından göründüyü kimi, Xətai Rayon Məhkəməsinin 21.06.2017-ci il tarixli qətnaməsi ilə Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 X5 və digərlərinə qarşı 50.000 manat borcun, 48.000 manat maddi zərərin tutulması, avtomobillərin alqı-satqısına dair müqavilələrin etibarsız hesab edilməsi və avtomobillərin qaytarılması tələbinə dair ilk iddia tələblərinin qismən təmin edilməsi, 50.000 manat məbləğində pulun İddiaçı tutularaq onlara ödənilməsi, qalan hissədə ilk iddianın təmin edilməməsi, X4 Cavabd eh1, Cavabdeh2 və Cavabdeh3 qarşı pul tələbinə dair qarşılıqlı iddia tələbinin təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 12.01.2018-ci il tarixli 2(103)-874/2018 saylı qətnaməsi ilə Xətai Rayon Məhkəməsinin 21.06.2017-ci il tarixli qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə qismən, yəni avtomobillərə dair bağlanmış müqavilələrin etibarsız hesab edilməsi və avtomobillərin iddiaçılara qaytarılması barədə tələbin rədd edilməsi hissəsində ləğv edilmiş, X1 adından İddiaçı Fərhad oğlu ilə X6 arasında “BMW 530İ” markalı 10-OF818 dövlət qeydiyyat nişanlı avtomobilə dair bağlanmış 19.04.2013-cü il tarixli nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsi, X6 ilə X7 arasında “BMW 530İ” markalı **-OF-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair bağlanmış 20.12.2013-cü il tar ixli nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsi, X1 adından İddiaçı ilə X8 arasında “BMW 530” markalı **-UH-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair bağlanmış 25.08.2015-ci il tarixli nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsi, X8 ilə İddiaçı arasında “BMW 530” markalı 10- UH-414 dövlət qeydiyyat nişanlı avtomobilə dair bağlanmış 25.08.2015-ci il tarixli nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsi, İddiaçı ilə X11 arasında “BMW 530” markalı **-UH-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair bağlanmış 05.11.2016-cı il tarixli nəqliyyat vasitəsinin alqısatqı müqaviləsinin etibarsız hesab edilməsi, qalan hissədə Xətai Rayon Məhkəməsinin 21.06.2017-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. X4 vəkili tərəfindən verilmiş kassasiya şikayəti Azərbaycan Respublik aslı Ali Məhkəməsinin 20.08.2018-ci il tarixli 2(102)-5437/2018 nömrəli qərarı ilə təmin edilməmiş və Bakı Apellyasiya Məhkəməsinin 12.01.2018-ci il tarixli 2(103)-874/2018 saylı qətnaməsi ona münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, qeyd olunan qətnamədən görünür ki, işə baxan məhkəmə kollegiyası müəyyən etmişdir ki, A.Nağıyev mübahisəli avtomobillərlə bağlı cavabdehlər İlham Qənbərova və İddiaçı müvafiq etbarnamələri verdikdən sonra 11.03.2013-cü il tarixdə vəfat etmişdir. Həmin şəxslər etibarnamələrdən irəli gələn səlahiyyətlərindən istifadə edərək, A.Nağıyevin adından “BMW 530İ” markalı **-OF-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair 19.04.2013-cü il tarixdə, “BMW 530” markalı **-UH-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair 25.08.2015-ci il tarixdə alqı-satqı müqavilələri bağlayaraq, avtomobilləri başqa şəxslərə satmışlar....Şahid ifadələrindən də müəyyən olunur ki, İddiaçı A.Nağıyevin 13.03.2013-cü il tarixdə vəfat etməsindən məlumatlı olmuş və onun öldüyünü bilə-bilə ölümündən sonra alqı-satqı müqavilələrini bağlamışdır. Göstərilənlərə əsasən, məhkəmə mübahisəli avtomobillərə dair bağlanmış alqı-satqı müqavilələrinin etibarsız olduğu və avtomobillərin mərhumun vərəsələri olan iddiaçılara (Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3) qaytarılmalı olduğu barədə nəticəyə gəlmişdir. Həmçinin qeyd edilən qətnamədə qeyd olunur ki, etibarsız hesab edilmiş müqavilələr üzrə tərəflər sözügedən müqavilələr üzrə onlar tərəfindən mübahisəli avtomobillərə görə ödənilmiş pulun geri qaytarılması barədə iddia ilə müvafiq məhkəməyə mü raciət edə bilərlər. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni əsaslandırarkən aşağıdakıları qeyd etmişdir. Məhkəmə kollegiyası ilk iddia tələbinin etibarsız hesab edilmiş alqı-satqı müqavilələri üzrə ödənilmiş pul vəsaitinin tutulması hissəsi ilə bağlı qeyd etmişdir ki, məhkəmə iclasında İddiaçı həmin müqavilələr üzrə ödənilmiş vəsaitlərin Cavabdeh1 verildiyini və ya həmin vəsaitlərin ilk iddia üzrə cavabdehlərin xeyrinə sərf edildiyini bildirsə də, buna dair hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Göründüyü kimi, ilk iddia qeyd edilən hissədə əsassızdır. Məhkəmə kollegiyası ilk iddia tələbinin “BMW530İ” markalı **-OF-*** dövlət qeydiyyat nişanlı avtomobilin alınmasına görə ödənilmiş 15.000 ABŞ dolları məbləğində pulun cavabdehlərdən tutulması hissəsini araşdırıb, bel ə nəticəyə gəlmişdir ki, ilk iddia tələbi bu hissədə də əsassızdır. Belə ki, İddiaçı “BMW530İ” markalı **-OF-*** dövlət qeydiyyat nişanlı avtomobilin A.Nağıyevin deyil, məhz onun özünün vəsaiti hesabına 15.000 ABŞ dolları məbləği ödənilməklə alındığına istinad etsə də, buna dair hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Həmçinin birinci instansiya məhkəməsi belə nəticəyə gəlmişdir ki, İddiaçı tərəfindən müxtəlif tarixlərdə kredit ödənişi ilə bağlı “xxxx” ASC-nin Lənkəran filialına 39.624 ABŞ dolları pul ödənilmişdir. Göründüyü kimi, “BMW530” markalı **-UH-*** dövlət qeydiyyat nişanlı avtomobilin alınması məqsədi ilə verilmiş kredit məbləğinin İddiaçı tərəfindən ödənildiyi müəyyən edilmişdir. Lakin bununla belə mübahisəli avtomobillərin ilk gündən İddiaçı və onun qardaşının istif adəsində olduğunu və hal-hazırkı dövrədək avtomobillərin ilk iddia üzrə cavabdehlərə qaytarılmadığını, həmçinin məhkəmə iclasında ilk iddia üzrə iddiaçının nümayəndəsi avtomobillərin iddiaçıda olmadığını, harada olması barədə məlumatlarının olmadığını bildirdiklərindən, avtomobillərin hazırkı vəziyəti, nə zaman və hansı vəziyyətdə qaytarılacağının qeyri-müəyyən olduğunu nəzərə alaraq, məhkəmə hesab edir ki, ilk iddia tələbi bu hissədə də təmin edilə bilməz. Belə ki, mərhum A.Nağıyevin və ilk iddia üzrə cavabdehlərin heç bir zaman istifadə etmədikləri və hazırda belə mülkiyyətlərinə verilməmiş avtomobillərə görə onlardan pul tutulması barədə İddiaçı tələbi əsaslı hesab edilə bilməz. Bununla bağlı apellyasiya kollegiyası qeyd etmişdir ki, iş materiallarında olan qəbzlərdən görünür ki, İddiaç ı tərəfindən müxtəlif tarixlərdə kredit ödənişi ilə bağlı “xxxx” ASC-nin “Lənkəran” Filialına ümumilikdə 39.624 ABŞ dolları məbləğində ödəniş həyata keçirilmişdir. Apellyasiya Kollegiyası hesab etmişdir ki, 39.624 ABŞ dolları vəsaitin “BMW530” markalı **UH-*** dövlət qeydiyyat nişanlı avtomobilin alınması üçün İddiaçı tərəfindən ödənildiyi qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə müəyyən olunmuşdur və həmin məhkəmə qətnaməsi isə icra mərhələsindədir. Odur ki, birinci instansiya məhkəməsinin mübahisəli avtomobilin hazırda tələbkarda olmaması əsası ilə iddianın rədd edilməsi əsaslı deyildir. Həmçinin ilk iddia tələbi “əqdlərin etibarsızlığı ilə bağlı Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-874/18 saylı 12.01.2018-ci il tarixli qətnaməsi ilə hazırkı iş üzrə qəbul ediləcə k qətnamənin hər iki tərəf üçün eyni vaxtda icra edilməsi” hissəsində əsassızdır. Belə ki, qanuni qüvvəyə minmiş Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-874/18 saylı 12.01.2018-ci il tarixli qətnaməsinin icrasını hər hansı halla şərtləndirilməsi qəbul edilməzdir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin 1-ci hissəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarlarının icrasının məcburiliyi «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikası Qanununun 5ci maddəsində də əks olunmuşdur. Həmin maddəyə əsasən, məhkəmələr baxılmış işlər üzrə Azərbaycan Respublikası adından qətnamələr, hökmlər, qərardadlar və qərarlar çıxarırlar.Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilm iş qaydada qanuni qüvvəyə minmiş bu qərarlar Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər tərəfindən mütləq, vaxtında və dəqiq icra olunmalıdır. Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icra edilməməsi Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun 10 oktyabr 2017-ci il tarixli Qərarında qeyd edilir ki, qanuni qüvvəyə minmiş məhkəmə aktlarının məcburiliyi onların bütün dövlət orqanları və vəzifəli şəxslər tərəfindən qanunla müəyyən edilmiş qaydada hər hansı haldan asılı olmayaraq icra edilməsini nəzərdə tutmaqla yanaşı, belə aktların qanunsuz və əsassız olması ehtimalları ilə bağlı i cra məhdudiyyətlərinin yaradılmasını və maneələrin törədilməsini qadağan edir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, ilk iddia tələbi bu hissədə də rədd edilməlidir. Qarşılıqlı iddia tələbi ilə bağlı apellyasiya məhkəmə kollegiyası qeyd etmişdir ki, qarşılıqlı iddia üzrə iddiaçılar İddiaçı əməlləri nəticəsində onlara maddi və mənəvi ziyan vurulduğuna, əmlaklarına sahib çıxa bilmədiklərinə görə gəlir götürmək imkanından məhrum olduqlarına, mənəvi sarsıntı keçirtdiklərinə, habelə Cavabdeh1 səhhətinin ağırlaşdığına istinad edərək, 50.000 manat maddi zərərin və 50.000 manat mənəvi zərərin əvəzinin İddiaçı tutulmasını tələb etmişdirlər. Məhkəmə kollegiyası qeyd etmişdir ki, hüququ pozulmuş şəxsin əmlakından məhrum olması, ondan səmərəli istifadə etmək imkanından məhrum olması nəticəsind ə məruz qaldığı ziyan hüquqpozan tərəfindən ödənilməlidir. Göstərilən səbəbdən hüququ pozulmuş şəxsin əldən çıxmış faydası, onun adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlilərin miqdarı ilə ölçülür. Adi mülki dövriyyə dedikdə bazar münasibətlərinə əhəmiyyətli təsir göstərə biləcək hər bir fövqəladə hadisə baş vermədən malların, işlərin və xidmətlərin sabit qiymətlərlə adi qaydada dövr etməsi nəzərdə tutulur. Məhkəmə hesab edir ki, qarşılıqlı iddia üzrə iddiaçıların mübahisəli avtomobillərdən istifadə etmək (həmin əmlakın icarəyə verilmək, ondan istifadə edib gəlir götürmək və s.) hüquqlarının məhdudlaşdırılması və əmlaklarından istifadənin qeyri-mümkünlüyü nəticəsində əldən çıxmış faydanın 50.000 manat məbləğində olmasını təsdiq edən sübutlar olmadığından, qarşılıqlı iddia tələbi qey d olunan hissədə əsassız hesab edilməli və təmin edilməməlidir. Bundan əlavə, qarşılıqlı iddia üzrə iddiaçılar cavabdehin hərəkətləri nəticəsinə mənəvi iztirab keçirtdiklərini qeyd etsələr də, mənəvi sarsıntı və iztirablara məruz qalmalarının nədə ifadə olunmasını izah edə bilməmiş və buna dair sübutları məhkəməyə təqdim etməmişdirlər. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, qarşılıqlı iddia tələbi mənəvi zərərin əvəzi qismində 50.000 manat məbləğində pul vəsaitinin cavabdehdən tutulması hissəsində əsassızdır və təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1 və 21.2-ci maddələrinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və y a hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Kassasiya kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən ilkin iddianın təmin edilmiş, habelə qarşılıqlı i ddianın rədd edilmiş hissələrində qənaətə gələrkən prosessual qanunvericiliyin tələbləri pozulmuşdur. Belə ki, ilk növbədə qeyd edilməlidir ki, apellyasiya instansiyası məhkəməsi ilkin iddianın təmin edilmiş hissəsini daha əvvəl qəbul edilərək, qanuni qüvvəsini almış məhkəmə qətnaməsində müəyyən edilmiş halın hazırki iş üçün preyudisial əhəmiyyət kəsb etməsi ilə əsaslandırarkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 23 fevral 2016-cı il tarixli Qərarından nümayiş etdirilmiş hüquqi mövqeyi nəzərə almamışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 23 fevral 201 6-cı il tarixli Qərarına əsasən Faktın preyudisiallığı qanuni qüvvəyə minmiş məhkəmə qərarının hüquqi təbiətinə əsaslanır və onun subyektiv və obyektiv hədləri ilə müəyyənləşdirilir, tərəflər və işdə iştirak edən digər şəxslər bu hədlərdən kənara çıxa bilməzlər. Bununla yanaşı, yekun məhkəmə qərarlarının preyudisial əhəmiyyəti mütləq deyildir və prosessual qanunla müəyyən edilmiş hədlərə malikdir. Məhkəmə aktının preyudisiallığının tanınması üçün preyudisiallığın obyektiv və subyektiv hədlərinin məcmusu vacib şərtdir. Preyudisiallığın subyektiv həddi əvvəl baxılmış işdə və yeni baxılan işdəki şəxslərin dairəsinin, yəni subyekt tərkibinin eyniliyini şərtləndirir. Mülki Prosessual Məcəllənin 82.2 və 82.3-cü maddələrində qeyd olunan məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə müəyyən edilm iş hal dedikdə, qətnamənin təsviri hissəsində göstərilmiş işdə iştirak edən şəxslərin, şahidlərin göstərdikləri və ya digər sənədlərdə əks olunan hallar deyil, toplanmış sübutlara əsasən məhkəmənin müəyyən etdiyi hallar nəzərdə tutulur. Plenum qərarının məzmunundan göründüyü kimi apellyasiya instansiyası məhkəməsinin istinad etdiyi qanuni qüvvəsini almış məhkəmə qərarının hazırki iş üçün preyudial əhəmiyyət kəsb etməsi üçün həmin qərar hazırki işə münasibətdə qərarda istinad edilən subyektiv və obyektiv meyarlar baxımından uyğun olmalıdır. Həmin qərara nəzər yetirdikdə isə müəyyən edilir ki, həmin işin subyektiv tərkibi ilə hazırki işin subyetkiv tərkibi arasında uyğunsuzluq var. Belə ki, hazırki iş üzrə ilkin iddiaçı olan İddiaçı həmin işdə tərəf olmamışdır. Göründüyü kimi, qanuni qüvvəsi ni almış bu qərar preyudisiallığın subyektiv həddi tələbinə cavab verməməsinə baxmayaraq, apellyasiya instansiyası məhkəməsi tərəfindən həmin qərarda müəyyən edilmiş halı hazırki iş üzrə preyudisal hesab etməklə Mülki Prosessul Məcəllənin 82.3-cü maddəsinin tətbiqində səhvə yol vermişdir. Kassasiya kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi səhvən preyudisial əhəmiyyət kəsb edən qərara istinad etməklə müəyyən edilmiş kimi hesab etdiyi halları Mülki Prosessual Məcəllənin 77-ci maddəsinə uyğun olaraq tərəflərin təqdim etdikləri sübutlar əsasında qiymət verməklə müəyyən etməli idi. Qarşılıqlı iddianın təmin edilməməsi ilə bağlı hissəyə gəldikdə isə kollegiya hesab edir ki, qarşılıqlı iddia ilkin iddia ilə bağlı olmaqla iddiaçı tərəfin qanunsuz hərəkətləri, əsassız iddialar ı nəticəsində onlara maddi və mənəvi zərərin vurulması ilə əsaslsandırıldığından ilkin iddiaya qiymət vermədən qarşılıqlı iddiaya qiymətin verilməsi düzgün olmaz. Bu baxımdan kollegiya qarşılıqlı iddia üzrə iddiaçının kassasiya şikayətini əsaslı hesab edir. Kassasiya kollegiyası, apellyasiya instansiyası məhkəməsinin ilkin iddianın təmin edilməmiş hisssi ilə bağlı gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, həmin hissədə hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, həmin hissədə iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. İlkin iddia üzrə iddiaçının kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası mə hkəməsinin qətnaməsinin ilkin idddianın təmin edilməmiş hissəsində ləğvi üçün qanuni əsas deyildir. Belə ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsiplərinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktlara istinad etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. A zərbaycan Respublikası MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Buna baxmayaraq, ilkin iddiaçı istinad etdiyi halları üzrə üzərinə düşən sübutetmə yükünün öhdəsindən gələ bilmədiyindən kassasiya şikayəti rədd edilməlidir. Odur ki, ləğv edilən hissədə iş üzrə yekun qərarın qəbul edilməsi üçün işin faktiki halları ilə bağlı yuxarıda qeyd edilənlərin araşdırılması zərurəti olduğundan, qarşılıqlı iddia üzrə iddiaçının kassasiya şikayəti təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ilkin iddianın təmin və qarşılıqlı iddianın rədd edilməsi hissəsində ləğv edilməli və həmin hissədə iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsin ə göndərilməlidir. Azərbaycan Respublikası MPM-in 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 417.1.3-cü maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən: apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı kassasiya şikayəti rədd edilsin. Cavabdeh Cavabdeh1 kassasiya şikayəti təmin edilsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 08.08.2019-cu il tarixli, 2(103)8807/2019 nömrəli qətnaməsi ilkin iddianın təmin edilmiş və qarşılıqlı iddianın rədd edilmiş hissəsində ləğv edilsin, iş həmin hissədə yeni apellyasiya baxışına göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-7898/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-7898/2019
16.12.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver